Məhkəmə qərarları › İş №2(103)-2879/2020

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-2879/2020

02.06.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-2879/2020 02.06.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Raqib Əliddin oğlu Qurbanovun sədrliyi və məruzəsi ilə, X3 və X2 ibarət tərkibdə, məhkəmə iclas katibi Nofəl Rəhman oğlu Abdullayevin katibliyi ilə, İddiaçı və Cavabdeh2 Ədil oğlunun iştirakı ilə, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-5363/2019 saylı mülki iş üzrə qəbul etdiyi xx xxxxxxx 2019-cu il tarixli qətnaməsindən cavabdehlər Cavabdeh1 və Cavabdeh2 Ədil oğlu tərəfindən ayrı-ayrılıqda verilmiş apellyasiya şikayətlərinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 Ədil oğluna qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlərdən 13000 manat əsas borc, 1950 manat cərimə faizi, 1300 manat mənəvi zərərin, 30 manat ödənilmiş dövlət rüsumu olmaqla, cəmi 16280 manat məbləğində pul vəsaitinin tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx xxxxxxx 2019-cu il tarixli 2(008)- 5363/2019 saylı qətnaməsi ilə iddia qismən təmin edilərək, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 13000 manat məbləğində pul vəsaiti və 30 manat ödənilmiş dövlət rüsumunun tutularaq İddiaçı verilməsi və iddia tələbinin qalan hissələrdə təmin edilməməsi qət edilmişdir. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 Ədil oğlu həmin qətnamədən ayrı-ayrılıqda apellyasiya şikayəti vermişlər. Apellyasiya şikayətlərində işin faktiki halları göstərilmiş və əlavə olaraq göstərilmişdir ki, birinci instansiya məhkəməsi maddi və prosessual hüquq normalarını pozmuş, işin hallarını tam və hərtərəfli araşdırmamış və işin hallarına uyğun olmayan nəticəyə gəlmişdir. Məhkəmə iclasında Cavabdeh2 Ədil oğlu apellyasiya şikayətini müdafiə etdi, İddiaçı isə apellyasiya şikayətlərinə etiraz etdi. Cavabdeh1 məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsini rəhbər tutaraq onun iştirakı olmadan şikayətə baxılmasını mümkün hesab edir. Məhkəmə kollegiyası hesab edir ki, Cavabdeh2 Ədil oğlunun apellyasiya şikayəti tam, Cavabdeh1 apellyasiya şikayəti isə qismən təmin edilməlidir. Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinin tələblərini, apellyasiya şikayətlərinin dəlillərini və iddiaçı tərəfindən apellyasiya şikayəti verilmədiyini nəzərə alaraq kollegiya qeyd edir ki, qətnamənin əsaslığı yalnız iddianın qismən təmin edilmiş hissəsində yoxlanılır. İddiaçının öz tələblərinin əsası kimi istinad etdiyi hallar ondan ibarətdir ki, o, xx.xx.2015-ci ildə Cavabdeh1 və Cavabdeh2 15000 manat borc pul vermişdir. Aldıqları məbləği cavabdehlər 2015-ci ilin sonuna kimi qaytarmağa söz vermişlər. Hətta girov kimi Cavabdeh2 məxsus “X10” minik markalı **-CO-*** dövlət qeydiyyat nişanlı minik avtomobilinə dair iddiaçının adına etibarnamə verilmişdir. Lakin, bu günə kimi cavabdehlər həmin məbləğdən cəmi 2000 manat pulu qaytarmış, qalan məbləği isə qaytarmamışlar. Cavabdeh1 iddiaya etiraz edir və bildirir ki, tanışı olan iddiaçıdan borc pul almaq üçün onun işlətdiyi lombarda yaxın dostu olan Cavabdeh2 ilə birlikdə getmiş və iddiaçıdan 15000 manat pul götürmüşdür. Bunun üçün dostu Cavabdeh2 avtomobilini girov qoymaq istəmişlər. Lakin, iddiaçı onun tanışı olduğu üçün avtomobili lombarda qoyulan girov kimi rəsmiləşdirməmişlər. Sadəcə Cavabdeh2 həmin avtomobilə dair iddiaçıya 1 il müddətinə baş etibarnamə vermişdir. Həmin pulu götürdükdən sonra yaxın dostları olan X5 vermişlər. Lakin həmin pulu fevral ayının axırına qədər qaytarmağa söz versələr də, müəyyən səbəblərə görə pulu vaxtında qaytara bilməmişlər. Razılaşmalarına əsasən pulu hissəhissə qaytarmışlar. Hər ay ona 1200, 1400, 1250 manata qədər pul vermişlər. Ümumilikdə iddiaçıya aldıqları borcdan 10000 manat qaytarmışlar. Həmin pulu iddiaçıya iki dəfə Elçinin oğlu Emin tərəfindən, bir neçə dəfə onun özü tərəfindən verilmişdir. Qalan pulu müəyyən səbəblərə görə verə bilmədiklərinə görə Elçin Qasımovun bağ evində olan qiyməti təxminən 8000 manat olan soyuducunu yük daşıma xidməti ilə iddiaçının NZS qəsəbəsində yerləşən mənzilinə göndərmişlər. Hazırda onların iddiaçıya heç bir borcu yoxdur. Cavabdeh2 iddiaya etiraz edir və bildirir ki, o, dostu Cavabdeh1 xahişi əsasında iddiaçının Əhmədli qəsəbəsində olan Bakı kinoteatrının yaxınlığında işlətdiyi lombardda getmişlər, Lətif iddiaçı ilə danışdıqdan sonra iddiaçıdan 15000 manat məbləğində borc almışdır. Həmin pulun lombarddan götürülməsi üçün ona məxsus avtomobilinə dair iddiaçıya 1 illik etibarnamə vermişdir. Həmin pul Elçin Qasımova verilmiş, sonra Elçin pul verə bilmədiyi üçün iddiaçıya təzə bahalı soyuducu verilmişdir. Məhkəmə kollegiyası hesab edir ki, iddia qismən əsaslıdır. Belə ki, iddia tələblərinin qanuni əsasını Mülki Məcəllənin 739.1-ci maddəsi təşkil edir. Həmin maddənin tələblərinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Hazırkı işdə də qeyd olunan maddənin dispozisiya şərtləri mövcuddur. Belə ki, Cavabdeh1 iddiaçıdan borc kimi 15000 manat pul vəsaiti aldığını etiraf edir. İddiaçı isə həmin pul vəsaitini cavabdehlərə birgə verdiyini bildirsə də, bunu təsdiq edən heç bir sübutu təqdim etməmiş və Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsi ilə üzərinə düşən sübut etmə vəzifəsini yerinə yetirə bilməmişdir. Eyni zamanda nə cavabdehlərin izahatları, nə də iş materiallarında olan sənədlərə əsasən həmin hal öz təsdiqini tapmır. Borc verilən vaxt Cavabdeh2 tərəfindən özünə məxsus avtomobilə dair iddiaçının adına etibarnamə verməsi isə nə Mülki Məcəllənin 739.1-ci maddəsi baxımından onun tərəfindən borcun alınması anlamına, nə də həmin Məcəllənin 500-ci maddəsi baxımından həmin cavabdehin birgə borclu olması anlamına gəlmir. Belə olan halda isə Cavabdeh2 aid hissədə iddia rədd edilməlidir. Eyni zamanda iddiaçı etiraf edir ki, həmin borcdan 2000 manat ona qaytarılıb və qalıq borc 13000 manat təşkil edir. Həmçinin iş materiallarında olan Bakı şəhəri Xətai RPİ-nin İŞ-nin müstəntiqi X6 tərəfindən qəbul edilmiş ********* saylı iş üzrə cinayət işi üzrə icraata xitam verilməsi haqqında xx.xx.2017-ci il tarixli qərarın surətindən görünür ki, həmin cinayət işi xx.xx.2016-cı il tarixdə CM-nin 178.3.2-ci maddəsi ilə Xətai rayon prokurorluğu tərəfindən başlanmış və xx.xx.2016-cı il tarixdə icraata qəbul edilərək ibtidai istintaq aparılmışdır. Cinayət işinin başlanılmasına səbəb və əsas ünvan 1 ünvanında yaşayan vətəndaş İddiaçı şikayət ərizəsi ilə müraciət edərək Cavabdeh1 və onun dostu Tahir Həsənovun xx.xx.2015-ci i1 tarixdə Xətai rayon Sarayev küçəsi, ev 13 ünvanında yerləşən Lombarda gələrək İddiaçı aldadıb 15.000 manat məbləğində pulunu etibarından sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirərək ona külli miqdarda ziyan vurması barədə Xətai RPİ-nin 34cü PB-nə təqdim etdiyi ərizə və həmin ərizə əsasında toplanmış material olmuşdur. Həmin iş üzrə dindirilmiş İddiaçı öz ifadəsində Cavabdeh1 ilə uzaq qohumum olduğunu və onunla normal münasibətinin olduğunu bildirmişdir. 2015-ci ilin fevral ayının 6-da Cavabdeh1 yanında sonradan adını Tayir olduğunu bildiyi şəxslə birlikdə rəfiqəsi Həqiqətin işlətdiyi Bakı şəhəri Xətai rayonu Sarayev 13 ünvanında yerləşən Lombardında olarkən yanına gəlmiş və ona iş qurduğunu və 15.000 manat pul lazım olduğunu bildirmişdir. Lətif həmin pulu fevral ayının axırlarına kimi qaytaracağına söz vermiş və pulun təminatı olaraq yanında gələn Tayır adlı şəxsin X10 markalı avtomaşına dair baş etibarnamə verdiyini qeyd etmişdir. Qohumluq əlaqəsi və Lətif müəllimin pulu qısa müddətə qaytaracağına söz verdiyinə və yuxarıda qeyd olunduğu kimi dostunun bahalı avtomaşınına dair adına etibarnamə verəcəyini bildirdiyinə görə Cavabdeh1 inanıb etibar etmiş və Niyazi adlı tanışından 15.000 manat pulu götürərək X1 iştirakı ilə Lətifə vermişdir. Lətif Rufaya baş etibarnamə əsasında verdiyi maşını isə ona inandığı üçün götürmədiyini qeyd etmişdir. Cavabdeh1 söz verdiyi vaxtda pulu gətirməmişdir. Rafael ona zəng edərək söz verdiyi vaxtın gəlib çatdığını, nə üçün pulu qaytarmadığını soruşduqda Lətif ona cavabında pulu hələ ki qaytara bilmədiyini işlərində problemlərin olduğunu lakin yaxın vaxtlarda pulu qaytaracağına söz verdiyini göstərmişdir. Cavabdeh1 söz verdiyi vaxtda ona pulu yenidən çatdırmamışdır. Rafael bu barədə Lətifə dedikdə o Rafaelə pulu Elçin adlı tanışına verdiyini və ondan ala bilmədiyini demişdir. Bundan sonra o, Cavabdeh1lə birlikdə Elçin adlı şəxslə görüşmüşdür. Elçin adlı şəxs ona köməklik etdiyi üçün təşəkkürünü bildirmiş və pulu yaxın vaxtlarda qaytaracağına söz vermişdir. Bundan sonra Lətif Rafaelə verdiyi puldan həyat yoldaşına 2 dəfəyə cəmi 2000 manat, ona isə Elçinin oğlu Bakı kinoteatırın yanında 1 dəfə 1000 manat pul vermişdir. Rafael Elçindən pulunu dəfələrlə istəsə də hər səfərində müxtəlif bəhanələr gətirərək Rafaeli aldatdığım və bu vaxta kimi pulu Rəfayıla qaytarmadığını bildirmişdir. Göründüyü kimi iddiaçı həmin ifadəsində borc məbləğindən ayrı-ayrılıqda 2000 və 1000 manat olmaqla, cəmi 3000 manatı geri aldığını etiraf etmişdir. Bundan başqa tərəflərin izahatları ilə mübahisəsiz qaydada müəyyən olunur ki, Cavabdeh1 qalan borca görə 2016-cı ilin yanvar ayında iddiaçıya 1 ədəd soyuducu vermişdir. İddiaçı həmin soyuducunun ona lazım olmadığını və borcun əvəzləşdirilməsi kimi qəbul etmədiyini bildirsə də, məhkəmə kollegiyası həmin dəlilləri əsassız hesab edir. Belə ki, iddiaçı soyuducunu qəbul edib və 4 ildən artıq müddətdə öz evində saxlayır. Odur ki, qeyd olunan soyuducunun dəyərini müəyyənləşdirmək üçün mütəxəssis rəyinin verilməsi məqsədilə hazırki apellyasiya baxışı zamanı "X7" MMC-yə sorğu göndərilmiş və MMC tərəfindən məhkəməyə göndərilmiş ƏEM/M 30-239/20 saylı xx xxx 2020-ci il tarixli mütəxəssis rəyinə əsasən İddiaçı yaşadığı ünvan 3 ünvanda yerləşən soyuducunun xx xxx 2020-ci il tarixə bazar dəyəri 900 manat, 2016-cı ilin yanvar ayında bazar dəyəri 2500 manat təşkil edir. Soyuducunun iddiaçıya 2016-cı ilin yanvar ayında verildiyini nəzərə alaraq, kollegiya hesab edir ki, soyuducunun məhz həmin tarixə olan bazar dəyəri əsas götürülməli və ümumi borcdan çıxılmalıdır. Beləliklə, müəyyən olunur ki, Cavabdeh1 tərəfindən 15000 manat məbləğində borca görə iddiaçıya ümumilikdə 5500 manat geri qaytarılmışdır (3000 + 2500 = 5500) və onun hazırda qalıq borcu 9500 manat təşkil edir (15000 – 5500 = 9500) . Eyni zamanda kollegiya qeyd edir ki, Cavabdeh1 borc məbləğini tam qaytardığını bildirsə də, bunu təsdiq edən sübutları təqdim etməmiş və Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsi ilə üzərinə düşən sübut etmə vəzifəsini yerinə yetirə bilməmişdir. Bu baxımdan kollegiya hesab edir ki, əsas borcun tutulması hissəsində iddia qismən təmin edilməli və Cavabdeh1 9500 manat tutularaq iddiaçıya ödənilməlidir. Beləliklə, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, Cavabdeh1 apellyasiya şikayəti qismən, Cavabdeh2 apellyasiya şikayəti isə tam təmin edilməli, yuxarıda göstərilən əsaslara görə birinci instansiya məhkəməsinin qətnaməsi Cavabdeh2 aid hissədə ləğv edilməli və ona aid hissədə iddia rədd edilməli, Cavabdeh1 aid hissədə isə dəyişdirilməlidir. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 384.0.2, 384.0.3, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə t e t d i: Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Cavabdeh2 Ədil oğlu tərəfindən verilmiş apellyasiya şikayəti tam təmin edilsin. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-5363/2019 saylı mülki iş üzrə qəbul etdiyi xx xxxxxxx 2019-cu il tarixli qətnaməsi Cavabdeh2 Ədil oğluna aid hissədə ləğv edilsin və ona aid hissədə iddia rədd edilsin. Qətnamə Cavabdeh1 aid hissədə dəyişdirilsin və həmin cavabdehdən 9500 (doqquz min beş yüz) manat məbləğində pul vəsaiti tutularaq İddiaçı ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Hakim: Raqib Qurbanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar