Məhkəmə qərarları › İş №2(103)-2872/2024

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-2872/2024

02.05.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Bank əmanəti və bank hesabatı müqavilələri üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-2872/2024 02.05.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh Açıq Səhmdar Cəmiyyətinə qarşı iddia tələbinə dair iş üzrə (Açar sözlər: bank əmanəti, əmanət müqaviləsi, zərərin əvəzinin ödənilməsi, sübutetmə) hakimlər Həsənov Elnur Məmmədsaat oğlundan (sədrlik edən və məruzəçi), Mərdanova Xumar Afət qızından və Məmmədov Məmməd Allahverdi oğlundan ibarət tərkibdə, Qasımov Ramil Rəşid oğlunun katibliyi, İddiaçı iştirakı ilə İddiaçı Cavabdeh Açıq Səhmdar Cəmiyyətinə qarşı “pulun ödənilməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 08 fevral 2024-cü il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi: İşin halları

1. İddiaçı Cavabdeh Açıq Səhmdar Cəmiyyətinə (bank) xx.xx.2011-ci il tarixdə 1300 manat əmanət yerləşdirmiş, qalıq 1300 manat təşkil etmiş, xx.xx.2012-ci il tarixdə 1100 manat əmanət qoymuş, qalıq 2400 manat təşkil etmiş, xx.xx.2012-ci il tarixdə bankdan 156 (hesablanmış faiz) manat götürmüş, qalıq 2400 manat təşkil etmiş, xx.xx.2012-ci il tarixdə bankdan 1300 manat (əmanət) götürmüş, qalıq 1100 manat təşkil etmiş, xx.xx.2013-cü il tarixdə 133,20 (hesablanmış faiz) manat bankdan pul götürmüş, qalıq 1100 manat təşkil etmiş, xx.xx.2013-cü il tarixdə 1100 (əmanət) manat pul götürmüş, qalıq qalmamış, xx.xx.2013-cü il tarixdə 1000 (əmanət 11%) manat banka pul qoymuş, qalıq 1000 manat təşkil etmiş, xx.xx.2014-cü il tarixdə 1111,66 (əmanət) manat bankdan pul götürmüş, qalıq qalmamış, xx.xx.2014-cü il tarixdə 1111 (əmanət) manat banka pul qoymuş, qalıq 1111 manat təşkil etmiş, xx.xx.2015-ci il tarixdə 122,02 (faiz) manat banka pul mədaxil edilmiş, qalıq 1233,02 manat təşkil etmiş, xx.xx.2015-ci il tarixdə 122,02 (faiz) manat bankdan pul götürmüş, qalıq 1111 manat təşkil etmiş, xx.xx.2015-ci il tarixdə depozit 12 ay (9%) müddətinə uzadılmış, qalıq 1111 manat təşkil etmiş, xx.xx.2015-ci il tarixdə 1,63 (faiz) manat banka pul mədaxil edilmiş, qalıq 112,63 manat təşkil etmiş, xx.xx.2015-ci il tarixdə 1,63 (faiz) manat bankdan pul götürmüş, qalıq 1111 manat təşkil etmiş, xx.xx.2015-ci il tarixdə 1111 (əmanət) manat bankdan pul götürmüş, qalıq 0 manat təşkil etmiş, xx.xx.2015-ci il tarixdə 1100 (12 ay 9%) manat pul qoymuş, qalıq 1100 manat təşkil etmiş, xx.xx.2015-ci il tarixdə 6000 (12 ay 12%) manat banka pul qoymuş, qalıq 7100 manat təşkil etmiş, xx.xx.2016-cı il tarixdə 133,20 (faiz) manat pul götürmüş, qalıq 7100 manat təşkil etmiş, xx.xx.2016-cı il tarixdə 1100 manat pul götürmüş, qalıq 6000 manat təşkil etmiş, xx.xx.2016-cı il tarixdə 1000 (12 ay 12%) manat pul qoymuş, qalıq 7000 manat təşkil etmiş, xx.xx.2016-cı il tarixdə 661,17 (faiz) manat bankdan pul götürmüş, qalıq 7000 manat təşkil etmiş, xx.xx.2016-cı il tarixdə 6000 (əmanət) manat bankdan pul götürmüş, qalıq 1000 manat təşkil etmiş, xx.xx.2016-cı il tarixdə 1650 (12 ay 12%) manat banka pul qoymuş, qalıq 2650 manat təşkil etmiş, xx.xx.2017-ci il tarixdə 117,93 (faiz) manat bankdan pul götürmüş, qalıq 1000 manat təşkil etmiş, xx.xx.2017-ci il tarixdə depozit 12 ay (13%) müuddətinə uzadılmış, qalıq 1000 manat təşkil etmiş, xx.xx.2017-ci il tarixdə 198 (faiz) manat bankdan pul götürmüş, qalıq 2650 manat təşkil etmiş, xx.xx.2017-ci il tarixdə əmanət 12 ay (13%) müddətinə uzadılmış, qalıq 2650 manat təşkil etmiş, xx.xx.2018-ci il tarixdə əmanət uzadılmış, qalıq 2650 manat təşkil etmiş, xx.xx.2018-ci il tarixdə əmanət uzadılmış, qalıq 2650 manat təşkil etmiş, xx.xx.2018-ci il tarixdə 129,60 (faiz) manat banka mədaxil və məxaric olunmuş, qalıq 2650 manat təşkil etmiş,xx.xx.2018-ci il tarixdə 215 manat (faiz) banka mədaxil və məxaric olunmuş, qalıq 2650 manat təşkil etmiş, xx.xx.2019-cu il tarixdə əmanət 12 ay (10%) müddətinə uzadılmış, qalıq 2650 manat təşkil etmiş, xx.xx.2019-cu il tarixdə 90 manat (faiz) məxaric edilmiş, qalıq 2650 manat təşkil etmiş, xx.xx.2019-cu il tarixdə 148,50 manat (faiz) banka mədaxil və məxaric edilmiş, qalıq 2650 manat təşkil etmiş, xx.xx.2019-cu il tarixdə 2500 manat (əmanət 10%) banka pul qoymuşdur, qalıq 5150 manat təşkil etmiş, xx.xx.2020-ci il tarixdə 100 manat (faiz) bankdan pul götürmüşdür, qalıq 5150 manat təşkil etmiş, xx.xx.2020-ci il tarixdə 1000 (əmanət) manat bankdan pul götürmüşdür, qalıq 4150 manat təşkil etmiş, xx.xx.2020-ci il tarixdə 1100 (1 il 8,5%) manat məbləğində banka pul qoymuşdur, qalıq 5250 manat təşkil etmiş, xx.xx.2020-ci il tarixdə 1650 manat (əmanət) banka pul qoyulmuş, qalıq 5250 manat təşkil etmiş, xx.xx.2020-ci il tarixdə 165 manat (faiz) bankdan pul götürmüş, qalıq 5250 manat təşkil etmiş, xx.xx.2020-ci il tarixdə 1650 manat (əmanət) bankdan pul götürmüş, qalıq 3600 manat təşkil etmiş, xx.xx.2020-ci li tarixdə 1820 manat (əmanət 1 il 8,5%) banka pul qoymuş, qalıq 5420 manat təşkil etmiş, xx.xx.2020-ci il tarixdə 250 manat (faiz) pul götürmüş, qalıq 5420 manat təşkil etmiş, xx.xx.2020-ci il tarixdə 2500 manat (əmanət) bankdan pul götürmüş, qalıq 2920 manat təşkil etmiş, xx.xx.2020-ci il tarixdə 2750 (əmanət 1 il 8,5%) manat banka qoymuş, qalıq 5670 manat təşkil etmiş, xx.xx.2021-ci il tarixdə 93,50 manat (faiz) bankdan götürmüş, qalıq 1100 manat təşkil etmiş, xx.xx.2021ci il tarixdə 1100 (əmanət) manat bankdan pul götürmüş, qalıq 0 manat təşkil etmiş, xx.xx.2021-ci il tarixdə 1200 manat (əmanət 1 il 10%) banka pul qoymuş, qalıq 1200 manat təşkil etmiş, xx.xx.2021-ci il tarixdə depozit 1 il (10%) müddətinə uzadılmış, qalıq 5770 manat təşkil etmiş, xx.xx.2021 -ci il tarixdə 154,70 manat (faiz) bankdan pul götürmüş, qalıq 5770 manat təşkil etmiş, xx.xx.2021-ci il tarixdə 233,75 manat (faiz) bankdan pul götürmüş, qalıq 5770 manat təşkil etmiş, xx.xx.2021-ci il tarixdə 2750 (əmanət) manat bankdan pul götürmüş, qalıq 3020 manat təşkil etmiş, xx.xx.2021-ci il tarixdə 315 manat (1 illik 10%) manat banka pul qoymuş, qalıq 6170 manat təşkil etmiş, xx.xx.2022-ci il tarixdə əmanət 1 il (10%) müddətinə uzadılmış, qalıq 4970 manat təşkil etmiş, xx.xx.2022-ci il tarixdə uzadılmış 1200 manat əmanət NZDPM-1153 saylı kitabçaya köçürülmüşdür % ilə birgə xx.xx.2022-ci il tarixdə 1300 manat mədaxil olunmuş, xx.xx.2022-ci il tarixdə 182 manat (faiz) bankdan pul götürmüş, qalıq 4970 manat təşkil etmiş,xx.xx.2022-ci il tarixdə 1820 manat (əmanət) bankdan götürmüş, qalıq 3150 manat təşkil etmiş, xx.xx.2022-ci il tarixdə 2000 (əmanət 1 il 10%) manat banka qoymuş, qalıq 5150 manat təşkil etmiş, xx.xx.2022-ci il tarixdə 315 manat (faiz) bankdan götürmüş, qalıq 3150 manat təşkil etmiş, xx.xx.2022-ci il tarixdə 1000 (əmanət 1 il 10%) manat banka pul qoymuş, qalıq 6150 manat təşkil etmiş, xx.xx.2023-cü il tarixdə depozit 1 il (10,30%) müddətində uzadılmış, qalıq 6150 manat təşkil etmiş, xx.xx.2023-cü il tarixdə depozit uzadılmış, qalıq 6150 manat təşkil etmiş, xx.xx.2023-cü il tarixdə 509,04 manat (faiz) bankdan götürmüş, qalıq 6150 manat təşkil etmiş, xx.xx.2023-cü il tarixdə 98,78 manat (faiz) bankdan götürmüş, qalıq 6150 manat təşkil etmiş, xx.xx.2023-cü il tarixdə depozit 1 il (10,30%) müddətinə uzadılmış, qalıq 6150 manat təşkil etmişdir.

2. İddiaçı banka xx.xx.2016-cı il tarixdə 3900 (əmanət 12 ay 12%) manat pul qoymuş, qalıq 3900 manat təşkil etmiş, xx.xx.2017-ci il tarixdə 46,8 (hesablanmış faiz) manat bankdan götürmüş, qalıq 3900 manat təşkil etmiş, xx.xx.2017-ci il tarixdə 3900 (əmanət) manat bankdan pul götürmüş, qalıq 0 manat təşkil etmiş, xx.xx.2017-ci il tarixdə 4300 (əmanət 12 ay 15%) manat banka pul qoymuş, qalıq 4300 manat təşkil etmiş, xx.xx.2018-ci il tarixdə əmanət 12 ay (8%) müddətinə uzadılmış, qalıq 4300 manat təşkil etmiş, xx.xx.2018-ci il tarixdə 645 (faiz) manat bankdan pul götürmüş, qalıq 4300 manat təşkil etmiş, xx.xx.2018-ci il tarixdə 4300 (əmanət) manat bankdan pul götürmüş, qalıq 0 manat təşkil etmiş, xx.xx.2018-ci il tarixdə 4945 (əmanət 12 ay 8%) manat banka pul qoymuş, qalıq 4945 manat təşkil etmiş, xx.xx.2018-ci il tarixdə 1000 (12 ay 8%) manat banka pul qoymuş, qalıq 5945 manat təşkil etmiş, xx.xx.2019-cu il tarixdə 3500 (12 ay 10%) manat pul qoymuş, qalıq 9445 manat təşkil etmiş, xx.xx.2019-cu il tarixdə 4945 (əmanət) manat pul götürmüş, qalıq 4500 manat təşkil etmiş, xx.xx.2019-cu il tarixdə 395,60 (faiz) manat məxaric və mədaxil olunmuş, qalıq 4500 manat təşkil etmiş, xx.xx.2019-cu il tarixdə 5300 (12 ay 10%) manat banka pul qoymuş, qalıq 9800 manat təşkil etmiş, xx.xx.2019-cu il tarixdə 80 (faiz) manat bankdan pul götürmüş, qalıq 9800 manat təşkil etmiş, xx.xx.2019-cu il tarixdə 1000 (əmanət) manat bankdan pul götürmüş, qalıq 8800 manat təşkil etmiş, xx.xx.2019-cu il tarixdə 1100 manat (əmanət 1 il 10%) banka pul qoymuş, qalıq 9900 manat təşkil etmiş, xx.xx.2020-ci il tarixdə 395,60 (faiz) manat məxaric və mədaxil olunmuş, qalıq 3500 manat təşkil etmiş, xx.xx.2020-ci il tarixdə 3500 (əmanət) manat bankdan pul götürmüşdür, qalıq 0 manat təşkil etmiş, xx.xx.2020-ci il tarixdə 3850 (1 il 8,5%) manat məbləğində banka pul qoymuşdur, qalıq 3850 manat təşkil etmiş, xx.xx.2020-ci il tarixdə depozit 12 ay (18,5%) müddətinə uzadılmış, qalıq 5300 manat təşkil etmiş, xx.xx.2020-ci il tarixdə 530 manat (faiz) bankdan pul götürmüş, qalıq 5300 manat təşkil etmiş, xx.xx.2020-ci il tarixdə 1100 manat mədaxil və məxaric olunmuş (əmanət uzadılmış), qalıq 10250 manat təşkil etmiş, xx.xx.2020-ci il tarixdə 109,45 manat (faiz) pul götürmüş, qalıq 10250 manat təşkil etmiş, xx.xx.2020-ci il tarixdə 1100 manat (əmanət) bankdan pul götürmüş, qalıq 9150 manat təşkil etmiş, xx.xx.2020-ci il tarixdə 1710 (əmanət 1 il 9%) manat banka qoymuş, qalıq 5670 manat təşkil etmiş, xx.xx.2021-ci il tarixdə 93,50 manat (faiz) bankdan götürmüş, qalıq 10860 manat təşkil etmiş, xx.xx.2021-ci il tarixdə 3850 manat əmanət uzadılmış, qalıq 10860 manat təşkil etmiş, xx.xx.2021-ci il tarixdə 327,25 manat (faiz) bankdan pul götürmüş, qalıq 10860 manat təşkil etmiş, xx.xx.2021-ci il tarixdə 450,50 manat (faiz) bankdan pul götürmüş, qalıq 5300 manat təşkil etmiş, xx.xx.2021-ci il tarixdə 1000 (əmanət 12 ay 10%) manat banka pul qoymuş, qalıq 11860 manat təşkil etmiş, xx.xx.2021-ci il tarixdə 1710 manat bankdan pul götürmüş, qalıq 9150 manat təşkil etmiş, xx.xx.2021-ci il tarixdə 153,90 manat (faiz) bankdan götürmüş, qalıq 9150 manat təşkil etmiş, xx.xx.2021-ci il tarixdə 2000 (əmanət 1 il 10%) manat banka pul qoymuş, qalıq 12150 manat təşkil etmiş, xx.xx.2022-ci il tarixdə 385 manat (faiz) bankdan götürmüş, qalıq 3850 manat təşkil etmiş, xx.xx.2023-cü il tarixdə 330 manat (faiz) bankdan götürmüş, qalıq 5300 manat təşkil etmiş, xx.xx.2023-cü il tarixdə 200 manat (faiz) bankdan götürmüş, qalıq 2000 manat təşkil etmiş, xx.xx.2023-cü il tarixdə 100 manat (faiz) bankdan götürmüş, qalıq 1000 manat təşkil etmiş, xx.xx.2023-cü il tarixdə 1000 (əmanət 1 il 10%) manat banka pul qoymuş, qalıq 1000 manat təşkil etmiş, xx.xx.2023-cü il tarixdə depozit 1 il (10,30%) müddətinə uzadılmış, qalıq 12150 manat, xx.xx.2023-cü il tarixdə 380,51 manat (faiz) bankdan götürmüş, qalıq 3850 manat təşkil etmişdir.

3. İddiaçı Cavabdeh ASC-nə qarşı “xx.xx.2019-cu il tarixli NZDPM-0340-25 nömrəli və xx.xx.2019-cu il tarixli NZDPM-0736-07 nömrəli bank əmanəti müqavilələrinin etibarsız hesab edilməsi” tələbi Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qətnaməsi ilə rədd edilmiş, həmin qətnamə Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli qətnaməsi ilə dəyişdirilmədən saxlanılmışdır.

Birinci instansiya məhkəməsində icraat və qəbul olunmuş məhkəmə aktı

4. İddiaçı (iddiaçı) Cavabdeh Açıq Səhmdar Cəmiyyətinə (cavabdeh) qarşı iddia ərizəsi ilə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə (məhkəmə və ya birinci instansiya məhkəməsi) müraciət edərək, cavabdeh tərəfindən mənimsənilən 2500 manatın və 2016-cı ildən qaytarılmayan faizlərin, yəni cəmi 14 380 manatın və 134 manat dovlət rüsumunun cavabdehdən alınıb ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

5. İddiaçı iddia tələbini belə əsaslandırmışdır ki, 2005-ci ildən cavabdehin müştərisidir, əlində olan pulu hər ay dolanışığına kömək etsin deyə, hər ay faizini almaq məqsədilə banka qoymaq qərarına gəlmişdir. Bu məqsədlə də 2015-ci ildə banka 6000 manat pul qoymuş, həmin puldan 5000 manatı 2016-cı ildə bankdan çıxarmış, 1000 manat bankda qalmışdır. 2016-cı ilin müəyyən dövrü üçün bankın verəcəyi 720 manat faizdən əmələ gəlmiş pul bank tərəfindən ona verilməmişdir. 2017-ci ildə bankda qalan 1000 manatın faizi 8%-lə, 2018-ci ildə isə həmin pulun gəliri 9%-lə hesablanaraq ona verilmişdir. 2019-cu ilin mart ayının 01-də yenidən banka gələrək bildirmişdir ki, 2016-cı ildə götürdüyü 5000 manatı yenidən banka qoymaq istəyir. Ona ayın 10-da gəlməsini bildirmişlər. Ayın 11-də banka gəlmiş və pul qoymaq istədiyini bildirmişdir. 16 il müddətində bu bankın müştərisi olmuşdur və onlara böyük inamı vardır. Odur ki, 5000 manatın qeydiyyatını apararkən onların qeydləri ilə maraqlanmamışdır. Həmçinin imza etməsi üçün ona təqdim olunan sənədləri də oxumadan imza etmişdir. Həmçinin ona 2 ədəd təmiz çekə də imza etdirmişlər. Artıq sonradan ona məlum olmuşdur ki, bankın işçiləri ona bankda qalmış 1000 manat pulun və onun faizlərinin tərəfindən çıxarılmasını təsdiq edən sənədlərə imza etdirmişlər. Bu yolla da ona nə 1000 manat pulu, nə də onun faizini verməmişlər. Həmçinin 2 aydan sonra bilmişdir ki, banka qoyduğu 5000 manatı 2500 manat yazmaqla, 2500 manat pulu mənimsəmişlər. Əmanət kitabçasında olan vərəqin dəyişdirilməsi və başqa vərəqin oraya tikilməsi açıq-aydın görünür. Vərəqin bir tərəfində, yəni lap yuxarıda olan bəzəkli hissə digər vərəqdəki ilə eyni bərabərdə deyildir. Həmçinin vərəqin kitabçaya tikilməsi olduqca kobud şəkildə yerinə yetirilmişdir. Bunları gördükdən sonra bankın müdirini görmək üçün banka getmişdir. Nə qədər gözləsə də, müdiri görə bilməmiş, ancaq işçi qız ona bildirmişdir ki, hər şey qaydasındadır. Qabaqcadan bankda olan 1650 manat pulun və digər pulun depoziti eyni ayın 7-nə düşdüyü üçün vəziyyətdən istifadə edib vərəqi dəyişdirmişlər. İşin üzərinə ciddi düşdüyü üçün ona bildirmişlər ki, o, 3500 manatı digər kitabçaya qoymuşdur. Ancaq bildirmək istəyir ki, bu pul onun hesabında köhnədən var idi. O, müqaviləni tələb etmiş və müqavilənin əslini deyil, onun kserosurətini gətirmişlər. Orada yəqinliklə görmüşdür ki, müqavilədə olan imza onun imzası deyil. Bu işlə əlaqədar polisdə və prokurorluqda olmuşdur. Lakin ona bildirmişlər ki, məhkəməyə iddia ərizəsi ilə müraciət etsin. Beləliklə də, cavabdehin işçiləri tərəfindən ona xeyli ziyan vurulmuşdur. 2500 manat məbləğində pulu (5000 manatdan bank tərəfindən mənimsənilən 2500 manat) bank tərəfindən mənimsənildiyi üçün ona qaytarılmalı, eləcə də 2016-cı ildən bank tərəfindən ona qaytarılmayan faizlərlə birlikdə, cəmi 14380 manat xeyrinə tutulmalıdır.

6. Cavabdehin nümayəndəsi iddia tələbinə qarşı yazılı etiraz vermiş, etirazında aşağıdakıları göstərmişdir: “İddiaçı bundan əvvəl Cavabdeh ASC-yə qarşı “müqavilənin etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, bankla arasında banka qoymuş olduğu pul vəsaitlərinə görə hər ay faizləri ona qaytarılmaq şərti ilə bağlanmış müqavilədə saxtakarlıq edilərək pullarının və aylıq faizlərinin mənimsənilməsini nəzərə alaraq bank tərəfindən bağlanmış, lakin ona verilməmiş müqavilənin etibarsız hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Əgər iddiaçının əvvəlki (müqavilənin etibarsız hesab edilməsinə dair) iddiası ilə hazırkı iddiasını (borc tələbi) müqayisə etsələr, iddianın eyni məzmunda olmasını görə bilərlər. Sadəcə formal olaraq iddiaçı iddia tələbinin predmetini borc tələbinə dəyişmişdir. İddiaçı tərəfindən iddia tələbinin əsası kimi istinad etdiyi hallara dair sübutlar məhkəməyə təqdim edilməmişdir. Əksinə, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2022-ci il tarixli 4/631, 5/499 saylı ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilmiş mülki işin 79-82-ci vərəqələrindəki əmanət kitabçasının vərəqələrinin surətləri təsdiq olunan Cavabdeh ASC-nin “Nizami” filialının İddiaçı adına NZDPM-0340 nbmrəli əmanət kitabçasının 1,2,3,4,5-ci səhifələrinin və 6-7-ci səhifələrdənki ilk beş sətirdəki yazıların surətləridir. Tədqiqata təqdim olunmuş mülki işin 83-85-ci vərəqələrdəki əmanət kitabçasının vərəqələrinin surətləri təqdim olunan Cavabdeh ASC-nin “Nizami” filialının İddiaçı NZDPM-0736 nömrəli əmanət kitabçasının 1,2,3-cü səhifələrinin və 4-5-ci səhifələrdəki ilk sətirdəki yazıların surətləridir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə ekspertizası Mərkəzinin xx.xx.2021-ci il tarixli 4/1664, 5/1288, 5/1289 saylı ekspert rəyindən görünür ki, ekspertizaya təqdim edilmiş İddiaçı adına olan 2 ədəd əmanət kitabçalarında eyni tarixə aid olan əlyazmalar - eyni şəxs tərəfindən icra edilmişdir. Tədqiqata təqdim edilmiş Cavabdeh ASC tərəfindən İddiaçı adına verilmiş NZDPM-0340 və NZDPM-0736 nömrəli əmanət kitabçalarının blankları mətbəə çap üsulu ilə hazırlanmışdırlar. Tədqiqata təqdim edilmiş Cavabdeh ASC tərəfindən İddiaçı adına verilmiş NZDPM-0340 və NZDPM- 0736 nömrəli əmanət kitabçaları formalarına görə öz aralarında eynilik təşkil etmirlər. Tədqiqata təqdim edilmiş Cavabdeh ASC tərəfindən İddiaçı adına verilmiş NZDPM-0736 nömrəli əmanət kitabçasının orta hissəsində olan dəmir sancaqları açılmamış və vərəqlər dəyişdirilməmişdir. Tədqiqata təqdim edilmiş Cavabdeh ASC tərəfindən İddiaçı adına verilmiş NZDPM- 0340 nömrəli əmanət kitabçasının orta hissəsində olan dəmir sancaqlar açılmış və yenidən tikilərək tamlığı pozulmuşdur, vərəqlərin sonradan əlavə edilməsini göstərilən əmanətlər müəyyən edilmədi. Tədqiqata təqdim olunmuş Cavabdeh ASC-nin NZDPM-0736 nömrəli əmanət kitabçasının səhifəsi üzrə əlyazmaları və imza, 2-ci və 3-cü səhifələri üzrə 1-9-cu, 11-13-cü və 15-ci sətirlərdəki əlyazmaları və imzalar, 14-cü sətirdəki «20» rəqəminin başqa digər əlyazmaları və imza, 4-cü və5-ci səhifələri üzrə 1 ci,4-15-ci sətirlərdəki və imzalar, 6-cı və 7-ci səhifələri üzrə bütün əlyazmaları və imzalar rəngləyici maddələrinin kimyəvi tərkiblərinə görə öz aralarında eyni diyircəkli qələmlə icra olunmuşdurlar. Həmin əmanət kitabçasının 2-ci və 3-cü səhifələri üzrə 10-cu sətirdəki əlyazıları və imza rəngləyici maddələrinin kimyəvi tərkiblərinə görə eyni diyircəkli qələmlə icra olunmuşdurlar. Həmin əmanət kitabçasının 4-cü və 5-ci səhifələri üzrə 2-4-cü sətirdəki əlyazıları və imzalar rəngləyici maddələrinin kimyəvi tərkibəlrinə görə eyni diyircəkli qələmlə icra olunmuşdurlar. Tədqiq olunan Cavabdeh ASC-nin NZDPM-0340 nömrəli nömrəli əmanət kitabçasının 1-ci səhifəsi üzrə «NZDPM-0340» əlyazıları və imza, 2-ci və 3-cü səhifələri üzrə 5-7-ci, 13-15-ci sətirlərdəki əlyazmaları və imzalar, 4-cü və 5-ci səhifələri üzrə «Hesab №» sözünün qarşısındakı rəqəmlər, 1 -ci,2-ci, 6-8-ci sətirlərdəki əlyazıları və imzalar rəngləyici maddələrinin kimyəvi tərkibinə görə öz aralarında eyni dəyrcəkli qələmlə icra olunmuşdurlar. Həmin əmanət kitabçasının 4-cü və 5-ci səhifələri üzrə 9-15-ci sətirlərdəki əlyazmalar və imzalar rəngləyici maddələrinin kimyəvi tərkiblərinə görə eynidiyircəkli qələmlə icra olunmuşdurlar. Həmin əmanət kitabçasının 1-ci səhifəsi üzrə «Nizami **********94427177 İddiaçı» əlyazıları, 2-ci və 3-cü səhifələri üzrə «Hesab№» sözünün qarşısındakı rəqəmlər, 1-4-cü sətirlərdəki əlyazmaları və imzalar rəngləyici maddələrinin kimyəvi tərkiblərinə görə öz aralarında olan eyni diyircəkli qələmlə icra olunmuşdurlar. Həmin əmanət kitabçasının 2-ci və 3-cü səhifələri üzrə 8-12-ci sətirlərdəki əlyazıları və imzalar, 4-cü və 5-ci səhifələri üzrə 2-4cü sətirlərdəki əlyazıları və imzalar, 6-cı və 7-ci səhifələri üzrə bütün sətirlərdəki əlyazıları və imzalar rəngləyici maddələrinin kimyəvi tərkiblərinə görə öz aralarında eyni diyircəkli qələmlə icra olunmuşdurlar. Həmin əmək kitabçasının 8-ci və 9-cu səhifələri üzrə əlyazıları və imzalar rəngləyici maddələrin kimyəvi tərkiblərinə görə eyni diyircəkli qələmlə icra olunmuşdurlar. Tədqiqata təqdim olunmuş NZDPM-0736 nömrəli kitabçasının bütün vərəqləri fiziki xasiyyətlərinə və kimyəvi tərkiblərinə görə eynidirlər. Tədqiqata təqdim olunmuş NZDPM- 0340 nömrəli əmanət kitabçasının bütün vərəqləri fiziki xüsusiyyətlərinə və kimyəvi tərkiblərinə görə eynidirlər. Bundan əlavə Azərbaycan Respublikası Mərkəzi Bankının xx.xx.2020-ci il tarixli 26-17166-2020 saylı məktubundan və Azərbaycan Respublikası Maliyyə Bazarlarına Nəzarət Palatasının xx.xx.2019-cu il tarixli, ********** saylı məktubundan görünür ki, xx.xx.2016-cı il tarixli müqavilə üzrə 6000 manat əmanət iddiaçıya geri qaytarılmışdır. xx.xx.2019-cu il tarixdə 2500 manat, xx.xx.2019-cu il tarixdə 3500 manat vəsait əmanətə yerləşdirilmişdir. Qeyd olunan əməliyyatlar üzrə tərtib edilmiş əmanət müqavilələri və kassa məxaric/mədaxil orderlərinin təsdiq edilmiş nüsxələri əməliyyatlar zamanı iddiaçıya təqdi edilmişdir. Əmanət müqavilələrinin şərtlərinə uyğun olaraq 2017-ci və 2018-ci illər üçün hesablanmış faizlər, müştərinin imzası ilə təsdiq edilmiş kassa məxaric orderlərinə əsasən ödənilmişdir. Məhkəmə qətnaməsi ilə təsdiq olunmuşdur ki, mübahisələndirilən əmanət müqaviləsi bağlanarkən qanunvericiliyin tələbləri pozulmamışdır, müqavilənin etibarsız hesab edilməsi üçün qanunla müəyyən edilmiş əsaslardan heç biri mövcud deyildir. Yuxarıda göstərilənlərə əsasən Nizami rayon Məhkəməsinin 2(006)-323/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnamə ilə İddiaçı Cavabdeh ASC-yə qarşı «müqavilənin etibarsız hesab edilməsi» tələbinə dair iddiası rədd edilmiş, aparılmış ekspertiza tədqiqatlarının dəyəri olan 112 manat və 127 manat olmaqla, cəmi 239 manat İddiaçı tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası mərkəzinin təqdim etdiyi hesaba ödənilməsi, ödənilmiş 10 manat dövlət rüsumunun iddiaçıya aid edilməsi qət edilmişdir. Bu qətnamədən iddiaçı apellyasiya şikayəti vermiş və Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-6750/2022 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsi ilə şikayət təmin edilməmişdir. Eyni zamanda bildirirlər ki, iddiaçı iddia ərizəsini qanunla müəyyən edilmiş vaxtı ötürməklə vermiş və iddia müddətini ötürmüşdür”.

7. Sonradan iddiaçı iddia tələbinin həcminin azaldılmasına dair ərizə verərək göstərmişdir ki, cavabdeh etiraz ərizəsində onun əvvəlki (müqavilənin etibarsız hesab edilməsinə dair) iddiası ilə hazırkı iddiasını (borc tələbi) müqayisə edərək iddianın eyni məzmunda olmasını bildirir. Sadəcə formal olaraq iddia tələbinin predmetini borc tələbinə dəyişmişdir. Lakin Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli qətnaməsindən görünür ki, cavabdeh bank əmanəti müqaviləsi ilə üzərinə götürdüyü öhdəliyi pozubsa, yəni əmanəti düzgün qaytarmayıbsa və ya əmanətə görə faizləri düzgün ödəməyibsə, həmin pullar banka qarşı müvafiq pul tələbinin irəli sürülməsi üçün əsas ola bilər. Bunu nəzərə alaraq da həmin iddia ilə məhkəməyə müraciət etmişlər. Cavabdeh ASC tərəfindən mənimsənilmiş və faizləri hesablandığından ona ödənilməyən pulların miqdarı aşağıdakı kimidir. 0340 №-li Əmanət Kitabçası üzrə aşağıdakı qanun pozuntularına yol verilmişdir: xx.xx.2015-ci ildə bankdakı hesablanan 100 manat pulu mənimsənilmişdir. Eyni tarixdə həmin hesabda olan 1111 manata görə 12% gəlir ödəmək əvəzinə, 9%-lə ödənməsi nəzərdə tutulmuş, nə 12%-lə, nə də 9%-lə heç nə ödənməmiş və kitabçada qeyd aparılmamışdır. Yəni ona 133,2 manat ödənməmişdir. xx.xx.2015-ci ildə 1,63 manat faiz hesablanmışdır. Ancaq bu nəyin faizidir anlaşılmır. Bank əmkdaşları kitabçanın vərəqlərini dəyişdirdiklərinə görə, sətirləri doldurmaq xatirinə ağıllarına gələn rəqəm və faizləri kitabçaya yazmışlar. xx.xx.2015-ci ildə hesabdan 11 manat bank tərəfindən mənimsənilmişdir. xx.xx.2015-ci ildə 6000 manata gorə 12% ödənməli idi. Yəni 720 manat faiz gəliri gəlməli idi. Ancaq ödənməyib və qeydiyyat aparılmayıb. xx.xx.2016-cı ildə hesabından 200 manat pul bank tərəfindən mənimsənilmişdir. xx.xx.2016-cı ildə iddiaçıya guya 661,17 manat pul verdiklərini qeyd etmişlər, amma bu məbləği almamışdır. Əslində ona yuxarıda qeyd etdiyi 720 manat verilməli idi. Çox maraqlıdır ki, 661,17 rəqəmini haradan götürmüşlər və bu nəyin neçə faizidir? Anlaşılmır. xx.xx.2016-cı ildə hesabında olan 6000 manatdan 5000 manatını çıxarmışdır. 1000 manat qalmalı idi. Həmin 1000 manat da bank tərəfindən mənimsənilmişdir. xx.xx.2017-ci ildə 1100 manata görə 13%-lə 143 manat ödəmək əvəzinə, 9%-lə 99 manat ödəmişlər. Yəni burada da 44 manat pulu mənimsəmişlər. xx.xx.2017-ci ildə 1000 manata görə 13%-lə 130 manat ödəmək əvəzinə, 9%- lə 90 manat ödəmişlər. Yəni burada da 40 manat pulu mənimsəmişlər. xx.xx.2017-ci ildə 1650 manata görə 13%-lə 214,5 manat ödəmək əvəzinə, 9%-lə 148,5 manat ödəmişlər. Yəni burada da 66 manat pulu mənimsəmişlər. xx.xx.2017-ci ildə 1650 manata görə 8%-lə pul ödənilməli idi. Ancaq kitabçada bu barədə heç bir qeydiyyat aparlımayıb. Beləliklə 132 manat pulu mənimsəmişlər. xx.xx.2018-ci ildə 1000 manata görə 8%-lə 80 manat pul ödənilməli idi. Ancaq kitabçada bu barədə heç bir qeydiyyat aparılmayıb. Beləliklə 80 manat pul mənimsəmişlər. xx.xx.2018-ci ildə 1650 manata görə 8%-lə pul ödənilməli idi. Ancaq kitabçada bu barədə heç bir qeydiyyat aparılmayıb. Beləliklə 132 manat pulu mənimsəmişlər. xx.xx.2019-cu ildə 1000 manata görə 10% yəni, 100 manat pul ödənməli olan halda, 9%-lə hesablayaraq 90 manat ödəmişlər, yəni 10 manat pul mənimsəmişlər. xx.xx.2019-cu ildə 1.650 manata gorə 10%lə 165 manat pul ödənilməli idi. 9%- lə hesablayaraq 148,5 manat ödəmişlər, yəni 16,5 manat pulu mənimsəmişlər. xx.xx.2019-cu ildə 1.650 manata görə 8,5 %-lə 140,25 manat pul ödənməli idi, 10%-lə hesablayaraq 165 manat ödəmişlər, yəni 24,75 manat artıq ödəmişlər? xx.xx.2021-ci ildə 1.820 manata 10 faiz əlavə edilərək, əmanət kitabçasında 2002 manat yazılmalı idi. Lakin, 10%-i ödəməyərək (182 manat) kitabçada, səhvən 1,820 manat yazmışlar. Yəni, onun 182 manat pulu mənimsəmişlər. xx.xx.2022-ci ildə yuxarıdakı 17-ci bənddəki səhv təkrar edilmiş və onun yenə də 182 manat məbləğində pulu mənimsəmişlər. xx.xx.2022-ci ildə 2000 manata gorə 10%-lə 200 manat pul hesablamalı olduqları halda, bu qeydi aparmamış və onun 200 manat pulu mənimsəmişlər. xx.xx.2023-cü ildə 5.152 manata görə 10%-dən 515,2 manat ödəmək əvəzinə 509,4 manat pul ödədikləri üçün 6,16 manat pulu mənimsəmişlər. xx.xx.2023-cü ildə 5.152 manata görə 10%-dən 515,2 manat ödəmək əvəzinə 509,4 manat pul ödədikləri üçün 6,16 manat pulu mənimsəmişlər. Cəmi: 3254.86 manat. xx.xx.2016-cı ildə 1000 manatı qalıb. Bu 1000 manata görə 2017-də 13%-lə 130 man. verilməli idi, 9%-lə 90 man verilib, 40 man. mənimsənilib. 2018-də düzgün verilib (80 man). 2019-da həmin 1000 manat yoxa çıxıb və ona görə 10%-lə verilməli olan 100 manat, yəni cəmi 1100 man. mənimsənilib. 2020-də 1100 man. görə 8,5%-lə verilməli olan 93,5 man.verilməyib, mənımsənilib. 2021-də 1193,5 man. görə 10% -lə verilməli olan 119,35 man. verilməyib, mənimsənilib. 2022-də 1312,85 man. görə 10%-lə verilməli olan 131,28 man. verilməyib, mənimsənilib. 2023-də 1444,13 man görə 10%- lə verilməli olan 144,41 man. verilməyib, mənimsənilib. Cəmi: 1628.54 manat xx.xx.2015-də sərbəst qalmış 1111 manata görə 2023-cü ilə qədər faizlər hesablanmamış və kitabçada heç bir qeydiyyat aparılmamışdır. Belə ki, 2016-da 1111 man. görə 12-lə verilməli olan 133,32 man. verilməyib, mənimsənilib; 2017-də 1244,32 man. görə 13%-lə verilməli olan 161,76 man. verilməyib, mənimsənilib; 2018-də 1406,08 man. görə 8%-lə verilməli olan 112,48 man. verilməyib, mənimsənilib; 2019-da 1518,56 man. görə 10%-lə verilməli olan151,85 man. verilməyib, mənimsənilib, 2020-də 1670,41 man. görə 8,5%-lə verilməli olan 141,98 man. verilməyib mənimsənilib, 2021-də 1812,39 man. görə 10%-lə verilməli olan 181,23 man. verilməyib mənimsənilib; 2023-də 2192,98 man. görə 10%-lə verilməli olan 199,36 man. verilməyib, mənimsənilib; 2023-də 2192,98 man görə 10%-lə verilməli olan 219,29 man. verilməyib, mənimsənilib; xx.xx.2015-ci ildə sərbəst qalmış 720 manata görə 2023-cü ilə qədər faizlər hesablanmamış və kitabçada heç bir qeydiyyat aparılmamışdır. Belə ki, 2016-da 720 man. görə 12% -lə verilməli olan 86,4 man. verilməyib, mənimsənilib; 2017-də 806,4 man. görə 13%-lə verilməli olan 104,83 man. verilməyib, mənimsənilib; 2018-də 911,23 man. görə 8%-lə verilməli olan 72,89 man.verilməyib, mənimsənilib; 2019-da 984,12 man. görə 10%-lə verilməli olan 98,41 man. verilməyib, mənimsənilib; 2020-də 1082,53 man. görə 8,5%-lə verilməli olan 92,01 man. verilməyib, mənimsənilib; 2021-də1174,54 man görə 10%-lə verilməli olan 117,45 man verilməyib, mənimsənilib; 2022-də 1291,99 man. görə 10%-lə verilməli olan 129,19 man. verilməyib, mənimsənilib; 2023-də 1421,18 man görə 10%-lə verilməli olan 142,11 man. verilməyib, mənimsənilib,cəmi: 843,29 manat. 0736 №-li Əmanət Kitabçası üzrə aşağıdakı qanun pozuntularına yol verilmişdir: xx.xx.2021-ci ildə əmanət kitabçasına qoyulan 5300 manat deposit, xx.xx.2021-ci ildə 10% gəlir gətirməklə əmanət kitabçasına qeyd edilməli idi. Yəni əlavə 530 manat pul artmalı idi. Lakin, 530 manat (10%) iddiaçıya verilməmiş və əmanət kitabçasında bu barədə qeyd aparılmamışdır. xx.xx.2021-ci ildə 10%-lə qoyulmuş 1000 manata xx.xx.2022-ci ildə 100 manat gəlir qeyd edilməli idi. Lakin, 100 manat (10%) iddiaçıya verilməmiş və əmanət kitabçasında bu barədə qeyd aparılmamışdır. xx.xx.2021ci ildə 2000 manat olan ana məbləğə, xx.xx.2022-ci ildə 200 manat (10%) gəlir hesablanmalı olduğu halda, həmin məbləğ iddiaçıya verilməmiş, əmanət kitabçasında bu barədə qeyd aparılmamışdır. xx.xx.2023-cü ildə iddiaçı tərəfindən mədaxil edilmiş 1000 manat pul qalıqda olan 12150 manata əlavə edilməli olduğu halda, həmin 1000 manat əlavə edilməmişdir. Beləliklə, ümumilikdə 0736 №-li əmanət kitabçası üzrə ona cəmi 1830 manat məbləğində zərər dəymişdir. Yekun:3254,86+1628,54+1301,27+843,29+1.830=8857,96 manat. Göstərilənlərə əsasən Banka qoyduğu pulların müqabilində faiz formasında ödənilməli olan, lakin bank tərəfindən mənimsənildiyi üçün, indiyədək ödənilməmiş, cəmi 7027,96 manat pul vəsaitinin və ödədiyi 208 manat dövlət rüsumunun, ümumilikdə 9065,96 manat pul vəsaitinin cavabdehdən xeyrinə yiyilması barədə qətnamə çıxarılması xahiş edilmişdir.

8. Sonradan iddiaçı iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə təqdim edərək göstərmişdir ki, iddia tələbinin həcminin azaldılması barədə ərizəsinin “xahiş etdi” hissəsində 8857,96 manat mexaniki səhv olaraq 7027,96 manat göstərilmişdir.

9. Məhkəmənin təyinatı əsasında tədqiqat aparan Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 9/4171 saylı 23 avqust 2023-cü il tarixli rəyində göstərilmişdir ki, “...İş materiallarında olan kassa mədaxil qəbzləri, kassa məxaric qəbzləri, hesabdan çıxarış məlumatları və tərəflər arasında bağlanmış NZDPM-0736 və NZDPM-0340 nömrəli əmanət müqavilələrinin şərtləri nəzərə alınmaqla İddiaçı tərəfindən banka qoyulmuş məbləğlər üzrə faizlər əmanət üzrə ayrı-ayrılıqda hesablanaraq kassa məxaric orderləri ilə təqdim edilmişdir. Yəni hazırki ekspertiza tədqiqatı ilə İddiaçı ilə Cavabdeh ASC arasında bağlanmış NZDPM 0736 və NZDPM-0340 nömrəli əmanət müqavilələri üzrə rəy verildiyi tarixə və xx.xx.2023-cü il tarixinə Cavabdeh ASC tərəfindən iddiaçı qoyulmuş əmanətlər üzrə ödənilməyən hər hansı əsas və faiz məbləği müəyyən edilmədi. Əlavə olaraq qeyd edilir ki, iş materiallarında olan 2 ədəd əmanət kitabçalarında olan məlumatlar ilə əlavə təqdim edilmiş kassa mədaxil, məxaric orderləri və hesabdan çıxarış məlumatları arasında uyğunsuzluqların olduğu müəyyən edilir. Belə ki, qeyd edilən əmanət kitabçalarında İddiaçı tərəfindən hər iki əmanət müqaviləsi üzrə edilən mədaxilələr və məxariclər tam olaraq öz əksini tapmamışdır”.

10. Məhkəmənin təyinatı əsasında tədqiqat aparan Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 3-16-16/2-4/1680 saylı 26 dekabr 2023-cü il tarixli rəyində göstərilmişdir ki, “...Ekspertizaya təqdim edilmiş İddiaçı adına olan xx.xx.2012-ci il tarixli, **********944-27177 və **********944-27177 saylı, xx.xx.2013-cü il tarixli **********944- 27177 və **********944-27177 saylı, xx.xx.2014-cü il tarixli **********944-27177 və **********944-27177 saylı, xx.xx.2014-cü il tarixli **********944-27177, **********9944- 027177, **********944-27177 saylı xx.xx.2015-ci il tarixli, **********944-27177 və **********944-27177 saylı, xx.xx.2016-cı il tarixli, **********9944-027177, **********9944- 027177, **********944-27177 saylı, xx.xx.2016-cı il tarixli, **********9944-27177 saylı 6.000 və 1.650 manata dair 2 ədəd, ******************** saylı 531 və 130,7 manata dair 2 ədəd, xx.xx.2016-cı il tarixli, xx.xx.2018-ci il tarixli, **********9944-027177 saylı, xx.xx.2018-ci il tarixlı, **********0944-027177, **********5***-*******, i**********5944-027177, **********0944- 027177 saylı, xx.xx.2019-cu il tarixli, xx.xx.2019-cu il tarixli, xx.xx.2019-cu il tarixli ******************** və **********5944-027177 saylı, xx.xx.2020-ci il tarixli, **********944- 27177 və **********9944-027177 saylı, xx.xx.2020-ci il tarixli, **********9944-027177 və **********944-27177 saylı, xx.xx.2020-ciil tarixli,**********9944-027177 və **********944-27177 saylı, xx.xx.2020-ciil tarixli, **********0944-027177 və **********5944-027177 saylı, xx.xx.2020-ci il tarixli, xx.xx.2020-cı il tarixli **********5944- 027177 və **********0944-027177 saylı, xx.xx.2021-ci il tarixli, **********9944- 027177 və **********944-27177 saylı, 11.03.202l-ci il tarixli, **********9944- 027177 və **********944-27177 saylı, xx.xx.2021-ciil tarixlı, xx.xx.2021-ci il tarixlı, xx.xx.2021-ci il tarixli **********5944-027177 və **********0944-027177 saylı, xx.xx.2022-ci il tarixli, **********944-27177 və **********9944-027177 saylı, xx.xx.2022-ci il tarixli, **********9944-027177 və **********5944-027177 saylı, xx.xx.2023-cü il tarixli, **********5944-027177 və **********5944-027177 saylı, xx.xx.2023-cü il tarixli, **********9944-027177, **********9944-027177, **********5944-027177 saylı kassa məxaric orderlərində «Müştəri» qrafalarındakı imzalar, İddiaçı adına olan xx.xx.2011- ci il tarixli, xx.xx.2012-ci il tarixli, xx.xx.2013-cü il tarixli, xx.xx.2014-cü il tarixli, xx.xx.2015-ci il tarixli, xx.xx.2015-ci il tarixli, xx.xx.2016-cı il tarixli, xx.xx.2016-cı il tarixli, xx.xx.2018-ci il tarixli, xx.xx.2018-ci il tarixli, xx.xx.2019-cu il tarixli, xx.xx.2019-cu il tarixli, xx.xx.2019-cu il tarixli, xx.xx.2019-cu il tarixli, xx.xx.2020-ci il tarixli, xx.xx.2020-ci il tarixli, xx.xx.2020-ci il tarixli, xx.xx.2020-ci il tarixli, xx.xx.2020-ci il tarixli, xx.xx.2021-ci il tarixli, xx.xx.2021-ci il tarixli, xx.xx.2022-ci il tarixli kassa mədaxil orderlərinin aşağı hissələrində «Ödəyənin imzası» qrafalarındakı imzalar - İddiaçı tərəfindən icra olunmuşdur”.

11. Məhkəmə iclasında iştirak edən iddiaçı və onun nümayəndəsi (vəkili) iddia tələbini müdafiə edərək bildirmişlər ki, ekspert rəyi ilə razı deyillər, hesab edirlər ki, ekspert yanlışlığa yol vermişdir.

12. Cavabdehin məhkəmə iclasında iştirak edən nümayəndəsi iddiaya qarşı yazılı etirazın məzmununa uyğun izahat verərək bildirmişdir ki, bu iddia iddiaçının onlara qarşı qaldırdığı ikincı iddiadır. İddiaçı keçən məhkəmə iclasında bildirmişdir ki, o, onlardan heç bir vəsait almamış və heç bir qəbzə imza etməmişdir. Bununla bağlı tərəflərindən bütün mədaxil və məxaric qəbzləri məhkəməyə təqdim edildi və iddiaçı tərəfin vəsatəti əsasında məhkəmə tərəfindən onlarda olan imzaların iddiaçıya aid olub-olmaması ilə bağlı ekspertiza təyin olunmuşdur. Ekspert rəyinə əsasən isə müəyyən olundu ki, imzalar iddiaçıya məxsusdur. Hesab edirlər ki, iddia tələbi tam əsassızdır və təmin olunmamalıdır.

13. Birinci instansiya məhkəməsinin 08 fevral 2024-cü il tarixli qətnaməsi ilə iddia tələbinin təmin edilməməsi qət olunmuşdur.

14. Məhkəmə gəldiyi nəticəni belə əsaslandırmışdır ki, iddiaçı ilkin olaraq 2022ci ildə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə müraciət edərək əmanət müqavilələrinin etibarsız hesab edilməsi ilə bağlı iddia irəli sürmüş, həmin məhkəmənin xx.xx.2022-ci il tarixli müvafiq qətnaməsi ilə iddia tələbi təmin edilməmişdir. Həmin qətnamə ilə məhkəmə tərəfindən xəttşünaslıq ekspertizası təyin edilmiş və əmanət müqavilələrindəki imzaların iddiaçıya aid olması müəyyən edilmişdir. Bundan sonra iddiaçı bununla bir növ razılaşmayaq digər formada predmeti dəyişərək artıq alınmamış məbləğləri, faizləri (qəbzlər) üzrə qəbzlərdəki imzaları mübahisələndirmiş və alınmış qəbzlərdəki imzaların ona məxsus olmamasını bildirmişdir. Lakin məhkəmə tərəfindən müvafiq xəttünaslıq ekspetizası keçirilmiş və həqiqətən qəbzlərin ona məxsus olması (imzaların) müəyyən edilmişdir. Bundan əlavə məhkəmə qeyd edir ki, məhkəmə tərəfindən mühasibatlıq ekspertizası da keçirilmiş, ekspertiza ilə də (xx.xx.2023-cü il tarixli) cavabdeh təşkilatın iddiaçıya hər iki əmanət müqavilələri üzrə heç bir ödənilməyən əsas və faiz məbləğinin olmaması müəyyən edilmişdir.

15. Gəldiyi qənaətin hüquqi əsaslandırılması zamanı məhkəmə, Azərbaycan Respublikası konstitusiyasının 60-cı və 127-ci, Mülki Məcəllənin 14.1-ci, 21-ci, 385.1-ci, 944.1-ci, 1096-cı, 1097-ci, 1115-ci, Mülki Prosessual Məcəllənin 14.2-ci və 77.1-ci maddələrinə istinad etmişdir.

16. Qətnamədən iddiaçı apellyasiya şikayəti verərək onun ləğv edilməsini və iddia tələbinin təmin olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmiş, şikayətini iddia ərizəsinin məzmununa uyğun əsaslandırmaqla, məhkəmənin maddi və prosessual hüquq normalarının tələblərini pozduğunu, sübutlara düzgün qiymət vermədiyini, işin hallarına uyğun gəlməyən qərar çıxardığını irəli sürmüşdür.

Apellyasiya şikayətinə qarşı etiraz

17. Apellyasiya şikayətinə qarşı yazılı etiraz verilməmişdir.

Apellyasiya baxışı, verilən izahat

18. Məhkəmə iclasında iştirak edən iddiaçı apellyasiya şikayətini müdafiə edərək şikayətin təmin olunmasını xahiş etmiş, cavabdehin nümayəndəsi isə məhkəməyə gəlməmişdir.

Tətbiq edilən hüquq

Azərbaycan Respublikasının Mülki Məcəlləsi

19. Maddə 5.3. Mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar.

20. Maddə 21. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür.

21. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.

22. Maddə 944.1. Bank əmanəti (depozit) müqaviləsinə görə bir tərəf (bank) başqa tərəfdən (əmanətçidən) və ya başqa tərəf (əmanətçi) üçün daxil olmuş pul məbləğini (əmanəti) qəbul edərək müqavilədə nəzərdə tutulmuş şərtlərlə və qaydada əmanət məbləğini əmanətçiyə qaytarmağı və onun üçün faizlər ödəməyi öhdəsinə götürür.

23. Maddə 946.1. Bank əmanəti müqaviləsi yazılı formada bağlanır. Bank əmanəti müqaviləsinin yazılı formasına o halda riayət olunmuş sayılır ki, əmanətin qoyulması bank kitabçası ilə, bank və ya depozit sertifikatı ilə və ya bank tərəfindən əmanətçiyə verilmiş digər sənədlə, özü də qanunda bu cür sənədlər üçün nəzərdə tutulmuş tələblərə, qanuna uyğun müəyyənləşdirilmiş bank qaydalarına və bank praktikasında tətbiq olunan işgüzar dövriyyə adətlərinə uyğun gələn sənədlə təsdiq edilsin.

24. Maddə 953.1. Əgər tərəflərin razılaşması ilə ayrı qayda nəzərdə tutulmayıbsa, fiziki şəxslə bank əmanəti müqaviləsinin bağlanması və onun əmanət üzrə hesabına pul vəsaitinin qoyulması bank kitabçası ilə təsdiq olunur. Bank əmanəti müqaviləsində adlı bank kitabçasının və ya adsız bank kitabçasının verilməsi nəzərdə tutula bilər. Bank kitabçasında bankın adı və olduğu yer, əmanət filiala qoyulduqda isə həm də müvafiq filialın adı və olduğu yer, əmanət üzrə hesabın nömrəsi, habelə hesaba köçürülmüş pul vəsaitinin bütün məbləğləri, hesabdan silinmiş pul vəsaitinin bütün məbləğləri və bank kitabçasının banka təqdim olunduğu anadək hesabdakı pul vəsaitinin qalığı göstərilməli və bank tərəfindən təsdiq edilməlidir. Əgər ayrı hal sübuta yetirilməyibsə, bank kitabçasında göstərilmiş əmanət haqqında məlumatlar bankla əmanətçi arasında əmanət üzrə hesablaşmalar üçün əsasdır.

25. Maddə 953.2. Bank əmanətin verilməsini, əmanət üzrə faizlərin ödənilməsini və əmanət üzrə hesabdan pul vəsaitinin digər şəxslərə köçürülməsinə dair əmanətçinin sərəncamlarının icrasını bank kitabçası təqdim olunduqda həyata keçirir. Adlı bank kitabçası itirildikdə və ya təqdim olunmaq üçün yararsız vəziyyətə düşdükdə, əmanətçinin ərizəsi üzrə bank ona yeni bank kitabçası verir. İtirilmiş adsız sənədli bank kitabçası üzrə hüquqların bərpası adsız qiymətli kağızlar üçün nəzərdə tutulmuş qaydada həyata keçirilir.

Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

26. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

27. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

28. Maddə 80. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır.

29. Maddə 81. Qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz.

30. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

31. Maddə 97.1. İşə baxılarkən xüsusi bilik tələb olunan sualları izah etmək üçün məhkəmə işdə iştirak edən şəxsin yazılı qaydada verilən əsaslandırılmış vəsatəti və ya öz təşəbbüsü ilə ekspertiza təyin edə bilər. İşdə iştirak edən şəxsin vəsatəti rədd edildikdə məhkəmə bu barədə əsaslandırılmış qərardad qəbul etməlidir.

32. Maddə 101.7. Ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir.

33. Maddə 103.1. Ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir.

34. Maddə 106.1. İşdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir.

35. Maddə 385. Məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar aşağıdakılardır: 385.1.1. maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi; 385.1.2. məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması; 385.1.3. birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi; 385.1.4. birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi; 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

Apellyasiya baxışının həddi

36. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır (Mülki Prosessual Məcəllənin 372.6-cı və 372.7-ci maddələri).

37. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.

İşə apellyasiya qaydasında baxan məhkəmə kollegiyasının mövqeyi

38. Kollegiya birinci instansiya məhkəməsinin gəldiyi nəticə, habelə müvafiq əsaslandırma ilə razılaşır və dəlilləri iddia ərizəsində irəli sürülən dəlillərlə eyni olan apellyasiya şikayəti üzrə əlavə əsaslandırma aparılmasına zərurət görmür.

39. Birinci instansiya məhkəməsi mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir, qətnamənin ləğvi üçün əsas yoxdur.

40. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası

QƏT ETDİ:

Apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-72/2024 saylı iş üzrə 08 fevral 2024-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun məbləği apellyatora aid olunsun. Qətnamədən İddiaçı tərəfindən, qətnamə ona rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Sədrlik edən hakim Elnur Həsənov Hakimlər Xumar Mərdanova Məmməd Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar