Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-2882/2022 20.04.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X2 Sarıyevin sədrliyi ilə, Namiq Şamil oğlu Cəfərov və Emin Əlixan oğlu Mehdiyevdən ibarət tərkibdə, Məhkəmə iclas katibi İlahə Novruz qızı Həsənzadənin katibliyi, Cavabdeh3 iştirakı ilə, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 01 fevral 2022-ci il tarixli, 2(001)-171/2022 saylı qətnaməsindən ilkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı vəkili və nümayəndəsi X1 tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İlkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh (bundan sonra-iddiaçı) İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh3, Cavabdeh2 qarşı ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin və torpaq sahəsinin ona aid 1/2 hissədə payının naturada bölgüsünün aparılaraq zəbt olunmuş ərazinin sökülüb ona təhvil verilməsinə dair ilk iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Qarşılıqlı iddia üzrə iddiaçı, ilkin iddia üzrə cavabdeh (bundan sonra-cavabdeh) Cavabdeh3 cavabdeh İddiaçı qarşı fərdi yaşayış evinin sökülməsinə dair qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 01 fevral 2022-ci il tarixli, 2(001)-171/2022 saylı qətnaməsi ilə ilkin və qarşılıqlı iddia tələblərinin təmin edilməməsi qət edilməmişdir. Qətnamədən İddiaçı vəkili və nümayəndəsi X1 apellyasiya şikayəti verərək, onun təmin edilməsini, iş üzrə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 01 fevral 2022-ci il tarixli, 2(001)- 171/2022 qətnaməsinin ləğv edilərək iddianın tam təmin olunmasına dair yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Mülki iş apellyasiya məhkəməsinin icraatında olarkən, Bakı Apellyasiya Məhkəməsinə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsindən məktub daxil olaraq, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh3, Cavabdeh2 qarşı ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin və torpaq sahəsinin ona aid 1/2 hissədə payının naturada bölgüsünün aparılaraq zəbt olunmuş ərazinin sökülüb ona təhvil verilməsinə dair ilk iddia tələbi, iddiaçı Cavabdeh3 cavabdeh İddiaçı qarşı fərdi yaşayış evinin sökülməsinə dair qarşılıqlı iddia tələbi ilə bağlı mülki iş üzrə ilk iddia üzrə cavabdeh qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh3 tərəfindən verilmiş apellyasiya şikayəti mülki işə əlavə olunub baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyasının iclasında Cavabdeh3 mülki işin apellyasiya baxışından çıxarılaraq, apellyasiya şikayətinin mümkünlüyü məsələsinə baxılması üçün rayon məhkəməsinə göndərilməsinə etiraz etmədiyini bildirdi. İddiaçı və cavabdehlər Cavabdeh1, Cavabdeh2 məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, onlar məhkəməyə gəlməmiş və gəlməməyin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən onların iştirakları olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası cavabdehi dinləyib, iş materiallarını və məhkəmə kollegiyasına daxil olan məktubu nəzərdən keçirərək, hesab edir ki, hazırki mülki iş apellyasiya baxışından çıxarılmalı və Cavabdeh3 tərəfindən verilmiş apellyasiya şikayətinə münasibət bildirilməsi üçün Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə göndərilməli, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının hazırki iş üzrə icraata qəbul barədə 11 mart 2022-ci il tarixli qərardadı ləğv edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263-264, 384.0.6-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh3, Cavabdeh2 qarşı ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin və torpaq sahəsinin ona aid 1/2 hissədə payının naturada bölgüsünün aparılaraq zəbt olunmuş ərazinin sökülüb ona təhvil verilməsinə dair ilk iddia tələbi, iddiaçı Cavabdeh3 cavabdeh İddiaçı qarşı fərdi yaşayış evinin sökülməsinə dair qarşılıqlı iddia tələbinə dair mülki iş apellyasiya baxışından çıxarılaraq, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 01 fevral 2022-ci il tarixli, 2(001)-171/2022 saylı qətnaməsindən Cavabdeh3 tərəfindən verilmiş apellyasiya şikayətinə münasibət bildirilməsi üçün Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə göndərilsin. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının hazırki iş üzrə icraata qəbul barədə 11 mart 2022-ci il tarixli qərardadı ləğv edilsin. Sədrlik edən Xəyal Sarıyev Hakimlər Namiq Cəfərov Emin Mehdiyev
Məhkəmə qərarları › İş №2(103)-2882/2022
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-2882/2022
20.04.2022 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi - Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver