Məhkəmə qərarları › İş №2(103)-2883/2024

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-2883/2024

08.04.2024 · Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-2883/2024 08.04.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakim Şirinov İkram Sabir oğlunun sədrliyi və məruzəsi ilə, Kazımov Elşən Cələddin oğlu və Cəfərov Namiq Şamil oğlundan ibarət tərkibdə, Həsənova Şərqi Əlabbas qızının katibliyi ilə, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-40/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinin mümkünlüyünü Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında yoxlayaraq, Müəyyən etdi: İddiaçı « mənzilə dair onun mülkiyyət hüququnun tanınması, mənzilə köçürülmə və sair » tələblər dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. (İddia tələbləri artırılmışdır.) Eyni zamanda iddiaçı cavabdehlər X1, Cavabdeh, Bakı şəhər İcra Hakimiyyətinə, AR ƏMDK yanında DƏDRX-nın Bakı şəhər Ərazi İdarəsinə qarşı « fərdi yaşayış evindən cavabdeh “Babək” kiçik müəssisəni və oranı zəbt etmiş digər şəxslərin avadanlıqları ilə birlikdə mənzildən və qeydiyyatdan çıxarılmaları, həmin mənzilin cavabdehlərin vəsaiti hesabına tam olaraq boşaldılması və mənzilin təmir edilərək əvvəlki vəziyyətə gətirilib əşyaları ilə birlikdə kommunalı yoxlanılaraq ona təhvil verilməsi və sair » tələbinə dair iddia qaldırmışdır. Nərimanov Rayon Məhkəməsinin 2(005)-40/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qətnaməsi ilə İddiaçı cavabdehlər X3, “Babək” Kiçik müəssisəsi, X2, Bakı Şəhər Nərimanov Rayon İcra Hakimiyyəti, Bakı Şəhər İcra hakimiyyəti, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı Şəhər Ərazi İdarəsinə qarşı “mülkiyyət hüququnun tanınması, mənzilin boşaldılması və təhvil verilməsi, mənzilə köçürülmə və s.” tələbinə dair iddiası təmin edilməmişdir Daha sonra qətnamədən İddiaçı vəkili Vəkil tərəfindən elektron qaydada verilmiş apellyasiya şikayəti baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyası iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti qeyri-mümkün hesab edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinə (bundan sonra – MPM) əsasən Azərbaycan Respublikasının birinci instansiya məhkəmələri tərəfindən qəbul olunmuş qanuni qüvvəyə minməmiş qətnamə və qərardadlardan, həmin Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işlərində ərizəçilər və maraqlı şəxslər apellyasiya şikayəti verə bilər (357.1). Apellyasiya şikayəti imzalanmamışdırsa və ya onu imzalamağa hüququ olmayan şəxs və ya vəzifəsi göstərilməyən şəxs tərəfindən imzalanmışdırsa, apellyasiya şikayəti birinci instansiya məhkəməsi tərəfindən qaytarılır (363.1.1). “Elektron məhkəmə” informasiya sistemindən və mülki iş materiallarında olan elektron qaydada verilmiş apellyasiya şikayətindən görünür ki, şikayət yalnız vəkil kimi Vəkil tərəfindən elektron qaydada imzalanmışdır. Lakin vəkilin qətnamədən şikayət vermək, şikayəti iddiaçının adından imzalanmasına dair müvafiq etibarnamə şikayətə əlavə edilmişdir. Şikayətə sadəcə iddiaçıya qanunla müəyyən edilmiş qaydada hüquqi yardımın göstərilməsi ilə bağlı vəkil orderi əlavə edilmişdir.) Bu nöqsanın aradan qaldırılması üçün vəkillə əlaqə saxlanılmış və bir nəticəsi olmamışdır. MPM-in 366-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi iş məhkəməyə daxil olduqdan sonra 15 gün müddətində apellyasiyanın mümkünlüyünü yoxlayır. Buraya işə apellyasiya qaydasında baxılmaq üçün prosessual əsasların olması daxildir. Əgər apellyasiyanın mümkünlüyü üçün əsaslar yoxdursa, o, qəbul olunmamış hesab edilə bilər. Ona görə də, qətnamədən apellyasiya şikayəti səlahiyyəti olmayan şəxs tərəfindən imzalandığından qeyri-mümkün hesab edilərək, geri qaytarılması üçün mülki işlə birlikdə birinci instansiya məhkəməsinə göndərilməlidir. «Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinə dəyişikliklər edilməsi haqqında» (2021-ci il 1 oktyabr tarixdən qüvvəyə minmiş) 09 iyul 2021-ci il tarixli Azərbaycan Respublikasının Qanununa əsasən Məcəllənin 402-ci maddəsinə əsasən Apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan MR Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən, apellyasiyanın qeyri-mümkün hesab edilməsi, kassasiya şikayətinin qaytarılması, habelə iş üzrə icraata xitam verilməsi, bu Məcəllənin 384.0.4-cü maddəsində nəzərdə tutulmuş işin aidiyyəti üzrə göndərilməsinə dair və bu Məcəllənin 384.0.6-cı maddəsində nəzərdə tutulmuş apellyasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması əsası ilə icraata qəbul qərardadının ləğv edilərək işin apellyasiya baxışından çıxarılmaqla birinci instansiyası məhkəməsinə qaytarılması haqqında qərardadlarından kassasiya şikayəti verilə bilər. Beləliklə müəyyən olunur ki, prosessual qanunverciliyə edilmiş dəyişikliyə görə hazırkı qərardaddan kassasiya şikayəti verilməsi nəzərdə tutulmuşdur. Konstitusiya Məhkəməsi Plenumunun “AR MPM-in 408.5-ci maddəsinin şərh edilməsinə dair” 27 fevral 2024-cü il tarixli Qərarındakı hüquqi mövqeyə əsasən kollegiya hesab edir ki, hazırki qərardad qanuni qüvvəyə mindiyi tarixdən hesablanmaqla yol verilmiş nöqsanın aradan qaldırılması üçün iddiaçıya 10 gün müddətində vaxt təyin olunmalıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 357, 363, 366, 402-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Nərimanov Rayon Məhkəməsinin 2(005)-40/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qeyri-mümkün hesab edilsin və apellyasiya şikayəti geri qaytarılması üçün mülki iş birinci instansiya məhkəməsinə göndərilsin. Hazırkı qərardad qanuni qüvvəyə mindiyi tarixdən hesablanmaqla yol verilmiş nöqsanın aradan qaldırılması üçün iddiaçıya 10 gün müddətində vaxt təyin olunsun. Qərardaddan işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet ilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Qeyd: Kassasiya şikayəti elektron sistem vasitəsi ilə verilmədikdə MPM-in 408.1.7-ci maddəsinə əsasən geri qaytarılacaqdır.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar