Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-287/2020 11.03.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X5 Hüseynin sədrliyi və məruzəsi ilə, Raqib Əliddin oğlu Qurbanov və X1 ibarət tərkibdə, Günel Lətif qızı Nəbiyevanın katibliyi ilə, İddiaçı (cavabdeh) İddiaçı nümayəndəsi X3 və cavabdeh (iddiaçı) Cavabdeh qızının nümayəndəsi X2 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “pul tələbi”nə dair mülki iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 07 yanvar 2019-cu il tarixli, 2(004)-958/2019 saylı qətnaməsindən Cavabdeh və iddiaçı Cavabdeh İddiaçı qarşı “mənzilə dair bağlanmış alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-3625/2019 saylı, 04 oktyabr 2019-cu il tarixli qətnaməsindən iddiaçı Cavabdeh tərəfindən verilmiş apelyasiya şikayətlərinə əsasən işə Bakı Apelyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: (Birinci mülki iş) İddiaçı Cavabdeh qarşı “pul tələbi”nə dair iddia ərizəsi ilə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh 144.500 manat pulun tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-958/2019 saylı, 07 yanvar 2019cu il tarixli qətnaməsi ilə iddia tələbi təmin edilmişdir. Cavabdeh apelyasiya şikayəti verərək, qətnamənin ləğv edilərək iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. (İkinci mülki iş) İddiaçı Cavabdeh İddiaçı qarşı iddia ərizəsi ilə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə müraciət edərək, Bakı şəhəri, Yasamal rayonu, Abdulla Şaiq küçəsi, dalan 1-də yerləşən 3 saylı mənzilin 1 otağının (12.1 kv.m) cavabdeh İddiaçı satılmasına dair 19 saylı Notariat Kontorunda təsdiq edilməklə bağlanmış 27.02.2019-cu il tarixli alqı-satqı müqaviləsinin etibarsız hesab olunmasına və həmin müqavilə əsasında mənzilə dair İddiaçı adına verilmiş çıxarışın ləğv olunmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-3625/2019 saylı, 04 oktyabr 2019-cu il tarixli qətnaməsi ilə iddia rədd edilmişdir. İddiaçı Cavabdeh apelyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddianın təmin olunmasına dair yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı Apelyasiya Məhkəməsinin 08 yanvar 2020-ci il tarixli 2(103)-847/2020 saylı qərardadı ilə həmin mülki işlər bir icraatda birləşdirmişdir. Tərəflər məhkəmə iclasında barışıq sazişi təqdim edərək, barışıq sazişinin təsdiq edilməsini xahiş etdilər. Məhkəmə kollegiyası tərəfləri dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, barışıq sazişi təsdiq edilməli, mülki işin icraatına xitam verilməlidir. Məhkəməyə təqdim olunmuş barışıq sazişində qeyd olunur ki, iş üzrə tərəflər mübahisə ilə əlaqədar aşağıdakı şərtlərlə razılığa gəlirlər:
1. Müqavilənin predmeti. 1.1. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 881-ci maddəsinə uyğun olaraq, aşağıda qeyd olunan bu Sazişin predmetləri üzrə bütün mübahisələrə son qoymaq, eyni zamanda hüquqlar və iddialar barədə mübahisəni və ya qeyri-müəyyənliyi qarşılıqlı güzəşt yolu ilə həll etmək, bu sazişdə göstərilən razılaşma əldə edildikdən sonra tərəflər arasında aşağıda qeyd edilən borc müqaviləsi üzrə münasibətlərə dair gələcəkdə yarana biləcək hər hansı bir iddia tələbi ilə bir-birlərinə qarşı iddia qaldırmayacaqlarına dair bu Sazişdə qeyd edilən öhdəlikləri götürmək və bu götürülmüş öhdəlikləri vicdanla yerinə yetirmək məqsədi ilə aşağıda göstərilən şərtlərlə barışıq razılaşması haqqında Sazişi (müqaviləni) bağlayırlar.
1. Sazişin predmeti: 1.1. İddiaçı Cavabdeh qarşı “144500 (bir yüz qırx dörd min beş yüz) manat məbləğində borc pul tələbinə dair” Bakı Apelyasiya Məhkəməsinin icraatında olan mülki iş üzrə tələblər; 1.2. İddiaçı Cavabdeh İddiaçı qarşı “Bakı şəhəri, Yasamal rayonu, Abdulla Şaiq küçəsi, dalan 1-də yerləşən 3 saylı mənzilinə dair 19 saylı Notariat Kontorunda təsdiq edilməklə bağlanmış 27.02.2019-cu il tarixli alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və həmin müqavilə əsasında mənzilə dair İddiaçı adına verilmiş çıxarışın ləğv olunmasına” dair iddia üzrə Bakı Apelyasiya Məhkəməsinin icraatında olan mülki iş üzrə tələblər;
2. Tərəflərin razılaşma şərtləri 2.1. Bu Sazişin 1-ci bəndində qeyd edilən predmetlər üzrə İddiaçı öhdəlikləri: 2.1.1. Bu Sazişin 1.1-ci bəndində qeyd edilən predmetə dair-yəni, İddiaçı Cavabdeh qarşı “144500 (bir yüz qırx dörd min beş yüz) manat məbləğində borc pul tələbinə dair” Bakı Apelyasiya Məhkəməsinin icraatında olan mülki iş üzrə öz iddiasından imtina edir. Bununla bağlı Mülki Prosessual Məcəllənin 262.4-cü maddəsinin tələblərinin (işin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə müraciət edilməsinə yol verilmir) ona aydın olduğunu və bu tələbləri təsdiq etdiyini bəyan edir. 2.1.2 Bu Sazişin 1.2-ci bəndində qeyd edilən predmet üzrə iddiaçı Cavabdeh öz iddiasından imtina etməsinin müqabilində 10000 (on min) manat məbləğində kompensasiyasını notariusun bankda açılmış depozit hesabı vasitəsi ilə bu Saziş notarial qaydada təsdiq edildiyi gün Cavabdeh ödəməyi öhdəsinə götürür; 2.1.3. Bu Sazişin 1.2-ci bəndində qeyd edilən predmet üzrə iddiaçı Cavabdeh öz iddiasından imtina etməsinin müqabilində bu Sazişin 2.1.2-ci bəndində qeyd edilən öhdəliklə yanaşı, həmçinin bu Sazişin 1.2-ci bəndində qeyd edilən predmet üzrə iddianın predmeti olan- Bakı şəhəri, Yasamal rayonu, Abdulla Şaiq küçəsi, dalan 1-də yerləşən 3 saylı mənzilin (Cavabdeh aid olmuş faktiki sahəsi) faktiki sahəsi ilə gələcəkdə satılması halında əldə ediləcək satış pulundan 155000 (yüz əlli beş min) manat məbləğ çıxılmaqla, qalıq qalan məbləğinin 40/100 (yüzdə qırx-qırx faiz) hissəsini geri Cavabdeh ödəməyi öhdəsinə götürür. 2.1. Bu Sazişin 1-ci bəndində qeyd edilən predmetlər üzrə Cavabdeh öhdəlikləri aşağıdakılardır: 2.2.1. Bu Sazişin 2.1-ci bəndində qeyd edilən öhdəliklərin İddiaçı tərəfindən yerinə yetirilməsi şərti ilə bu Sazişin 1.2-ci bəndində qeyd edilən predmet üzrə- iddiaçı Cavabdeh İddiaçı qarşı “Bakı şəhəri, Yasamal rayonu, Abdulla Şaiq küçəsi, dalan 1-də yerləşən 3 saylı mənzilinə dair 19 saylı Notariat Kontorunda təsdiq edilməklə bağlanmış 27.02.2019cu il tarixli alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və həmin müqavilə əsasında mənzilə dair İddiaçı adına verilmiş çıxarışın ləğv olunmasına” dair iddia üzrə Bakı Apelyasiya Məhkəməsinin icraatında olan mülki iş üzrə öz iddiasından imtina edir. Bununla bağlı Mülki Prosessual Məcəllənin 262.4-cü maddəsinin tələblərinin (işin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə müraciət edilməsinə yol verilmir) ona aydın olduğunu və bu tələbləri təsdiq etdiyini bəyan edir. 2.2.2. Bu Sazişin 1.2-ci bəndində qeyd edilən predmet üzrə, iddianın predmeti olan- Bakı şəhəri, Yasamal rayonu, Abdulla Şaiq küçəsi, dalan 1-də yerləşən 3 saylı mənzilin açarını bu Saziş təsdiq edildiyi gün İddiaçı təhvil verməyi və qeyd edilən mənzili faktiki sahəsi ilə birlikdə 15 mart 2020-ci il tarixə qədər İddiaçı təhvil verməyi öhdəsinə götürür. 2.2.3. Bu Sazişin 1.2-ci bəndində qeyd edilən predmet üzrə, iddianın predmeti olan- Bakı şəhəri, Yasamal rayonu, Abdulla Şaiq küçəsi, dalan 1-də yerləşən 3 saylı mənzilin (Cavabdeh aid olmuş faktiki sahəsi) faktiki sahəsi ilə gələcəkdə satılması halında əldə ediləcək satış pulu 155000 (yüz əlli beş min) manat məbləğindən aşağı olduğu halda 155000 manatla müqayisədə qalıq qalan fərqi İddiaçı ödəməyi öhdəsinə götürür. 2.3. Tərəflər bir-birlərinə qarşı gələcəkdə onlar arasında 19 saylı Notariat Kontorunda təsdiq edilməklə bağlanmış 28.06.2018-ci il tarixli “144500 (bir yüz qırx dörd min beş yüz) manat pulun borc verilməsinə dair Kredit müqaviləsi” üzrə və həmçinin Bakı şəhəri, Yasamal rayonu, Abdulla Şaiq küçəsi, dalan 1-də yerləşən 3 saylı mənzilin 19 saylı Notariat Kontorunda təsdiq edilməklə bağlanmış 27.02.2019-cu il tarixli alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi; həmçinin bu iki qeyd edilən mübahisə məqamlarından irəli gələn hər hansı tələblər barəsində iddia qaldırmamağı öhdələrinə götürürlər.
3. Öhdəliklərin icrası 3.1. Bu sazişin müddəalarının pozulması halında Sazişin tələblərinin məhkəmə tərəfindən bu Sazişin təsdiqi üzrə qərardadın məcburi icraya yönəldilməsi qaydasında həyata keçirilməsi barədə məlumatlı olduqlarını bəyan edirlər və razılaşırlar.
4. Digər müddəalar. 4.1. Barışıq sazişi tərtib olunarkən və imzalanarkən tərəflərin iradə ifadəsi nəzərə alınmışdır. Yalnız görünüş üçün deyil, hüquqi nəticələr yaratmaq niyyəti ilə bağlanmış, başqa əqdi pərdələmək məqsədi daşımır, sui-istifadə, zorakılıq və aldatma hallarına yol verilməmiş, yad təsir altında bir tərəfin digər tərəfə pis niyyətlə razılığa gəlməsi və ya şəxsin ağır vəziyyətə düşməsi nəticəsində bağlanmamışdır. 4.2. Bu razılaşma tərəflərin arzuladığı və şəxsən özlərinin razılıq verib bəyəndikləri barışıq sazişidir. 4.3. Bu Sazişi tərəflər müqavilənin predmetlərinin tənzimləndiyi orqanlara (müvafiq Məhkəmələr və Azərbaycan Respublikasının İcra və Probasiya Şöbələrinə və digər müvafiq strukturlara) təqdim edirlər. 4.4. Tərəflər bu Saziş ilə üzərinə götürdükləri bütün öhdəliklərini layiqincə və lazımi qaydada yerinə yetirməlidirlər. Sazişin şərtlərinin pozulmasında təqsirli olan tərəf öz hərəkət-hərəkətsizliyi ilə digər tərəfə vurduğu zərərin əvəzini əlli min manat məbləğində kompensasiya ilə qanunvericiliklə nəzərdə tutulmuş qaydada ödəməlidir. 4.5. Bu Saziş imzalandığı və təsdiq edildiyi andan qüvvəyə minir və müddəaları tərəflər üçün məcburi olur. Saziş 4 nüsxədə tərtib edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 191.2-ci maddəsinə əsasən hakim iddiaçının iddiadan imtina etməsini, cavabdehin iddianı etiraf etməsini və tərəflərin barışıq sazişini təsdiq edənə qədər onlara müvafiq prosessual hərəkətlərin nəticələrini izah edir. İddiaçı iddiadan imtina etdikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə və ya tərəflərin barışıq sazişini təsdiq etdikdə məhkəmə bu barədə qərardad çıxararaq, bu qərardadla eyni zamanda iş üzrə icraata xitam verir. Tərəflərin məhkəmə tərəfindən təsdiq edilən barışıq sazişinin şərtləri qərardadda göstərilməlidir. Həmin Məcəllənin 370-ci maddəsinə əsasən apellyasiya şikayəti qəbul olunduqdan sonra iddiaçının iddiadan imtina etməsi və tərəflərin barışıq sazişi bağlaması apellyasiya instansiyası məhkəməsinə ünvanlanmış yazılı ərizələrdə ifadə olunmalıdır. Ərizələrə baxılma qaydası, iddiadan imtinanın qəbul edilib-edilməməsinin, tərəflərin barışıq sazişinin təsdiq edilib-edilməməsinin nəticələri Mülki Prosessual Məcəllənin 191-ci maddəsinin qaydaları ilə müəyyən olunur. Həmin Məcəllənin 391-ci maddəsinə əsasən Mülki Prosessual Məcəllənin 19-cu və 20-ci fəsillərində göstərilən əsaslar olduqda işin icraatına xitam verilməklə və ya ərizə baxılmamış saxlanılmaqla məhkəmənin qətnaməsi ləğv edilməlidir. Məhkəmə kollegiyası hesab edir ki, tərəflərin imzalayaraq məhkəməyə təqdim etdikləri barışıq sazişi qanuna zidd deyil, hər hansı şəxsin hüquqlarını və qanunla qorunan mənafelərini pozmur. Ona görə də, barışıq sazişi təsdiq edilməli, qətnamə ləğv olunmalı və mülki işin icraatına xitam verilməlidir. Yuxarıdakılara əsasən və MPM-in 261, 391, 402, 405-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası
qərara aldı:
İddiaçı (cavabdeh) İddiaçı ilə cavabdeh (iddiaçı) Cavabdeh arasında bağlanmış aşağıdakı məzmunlu barışıq sazişi təsdiq edilsin: İş üzrə tərəflər mübahisə ilə əlaqədar aşağıdakı şərtlərlə razılığa gəlirlər:
1. Müqavilənin predmeti. 1.1. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 881-ci maddəsinə uyğun olaraq, aşağıda qeyd olunan bu Sazişin predmetləri üzrə bütün mübahisələrə son qoymaq, eyni zamanda hüquqlar və iddialar barədə mübahisəni və ya qeyri-müəyyənliyi qarşılıqlı güzəşt yolu ilə həll etmək, bu sazişdə göstərilən razılaşma əldə edildikdən sonra tərəflər arasında aşağıda qeyd edilən borc müqaviləsi üzrə münasibətlərə dair gələcəkdə yarana biləcək hər hansı bir iddia tələbi ilə bir-birlərinə qarşı iddia qaldırmayacaqlarına dair bu Sazişdə qeyd edilən öhdəlikləri götürmək və bu götürülmüş öhdəlikləri vicdanla yerinə yetirmək məqsədi ilə aşağıda göstərilən şərtlərlə barışıq razılaşması haqqında Sazişi (müqaviləni) bağlayırlar.
1. Sazişin predmeti: 1.1. İddiaçı Cavabdeh qarşı “144500 (bir yüz qırx dörd min beş yüz) manat məbləğində borc pul tələbinə dair” Bakı Apelyasiya Məhkəməsinin icraatında olan mülki iş üzrə tələblər; 1.2. İddiaçı Cavabdeh İddiaçı qarşı “Bakı şəhəri, Yasamal rayonu, Abdulla Şaiq küçəsi, dalan 1-də yerləşən 3 saylı mənzilinə dair 19 saylı Notariat Kontorunda təsdiq edilməklə bağlanmış 27.02.2019-cu il tarixli alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və həmin müqavilə əsasında mənzilə dair İddiaçı adına verilmiş çıxarışın ləğv olunmasına” dair iddia üzrə Bakı Apelyasiya Məhkəməsinin icraatında olan mülki iş üzrə tələblər;
2. Tərəflərin razılaşma şərtləri 2.1. Bu Sazişin 1-ci bəndində qeyd edilən predmetlər üzrə İddiaçı öhdəlikləri: 2.1.1. Bu Sazişin 1.1-ci bəndində qeyd edilən predmetə dair-yəni, İddiaçı Cavabdeh qarşı “144500 (bir yüz qırx dörd min beş yüz) manat məbləğində borc pul tələbinə dair” Bakı Apelyasiya Məhkəməsinin icraatında olan mülki iş üzrə öz iddiasından imtina edir. Bununla bağlı Mülki Prosessual Məcəllənin 262.4-cü maddəsinin tələblərinin (işin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə müraciət edilməsinə yol verilmir) ona aydın olduğunu və bu tələbləri təsdiq etdiyini bəyan edir. 2.1.2 Bu Sazişin 1.2-ci bəndində qeyd edilən predmet üzrə iddiaçı Cavabdeh öz iddiasından imtina etməsinin müqabilində 10000 (on min) manat məbləğində kompensasiyasını notariusun bankda açılmış depozit hesabı vasitəsi ilə bu Saziş notarial qaydada təsdiq edildiyi gün Cavabdeh ödəməyi öhdəsinə götürür; 2.1.3. Bu Sazişin 1.2-ci bəndində qeyd edilən predmet üzrə iddiaçı Cavabdeh öz iddiasından imtina etməsinin müqabilində bu Sazişin 2.1.2-ci bəndində qeyd edilən öhdəliklə yanaşı, həmçinin bu Sazişin 1.2-ci bəndində qeyd edilən predmet üzrə iddianın predmeti olan- Bakı şəhəri, Yasamal rayonu, Abdulla Şaiq küçəsi, dalan 1-də yerləşən 3 saylı mənzilin (Cavabdeh aid olmuş faktiki sahəsi) faktiki sahəsi ilə gələcəkdə satılması halında əldə ediləcək satış pulundan 155000 (yüz əlli beş min) manat məbləğ çıxılmaqla, qalıq qalan məbləğinin 40/100 (yüzdə qırx-qırx faiz) hissəsini geri Cavabdeh ödəməyi öhdəsinə götürür. 2.1. Bu Sazişin 1-ci bəndində qeyd edilən predmetlər üzrə Cavabdeh öhdəlikləri aşağıdakılardır: 2.2.1. Bu Sazişin 2.1-ci bəndində qeyd edilən öhdəliklərin İddiaçı tərəfindən yerinə yetirilməsi şərti ilə bu Sazişin 1.2-ci bəndində qeyd edilən predmet üzrə- iddiaçı Cavabdeh İddiaçı qarşı “Bakı şəhəri, Yasamal rayonu, Abdulla Şaiq küçəsi, dalan 1-də yerləşən 3 saylı mənzilinə dair 19 saylı Notariat Kontorunda təsdiq edilməklə bağlanmış 27.02.2019cu il tarixli alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və həmin müqavilə əsasında mənzilə dair İddiaçı adına verilmiş çıxarışın ləğv olunmasına” dair iddia üzrə Bakı Apelyasiya Məhkəməsinin icraatında olan mülki iş üzrə öz iddiasından imtina edir. Bununla bağlı Mülki Prosessual Məcəllənin 262.4-cü maddəsinin tələblərinin (işin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə müraciət edilməsinə yol verilmir) ona aydın olduğunu və bu tələbləri təsdiq etdiyini bəyan edir. 2.2.2. Bu Sazişin 1.2-ci bəndində qeyd edilən predmet üzrə, iddianın predmeti olan- Bakı şəhəri, Yasamal rayonu, Abdulla Şaiq küçəsi, dalan 1-də yerləşən 3 saylı mənzilin açarını bu Saziş təsdiq edildiyi gün İddiaçı təhvil verməyi və qeyd edilən mənzili faktiki sahəsi ilə birlikdə 15 mart 2020-ci il tarixə qədər İddiaçı təhvil verməyi öhdəsinə götürür. 2.2.3. Bu Sazişin 1.2-ci bəndində qeyd edilən predmet üzrə, iddianın predmeti olan- Bakı şəhəri, Yasamal rayonu, Abdulla Şaiq küçəsi, dalan 1-də yerləşən 3 saylı mənzilin (Cavabdeh aid olmuş faktiki sahəsi) faktiki sahəsi ilə gələcəkdə satılması halında əldə ediləcək satış pulu 155000 (yüz əlli beş min) manat məbləğindən aşağı olduğu halda 155000 manatla müqayisədə qalıq qalan fərqi İddiaçı ödəməyi öhdəsinə götürür. 2.3. Tərəflər bir-birlərinə qarşı gələcəkdə onlar arasında 19 saylı Notariat Kontorunda təsdiq edilməklə bağlanmış 28.06.2018-ci il tarixli “144500 (bir yüz qırx dörd min beş yüz) manat pulun borc verilməsinə dair Kredit müqaviləsi” üzrə və həmçinin Bakı şəhəri, Yasamal rayonu, Abdulla Şaiq küçəsi, dalan 1-də yerləşən 3 saylı mənzilin 19 saylı Notariat Kontorunda təsdiq edilməklə bağlanmış 27.02.2019-cu il tarixli alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi; həmçinin bu iki qeyd edilən mübahisə məqamlarından irəli gələn hər hansı tələblər barəsində iddia qaldırmamağı öhdələrinə götürürlər.
3. Öhdəliklərin icrası 3.1. Bu sazişin müddəalarının pozulması halında Sazişin tələblərinin məhkəmə tərəfindən bu Sazişin təsdiqi üzrə qərardadın məcburi icraya yönəldilməsi qaydasında həyata keçirilməsi barədə məlumatlı olduqlarını bəyan edirlər və razılaşırlar.
4. Digər müddəalar. 4.1. Barışıq sazişi tərtib olunarkən və imzalanarkən tərəflərin iradə ifadəsi nəzərə alınmışdır. Yalnız görünüş üçün deyil, hüquqi nəticələr yaratmaq niyyəti ilə bağlanmış, başqa əqdi pərdələmək məqsədi daşımır, sui-istifadə, zorakılıq və aldatma hallarına yol verilməmiş, yad təsir altında bir tərəfin digər tərəfə pis niyyətlə razılığa gəlməsi və ya şəxsin ağır vəziyyətə düşməsi nəticəsində bağlanmamışdır. 4.2. Bu razılaşma tərəflərin arzuladığı və şəxsən özlərinin razılıq verib bəyəndikləri barışıq sazişidir. 4.3. Bu Sazişi tərəflər müqavilənin predmetlərinin tənzimləndiyi orqanlara (müvafiq Məhkəmələr və Azərbaycan Respublikasının İcra və Probasiya Şöbələrinə və digər müvafiq strukturlara) təqdim edirlər. 4.4. Tərəflər bu Saziş ilə üzərinə götürdükləri bütün öhdəliklərini layiqincə və lazımi qaydada yerinə yetirməlidirlər. Sazişin şərtlərinin pozulmasında təqsirli olan tərəf öz hərəkət-hərəkətsizliyi ilə digər tərəfə vurduğu zərərin əvəzini əlli min manat məbləğində kompensasiya ilə qanunvericiliklə nəzərdə tutulmuş qaydada ödəməlidir. 4.5. Bu Saziş imzalandığı və təsdiq edildiyi andan qüvvəyə minir və müddəaları tərəflər üçün məcburi olur. Saziş 4 nüsxədə tərtib edilir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-958/2019 saylı, 07 yanvar 2019cu il tarixli və 2(004)-3625/2019 saylı, 04 oktyabr 2019-cu il tarixli qətnamələri ləğv edilsin. İddiaçı Cavabdeh qarşı “pul tələbi”nə və iddiaçı Cavabdeh İddiaçı qarşı “mənzilə dair bağlanmış alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi” tələbinə dair mülki iş üzrə icraata xitam verilsin. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətinə Bakı Apelyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Hakim: Aida Hüseyn