Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-2888/2023 01.05.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı “Paşa Sığorta» ASC-nin Cavabdeh qarşı «ödənilmiş sığorta məbləğinin subroqasiya qaydasında tutulması” tələbinə dair mülki iş üzrə (Açar sözlər: ödənilmiş sığorta məbləğinin subroqasiya qaydasında tutulması tələbi) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər X3 (sədrlik edən və məruzəçi), X2 və Babayev Fuad Fikrət oğlundan ibarət tərkibdə, Şahbazlı Nəzrin Elmar qızının katibliyi, İddiaçı "xxxx" ASC-nin nümayəndəsi Nümayəndə, Cavabdeh iştirakı ilə, İddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı «ödənilmiş sığorta məbləğinin subroqasiya qaydasında tutulması” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin e-2(006)-27/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları
1. xx.xx.2019-cu il tarixində ünvan 1 ünvanda yerləşən X1 məxsus mənzil "xxxx" ASC tərəfindən “Daşınmaz əmlakın icbari sığortası” növü üzrə sığortalanmışdır.
2. 33 saylı mənzil komunal istismarı sahəsinin məsul şəxsləri tərəfindən tərtib edilmiş xx.xx.2019-cu il tarixində akta əsasən xx.xx.2019-cu il tarixində ünvan 2 ünvanında yerləşən Cavabdeh məxsus mənzildən su axması nəticəsində həmin ünvanda yerləşən 20 saylı mənzilə zərər dəymişdir.
3. “Az Valuation” tərəfindən tərtib olunmuş qüsur aktına əsasən X1 məxsus ünvan 3 ünvanın təmiri üçün dəymiş ziyanın ümumi miqdarı 1154,58 manat müəyyən edilmişdir
4. "xxxx" ASC-nin xx.xx.2020-ci il tarixli sığorta aktına əsasən dəymiş ziyana görə əmlakın dəymiş ziyan üzrə müqavilə əsasında 250 manat azadolma çıxılmaqla 904,58 manat məbləğində sığorta ödənişinin zərərçəkənin şəxsi hesabına ödənilməsi qərara alınmış və köçürmə həyata keçirilmişdir.
5. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 11 yanvar 2023-cü il tarixli, 10/6997 saylı ekspert rəyindən görünür ki, Bakı şəhəri Nəsimi rayonu A.Mustafayev küçəsində yerləşən 11 saylı evin 23 saylı mənzilinin sanitar qovşağı və mətbəx tikililərinin təmirli olduğu, su kanalizasiya xəttlərinin üzərində hər hansı bir qüsurun olmadığını nəzərə alaraq, Bakı şəhəri Nəsimi rayonu A.Mustafayev küçəsində yerləşən 11 saylı evin 20 saylı mənzilinə su sızmasının texniki səbəbini və baş vermiş su sızma halının 23 saylı mənzili ilə əlaqəli olmasını müəyyən etmək mümkün olmamışdır (qərardadın 1 və 2-ci sualları üzrə).
İş üzrə qəbul edilmiş məhkəmə aktı
Birinci instansiya məhkəməsində icraat
6. İddiaçı "xxxx" ASC Cavabdeh qarşı «ödənilmiş sığorta məbləğinin subroqasiya qaydasında tutulması» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, subroqasiya qaydasında 904 manat 58 qəpik sığorta ödənişinin, 30 manat dövlət rüsumunun və 40 qəpik xidmət haqqının Cavabdeh iddiaçı "xxxx" ASC-nin xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
7. İddiaçı tələbini belə əsaslandırmışdır ki, xx.xx.2019-cu il tarixində ünvan 1 ünvanda yerləşən X1 məxsus mənzil "xxxx" ASC tərəfindən “Daşınmaz əmlakın icbari sığortası” növü üzrə sığortalanmışdır.xx.xx.2019-cu il tarixində ünvan 2 ünvanında yerləşən Cavabdeh məxsus mənzildən su axması nəticəsində həmin ünvanda yerləşən 20 saylı mənzilə zərər dəymişdir. Baş vermiş hadisə ilə əlaqədar 33 saylı mənzil kommunal istismarı sahəsinin məsul şəxsləri tərəfindən xx.xx.2019-cu il tarixində akt tərtib olunmuşdur. Akta əsasən ünvan 4 ünvanında yerləşən Cavabdeh məxsus mənzildən su axması nəticəsində həmin ünvanda yerləşən 20 saylı mənzilə zərər dəymişdir. “Az Valuation” tərəfindən tərtib olunmuş qüsur aktına əsasən X1 məxsus ünvan 3 ünvanın təmiri üçün dəymiş ziyanın ümumi miqdarı 1154,58 manat müəyyən edilmişdir. "xxxx" ASC-nin xx.xx.2020-ci il tarixli sığorta aktına əsasən dəymiş ziyana görə əmlakın dəymiş ziyan üzrə müqavilə əsasında 250 manat azadolma çıxılmaqla 904,58 manat məbləğində sığorta ödənişinin zərərçəkənin şəxsi hesabına ödənilməsi qərara alınmış və köçürmə həyata keçirilmişdir. Beləliklə, iddiaçı hesab edir ki, "xxxx" ASC tərəfindən zərərçəkənə ödənilmiş ümumilikdə 904,58 manat məbləğində vəsait subroqasiya qaydasında Cavabdeh tutulmalıdır.
8. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-27/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsi ilə iddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı “ödənilmiş sığorta məbləğinin subroqasiya qaydasında tutulması” tələbinə dair iddia tələbinin rədd edilməsi qət edilmişdir.
9. Məhkəmənin mövqeyi ondan ibarət olmuşdur ki, iddiaçı məhkəməyə 25 dekabr 2019-cu il tarixdə tərtib olunmuş və 33 saylı MKİS-in möhürü ilə təsdiq edilmiş aktı, əmlakın qiymətləndirilməsinə dair 27 dekabr 2019- cu il tarixli rəyi, daşınmaz əmlakın icbari sığortası haqqında BB seriyalı 023786 saylı şəhadətnaməni, 13 yanvar 2020-ci il tarixli sığorta aktını və cavabdehə ünvanlanmış məktubları təqdim etmişdir. Lakin iddiaçı iddia tələbinin əsası kimi istinad etdiyi hallara (sığortalı mənzilə suyun məhz 23 saylı mənzildən axıdılmasına) dair mötəbər sübutları məhkəməyə təqdim etməmişdir. İddiaçı tərəfindən iddia tələbinin əsası kimi istinad etdiyi hallara dair sübutlar məhkəməyə təqdim edilməmişdir. Əksinə, iş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 11 yanvar 2023-cü il tarixli 10/6997 saylı ekspert rəyindən görünür ki, Bakı şəhəri Nəsimi rayonu A.Mustafayev küçəsində yerləşən 11 saylı evin 23 saylı mənzilinin sanitar qovşağı və mətbəx tikililərinin təmirli olduğu, su kanalizasiya xəttlərinin üzərində hər hansı bir qüsurun olmadığını nəzərə alaraq, Bakı şəhəri Nəsimi rayonu A.Mustafayev küçəsində yerləşən 11 saylı evin 20 saylı mənzilinə su sızmasının texniki səbəbini və baş vermiş su sızma halının 23 saylı mənzili ilə əlaqəli olmasını müəyyən etmək mümkün olmamışdır (qərardadın 1 və 2-ci sualları üzrə). Su sızmasının səbəbinin və baş vermiş su sızma halının Bakı şəhəri Nəsimi rayonu A.Mustafayev küçəsində yerləşən 11 saylı evin 23 saylı mənzili ilə əlaqəli olmasını müəyyən etmək mümkün olmadığından, qərardadda qoyulmuş 3-cü sual üzrə tədqiqat aparılmamışdır.
10. Məhkəmə öz mövqeyini «Sığorta fəaliyyəti haqqında» Azərbaycan Respublikası Qanununun 10.10, 95.3-cü maddələri, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun «N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 31 yanvar 2006-cı il tarixli qərarına, «Qavazov Bolqarıstana qarşı» iş üzrə 06 mart 2008-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin qərarına, Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 9.1, 9.3, 14.2, 77.1, 88, 217.1, 217.3, 217.4, 218.1, 218.3, 216-220, 227, 233, 360-cı maddələrinə istinadla əsaslandırmışdır.
Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları
a) Apellyasiya şikayətinin dəlilləri
11. Qətnamədən iddiaçı "xxxx" ASC apellyasiya şikayəti verərək Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin e-2(006)-27/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsinin ləğv edilməsini, iş üzrə yeni qətnamə çıxarılmasını, iddianın təmin olunmasını xahiş etmişdir.
12. Apellyasiya şikayətində göstərilmişdir ki, iş üzrə çıxarılmış e-2(006)-27/2023 saylı qətnamə ilə iddia rədd edilmişdir. İddiaçı hesab edir ki, sözügedən qətnamə əsassızdır və ləğv olunaraq iddia təmin olunmalıdır. Belə ki, iş materiallarına əlavə edilən sənədlərdən aydın görünür ki, su sızması məhz cavabdehə məxsus mənzildən olmuşdur. Bu xüsusi ilə Mənzil Kommunal İstismar sahəsi tərəfindən verilmiş aktda, həmçinin proses zamanı cavabdehin izahatları ilə öz təsdiqini tapmışdır. Məhkəmə isə verilən izahatları və tərtib olunmuş aktı nəzərə almadan ekspertizanın rəyini dolayı təhlil etməklə rəyə əsaslanaraq iddianı rədd etmişdir. Ekspert tərəfindən verilmiş rəylərə nəzər yetirərkən oradan aydın görünür ki, rəydə su sızması baş vermiş mənzilin təmirli olması məhz sığortalı mənzilə su sızmasının baş verib-verməməsini müəyyən etmək olmamışdır. Bu o demək deyil ki, iddiaçı tərəfindən mötəbər sübut məhkəməyə təqdim edilməmişdir. Xüsusi vurğulayır ki, mənzillərlə bağlı hər hansı bir hadisə baş verdikdə vətəndaşlar müvafiq qurum kimi Mənzil Komunal İstismar sahəsinə müraciət edərək faktın mövcudluğunu təsdiqləyən müvafiq sənəd əldə edirlər. Bununla da sığorta şirkətinə təqdim edilmiş məhz bu akt nəticəsində sığorta hadisəsi tanınmış və sığorta ödənişi həyata keçirilmişdir. Məhkəmə yekun məhkəmə aktı çıxararkən sözügedən aktın əsassızlığını sübut edən hər hansı normaya istinad etməmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 11 yanvar 2023-cü il tarixli 10/6997 saylı ekspert rəyindən görünür ki, Bakı şəhəri Nəsimi rayonu A.Mustafayev küçəsində yerləşən 11 saylı evin 23 saylı mənzilinin sanitar qovşağı və mətbəx tikililərinin təmirli olduğu, su kanalizasiya xəttlərinin üzərində hər hansı bir qüsurun olmadığını nəzərə alaraq, Bakı şəhəri Nəsimi rayonu A.Mustafayev küçəsində yerləşən 11 saylı evin 20 saylı mənzilinə su sızmasının texniki səbəbini və baş vermiş su sızma halının 23 saylı mənzili ilə əlaqəli olmasını müəyyən etmək mümkün olmamışdır. Burada ekspert xx.xx.2019-cu il tarixində baş vermiş hadisənin izlərinin ekspertizanın keçirildiyi günə münasibətdə mümkün olmadığını dolayısıyla qeyd etmişdir. Çünki, hadisədən sonra korlanmış, sıradan çıxmış xətlərin yenisi ilə əvəz olunub-olunmaması sualı qoyulmamışdır. Rəydə yalnız sanitar qovşağı və mətbəx tikililərinin təmirli olduğu, su kanalizasiya xəttlərinin üzərində hər hansı bir qüsurun olmadığı nəzərə alınaraq bu halda sızmanın həmin günə olmadığı, ötən gündə isə hansı vəziyyətdə olması müəyyən edilmədiyinə görə su sızmasının cavabdehin mənzilindən olub-olmamasını müəyyən etmək olmamışdır. Halbuki, sığorta hadisəsi zamanı, 25 dekabr 2019-cu il tarixdə tərtib olunmuş və 33 saylı MKİS-in möhürü ilə təsdiq edilmiş akt məhz su sızmasını təsdiq etməklə yanaşı, cavabdehə dəfələrlə bu barədə xəbərdarlıq edilməsiniə qeyd olunmuşdur.
Apelyasiya şikayətinə qarşı etirazın dəlilləri
13. Apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır.
Proses iştirakçılarının izahatı
14. İddiaçı "xxxx" ASC-nin nümayəndəsi Nümayəndə apellyasiya şikayətinin dəlillərini müdafiə edərək izahatında əlavə olaraq bildirir ki, Məhkəmə Ekspertizası Mərkəzinin 11 yanvar 2023-cü il tarixli ekspert rəyində qeyd edilmişdir ki, su sızmasının səbəbini 23 nömrəli mənzili ilə əlaqəli olmasını müəyyən etmək mümkün olmamışdır. Onlar birinci instansiya məhkəməsinə sübutlar təqdim ediblər. Rəydə qeyd edilmişdir ki, su sızmasının cavabdehin mənzilindən olub olmamasını müəyyən etmək olmamışdır. Amma, hadisə zamanı 33 saylı MKİS-in möhürü ilə təsdiq edilmiş aktı su sızmasını təsdiq edir. Həmçinin, cavabdehə dəfələrlə xəbərdarlıq edilmişdir. Tərəf əgər qapını açmırsa buna sığorta şirkəti olaraq onlar heç nə edə bilməzlər. Onlar sadəcə mənzilə baxış keçirib qiymətləndirirlər.
15. Cavabdeh apellyasiya şikayətinin dəlillərinə etiraz edərək izahatında əlavə olaraq bildirir ki, onun mənzilindən su axmayıb. Evə heç bir ziyan dəyməmişdir. Ona heç kim də yaxınlaşmayıb. Məhkəmədən bildiriş gəldi, o da gecə gedib həmin mənzilin şəkillərini çəkib. Su sızma bəlkə də, şaxtadakı problemdən ola bilər. Amma su sızma onun mənzilindən olmayıb.
Tətbiq edilən hüquq normaları:
16. Azərbaycan Respublikası Mülki Məcəlləsi
Maddə 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Maddə 1096.2. Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Maddə 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər.
17. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi
Maddə 14.2 Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1 Hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
Apellyasiya baxışının hədləri
18. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
19. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.
20. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçının apellyasiya şikayəti qətnamənin ləğvinə yönəldiyi üçün məhkəmə kollegiyası qətnaməsinin əsaslılığını tam yoxlayır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
21. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası aşağıdakılara əsasən hesab edir ki, apellyasiya şikayəti əsassız olduğundan təmin edilməməli, qətnamə dəyişdirilmədən saxlanılmalıdır.
22. Belə ki, hazırkı iddiasında "xxxx" ASC tərəfindən “Daşınmaz əmlakın icbari sığortası” növü üzrə sığortalanmış Bakı şəhəri, Nəsimi rayonu, A.Mustafeyev küçəsi ev 11, 20 nömrəli mənzilə Cavabdeh məxsus mənzildən su axması nəticəsində dəymiş ziyanın əvəzi olaraq ödənilmiş sığorta ödənişinin subroqasiya qaydasında cavabdehdən tutulması xahiş olunur.
23. Birinci instansiya məhkəməsi tərəfindən iddia tələbi təmin edilməmiş, ona istinad edilmişdir ki, "xxxx" ASC tərəfindən Cavabdeh məxsus mənzildən su axması nəticəsində iddiaçının sığortaladığı əmlaka ziyan dəyməsi barədə sübutlar məhkəməyə təqdim edilməmişdir.
24. İddiaçı qətnamədən apellyasiya şikayəti verərək qeyd etmişdir ki, 33 saylı Mənzil Kommunal İstismar Sahəsi tərəfindən tərtib edilmiş 25 noyabr 2019-cu il tarixli aktda qeyd edilmişdir ki, X1 məxsus ünvan 5 ünvanda yerləşən mənzilə baxış keçirilməsi zamanı binanın ünvan 6 ünvanında yerləşən Cavabdeh məxsus 23 saylı mənzilindən 20 saylı mənzilə su axıdılması müəyyən edilmişdir.
25. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq qeyd edir ki, sığorta hadisəsi baş verdikdən sonra "xxxx" ASC tərəfindən ünvan 5 ünvanda yerləşən mənzilə baxış keçirilərək sığorta aktı və əmlakın qiymətləndirilməsinə dair P 19007 nömrəli rəy tərtib edilməsinə baxmayaraq cavabdehə məxsus Cavabdeh məxsus Bakı şəhəri, Nəsimi rayonu, A.Mustafeyev küçəsi ev 11, mənzil 23 baxış keçirilməmiş və su axmasının məhz həmin mənzildən olması faktı müəyyən edilməmişdir.
26. Digər tərəfdən iddiaçı iddia tələbinin əsası kimi 33 saylı Mənzil Kommunal İstismar Sahəsi tərəfindən tərtib edilmiş 25 noyabr 2019-cu il tarixli akta istinad etsə də, həmin aktdan görünür ki, MKİS-in əməkdaşları tərəfindən cavabdehə məxsus mənzilə baxış keçirilməsi müəyyən edilməmişdir. Belə ki, aktdan görünür ki, iddiaçı tərəfindən sığortalanmış əmlaka baxış keçirilmiş və mənzilə su axıdılması müəyyən edilmişdir.
27. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, su axıdılması hadisəsi baş verdikdən sonra X1 məxsus mənzilə baxış keçirilərək, su axıdılması müəyyən edilsə də, cavabdehə məxsus mənzilə baxış keçirilməmiş, suyun məhz həmin mənzildən axıdılması halı öz təsdiqini tapmamışdır.
28. Apellyasiya şikayətinin digər dəlili odur ki, tərəf izahatında onun mənzilindən suyun axıdılmasını etiraf etmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya şikayətinin bu dəlili də əsassızdır. Bel ki, xx.xx.2020-ci il tarixli izahatında Cavabdeh ödəmədn imtina etdiyini, qanunsuz cəzalandııldığını qeyd etmişdir.
29. Digər tərəfdən işə birinci instansiya məhkəməsində baxılması zamanı iş üzrə keçirilmiş ekspertizanın nəticəsi olaraq verilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 11 yanvar 2023-cü il tarixli 10/6997 saylı ekspert rəyindən görünür ki, Bakı şəhəri Nəsimi rayonu A.Mustafayev küçəsində yerləşən 11 saylı evin 23 saylı mənzilinin sanitar qovşağı və mətbəx tikililərinin təmirli olduğu, su kanalizasiya xəttlərinin üzərində hər hansı bir qüsurun olmadığını nəzərə alaraq, Bakı şəhəri Nəsimi rayonu A.Mustafayev küçəsində yerləşən 11 saylı evin 20 saylı mənzilinə su sızmasının texniki səbəbini və baş vermiş su sızma halının 23 saylı mənzili ilə əlaqəli olmasını müəyyən etmək mümkün olmamışdır (qərardadın 1 və 2-ci sualları üzrə). Su sızmasının səbəbinin və baş vermiş su sızma halının Bakı şəhəri Nəsimi rayonu A.Mustafayev küçəsində yerləşən 11 saylı evin 23 saylı mənzili ilə əlaqəli olmasını müəyyən etmək mümkün olmadığından, qərardadda qoyulmuş 3-cü sual üzrə tədqiqat aparılmamışdır.
30. Qeyd olunmalıdır ki, sübutetmə dedikdə, iddianın əsaslandığı hüququn və ya buna qarşı etirazın söykəndiyi halların (hadisələrin) olub-olmadığı haqqında məhkəmənin qənaətə gəlməsi üçün həyata keçirilən prosessual fəaliyyət başa düşülür. Bu baxımdan sübutetmənin predmetini tərəflərin mübahisələndirdikləri hal(lar) təşkil edir. O mübahisəli hallar ki, qanunverici onların mövcud olub-olmamasına hüquqi bir nəticə bağlayır. Başqa sözlə, hansısa halın baş verib- verməməsi şəxsin hüququnun yaranması, itirilməsi və sair kimi hüquqi nəticə yaradır. Məhz bu cür halların sübuta yetirilməsi üçün tərəflərin məhkəməyə dəlil təqdim etmələri zəruridir. Bu baxımdan tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğu və ya olmadığı barədə məhkəmənin əldə etdiyi məlumatlar sübutlar hesab olunur (Mülki Prosessual Məcəllənin 76.1-ci maddəsi).
31. Sübutetmə üzrə vəzifələrin müəyyən edilməsi həm də iş üçün əhəmiyyət kəsb edən halların mötəbər aşkarlanmasının mümkünsüzlüyü halında hüquqi münasibətlərdə yaranan qeyri-müəyyənliyin aradan qaldırılması məqsədini daşıyır. Bununla belə, sübutların çatışmazlığı ilə bağlı işin halları barədə etibarlı qənaətlər mümkün olmadıqda, məhkəmə sübutların kifayətedici olmamasına və işin faktiki hallarının müəyyən edilməməsinə istinadən qərarın çıxarılmasından yayına bilməz. Bu mənada, bir tərəfdən qeyri-müəyyənliyin aradan qaldırılmasına, digərtərəfdən müvafiq faktların mövcud olubolmamasında məhkəmə mülahizəsinin məhdudlaşdırılmasına xidmət edən mexanizm qismində sübutetmə yükünün bölüşdürülməsi institutu çıxış edir.
32. Qanunvericiliyin mənasına görə, sübutların qiymətləndirilməsi təfəkkür prosesi olub, iş üzrə toplanmış sübutetmə materialının həm qanunun tələbinə uyğunluğunun, həm də tamlığının, işə aidliyinin, mümkünlüyünün, obyektivliyinin, mötəbərliyinin müəyyən edilməsini və onların əsasında nəticəyə gəlinməsini ehtiva edir. Sübutların düzgün qiymətləndirilməsi baxılan işin mahiyyəti üzrə həll edilərək, qanuni və əsaslı qətnamənin çıxarılması üçün mühüm əhəmiyyət kəsb edir. Sübut o halda mötəbər hesab olunur ki, yoxlama nəticəsində onun məzmununu təşkil edən məlumatlar işin həqiqi halına uyğun olur.
33. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin bu mövqeyi ilə razılaşıraq qeyd edir ki, Mülki Prosesual Məcəllənin 101.7-ci maddəsində qeyd edilir ki, ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir.
34. Kollegiyanın qənaətinə görə, birinci instansiya məhkəməsi mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir və apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğvi üçün əsas deyildir.
35. MPM-nin 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyinəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
36. Qeyd olunanlara əsasən kollegiya hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalı, apellyasiya şikayətinə görə ödənilmiş dövlət rüsumu apellyatora aid edilməlidir.
37. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası
Qət etdi:
İddiaçı "xxxx" ASC-nin apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin e-2(006)-27/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun məbləği apellyatora aid olunsun. Qətnamədən kassasiya şikayəti verilə bilməz.
Sədrlik edən hakim imza: Günay Axundova Hakimlər imzalar: Cəmilə Musayeva Fuad Babayev