Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-2871/2025 26.05.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakim Mərdanova Xumar Afət qızının sədrliyi və məruzəsi, Sadıqov Vahid Nəriman oğlu və X1 ibarət tərkibdə, Məhkəmə iclas katibi X4, İddiaçı və onun nümayəndəsi-vəkili Mehralıyev Valeh Adil oğlunun, Cavabdehin nümayəndəsi Qanuni nümayəndə iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı "əmrin ləğv edilməsi, işə bərpa və məcburi işburaxma günləri üçün ödənilməmiş əmək haqqının ödənilməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 13 dekabr 2024-cü il tarixli, 2(006)-4725/2024 nömrəli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakıları müəyyən etdi: İşin halları: İddiaçı xx.xx.2024-cü il tarixdən Cavabdehn təsərrüfat müdiri vəzifəsində işləmişdir. Cavabdehn əmri ilə əmək vəzifələrini kobud şəkildə pozması ilə əlaqədar Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən iddiaçı ilə bağlanmış əmək müqaviləsinə xitam verilmişdir. Hazırda iddiaçı 11 iyul 2024-cü tarixli əmrin ləğv edilməsi, onun əvvəlki vəzifəsinə bərpa edilməsi, cavabdeh tərəfindən ona məcburi işburaxma müddəti üçün orta aylıq əmək haqqı məbləğlərinin hesablanaraq ona ödənilməsini tələb edir. Birinci instansiya məhkəməsində icraat: İddiaçı Cavabdehnə qarşı "əmrin ləğv edilməsi, işə bərpa və sair tələbinə dair" iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, "Azərbaycan Elmi-Tədqiqat Travmotologiya və Ortopediya İnstitutu” X25 tərəfindən verilmiş 11 iyul 2024-cü il tarixli əmrin ləğv olunaraq yenidən işə bərpa olunmağı və məcburi işburaxma günləri üçün ödənilməmiş əmək haqqının ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, xx.xx.2024-cü il tarixdə bağlanmış əmək müqaviləsi əsasında iddiaçı “Azərbaycan Elmi-Tədqiqat Travmotologiya və Ortopediya İnstitutu” X20də təsərrüfat şöbəsinin müdiri vəzifəsində işə başlamışdır. İşlədiyi dövrdə qanunvericiliyə uyğun xidmət göstərmiş, heç bir pozuntuya yol verməmişdir. Lakin 11 iyul 2024-cü il tarixdə direktor Talışınskiy Rüstəmin birbaşa göstərişi ilə onun əmək müqaviləsinə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən xitam verilmişdir. Barəsində çıxarılmış 11 iyul 2024-cü il tarixli əmr tamamilə qanunsuz və əsassızdır. Belə ki, işlədiyi dövrdə nə tabe olduğu rəhbərliyi, nə də tabeçiliyində çalışan şəxsləri hər-hansı qanunazidd hərəkətlər etməyə icazə verməmişdir. Lakin bu dövrdə dəfələrlə işçilərin əmək hüquqlarının rəhbərlik tərəfındən kobud surətdə pozulduğunun şahidi olmuşdur. Bundan əlavə xəstəxananın rəhbərliyi tərəfindən açıq surətdə mənimsəməyə yol verildiyini, ayrılmış vəsaitlərin lazımi yerlərə xərclənmədən dövriyyədən çıxarıldığını, işçilərdən öz vəzifələrində qalmaları üçün haqq tələb edildiyini açıq surətdə görürdü. Bu məsələlərlə bağlı ciddi narahatlığını dilə gətirsə də heç bir faydası olmurdu. Artıq məsələ ilə bağlı lazımi orqanlara məlumat verməyə hazırlaşan zaman isə barəsində hazırki əmr çıxarılaraq işdən azad edilmişdi. Onun öz işindən qanunsuz formada çıxarılmağındakı səbəblərdən biri də məhz bu tip qanunsuz hərəkətlərə etdiyi etiraz idi. Barəsində bu əsassız əmr çıxarıldıqdan sonra onun səhhətində ciddi problemlər yaranmış, uzun müddət həkim nəzarətində qalmışdır. Həmin müddətdə ona olduqca ağır maddi və mənəvi ziyan da dəymişdir. Uzun müddət stress çəkmiş, ağır əsəb və həyəcan yaşamışdır. Hətta barəsində əmr çıxarılmasına baxmayaraq ona həmin əmr təqdim belə edilməmişdir. Həmçinin əmr elektron sistemə də çıxarıldığı tarixdən olduqca gec bir vaxtda yüklənmişdir. Bu isə artıq bütünlükdə baş verən qanunsuzluqların ayrı-ayrıca sübutlarıdır. Bundan əlavə nəzər çatdırır ki, iş yeri tərəfindən onunla son haqq-hesab işdən çıxarılmağından olduqca uzun müddət keçdikdən sonra əksik formada aparılmışdır. Bu fakt da özü ayrıca qanun pozuntusudur. Bundan başqa bildirir ki, Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndində göstərilən hallar yalnız sübut olunduqca işəgötürən tərəfındən işçi ilə bağlanmış əmək müqaviləsinə xitam verə bilər. Yuxarıda göstərdikləri xüsusatlar, həmçinin işdən azad olunmağı barədə qəbul edilmiş əmri sonradan öyrənməyi cavabdeh ilə aralarında bağlanmış əmək müqaviləsinə qərəzli olaraq xitam verilməsinin bariz sübutudur. Bununla da onun konstitusion hüquqları kobud şəkildə pozulmuşdur. Qeyd edir ki, ona vurulmuş maddi və mənəvi ziyanın həcminin tam hesablanması yekunlaşdıqdan sonra həmin hissədə iddia tələbinin artırılması barədə ərizə təqdim edəcəkdir. Cavabdeh nümayəndəsi Qanuni nümayəndə iddia müddətinin tətbiqinə dair ərizə təqdim edərək, iddia tələbinin iddia müddəti buraxıldığı üçün rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 13 dekabr 2024-cü il tarixli, 2(006)- 4725/2024 nömrəli qətnaməsi ilə iddianın təmin edilməsi, cavabdeh "Azərbaycan Elmi- Tədqiqat Travmotologiya və Ortopediya İnstitutu” X25 tərəfindən verilmiş 11 iyul 2024cü il tarixli, 445 nömrəli əmrin ləğv edilməsi, İddiaçı əvvəlki işinə (vəzifəsinə)- Cavabdehn təsərrüfat müdiri vəzifəsinə bərpa olunması, məcburi işburaxma müddəti üçün ödənilməmiş əmək haqqının cavabdeh "Azərbaycan Elmi-Tədqiqat Travmotologiya və Ortopediya İnstitutu” X15 tutularaq İddiaçı ödənilməsi qət edilmişdir. Birinci instansiya məhkəməsi mövqeyini onunla əsaslandırmışdır ki, iddiaçının əmək müqaviləsinə xitam verilməsinə dair əmr qanunvericiliyin tələbinə uyğun olaraq əsaslandırılmamış, əmrdə iddiaçının hansı pozuntuya yol verməsi və bunun hansı nəticələrə səbəb olduğu göstərilməmişdir. İşçinin əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirməməsi, yaxud əmək vəzifələrini kobud şəkildə pozması əsası ilə əmək müqaviləsinə xitam verilməsi zamanı əmrin əsaslandırılmaması, eləcə də işçinin əmək funksiyalarının pozulmasına səbəb olan hərəkətlərinə dair rəsmiləşdirmənin aparılmaması əmək münasibətlərinin tərəfi kimi işçinin hüquqlarının pozulmasına səbəb olan hallardır. Digər tərəfdən məhkəmənin qənaətinə görə, Cavabdeh iş materiallarına əlavə edilmiş xx.xx.2024-cü il tarixli və xx.xx.2024-cü il tarixli aktlara istinad edərək, İddiaçı xəstəxanaya məxsus “Fiat Doblo” markalı, **-PK-*** nömrəli xidməti avtonəqliyyat vasitəsindən avtonəqliyyat vasitəsi üçün ayrılmış yanacaqdan öz şəxsi istifadəsi üçün dəfələrlə istifadə etmiş, eyni zamanda həmin nəqliyyat vasitəsi ilə işə gəlib gedərək, “Azərbaycan X3 və Ortopediya İnstitutu" Publik hüquqi şəxsə maddi ziyan vurduğunu, həmçinin İddiaçı “Təmas" şirkəti ilə heç bir sənədləşmə və heç bir hüquqi əsas yaradan müqavilə bağlamadan 4 ədəd kofe aparatlarını sahibkarlıq məqsədi ilə institutun müxtəlif yerlərində yerləşdirildiyini və “X3 və Ortopediya İnstitutu” X22 aralarında “kofe aparatlar yerləşdirilməsinə dair” hərhansı müqavilələrinin olmadığını təsdiq edildiyini bildirsə də, bu xüsusatlar məhkəmə zamanı sübuta yetirilməmişdirlər. Şərh olunanlara əsasən məhkəmə bu nəticəyə gəlmişdir ki, iddiaçı ilə bağlanmış əmək müqaviləsinə xitam verilərkən əmək qanunvericiliyinin tələbləri kobud surətdə pozulmuşdur. Əmək Məcəlləsinin 71-ci maddəsinin 2-3-cü bəndlərinə əsasən, bu Məcəllənin 70ci maddəsinin “ç” bəndində nəzərdə tutulan əsasla əmək müqaviləsinin ləğv edilməsinə bu şərtlə yol verilir ki, işçi qəsdən və ya səhlənkarlıqla, etinasızlıqla əmək funksiyasını, vəzifə borcunu (öhdəliklərini) yerinə yetirmədiyinə görə müvafiq iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahəngi pozulmuş olsun və ya mülkiyyətçinin, işəgötürənin, habelə əmək kollektivinin (onun ayrı-ayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəymiş olsun. İşəgötürən bu Məcəllənin 70-ci maddəsi ilə müəyyən edilmiş əsasların hər hansı biri ilə əmək müqaviləsinin ləğv edilməsinin zəruriliyini əsaslandırmalıdır. Halbuki, cavabdeh iddiaçının əmək müqaviləsinə ƏM-nin 70-ci maddəsinin “ç” bəndinə əsasən xitam versə belə, cavabdeh iddiaçının qəsdən və ya səhlənkarlıqla, etinasızlıqla əmək funksiyasını, vəzifə borcunu (öhdəliklərini) yerinə yetirmədiyinə görə iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahənginin pozulmuş olması və ya işəgötürənin hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəyməsi də məhkəmə tərəfindən müəyyən edilməmişdir (cavabdeh tərəf əksini sübuta yetirə bilməmişdir). Beləliklə də göstərilənlərə əsasən, məhkəmə Cavabdeh tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, 445 nömrəli əmrin qanunvericiliyin tələblərinə uyğun olmadığını müəyyən edərək hesab etmişdir ki, iddia həmin hissədə təmin edilməli, Cavabdehn xx.xx.2024 cü il tarixli, 445 nömrəli əmri ləğv edilməlidir. Lakin məhkəmə onu da qeyd etmişdir ki, hazırki iddia əsaslı olduğundan və Cavabdehn nümayəndəsi Qanuni nümayəndə tərəfindən iddia müddətinin tətbiqinə dair ərizə verildiyindən, məhkəmə iddia müddətinin tətbiq edilməli olub olmamasını araşdırmalı və buna dair mövqeyini bildirməlidir. Məhkəmə qeyd etmişdir ki, iş materiallarına əsasən iddiaçı 29 iyul 2024-cü il tarixdə mediasiya prosesini başlatmaq məqsədi ilə X8 Heyətinin təsdiq etdiyi qaydada qarşı tərəfə mediasiya prosesinin tətbiqi barədə təklif göndərmiş, daha sonra isə 08 avqust tarixində 10 saylı Mediasiya Təşkilatına müraciət etmişdir. 06 sentyabr tarixində ilkin mediasiya sessiyasından sonra prosesin davam etdirilə bilməməsinə dair arayış mediasiya təşkilatı tərəfindən tərtib edilərək təqdim edilmişdir və həmin arayışa əsasən iddiaçı məhkəməyə müraciət etmək hüququnu əldə etmişdir. Bununla da iddia müddətinin axımı yenidən bərpa edilmişdir. Daha sonra İddiaçı 12 sentyabr 2024-cü il tarixli iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş və 5 gün sonra, yəni xx.xx.2024-cü il tarixdə məhkəməyə iddia ərizəsi daxil olmuşdur. Beləliklə məhkəmə tərəfindən müəyyən edilmişdir ki, İddiaçı tərəfindən qanunvericiliklə nəzərdə tutulmuş iddia müddəti ötürülməmişdir. Həmçinin məhkəmə hesab etmişdir ki, Cavabdeh tərəfindən verilmiş xx.xx.2024cü il tarixli, 445 nömrəli əmri ləğv edildiğindən, İddiaçı əvvəlki işinə (vəzifəsinə) Cavabdehn təsərrüfat müdiri vəzifəsinə bərpa olunmalıdır. Məhkəmə iddianın məcburi iş buraxma üçün əmək haqqının ödənilməsi hissəsinə münasibətdə isə qeyd etmişdir ki, əsas tələb təmin edildiyindən, digər tələb olan məcburi iş buraxma üçün əmək haqqının ödənilməsi hissəsi təmin edilməli, İddiaçı məcburi işburaxma müddəti üçün ödənilməmiş əmək haqqı cavabdehdən tutularaq İddiaçı ödənilməlidir. Qətnamədən narazı qalan cavabdeh apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi və iddianın rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya instansiyası məhkəməsində icraat Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Cavabdeh büdcə təşkilatıdır, dövlət büdcəsindən maliyyələşir. Cavabdehn xx.xx.2024-cü il tarixli, 445 saylı əmrində İddiaçı Əmək Məcələsinin 70-ci maddəsinin “ç” bəndi ilə xitam verilməsi, 72-ci maddədə sadalanan halardan biri olan təqsirli hərəkətləri (hərəkətsizliyi) nəticəsində mülkiyyətçiyə maddi ziyan vurulması göstərilmişdir. İddiaçı “X3 və Ortopediya İnstitutu” X23 təsərüffat şöbəsinin müdiri işlədiyi zaman xəstəxanaya məxsus “Fiat Doblo” markalı **-PK-*** nömrəli xidməti avtonəqliyyat vasitəsindən və avtonəqliyyat vasitəsi üçün ayrılmış yanacaqdan öz şəxsi istifadəsi üçün dəfələrlə istifadə etmişdir, nəqliyyat vasitəsi ilə gəlib-getmişdir. Bütün bunlar xx.xx.2024-cü il tarixdə tərtib edilmiş aktlada sübuta yetirilmişdir. Eyni zamanda xəstəxanaya aid 1250 ədəd jurnalıda öz şəxsi istifadəsi üçün istifadə etmişdir. İddiaçı işlədiyi müddətdə "xxxx" şirkəti ilə razılığa gələrək heç bir sənədləşmə və heç bir hüquqi əsas yaradan müqavilə bağlamadan 4 ədəd kofe aparatlarını sahibkarlıq məqsədi ilə institutun müxtəlif yerlərində yerləşdirmişdir (Bunula bağlı tərtib edilmiş xx.xx.2024-cü il tarixdə tərtib edilmiş akt da sübut kimi iş materialarına əlavə edilmişdir). Məsələyə aydınlıq gətirmək üçün "xxxx" MMC ilə əlaqə saxlanılan vaxt, “X3 və Ortopediya İnstitutu” X22 aralarında “kofe aparatlarının yerləşdirilməsi”nə dair hər-hansı müqavilələrinin olmaması təsdiq olunmuşdur. Buradan da aydın olur ki, kofe aparatlarından daha öncə gəlmiş olan gəlir institutun büdcəsinə daxil olmamışdır. Daha sonra "xxxx" MMC ilə aralarında xx.xx.2024-cü il tarixdə qanuni şəkildə xidməti müqavilə bağlanılmış, müqavilədən gələn gəlirlər hal-hazırda institutun büdcəsinə daxil edilir. ("xxxx" MMC ilə bağlanmış xx.xx.2024-cü il tarixli müqavilə iş materialarına əlavə edilmişdir). Kofe aparatlarından gələn gəlir bir ay üçün təxminən 102 manat hesablanmışdır. İddiaçının əmrinin xx.xx.2024-cü il tarixdə verilməsini və "xxxx" MMC ilə cavabdeh qurum arasında müqavilənin xx.xx.2024-cü ildə bağlanmasını nəzərə alıb, hesab edilir ki, iddiaçı ümmumilikdə 612 manata yaxın gəlir əldə edərək müəsisəyə işəgötürənə xəbər vermədən öz şəxsi istifadəsi üçün istifadə etməklə müəsisəyə və işəgötürənə ziyan vurmuşdur. (ödəniş qəbzləri iş materialarına əlavə edilmişdir). Bundan əlavə iddiaçı əvvəlki rəhbərliyin (direktorun) yaxın qohumu olmasından istifadə edərək, onun rəhbərliyi altında işlədiyi müddətdə vəzifə səlahiyyətlərini aşmaqla, nizam-intizam qaydalarını pozaraq istədiyi vaxt işə gəlib-getmiş, işçilərlə hər zaman kobud davranmış onların ünvanına nalayiq, atmacalı sözlər işlədərək və nəticədə işçilərin ona qarşı haqlı narazılığı yaratmışdır. Eyni zamanda rəhbərlik tərəfindən verilən tapşırıqlara səhlənkar yanaşaraq ona aid olan işləri, tapşırıqları bacarmayaraq başqa şöbənin işçilərinə gördürmüşdür. İddiaçı işdən çıxarılma ilə bağlı xitam əmri ilə tanış olmaq üçün xx.xx.2024-cü il tarixdə X9 dəvət edilərkən, ona təqdim olunan xitam əmrini götürməkdən imtina edərək, əmrin şəkilini çəkmək istəmişdir, bu zaman kadrlar şöbəsinin müdiri Nüşabə İsmayılova şəkil çəkməyə etiraz edib əmri təqdim etmək istərkən onun ünvanına kobud, təhqiramiz ifadələr işlədib, əl qaldıraraq onu vurmaq istəmişdir. Həmin vaxt otaqda olan işçilər (mühafizəçi X10, Təsərrüfat şöbəsinin müdir müavini X2) ortaya keçərək N.İsmayılovanın bədən xəsarəti almasına mane olmuşdurlar. İddiaçı etmiş olduğu bu özbaşınalıq xx.xx.2024-cü il tarixdə tərtib edilmiş aktlada öz təsdiqini tapmışdır. (xx.xx.2024-cü il tarixli akt iş materiallarına əlavə edilmişdir). İşlədiyi müddətdə iddiaçı “X3 və Ortopediya İnstitutu” X20 nizamnaməsinə və onunla bağlanmış əmək müqaviləsinin şərtlərinə heç vaxt əməl etməyərək, nizam intizam qaydalarını, işin ahəngini pozmaqla işçilərin də işləməsinə maneələr yaratmışdır. Əlavə olaraq bildirilir ki, iddiaçı onunla bağlı verilmiş 445 nömrəli,11 iyul 2024-cü il tarixli “əmək müqaviləsinə xitam verilməsi” ilə bağlı əmrlə xx.xx.2024-cü il tarixdə X9 dəvət edilən zaman tanış olmuşdur. Beləki N.İsmayılovaya kobudluq etməsi ilə bağlı tərtib edilmiş akt buna əyani sübutdur. Ancaq iddiaçı müddətin ötürülməməsinə dair ərizəsində əmrlə tanış olmadığını bildirmişdir. İddiaçı heç bir üzürlü səbəb olmadan müddəti ötürərək mediasiya təklifini gec göndərmiş, mediasiya haqqında qanunda nəzərdə tutulan müddəti ötürərək mediasiya prosesini gec başlatmışdır. Mediasiya prosesi xx.xx.2024-cü il tarixdə keçirilmişdir. xx.xx.2024-cü il tarixli, 445 saylı saylı əmrlə iddiaçının əmək müqaviləsinə xitam verilərkən, həmin gün zəruri qeydlər elektron sistemə yüklənmişdir. Buradan da aydın görünür ki, iddiaçı Azərbaycan Respublikası Mülki Prosesual Məcəlləsinin 296-cı maddəsinə uyğun olaraq məhkəməyə müraciət etmək müddətini ötürmüşdür. İddiaçı onunla bağlanmış əmək müqaviləsinin şərtlərinə heç vaxt əməl etməmiş nizam-intizam qaydalarını kobud şəkildə pozmuşdur. Məhkəmə Əmək Məcəlləsinin istinad olunan bəndlərini nəzərə almadan qətnamə qəbul etmişdir. Həmçinin Cavabdeh publik hüquqi şəxs olmasına baxmayaraq, büdcədən maliyyələşir.İddiaçının xidməti avtonəqliyyat vasitəsindən hansı istiqamətlər üzrə istifadə etməsini müəyyən etmək üçün müvafiq quruma sorğu verilməsi məhkəmə iclasında məhkəmənin diqqətinə çatdırılmışdır, lakin məhkəmə bununla bağlı heç bir araşdırma aparmadan qanunsuz qətnamə çıxarmışdır. Eyni zamanda iddiaçı işlədiyi müddətdə "xxxx" şirkəti ilə heç bir sənədləşmə və heç bir hüquqi əsas yaradan müqavilə bağlamadan 4 ədəd kofe aparatlarını sahibkarlıq məqsədi ilə institutun müxtəlif yerlərinə yerləşdirərək, gələn gəliri öz şəxsi istifadəsi üçün istifadə etmişdir. Məhkəmə iclasında iştirak edən şəxslərin izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi apelyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı və onun nümayəndəsi-vəkili ayrı-ayrılıqda apelyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etdilər. Apellyasiya baxışının hədləri Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə əsasən Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Hazırki iş üzrə apellyasiya baxışının hədlərini birinci instansiya məhkəməsinin qətnaməsinin tam yoxlanılması təşkil edir. Tətbiq edilən hüquq Əmək Məcəlləsi: 68 (1-ci hissə). Əmək müqaviləsinə yalnız həmin Məcəllə ilə müəyyən edilmiş əsaslarla və qaydada xitam verilə bilər.
70. Əmək müqaviləsi işəgötürən tərəfindən aşağıdakı əsaslarla ləğv edilə bilər: a) müəssisə ləğv edildikdə; b) işçilərin sayı və ya ştatları ixtisar edildikdə; c) peşəkarlıq səviyyəsinin, ixtisasının (peşəsinin) kifayət dərəcədə olmadığına görə işçinin tutduğu vəzifəyə uyğun gəlmədiyi barədə səlahiyyətli orqan tərəfindən müvafiq qərar qəbul edildikdə; ç) işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda; d) sınaq müddəti ərzində işçi özünü doğrultmadıqda; e) dövlət büdcəsindən maliyyələşən müəssisənin işçisi çalışmanın yaş həddinə çatdıqda. 71 (2-ci hissə). Bu Məcəllənin 70-ci maddəsinin "ç" bəndində nəzərdə tutulan əsasla əmək müqaviləsinin ləğv edilməsinə bu şərtlə yol verilir ki, işçi qəsdən və ya səhlənkarlıqla, etinasızlıqla əmək funksiyasını, vəzifə borcunu (öhdəliklərini) yerinə yetirmədiyinə görə müvafiq iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahəngi pozulmuş olsun və ya mülkiyyətçinin, işəgötürənin, habelə əmək kollektivinin (onun ayrı-ayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəymiş olsun. 71 (3-cü hissə). İşəgötürən bu Məcəllənin 70-ci maddəsi ilə müəyyən edilmiş əsasların hər hansı biri ilə əmək müqaviləsinin ləğv edilməsinin zəruriliyini əsaslandırmalıdır.
72. Aşağıdakı hallar işçi tərəfindən əmək vəzifələrinin kobud şəkildə pozulması hesab edilir: a) özünün xəstəliyi, yaxın qohumunun xəstələnməsi və ya vəfat etməsi istisna olunmaqla heç bir üzürlü səbəb olmadan bütün iş günü işə gəlməməsi; b) alkoqollu içkilər, narkotik vasitələr və psixotrop, toksik və digər zəhərli maddələr qəbul edərək sərxoş vəziyyətdə işə gəlməsi, habelə işə gəldikdən sonra iş yerində həmin içkiləri və ya maddələri qəbul edərək sərxoş vəziyyətdə olması; c) təqsirli hərəkətləri (hərəkətsizliyi) nəticəsində mülkiyyətçiyə maddi ziyan vurması; ç) təqsirli hərəkətləri (hərəkətsizliyi) nəticəsində əməyin mühafizəsi qaydalarını pozaraq iş yoldaşlarının səhhətinə xəsarət yetirməsi və ya onların bu səbəbdən həlak olması; d) qəsdən istehsal, kommersiya və ya dövlət sirrinin yayılması və ya bu sirrin gizli saxlanılması üzrə öhdəliklərini yerinə yetirməməsi; e) əmək fəaliyyəti zamanı yol verdiyi kobud səhvləri, hüquq pozuntuları nəticəsində işəgötürənin, müəssisənin və ya mülkiyyətçinin qanuni mənafeyinə ciddi xələl gətirməsi; ə) əmək funksiyasını pozduğuna görə əvvəllər işəgötürən tərəfindən verilmiş intizam tənbehindən nəticə çıxarmayaraq altı ay ərzində təkrarən əmək funksiyasını pozması; f) iş vaxtı ərzində bilavasitə iş yerində inzibati xətalara və ya cinayət tərkibi olan ictimai-təhlükəli əməllərə yol verməsi. 76 (2-ci hissə). Əmək müqaviləsinə eyni zamanda iki və daha artıq əsasla, həmçinin qanunvericilikdə nəzərdə tutulmayan əsasla, habelə bu Məcəllə ilə müəyyən edilmiş əmək müqaviləsinin ləğv edilməsi qaydalarına əməl olunmadan xitam verilə bilməz. 79 (1-ci hissə). İşəgötürən tərəfindən: ... əmək qabiliyyətini müvəqqəti itirən işçilərin ... bu Məcəllənin 70-ci maddəsi ilə müəyyən edilmiş əsaslarla əmək müqaviləsinin ləğv edilməsi qadağandır. 83 (1-ci hissə). Əmək müqaviləsinə bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulan əsaslara və qaydalara uyğun olaraq xitam verilməsi işəgötürənin əsaslandırılmış əmri (sərəncamı, qərarı) ilə rəsmiləşdirilməlidir. 84 (1-ci hissə). Əmək müqaviləsinə xitam verilməsi haqqında işəgötürənin əmrinin (sərəncamının, qərarının) məzmununda aşağıdakı məlumatlar göstərilir: işəgötürən dövlət orqanı (qurumu), hüquqi şəxs və ya xarici hüquqi şəxsin filialı, nümayəndəliyi olduqda adı, işəgötürən funksiyasını həyata keçirən vəzifəli şəxsin vəzifəsi, soyadı və adı, faktiki fəaliyyət göstərdiyi ünvanı, işəgötürən fiziki şəxs olduqda soyadı və adı, faktiki fəaliyyət göstərdiyi ünvanı, əmrin (sərəncamın, qərarın) nömrəsi, tarixi; işçinin adı, atasının adı və soyadı; əmək müqaviləsi üzrə işçinin vəzifəsinin (peşəsinin) adı; əmək müqaviləsinə xitam verilməsinin əsası; həmin əsasla əmək müqaviləsinə xitam verilməsi qaydası nəzərdə tutulmuş bu Məcəllənin müvafiq maddəsi, hissəsi və bəndi; əmək müqaviləsinə xitam verilən gün, ay və il; əmək müqaviləsinə xitam verilməsi barədə əmrin (sərəncamın, qərarın) verilməsi üçün əsas hesab olunan rəsmi sənədlər. 84 (2-ci hissə). Bu maddənin birinci hissəsində nəzərdə tutulmuş məlumatlardan hər hansı biri və ya bir neçəsi göstərilməyən əmr (sərəncam, qərar) əmək mübahisəsini həll edən məhkəmə tərəfindən etibarsız hesab edilə bilər. 186 (2-ci hissə). İşçi əmək funksiyasını tam və ya qismən yerinə yetirmədikdə, yaxud keyfiyyətsiz yerinə yetirdikdə, bu Məcəllənin 10-cu maddəsində nəzərdə tutulan, həmçinin əmək müqaviləsi ilə müəyyən edilmiş vəzifələrini, müəssisədaxili intizam qaydalarını pozduqda işəgötürən ona aşağıdakı intizam tənbehlərindən birini verə bilər: a) töhmət vermək; b) sonuncu xəbərdarlıqla şiddətli töhmət vermək; c) kollektiv müqavilələrdə nəzərdə tutulmuşdursa, aylıq əmək haqqının 1/4-i məbləğindən çox olmamaq şərtilə cərimə etmək; ç) əmək müqaviləsini bu Məcəllənin 70-ci maddəsinin «ç» bəndi ilə ləğv etmək. 187 (1-ci hissə). İntizam tənbehi verilməmişdən əvvəl işəgötürən işçidən yazılı izahatın verilməsini tələb edir. İşçinin yazılı izahat verməkdən imtina etməsi ona intizam tənbehi verilməsini istisna etmir. 189 (2-ci hissə). İntizam tənbehi işçiyə işdə olduğu iş günü ərzində verilə bilər. Məzuniyyətdə, ezamiyyətdə olan, əmək qabiliyyətini müvəqqəti itirdiyi müddət ərzində işçiyə intizam tənbehi verilə bilməz. 300 (1-ci hissə). Əgər, işəgötürən əmək müqaviləsinin bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulmuş ləğv edilməsi əsaslarını pozaraq və ya 71, 76-cı maddələri ilə müəyyən edilmiş qaydaların tələblərinə əməl etmədən, habelə 79cu maddəsində nəzərdə tutulmuş hallara əhəmiyyət vermədən işçi ilə əmək münasibətlərinə xitam vermişdirsə, əmək mübahisəsini həll edən məhkəmə iddia ərizəsini və işin faktik hallarını araşdıraraq məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə işçinin vəzifəsinə bərpa edilməsi barədə qətnamə və ya bu maddənin ikinci hissəsinə müvafiq olaraq tərəflərin barışıq sazişinin təsdiq edilməsi barədə qərardad çıxarır. Məhkəmə qətnamədə işçiyə iddiası üzrə dəymiş zərərin məbləğinin işəgötürən tərəfindən ödənilməsini də nəzərdə tuta bilər. 300 ("Qeyd" hissəsi). Bu maddənin birinci hissəsində nəzərdə tutulmuş "dəymiş zərərin məbləği" dedikdə işçinin işdən çıxarılması ilə əlaqədar işləmədiyi müddətin orta əmək haqqı, fərdi əmək mübahisəsinə məhkəmədə baxılması ilə əlaqədar məhkəmədə hüququnun müdafiəsi üçün vəkil (müdafiəçi) tutması ilə əlaqədar çəkdiyi xərclərin məbləği, eləcə də işçinin iddia ərizəsi ilə tələb etdiyi mənəvi ziyanın, işsiz qalması ilə əlaqədar borc alması, şəxsi əşyalarının satılması nəticəsində çəkdiyi, habelə digər xərclərin məcmusu başa düşülməlidir.
Mülki Prosessual Məcəllə:
14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 106.1. İşdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.
405. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində kassasiya şikayəti verilə bilər.
Məhkəmə kollegiyasının mövqeyi: Məhkəmə kollegiyası iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən qüvvəsində saxlanılmalıdır. Belə ki, iş materiallarında olan İddiaçı Cavabdehn baş həkimi X7 ünvanladığı xx.xx.2024-cü il tarixli ərizəsindən görünür ki, o, xx.xx.2024-cü il tarixdən onu təsərrüfat müdiri vəzifəsinə qəbul etməklərini xahiş etmişdir. İddiaçı ilə Cavabdeh arasında bağlanmış xx.xx.2024-cü il tarixli əmək müqaviləsindən görünür ki, İddiaçı təsərrüfat müdiri vəzifəsinə işə götürülmüşdür. Bu əmək müqaviləsi xx.xx.2024-cü il tarixdən qüvvəyə minir və xx.xx.2025-ci il tarixə qədər qüvvədədir. İşəgötürən işçiyə işlədiyi hər ay üçün 1484 manat əmək haqqı ödəyəcək. (bənd 4.1). İş materiallarında olan Cavabdehn xx.xx.2024-cü il tarixli, 50 nömrəli əmri ilə 02 fevral 2024-cü il tarixdən 3 (üç) ay sınaq müddəti təyin olunmaqla 1 (bir) il müddətinə təsərrüfat şöbəsinin müdiri vəzifəsinə təyin edilməsi, İddiaçı aylıq vəzifə maaşı və həvəsləndirici əlavəsi ştat cədvəlinə uyğun (14-cü dərəcə ilə) müəyyən edilməsi, İnsan Resursları şöbəsi (N.İsmayılova) tərəfindən işçinin vəzifə təlimatının hazırlanması və işçinin əmək funksiyası ilə tanış edilməsi təmin edilməsi əmr edilmişdir. İş materiallarında olan Cavabdehn təsərrüfat şöbəsinin müdir müavini X2, sürücü X13, Mühafizənin rəisi X5 tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli aktdan görünür ki, təsərüffat şöbəsinin müdiri İddiaçı xəstəxanaya məxsus “Fiat Doblo” markalı **-PK- *** nömrəli xidməti avtonəqliyyat vasitəsindən avtonəqliyyat vasitəsi üçün ayrılmış yanacaqdan öz şəxsi istifadəsi üçün dəfələrlə istifadə etmiş, eyni zamanda həmin nəqliyyat vasitəsi ilə işə gəlib getmişdir. Bunun nəticəsində “Azərbaycan X3 və Ortopediya İnstitutu" Publik hüquqi şəxsə maddi ziyan vurmuşdur. İş materiallarında olan Cavabdehn xx.xx.2024-cü il tarixli, 445 nömrəli əmri ilə İddiaçı ilə bağlanmış əmək müqaviləsinə xx.xx.2024-cü il tarixdən Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin "ç” bəndinə əsasən (işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə yaxudbu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda) xitam verilməsi, mühasibatlıq şöbəsi (S.Zeynalova) tərəfindən işçi ilə son haqq-hesabın (xx.xx.2024-xx.xx.2024-cü illər üzrə istifadə edilməmiş 14 təqvim günü əmək məzuniyyətinə görə pul əvəzi) aparılması təmin edilməsi, insan resursları şöbəsi (N.İsmayılova) tərəfindən işçiyə sonuncu iş günü bu əmrin surəti və əmək kitabçasının verilməsi əmr edilmişdir. Əsas: xx.xx.2024-cü il tarixli akt və Baş Direktorun dərkənarı. İş materiallarında olan Cavabdeh baş direktoru tərəfindən təsdiq edilmiş xx.xx.2024-cü il tarixli aktdan görünür ki, Cavabdehn təhlükəsizlik şöbəsinin şöbə müdiri X6, təsərrüfat şöbəsinin müdir müavini X2 və ümumi şöbənin hüquqşünası Qanuni nümayəndə bu aktı tərtib edirlər ondan ötəri ki, təsərrüfat şöbəsinin müdiri vəzifəsini icra etmiş İddiaçı “Təmas" şirkəti ilə heç bir sənədləşmə və heç bir hüquqi əsas yaradan müqavilə bağlamadan 4 ədəd kofe aparatlarını sahibkarlıq məqsədi ilə institutun müxtəlif yerlərində yerləşdirmişdir. Bununla bağlı "xxxx" ilə əlaqə saxlanılan vaxt, onlar “X3 və Ortopediya İnstitutu” X22 aralarında “kofe aparatlar yerləşdirilməsinə dair” hərhansı müqavilələrinin olmadığını təsdiq etmişdirlər. Buradan da aydın olur ki, kofe aparatlarından gələn gəlir institutun büdcəsinə daxil olmamışdır. İş materiallarında olan Bakı 10 saylı Mediasiya təşkilatı tərəfindən verilmiş ilkin mediasiya sessiyasından (İMS) sonra prosesin davam etdirilə bilməməsi barədə xx.xx.2024-cü il tarixli, MŞB/10/2024-00480 nömrəli arayışından görünür ki, İddiaçı və Cavabdeh nümayəndələri Qanuni nümayəndə işə bərpa edilmə ilə bağlı əmək mübahisəsi üzrə xx.xx.2024-cü il tarixdə saat 14:00 keçirilməsi nəzərdə tutulan ilkin mediasiya sessiyasında iştirak etmişlər, lakin mediasiya prosesin davam etdirə bilməmişdir. İddiaçı 50 manat məbləğində mediasiya xərcini ödəmişdir. Beləliklə işin faktiki halları ilə müəyyən edilir ki, Cavabdehn xx.xx.2024-cü il tarixli, 445 nömrəli əmri ilə bağlanmış əmək müqaviləsinə xx.xx.2024-cü il tarixdən Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin "ç” bəndinə əsasən (işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə yaxud- bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda) xitam verilmişdir. Lakin işəgötürən əmrdə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin normalarını sadalamaqla kifayətlənmiş, istinad edilən məcəllənin 70-ci maddəsi ilə müəyyən edilmiş əsasların hər-hansı biri ilə, əmək müqaviləsinin ləğv edilməsinin zəruriliyini əsaslandırmamışdır. Halbuki əmək müqaviləsinin ləğv edilməsi haqqında işəgötürənin əmrinin (sərəncamının, qərarının) məzmununa dair tələblər də Əmək Məcəlləsində nəzərdə tutulmuşdur. Belə ki, əmrdə (sərəncamda, qərarda) digər məlumatlarla yanaşı, əmək müqaviləsinin ləğv edilməsinin əsası, həmin əsasla əmək müqaviləsinin ləğv edilməsi qaydası nəzərdə tutulmuş bu məcəllənin müvafiq maddəsi, hissəsi və bəndi, eləcə də əmək müqaviləsinin ləğv edilməsi barədə əmrin (sərəncamın, qərarın) verilməsi üçün əsas hesab olunan rəsmi sənədlər göstərilməlidir. Əmək Məcəlləsinin 84-cü maddənin 1-ci hissəsində nəzərdə tutulmuş məlumatlardan hər-hansı birinin və ya bir neçəsinin göstərilməməsi əmrin (sərəncamın, qərarın) məhkəmə tərəfindən etibarsız hesab edilməsi üçün əsas sayılır. Göründüyü kimi cavabdeh iddiaçının əmək müqaviləsinə ƏM-nin 70-ci maddəsinin “ç” bəndinə əsasən xitam versə belə, cavabdeh iddiaçının qəsdən və ya səhlənkarlıqla, etinasızlıqla əmək funksiyasını, vəzifə borcunu (öhdəliklərini) yerinə yetirmədiyinə görə iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahənginin pozulmuş olması və ya işəgötürənin hüquqlarına və qanunla qorunan mənafelərinə hər-hansı formada ziyan dəyməsi də məhkəmə tərəfindən müəyyən edilməmişdir (cavabdeh tərəf əksini sübuta yetirə bilməmişdir). Belə olan halda Məhkəmə kollegiyası hesab edir ki, cavabdeh tərəfindən əmək müqaviləsinə xitam verilərkən Əmək Məcəlləsi ilə müəyyən edilmiş əmək müqaviləsinin ləğv edilməsi qaydalarına əməl olunmamışdır. Bu isə əmək müqaviləsinə xitam verilməsi barədə əmrin qanuni sayılmasını istisna edir. Ona görə də həmin əmrin ləğv edilməsi və İddiaçı əvvəlki işinə (vəzifəsinə) Cavabdehn təsərrüfat müdiri vəzifəsinə bərpa olunması barədə birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlmişdir. İddia ərizəsinə etirazda eləcə də apellyasiya şikayətində cavabdeh tərəf aktlara istinad etməklə iddiaçının müəsisəyə və işəgötürənə ziyan vurmasını bildirsə də, həmin halları sübut edəcək mötəbər sübutlar təqdim edilməmişdir. Həmçinin cavabdeh apellyasiya şikayətində iddiaçının işlədiyi müddətdə vəzifə səlahiyyətlərini aşmaqla, nizam-intizam qaydalarını pozaraq istədiyi vaxt işə gəlibgetmiş, işçilərlə hər zaman kobud davranmış onların ünvanına nalayiq, atmacalı sözlər işlədərək və nəticədə işçilərin ona qarşı haqlı narazılığı yaratmasını və İddiaçı “X3 və Ortopediya İnstitutu” X23 təsərüffat şöbəsinin müdiri işlədiyi zaman xəstəxanaya məxsus “Fiat Doblo” markalı **-PK-*** nömrəli xidməti avtonəqliyyat vasitəsindən və avtonəqliyyat vasitəsi üçün ayrılmış yanacaqdan öz şəxsi istifadəsi üçün dəfələrlə istifadə etməklə nəqliyyat vasitəsi ilə gəlib-getməsini, həmçinin 4 ədəd kofe aparatlarını sahibkarlıq məqsədi ilə institutun müxtəlif yerlərinə yerləşdirərək, gələn gəliri öz şəxsi istifadəsi üçün istifadə etməsini bildirsə də bu halda da mötəbər sübutlara istinad edilməmişdir. Konkret olaraq əmrin verilməsində əsas olmuş İddiaçı “X3 və Ortopediya İnstitutu” X23 təsərüffat şöbəsinin müdiri işlədiyi zaman xəstəxanaya məxsus “Fiat Doblo” markalı **-PK-*** nömrəli xidməti avtonəqliyyat vasitəsindən və avtonəqliyyat vasitəsi üçün ayrılmış yanacaqdan öz şəxsi istifadəsi üçün dəfələrlə istifadə etməsi, nəqliyyat vasitəsi ilə gəlib-getməsinə dair xx.xx.2024-cü il tarixdə tərtib edilmiş aktla vurulan maddi ziyanın məbləği açıqlanmamış, həmin halın hansı vaxtdan baş verməsi və nə vaxta kimi davam etməsi, istifadə etdiyi müddətin uzun zaman olduğu halda rəhbərliyin və ya buna nəzarət edən şəxsin (şəxslərin) dərhal buna reaksiya verməyərək məhz işdən azad edilməsindən 2 gün əvvəl bu halın mövcud olan hal kimi rəsmiləşdirilməsinin əsasları cavabdeh tərəfindən açıqlanmamışdır. Apellyasiya instansiyası məhkəməsinin iclasında cavabdehin nümayəndəsi iddiaçının xəstəxanaya məxsus “Fiat Doblo” markalı **-PK-*** nömrəli xidməti avtonəqliyyat vasitəsindən və avtonəqliyyat vasitəsi üçün ayrılmış yanacaqdan öz şəxsi istifadəsi üçün dəfələrlə istifadə etməsi ilə 20 manat ziyan vurmasını göstərərək bunun sübutu olaraq 2024-cü ilin avqust ayında tərtib edilmiş 2024-cü ilin iyul ayının hesabatını təqdim etmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, əvvəla iddiaçı barəsində əmr 11 iyul 2024-cü il tarixdə verilməsinə baxmayaraq hesabat bütün iyul ayı üçün tərtib edilmişdir. İkincisi də həmin hesabatdan iddiaçının ziyan, o cümlədən məhz 20 manat məbləğində ziyan vurması aydın görünmür. Həm də Məhkəmə kollegiyası hesab edir ki, bu sübut növü mötəbər olmuş olsa idi belə birinci instansiya məhkəməsində təqdim olunmalı idi. Məhkəmə kollegiyası həmçinin iddiaçının xəstəxanaya məxsus “Fiat Doblo” markalı **-PK-*** nömrəli xidməti avtonəqliyyat vasitəsindən və avtonəqliyyat vasitəsinin hansı istiqamətlərdə istifadə edilməsinin yoxlanılmasına dair apellyasiya şikayətinin dəlilinə qiymət verərək qeyd edir ki, Azərbayjan Respublikasının MPM-nin 78.1 maddəsinin tələbləri baxımından sübutlar birinci instansiya məhkəməsində təqdim edilir. İş materiallarından müəyyən olunur ki, qeyd edilən avtomaşın cavabdehin mülkiyyətindədir və o mülkiyyətçi olaraq həmin avtomaşının hansı marşrutlar və istiqamət üzrə hərəkətini öyrənmək üçün özü tərəfindən araşdırma aparılması tam imkanı olmuşdur. Hazırki halda apellyasiya instansiyası məhkəməsi tərəfindən bu dəlil üzrə araşdırma aparılması üçün kollegiya zərurət görmür. Eyni zamanda xəstəxanaya aid 1250 ədəd jurnalıda öz şəxsi istifadəsi üçün istifadə etməsi dedikdə onların hansı formada istifadəsi də açıqlanmamış və bu istifadənin müddəti də göstərilməmşdir. İddiaçı işlədiyi müddətdə "xxxx" şirkəti ilə razılığa gələrək heç bir sənədləşmə və heç bir hüquqi əsas yaradan müqavilə bağlamadan 4 ədəd kofe aparatlarını sahibkarlıq məqsədi ilə institutun müxtəlif yerlərində yerləşdirməsinə dair hal mövcud olduğu təqdirdə, əmrin əsaslandırılmasında göstərilməyərək iddiaçı barədə verilən sözügedən əmrin verilməsindən sonra xx.xx.2024-cü il tarixdə tərtib edilməsi də cavabdehin iddiaçıya hansı münasibətdə olmasının bariz göstəricisidir. Bundan başqa cavabdeh tərəf iddia ərizəsinə etirazında həmçinin apellyasiya şikayətində iddiaçı tərəfindən məhkəməyə müraciət etmək müddətini ötürməsini qeyd etmişdir. Bununla bağlı olaraq Məhkəmə kollegiyası bildirir ki, iş materiallarına əsasən iddiaçı 29 iyul 2024-cü il tarixdə mediasiya prosesini başlatmaq məqsədi ilə X8 Heyətinin təsdiq etdiyi qaydada qarşı tərəfə mediasiya prosesinin tətbiqi barədə təklif göndərmiş, daha sonra isə 10 saylı Mediasiya Təşkilatına müraciət etmişdir. 06 sentyabr tarixində ilkin mediasiya sessiyasından sonra prosesin davam etdirilə bilməməsinə dair arayış mediasiya təşkilatı tərəfindən tərtib edilərək təqdim edilmişdi, və həmin arayışa əsasən iddiaçı məhkəməyə müraciət etmək hüququnu əldə etmişdir. Bununla da iddia müddətinin axımı yenidən bərpa edilmişdir. Daha sonra İddiaçı 16 sentyabr 2024-cü il tarixdə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Göründüyü kimi iddiaçı tərəfindən ilk olaraq 29 iyul 2024-cü il tarixdə mediasiya prosesini başlatmaq məqsədi ilə X8 Heyətinin təsdiq etdiyi qaydada qarşı tərəfə mediasiya prosesinin tətbiqi barədə təklif göndərilmiş və bundan sonra digər prosesslər həyata keçirilmişdir. Bununla da müəyyən edilir ki, İddiaçı tərəfindən qanunvericiliklə nəzərdə tutulmuş iddia müddəti ötürülməmişdir. Bununla yanaşı Məhkəmə kollegiyası qeyd edir ki, Əmək Məcəlləsinin 300-cü maddəsinin 1-ci hissəsinə görə, əgər işəgötürən əmək müqaviləsinin bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulmuş ləğv edilməsi əsaslarını pozaraq və ya 71, 76-cı maddələri ilə müəyyən edilmiş qaydaların tələblərinə əməl etmədən, habelə 79-cu maddəsində nəzərdə tutulmuş hallara əhəmiyyət vermədən işçi ilə əmək münasibətlərinə xitam vermişdirsə, əmək mübahisəsini həll edən məhkəmə iddia ərizəsini və işin faktik hallarını araşdıraraq məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə işçinin vəzifəsinə bərpa edilməsi barədə qətnamə və ya bu maddənin ikinci hissəsinə müvafiq olaraq tərəflərin barışıq sazişinin təsdiq edilməsi barədə qərardad çıxarır. Məhkəmə qətnamədə işçiyə iddiası üzrə dəymiş zərərin məbləğinin işəgötürən tərəfindən ödənilməsini də nəzərdə tuta bilər. Hazırda əsas tələb təmin edildiyindən, birinci instansiya məhkəməsi düzgün olaraq belə nəticəyə gəlmişdir ki, digər tələb olan məcburi iş buraxma üçün əmək haqqının ödənilməsi hissəsi təmin edilməli, İddiaçı məcburi işburaxma müddəti üçün ödənilməmiş əmək haqqı Cavabdehndən tutularaq İddiaçı ödənilməlidir. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçı hazırki tələblə məhkəməyə müraciət etməkdə haqlı olmuş və birinci instansiya məhkəməsi də iddia tələbinin mahiyyəti üzrə əsaslı olması barədə düzgün nəticəyə gəlmişdir, qeyd olunan hissəyə dair cavabdehin apellyasiya şikayətində göstərdiyi dəlillər əsassız olmuşdur. Göründüyü kimi birinci instansiya məhkəməsinin qətnaməsi qanuni və əsaslı olmuşdur. Birinci instansiyası məhkəməsi tərəfindən işin faktiki hallarını nəzərə alınmaqla, mübahisə tam, hərtərəfli və obyektiv araşdırılmaqla düzgün nəticəyə gəlinmiş, qəbul edilmiş qətnamənin nəticə hissəsi ilə işin faktiki halları arasında heç bir uyğunsuzluq olmamış, mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan birinci instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. Belə ki, apellyasiya şikayətində qeyd edilən dəlillər mülahizə xarakterli olmaqla iş materialları ilə təsdiq edilmir. Həmin dəlillər əsassız olduğundan birinci instansiyası məhkəməsinin qətnaməsinin ləğvi üçün qanuni əsas ola bilməz. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, apellyasiya şikayəti təmin olunmamalı, birinci instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Qeyd olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 217, 382, 384-386, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası
Qət etdi:
Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 13 dekabr 2024-cü il tarixli, 2(006)- 4725/2024 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Sədrlik edən: Xumar Mərdanova Hakimlər: Vahid Sadıqov Sabit Bəhrəmzadə