Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-2876/2020 28.02.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Kazımov Elşən Cələddin oğlunun sədrliyi və məruzəsi ilə, X6 və X1 ibarət tərkibdə, Məhkəmə iclas katibi Nağıyeva Aynur Valeh qızının katibliyi ilə, İddiaçı X4 nümayəndəsi X2 iştirakı ilə, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx xxxxxxxx 2019-cü il tarixli, 2(008)-5060/2019 nömrəli qətnaməsindən cavabdeh X7 tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı ASC-nin cavabdehlər X7 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tərəfindən İddiaçı X4 mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 60,62 kv.m., yaşayış sahəsi 42.62 kv.m, yardımçı sahəsi, 18,0 kv.m olan 3 otaqlı mənzilinin boşaldılması və qeyd olunan əmlakın İddiaçı ASC-yə təhvil verilməsi və Cavabdeh2 həmin mənzilə olan istifadə hüququna xitam verilməsi barədə müvafiq qətnamə qəbul edilməsi xahiş edilmişdir. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx xxxxxxxx 2019-cü il tarixli, 2(008)-5060/2019 nömrəli qətnaməsi ilə iddianın təmin edilməsi, Cavabdeh1 və Cavabdeh2 tərəfindən İddiaçı X4 mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 60,62 kv.m., yaşayış sahəsi 42.62 kv.m, yardımçı sahəsi, 18,0 kv.m olan 3 otaqlı mənzilin boşaldılması, qeyd olunan əmlakın İddiaçı ASC-yə təhvil verilməsi və Cavabdeh2 həmin mənzilə olan istifadə hüququna xitam verilməsi qət edilmişdir. Qətnamədən cavabdeh X7 apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini iddia tələbinin təmin edilməməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, məhkəmənin həmin qətnaməsi maddi və prosessual hüquq normalarının pozulması ilə çıxarıldığından qanunsuz və əsassızdır. Ona görə də həmin məhkəmə qətnaməsi apellyasiya qaydasında ləğv edilməli və iddia rədd edilməlidir. Hansı əsasa görə istifadə hüququna xitam verilir bu barədə onlarıməlumatı yoxdur. Onların istifadə hüququ nə üçün xitam verilməlidir və bu əsasları onlar bilmir və onlar nə üçün evdən məhrum edilmədirlər. Məhkəmə iclasında iddiaçının nümayəndəsi X5 bildirdi ki, mənzili Bank hərracda alıb və mülkiyyətçidir. Başqasına satmaq istədikdə qeydiyyat məsələsi problem yaradır. Ona görə də şikayətin rədd edilməsini xahiş edir. İşə baxılması vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehlər səbəbni göstərmədən məhkəməyə gəlməmişlər. Məhkəmə, işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Apellyasiya instansiya məhkəməsi hesab edir ki, apellyasiya şikayəti təmin edilməməlidir. Belə ki, təqdim edilmiş sübutlardan görünür ki, Ağstafa Rayon Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli, 2(015)- 160/2018 saylı qətnaməsinə əsasən İddiaçı ASC ilə cavabdeh X8 arasında bağlanmış xx xxxxxx 2015-ci il tarixli AS № 011-05 saylı kredit müqaviləsi üzrə cəmi 52 033.26 manat tutularaq İddiaçı ASC-yə ödənilməsi, tutmanın ipoteka müqaviləsi ilə yüklü edilmiş Cavabdeh1 məxsus olan ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 60,62 kv.m. yaşayış sahəsi 42.62 kv.m yardımçı sahəsi, 18,0 kv.m olan 3 otaqlı mənzilinə yönəldilməsi, həmin daşınmaz əmlakın açıq hərrac yolu ilə satılması və əldə edilən vəsait hesabına xx xxxxxx 2015 -ci il tarixli, AS № 011-05 saylı kredit müqaviləsi üzrə yaranmış borcun ödənilməsinin təmin edilməsi, artıq qalan məbləğin daşınmaz əmlakın mülkiyyətçisi Cavabdeh1 qaytarılması, fərdi yaşayış evinin ilkin satış qiymətinin 75 000 manat müəyyən edilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir. İşdə olan Hərracın Yekunlarına dair 49/10 saylı, xx.xx.2019-cu il tarixli prtokol və həmin tarixli müqavilədən görünür ki, ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 60,62 kv.m. yaşayış sahəsi 42.62 kv.m yardımçı sahəsi, 18,0 kv.m olan 3 otaqlı mənzili İddiaçı X9 əldə etmiş və mülkiyyətindədir. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, apellyasiya şikayətində göstərilən dəlillər qətnamənin ləğvi və iddianın rədd edilməsi üçün əsas ola bilməz. Belə ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Konstitusiya Məhkəməsinin Plenumunun Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair xx xxx 2011-ci il tarixli qərarına əsasən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Cavabdeh Səadət Əsədovanın apellyasiya şikayətinin məzmunundan görünür ki, şikayətdə qətnamənin ləğv edilməsi xahiş edilsə də şikayətin obyektini birinci instansiya məhkəməsinin qətnaməsinin bir hissəsi, yəni iddianın təmin edilən hissəsi (obyekt apellyasiya tələbləri ilə məhdudlaşır) predmetini isə birinci instansiya məhkəməsinin verilmiş tələblərə baxılması və onların həlli zamanı iddia olunan pozuntuların dairəsi təşkil edir. Şikayətin predmeti də birinci instansiya məhkəməsinin qətnaməsinin bu hissədə ləğv edilməsi üçün əsas ola biləcək dəlillərlə məhdudlaşır. Demək mülki prosessual qanunvericiliyin tələbinə və Konstitusiya Məhkəməsi Plenumunun qeyd olunan qərarına əsasən apellyasiya şikayəti üzrə qətnamə yalnız mübahisələndirilən hissədə, yəni cavabdeh Səadət Əsədovanın şikayəti üzrə iddianın təmin olunan hissəsində və ona münasibətdə yoxlanılmalı, iddianın Cavabdeh2 aid hissəsinə və digər şəxs(lər)ə münasibətdə qətnaməyə toxunulmamalıdır. İddia tələbinin faktiki əsası (faktiki hallar) tələbin qanuni əsasının şərtlərinə uyğun olduğundan, yəni dizpozisiya əlamətləri ilə uzlaşdığından birinci instansiya məhkəməsinin gəldiyi nəticə düzgün olmuşdur. Əvvəla, cavabdeh Səadət Əsədova qətnamənin maddi və prosessual hüquq normalarının pozulması ilə çıxarıldığından qanunsuz və əsassız olduğunu göstərsə də bu qanunsuzluğun nədən ibarət olduğunu və əsassızlığın nədə ifadə olunduğunu konkret göstərməmişdir. Belə ki, apellyasiya şikayətində göstərdiyi bu halları sübut etmək yükü artıq onun üzərinə düşürdü, lakin o, bu hallara dair şikayətinə heç bir mötəbər dəlil əlavə etməmişdir. Göründüyü kimi, cavabdeh qətnamənin əsassızlığını və qanunsuzluğunu yalnız şəxsi mülahizəsindən irəli gələn fikir olaraq söyləyir. İkincisi, cavabdeh Səadət Əsədova mübahisə predmeti olan mənzili boşaldıb iddiaçıya ona görə təhfil verməlidir ki, iddiaçı ipoteka predmeti olmuş həmin mənzili hərracın nəticələri olaraq əldə etmiş və hazırda da mülkiyyətindədir. Cavabdeh bu halı mübahisələndirməmişdir. Konstitusiyanın 13-cü maddəsinin İ hissəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Konstitusiyanın 29-cu maddəsinin İV hissəsinə əsasən heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Mülki Məcəllənin 152.1.-ci maddəsinə əsasən, mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Mənzil Məcəlləsinin 5.1-ci maddəsinə əsasən hər kəsin mənzil toxunulmazılığı hüququ vardır. Qanunvericiliyin məhz şərh olunan normalarının tələbinə əsasən cavabdeh artıq başqasının mülkiyyətində olan mənzili boşaldıb ona təhvil verməlidir. Əks halda mülkiyyətin toxunulmazlığına qanuni əsas olmadan xələl gələ bilər. Mülki Prosessual Məcəlləsinin 385.2-cı maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, cavabdeh Səadət Əsədovanın apellyasiya şikayətində göstərdiyi dəlillər qətnamənin ləğvi üçün əsas ola bilməz. Çünki, birinci instansiya məhkəməsinin qətnaməsi faktlar nöqteyi nəzərindən qanuni və əsaslıdır, düzgün olan qətnamə isə yalnız formal mülahizələrə əsaslanmaqla mübahisələndirilən hissədə ləğv edilə bilməz. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 382, 384.0.1, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, apellyasiya instansiyası məhkəməsi q ə t e t d i: Cavabdeh X3 apellyasiya şikayəti təmin edilməsin. Hazırki iş üzrə, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx xxxxxxxx 2019-cü il tarixli, 2(008)- 5060/2019 nömrəliqətnaməsi X3 apellyasiya şikayəti üzrə mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: imza Elşən Kazımov Hakimlər: imza Tofiq Səmədov imza İkram Şirinov Düzdür: Hakim: Elşən Kazımov
Məhkəmə qərarları › İş №2(103)-2876/2020
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-2876/2020
28.02.2020 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver