Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-2886/2023 17.05.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Ərizəçi iddia tələbi ilə əlaqədar iş üzrə (Açar sözlər: hüquqi əhəmiyyəti olan faktının müəyyən edilməsi tələbi) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər X2 (sədrlik edən və məruzəçi), Həsənov Elnur Məmmədsaat oğlu və Mərdanova Xumar Afət qızından ibarət tərkibdə, Ağalı Leyla Rasim qızının katibliyi, Ərizəçi nümayəndəsi Nümayəndə iştirakı ilə, Ərizəçi “hüquqi əhəmiyyəti olan faktının müəyyən edilməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(005)-404/2023 saylı qətnaməsindən Ərizəçi tərəfindən verilmiş apelyasiya şikayətinə əsasən mülki işə Bakı Apelyasiya Məhkəməsinin binasında, 17 may 2023-cü il tarixində açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi. İşin halları
1. İşin halları ondan ibarətdir ki, Ərizəçi körpə uşaqlara qulluq etmə faktının təsdiq edilməsini tələb edir. İş üzrə qəbul edilmiş məhkəmə aktı a) Birinci instansiya məhkəməsində icraat:
2. Ərizəçi “hüquqi əhəmiyyəti olan faktının müəyyən edilməsi” tələbi ilə məhkəməyə müraciət edərək, 7 uşaq atası Nümayəndəla 2000-ci ildə qeyri-rəsmi nikah münasibətinə girərək, ər-arvad kimi yaşayaraq, psixi xəstə Günel Səfərovaya və körpə uşaqlar: X6, X7, X8, X7, X1 və digərlərinə qulluq etmə faktının təsdiq edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
3. Ərizəni onunla əsaslandırmışdır ki, qeyri-rəsmi ər-arvad kimi yaşamaqla öhdəsində (himayəsində) psixi xəstəyə və körpə uşaqlara qulluq etmək Güzəştli şərtlərlə erkən pensiya təyin edilməsi tələbinə dair Əməl və X4 Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı verdiyi iddia ərizəsi hazırda Bakı İnzibati Məhkəməsinin icraatındadır. X9, anadangəlmə “Kəskin debillik dərəcəsində oliqofrimiya psixopata bənzər davranış pozuntusu, nitqin qüsuru” diaqnozu ilə psixi xəstədir, İİ qrup əlildir, özünü sərbəst idarəetmə qabiliyyətində deyildir. Ona olunan mütəmadi müalicə yerlərində olaraq illər boyu ağır yük altında olduğundan tərəddüd edərək, vaxtında 2000-ci ildə rəsmi nikah münasibətinə girə bilməmişdir. Yalnız 21 İyun 2006-cı ildə rəsmi nikah münasibətinə girə bilmişdir. Bununla əlaqədar qeyri-rəsmi nikahda olmaqla, psixi xəstə və körpə uşaqlara baxılma faktının məhkəmədə təsdiq edilməsi zərurəti yaranmışdır. Ərizəçi ailəliklə “28 Aprel” kolxozunda çalışmışlar. 1989-1996-cı illərdə müxtəlif işlərdə işləmişdir, (minimum 120 günə qazandığı əmək haqqına görə 45.600 manat (rus pulu) əmək haqqı almışdır). Nümayəndə qonşuluqda yaşayan Əlibalı Qəhramanovun ailəsi ilə çox yaxın münasibətləri olmuş, o, 7 uşağı ilə birlikdə bir neçə dəfə kəndə qonaq olmuş, onları tanımışdır. 1998-ci ilin mart ayında isə uşaqların anası vəfat etdiyindən, yetim uşaqlara baxılması qonumqonşu tərəfindən ərizəçiyə təklif olunmuşdu, ilk öncə buna atası, qardaş-bacıları razılıq vermədilər. Ərizəçi ailəsinin razılığı ilə 2000-ci ilin oktyabr ayında 32 yaşında Bakı şəhəri, N.Nərimanov rayonu, Y.V.Çəmənzəminli 100, mənzil 14-də yaşayan, anadan yetim qalmış 7 uşaq atası Nümayəndə ilə vətəndaşlıq nikahıyla (axund kəbinlə) ailə həyatı qurmuşdur. X9, anadangəlmə “Kəskin debillik dərəcəsində oliqofrimiva psixopata bənzər davranış pozuntusu, nitqin qüsuru” diaqnozu ilə psixi xəstədir, İİ qrup əlildir, üzünü sərbəst idarəetmə qabiliyyətində deyildir xx.xx.1984-cü il təvəllüdlü X3, xx.xx.1992-ci il təvəllüdlü X5, xx.xx.1993-cü il təvəllüdlü X8, xx.xx.1994-cü il təvəllüdlü X7 ilə bir evdə yaşamaqla onları böyüdüb başa çatdırmışdır. Həyat yoldaşı Nümayəndəla xx.xx.2006-cı il tarixdə rəsmi nikaha daxil olmuş, ögey oğlanları xx.xx.1979-cu il təvəllüdlü Səfərov Ramin, xx.xx.1980-cı il təvəllüdlü Səfərov Orxan, xx.xx.1984-cü il təvəllüdlü Səfərov Şəhriyar həqiqi hərbi xidmətdə olaraq öz xidməti vəzifələrini layiqincə yerinə yetirmiş, Ramin və Orxanın ailə qurmasında bir ana kimi bütün vəzifələrini layiqincə yerinə yetirmişdir. Ögey qızları xx.xx.1992-ci il təvəllüdlü Səfərova Qismət və xx.xx.1994-cü il təvəllüdlü Səfərova Ayseli ərə verib köçürmüşdür. Hazırda xx.xx.1984-cü təvəllüdlü ögey oğlu Səfərov Şəhriyar, xx.xx.1993-cü il təvəllüdlü Səfərova Əfruz, xx.xx.1982-ci il təvəllüdlü xəstə ögey qızı Səfərova Günel və həyat yoldaşı Nümayəndəla bir evdə yaşayır. O da “əsəb və şəkər” xəstəliyindən əziyyət çəkir. Bütün həyatını, sağlamlığını ögey uşaqlarının yaşayışı uğrunda sərf etmişdir. Ərizəçinin hazırda 54 yaşı var. 6 sağlam, 1 xəstə olmaqla 7 uşağı boya-başa çatdırdığı üçün qüvvədə olan “AR Əmək qanunvericiliyinin tələbinə əsasən yaşına görə güzəştli əmək pensiyasının təyin edilməsi xüsusiyyatı həll edilməlidir. 7 uşaq atası Norvuz Səfərovla 2000-ci ildə qeyri-rəsmi nikah münasibətinə girərək, ər-arvad kimi yaşayaraq, psixi xəstə Günel Səfərovaya və körpə uşaqlar: Qismət, Aysel, Əfruz, Aysel və digərlərinə qulluq etmə faktının təsdiq edilməsi faktı müəyyən edilməlidir.
4. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(005)-404/2023 saylı qətnaməsi ilə (hakim Səbinə Nuriyeva) iddia rədd edilmişdir. Apelyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları: b) Apelyasiya şikayətinin dəlilləri:
5. Qətnamədən Ərizəçi tərəfindən apellyasiya şikayəti verilərək qətnamənin ləğv edilməsi və ərizənin təmin edilməsi barədə yeni qətnamə çıxarılması xahiş edilmişdir.
6. Apelyasiya şikayəti ərizədə göstərilənlərlə əsaslandırılmış, eyni zamanda qeyd edilmişdir ki, birinci instansiya məhkəməsi psixi xəstəyə və körpə uşaqlara 2000-ci ildən bu günədək qulluq etməsi, böyütməsi faktını nəzərə almamış, bu epizod üzrə heç bir hüquqi nəticəyə gəlməmişdir və ona qarşı qərəzli, qeyri-obyektiv qətnamə qəbul etmişdir. c) Apelyasiya şikayətinə qarşı etirazın dəlilləri:
7. Apelyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Proses iştirakçılarının izahatı:
8. Məhkəmə iclasında iştirak edən Ərizəçi nümayəndəsi Nümayəndə apelyasiya şikayətini müdafiə edərək, təmin edilməsini xahiş etdi.
9. İşə baxılmasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq maraqlı şəxsin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməmələri barədə məhkəməyə hər hansı bir məlumat verilmədiyindən, işə onların iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Apelyasiya baxışının hədləri.
10. Apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
11. Apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apelyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.
12. Qətnamədən ərizəçi apelyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və ərizəsinin təmin edilməsini xahiş etməklə, qətnaməni tam mübahisələndirdiyindən qətnamə bütövlükdə yoxlanılır. Tətbiq edilən hüquq: Əmək pensiyaları haqqında Azərbaycan Respublikasının Qanunu:
13. Maddə 8.1. Beş və daha çox uşaq doğub, övladlığa və (və ya) qəyyumluğa götürüb onları səkkiz yaşınadək tərbiyə etmiş və qadınların bu Qanunun 7-ci maddəsinə uyğun şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla yaşa görə əmək pensiyası hüququ vardır.
14. Maddə 8.2. Əlilliyi müəyyən edilmiş uşağını səkkiz yaşınadək tərbiyə etmiş anaların bu Qanunun 7-ci maddəsinə uyğun şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla yaşa görə əmək pensiyası hüququ vardır.
“Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi Qaydası”nın təsdiq edilməsi barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı:
15. Maddə 4.1.7. Əmək pensiyasının təyin edilməsi zamanı nəzərə alınan sosial sığorta stajı 18 yaşınadək əlilliyi müəyyən edilmiş şəxsə qulluqetmə müddəti üzrə qanuni nümayəndələrə münasibətdə 18 yaşınadək əlilliyi müəyyən edilmiş şəxsin doğum haqqında şəhadətnaməsinə, övladlığa götürənlərə münasibətdə övladlığa götürmə barədə məhkəmənin qanuni qüvvəyə minmiş qərarına, qəyyumlara və himayəçilərə münasibətdə isə qəyyumluq və ya himayəçiliyin müəyyən edilməsi barədə müvafiq qərara əsasən müəyyən edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi:
16. Maddə 307.1. Məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir.
17. Maddə 307.2.3. Ər-arvaddan birinin vəfat etməsi nəticəsində müvafiq icra hakimiyyəti orqanında nikah qeydə alına bilməzsə, qanunla müəyyən edilmiş hallarda faktiki nikah münasibətlərində olma faktının müəyyən edilməsi barədə işlərə baxır.
18. Maddə 308. Məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Apelyasiya instansiyası məhkəməsinin mövqeyi
19. Məhkəmə kollegiyası izahatı dinləyib, apelyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdırmaqla, işdə olan sübutları tədqiq edərək və həmin sübutlara obyektiv hüquqi qiymət verərək hesab edir ki, apelyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli, ərizə təmin edilməməlidir.
20. Belə ki, göründüyü kimi qanunverici şəxsləri hüquqi əhəmiyyətli faktların təsdiqi hüququnu müvafiq hallar əsasında tanımışdır. Hazırda ərizəçinin məhkəməyə müraciət etmə səbəbi onun Nümayəndəla rəsmi nikaha daxil olduğu tarixdən daha əvvəl, yəni 2000ci il tarixdən nikah münasibətlərində olmasının müəyyən edilməsi, eləcə də xəstə və körpə uşaqlara qullquq etmə faktının təsdiq edilməsindən ibarət olsa da, apelyasiya şikayətinin dəlillərindən də göründüyü kimi, birinci instansiya məhkəməsi tərəfindən ərizənin əsasını təşkil bir hissəyə qiymət versə də, ikinci hissəsinə, yəni xəstə və körpə uşaqlara qulluq etmə faktının müəyyən edilməsi hisssəsinə prosessual qanunvericiliyin tələblərinə pozaraq ümumiyyətlə qiymət verilməmişdir. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, qətnamə ləğv edilməklə ərizədə göstərilən hər iki hala qiymət verilməklə yekun məhkəmə aktı qəbul edilməlidir. 21.Məhkəmə kollegiyası ərizəçinin Nümayəndə ilə 2000-ci ildə qeyri-rəsmi nikah münasibətinə girməklə faktiki nikah münasibətlərində olma faktının müəyyən edilməsi barədə tələbinə münasibətdə qeyd edir ki, qanunverici şəxsləri hüquqi əhəmiyyətli faktların təsdiqi hüququnu müvafiq hallar əsasında tanımışdır. Belə ki, hazırda ərizəçinin məhkəməyə müraciət etmə səbəbi onun Nümayəndəla rəsmi nikaha daxil olduğu tarixdən daha əvvəl yəni 2000-ci il tarixdən nikah münasibətlərində olmasının müəyyən edilməsidir. Qeyd olunan halın müəyyən edilməsi qaydası maddi hüquq norması dəqiq müəyyən edilmişdir. Ərizəçi tərəfindən təqdim edilmiş sənədlərdə maddi hüquq normasının imperativ tələblərini ödənilməsi təsdiq olunmur. Belə ki, ərizəçi Nümayəndəla rəsmi nikah bağlandığı tarixdə nikah münasibətdə olması faktının müəyyən edilməsi ilə bağlı o zaman məhkəməyə müraciət edə bilərdiki onun nikah münasibətində olduğunu iddia etdiyi əri vəfat etmiş olsun. 22.Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” xx.xx.2019-cu il tarixli Qərarın 5-ci bəndinə əsasən Azərbaycan Respublikası MPM-nin 307.2.4-cü maddəsinə əsasən faktiki nikah münasibətində olma faktının müəyyən edilməsi üçün zəruri şərtlər ondan ibarətdir ki, faktiki nikah münasibətində olan kişi və ya qadın ölmüş olur; faktiki nikah münasibətində olan kişi və ya qadının ölməsi səbəbindən nikah vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı orqanlarında qeydə alına bilmir. Həmin qərarın 5.1-ci bəndinə əsasən məhkəmələrə izah olunur ki, faktiki nikah münasibətində olma faktının müəyyən edilməsi hüquqi nəticələrə səbəb olacağı təqdirdə məhkəmə tərəfindən həmin fakt müəyyən edilə bilər. Bu o, deməkdir ki, faktiki nikah yalnız vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı orqanlarında qeydə alınan nikaha bərabər tutulduğu hallarda, hüquqi nəticələrə (şəxsi və ya əmlak hüquqlarının yaranmasına, dəyişməsinə və yaxud xitamına) səbəb ola bilər. Faktiki nikah münasibətində olma faktı SSRİ X17 Heyətinin 08 iyul 1944-cü il tarixlə Fərmanının qəbul edilməsinədək dövlət orqanlarında qeydə alınan nikaha bərabər tutulur. Həmin tarixdən sonra faktiki nikah münasibətində olma faktı heç bir hüquqi nəticəyə səbəb olmur. Bu tarixdən sonra yaranmış faktiki nikah münasibətində olma faktının Azərbaycan Respublikası MPM-nin 307.2.4-cü maddəsinə uyğun olaraq məhkəmələr tərəfindən müəyyən edilməsi yolverilməzdir. Çünki, həmin maddədə nəzərdə tutulan “qanunla müəyyən edilmiş hallarda” ifadəsi əslində ərizəçilərin 08 iyul 1944-cü il tarixədək yaranan faktiki nikah münasibətində olma faktının müəyyən edilməsini ehtiva edir. Qeyd olunan hüquqi mövqenin ərizəçinin hazırki, müraciətinə tətbiqi zamanı hüquqi faktı müəyyən edilməsi üçün qanunvericliklə nəzərdə tutulmuş imperativ şərtlərin ödənilmədiyi təsdiq olunur. Qeyd edilənlərə əsasən ərizəçinin ərizəsi faktiki nikah münasibətində olma faktıının müəyyən edilməsi hissədə təmin edilə bilməz.
23. Eyni zamanda kollegiya qeyd edir ki, apelyator verdiyi apelyasiya şikayətində, eləcə də məhkəmə kollegiyasının iclasında nümayəndəsinin verdiyi izahatında ərizəçinin hazırki ərizə ilə məhkəməyə müraciət etməsində məqsədinin xəstə və körpə uşaqlara qulluq etmə faktının təsdiq edilməsi olduğunu bildirmişdir. Bunun ərizəçiyə pensiya hüqunun yaranması üçün lazım olmasını qeyd etmişdir.
24. Kollegiya qeyd edir ki, yuxarıda qeyd edilən qanunvericiliyin tələblərinin ərizəçinin hazırki müraciətinə tətbiqi zamanı hüquqi faktın müəyyən edilməsi üçün qanunvericliklə nəzərdə tutulmuş imperativ şərtlər mövcuddur. Belə ki, qanunvericiliyin tələblərinə görə beş və daha çox uşaq doğub, övladlığa və (və ya) qəyyumluğa götürüb onları səkkiz yaşınadək tərbiyə etmiş qadınların, o cümlədən əlilliyi müəyyən edilmiş uşağını səkkiz yaşınadək tərbiyə etmiş anaların qanunvericiliyin şərtləri daxilində yaş həddi 5 il azaldılmaqla yaşa görə əmək pensiyası hüququ mövcud olur. Hazırki halda ərizəçinin apelyasiya şikayətinin dəlillərindən göründüyü kimi, ərizəçi 2000-ci ildən ailənin 3 körpə uşaq və 2-ci qrup əlil qızına qulluq etdiyini bildirsə, hazırda belə bir faktın müəyyən edilməsi üçün qanunvericiliklə müəyyən edilmiş əsaslar mövcud deyil. 25.Belə ki, hazırki halda ərizəçinin həmin uşaqları övladlığa götürməsi barədə məhkəmənin qanuni qüvvəyə minmiş qərarı və ya qəyyumluğuna götürməsi barədə müvafiq qərar mövcud deyil. Eyni zamanda əlilliyi olan şəxsə münasibətdə 2-ci qrup əlil Günel Səfərova 1982-ci il təvəllüdlü olmaqla, hətta 2000-ci ildə belə qanunvericiliklə müəyyən edilmiş yaş həddindən (səkkiz yaş) yuxarı olmuşdur. O cümlədən, əmək pensiyasının təyin edilməsi zamanı nəzərə alınan sosial sığorta stajı 18 yaşınadək əlilliyi müəyyən edilmiş şəxsə qulluqetmə müddəti üzrə şəxsin doğum haqqında şəhadətnaməsinə, övladlığa götürənlərə münasibətdə övladlığa götürmə barədə məhkəmənin qanuni qüvvəyə minmiş qərarına, qəyyumlara münasibətdə isə qəyyumluq və ya himayəçiliyin müəyyən edilməsi barədə müvafiq qərara əsasən müəyyən edilə bilər ki, bununla bağlı da qeyd olunduğu kimi əriçəçi tərəfindən Günel Səfərovanı nə övladlığa götürməsi barədə məhkəmənin qanuni qüvvəyə minmiş qərarı, nə də qəyyumluğuna götürməsi barədə müvafiq qərar olmadığından, belə bir faktın müəyyən edilməsi hər hansı hüquqi nəticə yaratmayacağından ərizə qulluqetmə faktının müəyyən edilməsi hissədə də təmin edilə bilməz.
26. Belə olan kollegiya hesab edir ki, apelyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli, ərizə təmin edilməməlidir.
27. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384, 392, 393cü maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə kollegiyası, Qət etdi:
Ərizəçi tərəfindən verilmiş apelyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(005)-404/2023 saylı qətnaməsi ləğv edilsin. Ərizəçi “hüquqi əhəmiyyəti olan faktının müəyyən edilməsi” tələbi barədə ərizəsi təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.