Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-2878/2022 28.03.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X1 Məmmədovanın sədrliyi və məruzəsi ilə, Rafael Əmir oğlu Eyvazov və X2 ibarət tərkibdə, İddiaçı Cavabdeh qarşı “beh müqaviləsinin bağlanmış hesab edilməsi və dəymiş maddi və mənəvi zərərin ödənilməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 14 fevral 2022-ci il tarixli 2(004)-1620/2022 nömrəli qərardadından İddiaçı nümayəndəsi və vəkili Vəkil tərəfindən verilən şikayətə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında, yazılı icraat qaydasında baxaraq, müəyyən etdi: İddiaçı Cavabdeh qarşı “beh müqaviləsinin bağlanmış hesab edilməsi və dəymiş maddi və mənəvi zərərin ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Yasamal rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh tərəfindən müqavilə üzrə öhdəliyinin yerinə yetirilməməsi hərəkətlərinin qanunsuz hesab edilməsi, beh müqaviləsinin bağlanmış hesab edilməsi, cavabdeh tərəfindən yerinə yetirilməmiş işlər üçün iddiaçı tərəfindən ödənilmiş 5300 manat beh məbləğinin 2 misli miqdarında, yəni 10600 manat pulun və 5300 manat mənəvi zərərin cavabdehdən tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 14 fevral 2022-ci il tarixli 2(004)- 1620/2022 nömrəli qərardadı İddiaçı Cavabdeh qarşı “beh müqaviləsinin bağlanmış hesab edilməsi və dəymiş maddi və mənəvi zərərin ödənilməsi” tələbinə dair iddia ərizəsinə ərazi aidiyyəti üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsində baxılmalı olmadığından iddia ərizəsi və ona əlavə edilmiş sənədlər, icraata qəbul edilmədən geri qaytarılması qərara alınmışdır. Həmin qərardaddan narazı qalan İddiaçı nümayəndəsi və vəkili Vəkil şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 14 fevral 2022-ci il tarixli 2(004)-1620/2022 nömrəli qərardadının ləğv edilməsini və iddia ərizəsinin icraata qəbul edilməsi barədə yeni qərardad qəbul edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır kı, işin həqiqi hallarından göründüyü kimi, tərəflər arasında tapşırıq müqaviləsi bağlansa da, həmin müqavilə qarışıq müqavilə olmaqla, yəni iddiaçının mülkiyyətində olan mənzilə cavabdeh tərəfindən yeni mebel düzəldib quraşdırması və bunun əvəzində iddiaçı tərəfindən pul vəsaitinin ödənilməsi barədə razılaşma əldə olunmuşdur.Açıq-aşkardır ki, iddiaçı-istehlakçı qismində, yəni şəxsi tələbatını ödəmək məqsədi ilə, mənzilin daxilində olan, xüsusi ölçülərə malik qapı və mebel dəsti sifariş etmiş və həmin işlərin görülməsi üçün cavabdehə beh ödəmişdir; cavabdeh isə həmin işləri görən şəxs kimi, yəni icraçı qismində iddiaçıdan behi qəbul etmiş və işin müəyyn hissəsini icra etmişdir. Xüsusi olaraq qeyd edir ki, məhkəmə, qərardadı özünün qulluq mövqeyinə görə irəli sürdüyü hüquqi dəlillərlə əsaslandırmış və qüvvədə olan maddi və posessual hüququn imperativ normasının bəzi tələblərini pozmuşdur. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 01 mart 2022-ci il tarixli 2(004)-1620/2022 saylı qərardadı ilə şikayət təmin edilməmiş və baxılması üçün mülki işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin maddələrinə görə: 397.2. Apellyasiya instansiyası məhkəməsi qərardaddan verilən şikayətə onun məhkəməyə daxil olduğu vaxtdan 20 gün müddətində yazılı icraat qaydasında baxır. Məhkəmə işdə iştirak edən şəxsin bu barədə verdiyi vəsatəti əsaslı hesab etdikdə və ya öz təşəbbüsü ilə şikayət üzrə işə məhkəmə iclasında baxa bilər. Bu barədə məhkəmə tərəfindən müvafiq qərardad qəbul edilməklə işdə iştirak edən şəxslərə məlumat verilir. 397.3. Şikayət verən şəxs apellyasiya instansiyası məhkəməsində qərardad qəbul edilənə kimi yazılı formada ondan imtina edə bilər. Şikayətdən imtina birinci instansiya məhkəməsinin qərardadının qüvvəyə minməsinə səbəb olur. Məhkəmə kollegiyası şikayəti və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qərardadı ləğv edilməli və Mülki Prosessual Məcəllənin tələblərinin yerinə yetirilməsi üçün iş materialları birinci instansiya məhkəməsinə göndərilməlidir. Belə ki, birinci instansiya məhkəməsi belə mövqeyə gəlmişdir ki, İddiaçı ilə Cavabdeh arasında olan hüquq münasibəti tapşırıq müqaviləsindən irəli gələn öhdəlik münasibəti olduğundan, iddiaçı hazırkı iddia ərizəsinin aidiyyat qaydalarının pozulması ilə verildiyinə görə, ərazi aidiyyatı üzrə Bakı şəhəri Yasamal rayon Məhkəməsinin icraatına qəbul edilə və baxıla bilinməyəcəyndən iddia ərizəsini geri qaytarılmalıdır. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi bu nəticə ilə razılaşmır və hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən prosessual qanunvericiliyin tələbləri pozulmuşdur. Belə ki, Kollegiya qeyd edir ki, birinci instansiya məhkəməsi qeyd olunan nəticəyə gəlməsi üçün yalnız iddia ərizəsində göstərilənlərə əsaslanmalı deyildir.Formalaşmış hüquqi mövqeyə görə məhkəmələr iddianın hüquqi əsasını tapmaqda iddiaçının deməsindən asılı deyildirlər. Həmçinin, tərəflər arasında olan hüquq münasibəti aydınlaşdırılarkən mübahisənin sahibkarlıq fəaliyyətindən yaranıb-yaranmamasına da qiymət verilməli idi. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398.0.2.-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə qərardadı tam və ya qismən ləğv edib, yaxud dəyişib işi birinci instansiya məhkəməsinə göndərmək hüququ vardır: Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 398.0.2, 400 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Şikayət qismən təmin edilsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 14 fevral 2022-ci il tarixli 2(004)-1620/2022 nömrəli qərardadı ləğv edilsin. Qərardadın əsaslandırıcı hissəsində göstərilən tələblərin yerinə yetirilməsi üçün iş materialları Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə göndərilsin. Qərardad qəbul edildiyi andan qanuni qüvvəyə minir. Sədrlik edən: Şərafət Məmmədova
Məhkəmə qərarları › İş №2(103)-2878/2022
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-2878/2022
28.03.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver