Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-289/2024 06.11.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçılar İddiaçı1, İddiaçı2 cavabeh Cavabdeh qarşı iddia tələbi ilə əlaqədar iş üzrə (Açar sözlər: “mənzildən çıxarılma” tələbi) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər X6 (sədrlik edən və məruzəçi), Sadıqov Vahid Nəriman oğlu və Mərdanova Xumar Afət qızından ibarət tərkibdə, Məhkəmə iclas katibi Abdullayeva Çiçək Pərviz qızının katibliyi ilə, İddiaçılar İddiaçı1, İddiaçı2 cavabeh Cavabdeh qarşı "mənzildən çıxarılma" tələbinə dair mülki iş üzrə Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(005)- 1502/2023 nömrəli qətnaməsindən İddiaçı2 tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları, iş üzrə məhkəmə icraatı
1. Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın surətindən görünür ki, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin 11/24 hissəsi İddiaçı2 , 11/24 hissəsi İddiaçı1, 24/2 hissəsi isə X22 mülkiyyətindədir.
2. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-554/2012 nömrəli, xx.xx.2012ci il tarixli qətnaməyə əsasən iddiaçı Cavabdehlər X19, İddiaçı1, X2, X27, X7 və İddiaçı2 qarı “ özünün və ailə üzvlərinin Bakı şəhəri, Sabunçu rayonu, Kürdəxanı qəsəbəsi, M.Adil küçəsi döngə 2, 11 saylı evin yaşayış sahəsinə köçürülmələri barədə” iddiasının rədd edilməsi qərara alınmışdır.
3. İddiaçılar tərəfindən təqdim edilmiş xx.xx.2011-ci il tarixli X3, X15, Cavabdeh Şahiddin oğlu, X16, X28 tərəfindən imzalanmış aktın surətindən görünür ki, Məşədi Adil küçəsi, ev 11 döngə 2 yaşayan Cavabdeh ona məxsus olan 12 sot torpaq sahəsini daima ona maddi yardım göstərən İlkinə 3 sot, Elsevərə 3 sot bağışlamışdır. Onların xahişi ilə yerdə qalan 6 sotu atası Şahiddinə bağışlamışdır.
4. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Bələdiyyələrlə İş X1 ünvanlanmış 09/Ə-1251 nömrəli, xx.xx.2011-ci il tarixli müraciətə cavab məktubundan göstərilmişdir ki, sizin və ailə üzvülərinizə verilmiş 0.24 ha torpaq sahəsinin 0.12 ha hissəsi qanunvericliyin tələblərinə uyğun olaraq sənədləşdirilməmişdir. Lakin buna baxmayaraq həmin torpaq sahəsi sizin istifadənizdə olmuş və sonradan həmin sahədən 0.06 ha torpaq sahəsi sizin tərəfinizdən oğlunuz Cavabdeh verilmişdir. Oğlunuz Cavabdeh ayırdığınız 0.06 ha torpaq sahəsindən digər şəxslərə hissə-hissə torpaq sahəsinin satılmasına dair Kürdəxanı Bələdiyyəsi heç bir qərar verməmişdir.
5. Azərbaycan Respublikası DİN Yaşayış yeri üzrə qeydiyyat haqqında ******* nömrəli xx.xx.2022-ci il tarixli arayışdan görünür ki, ünvan 2 ünvanında İddiaçı2 Şahiddin qızı, İddiaçı1 Şahiddin oğlu, Cavabdeh və başqaları rəsmi qeydiyyatdadırlar. Əlistan Məmmədov, Mirzətağı Salah oğlu, X12 tərəfindən tərtib edilmiş aktın mətnində qeyd edilmişdir ki, ünvan 3 ünvanında X19 ailəsi ilə birgə yaşayır. Şahiddin Əliyev kiçik oğlu Cavabdeh 2005-ci ildən toy edərək gəlin gətirmiş, Cavabdeh ata-ana, bacı qardaşı ilə yola getmədiyindən 1 il sonra ayrılaraq, atasının 1992-ci ildə götürdüyü təzə torpaq sahəsinə 6 sot içində 1 otaq olmaqla ona vermişdir. Cavabdeh ailəsi ilə birlikdə bütütn əşyalarını götürərək ordan getmişdir. 5 ildən artıqdır ki, Cavabdeh valideynləri ilə birgə yaşamırlar.
6. ünvan 8 Notariat Ofisinin xx.xx.2023-cü il tarixli, 51 nömrəli Azərbaycan Respublikası ƏMDK yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı şəhəri Ərazi İdarəsinə ünvanlanmış məktubdan görünür ki, ünvan 5 ünvanında yerləşən fərdi yaşayış evi və 0.070320 ha torpaq sahəsinin mərhum X23 adına açıq qalmış 1/12 hissəsinə Cavabdeh vərəsə olması səbəbindən, ona çıxarış verməsi xahiş edilmişdir.
7. xx.xx.2023-cü il tarixli Qanun üzrə Vərəsəlik Hüququ haqqında Şəhadətnamənin surətindən görünür ki, xx.xx.1976-cı il tarixdə vəfat etmiş X22 vərəsəsi oğlu-X19 idi, lakin onun xx.xx.2015-ci ildə vəfat etməsi ilə əlaqədar miras onun ünvan 6 ünvanında qeydiyyatda olan oğlu – Cavabdeh adına keçmiş və o miras əmlakdan tam şəkildə pay almalı olduğu qeyd edilmişdir. ünvan 7 ünvanında yerləşən ümumi sahəsi 87.70 kv/m olan fərdi yaşayış evi və mülkiyyətdə olan 0.07032 ha torpaq sahəsinin mərhuma məxsus 2/24 hissəsindən ibarətdir.
8. Bakı şəhəri Sabunçu Rayon İcra Hakimiyyəti X18 Ərazi Dairəsi üzrə Nümayəndəliyinin xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, Cavabdeh kimi Kürdəxanı qəsəbəsi, Məşədi Adil küçəsi, ev 11, döngə 2 ünvanda qeydiyyatdadır və həmin ünvanda ailəsi ilə birlikdə yaşamışdır.
9. xx.xx.2021-ci il tarixli Qanun üzrə Vərəsəlik Hüququ haqqında Şəhadətnamənin surətindən görünür ki, xx.xx.1976-cı il tarixdə vəfat etmiş X22 vərəsəsi oğlu-X19 idi, lakin onun xx.xx.2015-ci ildə vəfat etməsi ilə əlaqədar miras onun ünvan 6 ünvanında qeydiyyatda olan vərəsələri – İddiaçı1, X4, İddiaçı2 adına keçir və onların hər biri miras əmlakdan 1/12 hissədə pay almalıdır. Qalan 1/12 hissə isə mərhumun adında açıq qalmışdır. Birinci instansiya məhkəməsində icraat
10. İddiaçılar İddiaçı1, İddiaçı2 cavabeh Cavabdeh qarşı "mənzildən çıxarılma" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiaçıya məxsus Bakı şəhəri, Sabunçu rayonu, Kürdəxanı qəsəbəsi, Məşədi Adil (Hüsü Hacıyev) küçəsi, 2-ci döngə 11 saylı evdən cavabdehin çıxarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
11. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Bakı şəhəri, Sabunçu rayonu, Kürdəxanı qəsəbəsi, Məşədi Adil (Hüsü Hacıyev) küçəsi, 2-ci döngə 11 saylı ev atası X13 məxsus olmuşdur. Cavabdeh ailə qurduqdan sonra mərhum atası 2006-cı ildə onlara üzərində bir otaqlı ev olmaqla altı sot torpaq sahəsi verərək onları ayırmışdır. Sonradan cavabdeh özü də əlavə üç otaq tikməklə 2006-cı ildən 2011-ci ilədək həmin evdə daimi olaraq yaşamışdır. 2011-ci ildə isə cavabdeh özünə məxsus olan və daimi yaşadığı evini satmışdır. Bundan sonra Cavabdehlər X19, İddiaçı1, X2, X27, X7 və İddiaçı2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək özünün və ailə üzvlərinin ünvan 6-in yaşayış sahəsinə köçürülmələri barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-554/2012 saylı, 22 fevral. 2022-ci il tarixli qətnaməsi ilə iddia tələbi rədd edilmişdir. Həmin qətnamə qanuni qüvvəsini almışdır. Ataları mərhum X19 2013-cıi ildə əməliyyat olmuşdur. O vaxtdan da iddiaçıların cavabdehlə əlaqəsi yox idi. 2015-ci ilin iyun ayında atası rəhmətə getdi. 2016-cı ildə atasının ili çıxmamış küçədən arxa qapının qıfılını kəsib içəri girib oğuluqlar etmişdi. Anaları xəbər tutanda Sabunçu rayonu 15-ci bölməyə xəbər vermiş və gəlib aparıb tənbeh edib oğurlanan əşyalar qaytarılmışdır. Daha sonra cavabdeh ailəsi ilə birlikdə iddiaçıların razılığı olmadan mübahisəli evə girmişlər. Dəfələrlə cavabdehlərə evdən çıxmağı tələb edəndə mübahisələr düşmüş və evdən çıxmamışlar.
12. Cavabdeh Şahiddin oğlu tərəfindən məhkəməyə yazılı etiraz ərizəsi verilərək onunla əsaslandırılmışdır ki, ona qarşı irəli sürülmüş iddia tələbi tamamilə əsassızdır və ona görə də təmin edilməməlidir. Əvvəla, Bakı şəhəri, Sabunçu rayonu, Kürdəxanı qəsəbəsi, M.Adil küçəsi, döngə 2 , 1 1 saylı ev atasına deyil, babası X29 məxsus olmuşdur. O, həmin evdə doğulmuş, boya başa çatmışdır. Ailə həyatı qurduqdan sonra həyat yoldaşı və birgə nikahdan doğulmuş övladları da həmin evdə bugünə kimi yaşayırlar. X18 Ərazi Dairəsi üzrə Nümayəndəliyinin 07 fevral 2023-cü il tarixli arayışında göstərilir ki, o ailə üzvləri ilə birlikdə (həyat yoldaşı və 2 uşağı) həmin evdə yaşayırlar. Bundan başqa, hal-hazırda həmin evdə onun bacısı xx.xx.1975-ci il təvəllüdlü X7 da yaşayır. Göründüyü kimi, həmin arayışda iddiaçıların həmin evdə yaşadığı qeyd edilmir. İddiaçıların mübahisəli mənzilə mülkiyyət hüquqlarını təsdiq edən çıxarışa gəldikdə isə, qeyd edilməlidir ki, tərəfindən sorğu əsasında alınmış Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2023-cü il tarixli məktubuna əsasən ünvan 1 ünvanında olan fərdi yaşayış evi və onun yerləşdiyi 0,703 ha torpaq sahəsi ünvan 8 Notariat Kontorunun 2V-72, 2V-73 reyestr nömrəli xx.xx.2021-ci il tarixli “Qanun üzrə vərəsəlik hüququ haqqında” şəhadətnaməyə və 3M-67 reyestr nömrəli xx.xx.2021-ci il tarixli “Miras payının bağışlanması” müqavilələrinə əsasən xx.xx.2021-ci il tarixdə 11/24 hissə İddiaçı2 və 11/24 hissə İddiaçı1 adlarına qeydiyyata alınması göstərilmişdir. İddiaçıların təqdim etdiyi çıxarışla tanış olduqda aydın olur ki, sözügedən mənzilə İddiaçı2 adma 11/24 hissə, İddiaçı1 adma da eyni payda hissə mülkiyyət hüququ üzrə qeydə alınmışdır. Lakin, mənzilin 2/24 hissə mərhum babası X22 adında açıq qalmışdır. Sorğu əsasında ünvan 8 Notariat Ofisi tərəfindən notariat işi ilə bağlı vərəsəlik işi təqdim edilmişdir. Həmin vərəsəlik işi ilə də müəyyən olunur ki, mərhum babası X22 vərəsəsi kimi: X11 (mərhunun oğlu), X17 (mərhunun oğlu), X9 övladları (mərhumun nəvələri) - İddiaçı1, X7, İddiaçı2 və o - Cavabdeh tanınmışlar. Bacıları və qardaşı mirasın qəbuluna dair yazdıqları ərizələrdə onun da vərəsə olduğunu qeyd etmişlər, ona görə də həmin mənzilin 2/24 hissə mərhum babası X22 adında açıq qalmışdır. Çünki həmin vaxt o orada iştirak etməmişdir. Hazırda isə ona düşən payın qəbul edilməsi üçün notariusa müraciət etmişdir. Göründüyü kimi, Bakı şəhəri, Sabunçu rayonu, Kürdəxanı qəsəbəsi, M.Adil küçəsi, döngə 2,11 saylı ev üzərində iddiaçıların və onun paylı mülkiyyət hüququ vardır. İddiaçılar tam mülkiyyət hüququ ilə onlara məxsus olmayan evdən onun çıxarılmağını tələb edə bilməzlər. İddiaçıların iddia tələbini qanunsuz və əsassız olduğundan təmin edilməməsini xahiş etmişdir.
13. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(008)- 1502/2023 nömrəli qətnaməsi ilə iddia tələbinin təmin edilməməsi qət edilmişdir.
14. Məhkəmə iddia tələbini rədd edərkən ona istinad etmişdir ki, iddiaçılar hazırki iddia tələbi ilə məhkəməyə müraciət edən zaman Bakı şəhəri, Sabunçu rayonu, Kürdəxanı qəsəbəsi, Məşədi Adil (Hüsü Hacıyev) küçəsi, 2-ci döngə 11 saylı ev iddiaçıların hər birinə münasibətdə 11/24 hissədə paylı mülkiyyətində olmuşdur, 2/24 hissə isə açıq qalmışdır. Məhkəmə iclasları zamanı cavabdeh tərəfindən təqdim edilmiş qanunu üzrə vərəsəlik haqqında şəhadətnamədən məlum olmuşdur ki, cavabdehin miras əmlakının açıq qalmış 2/24 hissəsinə onun vərəsəliyi tanınmışdır. Beləliklə məlum olur ki, Cavabdeh Şahiddin oğlununda Bakı şəhəri, Sabunçu rayonu, Kürdəxanı qəsəbəsi, Məşədi Adil (Hüsü Hacıyev) küçəsi, 2-ci döngə 11 saylı evə və torpaq sahəsinə münasibətdə paylı mülkiyyətçi kimi mülkiyyət hüququ tanınmışdır.
15. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152-ci, 157-ci maddələrinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci, 119.1-ci. 217.3-cü maddələrinə istinadla əsaslandırmışdır.
Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları b) Apellyasiya şikayətinin dəlilləri
16. Qətnamədən İddiaçı2 Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(008)-1502/2023 saylı qətnaməsindən apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi və iddia tələbinin təmin edilməsi barədə yeni qəbul edilməsini xahiş etmişdir.
17. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, cavabdeh iddia qaldırılan vaxt və ondan qabaq mübahisəli mənzilə dair hüququ olmamış,məhkəmə gedişi zamanı qanunsuz olaraq vərəsəlik şəhadətnaməsi alması onun hüququ olmasına dəlalət etmir. Belə ki, həmin şəhadətnamə mübahisəlidir. Digər tərəfdən isə cavabdehin adına qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilən zaman digər vərəsələrə məlumat verilməmiş və qanunla müəyyən olunmuş buraxılmış müddət bərpa olunmamışdır. Məhkəmə qətnaməsi qəbul olunan zaman cavabdehin mülkiyyət hüququ reyestrdə qeydə alınmamışdır. cavabdehlərin mübahisəli mənzilə iddiaçıların razılığı olmadan girib ailəsi ilə yaşamışlar. Cavabdehlərin mübahisəli mənzildə hüquqları olmaması məhkəmə qətnaməsi təsdiq olunmuşdur. Belə ki, Cavabdehlər X19, İddiaçı1, X2, X27, X7 və İddiaçı2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək özünün və ailə üzvlərinin Bakı şəhəri Sabunçu rayonu, Kürdəxanı qəsəbəs, M.Adil küçəsi, döngə 2, ev 11-in yaşayış sahəsinə köçürülmələri barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)- 554/2012 saylı 22 fevral 2022-ci il tarixli qətnaməsi ilə iddia tələbi rədd edilmişdir. Həmin qətnamə qanuni qüvvəsini almışdır. Cavabdehlərin qanunsuz hərəkətləri nəticəsində iddiaçılar öz mülkiyyətində olan əmlaka sahiblik və istifadə edə bilmir və maddi ziyan dəyir. Münasibətlər kəskin pis olduğundan birgə yaşamaq mümkün deyil. Hətta qəbul olunsa ki, cavabdeh mübahisəli evə dair 2/24 hissəsinə hüququ var, belə olan təqdirdə belə onun hissəsi cuzi edir ki (çıxarışa əsasən mübahisəli evin sahəsi 87,70 kv.m təşkil edir, onunda sahəsi hesablayanda 87,70:24x2=7,3 kv.m sahə edir) orda da bir ailənin, nəinki bir ailənin, hətta bir şəxsin yaşayışı nəzərdə tutulmur.
c) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
18. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. ç) Proses iştirakçılarının izahatı
19. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada məlumatlandırılmasına baxmayaraq, iş üzrə tərəflər məhkəmə iclasına gəlməmişlər. Kollegiya işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
d) Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsi:
20. 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur; 152.2-ci maddəsinə əsasən sahiblik hüququ—əmlaka (əşyaya) faktik sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır; 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər.
Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi
21. 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 82.3-cü maddəsinə əsasən Bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır; 384.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.
e) Apellyasiya baxışının hədləri
22. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
23. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.
24. İddiaçı2 tərəfindən qətnamə tam mübahisələndirilərək onun ləğv edilməsi və yeni qətnamənin qəbul edilməsi xahiş edildiyindən, qətnamə bütövlükdə yoxlanılır.
ə) Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
25. Məhkəmə kollegiyası tərəfləri dinləyib, аpеllyаsiyа şikаyətinin dəlillərini iş mаtеriаllаrı ilə birlikdə аrаşdırаrаq hеsаb еdir ki, birinci instansiya məhkəməsi işin faktiki halları və tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmişdir. Bu baxımdan birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsinə və ya dəyişdirilməsinə əsas yoxdur.
26. Məhkəmə kollegiyası işin hallarına və apellyasiya şikayətinin dəlillərinə istinadən qeyd etməyi zəruri hesab edir ki, Bakı şəhəri, Sabunçu rayonu, Kürdəxanı qəsəbəsi, Məşədi Adil (Hüsü Hacıyev) küçəsi, 2-ci döngə 11 saylı ev iddiaçıların hər birinə münasibətdə 11/24 hissədə paylı mülkiyyətində olmuşdur, 2/24 hissə isə açıq qalmışdır. Cavabdeh tərəfindən təqdim edilmiş qanunu üzrə vərəsəlik haqqında şəhadətnamədən məlum olmuşdur ki, cavabdehin miras əmlakının açıq qalmış 2/24 hissəsinə onun vərəsəliyi tanınmışdır. Beləliklə məlum olur ki, Cavabdeh Şahiddin oğlunun da Bakı şəhəri, Sabunçu rayonu, Kürdəxanı qəsəbəsi, Məşədi Adil (Hüsü Hacıyev) küçəsi, 2-ci döngə 11 saylı evə və torpaq sahəsinə münasibətdə paylı mülkiyyətçi kimi mülkiyyət hüququ tanınmışdır.
27. Bundan sonra iddiaçılar Cavabdeh (üçüncü şəxs ünvan 8 notariat ofisi) qarşı “vərəsəlik hüququ haqqında şəhadətnamənin ləğv edilməsi və s.” tələbi ilə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinə müraciət etsələr də, məhkəmənin 17 oktyabr 2023-cü il tarixli, 2(008)-4556/2023 nömrəli qətnaməsi ilə iddia tələbləri təmin edilməmişdir. Həmin qətnamədən verdikləri apellyasiya şikayətləri isə Bakı Apellyasiya Məhkəməsinin 20 fevral 2024-cü il tarixli, 2(103)-929/2024 nömrəli qətnaməsi ilə təmin edilməmiş və Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 17 oktyabr 2023-cü il tarixli, 2(008)-4556/2023 nömrəli qətnaməsi dəyişdirilmədən qüvvədə saxlanılmışdır. Hal-hazırda həmin qətnamə qanuni qüvvəyə minmişdir cavabdehin həmin miras əmlakının açıq qalmış 2/24 hissəsinə onun vərəsəliyinin tanınması barədə qanuni qüvvədə olan məhkəmə aktları ilə müəyyən edilmiş hallar hazırki iş üzrə preyudisial xarakter daşıyır. Belə ki, həmin iş üzrə məhkəmə qətnaməsi ilə müəyyən edilmişdir ki, vərəsələr notariusa ünvanladıqları 05 iyun 2021-ci il tarixli ərizələrdə Cavabdeh da vərəsə kimi tanımış, qeyd olunan ərizədə X5 adı qeyd edilməmiş və həmin şəxsin adı vərəsəlik işi ilə bağlı notariat işində ümumiyyətlə keçməmişdir. Həmçinin iddiaçılar həmin payın X10 aid olmasını qeyd etməkləri, onların məhkəmədə iddia qaldırmaq üçün subyektiv hüquqlarının olmasını istisna edir. İddiaçılar payın X10 aid olmasını göstərsələr də, iddia ərizəsinin “xahiş” hissəsində isə mənzilə 2/24 hissəyə onların mülkiyyət və vərəsəlik hüquqularının tanınmasını xahiş etmələri ziddiyyətli məqamlardan birini təşkil edir. Göründüyü kimi, iddiaçılar öz tələblərinin əsası kimi istinad etdikləri halların heç biri öz təsdiqini tapmır.
28. Məhkəmə kollegiyası qeyd edir ki, mülkiyyət hüququ Azərbaycan Respublikasında nəinki mülkiyyətçinin hüquqi təsbit olunmuş geniş səlahiyyətləridir (ona məxsus olan əmlaka faktiki sahib olmaq, öz tələbatlarının təmin olunması üçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək, əmlakın hüquqi müqəddəratını öz iradəsinə görə müəyyən etmək), həm də qüvvədə olan qanunvericiliyin çərçivəsində digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmadan mülkiyyətçinin dövlət tərəfindən təminat altına alınmış həmin əmlak üzərində üstünlüyünə üçüncü şəxslərin müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinə görə və maraqlarına uyğun hərəkət etmək səlahiyyətidir.
29. Mülkiyyətin müdafiəsi konstitusion prinsipdir. Mülki Məcəllənin 157-ci maddəsi mülkiyyət hüququnun 3 üsulunu təsbit etmişdir: mülkiyyət hüququnun tanınması, özgənin qanunsuz sahibliyindən əmlakın tələb edilməsi, mülkiyyətə qəsd və maneələrə son qoyulmasının tələb edilməsi. Mülkiyyətçi bu üsullardan istifadə edərək öz mülkiyyətində olan əmlakın hər cür pozuntulardan müdafiə edilməsini təmin edir. Mülkiyyətçinin öz əmlakının başqasından geri tələb etmək hüququ onun iradəsindən asılı olmayaraq mülkiyyətindən qanunsuz yolla çıxmış əmlakını geri almaq və onun üzərində pozulmuş mülkiyyət hüququnu bərpa etmək imkanı verir.
30. Beləliklə məhkəmə kollegiyası qeyd edir ki, cavabdeh mülkiyyətçi kimi mübahisəli əmlaka dair mülkiyyət hüququ dövlət reyestrində rəsmi olaraq dövlət qeydiyyatına alınmış və o, ona mənsub olan bu əmlaka öz istədiyi kimi sahib olmaqda, ondan istifadə etməkdə və ona dair sərəncam verməkdə sərbəstdir və buna dair ona heç kimdən razılığın alınması tələb edilmir. Həmin mənzildə hazırda cavabdeh ailəsi ilə birgə yaşayır, mənzil onların istifadə və sahibliyindədir. Mənzilin mülkiyyətinə dair sənədlərin mötəbərliliyi isə yuxarıda qeyd edilən məhkəmə aktları ilə öz təsdiqini tapmışdır. Bu baxımdan apellyasiya şikayətinin dəlilləri əsassız olmaqla formal mülahizələrdən ibarət olduğundan təmin edilə bilməz.
31. Beləliklə, məhkəmə kollegiyası göstərilənləri nəzərə alaraq, belə qənaətə gəlir ki, birinci instansiya məhkəməsi iddianı rədd etməkdə haqlı olmuşdur. Bu səbəbdən apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu cavabdehə aid edilməlidir.
32. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 382-ci, 384-cü, 392-ci, 393-cü, 403-cü, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
Qət etdi: İddiaçı2 tərəfindən verilən apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(005)- 1502/2023 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu apellyatorun özünə aid edilməlidir. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına elektron qaydada kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir.