Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-2892/2021 11.03.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Tofiq Səməd oğlu Səmədovun sədrliyi və məruzəsi ilə, İkram Sabir oğlu Şirinov və Anar Vəzir oğlu Tanrıverdiyevdən ibarət tərkibdə, İsmayılova Günel Rza qızının katibliyi, Birinci iş üzrə İddiaçı1, Birinci iş üzrə cavabdeh İddiaçı2 nümayəndəsi-vəkili Vəkil iştirakı ilə İddiaçı1 cavabdehlər Cavabdeh, İddiaçı2 və X2 qarşı mənzildən çıxarılma tələbi, İddiaçı2 Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə İddiaçı1, Cavabdeh və “xxxx” MTK-nə qarşı müqavilənin etibarsız hesab edilməsi tələbinə dair mülki iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli qətnaməsindən İddiaçı2 apellyasiya şikayəti əxxxxən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Bakı şəhər Yasamal Rayon Məhkəməsinin 2(004)-3627/20 saylı xx.xx.2020-ci il tarixli qətnaməsi ilə birinci iş üzrə İddiaçı1 cavabdehlər Cavabdeh, İddiaçı2 və X2 qarşı “mənzildən çıxarılma” tələbinə dair mülki iş üzrə iddia tələbi qismən təmin edilərək, Bakı şəhəri, Yasamal rayonu, Şərqi Bünyadzadə küçəsi, ev 12, 257 saylı mənzildən İddiaçı1 istifadəsinə cavabdehlər Cavabdeh və İddiaçı2 yaratdıqları maneənin aradan qaldırılması, cavabdehlər Cavabdeh və İddiaçı2 mənzildən çıxarılmaları və mənzili boşaldılaraq İddiaçı1 təhvil verilməsi qət edilmişdir. İddia tələbi cavabdeh X1 Yasamal rayonu, Şərqi Bünyadzadə küçəsi, ev 12, 257 saylı mənzildən çıxarılması hissəsində rədd edilmişdir. İkinci iş üzrə İddiaçı2 Daşımaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsini maraqlı şəxs qismində cəlb etməklə cavabdehlər İddiaçı1, Cavabdeh və “xxxx” mənzil tikinti koperativinə qarşı Bakı şəhəri, Yasamal rayonu, Ş.Bünyadzadə küçəsi, ev 12, 257 saylı mənzilə dair cavabdehlər İddiaçı1 ilə “xxxx” mənzil tikinti koperativi arasında bağlanmış xx.xx.2019-cu il tarixli, 177 saylı “Kooperativ mənzil tikinti haqqında” müqavilə və həmin müqavilə əxxxxında Daşınamz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən cavabdeh İddiaçı1 adına verilmiş xx.xx.2020-ci il tarixli, ********** qeydiyyat nömrəli çıxarışın etibarsız hesab edilərək ləğv edilməsi tələbinə dair iddiası təmin edilməmişdir. İş materiallarından görünür ki, İddiaçı1 cavabdehlər Cavabdeh qarşı “mənzildən çıxarılma” tələbi ilə müraciət edərək, ünvan 3, 257 saylı mənzildən istifadəsinə cavabdeh tərəfindən yaradılan maneələrin aradan qaldırılması və həmin mənzilin boşaldılaraq ona təhvil verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Sonradan İddiaçı1 xx.xx.2020-ci il tarixdə dəqiqləşmə ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 3, 257 saylı mənzildən istifadə etməsinə cavabdehlər Cavabdeh Keykavuz qızı, İddiaçı2 və X1 yaratdığı maneənin aradan qaldırılması və onlar çıxarılmaqla mənzilin boşaldılaraq ona təhvil verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İkinci iş üzrə İddiaçı2 müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsini cəlb etməklə cavabdehlər İddiaçı1, Cavabdeh və “xxxx” MTK-ya qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Yasamal rayonu, Ş. Bünyadzadə küçəsi, ev 12, mənzil 257-ə dair cavabdehlər İddiaçı1 ilə "xxxx" MTK arasında bağlanmış xx.xx.2019-cu il tarixli, 177 saylı "Kooperativ mənzil tikinti “haqqında" müqavilə və həmin müqavilə əxxxxında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən cavabdeh İddiaçı1 adına verilmiş xx.xx.2020-ci il tarixli, ********** qeydiyyat nömrəli çıxarışın etibarsız hesab edilərək ləğv edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Yasamal rayon Məhkəməsinin 2(004)-4103/2020 saylı, xx.xx.2020-ci il tarixli qərardadı ilə İddiaçı2 cavabdehlər İddiaçı1, Cavabdeh, “xxxx” Mənzil Tikinti Kooperativinə qarşı mübahisə predimeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində Azərbaycan Respublikası Əmlak Məsələləri üzrə Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi idarəsi cəlb olunmaqla “kooperativ mənzil tikinti haqqında müqavilənin və mənzilə dair dövlət reystrindən çıxarışın etibarsız hesab edilərək ləğv edilməsi” tələbinə dair 2(004)-4103/2020 saylı mülki iş, Yasamal Rayon Məhkəməsinin icraatında olan İddiaçı1 Cavabdeh qarşı “mənzildən çıxarma” tələbinə dair 2(004)-3627/2020 saylı mülki işlə bir icraatda birləşdirilmişdir. İşə baxan birinci instansiya məhkəməsi tərəfindən mübahisə yuxarıda göstərilən qaydada həll edilmişdir. İkinci iş üzrə iddiaçı Əmirov X6 rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli qətnaməsindən apellyasiya şikayəti verərək, birinci iş üzrə İddiaçı1 cavabdehlər Cavabdeh, İddiaçı2 və X5ma qarşı “mənzildən çıxarılma” tələbinə dair mülki iş üzrə iddia tələbinin rədd edilməsi, ikinci iş üzrə İddiaçı2 Daşımaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsini maraqlı şəxs qismində cəlb etməklə cavabdehlər İddiaçı1, Cavabdeh və “xxxx” mənzil tikinti koperativinə qarşı Bakı şəhəri, Yasamal rayonu, Ş.Bünyadzadə küçəsi, ev 12, 257 saylı mənzilə dair cavabdehlər İddiaçı1 ilə “xxxx” mənzil tikinti koperativi arasında bağlanmış xx.xx.2019-cu il tarixli, 177 saylı “Kooperativ mənzil tikinti haqqında” müqavilə və həmin müqavilə əxxxxında Daşınamz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən cavabdeh İddiaçı1 adma verilmiş xx.xx.2020-ci il tarixli, ********** qeydiyyat nömrəli çıxarışın etibarsız hesab edilərək ləğv edilməsi tələbinə dair iddianın təmin edilməsi barəsində qətnamə qəbul ediləsini kollegiyadan xahiş etmişdir. Apellyasiya şikayətində birinci instansiya məhkəməsi tərəfindən işdə olan sübutlara obyektiv qiymət verilməməsini, işə birtərəfli baxılmasını, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların araşdırılmaması və digər əxxxxları göstərməklə, apellyasiya şikayətinin təmin olunması xahiş edilmişdir. İşin baxılma vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumatlandırılmasına baxmayaraq birinci iş üzrə cavabdehlər Cavabdeh və X4, ikinci iş üzrə Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə və “xxxx” MTK-nin səlahiyətli nümayəndələri kollegiyanın iclasına gəlməmişlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əxxxxən Kollegiya işə gəlməyən tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əxxxxlılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əxxxxən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. İşə apellyasiya qaydasında baxan Kollegiya apellyasiya şikayətinin dəlillərini müzakirə edib, şikaəti müdafiə edərək təmin olunmasını xahiş edən İddiaçı2 səlahiyyətli nümayəndəsini, şikayətlə razılaşmayaraq rədd olunmasını xahiş edən Birinci iş üzrə İddiaçı1 dinləyib, işdə olan sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əxxxxən apellyasiya şikayəti təmin olunmamalı, Yasamal Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. İşə əlavə edilmiş “xxxx” MTK ilə Cavabdeh arasında bağlanmış kooperativ mənziltikinti haqqında xx.xx.2005-ci il tarixli, 177 №-li müqaviləyə əxxxxən payçı ünvan 1 ünvanında olan yaşayış binasının 257 saylı mənzili qəbul etməyi və mənzilin müəyyən edilmiş dəyərini ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarında olan Bakı şəhər İcra Hakimiyyətinin xx.xx.2007-ci il tarixli, 021731 saylı orderdən müəyyən olunur ki, ünvan 3, 257, giriş 8, mərtəbə 3 ünvanında yerləşən 1 otaqlı mənzildə dörd nəfər ailə tərkibində Cavabdeh, X10, Hüseynov K.A. və X1 yaşamaq hüququ vardır. İş materialllarında olan Cavabdeh xx.xx.2019-cu il tarixli Yasamal rayon İcra və Probasiya Şöbəsinin rəisi vəzifəsini icra edən Rəşad Abbasova ünvanlanmış ərizəsinə əxxxxən o, mülkiyyətində olan Bakı şəhəri, Yasamal rayonu, Bünyadzadə küçəsi ev 12, 257 ünvanında yerləşən 1 otaqlı mənzili İddiaçı1 anası X1 ömrünün axrına qədər həmin ünvanda yaşamasına heç bir iddiası olmaması şərti ilə 14000 manat müqabilində vermiş və bundan sonra yaranan kommunal xərclər barəsində heç bir öhdəlik daşımayacağını bildirmişdir. İş materiallarında olan İddiaçı1 xx.xx.2019-cu il tarixli Yasamal rayon İcra və Probasiya Şöbəsinin rəisi vəzifəsini icra edən Rəşad Abbasova ünvanlanmış ərizəsində qeyd olunur ki, İddiaçı1 Cavabdeh məxsus ünvan 3, 257 saylı mənzilin onun adına rəsmiləşdirildikdən sonra həmin evdə yaşayan X1 həmin evdən çıxarılması ilə bağlı heç bir tələbi olmayacaq və ömrünün axrına kimi həmin ünvanda yaşamasına yaşadığı müddətdə bütün kommunal xərcləri onlar tərəfindən ödənilməsi şərtilə etiraz etmir. İş materiallarında olan Cavabdeh tərəfindən “xxxx” MTK-ya ünvanlamış xx.xx.2019cu il tarixli notarial qaydada təsdiq olunmuş ərizəyə əxxxxən Cavabdeh adına olan ünvan 3 ünvanında inşa edilən yaşayış binasının 8-ci girişində 3-cü mərtəbəsində yerləşən ü/s 51 m2 olan 1 otaqlı 257 nömrəli mənzilin müqaviləsinin və bütün sənədlərinin İddiaçı1 adına rəsmiləşdirilməsinə etiraz etmir, gəlcəkdə bununla bağlı “xxxx” MTK-ya heç bir tələbi olayacaq. İş materiallarında olan “xxxx” MTK ilə İddiaçı1 arasında bağlanmış xx.xx.2019-cu il tarixli, 177 saylı kooperativ mənzil tikinti haqqında müqaviləyə əxxxxən Kooperativə ayrılmış ünvan 1 ünvanında payçıların hesabına inşa ediləcək yaşayış binasının 257 saylı mənzil İddiaçı1 təhvil verməyi, payçı isə mənzilin müəyyən edilmiş dəyərini ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarında olan Yasamal rayon İcra və Probasiya Şöbəsinin rəisi vəzifəsini icra edən Rəşad Abbasov xx.xx.2020-ci il tarixli, xx/xx-48111/18 saylı məktubunda qeyd etmişdir ki, icraat zamanı Cavabdeh əri İddiaçı2 ilə birlikdə şöbəyə gedərək mənzilin İddiaçı1 mülkiyyətinə keçməsinə etiraz etməməsi barədə notarial qaydada təsdiq olunmuş ərizəsini təqdim etmişdir. Bundan sonra borclu Cavabdeh əri İddiaçı2 ilə birlikdə şöbəyə gələrək qeyd olunan mənzilin mülkiyyətinə keçməsinə etiraz etməməsi barədə notarial qaydada təsdiq edilmiş ərizəni ona təqdim etmiş və onun tərəfindən qardaşı Məmməadğa Əmirova 14000 manat ödənilmişdir. Sözügedən icra sənədinin icrası ilə bağlı borclu Cavabdeh əri İddiaçı2 dəfələrlə onun və icra məmuru Sahib Allahverdiyevin qəbulunda olmuşdur. Birinci instansiya məhkəməsində şahid qismində ifadə vermiş icra məmuru X3 ifadəsində bildirir ki, icra sənədi əvvəldən onda deyildi. İşin axırında ona veriblər. İş ona veriləndə tərəflər artıq razılığa gəlmişdilər. Razılığa əxxxxən Rafiq qarşı tərəfə 14 min manat ödəməli idi, digər tərəf də evi Rafiqin adına keçirtməli idi. Sonra razılıq olmuşdur ki, ev Rafiqin adına olsa da, anası ömrünün axırına kimi o evdə yaşasın. Cavabdehin yoldaşı Məmmədağa da onunla şöbəyə gəlirdi. Məmmədağanın bütün proseslərdən xəbəri olub. Evin pulunu oların rəisinə vermişdilər. Rəis də qarşı tərəfə vermişdi. Cavabdeh öz razılığı ilə evi təklif etmişdi. Burada məcburiyyətdən söz gedə bilməzdi. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışa əxxxxən Bakı şəhəri, Yasamal rayonu, Bünyadzadə küçəsi ev 12, 257 saylı mənzil İddiaçı1 adına tam mülkiyyət hüququ üzrə xx.xx.2020-ci il tarixdə qeydiyyatdan keçmişdir. Birinci iş üzrə birinci instansiya məhkəməsi və kollegiya tərəfindən müəyyən olunmuş hallarından görünür ki, Cavabdeh İddiaçı1 olan 51 min manat borcu ödəmək məqsədilə mülkiyyətində olan Bakı şəhəri, Yasamal rayonu, Bünyadzadə küçəsi ev 12, 257 ünvanında yerləşən 1 otaqlı mənzili İddiaçı1 anası X1 ömrünün axrına qədər həmin ünvanda yaşamasına heç bir iddiası olmaması şərti ilə 14000 manat müqabilində verilməsinə dair notariat qaydada təsdiq edilmiş ərizə vermiş və nəticədə mənzilə dair “xxxx” MTK ilə İddiaçı1 arasında bağlanmış xx.xx.2019-cu il tarixli, 177 saylı kooperativ mənzil tikinti haqqında müqavilə bağlanmış və mənzil İddiaçı1 adına tam mülkiyyət hüququ üzrə xx.xx.2020-ci il tarixdə qeydiyyatdan keçmişdir. İddiaçı1 cavabdehlər Cavabdeh Kəkavuz qızı, İddiaçı2 və X1 onun mülkiyyətində olan Bakı şəhəri, Yasamal rayonu, Bünyadzadə küçəsi ev 12, 257 ünvanında yerləşən 1 otaqlı mənzildən çıxarılmalarını tələb etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, iddia tələbi cavabdehlər Cavabdeh Kəkavuz qızı və İddiaçı2 münasibətdə haqlı olaraq təmin edilmişdir. Belə ki, iddiaçı mənzilin mülkiyyətçisidir və cavabdehlər Cavabdeh Kəkavuz qızı və İddiaçı2 həmin mənzilə heç bir hüququ yoxdur. İkinci iş üzrə birinci instansiya məhkəməsi və kollegiya tərəfindən müəyyən olunmuş hallarından görünür ki, İddiaçı2 cavabdehlər İddiaçı1 ilə "xxxx" MTK arasında bağlanmış xx.xx.2019- cu il tarixli, 177 saylı "Kooperativ mənzil tikinti “haqqında" müqavilə və həmin müqavilə əxxxxında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən cavabdeh İddiaçı1 adına verilmiş xx.xx.2020-ci il tarixli, ********** qeydiyyat nömrəli çıxarışın etibarsız hesab edilməsini tələb edir. İddia tələbini onunla əxxxxlandırır ki, onun birgə nikah dövründə əldə edilmiş mənzilin başqa şəxsin adına rəsmiləşdirilməsindən xəbəri olmamış, onun buna razılığı olmamışdır. İş materiallarında olan Yasamal rayon İcra və Probasiya Şöbəsinin rəisi vəzifəsini icra edən Rəşad Abbasov tərəfindən ünvanlanmış xx.xx.2020-ci il tarixli, 17/72- 48111/18 saylı məktubla və şahid ifadəsi ilə sübut olunur ki, sözügedən mənzilin İddiaçı1 adına rəsmiləşdirilməsi prosesindən İddiaçı2 məlumatlı olmuş və buna öz razılığını ifadə etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, işə baxan birinci instansiya məhkəməsi İddiaçı2 əmlakın onun qardaşının adına rəsmiləşdirilməsindən xəbəri olduğu, habelə onun buna razılığı olduğu halda əqdin etibarsızlığını məhz onun buna razılığının alınmaması əxxxxı ilə tələb irəli sürməsini haqlı olaraq onun hüquqdan sui-istifadə etməsi kimi qiymətləndirmişdir. Eyni zamanda kollegiya qeyd edir ki, mübahisəli mənzilə dair müqavilə “xxxx” MTK ilə Cavabdeh arasında bağlandığından, Cavabdeh və həmin mənzilə dir verilmiş orderdə adları olan şəxslərin həmin mənzilin İddiaçı1 adına rəsmiləşdirilməsinə dair yazılı razılığı alınmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.5-ci maddəsinə əxxxxən, mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Həmin Məcəllənin 158.4-cü maddəsinə əxxxxən mülkiyyətçi olmayan şəxsin əmlak hüquqları istənilən şəxs, o cümlədən mülkiyyətçi tərəfindən pozulmaqdan müdafiə edilir. Həmin Məcəllənin 255.8-ci maddəsinə əxxxxən daşınmaz əşya müəyyən şəxsin xeyrinə servitutla yüklü edilə bilər. Bu cür yüklülük şəxsi servitut adlanaraq ondan ibarət olur ki, mülkiyyətçidən başqa, həmin şəxs binadan və ya onun bir hissəsindən özü və ya ailəsi üçün mənzil kimi istifadə edə bilir. Şəxsi servitut başqa şəxslərə verilmir. Həmin Məcəllənin 5.3-cü maddəsinə əxxxxən mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Həmin Məcəllənin 560.3.4-cü maddəsinə əxxxxən digər tərəfin güvəndiyi və güvənmiş olduğu əvvəlki rəftara zidd hüququn həyata keçirilməsi hüquqdan xüsusən suiistifadə hesab olunur. Yuxarıda qeyd edilənlərə əxxxxən məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətinin dəlilləri birinci instansiya məhkəməsinin hazırkı iş üzrə qətnaməsinin ləğv edilməsinə heç bir hüquqi əxxxx vermir. Qeyd olunanlara əxxxxən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.1, 393, 405-ci maddələrini rəhbər tutaraq, kollegiya qət etdi: İkinci iş üzrə İddiaçı2 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Yasamal rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi vaxtdan 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə şikayət verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-2892/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-2892/2021
11.03.2021 · Mənzil mübahisələri - Mənzildən çıxarılma - Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver