Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-2885/2021 15.03.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Sadıqov Vahid Nəriman oğlu (sədrlik edən və məruzəçi), Əsgərov Qürbət Ağa oğlu və İmanov Azad Nizam oğlundan ibarət tərkibdə, Allahverdiyev Fuad Zahir oğlunun katibliyi, İddiaçı və onun vəkili X3, Cavabdehlər Cavabdeh3 və Cavabdeh2, İddiaçı tərəfindən mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs X1 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 qarşı “evə köçürülmə və yaşayış hüququnun tanınması tələbinə dair” mülki iş üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli 2(011)-4147/2020 saylı qətnaməsindən iddiaçının apelyasiya şikayətinə əsasən mülki işə Bakı Apelyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlərə məxsus Bakı şəhəri, Xətai rayonu, Ağ şəhər Natiq Əliyev keçəsi 10 ünvanında yerləşən bir mərtəbəli iki otaqlı gəlin köçdüyü evə xx.xx.2002-ci il tarixli X4 və xx.xx.2003-cü il tarixli X2 ilə birlikdə köçürülməsi və yaşayış hüququnun təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, xx.xx.2001-ci il tarixində Xətai rayonu, Ağ şəhər Natiq Əliyev küçəsi ev 10 ünvanına gəlin köçmüşdür, gəlin köçərkən cavabdehlə göstərilən ünvanda yaşamışdır. xx.xx.2002-ci il tarixində X4 və xx.xx.2003-cü il tarixdə X2 adı gedən ünvanda doğulmuşdur. Bir müddət mehriban yaşamaqlarına baxmayaraq, sonradan ailə münasibətləri pisləşmiş mütəmadi ona işgəncə vermişlər, onu zorla evdən uşaqları ilə birlikdə atmışlar. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli 2(011)- 4147/2020 saylı qətnaməsi ilə iddia təmin edilməmişdir. Qətnamədən iddiaçı apelyasiya şikayəti verərək, onun ləğv edilməsini və iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Apelyasiya şikayətində göstərilmişdir ki, 2001-ci ildə ailə qurmuş, mübahisəli ünvana gəlin köçmüş və iki uşağı həmin ünvanda doğulmuşdur, 2015-ci ildə ayrılmış və Masallı Rayon Məhkəməsinin qətnaməsi ilə nikahları pozulmuşdur, buna baxmayaraq həmin ünvanda yaşamışlar. Həmin ev 2017-ci ildə plana düşmüş və yeni ev inşa etmək üçün qayınanasının adına iki mənzil verilmişdir. O, uşaqları ilə müvəqqəti olaraq Masallı rayonunda valideynlərinin evində yaşamışdır. Ev tikildikdən sonra uşaqları ilə yeni tikilən evdə bir neçə gün yaşamış, sonra qayınanası ondan 2000 manat pul tələb etmiş, o da tapıb vermiş, 1 ay sonra yaşamaq üçün gəldikdə qayınanası onu zorla evdən qovmuşdur. Kollegiyanın iclasında X4 iddiaçı tərəfindən mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı və vəkili apelyasiya şikayətinin məzmununa uyğun izahat verərək, təmin edilməsini xahiş etdilər. İddiaçı qeyd etdi ki, 2001-ci il tarixdə Cavabdeh1lə ailə qurmuş, aralarında rəsmi nikah olmamış, Cavabdeh2 məxsus 2 mərtəbəli evə gəlin köçmüşdür. 2015-ci il tarixdə boşanmışlar. Mübahisəli evə Masallı rayonundan gəlin köçmüşdür, həmin evdə fasilələrlə 15 il müddətində yaşamış, evdə yer olmadığı üçün daimi yaşamamışdır. Həmin ev iki otaqlı idi və təxminən 2015-ci il tarixdə sökülmüşdür. Həmin evdə onun hər hansı əmlakı yox idi, cehizləri sonradan Masallı rayonuna göndərilmişdir. Kollegiya iclasında iştirak edən cavabdeh Südadə Quliyeva apelyasiya şikayətinə etiraz edərək, təmin edilməməsini xahiş etdi. Qeyd etdi ki, iddiaçı 2001-ci ilin fevral ayında onun oğlu ilə ailə qurmuş, sökülən evə gəlin köçmüş, aprel ayında isə oğlu ilə birlikdə Masallıya köçüb getmişlər, uşaqları da Masallı rayonunda doğulmuşdur. İddiaçı yalnız Masallı rayonunda yaşayıb, mübahisəli evə qonaq kimi gəlib-getmişdir. Mübahisəli ev onun ata evi olmuş, 1997-ci ildə isə onun adına qeydə alınmışdır. Cavabdeh3 qeyd etdi ki, iddiaçı mübahisəli evdə iki ay yaşayıb, sonra isə Masallı rayonuna köçmüşlər. Qardaşı Cavabdeh1 Masallı rayonunda fəhlə kimi işləmişdir. İddia tələbində göstərilən mənzil sökülmüş, əvəzinə iki ədəd bir otaqlı tam təmirli mənzil verilmişdir. X4 göstərdi ki, sökülmüş evdə doğulmuş və 2015-ci ilədək fasilələrlə həmin evdə yaşamışlar. Hazırda isə Masallı rayonunda nənəsigilin evində yaşayırlar. İşə baxılmasının vaxtı və yeri haqqında lazımi qaydada məlumatlandırılmış digər cavabdeh məhkəməyə gəlmədiyindən, işə onun iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Bakı Apelyasiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(103)-2885/2021 saylı qərardadı ilə apelyasiya şikayəti qismən təmin edilmiş, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-4147/2020 saylı iş üzrə xx xxxxxxx 2020-ci il tarixli qətnaməsi qismən - iddia tələbinin təmin edilməmiş “xx.xx.2002-ci il tarixli X1 evə köçürülməsi və yaşayış hüququnun təmin olunması” hissəsində ləğv edilmiş və İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 qarşı “evə köçürülmə və yaşayış hüququnun tanınması tələbinə dair” iddia ərizəsi “xx.xx.2002-ci il tarixli X1 evə köçürülməsi və yaşayış hüququnun təmin olunması” hissəsində baxılmamış saxlanılmışdır. İddianın qalan hissəsi ilə bağlı məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apelyasiya şikayəti təmin edilməməli, qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılmalıdır. İşin müəyyən edilmiş hallarına əsasən, İddiaçı ilə Cavabdeh1 rəsmi qaydada nikah bağlamadan, 2001-ci il tarixindən etibarən faktiki ailə münasibətində olmuşlar və həmin ailə münasibətlərindən xx.xx.2002-ci il təvəllüdlü X4 və xx.xx.2003-cü il təvəllüdlü X2 doğulmuşdur. Məhkəmə tərəfindən müəyyən edilmişdir ki, mübahisəli mənzil Cavabdeh2 adına olmuş, hazırda həmin yaşayış sahəsi sökülmüş, yerində tikiləcək binadan Cavabdeh2 iki mənzil verilmişdir. Birinci instansiya məhkəməsi işin müəyyən edilmiş hallarına əsasən belə nəticəyə gəlmişdir ki, mübahisə predmeti olan Bakı şəhəri, Xətai rayonu, Ağ şəhər Natiq Əliyev keçəsi 10 ünvanında yerləşən bir mərtəbəli iki otaqlı ev mövcud olmadığından iddia tələbi təmin oluna bilməz. Kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi iddianın rədd olunması barədə qanuni və əsaslı nəticəyə gəlmişdir. Apelyasiya baxışı zamanı da müəyyən edilmişdir ki, iddiaçı ilə Cavabdeh1 2001-ci ilin fevral ayında ailə qurmuş, onlar təxminən iki aya yaxın müddət ərzində mübahisəli mənzildə yaşamış, aprel ayından isə Masallı rayonuna köçməklə orada yaşamışlar, birgə nikahdan olan uşaqları da Masallı rayonunda doğulmuşdur (bu hal uşaqların doğum haqqında şəhadətnamələrindən də müəyyən olunur). İddiaçı gəlin köçdüyü mənzildə daimi olaraq yaşamamış, onun daimi yaşayış yeri Masallı rayonu olmuş və hazırda mübahisəli mənzil sökülmüşdür. Sökülmüş mənzil xüsusi mülkiyyət hüququ üzrə Cavabdeh2 məxsus olmuşdur (MH serialı 092321 nömrəli Qeydiyyat vəsiqəsinə əsasən Bakə şəhəri 6-cı Qaraşəhər küçəsi, 10 nömrəli evin 53 nömrəli 2 otaqlı mənzili xx.xx.1997-ci il tarixdə Cavabdeh2 adına qeydə alınmışdır). Kollegiya qeyd edir ki, iddiaçının mübahisəli evə (sökülmüş mənzilə) istifadə hüququ yaranmamışdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1-ci maddəsinə əsasən, yaşayış binasının tərkib hissəsi mülkiyyətçisinin ailə üzvləri və digər şəxslər yaşayış binasından istifadə hüququna bu şərtlə malikdirlər ki, həmin hüquq daşınmaz əmlakın dövlət reyestrində qeydə alınsın. Həmin Məcəllənin 228.2-ci maddəsinə əsasən, yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verməsi yolu ilə xitam verilə bilər. Göründüyü kimi mübahisəli ev iddiaçının qayınanası Cavabdeh2 məxsus olmuşdur və sonuncu ilə iddiaçı arasında notariat qaydasında təsdiqlənmiş yazılı razılaşma olmadığından və istifadə hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmadığından, iddiaçının qeyd edilən mənzildən istifadə hüququ yaranmamışdır. Eləcə də iddiaçı Cavabdeh2 ailə üzvü də olmamış və bu əsasla da o, mübahisəli mənzildə yerləşən yaşayış sahəsinə dair istifadə hüququ əldə etməmişdir. Çünki, artıq qeyd edildiyi kimi, iddiaçı ilə Cavabdeh2 arasında etibarlı ailə münasibətləri olmadığından iddiaçı onun ailə üzvü olmamış və yaşayış sahəsindən istifadə etmək hüququnun yaranması üçün aralarında yuxarıda qeyd olunan müqavilənin bağlanması vacib olmuşdur. Lakin, belə bir müqavilə yoxdur. Odur ki, iddiaçı mübahisəli mənzildən istifadə hüququ qazanmamışdır. Digər tərəfdən iddiaçı köçürülməsini tələb etdiyi mənzil söküldüyündən onun həmin mənzilə köçürülməsi də mümkün deyildir. Göstərilənlərə əsasən Kollegiya hesab edir ki, məhkəmə iddianı rədd etməkdə haqlı olmuşdur. Apelyasiya şikayətinin dəlilləri əsassızdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcllənin 77.1-ci maddəsinə tələbinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Mülki Prosessual Məcəlləsinin 385.2-ci maddəsinə əsasən, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni, əsaslı və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qət etdi: İddiaçının apelyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-4147/2020 saylı iş üzrə xx xxxxxxx 2020-ci il tarixli qətnaməsi iddia tələbinin təmin edilməmiş - İddiaçı xx.xx.2003-cü il tarixli X2 ilə birlikdə Bakı şəhəri, Xətai rayonu, Ağ şəhər Natiq Əliyev keçəsi 10 ünvanında yerləşən bir mərtəbəli iki otaqlı gəlin köçdüyü evə xx.xx.2003-cü il tarixli X2 ilə birlikdə köçürülməsi və yaşayış hüququnun təmin olunması hissəsində dəyişdirilmədən saxlanılsın. Qətnamədən onun surəti rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apelyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-2885/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-2885/2021
15.03.2021 · Mənzil mübahisələri - Mənzilə köçürmə - Mənzil mübahisələri - Mənzilə istifadə hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver