Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-2868/2021 28.04.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X10 İmanovun sədrliyi ilə, Qürbət Ağa oğlu Əsgərov və Vahid Nəriman oğlu Sadıqovdan ibarət tərkibdə, Kürdoğlu Vidadi oğlu İsmayılzadənin katibliyi, Cavabdeh iştirakı ilə, Bakı Apelyasiya Məhkəməsinin binasında Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-172/2020 saylı, 01 dekabr 2020-ci il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apelyasiya şikayətinə əsasən mülki işə açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İddiaçı Cavabdeh qarşı qanunsuz zəbt edilmiş torpaq sahəsinin boşaldılması tələbinə dair iddia ərizəsi, daha sonra iddia ərizəsinə əlavə ilə məhkəməyə müraciət edərək, mülkiyyətində olan Bakı şəhəri, Binəqədi rayonu, Görədil kəndi, 351 b saylı bağ sahəsində Cavabdeh qanunsuz müdaxiləsinə son qoyularaq, torpaq sahəsinin boşaldılaraq cavabdehin həmin ərazidən çıxarılması, cavabdehlə ona məxsus torpaq sahəsinin sərhədlərinin plan sxemə əsasən müəyyən edilməsi, 0.0377 ha torpaq sahəsinin sərhədi boyunca cavabdeh tərəfindən inşa edilmiş daş hasarın sökülməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Bakı XDS İcraiyyə Komitəsinin 19 aprel 1990-cı il tarixli, 3/78 saylı qərarı ilə Bakı şəhəri, Göradil bağlar sahəsində 159 nömrəli BTK-nın nəzdində ayrılmış 0.12 ha torpaq sahəsində yerləşən 351b saylı bağ sahəsi B/S saylı order əsasında mərhum həyat yoldaşı X6 verilmişdir. X8 04 sentyabr 2007-ci il tarixdə vəfat etmişdir. X3 varisi olaraq Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı şəhər Ərazi İdarəsinə ərizə ilə müraciət edərək, Bakı şəhəri, Göradil bağlar sahəsində 159 nömrəli BTK-nın nəzdində ayrılmış 0.12 ha torpaq sahəsində yerləşən 351b saylı bağ sahəsinin 19 aprel 1990-cı il tarixli, 3/78 saylı qərarı əsasında X6 (ölmüş şəxsə) məxsus olması barədə arayışın verilməsini tələb etsələr də, müraciətindən imtina edilmişdir. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək, Bakı şəhəri, Göradil bağlar sahəsində 159 nömrəli BTK-nın nəzdində ayrılmış 0.12 ha torpaq sahəsində yerləşən 351b saylı bağ sahəsinin 19 aprel 1990-cı il tarixli, 3/78 saylı qərarı əsasında X6 (ölmüş şəxsə) məxsus olması barədə arayışın verilməsi vəzifəsinin Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı şəhər Ərazi İdarəsinin üzərinə qoyulmasını xahiş etmişdir. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-2268/2018 saylı, 31 may 2018-ci il tarixli qərarı ilə iddia tələbi təmin edilmiş, Bakı şəhəri, Göradil bağlar sahəsində 159 nömrəli BTK-nın nəzdində ayrılmış 0.12 ha torpaq sahəsində yerləşən 351b saylı bağın 377 kv.m olan sahəsinin 19 aprel 1990-cı il tarixli, 3/78 saylı qərarı əsasında X6 (ölmüş şəxsə) məxsus olması barədə arayışın verilməsi vəzifəsinin Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı şəhər Ərazi İdarəsinin üzərinə qoyulması qərara alınmışdır. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı şəhər Ərazi İdarəsi tərəfindən verilmiş 02/848 saylı, 29 avqust 2018-ci il tarixli müqavilə və digər əsaslar üzrə vəfat etmiş şəxsə məxsus olmuş, üzərində mülkiyyət və digər əşya hüquqları daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmamış daşınmaz əmlaka dair hüquqların mümkünlüyü barədə arayışa əsasən İddiaçı mərhum X6 aid olan ünvan 1 ünvandakı 0.0377 ha torpaq sahəsi üzərində mülkiyyət və ya digər əşya hüquqlarının mülkiyyət qanunvericiliyinə müvafiq olaraq daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasına əsas verilmişdir. Qeyd olunan torpaq sahəsinə dair dövlət reyestrindən çıxarışın verilməsi üçün Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı şəhər Ərazi İdarəsinə ərizə ilə müraciət edilmiş və bundan həmin idarə imtina etmişdir. Bundan sonra, o, məcburetmə tələbi ilə bağlı 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə iddia ərizəsi ilə müraciət etmişdir. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-4321/2018 saylı, 07 noyabr 2018-ci il tarixli qərarına əsasən iddia tələbi təmin edilmiş və bunun əsasında Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Seriya RX ******* saylı, 15 yanvar 2019-cu il tarixli dövlət reyestrindən çıxarışa əsasən mülkiyyət hüquqlarını rəsmiləşdirmişdir. Lakin torpaq sahəsinə baş çəkərkən qonşusu Cavabdeh onun mülkiyyətində olan torpaq sahəsinə qanunsuz müdaxilə edərək zəbt etmiş və hasar çəkmişdir. O, ona həmin torpaq sahəsinə mülkiyyət hüququnu təsdiq edən sənədini dəfələrlə təqdim edərək ona məxsus ərazini boşaldılmasını tələb etsə də, onun sözlərinə cavabdeh əhəmiyyət verməmiş və öz qanunsuz əməllərinə davam etmişdir. Hüquqlarının bərpa edilməsi məqsədilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Göstərilənlərə əsasən iddianın təmin edilməsini xahiş etmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-172/2020 saylı, 01 dekabr 2020-ci il tarixli qətnaməsi ilə iddia qismən təmin edilmiş, İddiaçı məxsus Bakı şəhəri, Binəqədi rayonu, Göradil kəndi, 351b saylı bağ sahəsinə Cavabdeh qanunsuz müdaxiləsinə son qoyulması, Cavabdeh tərəfindən Bakı şəhəri, Binəqədi rayonu, Göradil kəndi, 351b saylı bağ sahəsinin sərhəddi boyunca inşa edilmiş daş hasar cavabdehin hesabına sökülməsi, həmin bağ sahəsinin boşaldılması və cavabdehin həmin sahədən çıxarılması, iş üzrə iddiaçı tərəfindən ödənilmiş 10 (on) manat məbləğində dövlət rüsumunun 5 (beş) manatının Cavabdeh tutularaq İddiaçı ödənilməsi, iddianın digər hissədə təmin edilməməsi, iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyərini təşkil edən 50 (əlli) manat məbləğində vəsaitin 25 (iyirmi beş) manatının İddiaçı, 25 (iyirmi beş) manatının isə Cavabdeh tutularaq Məhkəmə Ekspertiza Mərkəzinin hesabına ödənilməsi qət edilmişdir. Həmin qətnamədən Cavabdeh apelyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və iddia tələbinin rədd edilməsini xahiş etmişdir. Apelyasiya şikayəti onunla əsaslandırılmışdır ki, qətnamə əsassız və qanunsuzdur, ona görə də, apelyasiya qaydasında ləğv edilməli, iddia ərizəsinin rədd edilməsi barədə yeni qətnamə qəbul edilməlidir. Belə ki, hakim qətnaməni onunla əsaslandırmışdır ki, “məhkəmə tərəfindən aparılmış araşdırma zamanı cavabdehə Bakı şəhər icra hakimiyyətinin 18 yanvar 1990-cı il tarixli, 15/558 saylı qərarına əsasən Novxanı-Göradil bağlar sahəsində 121 saylı ВТК nəzdində 0.12 ha torpaq sahəsi olan 361 “F” saylı bağ ayrılmışdır. Həmin bağ sahəsi sahə bağların bölgüsünə dair sxematik xəritədə 352b saylı bağ sahəsi kimi qeyd edilmişdir. Bakı şəhəri, Binəqədi rayonu, Göradil kəndi, 351b saylı bağ sahəsi (0.0377 ha torpaq sahəsi) xüsusi mülkiyyət hüququ üzrə iddiaçıya məxsusdur, həmin sahə cavabdeh tərəfindən hasara alınmışdır. Hazırda iddiaçı mülkiyyətində olan Bakı şəhəri, Binəqədi rayonu, Göradil kəndi, 351b saylı bağ sahəsində cavabdehin qanunsuz müdaxiləsinə son qoyularaq torpaq sahəsinin boşaldılaraq cavabdehin həmin ərazidən çıxarılmasını, cavabdeh ilə ona məxsus torpaq sahəsinin sərhədlərinin plan sxemə əsasən müəyyən edilməsini, 0.0377 ha torpaq sahəsinin sərhəddi boyunca cavabdeh tərəfindən inşa edilmiş daş hasarın sökülməsi vəzifəsinin cavabdehə həvalə edilməsini tələb edir. Cavabdeh isə iddianı qəbul etmir. Məhkəmə qanunvericiliyin istinad edilən maddi hüquq normalarını rəhbər tutaraq hesab edir ki, İddiaçı məxsus Bakı şəhəri, Binəqədi rayonu, Göradil kəndi, 351b saylı bağ sahəsinə Cavabdeh qanunsuz müdaxiləsinə son qoyulmalı, Cavabdeh tərəfindən Bakı şəhəri, Binəqədi rayonu, Göradil kəndi, 351b saylı bağ sahəsinin sərhəddi boyunca inşa edilmiş daş hasar cavabdehin hesabına sökülməli, həmin bağ sahəsi boşaldılmalı və cavabdeh həmin sahədən çıxarılmalıdır. Məhkəmə iddia tələbinin “cavabdehlə iddiaçıya məxsus torpaq sahəsinin sərhədlərinin plan sxemə əsasən müəyyən edilməsi” hissəsi ilə əlaqədar isə hesab edir ki, iddia bu hissədə əsassız olduğundan təmin edilməməlidir. Belə ki, 14 yanvar 2019-cu il tarixdə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı şəhər Ərazi İdarəsi tərəfindən iddiaçıya məxsus torpaq sahəsinin plan və ölçüsü tərtib edilmiş, torpaq sahəsinin sərhədləri müəyyən edilmişdir. Ona görə də məhkəmə, bununla bağlı yenidən iddiaçıya məxsus torpaq sahəsinin sərhədlərinin müəyyən edilməsinə hər hansı zərurət görmür.” Lakin ümumiyyətlə hakim iddia ərizəsini qismən təmin etməsini əsaslandırmamışdır. Buna görə də, əsassız və qanunsuz qətnamə ləğv edilməli və yenidən araşdırma aparılaraq iddia ərizəsinin rədd edilməsi barədə yeni qətnamə qəbul edilməlidir. Cavabdeh apelyasiya şikayətinə əlavə təqdim edərək qeyd etmişdir ki, iddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş 07.11.2018-ci il tarixli qərarı əsasən İddiaçı cavabdeh 1 saylı Bakı şəhər Ərazi İdarəsinə qarşı bağ sahəsində olan mülkiyyət hüquqlarının hüququ qeydiyyata alaraq reyestrdən çıxarışın verilməsi həvalə etmişdir. Lakin 1 saylı Bakı şəhər Ərazi İdarəsi 20.09.2018-ci il tarixli cavab məktubu ilə başsahəsi digər şəxsin istifadəsində olduğu müəyyən edildiyi və elektron baza təlimatına əsasən 159 saylı kooperativin nəzdində olan 351B saylı baş sahəsi kimi qeyd edilən sahədə yerləşdiyini əsas gətirərək müraciətin təmin edilməsindən imtina etmişdir. Sonralar 1 saylı İnzibati-İqtisadi məhkəməsinin hakimi Elçin Məmmədovun təkidi ilə cavabdeh 1 saylı Ərazi İdarəsi tərəfindən iddiaçıya 28 ildən sonra arayış verilmişdir. Qeyd olunan torpaq sahəsinə dair dövlət reyestrindən “Çıxarış üçün 1 saylı Bakı şəhər Ərazi İdaərəsinə ərizə ilə müraciət etmişdir. İddiçıya 1 saylı Ərazi İdaəsi cavab məktubu ilə ərizə idarəsində onlara aid 28 ildə heç bir sənəd olmadığı üçün “çıxarışın” verilməsindən imtina etmişdir. İddiaçıya 0,12 ha sahəsinə “çıxarışın” verilməsi əvəzinə 0,0377 kv metr torpaq sahəsi üçün qeyriqanunu olaraq “çıxarış” verilmişdir. İddiaçı yerdə qalan 0,823 ha torpaq sahəsinin harda yerləşdiyini bilmir. Qeyr-qanuni yolla 159 saylı X5 nəzdində olan kooperativin sədrinin verdiyi və imza etmiş olduğu “orderdə” əsasən onlar 1 saylı ərazi idarəsindən “çıxarış” əldə etmişdir. İddiaçı həmin torpaq sahəsinin onun istifadəsində və ya mülkiyyətində olmasına dair sübutları məhkəməyə təqdim edə bilməmişdir. Məhkəmə tikinti ekspertizasının rəyinə görə bağ sahəsinin torpaq sahələri bir-biri ilə üst-üstə düşməsi heç bir sxematik xəritədə öz təsdiqini tapmır və həmin xəritə rəyə əlavə edilmiş ekspertin verdiyi rəy hakim üçün məcburi qüvvəyə malik olmadığı halda hakim həmin verilmiş rəyin doğruluğunu yoxlamaq məqsədilə əlavə tədbirlər görülməli idi. Məhkəmə kollegiyasının iclasında Cavabdeh apelyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək apelyasiya şikayətinin təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş İddiaçı məhkəmə iclasına gəlməmiş, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən məhkəmə kollegiyası işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Məhkəmə kollegiyası prosessual qanunvericiliyin qeyd olunan müddəasını və onun rəsmi şərhinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarını nəzərə almaqla qeyd edir ki, hazırki halda apelyasiya baxışının hədlərini iddia tələbinin təmin edilən hissəsinin qanuniliyinin və əsaslılığının yoxlanılması təşkil edir. Məhkəmə kollegiyası izahatı dinləyib, iş materiallarını və apelyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apelyasiya şikayəti təmin edilməməli, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-172/2020 saylı, 01 dekabr 2020-ci il tarixli qətnaməsi Cavabdeh apelyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iş materiallarında olan Azərbaycan SSR Bakı şəhər icraiyyə komitəsinin Bağ təsərrüfatının inkişafı və istismarı birliyinin Göradil bağlar sahəsindəki 159 nömrəli kooperativ üzrə b/s nömrəli orderinin surətinə əsasən X6 Bakı şəhər icraiyyə komitəsinin 19 aprel 1990-cı il tarixli, 3/78 nömrəli qərarına əsasən Göradil bağlar sahəsində 159 nömrəli ВТК nəzdində 0.12 ha torpaq sahəsi olan 351b nömrəli bağ ayrılmışdır. İş materiallarında olan X2 və İstismarı Birliyinin DZR № 259002 saylı 28 sentyabr 2005-ci il tarixli mədaxil qəbzinin surətindən görünür ki, İbrahimov R növbə ilə X2 və İstismarı Birliyinə 11.800 manat məbləğində ödəniş etmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Bakı Şəhər İcra Hakimiyyəti X1 İnkişafı və İstismarı Birliyinin 28 sentyabr 2005-ci il tarixli arayışının surətindən görünür ki, vətəndaş X4 ərizəsinə X2 və İstismarı birliyində baxılmış və bildirilmişdir ki, X9 29596 say nömrəsi ilə bağ növbəsinə qəbul edilmişdir. İş materiallarında olan Azərbaycan SSR Bakı şəhər xalq deputatları sovetinin icraiyyə komitəsi X2 və istismarı birliyinin arayışının surətindən görünür ki, Bakı şəhər icraiyyə komitəsi X2 və istismarı birliyi tərəfindən Cavabdeh ərizəsinə baxılıb və bildirilmişdir ki, qeydiyyata götürülmüşlər, növbə qaydasına uyğun olaraq, bağ tikinti kooperativinin birində bağ sahəsi ilə təmin olunacaqlar. İş materiallarında olan Azərbaycan SSR Bakı şəhər xalq deputatları sovetinin icraiyyə komitəsi X2 və istismarı birliyinin 30 yanvar 1990-cı il tarixli arayışının surətindən görünür ki, Bakı şəhər Soveti İcraiyyə komitəsinin 18 yanvar 1990-cı il tarixli 15/558 nömrəli kooperativin tərkibində yoldaş Cavabdeh 121 nömrəli kooperativdə bağ sahəsi verilməsinə icazə verilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Bakı Şəhər İcra Hakimiyyəti X1 İnkişafı və X7 bağlar sahəsindəki 121 saylı kooperativ üzrə 16 saylı orderin surətinə əsasən Cavabdeh Bakı şəhər icra hakimiyyətinin 18 yanvar 1990-cı il tarixli, 15/558 saylı qərarına əsasən Novxanı-Göradil bağlar sahəsində 121 saylı ВТК nəzdində 0.12 ha torpaq sahəsi olan 361 “F” saylı bağ ayrılmışdır. İş materiallarında olan Azərbaycan Respublikası 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)- 4321/2018 saylı, 07 noyabr 2018-ci il tarixli qərarı ilə Bakı şəhəri, Göradil bağlar sahəsində 159 nömrəli BTK-nın nəzdində ayrılmış 0.12 ha torpaq sahəsində yerləşən 351B saylı bağın 377 kv.metr olan sahəsinə dair İddiaçı mülkiyyət hüquqlarının dövlət reyestrində hüquqi qeydiyyata alınaraq buna dair dövlət reyestrindən çıxarışın verilməsi vəzifəsi Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilməsi qərara alınmışdır. İş materiallarında olan Bakı İnzibati Məhkəməsinin 2-1(81)-4321/2018 saylı, 27 fevral 2020-ci il tarixli qərardadı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı bağ sahəsi üzərində mülkiyyət hüquqlarının hüquqi qeydiyyata alınaraq dövlət reyestrindən çıxarışın verilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi tələbinə dair inzibati iş üzrə Cavabdeh tərəfindən verilmiş üçüncü şəxs qismində cəlb edilməsi barədə ərizə təmin edilməmişdir. İş materiallarında olan Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2- 1(103)-1134/2020 saylı, 11 iyun 2020-ci il tarixli qərardadı ilə Bakı İnzibati Məhkəməsinin 2-1(81)-4321/2018 saylı, 27 fevral 2020-ci il tarixli qərardadı dəyişdirilmədən qüvvədə saxlanılmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(102)- 1739/2020 saylı, 30 sentyabr 2020-ci il tarixli qərarı ilə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-1134/2020 saylı, 11 iyun 2020ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RX seriyalı, ******* saylı çıxarışın surətindən görünür ki, Bakı şəhəri, Binəqədi rayonu, Göradil kəndi, 351b saylı bağ sahəsi (0.0377 ha torpaq sahəsi) xüsusi mülkiyyət hüququ üzrə İddiaçı adına 15 yanvar 2019-cu il tarixdə qeydiyyatdan keçmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı şəhər Ərazi İdarəsi tərəfindən tərtib edilmiş 14 yanvar 2019-cu il tarixli, 338655 nömrəli torpaq sahəsinin plan və ölçüsündə torpaq sahəsinin döngə nöqtlərinin koordinatları 1 saylı döngə nöqtlərinin nömrəsi üzrə X koordinatı-400730.17, Y koordinatı 4490777.12, nöqtələr 1-2, döngə nöqtələri arasında məsafə 10.15, 2 saylı döngə nöqtlərinin nömrəsi üzrə X koordinatı- 400740.28, Y koordinatı 4490776.26, nöqtələr 2-3, döngə nöqtələri arasında məsafə 37.24, 3 saylı döngə nöqtlərinin nömrəsi üzrə X koordinatı 400736.28, Y koordinatı 4490739.24, nöqtələr 3-4, döngə nöqtələri arasında məsafə 10.74 və 4 saylı döngə nöqtlərinin nömrəsi üzrə X koordinatı-400725.88, Y koordinatı 4490741.94, nöqtələr 4-1, döngə nöqtələri arasında məsafə 35.44 kimi qeyd olunmuşdur. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı şəhər Ərazi İdarəsi tərəfindən məhkəməyə göndərilmiş 20 iyun 2019-cu il tarixli, **********21 saylı məktubdan görünür ki, 351b saylı bağ sahəsi 361f saylı bağ sahəsi ilə ümumi hasar daxilindədir, ara sərhədləri şərtidir. Ümumi hasar daxilində sahə 1.577,0 m2 təşkil edir. Ümumi sahədən 377,0 m2 hissəsi 351b saylı bağ sahəsi kimi qeydiyyatdan keçmişdir (sənəd üzrə 1200,0 m2 –dir). 361f saylı bağ sahəsi isə sənəd üzrə və faktiki 1200,0 m2 – dir. 351b saylı bağ sahəsi kimi qeydiyyatdan keçmiş 377,0 m2 sahədə tikili yoxdur. 361f saylı bağ kimi 1200,0 m2 olan hissədə 1 mərtəbəli yaşayış evi və həyət tikilisi mövcuddur. Mübahisə predmeti olan və faktiki vətəndaşın istifadəsinə 361f saylı bağ sahəsi kimi olan sahə bağların bölgüsünə dair sxematik xəritədə 352b saylı bağ sahəsi kimi qeyd edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 30 dekabr 2019-cu il tarixli, 22305 nömrəli ekspert rəyindən görünür ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin rəis müavini Əşrəf Quliyevin imzası ilə təsdiq edilmiş mütəxəssis rəyinə əsasən 351b saylı bağ sahəsi 361f saylı bağ sahəsi ilə ümumi hasar daxilindədir, ara məsafələri şərtidir. Ümumi hasar daxilində sahə 1577.0 m2 təşkil edir. Ümumi sahədən 377,0 m2 hissəsi 351b saylı bağ sahəsi kimi qeydiyyatdan keçmişdir (sənəd üzrə 1200,0 m2 –dir). 361f saylı bağ sahəsi isə sənəd üzrə və faktiki 1200,0 m2 –dir. 351b saylı bağ sahəsi kimi qeydiyyatdan keçmiş 377 m2 sahədə tikili yoxdur. 361f saylı bağ kimi 1200,0 m2 olan hissədə bir mərtəbəli yaşayış evi və həyət tikilisi mövcuddur. Mübahisə predmeti olan və faktiki vətəndaşın istifadəsinə 361f saylı bağ sahəsi kimi olan sahə bağların bölgüsünə dair sxematik xəritədə 352b saylı bağ sahəsi kimi qeyd edilmişdir. Aparılmış tədqiqatın dəyəri 50 manat təşkil edir. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin 1-ci hissəsinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 140-cı maddəsinə əsasən reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir. 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. İş materialları ilə müəyyən edilmişdir ki, cavabdehə Bakı şəhər icra hakimiyyətinin 18 yanvar 1990-cı il tarixli, 15/558 saylı qərarına əsasən Novxanı-Göradil bağlar sahəsində 121 saylı ВТК nəzdində 0.12 ha torpaq sahəsi olan 361 “F” saylı bağ ayrılmışdır. Həmin bağ sahəsi sahə bağların bölgüsünə dair sxematik xəritədə 352b saylı bağ sahəsi kimi qeyd edilmişdir. Bakı şəhəri, Binəqədi rayonu, Göradil kəndi, 351b saylı bağ sahəsi (0.0377 ha torpaq sahəsi) xüsusi mülkiyyət hüququ üzrə iddiaçıya məxsusdur, həmin sahə cavabdeh tərəfindən hasara alınmışdır. Hazırda iddiaçı mülkiyyətində olan Bakı şəhəri, Binəqədi rayonu, Göradil kəndi, 351b saylı bağ sahəsində cavabdehin qanunsuz müdaxiləsinə son qoyularaq torpaq sahəsinin boşaldılaraq cavabdehin həmin ərazidən çıxarılmasını, cavabdeh ilə ona məxsus torpaq sahəsinin sərhədlərinin plan sxemə əsasən müəyyən edilməsini, 0.0377 ha torpaq sahəsinin sərhəddi boyunca cavabdeh tərəfindən inşa edilmiş daş hasarın sökülməsi vəzifəsinin cavabdehə həvalə edilməsini tələb edir. Cavabdeh isə iddianı qəbul etmir. Yuxarıda sadalananlara əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi haqlı olaraq hesab etmişdir ki, İddiaçı məxsus Bakı şəhəri, Binəqədi rayonu, Göradil kəndi, 351b saylı bağ sahəsinə Cavabdeh qanunsuz müdaxiləsinə son qoyulmalı, Cavabdeh tərəfindən Bakı şəhəri, Binəqədi rayonu, Göradil kəndi, 351b saylı bağ sahəsinin sərhəddi boyunca inşa edilmiş daş hasar cavabdehin hesabına sökülməli, həmin bağ sahəsi boşaldılmalı və cavabdeh həmin sahədən çıxarılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (Bundan sonra MPM-in) 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddianı mübahisələndirilən hissədə təmin etməklə mübahisənin faktiki halları, tərəflərin münasibətləri və digər qeyd edilən halları nəzərə almaqla iş üzrə düzgün nəticəyə gəlmişdir. Apelyasiya şikayətinin dəlilinə gəldikdə isə məhkəmə kollegiyası qeyd edir ki, apelyasiya şikayətində qeyd olunanlar yuxarıda qeyd olunanlara əsasən əsaslı sayıla və təmin edilə bilməz. Belə ki, iddiaçı nə birinci instansiya məhkəməsində, nə də apelyasiya icraatı zamanı istinad etdiyi dəlilləri təsdiq edəcək heç bir sübutu təqdim etməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384-cü maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apelyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Həmin Məcəllənin 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Bu halda məhkəmə kollegiyası hesab edir ki, apelyasiya şikayəti təmin edilməməli, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-172/2020 saylı, 01 dekabr 2020-ci il tarixli qətnaməsi Cavabdeh apelyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 385.2, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qət etdi: Cavabdeh apelyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-172/2020 saylı, 01 dekabr 2020-ci il tarixli qətnaməsi Cavabdeh apelyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına Bakı Apelyasiya Məhkəməsi vasitəsilə kasasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-2868/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-2868/2021
28.04.2021 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver