Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-2879/2025 18.06.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı iş üzrə (Açar sözlər: mənzilə istifadə hüququnun itirilmiş hesab edilməsi) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər X4 (sədrlik edən və məruzəçi), Səlimova Səadət Rəşid qızı və İsgəndərov Akif Əsgər oğlundan ibarət tərkibdə, Sadıqov Mehman Norəs oğlunun katibliyi, İddiaçı, onun nümayəndəsi və vəkili Vəkil, Cavabdeh, Üçüncü şəxs (eyni zamanda digər üçüncü şəxsin nümayəndəsi) X7 iştirakları ilə, İddiaçı Cavabdeh qarşı (mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxslər X8 və X17 cəlb edilməklə) “mənzilə istifadə hüququnun itirilmiş hesab edilməsi” tələbinə dair mülki iş üzrə Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2(011)-286/2025 nömrəli qətnaməsindən iddiaçı və üçüncü şəxslər tərəfindən ayrı-ayrılıqda verilmiş apellyasiya şikayətləri üzrə işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları, iş üzrə məhkəmə icraatı
1. Bakı Baş Tikinti Mənzil Kommunal İdarəsinin xx.xx.1994-cü il tarixli 759 nömrəli orderi ilə Bakı şəhəri, Sadıqcan küçəsi, 4 saylı evin, 70 saylı mənzili Cavabdeh verilmişdir. Orderdə ailə tərkibi: X1, X13 və X9 göstərilmişdir.
2. Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(011)- 2635/2024 nömrəli qətnaməsi ilə iddiaçı Cavabdeh ilə cavabdeh Şixiyeva (Məmmədova) Dilşad Abdurrza qızı arasında Qusar rayon VVAQ şöbəsi tərəfindən xx.xx.1989-cu il tarixdə qeydə alınmış və 94 nömrəli akt qeydi ilə rəsmiləşdirilmiş nikah pozulmuşdur.
3. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2024-cü il tarixli məktubuna əsasən Cavabdeh adına qeydiyyatdan keçmiş daşınmaz əmlak aşkar edilməmişdir.
4. 122 saylı MKİS-in xx.xx.2023-cü il tarixli, 423 nömrəli arayışına əsasən Bakı şəhəri, Sadıqcan küçəsi, 4 saylı evin, 70 saylı mənzildə X2, X13, X17 və X16 yaşayırlar.
a) Birinci instansiya məhkəməsində icraat
5. İddiaçı Cavabdeh qarşı “mənzilə istifadə hüququnun itirilmiş hesab edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, X3 iddiaçının istifadəsində və sahibliyində olan ünvan 1 ünvanında yerləşən mənzilə dair istifadə hüququnun itirilməsi barədə qətnamənin qəbul edilməsini xahiş etmişdir.
6. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, tərəflər 1989-cu ildə rəsmi nikaha girərək ailə həyatı qurmuşlar və bu evlilikdən üç övladları dünyaya gəlmişdir. Cavabdehlə münasibətiləri 2013-cü ildən tam pozulmuşdur. Cavabdeh 2014-cü ildə yaşadıqları mənzili birdəfəlik tərk etmiş və yeni ailə həyatı qurmuşdur. Hazırda həmin evlilkdən də iki övladı var. 2014-cü ildən bəri cavabdeh bir dəfə olsun onlarla maraqlanmayıb, yaşadıqları evin və ailənin saxlanmasında iştirak etməyib. Qızı ailə həyatı quranda belə ata kimi heç bir mərasimində nə maddi, nə də mənəvi iştirak etməmişdir. Hazırda yaşadıqları ev dövlət tərəfindən ailə kimi yaşamaları üçün 759 saylı, xx.xx.1994cü il tarixli orderlə ailə üzvləri ilə birlikdə onlara verilmişdir. Cavabdeh onlarla ailə kimi bir müddət orada yaşamış, lakin yuxarıda qeyd etdiyi kimi, 2014-cü ildən birdəfəlik daimi olaraq həmin mənzili və onları tərk edib getmiş, daimi olaraq özünə başqa təsərrüfat və yaşayış yeri seçmişdir. 2014-cü ilə qədər də iddiaçı hər vaxt işləyib ailənin maddi təminatını qarşılamış, yaşadığı evin kommunal xərclərini ödəmişdir. Cavabdeh 2014-cü ildən çıxıb gedəndən sonra da yaşadığı evin kommunal xərcləri və saxlanması iddiaçı tərəfindən həyata keçirilmişdir. Qeyd etdiyi kimi cavabdeh mübahisəli evi həmişəlik tərk edib getsə də, hələ də formal pasport qeydiyyatında qalmışdır. Bu da onların həmin ev üzrə sahib olduqları bir sıra hüquqlarını həyata keçirməyə ciddi şəkildə maneə törədir. Artıq 10 ildən artıqdır ki, cavabdehin mübahisəli evi daimi tərk edib getməsi, yeni ailə həyatı quraraq yaşaması, həmin evlilikdən iki uşağının olması hazırki işin mübahisəsiz halıdır. Eyni zamanda, iddiaçının üç qızı ilə birlikdə 1994-cü ildən hazıradək mübahisəli mənzildə yaşamaqları, sahibliyi və onu qoruyub saxlaması da hazırkı işin mübahisəsiz halıdır.
7. Cavabdeh iddiaya qarşı etiraz verərək bildirmişdir ki, həmin mənzil 1994-cü il tarixində Bakı Baş Tikinti Mənzil Kommunal İdarəsi tərəfindən 759 nömrəli orderə əsasən ona verilmişdir. Uzun illərdir ki, həmin mənzildə passport qeydiyyatındadır. Mənzilin gələcəkdə gözlənilən mülkiyyətçisidir. İddiaçının subyektiv hüququ yoxdur ki, bu iddianı versin. İddiaçının mülkiyyətçi kimi hər hansı hüquqları yoxdur ki, mənzildən istifadə hüququna xitam versin. O, mənzildən 2014-cü ildən o səbəbə görə getmişdir ki, iddiaçıyla yaşaması mümkün deyildi.
8. Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2(011)- 286/2025 nömrəli qətnaməsi ilə (hakim A.A.Abdullayeva) iddia təmin edilməmişdir.
9. Məhkəmə müəyyən etmişdir ki, mübahisəli Bakı şəhəri, Sadıqcan küçəsində, 4 saylı evin, 70 saylı mənzili hazırda daşınmaz əmlakın dövlət reyestrində hər hansı şəxsin adına qeydiyyata alınmamışdır. Qeyd edilən mənzilə dair Cavabdeh adına 1994-cü ildə Bakı Baş Tikinti Mənzil Kommunal İdarəsi tərəfindən order verilmiş, orderdə ailə üzvləri kimi Cavabdeh həyat yoldaşı İddiaçı və qızları: iş üzrə müstəqil tələb irəli sürməyən üçüncü şəxslər X14 və X10 qeyd edilmişlər. İddiaçı ilə Cavabdeh 1989-cu ildə rəsmi nikaha daxil olaraq ailə qurmuşlar, onların nikahları 2024-cü ildə Alim Şıxıyevin iddiası əsasında məhkəmə qaydasında pozulmuşdur. Tərəflərin məhkəməyə verdikləri izahatları ilə müəyyən edilmişdir ki, tərəflər bir ailə kimi 1994-cü ildən 2014-cü ilədək mübahisəli mənzildə birgə yaşamışlar, 2014-cü ildə Cavabdeh mənzili tərk etmişdir. İddiaçı cavabdehin mənzili könüllü tərk edib getməsinə əsaslanaraq, cavabdehin istifadə hüququnun itirilməsini tələb edir. Cavabdeh isə bildirir ki, mənzil ona iş yerindən verildiyindən onun mənzilə dair hüquqları var və bu səbəbdən də iddia təmin edilməməlidir.
10. Məhkəmə qeyd etmişdir ki, mübahisəli mənzilə dair hüquq münasibətləri 1994cü ildən başlanıldığına görə hazıki mübahisəyə 01 oktyabr 2009-cu ilədək qüvvədə olmuş Azərbyacan Respublikasının Mənzil Məcəlləsinin müddəaları tətbiq edilməlidir. Cavabdeh tərəfindən iddiaçının da adı ailə üzvü kimi qeyd edilməklə, mənzilin kirayəsinə dair mənzil orderi alındığından - tərəflərin 1994-cü ildən həmin mənzilə istifadə hüquqları yaranmışdır. İddiaçı cavabdehin mənzildən birdəfəlik köçüb getməsi faktına əsaslanaraq, sonuncunun istifadə hüququnun itirilməsini tələb etsə də, sonuncunun 2014-cü ildən mənzildə yaşamaması istifadə hüququnun aradan qalxmasına dəlaət etmir.
11. Birincisi, tərəflərin nikahının pozulması 2024-cü ildə baş verdiyindən, 2014- 2024-cü illər ərzində onların faktiki münasibətlərinin nədən ibarət olduğunu iş materialları ilə dəqiq müəyyən etmək mümkün deyil.
12. Bununla yanaşı nəzərə alınmalıdır ki, cavabdehin mübahisəli mənzilə dair gələcəkdə “mülkiyyət hüququ ilə bağlı qanuni gözləntisi” vardır. Bu isə “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Kovensiyanın 1 saylı Protokolunun 1-ci maddəsinin mənasına görə “mülkiyyət” anlayışına daxildir. Qeyd olunan xüsusat mövcud mübahisəyə mülkiyyət hüququnun qorunmasına dair konstitusion normaların tətbiq olunmasına imkan verir. Bu qanuni gözlənti Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında Azərbaycan Respublikasının Qanunun 1-ci maddəsi və digər əlaqəli normalarla da qorunur. Beləliklə, iddiaçının itirilməsini tələb etdiyi hüquq olan cavabdehin “istifadə hüququ” -sonuncunun qanuni gözləntisinə malik olduğu “mülkiyyət hüququna” daxildir və onun ayrılmaz tərkib hissəsidir. Buna görə də həmin hüququn itirilməsi barədə iddia tələbi təmin edilə bilməz.
13. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ hissəsinə, Mülki Məcəllənin 139-1.1.11, 152.1-ci maddələrinə, “F.Nəcəfovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 18 noyabr 2021-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarına, İnsan hüquqları üzrə Avropa Məhkəməsinin Saghinadze və başqaları Gürcüstana qarşı iş üzrə 2010-cu il 27 may tarixli, Kopecky Slovakiyaya qarşı iş üzrə 2004-cü il 28 sentyabr tarixli, X5rşı iş üzrə 2016-cı il 13 dekabr tarixli, Radomilja və digərləri Xorvatiyaya qarşı iş üzrə 2018- ci il 20 mart tarixli qərarlarına, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Kovensiyanın 1 saylı Protokolunun 1-ci maddəsinə, Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında Azərbaycan Respublikasının Qanunun 1-ci maddəsinə, 01 oktyabr 2009-cu ilədək qüvvədə olmuş Azərbyacan Respublikasının Mənzil Məcəlləsinin 51, 53, 60, 87-ci maddələrinə, “Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 60-cı maddəsi haqqında” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.1999-cu il tarixli qərarına, Mülki-Prosessual Məcəllənin 9.1, 14.2, 77.1, 107, 119.1-ci maddələrinə istinadla əsaslandırmışdır.
Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları
a) Apellyasiya şikayətinin dəlilləri
14. İddiaçı qətnamədən apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və iddianın təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
15. Apellyasiya şikayəti iddia ərizəsinin məzmununa uyğun əsaslandırılmış, əlavə olaraq qeyd edilmişdir ki, cavabdehin məhkəməyə həm yazılı, həm də şifahi izahatları ilə, onlar arasında 2014-2024-cü illər arasında heç bir ailə münasibəti olmadığı, cavabdehin yeni ailə həyatı qurduğu, həmin evlilikdən 10 və 6 yaşında iki oğlan övladının olduğu, cavabdehin evi təməlli tərk etdiyi, onun dəfələrlə “mən kişiyəm, iddiaçı ilə münasibətim olmadığından özümə yeni ailə həyatı qurmuşam” məzmunlu etirafının olduğu, “pencəyimi götürüb çıxmışam” məzmunlu bir neçə dəfə etirafının olduğu, bu müddət ərzində mübahisəli ev barədə iddiaçıya qarşı heç bir tələbinin olmadığı, hazırkı iddia olmasaydı münasibətlərinin bu cür də davam edəcəyini bildirdiyi mübahisəsiz olduğu halda, məhkəmənin bu münasibəti niyə müəyyən edə bilmədiyi anlaşılan deyil. Hazırkı işdən göründüyü kimi məhkəmə faktiki olaraq üzürsüz səbəbdən ictimai mənzil fondunun yaşayış sahəsini faktiki istifadə etməyən, yəni faktiki sahiblikdən və istifadədən imtina edən və bu hüquq barədə 10 ildir susan, mübarizə aparmayan cavabdehə, əmlaka istədiyi kimi faktiki sahiblik və sərəncam hüququ verəcək olan mülkiyyət hüququna hansı əsasla gözlənti tanıması qanunsuzdur və bu qətnamədə əsaslandırılmamışdır. İcarədar olan cavabdeh könüllü olaraq özünə yeni ailə həyatı qurmaqla daimi başqa yaşayış yeri seçərək başqa yaşayış məntəqəsinə getmiş və ən əsası da getdiyi bu 10 ildə bir dəfə də olsun yaşayış sahəsi barədə mübahisə etməmişdir. Demək ki, icarə müqaviləsi ona aid hissədə pozulmuşdur. İddiaçı və qızları isə həmin yaşayış yerində qalaraq yaşayış sahəsini qoruyub saxlamış, bu müddətdə dəfələrlə yaxşılaşdırmış və bütün xərclərini qarşılamış, hazırda da həmin yaşayış sahəsinə malik olduqları mülkiyyət hüququna dair gözləntilərini reallaşdırmaq istəyirlər. Onlara bu hüquqlarınıhəyata keçirmək üçün olan maneə isə cavabdehin formal pasport qeydiyyatıdır ki, məhkəmə bu formallığa “mülkiyyət hüququ ilə bağlı qanuni gözlənti“ kimi qiymət verməklə sadalanan bütün maddi hüquq normalarının tələblərini pozmuşdur.
16. Qətnamədən həmçinin üçüncü şəxslər apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və iddianın təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişlər.
17. Apellyasiya şikayəti iddiaçının apellyasiya şikayətinin məzmununa uyğun əsaslandırılmış, həmçinin qeyd edilmişdir ki, cavabdeh 2014-cü ildən hazırkı mübahisəyə qədər mənzilə dair heç bir mübahisəsinin və tələbinin olmadığını etiraf etmişdir. Bu da onu göstərir ki, 10 ildir ki, cavabdehin mübahisəli mənzilə ehtiyacı olmamış və qeyd olunan etirafı ilə bunu nümayiş etdirmişdir. Hesab edir ki, məhz etirazda göstərdiyi və məhkəmə iclaslarında bildirdiyi həmin ifadələrə (etiraflara) əsasən X11 mübahisəli əmlaka olan istifadə hüququnu 2014-cü ildən itirmişdir.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
18. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
c) Məhkəmə icraatı iştirakçılarının izahatları
19. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı və onun nümayəndəsi və vəkili apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdilər.
20. İddiaçının nümayəndəsi və vəkili əlavə olaraq bildirdi ki, qətnamədə cavabdehin mənzili 2014-cü ildə məcburi şəkildə tərk etdiyi qeyd edilsə də, bununla bağlı iş materiallarında hər hansı sübut yoxdur. Cavabdeh tərəfin iş materiallarında mənzili necə tərk etməsinbə dair etirafları mövcuddur. O, bildirir ki, iddiaçı ilə hətta daha əvvəldən ailə münasibətlərində olmamış və bu səbəblə evi tərk etmişdir. Eyni zamanda, cavabdeh on il müddətində bir dəfə də mənzilə köçürülməsi və ya mənzilin satılaraq dəyərinin bölünməsi ilə bağlı mübahisə açmamışdır. Bundan başqa, birinci instansiya məhkəməsi icraatı zamanı hakim tərəfindən hazırki iddia olmadığı təqdirdə cavabdehin iddia qaldırmayacağını soruşduqda, cavabdeh hazırki iddianın olmadığı təqdirdə heç bir tələbinin olmayacağını bildirir. Səbəb olaraq qızları evləndikdən sonra iddiaçıdan mənzili tələb edəcəyini, əgər qızları ailə həyatı qurmadığı təqdirdə iddiaçıdan heç bir tələbinin olmayacağını bildirir. Bütün bunlar göstərir ki, cavabdehin həmin mənzilə ehtiyacı olmamışdır. Bu iddiadan sonra cavabdeh sözügedən mənzilə köçürülməsi barədə iddia qaldırıb.
21. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı apellyasiya şikayətini müdafiə edərək bildirdi ki, cavabeh 2014-cü ildən gedəndən sonra əziyyətlə uşaqlarına təhsil vermiş, mənzilin təmirini etmiş, təmirə 15.000 manat pul xərcləmişdir. Cavabdeh içki aludəçisi olub, avaraçılıqla məşğul olub, başqa yerdə qeyri-rəsmi nikah münasibətlərində olub.
22. Məhkəmə kollegiyasının iclasında iştirak edən üçüncü şəxs apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdi. Həmçinin bildirdi ki, cavabdeh spirtli içkilər istifadə edirdi, hər gün evdə dava salırdı, şiddət göstərirdi. Cavabdeh onlarla heç vaxt maraqlanmayıb. 18 yaşından satıcı işləyərək ailəyə kömək edib. Cavabdeh bir ata olaraq mənzili əgər övladlarına qoyub getmişdirsə, hazırda niyə iddia qaldırıb? Onu öyrədənlər var. Mənzilləri təmirsiz olub. Hesab edir ki, anasının iddiası haqlı iddiadır, anası onların əziyyətini çəkib.
23. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdeh apellyasiya şikayətlərinə etiraz edərək təmin edilməməsini xahiş etdi. Həmçinin bildirdi ki, bir neçə aydır işləmir, Novxanıda kirayə evdə qalır, 3 aydır kirayə haqqını ödəyə bilmir, sözügedən mənzilə gözlənilən mülkiyyət hüququ var. Ona verilmiş suallara cavab olaraq bildirdi ki, 2014-cü ildə mənzili tərk etmiş, çünki iddiaçı ilə yaşamaq mümkün olmamışdır. İddiaçının fikri onu tutdurmaq olmuşdur. Binanın qarşısında meyvə satışı ilə məşğul idi, iddiaçı gəlib meyvələri dağıdıb onu qonşularının yanında biabır edirdi. O, mənzili tərk etmişdir ki, bir xəta baş verməsin. Ondan sonra 2-3 dəfə mənzilə gəlib, iddiaçı nə telefonlara cavab verib, nə onu mənzil buraxıb, qızının nişanı, toyu barədə ona məlumat verməyib. Kiçik qızının toyu barəsində də başqa şəxslərdən ona məlumat çatıb. Gələcəkdə mənzili satıb uşaqlarının payın verib, öz payını götürmək niyyətindədir. Mənzili yaxşı təmir edib çıxmışdır. İddiaçını bu qane etmirdi. O, mənzildən çıxandan 15-20 gün sonra iddiaçı ondan xəbərsiz “JEK”ə 650 manat pul verib mənzili özəlləşdirmək istəyib. O, həmin vaxt Sabirabadda idi, ona “JEK”-in katibi zəng edib bu barədə məlumat vermiş, bunu biləndən sonra prinsipə düşərək mənzili özəlləşdirməmişdir. İddiaçı 200-300 manat maaşla necə ailə saxlayıb. İddiaçının dediyi hamısı yalandır.
Tətbiq edilən hüquq
24. Azərbaycan SSR Mənzil Məcəlləsi (xx.xx.1982-ci il tarixli Qanunla təsdiq edilmiş və xx.xx.2009-cu il tarixədək qüvvədə olan) Maddə 51. Dövlət və ictimai mənzil fondu evlərində yaşayış sahəsini icarə müqaviləsi yaşayış sahəsi orderi əsasında kirayədarla—mənzil-istismar təşkilatı (belə təşkilat olmadıqda isə müvafiq müəssisə, idarə, təşkilat) ilə icarədar — adına order verilmiş vətəndaş arasında yazılı şəkildə bağlanır. Maddə 53. İcarədar ilə birlikdə yaşayan ailə üzvləri onunla bərabər yaşayış sahəsini icarə müqaviləsindən irəli gələn bütün hüquqlara malikdirlər və bütün vəzifələri yerinə yetirməlidirlər. Maddə 60. İcarədar və ya onun ailə üzvləri müvəqqəti başqa yerə getdikdə onların yaşayış sahəsi altı ay saxlanır. İcarədar və ya onun ailə üzvləri üzürlü səbəblərə görə altı aydan artıq müddətə başqa yerə getdikdə, bu müddət başqa yerə gedənin ərizəsi üzrə kirayədar tərəfindən, mübahisə yarandıqda isə məhkəmə tərəfindən uzadıla bilər. Şəxsin müəyyən edildiyindən artıq müddətə başqa yerə getməsi nəticəsində yaşayış sahəsindən istifadə hüququnu itirmiş hesab edilməsi kirayədarın və ya həmin sahədə yaşamağa qalmış digər daimi istifadəçilərin iddiası üzrə məhkəmə qaydasında həyata keçirilir. Maddə 87. Yaşayış sahəsinin icarədarı ailə üzvlərinin razılığı ilə istənilən vaxt icarə müqaviləsini pozmaq ixtiyarına malikdir. İcarədar və onun ailə üzvləri daimi yaşamaq üçün başqa yaşayış məntəqəsinə getdikdə və ya həmin yaşayış məntəqəsində digər yaşayış sahəsinə köçdükdə yaşayış sahəsini icarə müqaviləsi onların getdiyi və ya köçdüyü gündən pozulmuş hesab edilir.
25. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 60-cı maddəsi haqqında” xx.xx.1999-cu il tarixli Qərarı: Qanunverici yuxarıda göstərilən qaydaları təsbit edərkən hüquqları pozulması ehtimal olunan icarədarın və ya onun ailə üzvlərinin həmin qanundan irəli gələn hüquqlarının tam və hərtərəfli təmin olunmasını əsas götürmüşdür. Məhz ona görə də, bu kateqoriyadan olan iddialar yalnız məhkəmə qarşısında qaldırıla bilər. Mənzil qanunvericiliyinə əsasən tərəflər arasında yaranmış bu mübahisələrə məhkəmə tərəfindən baxılarkən yaşayış sahəsində altı ay və daha uzun müddətdə yaşamamağın səbəbləri araşdırılmalı, bu xüsusat digər hallarla birlikdə məcmu qaydada tədqiq olunmalı və məhkəmənin müvafiq qərarında əsaslandırılmalıdır. Beləliklə, icarədarın və ya onun ailə üzvlərinin müvəqqəti olaraq, o cümlədən altı ay və daha uzun müddətdə yaşayış sahəsindən getməsi onların yaşayış sahəsinə olan hüquqlarının itirilməsinə yönələn əsas kimi qəbul edilə bilməz. Əksinə, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 60-cı maddəsinin İ hissəsində nəzərdə tutulan norma tərəflərin öz hüquqlarından sui-istifadə hallarının qarşısını almağa yönəlir, onlara imkan verir ki, məhkəmə vasitəsilə öz qanuni hüquqlarının qorunmasını, qarşılıqlı, hüquq və vəzifələrdən yaranan oxşar münasibətlərin tənzimlənməsini həyata keçirsin.
26. Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında Azərbaycan Respublikasının Qanunu: Maddə 1. Dövlət və ya ictimai mənzil fondunun mülkiyyətçisi ilə mənzil kirayə müqaviləsi bağlamış Azərbaycan Respublikasının vətəndaşlarının, habelə vətəndaşlığı olmayan şəxslərin yaşadıqları mənzilləri (evləri) bu Qanunla müəyyən edilmiş şərtlərlə və qaydada əvəzsiz olaraq şəxsi mülkiyyətinə keçirmək hüququ vardır. Maddə 5. Mənzillər (evlər), özəlləşdirilməsi üçün müraciət edilən anda mənzil kirayə müqaviləsində göstərilmiş və kirayəçi ilə birlikdə faktiki yaşayan onun yetkinlik yaşına çatmış ailə üzvlərinin razılığı ilə onlardan birinin mülkiyyətinə və ya bir neçəsinin və yaxud bütün ailə üzvlərinin ümumi (paylı, birgə) mülkiyyətinə verilə bilər.
27. İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Avropa Konvensiyasının 1 saylı Protokolu: Maddə 1. Hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə və qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz.
28. “Saghinadze və başqaları Gürcüstana qarşı” iş üzrə qərarında Avropa Məhkəməsi qeyd etmişdir ki, “mülkiyyət” anlayışı “mövcud mülkiyyətlə” məhdudlaşmır və tələblər də daxil olmaqla, ərizəçinin ən azından mülkiyyət hüququndan səmərəli şəkildə istifadənin əldə olunmasına ağlabatan və “qanuni gözləntisi” olan əmlakı da əhatə edə bilər. “Gözlənti” mübahisə obyekti olan mülki maraqla bağlı hüquqi müddəaya və ya hüquqi aktaəsaslandığı halda “qanunidir”. Hər bir işdə, işin bütün halları nəzərə alınmaqla, bu halların ərizəçiyə 1 saylı Protokolun 1-ci maddəsi ilə qorunan maddi marağa hüquq verib-verməməsi müəyyən olunmalıdır (§103). Akimova Azərbaycana qarşı işi üzrə Avropa Məhkəməsi hesab etmişdir ki, ərizəçinin yaşayış orderinə əsaslanan mənzil tələbi 1 saylı Protokolun 1-ci maddəsinin dairəsinə düşən “mülkiyyəti” təşkil edir.
29. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.https://e-qanun.az/framework/46945 Maddə 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
Apellyasiya baxışının hədləri
30. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
31. Hazırkı işdə iddia rədd olunduğundan və apellyasiya şikayətlərində qətnamə tam mübahisələndirildiyindən qətnamənin əsaslığı tam yoxlanılır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
32. Məhkəmə kollegiyası proses iştirakçılarını dinləyib, apelyasiya şikayətlərinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayətləri təmin edilmədən, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
33. İş materialları ilə mübahisəsiz qaydada müəyyən olunur ki, tərəflər xx.xx.1989cu il tarixdə nikahlarını rəsmiləşdirmişlər, birgə nikahdan üç uşaqları doğulmuş, Bakı Baş Tikinti Mənzil Kommunal İdarəsinin xx.xx.1994-cü il tarixli 759 nömrəli orderi ilə Bakı şəhəri, Sadıqcan küçəsi, 4 saylı evin, 70 saylı mənzili cavabdehə ailə üzvləri ilə birlikdə yaşaması üçün verilmiş, 2014-cü ildə cavabdeh mənzili tərk etmiş, bundan sonra başqa yerdə yaşayaraq digər şəxslə faktiki ailə münasibətləri qurmuş, həmin münasibətlərindən də iki uşaq doğulmuşdur.
34. İddiaçı cavabdehin 2014-cü ildən sözügedən mənzili tərk etdiyinə, daimi olaraq özünə başqa təsərrüfat və yaşayış yeri seçdiyinə, mənzilin saxlanmasında və kommunal xərclərində iştirak etmədiyinə əsaslanaraq, cavabdehin mənzilə olan istifadə hüququnun itirilməsi barədə iddia irəli sürür, cavabdeh isə həmin mənzildə qeydiyyatda və mənzilin gələcəkdə gözlənilən mülkiyyətçisi olduğunu, mənzildə birgə yaşamağın mümkünsüz olduğu səbəbi ilə 2014-cü ildə tərk etdiyini bildirərək iddiaya etiraz edir.
35. Məhkəmə kollegiyası qeyd edir ki, tərəflər arasında mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan Mənzil Məcəlləsinin 60-cı maddəsinə əsasən icarədar və ya onun ailə üzvləri müvəqqəti başqa yerə getdikdə onların yaşayış sahəsi altı ay saxlanır. Konstitusiya Məhkəməsi Plenumunun yuxarıda ifadə olunan hüquqi mövqeyinə görə mənzil qanunvericiliyinə əsasən tərəflər arasında yaranmış bu mübahisələrə məhkəmə tərəfindən baxılarkən yaşayış sahəsində altı ay və daha uzun müddətdə yaşamamağın səbəbləri araşdırılmalı, bu xüsusat digər hallarla birlikdə məcmu qaydada tədqiq olunmalı və məhkəmənin müvafiq qərarında əsaslandırılmalıdır.
36. Məhkəmə kollegiyasının iclasında iştirak edən tərəflərin və üçüncü şəxsin izahatları ilə də təsdiq olunur ki, cavabdeh sözügedən mənzili 2014-cü ildə ailədə münasibətlərin gərgin olması, artıq birgə yaşamağın mümkün olmaması səbəbindən tərk etmiş, onun mənzilə dair hüquqlarından imtina etmək niyyəti olmamışdır. Eyni zamanda iş materialları ilə müəyyən edilir ki, cavabdehin mülkiyyətində daimi yaşaması üçün hər hansı daşınmaz əmlak da yoxdur.
37. Avropa İnsan Hüquqları Məhkəməsi bir çox qərarlarında qanuni gözlənti hüququna istinadla daşınmaz əmlakın dövlət reyestrində ərizəçilərin adına qeydə alınmamış əmlakları da onların mülkiyyəti kimi nəzərdən keçirmiş və mülkiyyət hüququna dair konvensiya təminatlarını həmin şəxslər üçün eyni dərəcədə tanımışdır. Lakin Məhkəmənin formalaşdırdığı presedent hüququna əsasən ərizəçi ən azı mövcud mülkiyyətinin və ya aktivinin (o cümlədən iddialar) reallaşacağına dair "legitim gözləntisi" olduğunu idda edə bildikdə, legitim gözləntilər, həmçinin mülkiyyət hüququnun yaranmasına səbəb ola bilər.
38. Kollegiya hesab edir ki, xx.xx.1994-cü il tarixli 759 nömrəli order əsasında cavabdehin qanunvericiliyin yuxarıda istinad olunan müddəalarına əsasən mənzilin özəlləşdirilməsində iştirak edərək paylı (birgə) mülkiyyətçilərdən biri olmaq hüququ olduğundan, iddiaçının hazırki iddiasının təmin edilməsi cavabdehin qeyd olunan hüququnun pozulması ilə də nəticələnəcəkdir.
39. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğvinə əsas ola bilməz. Birinci instansiya məhkəməsinin gəldiyi qənaət qanuni və əsaslı olmuşdur.
40. Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.1, 392, 393, 402.1, 405, 406.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
Qət etdi:
Apellyasiya şikayətləri təmin edilməsin. Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2(011)-286/2025 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətlərinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun məbləğləri iddiaçının və üçüncü şəxslərin özlərinə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına elektron kabinet vasitəsilə kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakimlər: Məhəmməd Rüstəmli
Akif İsgəndərov
Səadət Səlimova