Məhkəmə qərarları › İş №2(103)-2869/2025

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-2869/2025

08.09.2025 · Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-2869/2025 08.09.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdehlər "xxxx" MMC, Əfəndiyev Müslim Ənvəroviç və Cavabdeh3 qarşı iş üzrə (Açar sözlər: əmrin və təsisçi qərarının və onun yaratdığı hüquqi nəticələrin ləğvi, əmək müqaviləsinə xitam verilməsi əsasının dəyişdirilməsi) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər X2 (sədrlik edən və məruzəçi), katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil1 iştirakı ilə, İddiaçı cavabdehlər "xxxx" MMC, Cavabdeh2 və Cavabdeh3 (Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, X4 Xidməti, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti, Bakı Şəhəri Lokal Gəlirləri Baş İdarəsi və Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Milli Gəlirlər Baş İdarəsinin X5 Qeydiyyatı İdarəsi mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxslər qismində cəlb edilməklə) qarşı əmrin və təsisçi qərarının və onun yaratdığı hüquqi nəticələrin ləğvi, əmək müqaviləsinə xitam verilməsi əsasının dəyişdirilməsi tələbinə dair mülki iş üzrə Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(006)-402/2025 nömrəli qətnaməsindən iddiaçı və cavabdeh "xxxx" MMC tərəfindən verilmiş apellyasiya şikayətləri üzrə işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları, iş üzrə məhkəmə icraatı

1. Cavabdeh1 MMC ilə İddiaçı arasında xx.xx.2017-ci il tarixdə 001/2017 nömrəli əmək müqaviləsi bağlanmış və İddiaçı həmin tarixdən Cavabdeh1 MMC-nin direktor müavini vəzifəsinə işə qəbul olunmuşdur.

2. "xxxx" MMC-nin təsisçisi Cavabdeh2 xx.xx.2017-ci il tarixli qərarı ilə Safenerji” MMC-nin yeni qanuni təmsilçilik funksiyasına malik direktoru vəzifəsinə İddiaçı təyin edilmiş və bununla bağlı X5 reyestrində müvafiq qeydiyyat aparılmışdır.

3. Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(006)- 3171/2022-ci il nömrəli qətnaməsi ilə İddiaçı cavabdehlər Cavabdeh1 MMC və Cavabdeh2 və mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxslər Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X4 və AR Vergilər Nazirliyi yanında Milli Gəlirlər Departamentinin X5 Qeydiyyat İdarəsinə qarşı “əmək müqaviləsinə xitam verilməsi faktının təsdiq edilməsi” tələbinə dair iddiası təmin edilərək, İddiaçı ilə cavabdeh "Safenerji” MMC (təsisçi Cavabdeh2) arasında bağlanmış "Safenerji” MMC-nin direktoru vəzifəsinə dair əmək müqaviləsinə xitam verilməsi faktının təsdiq edilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir. Qətnamə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2024-cü il tarixli, 2(103)-1002/2024 nömrəli qərardadı ilə ləğv edilmiş və həmin işin baxılması üçün məhkəmə aidiyyəti üzrə Bakı Kommersiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır.

4. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2-2(113)-2194/2024 nömrəli qətnaməsi ilə iddia rədd edilmiş, qətnamə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının xx.xx.2025-ci il tarixli, 2-2(103)-215/2025 nömrəli qətnaməsi ilə dəyişdirilmədən saxlanılmışdır. İş hazırda Azərbaycan Respublikası Ali Məhkəməsinin icraatındadır.

5. xx.xx.2022-ci ildə İddiaçı barəsində həbs qətimkan tədbiri seçilmişdir.

6. Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 1(101)-103/2024 nömrəli hökmü ilə İddiaçı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 179.4-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinməsi, İddiaçı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 179.4-cü maddəsi ilə 2 il müddətə dövlət və özünüidarə orqanlarında rəhbər və maddi məsul vəzifə tutmaq hüququndan məhrum edilməklə 10 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsi, cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəza çəkmə müddətinin başlanğıcının xx.xx.2022-ci il tarixdən hesablanması, barəsində seçilmiş “həbs” növündə qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməsi hökm edilmişdir.

7. "xxxx" MMC-nin təsisçisi Cavabdeh2 xx.xx.2023-cü il tarixli qərarı ilə İddiaçı Məhdud Məsuliyyətli Cəmiyyətində direktor vəzifəsindən xx.xx.2023-cü il tarixindən ƏMnin 72-ci maddəsinin “e” bəndinə əsasən işdən azad edilməsi, Cavabdeh3 xx.xx.2023-cü il tarixindən Məhdud Məsuliyyətli Cəmiyyətində Direktor vəzifəsinə təyin edilməsi qərara alınmışdır.

8. "xxxx" MMC-nin direktoru Cavabdeh3 xx.xx.2023-cü il tarixli, 02 nömrəli əmri ilə "Ofis" bölməsində "Direktor" vəzifəsində işləyən İddiaçı Rafiq oğlu ilə bağlanılmış xxxxxxx000200 nömrəli əmək müqaviləsinə, «AR ƏM-nin 70. "ç" - işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda» maddəsinə əsasən xx.xx.2023 tarixindən xitam verilməsi və işçinin xx.xx.2017 tarixindən xx.xx.2023 tarixinə qədər istifadə edilməmiş 0 məzuniyyət gününün son haqqhesabının qanunvericiliyə uyğun şəkildə hesablanıb ödənilməsinin Maliyyə şöbəsinə/departamentinə həvalə edilməsi, işçinin əmək kitabçasında lazımi qeydlər aparılaraq özünə təhvil verilməsi əmr edilmişdir.

a) Birinci instansiya məhkəməsində icraat

9. İddiaçı cavabdehlər "xxxx" MMC, Cavabdeh2 və Cavabdeh3 (Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X4 Xidməti, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı Şəhəri Lokal Gəlirləri Baş İdarəsi və Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Milli Gəlirlər Baş İdarəsinin X5 Qeydiyyatı İdarəsi mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxslər qismində cəlb edilməklə) qarşı iddia ərizəsi, daha sonra iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, - Cavabdeh1 MMC- nin təsisçisi Cavabdeh2 tərəfindən qəbul edilmiş xx.xx.2023- cü il tarixli qərarının (direktor vəzifəsinə AR ƏM- nin 72- ci maddəsinin “e“ bəndi əsasda xitam verilməsi) və xx.xx.2023-cü il tarixdə AR Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə və 72-ci maddəsinə əsasən Safenerji” MMC ilə İddiaçı arasında bağlanmış xx.xx.2017-ci il tarixli əmək müqaviləsinə xitam verilməsinə dair № 2 saylı əmrin (şirkətin hazırki direktoru Cavabdeh3 tərəfindən imzalanmış) və onun yaratdığı hüquqi nəticələrin qanunsuz hesab edilməsi, əmrin və qərarın ləğv edilməsi, - müvafiq əmək müqaviləsinə AR Əmək Məcəlləsinin 68.2-ci maddəsinin “a” yarımbəndinə müvafiq olaraq (şəxsin öz istəyi ilə) xitam verilməsi faktının təsdiq edilməsinə, bu barədə təsisçi qərarının və əmrin rəsmiləşdirilməsinin icra edilməsi və yeni əmrə dair qeydlərin İddiaçı məxsus (xx.xx.1986 - cı il təvəllüdlü) əmək kitabçasında qeydiyyatının aparılması öhdəliyinin Cavabdeh1 MMC-nin təsisçisi Cavabdeh2 üzərinə qoyulması, - bu əmrin (İddiaçı ilə “Safenerji“ MMC arasında bağlanmış müvafiq “əmək müqaviləsi”nə AR Əmək Məcəlləsinin 68.2-ci maddəsinin “a” yarımbəndinə müvafiq olaraq (şəxsin öz istəyi ilə) xitam verilməsi qeydləri üzrə) onun əsasında veriləcək “təsisçi qərarı” nin yaratdığı yeni hüquqi nəticələrin aiddiyyəti orqanlar tərəfindən nəzərə alınması, -“Safenerji“ MMC-nin təsisçisi Cavabdeh2 və əmri saxtalaşdıran, şirkətin hazırki direktoru olan Cavabdeh3 barəsində araşdırma aparılması və qanuna müvafiq cəzalandırılması məqsədilə xüsusi qərardan elan edilərək aidiyyəti üzrə orqana ünvanlandırılması və nəticəsi barədə məhkəməyə cavab verilməsi tələbinin təmin edilməsini xahiş etmişdir.

10. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, iddiaçı xx.xx.2017-ci il tarixdən xx.xx.2021-ci il tarixədək Cavabdeh1 MMC-nin direktoru vəzifəsində işləmişdir. Lakin sonradan cavabdeh tərəfindən onunla bağlanmış əmək müqaviləsinə xitam verilmədən iddiaçı müvafiq cəmiyyətdə tutduğu vəzifənin icrasına buraxılmamış, təsisçi tərəfindən şirkətin yerləşdiyi Bakı şəhəri, Nərimanov rayonu, Ə.Rəcəbli küçəsində yerləşən ofisə qanunsuz şəkildə buraxılmamışdır. Bununla bağlı iddiaçı tərəfindən məhkəməyə müraciət edilmiş və onun artıq Cavabdeh1 MMC-nin direktoru olmaması, onunla bağlanmış əmək müqaviləsinə xitam verilmiş olması faktının təsdiq edilməsini xahiş etmişdir. Nəsimi Rayon Məhkəməsinin 2(006)-3171/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsi ilə iddiaçı ilə Cavabdeh1 MMC (təsisçi Cavabdeh2) arasında bağlanmış Cavabdeh1 MMC-nin direktoru vəzifəsinə dair əmək müqaviləsinə xitam verilməsi faktı təsdiq edilmiş, həmin qətnamə cavabdeh tərəfindən icra edilərək müvafiq əmək müqaviləsinə xitam verilmişdir. Qeyd edilməlidir ki, iddiaçı ilə bağlanmış əmək müqaviləsinin ləğv edilməsi faktı iş üzrə Cavabdeh1 MMC-nin nümayəndəsi tərəfindən müvafiq məhkəmə işinin icraatında etiraf edilmişdir. Lakin, hal-hazırda iddiaçıya məlum olmuşdur ki, Cavabdeh1 MMC tərəfindən onunla bağlanmış əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi və 72-ci maddənin tələbləri üzrə xitam verilmişdir. İddiaçı tərəfindən müvafiq maddənin tələblərini pozacaq hər hansı hərəkət edilməmiş, əksinə, iddiaçı öz vəzifəsinin icrasına və şirkətə cavabdehin təqsirli hərəkətlərinə görə buraxılmamışdır. Eyni zamanda, Nəsimi Rayon Məhkəməsinin sözügedən qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti nəticəsində müvafiq qətnamə Bakı Apellyasiya Məhkəməsinin 2(103)-1002/2024 saylı, xx.xx.2024-cü il tarixli qərardadı ilə ləğv edilmiş və iş baxılması üçün Bakı Kommersiya Məhkəməsinə göndərilmişdir. Lakin qeyd edilməlidir ki, müvafiq qətnamə ləğv edilmiş olsa da, iddiaçı tərəfindən müvafiq qətnamə yalnız iddianın təmin edilməyən hissəsində mübahisələndirilmişdir və həmin qətnamə ilə iddianın təmin edilmiş hissəsi olan “əmək müqaviləsinə xitam verilməsi faktının təsdiq edilməsi” hissəsi qüvvədə olmaqla artıq icra edilmişdir. Göründüyü kimi, cavabdeh tərəfindən müvafiq qətnamə icra edildikdən sonra iddiaçı ilə əvvəllər bağlanmış əmək müqaviləsinə əsassız şəkildə Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” və 72-ci maddəsinin “e” bəndinə uyğun olaraq xitam verilməsinin göstərilməsi tamamilə qanunsuz və əsassızdır və qərəzli xarakter daşıyır. Qeyd edilməlidir ki, cavabdehin törətdiyi təqsirli və qərəzli hərəkətlər nəticəsində, əmək müqaviləsinə xitam verilmədən, iddiaçının həmin şirkətin direktorluq vəzifəsindən uzaqlaşdırılması nəticəsində iddiaçı tərəfindən onunla bağlanmış əmək müqaviləsinə xitam verilməsi faktının təsdiqlənməsinə dair iddia ilə məhkəməyə müraciət etməsi özlüyündə iddiaçının öz istəyinə əsasən müvafiq əmək müqaviləsinə xitam verilməsi kimi dəyərləndirilməlidir. Belə ki, Əmək Məcəlləsinin 68-ci maddəsinə əsasən əmək müqaviləsinə yalnız bu Məcəllə ilə müəyyən edilmiş əsaslarla və qaydada xitam verilə bilər. Tərəflər arasındakı əmək müqaviləsinə xitam verilməsi müvafiq maddənin 2-ci bəndinin “a” yarımbəndinə uyğun gəlir. Ona görə də hesab edir ki, Cavabdeh1 MMC ilə İddiaçı arasında bağlanmış xx.xx.2017-ci il tarixli əmək müqaviləsinə xx.xx.2023-cü il tarixdə Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə və “72” ci maddəyə əsasən xitam verilməsinə dair şirkətin təsisçisinin qəul etdiyi qərarın və buna müvafiq əmrin ləğv edilməsi və müvafiq əmək müqaviləsinə Əmək Məcəlləsinin 68.2-ci maddəsinin “a” yarımbəndinə müvafiq olaraq (şəxsin öz istəyi ilə) xitam verilməsi faktının məhkəmə tərəfindən təsdiq edilməsi və bu barədə təsisçinin qərarının qəbul edilməsi və buna müvafiq əmrin verilməsi öhdəliyinin cavabdeh şirkətin üzərinə qoyulması mütləq və zəruridir. Qeyd edilməlidir ki, mübahisənin qanunvericiliyə uyğun şəkildə mediasiya prosesi ilə həll olunması nəticəsiz qalmışdır.

11. Cavabdeh1 MMC-nin nümayəndəsi və vəkili məhkəməyə iddiaya qarşı etiraz ilə müraciət edərək bildirmişdir ki, iddiaçı işdən çıxmaq istəməsinə dair heç bir ərizə ilə müraciət etməmişdir. Belə ki, Əmək Məcəlləsinin 69-cu Maddəsinə əsasən işçi bir təqvim ayı qabaqcadan işəgötürəni yazılı (kağız daşıyıcıda və ya elektron informasiya sistemi vasitəsilə) ərizəsi ilə xəbərdar etməklə əmək müqaviləsini ləğv edə bilər. Ərizə verildiyi gündən bir təqvim ayı bitdikdən sonra işçi işə çıxmamaq və son haqq-hesabının aparılmasını tələb etmək hüququna malikdir. Bu halda işəgötürən işçinin tələblərini yerinə yetirməyə borcludur. Ona görə də iddiaçı uzun müddət işə heç bir üzürlü səbəb olmadan gəlmədiyindən və işdən çıxması barədə ərizə təqdim etmədiyindən Əmək Məcəlləsinin 70 ç bəndinə və 72-ci maddənin e bəndinə əsasən işdən çıxarılmışdır. Odur ki, iddia tələbi əsassız olduğundan rədd edilməsini xahiş etmişdir.

12. Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(006)- 402/2025 nömrəli qətnaməsi ilə (hakim H.N.Miriyeva) iddia qismən təmin edilmiş, Cavabdeh1 MMC-nin təsisçisi Cavabdeh2 tərəfindən qəbul edilmiş xx.xx.2023-cü il tarixli qərarının 1-ci bəndi (direktor vəzifəsinə AR ƏM-nin 72-ci maddəsinin “e“ bəndi əsası ilə xitam verilməsi) və Cavabdeh3 tərəfindən verilmiş, AR Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən Cavabdeh1 MMC ilə İddiaçı arasında bağlanmış xx.xx.2017-ci il tarixli əmək müqaviləsinə xitam verilməsinə dair xx.xx.2023-cü il tarixli 02 nömrəli əmrin ləğv edilməsi, Cavabdeh1 MMC ilə İddiaçı arasında bağlanmış xx.xx.2017ci il tarixli əmək müqaviləsinə AR Əmək Məcəlləsinin 68.2-ci maddəsinin “a” yarımbəndinə müvafiq olaraq (şəxsin öz istəyi ilə) xitam verilməsinin müəyyən edilməsi və buna dair İddiaçı məxsus əmək kitabçasında qeydiyyatın aparılması öhdəliyinin Cavabdeh1 MMCnin təsisçisi Cavabdeh2 üzərinə qoyulması, iddianın qalan hissələrdə təmin edilməməsi qət edilmişdir.

13. Məhkəmə qeyd etmişdir ki, iddiaçı ilə bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin «ç» bəndinə əsasən xitam verilməsi üçün əsaslar mövcud olmamışdır. İşəgötürən əmək qanunvericiliyinə riayət etməməklə əmək müqaviləsinə xitam vermiş və iddiaçını işdən azad etmişdir.

14. Cavabdeh tərəf etirazında hazırkı intizam tənbeh tədbirinin tətbiqini İddiaçı uzun müddət - xx.xx.2021-ci il tarixdən xx.xx.2023-cü il tarixədək heç bir üzrlü səbəb olmadan işə gəlməməsi və bu barədə işəgötürənə məlumat verməməsi ilə əlaqələndirmişdir ki, bununla bağlı məhkəmə qeyd edir ki, Əmək Məcəlləsinin 70-ci maddəsinin ç bəndi iki hissədən (1. işçinin özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirməməsi və 2. bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozması) ibarət olmaqla bir birindən "xxxx" bağlayıcısı ilə ayrılır. Cavabdeh MMC-nin iddiaçının yol verdiyi pozuntu nəticəsində əmək vəzifələrinin kobud şəkildə pozulması ilə bağlı dəlili bunun üçün kifayət qədər əsaslar olduğu və tətbiqinə əmək qanunvericiliyinin imperativ tələbləri baxımından yol verildiyi təqdirdə 70-ci maddənin “ç” bəndinin ikinci hissəsi ilə, yəni, bu Məcəllənin 72-ci maddəsində sadalanan (a bəndi - özünün xəstəliyi, yaxın qohumunun xəstələnməsi və ya vəfat etməsi istisna olunmaqla heç bir üzürlü səbəb olmadan bütün iş günü işə gəlməməsi) hallarda əmək vəzifələrini kobud şəkildə pozması əsası ilə həmin maddənin tətbiqi üçün əsas ola bilərdi. İşdən isə görünür ki, mübahisələndirilən xx.xx.2023-cü il tarixli təsisçi qərarının 1-ci bəndində İddiaçı ƏM-nin 72-ci maddəsinin e bəndinə istinadla işdən azad olması göstərilmişdir ki, bu da əmək qanunvericiliyinin tələbləri ilə uzlaşmır. Belə ki, Əmək Məcəlləsinin 72-ci maddəsində sadalanan hallar (a və e bəndləri də daxil olmaqla) 70-ci maddənin ç bəndinin tərkib hissəsinə daxil olduğundan əmək müqaviləsinə xitam verilməsinin müstəqil əsası kimi çıxış edə bilməz.

15. Hazırkı halda əmək qanunvericiliyinin aşağıda göstərilən tələblərinin işəgötürən tərəfindən pozulması 70-ci maddənin “ç” bəndinin ikinci hissəsinin də iddiaçıya münasibətdə tətbiqini istisna edir: İlk növbədə qeyd edilməlidir ki, Əmək Məcəlləsinin 83.1ci maddəsinə əsasən əmək müqaviləsinə bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulan əsaslara və qaydalara uyğun olaraq xitam verilməsi işəgötürənin əsaslandırılmış əmri (sərəncamı, qərarı) ilə rəsmiləşdirilməlidir. İşdən görünür ki, təsisçi Cavabdeh2 xx.xx.2023-cü il tarixli aktı əsas götürüb Əmək Məcəlləsinin (yuxarıda göstərilənlərə əsasən) düzgün olmayan (72-ci maddəsinin e) bəndinə istinad etməklə, o cümlədən müvafiq sənədin əsaslandırılmasının imperativ xarakter daşımasına baxmayaraq, heç bir əsaslandırma aparmadan, yalnız müvafiq maddənin məzmununu əmrə daxil etməklə İddiaçı işdən azad etmişdir. Halbuki Əmək Məcəlləsinin müvafiq maddəsinin məzmununun əmrə köçürülməsi, həmin əmrin əsaslandırılması demək deyildir.

16. Təsisçi eyni vaxtda Cavabdeh3 MMC-nin direktoru təyin etmişdir. Şirkət rəhbərinin işdən azad olunması ilə bağlı təsisçinin səlahiyyətli olduğu halda, müvafiq qərarın olmasına baxmayaraq, buna dair əlavə əmrin verilməsinə ehtiyac qalmadığı təqdirdə, bundan sonra yeni rəhbər - direktor Cavabdeh3 ondan əvvəl direktor olmuş İddiaçı əmək müqaviləsinə ƏM-nin 70-ci maddəsinin ç bəndinə əsasən yenidən xitam verməsinə nə dərəcədə zərurət olması işdən məlum deyil. Belə ki, Əmək Məcəlləsinin 83cü maddəsində müvafiq əsaslarla işçinin işdən çıxarılmasının əmr, sərəncam və ya qərarla rəsmiləşdirilməsinin mümkünlüyü təsbit edilmişdir.

17. Məhkəmə İddiaçı işdən çıxarılması üçün əsas götürülmüş xx.xx.2023-cü il tarixli aktın mötəbərliyinə də tənqidi yanaşaraq qeyd edir ki, aktda xx.xx.2021-ci il tarixdən xx.xx.2023-cü il tarixinədək İddiaçı heç bir üzrlü səbəb olmadan işə gəlməməsi göstərilsə də, bunun 2 ilə yaxın müddət keçdikdən sonra rəsmiləşdirilməsi real və ağlabatan deyildir. Hətta həmin vaxt İddiaçı ilə cavabdeh "Safenerji” MMC (təsisçi Cavabdeh2) arasında bağlanmış "Safenerji” MMC-nin direktoru vəzifəsinə dair əmək müqaviləsinə xitam verilməsi faktının təsdiq edilməsi barədə Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin qüvvədə olan xx.xx.2022-ci il tarxli 2(006)-3171/2022-ci il tarixli qətnaməsi də mövcud idi. Bundan başqa iddiaçı barəsində xx.xx.2022-ci ildə həbs qətimkan tədbiri seçilmişdir və işəgötürən bunlar barədə məlumatlı idi.

18. Bundan başqa o da qeyd olunmalıdır ki, əmək müqaviləsinə xitam verilməsinə dair qərar və əmrdə, onların məzmununda göstərilməli olan - verilməsi üçün əsas hesab olunan rəsmi sənədlər göstərilməmişdir. Göründüyü kimi, cavabdeh qanunvericiliyin qeyd olunan tələblərinə əməl etməyərək qanunsuz olaraq iddiaçı ilə bağlanmış əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin «ç» bəndinə istinad edən əmrlə, o cümlədən 72-ci maddəsinin “e” bəndinə istinadən qərarla xitam vermişdir.

19. İddianın “müvafiq əmək müqaviləsinə AR Əmək Məcəlləsinin 68.2-ci maddəsinin “a” yarımbəndinə müvafiq olaraq (şəxsin öz istəyi ilə) xitam verilməsi faktının təsdiq edilməsi və yeni əmrə dair qeydlərin İddiaçı əmək kitabçasında qeydiyyatının aparılması öhdəliyinin cavabdehin üzərinə qoyulması” hissəsinə münasibətdə məhkəmə qeyd edir ki, işdə olan Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarxli 2(006)-3171/2022-ci il tarixli qətnaməsindən görünür ki, hazırkı işdə Cavabdeh1 MMC-nin nümayəndəsi Vəkil2 həmin iş üzrə də cavabdehin nümayəndəsi qismində iştirak etmiş və yazılı ərizə təqdim edərək hazırkı iş üzrə cavabdehin nümayəndəsi İddiaçı xx.xx.2022-ci il tarixdə MMC-nin təsisçisinə işdən çıxma ilə bağlı xəbərdarlıq məktubunun göndərilməsi barədə dəlilə əsaslanan iddiasını qəbul edərək, onun əmək müqaviləsinə xitam verilməsi faktının təsdiqlənməsinə dair hissədə iddianı etiraf etmiş və onun etirafı əsasında İddiaçı cavabdehlər Cavabdeh1 MMC və Cavabdeh2 qarşı əmək müqaviləsinə xitam verilməsi faktının təsdiq edilməsi barədə iddiası təmin edilmişdir (Cavabdehin nümayəndəsinin müvafiq ərizəsi iş materiallarına əlavə edilmişdir). Sözügedən qətnamə yuxarı instansiya məhkəməsi tərəfindən xx.xx.2024-cü il tarixdə ləğv olunsa da, mübahisələndirilən qərar və əmr çıxarılan vaxt (xx.xx.2023-cü ildə) qətnamə qanuni qüvvəsini almış və icraya yönəldilmişdir.

20. Belə ki, tərəflərin ədalətli məhkəmə araşdırılması hüququnun təmin edilməsindən ötrü icra şöbəsindən müvafiq icra işinin materialları məhkəmə sorğusu əsasında tələb edilib öyrənilərkən, müəyyən olundu ki, Bakı Şəhəri Nəsimi Rayon İcra Şöbəsinin xx.xx.2023-cü il tarixli qərarı ilə Nəsimi Rayon Məhkəməsinin 2(006)- 3171/2022-021 saylı xx.xx.2022-ci il tarixli qətnaməsinin icrasının təmini məqsədilə icraata başlanılmış və tələbin könüllü icrası barədə bildiriş "xxxx" MMC-yə göndərilmişdir. Hətta Bakı Şəhəri Nəsimi Rayon İcra Şöbəsinin xx.xx.2023-cü il tarixli məktubu ilə "xxxx" MMCyə Nəsimi Rayon Məhkəməsinin 2(006)-3171/2022-021 saylı xx.xx.2022-ci il tarixli qətnamənin icrası ilə bağlı xəbərdarlıq da edilmişdir.

21. Məhkəmə iclasında cavabdehin nümayəndəsi Vəkil2 ziddiyyətli izahatlar verərək, əvvəlcə İddiaçı işdən çıxma ilə bağlı ərizə ilə işəgötürənə müraciət etmədiyini bildisə də, məhkəmənin sualına cavab olaraq “əmək müqaviləsinə iddiaçının öz ərizəsi ilə xitam verilməsi faktının təsdiq edilməsi”nə dair Nəsimi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qətnaməsinin icrası ilə əlaqədar iddaçının işdən çıxarıldığını bildirmiş, lakin belə olduğu təqdirdə nəyə görə işdən azad edilmə barədə qərar və əmrdə ƏM-nin 70-ci maddəsinin “ç” bəndinin və 72-ci maddəsinin “e” bəndinin tətbiq edilməsinə ağlabatan cavab verə bilməmişdir.

22. Məhkəmə cavabdeh MMC-nin iddiaçının işdən çıxma barədə ərizəsinin olmaması ilə bağlı etirazının dəlilinə münasibətdə qeyd etmişdir ki, hazırda məhkəmənin icraatında cinayət işinin nəticəsi ilə bağlı cavabdehin müəyyən maraqlarının olması, habelə işçi ilə müqayisədə güclü tərəf olması baxımından müvafiq ərizənin mövcudluğunu inkar etməsi anlaşılandır. Amma cavabdehin bu dəlili əmr verilən vaxt qüvvədə olan məhkəmə qətnaməsində müvafiq ərizəyə istinadla verilmiş iddianın etiraf edilməsi və bu barədə işəgötürənin nümayəndəsinin ərizəsi ilə təkzib edilir.

23. İddia tələbinin “yeni əmrin (İddiaçı ilə “Safenerji“ MMC arasında bağlanmış müvafiq əmək müqaviləsinə AR Əmək Məcəlləsinin 68.2-ci maddəsinin “a” yarımbəndinə müvafiq olaraq (şəxsin öz istəyi ilə) xitam verilməsi qeydləri üzrə) əsasında veriləcək “təsisçi qərarı”nın yaratdığı yeni hüquqi nəticələrin aidiyyəti orqanlar tərəfindən nəzərə alınması” hissəsinə münasibətdə məhkəmə qeyd etmişdir ki, iddia həmin hissədə təmin edilməməlidir. Belə ki, iddiaçının aidyyəti orqanlar kimi nəzərdə tutduğu AR Dövlət Vergi Xidməti Lokal Gəlirlər Baş İdarəsi və Vergi Xidmətinin Hüquqi Şəxslərin Qeydiyyat Baş İdarəsi hazırki iş üzrə müstəqil tələb irəli sürməyən üçüncü şəxslərdir. İstinad olunan prosessual normaların tələblərindən göründüyü kimi, iş üzrə tərəflər yalnız iddiaçı və cavabdehdir. Tələb etmək hüququ olan şəxs iddiaçı, iddiaya cavab vermək vəzifəsi olan şəxs isə cavabdehdir. Müstəqil tələb irəli sürməyən üçüncü şəxslər prosesin tərəfi olmadığından Azərbaycan Respublikası Dövlət Vergi Xidməti Lokal Gəlirlər Baş İdarəsi və Vergi Xidmətinin Hüquqi Şəxslərin Qeydiyyat Baş İdarəsinin üzərinə iddiadan irəli gələn vəzifələr qoyula bilməz.

24. Məhkəmə iddia tələbinin “Safenerji“ MMC-nin təsisçisi Cavabdeh2 və əmri saxtalaşdıran, şirkətin hazırki direktoru olan Cavabdeh3 barəsində araşdırma aparılması və qanuna müvafiq cəzalandırılması məqsədilə xüsusi qərardadın çıxarılması” hissəsi ilə əlaqədar qeyd etmişdir ki, bu tələb hüquqi mahiyyəti etibarı ilə prosessual vəsatətdir, işdə iştirak edən şəxslərin vəsatəti və ya işə baxan məhkəmənin öz təşəbbüsü ilə çıxarıla bilər, yəni məhkəmə bu məsələdə tərəflərin vəsatətindən asılı deyil və işə baxarkən tərəflərin və ya digər şəxslərin hərəkətlərində cinayətin əlamətlərini aşkara çıxardığı təqdirdə öz təşəbbüsü ilə müşavirə otağında müstəqil akt şəklində tərtib olunmaqla xüsusi qərardad çıxara bilər. Bu baxımdan məhkəmə hesab edir ki, iddiaçı iddia ərizəsində xüsusi qərardad çıxarılmasını tələb etməsinə baxmayaraq, bu məsələ prosessual tələb kimi qiymətləndirilə bilməz. Məhkəmə belə qənaətə gəlir ki, cavabdehlərin hərəkətlərində cinayətin əlamətləri aşkara çıxarılmadığından hazırki mülki iş üzrə xüsusi qərardad qəbul edilməməlidir.

25. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikasının Konstitusiyasının 35, 60, 125, 129-cu maddələrinə, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 6.1-ci maddəsinə, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68, 70.”ç”, 71, 83, 84-cü maddələrinə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Əmək Məcəlləsinin 239-cu maddəsinin bəzi müddəalarının şərh edilməsinə dair” xx.xx.2011-ci il tarixli Qərarına, Konstitusiya Məhkəməsinin Plenumunun N.Məmmədovanın şikayəti üzrə 31 yanvar 2006-cı il tarixli qərarına, A.Əliyevin və "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin şikayətləri üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 23 may 2018-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 11 iyun 2019-cu il tarixli qərarına, Mülki Prosessual Məcəlləsinin 4.1, 14.2, 50.1, 50.3, 77.1, 88, 217.3, 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır.

Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları

a) Apellyasiya şikayətinin dəlilləri

26. İddiaçı qətnamədən apellyasiya şikayəti verərək qətnamənin iddianın təmin olunmayan hissəsində ləğv edilməsini və iddia tələbinin bütövlükdə təmin edilməsinə dair yeni qətnamə qəbul olunmasını xahiş etmişdir.

27. İddiaçı apellyasiya şikayəti belə əsaslandırılmışdır ki, məhkəmə belə qənaətə gəlmişdir ki, cavabdehlərin hərəkətlərində cinayətin əlamətləri aşkara çıxarılmadığından hazırki mülki iş üzrə xüsusi qərardad qəbul edilməməlidir. Lakin məhkəmə tərəfindən mülki icraat zamanı “Safenerji“ MMC-nin təsisçisi Cavabdeh2 və əmri saxtalaşdıran, şirkətin hazırki direktoru olan Cavabdeh3 tərəfindən yol verilmiş qanun pozuntuları aydınlaşdırılmış və sadalanmışdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 265-ci maddəsinə əsasən Məhkəmənin xüsusi qərardadlarının əsasları nəzərdə tutulmuşdur. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 265-ci maddəsini rəhbər tutaraq “Safenerji“ MMC-nin təsisçisi Cavabdeh2 və əmri saxtalaşdıran, şirkətin hazırki direktoru olan Cavabdeh3 barəsində araşdırma aparılması və qanuna müvafiq cəzalandırılması məqsədilə xüsusi qərardadın çıxarılması”na dair iddia tələbini təmin edə bilərdi. Bundan əlavə, iddiaçı iddia tələbində Safenerji" MMC iləRzayev Heyder Rafiq oğlu arasında bağlanmış xx.xx.2017-ci il tarixli əmək müqaviləsinə xx.xx.2023-cü il tarixdə AR Əmək Məcəlləsinin 70-cimaddəsinin "ç" bəndinə və 72-ci maddəsinə əsasən xitamverilməsinə dair əmrin va bunun əsasında şirkətin təsisçisinin qəbul etdiyi qərarın və onlara dairaparılmış qeydlərin “qanunsuz” hesab edilərək ləğv edilməsini tələb etsə də, məhkəmə tərəfindən iddia tələbi təmin edilərkən “qanunsuz” ifadəsini iddia tələbinin həmin hissəsindən çıxarmışdır.

28. Qətnamədən həmçinin cavabdeh apellyasiya şikayəti verərək qətnamənin iddianın təmin olunan hissəsində ləğv edilməsini və iddia tələbinin bütövlükdə rədd edilməsinə dair yeni qətnamə qəbul olunmasını xahiş etmişdir.

29. Apellyasiya şikayəti belə əsaslandırılmışdır ki, İddiaçıişdən çıxmaq istəməsinə dair heç bir yazılı ərizə ilə müraciət etməmiş, iddiaçı uzun müddət işə heç bir üzürlü səbəb olmadan işə gəlmədiyindən və işdən çıxması barədə yazılı ərizə təqdim etmədiyindən Əmək Məcəlləsinin 70 “ç” bəndinə və 72-ci maddənin “e” bəndinə əsasən işdən çıxarılmışdır. İş materiallarından da görünür ki, faktiki olaraq iddiaçının işdən çıxması barədə ərizəsi yoxdur. İşdən çıxmaq üçün iradə ifadəsi, arzusu mövcud olmalıdır, işçi işə gəlmirsə və işdən çıxması barədə yazılı ərizə vermirsə onda onu necə Əmək Məcəlləsinin 68.2-ci maddəsinin “a” yarımbəndinə müvafiq olaraq (şəxsin öz istəyi ilə) xitam vermək olar? Bu tam qanunsuz qətnamədir. Hakim qanunsuz olaraq ləğv olunmuş məhkəmə qətnaməsinə istina edir. Halbuki həmin qətnamə qanuni qüvvəsində deyildir. Hakim qeyd edir ki, Bakı Şəhəri Nəsimi Rayon əhkəməsinin xx.xx.2022-ci il tarxli 2(006)-3171/2022-ci il tarixli qətnaməsindən görünür ki, hazırkı işdə Cavabdeh1 MMC-nin nümayəndəsi Vəkil2 həmin iş üzrə də cavabdehin nümayəndəsi qismində iştirak etmiş və yazılı ərizə təqdim edərək hazırkı iş üzrə cavabdehin nümayəndəsi İddiaçı xx.xx.2022-ci il tarixdə MMC-nin təsisçisinə işdən çıxma ilə bağlı xəbərdarlıq məktubunun göndərilməsi barədə dəlilə əsaslanan iddiasını qəbul edərək, onun əmək müqaviləsinə xitam verilməsi faktının təsdiqlənməsinə dair hissədə iddianı etiraf etmiş və onun etirafı əsasında iddiaçının cavabdehlər Cavabdeh1 MMC və Cavabdeh2 qarşı əmək müqaviləsinə xitam verilməsi faktının təsdiq edilməsi barədə iddiası təmin edilmişdir (Cavabdehin nümayəndəsinin müvafiq ərizəsi iş materiallarına əlavə edilmişdir). Sözügedən qətnamə yuxarı instansiya məhkəməsi tərəfindən xx.xx.2024-cü il tarixdə ləğv olunsa da, mübahisələndirilən qərar və əmr çıxarılan vaxt (xx.xx.2023-cü ildə) qətnamə qanuni qüvvəsini almış və icraya yönəldilmişdir. Məhkəmənin nəzərinə çatdırır ki, iddiaçı xx.xx.2022-ci il tarixdə MMC-nin təsisçisinə işdən çıxma ilə bağlı nə xəbərdarlıq məktubu, nə də ki işdən çıxması barədə yazılı ərizə göndərməmişdir. Bu tam yalandır, o, məhkəmədə iddiaçının xx.xx.2022-ci il tarixdə MMC-nin təsisçisinə işdən çıxma ilə bağlı xəbərdarlıq məktubunun göndərilməsi barədə dəlilə əsaslanan ərizə verməmiş, həmin iddianı da qəbul etməmişdir. Həmin qətnamədə qeyd olunur ki, “Məhkəmə baxış iclasında iştirak edən cavabdehlərin nümayəndəsi (vəkili) Vəkil2 məhkəməyə yazılı ərizə təqdim edərək, iddiaçının Cavabdeh1 MMC-yə qarşı əmək müqaviləsinə xitam verilməsi faktının (öz xahişi ilə deyil) təsdiqlənməsinə dair hissədə qəbul etdiyini, digər iddia üzrə əmək haqqı olan 162.000 manat pul vəsaitinin və 452 manat dövlət rüsumunun Cavabdeh1 MMC-dən tutularaq iddiaçını xeyrinə ödənilməsinə dair hissədə qəbul etmədiyini bildirmiş və həmin hissədə iddianın rədd edilməsini məhkəmədən xahiş etmişdir”. Həmin məhkəmə iclasında o, iddiaçının əmək müqaviləsinə xitam verilməsi faktının (öz xahişi ilə deyil) təsdiqlənməsinə etiraz etməmiş, orada İddiaçı xx.xx.2022-ci il tarixdə MMC-nin təsisçisinə işdən çıxma ilə bağlı xəbərdarlıq məktubunun göndərilməsi barədə dəlilə əsaslanan iddiasını qəbul etdiyini deməmişdir. Belə bir hal olmamışdır. Buna dair hər hansı bir sübut yoxdur. Bu tam yalandır. İddiaçı onlara işdən çıxması barədə xəbərdarlıq məktubu göndərməmişdir. Belə bir məktub yoxdur. Daha sonra məhkəmə əsassız olaraq qətnamədə qeyd etmişdir ki, sözügedən qətnamə icra olunmuşdur. Halbuki, pul tələbi hissəsində icra olunmuşdur, əmək müqaviləsinə xitam verilməsi ilə bağlı hissədə ləğv olunmuşdur.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

30. İddiaçının nümayəndəsi və vəkili cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə qarşı etiraz verərək qeyd etmişdir ki, Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin iş № 2(006)-402/2025 saylı, xx.xx.2025-ci il tarixli qətnaməsindən cavabdeh “Safenerji" MMC tərəfindən apellyasiya şikayəti verilmişdir. Mülki iş üzrə digər cavabdehlər Cavabdeh2 və Cavabdeh3 tərəfindən apellyasiya şikayəti verilməmişdir. Bu isə o deməkdir ki, Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin iş № 2(006)-402/2025 saylı, xx.xx.2025-ci il tarixli qətnaməsi mülki iş üzrə digər cavabdehlərə - Cavabdeh2 və Cavabdeh3 münasibətdə artıq qanuni qüvvə almışdır. Bakı Apellyasiya Məhkəməsi hazırda yalnız iddiaçı və cavabdeh “Safenerji" MMC tərəfindən verilmiş apellyasiya şikayətini araşdırmaq səlahiyyətinə malikdir. Cavabdeh1 MMC-nin direktoru və qanuni təsisçisinə münasibətdə Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin iş № 2(006)-402/2025 saylı, xx.xx.2025-ci il tarixli qətnaməsi artıq qüvvədədir və bu, mübahisə predmeti ola bilməz. Bundan əlavə, Safenerji” MMC-nin təsisçisi Cavabdeh2 tərəfindən qəbul edilmiş xx.xx.2017- ci il tarixli təsisçi qərarının və onun hüquqi nəticələrinin, eyni zamanda xx.xx.2021-ci il tarixindən, xx.xx.2023-cü il tarixinə qədər İddiaçı Cavabdeh1 MMC-nin direktoru vəzifəsi üzrə edilmiş bütün hərəkətlərin qanunsuz hesab edilməsi, imzalanan sənədlərin etibarsız hesab edilərək ləğv edilməsinə dair qətnamə elan edilməsinə, Safenerji” MMC-nin təsisçisi Cavabdeh2, X1 və bütün proseslərdə iştirak etmiş digər şəxslər barəsində xüsusi qərar qəbul edilməsinə dair İddiaçı iddia tələbi üzrə kommeriya işi Bakı Kommeriya Məhkəməsinin hakimi Günay Həşimovanın (iş № e-2-2(113)- 2791/2025) icraatındadır. Hansı ki, həmin şirkətin qanıma zidd fəaliyyəti və İddiaçı həbs edilməsinə baxmayaraq onun öz ərizəsi ilə işdən azad edilmə məsələsi və direktor fəaliyyətinin davam etdirilərək onun adından qeyri qanuni formada imzalarının icra edilərək sənədləşdirmə işləri aparılması məsələləri iddia çərçivıəsində araşdırılmaqdadır.

31. İddiaçının apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

c) Məhkəmə icraatı iştirakçılarının izahatları

32. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili cavabdehin apelyasiya şikayətinə etiraz edərək, təmin edilməməsini xahiş etdi, iddiaçının apelyasiya şikayətini müdafiə edərək, orada göstərilənlərə və cavabdehin apellyasiya şikayətinə qarşı etiraza uyğun izahat verərək şikayətinin təmin edilməsini xahiş etdi.

33. İşə baxılması ilə bağlı məhkəmə iclasının yeri və vaxtı barədə cavabdehlərə və üçüncü şəxslərə rəsmi qaydada məlumat verilmiş, lakin onlar (nümayəndələri) məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məlumat verməmişlər. Bu səbəbdən də məhkəmə kollegiyası, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə onların nümayəndlərinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq

34. Azərbayan Respublikasının Əmək Məcəlləsi: Maddə 3.3. İşəgötürən tam fəaliyyət qabiliyyətli olub işçilərlə əmək müqaviləsi (kontrakt) bağlamaq, ona xitam vermək, yaxud onun şərtlərini dəyişdirmək hüququna malik mülkiyyətçi və ya onun təyin (müvəkkil) etdiyi müəssisənin rəhbəri, səlahiyyətli orqanı, habelə fiziki şəxsdir. Maddə 3.5. Əmək müqaviləsi (kontraktı) – işəgötürənlə işçi arasında fərdi qaydada bu Məcəllə ilə müəyyən edilmiş formada bağlanan əmək münasibətlərinin əsas şərtlərini, tərəflərin hüquq və vəzifələrini əks etdirən yazılı müqavilədir. Maddə 68.2. “a” bəndi. Əmək müqaviləsinə xitam verilməsinin əsasları aşağıdakılardır: a) tərəflərdən birinin təşəbbüsü;... Maddə 83.1. Əmək müqaviləsinə bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulan əsaslara və qaydalara uyğun olaraq xitam verilməsi işəgötürənin əsaslandırılmış əmri (sərəncamı, qərarı) ilə rəsmiləşdirilməlidir.

35. Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə 49.1. Hüquqi şəxslər qanunvericiliyə və nizamnaməyə uyğun fəaliyyət göstərən öz orqanları vasitəsilə mülki hüquqlar əldə edir və öhdələrinə mülki vəzifələr götürürlər. Hüquqi şəxsin orqanlarının seçilməsi və ya təyin edilməsi qaydası, müvafiq olaraq, nizamnamə, “Banklar haqqında”, “Sığorta fəaliyyəti haqqında”, “İnvestisiya fondları haqqında”, “Qiymətli kağızlar bazarı haqqında” və “Əmanətlərin sığortalanması haqqında” Azərbaycan Respublikasının qanunları ilə müəyyənləşdirilir. Maddə 49.3. Hüquqi şəxs adından çıxış edən şəxs, o cümlədən hüquqi şəxsin idarəetmə orqanlarında (müşahidə (direktorlar) şurası, icra orqanı) təmsil olunan hər hansı şəxs təmsil etdiyi hüquqi şəxsin mənafeləri üçün vəzifələrini yerinə yetirərkən vicdanla, peşəkar qaydada və məntiqlə hərəkət etmək, hüquqi şəxsin və onun bütün iştirakçılarının maraqlarına sadiq olmaq və hüquqi şəxsin maraqlarını öz maraqlarından üstün tutmaq, ehtiyatlı olmaq, habelə qərarların qəbulu zamanı ədalətli və qərəzsiz olmağa borcludur. Həmin şəxs, bu vəzifələrin hüquqi şəxsin maraqlarına uyğun olaraq yerinə yetirilməsi üçün məsuliyyət daşıyır. Hüquqi şəxsin nizamnamə kapitalında ən azı 5 faiz paya (səhmə) malik olan iştirakçısının (iştirakçılarının) tələbi ilə o, vəzifələrini pozduğu halda, pozuntu nəticəsində hüquqi şəxsə dəymiş zərərin əvəzini ödəməlidir. Maddə 49.5. Hüquqi şəxsin adından çıxış edən, hüquqi şəxsin idarəetmə orqanlarında (müşahidə (direktorlar) şurası, icra orqanı) təmsil olunan hər hansı şəxs hüquqi şəxsə vurulmuş zərərə görə hüquqi şəxsin ümumi yığıncağının qərarı ilə tutduğu vəzifədən kənarlaşdırıla bilər. Maddə 87.1. Bir və ya bir neçə şəxs (fiziki və (və ya) hüquqi şəxs) tərəfindən təsis edilən, nizamnamə kapitalı nizamnamə ilə müəyyənləşdirilmiş miqdarda paylara bölünən cəmiyyət məhdud məsuliyyətli cəmiyyət sayılır. Maddə 91.1. Məhdud məsuliyyətli cəmiyyətin ali orqanı onun iştirakçılarının ümumi yığıncağıdır. Bir iştirakçısı olan cəmiyyətdə cəmiyyətin ümumi yığıncağının səlahiyyətləri iştirakçı tərəfindən təkbaşına həyata keçirilir. Cəmiyyətin nizamnaməsində nəzərdə tutulduğu halda, habelə ictimai əhəmiyyətli qurumlarda cəmiyyətin direktorlar şurası (və ya müşahidə şurası) və (və ya) təftiş komissiyası (müfəttiş) yaradılır. Məhdud məsuliyyətli cəmiyyətdə onun fəaliyyətinə cari rəhbərliyi həyata keçirən və iştirakçılarının ümumi yığıncağına hesabat verən icra orqanı (kollegial və ya təkbaşçı) yaradılır. Cəmiyyətin kollegial icra orqanının rəhbəri və üzvləri və ya cəmiyyətin təkbaşçı icra orqanının rəhbəri onun iştirakçıları olmayanların sırasından da seçilə bilər. Maddə 91-2.3. Cəmiyyət və cəmiyyətin təkbaşına rəhbəri arasında müqavilə həmin şəxsin seçildiyi (təyin edildiyi) cəmiyyətin iştirakçılarının ümumi yığıncağında sədrlik edən şəxs və ya ümumi yığıncağın qərarı ilə müvəkkil edilən şəxs tərəfindən imzalanır. Təkbaşına rəhbərin səlahiyyətləri bu Məcəllənin 91-2.4-cü maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, fiziki şəxs tərəfindən həyata keçirilir. Maddə 91-2.4. Cəmiyyətin nizamnaməsində nəzərdə tutulduğu halda cəmiyyətin icra orqanının səlahiyyətləri müqavilə əsasında başqa fiziki və ya hüquqi şəxslərə (kənar idarəçiyə) verilə bilər. Kənar idarəçi ilə ümumi yığıncaqda təsdiq olunan və cəmiyyətin adından ümumi yığıncaqda sədrlik edən və ya ümumi yığıncağın səlahiyyət verdiyi iştirakçılardan biri tərəfindən imzalanan müqavilə bağlanır.

36. “Azərbaycan Respublikası Əmək Məcəlləsinin 7-ci maddəsinin 2-3.3-cü hissəsinin Azərbaycan Respublikası Mülki Məcəlləsinin 49, 91, 91-2.1 və 91-2.3-cü maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2025-ci il tarixli Qərarı: Qanunverici hüquqi şəxsin icra orqanının rəhbərinin təsisçilərin müvafiq qərarı ilə seçilməsini nəzərdə tutaraq onu digər işçilərdən ayırmışdır. Qanunvericinin belə mövqeyi hüquqi şəxsin yaradılma məqsədindən, icra orqanının həyata keçirdiyi funksiyadan irəli gəlir. Belə ki, hüquqi şəxs (kommersiya hüquqi şəxsi) təsisçilər (və ya tək təsisçi) tərəfindən gəlir əldə etmək məqsədilə yaradılmaqla fəaliyyəti şəxsi maraqların təmin olunmasına xidmət edir. Odur ki, hüquqi şəxsin təsisçiləri ilə onun idarəetmə orqanı arasındakı münasibətlər şəxsi etimada əsaslanan münasibətlərdir. Məhz bu səbəbdən Mülki Məcəllənin 49-cu maddəsi ilə müəyyən edilmişdir ki, hüquqi şəxsin idarəetmə orqanlarında təmsil olunan hər hansı şəxs hüquqi şəxsə vurulmuş zərərə görə hüquqi şəxsin ümumi yığıncağının qərarı ilə tutduğu vəzifədən kənarlaşdırıla bilər. ... qanunverici şəxsin sərbəst iradə ifadəsi əsasında əməyə olan qabiliyyətinin realizəsi üzrə artıq yaratmış olduğu konkret münasibətlərdə məhz işçinin əmək qanunvericiliyi ilə nəzərdə tutulmuş hüquqlarının təmin edilməsi, qanuni mənafelərinin qorunması məqsədilə həmin münasibətlərin əmək münasibətləri olaraq qəbul edilməsinin və əmək müqaviləsinin yazılı formada bağlanmasının məcburiliyini təsbit etmişdir. ... qanunverici əmək hüquq münasibətlərinin xüsusiyyətlərindən çıxış edərək həm hüquqi şəxs olan mülkiyyətçini, həm də onun struktur bölmələrinin rəhbərlərini işəgötürən olaraq qəbul edir. Bu zaman hüquqi şəxsin mülkiyyətçisi dedikdə hüquqi şəxsin təsisçisi, struktur bölmələrinin rəhbərləri qismində isə hüquqi şəxsin idarəetmə orqanının rəhbəri nəzərdə tutulur. ... hüquqi şəxsi təmsil etmək üçün təyin olunan (seçilən) idarəetmə orqanının (o cümlədən icra orqanının) rəhbəri ilə hüquqi şəxs arasında azad iradə ifadəsi nəticəsində əmək müqaviləsi bağlanıla bilər. Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki, hüquqi şəxsin təsisşisi ilə onun icra orqanı arasında olan münasibətlər daha çox mülki hüquqi xarakter daşısa da, aralarında əmək müqaviləsinin bağlanması yol veriləndir və təcrübədə bir çox hallarda tərəflər arasındakı münasibətlərin xarakteri onun məhz əmək münasibətləri olduğunu göstərir. Odur ki, belə hallarda hüquqi şəxsin icra orqanının rəhbərinin əmək və sosial hüquqlarının qorunması məqsədilə hüquqi şəxsin təsisçisi ilə faktiki əmək münasibətlərinə daxil olmuş icra orqanının rəhbəri arasında əmək müqaviləsinin rəsmiləşdirilməsi mütləqdir. Həmçinin Konstitusiyanın 59-cu maddəsindən irəli gələrək, hüquqi şəxsin müstəqilliyinin, o cümlədən qanuni mənafelərinin, sərmayənin qorunması məqsədilə hüquqi şəxslə onun idarəetmə orqanında təmsil olunan şəxs arasında yaranmış münasibətlərin xitamı məsələsi Mülki Məcəllənin normaları əsasında həll edilməlidir.

37. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Maddə 217.4 Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 384.0.2. Apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; Maddə 385.1. Maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi; məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması; birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi; birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslardır.

Apellyasiya baxışının hədləri

38. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

39. Hazırkı işdə iddia tələbi qismən təmin edildiyindən və apellyasiya şikayətlərində qətnamə iş üzrə cavabdeh tərəfindən iddianın təmin olunan hissəsində, iddiaçı tərəfindən isə iddianın təmin olunmayan hissəsində mübahisələndirildiyindən qətnamənin əsaslığı tam yoxlanılır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

40. Məhkəmə kollegiyası proses iştirakçısını dinləyib, apelyasiya şikayətlərinin, cavabdehin apellyasiya şikayətinə qarşı verilmiş etirazın dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, cavabdehin apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi iddianın təmin olunan hissəsində ləğv edilməli, həmin hissədə iş üzrə yeni qətnamə qəbul edilməklə iddia tələbi qismən təmin edilməli, İddiaçı direktor vəzifəsindən azad edilməsi barədə Cavabdeh1 MMC-nin təsisçisi Cavabdeh2 tərəfindən qəbul edilmiş xx.xx.2023-cü il tarixli qərarın “Əmək Məcəlləsinin 72-ci maddəsinin “e” bəndinə əsasən” hissəsi ləğv edilməli, İddiaçı ilə bağlanmış əmək müqaviləsinə xitam verilməsi barədə Cavabdeh1 MMC-nin direktoru Cavabdeh3 xx.xx.2023-cü il tarixli, 02 nömrəli əmrinin “Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70 “ç” maddəsinə əsasən” hissəsi ləğv edilməli, bununla bağlı əmək kitabçasında düzəliş edilərək elektron informasiya sistemində qeydiyyatın aparılması öhdəliyi Cavabdeh1 MMC-nin üzərinə qoyulmalı, iddiaçının apellyasiya şikayəti isə təmin edilməməlidir.

41. Belə ki, işə baxan birinci instansiya məhkəməsi iddianın qismən təmin edilməsi barədə qətnamə qəbul edərkən maddi hüquq normasının tətbiqində səhvə yol vermişdir. Mülki-prosessual qanunvericiliyin tələbləri baxımından bu hal qətnamənin ləğv edilməsi üçün əsasdır.

42. İşdən müəyyən olunur ki, İddiaçı təsisçi Cavabdeh2 xx.xx.2017-ci il tarixli qərarı ilə Safenerji” MMC-nin yeni direktoru vəzifəsinə təyin edilmiş və bununla bağlı X5 reyestrində müvafiq qeydiyyat aparılmışdır.

43. Başlanmış cinayət işi ilə bağlı xx.xx.2022-ci il tarixindən iddiaçının barəsində həbs qətimkan tədbiri seçilmiş, "xxxx" MMC-nin təsisçisi Cavabdeh2 xx.xx.2023-cü il tarixli qərarı ilə İddiaçı Məhdud Məsuliyyətli Cəmiyyətində direktor vəzifəsindən xx.xx.2023-cü il tarixindən Əmək Məcəlləsinin 72-ci maddəsinin “e” bəndinə əsasən işdən azad edilməsi, Cavabdeh3 xx.xx.2023-cü il tarixindən Məhdud Məsuliyyətli Cəmiyyətində Direktor vəzifəsinə təyin edilməsi qərara alınmışdır. "xxxx" MMC-nin direktoru Cavabdeh3 eyni tarixli, 02 nömrəli əmri ilə İddiaçı ilə bağlanılmış əmək müqaviləsinə Əmək Məcəlləsinin 70 "ç" maddəsinə əsasən xx.xx.2023 tarixindən xitam verilməsi əmr edilmişdir.

44. Məhkəmə kollegiyası hazırki mübahisə ilə bağlı ilk növbədə qeyd etməyi zəruri hesab edir ki, yuxarıda istinad olunan qanunvericiliyin normalarına və Konstitusiya Məhkəməsi Plenumunun qərarında əks olunmuş hüquqi mövqeyə görə hüquqi şəxsin təsisçisi ilə onun icra orqanı arasında olan münasibətlər daha çox mülki hüquqi xarakter daşısa da, aralarında əmək müqaviləsinin bağlanması yol veriləndir və təcrübədə bir çox hallarda tərəflər arasındakı münasibətlərin xarakteri onun məhz əmək münasibətləri olduğunu göstərir. Odur ki, belə hallarda hüquqi şəxsin icra orqanının rəhbərinin əmək və sosial hüquqlarının qorunması məqsədilə hüquqi şəxsin təsisçisi ilə faktiki əmək münasibətlərinə daxil olmuş icra orqanının rəhbəri arasında əmək müqaviləsinin rəsmiləşdirilməsi mütləqdir. Həmçinin, hüquqi şəxsin müstəqilliyinin, o cümlədən qanuni mənafelərinin, sərmayənin qorunması məqsədilə hüquqi şəxslə onun idarəetmə orqanında təmsil olunan şəxs arasında yaranmış münasibətlərin xitamı məsələsi Mülki Məcəllənin normaları əsasında həll edilməlidir.

45. Göründüyü kimi, hüquqi şəxslə direktor arasında işçinin əmək və sosial hüquqlarının qorunması məqsədilə əmək müqaviləsinin bağlanması yolverilən olsa da, hüquqi şəxslə onun idarəetmə orqanında təmsil olunan şəxs arasında yaranmış münasibətlərin xitamı məsələsinə Mülki Məcəllənin normaları tətbiq olunur.

46. Belə olan halda, hüquqi şəxsin təsisçisi ilə onun icra orqanının rəhbəri (direktoru) arasında olan münasibətlərə xitam verilərkən təsisçi və icra orqanın yeni rəhbəri tərəfindən bununla bağlı müvafiq qərar və əmrdə Əmək Məcəlləsinin hər hansı maddəsinə, o cümlədən 70 və ya 72-ci maddələrinə istinad edilməsi qanunvericiliyin tələblərinə zidd olmuşdur. Qeyd olunduğu kimi, təsisçisi ilə onun icra orqanının rəhbəri (direktoru) arasında olan münasibətlərin əmək müqaviləsi ilə rəsmiləşdirilməsi yalnız sonuncunun əmək və sosial hüquqlarının qorunması məqsədilə həyata keçirilir. Əmək müqaviləsinə qeyd olunan maddələrə istinad etməklə xitam verilməsi isə iddiaçının əmək və sosial hüquqlarının qorunması məqsədinə xidmət etmir.

47. Kollegiya nəzərə alır ki, tərəflər arasında əmək müqaviləsi bağlandığından və elektron informasiya sistemində bunun qeydiyyatı aparıldığından həmin sistemdə əmək müqaviləsinə xitam verilməsinin qeydiyyatının aparılması üçün əmək müqaviləsinə xitam verilməsinin əmrlə rəsmiləşdirilməsi zərurəti yaranır. Sözügedən qeydiyyatın aparılması zamanı elektron informasiya sistemində bununla bağlı tələb olduqda Əmək Məcəlləsinin 68.2-ci maddəsinin “a” bəndinə (tərəflərdən birinin təşəbbüsü) istinad edilməsi istisna edilmir.

48. Kollegiya iddiaçının apellyasiya şikayətinin dəlillərinə münasibətdə qeyd edir ki, işə baxılarkən proses iştirakçılarının və ya digər şəxslərin əməllərində cinayət əlamətləri aşkar edilmədiyindən iddiaçının xüsusi qərardadın çıxarılması barədə vəsatətin təmin edilməməsi barədə birinci instansiya məhkəməsinin qənaəti düzgün olmuşdur.

49. Eyni zamanda məhkəmə kollegiyası hesab edir ki, iddiaçının ““təsisçi qərarı” nın yaratdığı yeni hüquqi nəticələrin aiddiyyəti orqanlar tərəfindən nəzərə alınması” tələbi əsassızdır. Belə ki, təkbaşına icra orqanının rəhbərinin azad edilməsi barədə təsisçi qərarı X5 reyestrində qeydiyyata alınarkən reyestrdə icra orqanının rəhbərinin Əmək Məcəlləsinin hər hansı maddəsinə əsasən işdən azad edildiyi barədə məlumat əks olunmur. Bundan başqa, məhkəmə kollegiyası təsisçinin qərarının və əmək müqaviləsinə xitam verilməsi barədə əmrin, onların yaratdığı hüquqi nəticələrin “qanunsuz” hesab edilməsi barədə iddiaçının tələbini də əsassız sayır. Belə ki, sözügedən qərarın və əmrin bir hissəsi məhz qanunvericiliyin tələblərinə zidd olduğu üçün ləğv edilmişdir, əlavə olaraq “qanunsuz” sözünün qeyd edilməsinə zərurət yoxdur.

50. Məhkəmə kollegiyası “iddiaçı tərəfindən MMC-nin təsisçisinə işdən çıxma ilə bağlı xəbərdarlıq məktubunun və ya yazılı ərizənin göndərilməməsi barədə” cavabdehin dəlilləri ilə bağlı qeyd edir ki, məhkəmə kollegiyası hüquqi şəxslə onun idarəetmə orqanında təmsil olunan şəxs arasında yaranmış münasibətlərin xitamı məsələsinə hüquqi mövqeyini yuxarıda ifadə etmişdir və bu dəlilə əlavə münasibət bildirilməsinə zərurət görmür.

51. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.2, 392, 393, 405, 406.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

Qət etdi:

Cavabdeh1 MMC-nin apellyasiya şikayəti qismən təmin edilsin. Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(006)-402/2025 nömrəli qətnaməsi iddianın təmin olunan hissəsində ləğv edilsin, həmin hissədə iş üzrə yeni qətnamə qəbul edilməklə iddia tələbi qismən təmin edilsin. İddiaçı direktor vəzifəsindən azad edilməsi barədə Cavabdeh1 MMC-nin təsisçisi Cavabdeh2 tərəfindən qəbul edilmiş xx.xx.2023-cü il tarixli qərarın “Əmək Məcəlləsinin 72ci maddəsinin “e” bəndinə əsasən” hissəsi ləğv edilsin. İddiaçı ilə bağlanmış əmək müqaviləsinə xitam verilməsi barədə Cavabdeh1 MMCnin direktoru Cavabdeh3 xx.xx.2023-cü il tarixli, 02 nömrəli əmrinin “Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70 “ç” maddəsinə əsasən” hissəsi ləğv edilsin, bununla bağlı əmək kitabçasında düzəliş edilərək elektron informasiya sistemində qeydiyyatın aparılması öhdəliyi Cavabdeh1 MMC-nin üzərinə qoyulsun. İddiaçı apellyasiya şikayəti təmin edilməsin. Qətnamə mübahisələndirilən qalan hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakimlər:

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar