Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-2880/2024 08.05.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Babayev Fuad Fikrət oğlunun sədrliyi ilə, X3 və X1 ibarət tərkibdə, Şirinova Gülyar Elman qızının katibliyi İddiaçının nümayəndə-vəkili Vəkil iştirakı ilə, İddiaçı cavabdehlər "xxxx" MMC-yə və Cavabdeh2 qarşı “mənzillərin təhvil verilməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin e-2(006)- 306/2024 saylı xx.xx.2024-cü il tarixli qətnaməsindən iddiaçının verdiyi apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: İddiaçı cavabdeh "xxxx" MMC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı ilə cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti arasında bağlanmış “kooperativ binada mənzil tikintisi haqda” xx.xx.2008-ci il tarixli 013, 014, 015 nömrəli, xx.xx.2008-ci il tarixli 016 və 017 nömrəli müqavilələrə əsasən cavabdeh "xxxx" MMC tərəfindən Bakı şəhəri, Nəsimi rayonu, 3014-cü məhəllə, A.Məhərrəmov küçəsi 4-də tikilmiş çoxmərtəbəli binanın 7- ci mərtəbəsində yerləşən, sahəsi 132,6 kv.m. 3 otaqlı 22 nömrəli, sahəsi 132,6 kv.m. 3 otaqlı 27 nömrəli, sahəsi 114,6 kv.m. 2 otaqlı 24 nömrəli, binanın 8-ci mərtəbəsində yerləşən sahəsi 132,6 kv.m. üç otaqlı 32 nömrəli və sahəsi 93,1 kv.m. 2 otaqlı 30 nömrəli mənzillərin, ümumilikdə 605,5 kv.m. yaşayış sahəsinin iddiaçı X2 verilməsinə, həmçinin hüquqi xidmət və məhkəmə xərci olaraq cəmi 500 manat məbləğin cavabdehdən iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin e-2(006)-306/2024 saylı xx.xx.2024-cü il tarixli qətnaməsi ilə iddia rədd edilmişdir. Həmin qətnamədən İddiaçı verdiyi apellyasiya şikayəti baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmiş, şikayət mümkün hesab edilərək icraata qəbul edilmişdir. Hazırda isə Nəsimi Rayon Məhkəməsindən sorğu daxil olmuş və Məhkəmənin e- 2(006)-306/2024 saylı xx.xx.2024-cü il tarixli qətnaməsindən müstəqil tələb irəli sürməyən 3-cü şəxs "xxxx" MMC tərəfindən verilmiş apellyasiya şikayətinin MPM-nin tələblərinə uyğunluğunun yoxlanılması üşün mülki işin birinci instansiya məhkəməsinə qaytarılması xahiş olunmuşdur. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndə-vəkili mülki işin apellyasiya baxışından çıxarılaraq birinci instansiya məhkəməsinə qaytarılmasına etiraz etmədiyini bildirdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş cavabdehlər məhkəmə iclasına gəlməmişlər. Kollegiya onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətinin verilməsi üçün qanunun müəyyənləşdirdiyi şərtlərin ilkin olaraq yoxlanılması birinci instansiya məhkəməsinin səlahiyyətlərinə aid olduğundan, mülki iş baxışdan çıxarılaraq həmin məhkəməyə qaytarılmalıdır. Eyni zamanda kollegiya qeyd edir ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəllənin 384.0.6-cı maddəsinə görə apellyasiya şikayətinin icraata qəbul olunmasından sonra digər şəxslərin apellyasiya şikayəti ilə birinci instansiya məhkəməsinə müraciət etməsi müəyyən edilərsə, apellyasiya instansiyası məhkəməsi icraata qəbul qərardadını ləğv edərək işi apellyasiya baxışından çıxarmaqla birinci instansiya məhkəməsinə qaytara bilər. Həmin normaya müvafiq olaraq, kollegiya hesab edir ki, hazırki mülki iş Nəsimi Rayon Məhkəməsinin e-2(006)-306/2024 saylı xx.xx.2024-cü il tarixli qətnaməsindən İddiaçı apellyasiya şikayətinin mümkün hesab edilərək icraata qəbul qərardadı ləğv olunmaqla apellyasiya baxışından çıxarılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 263, 384 və 400-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qərara aldı: Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin e-2(006)-306/2024 saylı xx.xx.2024-cü il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinin mümkün hesab edilməsi barədə Bakı Apellyasiya Məhkəməsinin 2(103)-2880/2024 saylı xx.xx.2024-cü il tarixli qərardadı ləğv olunsun və mülki iş apellyasiya baxışından çıxarılaraq həmin Məhkəməyə qaytarılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz. Sədrlik edən: Fuad Babayev Hakimlər: Cəmilə Musayeva Günay Axundova
Məhkəmə qərarları › İş №2(103)-2880/2024
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-2880/2024
08.05.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver