Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-2894/2025 22.04.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X1 (sədrlik edən və məruzəçi), Babayev Fuad Fikrət oğlundan və X2 ibarət tərkibdə, Ərizəçi Azərbaycan Respublikasın Vergilər Nazirliyinin (hazırki İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti) Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin maraqlı şəxs Kaxidze Qelaya qarşı “ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması” tələbinə dair mülki iş üzrə çıxarılmış Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)- 3206/2019 saylı, xx.xx.2019-cu il tarixli qətnaməsindən maraqlı şəxs Qela Kaxidze tərəfindən verilmiş apellyasiya şikayəti üzrə apellyasiyanın mümkünlüyünü yoxlayaraq, məhkəmə kollegiyası MÜƏYYƏN ETDİ: Ərizəçi Azərbaycan Respublikasın Vergilər Nazirliyinin (hazırki İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti) Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi maraqlı şəxs Kaxidze Qelaya qarşı ərizə ilə Bakı şəhəri Səbail Rayon Məhkəməsinə müraciət edərək, dövlət büdcəsinə vergi ödəyicisi olan "xxxx" MMC-nin 2.159,97 manat məbləğində vergi borcunun ödənilməsini təmin etmək üçün hüquqi şəxsin icra orqanının rəhbəri olan Kaxidze Qela barəsində ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-3206/2019 saylı, xx.xx.2019-cu il tarixli qətnaməsi ilə ərizə təmin edilmiş, Kaxidze Qela barəsində (şəxsiyyəti təsdiq edən sənədin FİN nömrəsi-FE079, şəxsiyyət vəsiqəsinin seriya və nömrəsi DYİ 3514) ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılmışdır. Bundan sonra maraqlı şəxs Qela Kaxidze Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-3206/2019 saylı, xx.xx.2019-cu il tarixli qətnaməsindən apellyasiya şikayəti və apellyasiya şikayətinin verilməsi üçün buraxılmış müddətin bərpası barədə ərizə ilə Bakı şəhəri Səbail Rayon Məhkəməsinə müraciət edərək, apellyasiya şikayətinin verilməsi üçün buraxılmış prosessual müddətin bərpa edilməsini və apellyasiya şikayətinə baxılması üçün işin Bakı Apellyasiya Məhkəməsinə göndərilməsini xahiş etmişdir. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-3206/2019 saylı, xx.xx.2025-ci il tarixli qərardadı ilə Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-3206/2019 saylı, xx.xx.2019-cu il tarixli qətnaməsindən apellyasiya şikayətinin verilməsi üçün buraxılmış prosessual müddətin bərpa edilməsinə dair maraqlı şəxs Qela Kaxidzenin ərizəsi təmin edilmiş və apellyasiya şikayəti baxılması üçün mülki işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Həmin qərardaddan ərizəçi Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi şikayət verərək, qərardadın ləğv edilməsini və apellyasiya şikayətinin verilməsi üçün buraxılmış müddətin bərpası barədə ərizənin təmin edilməməsini xahiş etmişdir. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-3206/2019 saylı, xx.xx.2025-ci il tarixli qərardadı ilə şikayət geri qaytarılmış, bundan sonra maraqlı şəxs tərəfindən verilmiş apellyasiya şikayəti baxılması üçün işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyası maraqlı şəxs tərəfindən verilmiş apellyasiya şikayətini nəzərdən keçirib, hesab edir ki, apellyasiya şikayəti Mülki-Prossesual Məcəllə ilə müəyyən edilmiş tələblərə riayət edilmədən Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Belə ki, ərizəçi Vergilər Nazirliyi yanında Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin şikayətinin geri qaytarılmasına dair Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)- 3206/2019 saylı, xx.xx.2025-ci il tarixli qərardadı tərəflərin, o cümlədən ərizəçinin “Elektron” məhkəmə informasiya sistemində yaradılmış elektron kabinetinə xx.xx.2025-ci il tarixdə yerləşdirilmiş və qanunvericiliyin tələbləri baxımından bu tərəfin qeyd edilən qərardaddan şikayət verilməsi üçün müəyyən edilmiş 10 günlük prosessual müddətinin axımı xx.xx.2025-cü il tarixdə başlamış və xx.xx.2025-ci il tarixdə bitməli idi. Lakin birinci instansiya məhkəməsi qanunvericiliyin müddətlərlə bağlı tələbinə riayət etmədən xx.xx.2025-ci il tarixdə mülki işi Bakı Apellyasiya Məhkəməsinə göndərmişdir. Bundan sonra, yəni xx.xx.2024-cü il tarixdə ərizəçi yenidən Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-3206/2019 saylı, xx.xx.2025-ci il tarixli qərardadından Bakı şəhəri Səbail Rayon Məhkəməsinə şikayət vermişdir. Qeyd edilənlər öz növbəsində həmin şikayətə baxılması üçün işin birinci instansiya məhkəməsinə göndərilməsini şərtləndirir. Bu səbəbdən hazırki mərhələdə maraqlı şəxs Qela Kaxidzenin apellyasiya şikayəti üzrə apellyasiyanın mümkünlüyü üçün hər hansı əsas yoxdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 135.5-ci maddəsinə əsasən bu Məcəllənin 135.2-ci, 135.3-cü, 135.6-cı və 135.8ci maddələrində nəzərdə tutulmuş hallarda məhkəmə sənədi rəsmi qaydada verilmiş hesab edilir; 135.6-cı maddəsinə əsasən “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə işdə iştirak edən şəxslər “Elektron məhkəmə” informasiya sistemində qeydiyyatdan keçmişlərsə, məhkəmə sənədləri bu şəxslərin həmin sistemdə yaradılmış “elektron kabinet”lərində yerləşdirilir və onlara bu barədə məlumat həmin sistem vasitəsilə elektron qaydada (elektron poçt, SMS və s. vasitəsilə) çatdırılır; 268.1-ci maddəsinə əsasən şikayət qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində verilir; 366.1-ci maddəyə əsasən apellyasiya instansiyası məhkəməsi iş məhkəməyə daxil olduqdan sonra 15 gün müddətində apellyasiyanın mümkünlüyünü yoxlayır. Buraya işə apellyasiya qaydasında baxılmaq üçün prosessual əsasların olması daxildir; 366.2-ci maddəsinə əsasən əgər apellyasiyanın mümkünlüyü üçün əsaslar yoxdursa o, qəbul olunmamış hesab edilə bilər; 396.1-ci maddəsinə əsasən şikayət birinci instansiya məhkəməsinin qərardadı rəsmi qaydada verildikdən sonra 10 gün müddətində birinci instansiya məhkəməsinə verilə bilər. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, yuxarıda göstərilən səbəblərdən maraqlı şəxs Qela Kaxidzenin apellyasiya şikayəti üzrə apellyasiya qeyri-mümkün hesab edilməli və Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-3206/2019 saylı, xx.xx.2025-ci il tarixli qərardadından ərizəçi Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən verilmiş şikayətə baxılması üçün mülki iş Bakı şəhəri Səbail Rayon Məhkəməsinə göndərilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263-264-cü, 363-cü, 366-cı, 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-3206/2019 saylı, xx.xx.2019-cu il tarixli qətnaməsindən maraqlı şəxs Qela Kaxidze tərəfindən verilmiş apellyasiya şikayəti üzrə apellyasiya qeyri-mümkün hesab edilsin. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-3206/2019 saylı, xx.xx.2025-ci il tarixli qərardadından ərizəçi Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən verilmiş şikayətə baxılması üçün mülki iş Bakı şəhəri Səbail Rayon Məhkəməsinə göndərilsin. Qərardaddan işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-2894/2025
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-2894/2025
22.04.2025 · Vergi ödəyicisi və ya sığortaedən olan fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında işlər üzrə icraat
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver