Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-2898/2020 16.06.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasının hakimləri - Eyvazov Rafael Əmir oğlu (sədrlik edən və məruzəçi), x9 və x2 ibarət tərkibdə, Türkmənli Lamiyə Elman qızının katibliyi, Maraqlı şəxs iştirakı ilə, Ərizəçi Vergilər Nazirliyinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin ««xxxxxxx» MMC-nin rəhbəri Maraqlı şəxs ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması»» barədə ərizəsinə dair mülki iş üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 19 dekabr 2019-cu il tarixli, 2(011)-9548/2019 saylı qətnaməsindən ərizəçi tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi Vergilər Nazirliyinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi ərizə ilə birinci instansiya məhkəməsinə müraciət edərək, məhkəmədən «xxxxxxx» MMC tərəfindən dövlət büdcəsinə olan vergi borcunun ödənilməsini təmin etmək üçün onun icra orqanının rəhbəri Maraqlı şəxs barəsində ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizə onunla əsaslandırmışdır ki, vergi ödəyicisi olan hüquqi şəxs «xxxxxxx» MMC (VÖEN:**********) vergi öhdəliklərini Azərbaycan Respublikası Vergi Məcəlləsi ilə müəyyən olunmuş müddətdə yerinə yetirmədiyi üçün onun dövlət büdcəsinə 25 sentyabr 2019-cu il tarixə 52696,95 manat 84 qəpik məbləğində (o cümlədən, vergilər üzrə 38541 manat, faizlər üzrə 14115,95 manat, maliyyə sanksiyası üzrə 40 manat, məhkəmə qərarı ilə təmin edilmiş hissə üzrə 0 manat) vergi borcu vardır. Yaranmış borc məbləğinin 5 gün ərzində dövlət büdcəsinə ödənilməsi məqsədi ilə vergi ödəyicisinə Vergi Məcəlləsinin 65-ci maddəsinə əsasən 04 iyun 2018-ci il tarixli, **********019400 nömrəli bildiriş göndərilmiş, lakin vergi ödəyicisi yaranmış borc məbləğini ödəməmişdir. Bu səbəbdən də, vergi ödəyicisi olan «xxxxxxx» MMC-nin icra orqanının rəhbəri Maraqlı şəxs ölkədən getmək hüququnun məhdudlaşdırılması vacibdir. Qeyd edilənlərə əsasən, məhkəmədən ərizənin təmin olunması xahiş edilmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 19 dekabr 2019-cu il tarixli, 2(011)- 9548/2019 saylı qətnaməsi ilə (hakim Şəhriyar Əliyev) ərizə təmin olunmamışdır. Ərizəçi birinci instansiya məhkəmənin qeyd edilən qətnaməsindən apellyasiya şikayəti verərək, qətnamənin ləğv olunmasını, ərizənin təmin olunmasını xahiş etmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ: Maraqlı şəxs apellyasiya şikayətini – ərizədə göstərilən dəlillərə uyğun qaydada əsaslandırmış, əlavə olaraq birinci instansiya məhkəməsinin qətnaməsinin əsassız olmasını, maddi və prosessual hüquq normalarının pozulmasını və s. göstərmiş, məhkəmə kollegiyasından apellyasiya şikayətinin təmin olunmasını xahiş etmişdir. İZAHATLAR, PROSESSUAL MƏSƏLƏLƏR: Məhkəmə iclasında iştirak edən maraqlı şəxs apellyasiya şikayətinin dəlillərini qəbul etməyərək, birinci instansiya məhkəməsində verdiyi izahata oxşar izahat vermiş, həmçinin göstərmişdir ki, onun rəhbəri olduğu hüquqi şəxsin vergi borcu mövcud deyildir. Belə ki, onun 2014-cü ildən təsis etdiyi «xxxxxxx» MMC-ninfəaliyyəti 31.05.2016-cı il tarixdən 16.05.2021-ci il tarixədək dayandırılmış və bu barədə vergi orqanına bildiriş təqdim etmişdir. Lakin ona kameral yoxlama nəticəsində 26770,35 manat cari vergi məbləği hesablanmışdır. O, həmin məbləğin düzgün hesablanmaması ilə əlaqədar şikayətlər vermiş, Vergilər Nazirliyi yanında BakıVergilər Departamentinin 02.08.2016-cı il tarixli **********829900 saylı qərarı iləşikayəti təmin olunmuş, kameral vergi yoxlamasının qərarı ləğv edilmiş və onun borcunun olmaması təsdiq edilmişdir. Bundan sonra, Vergilər Nazirliyinin Bakışəhəri Lokal Gəlirlər Baş İdarəsinin arayış əsasında Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 15.08.2016-cı il tarixli qətnaməsi ilə onun ölkədən getmək hüququna qoyulan müvəqqəti məhdudlaşdırılmanın götürülməsi qət edilmişdir. Lakin, 2019-cu ilin yanvar ayında x1 yenidən xəbərdarlıq göndərilərək vergi borcunun olması bildirilmişdir. Halbuki, 2018-ci ilin sentyabr ayında ona bildirilmişdir ki, onun heç bir borcu yoxdur. Hesab edir ki, x6 bu əsassız tələbi onun 1-ci qrup Qarabağ əlili, şəhid ailəsi və Prezident təqaüdçüsü kimi hüquq və azadlıqlarına xələl gətirir, barəsində qəbul edilmiş və bir-birinə zidd olan müxtəlif vergi orqanlarının qərarları ona fiziki və mənəvi əzab verməsinə səbəb olur. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyasından apellyasiya şikayətinin təmin olunmamasını, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. İşə baxılması ilə bağlı məhkəmə iclasının yeri və vaxtı barədə ərizəçiyə rəsmi qaydada məlumat verilmiş, lakin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Bu səbəbdən də, məhkəmə kollegiyası, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 376.2-ci maddəsinə əsasən işə ərizəçinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. HÜQUQİ MƏSƏLƏLƏR: MPM-in 372.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Məhkəmə kollegiyası məruzəçi hakimin məruzəsini və izahatı dinləyib, iş üzrə toplanmış sübutları tam, hərtərəfli vəobyektiv araşdırıb, apellyasiya şikayətinin dəlillərinə və iş üzrə müəyyən edilmiş faktiki hallara tətbiq edilməli qanun normalarına uyğun qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin olunmamalı, qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, işdə olan şəxsi hesab vərəqəsindən görünür ki, «xxxxxxx» MMC-nin (VÖEN: **********) 02.12.2019-cu il tarixə cəmi 52.696,93 manat vergi borcu barədə qeyd aparılmışdır. İşdə olan 04.06.2018-ci il tarixli **********1 saylı bildirişdən görünür ki, həmin vergi ödəyicisi «xxxxxxx» MMC-dən dövlət büdcəsinə olan ümumilikdə 50,846.76 manat, o cümlədən vergilər üzrə 38,673.77 manat, maliyyə sanksiyaları üzrə 40 manat, faizlər üzrə 12,132.99 manat vergi borcunu 5 gün ərzində ödəməli olduğu Vergilər Nazirliyi yanında Bakı şəhəri x10 tərəfindən tələb olunmuşdur. İşdə olan Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 01.08.2016-cı il tarixli qətnaməsi ilə vergi ödəyicisi «xxxxxxx» MMC-nin icra orqanının rəhbəri Maraqlı şəxs ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması qət edilmişdir. İşdə olan Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 15.08.2016-cı il tarixli qərardadı ilə «xxxxxxx» MMC-nin icra orqanının rəhbəri Maraqlı şəxs ölkədən getmək hüququna qoyulan müvəqqəti məhdudlaşdırılmanın götürülməsi qət edilmişdir. Həmçinin həmin qətnamədən Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 15.08.2016cı il tarixli qətnaməsi ilə «xxxxxxx» MMC-nin 04.08.2016-cı il tarixə dövlət büdcəsinə borcunun olmaması, onun vergi borcunu tam olaraq ödəməsi müəyyən olunmuşdur. İşdə olan Vergilər Nazirliyi yanında Bakı şəhəri x13 Departamentinin «xxxxxxx» MMC-yə ünvanlanan uçota dair arayışdan görünür ki, «xxxxxxx» MMC-nin sahibkarlıq və ya digər vergi tutulan əməliyyatları 31.05.2016-cı il tarixdən 16.05.2021-ci il tarixədək dayandırılmışdır. İşdə olan Vergilər Nazirliyi yanında Bakı şəhəri x6 Səyyar vergi yoxlamasının keçirilməsi haqqında Qərarın ləğv edilməsi barədə 20.02.2017-ci il tarixli **********081960 saylı Qərarı ilə «xxxxxxx» MMC üzrə səyyar vergi yoxlamasının keçirilməsi haqqında qəbul edilmiş 31.08.2016-cı il tarixli **********038232 saylı qərarın ləğv edilməsi qərara alınmışdır. İşdə olan Vergilər Nazirliyi yanında Bakı Vergilər Departamentinin İnzibati şikayətin təmin edilməsi haqqında 02.08.2016-cı il tarixli **********829900 saylı qərarından görünür ki, «xxxxxxx» MMC-nin 2016-cı ilin 1-ci rübü üçün mənfəət vergisi üzrə əlavə hesablanmış 26770,36 manat cari vergi məbləğinin ləğv edilməsi barədə inzibati şikayətlərinin tam təmin edilməsi, «xxxxxxx» MMC-yə kameral vergi yoxlaması ilə 2016-cı ilin 1-ci rübü üçün mənfəət vergisi üzrə əlavə hesablanmış 26770,36 manat cari vergi məbləğinin azaldılması qərara alınmışdır. İşdə olan 084003 saylı vəsiqədən görünür ki, Maraqlı şəxs İ dərəcəli Qarabağ əlilidir. Birinci instansiya məhkəməsi ərizənin təmin olunmaması nəticəsinə gələrkən göstərmişdir ki, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 01.08.2016-cı il tarixli qətnaməsi ilə vergi ödəyicisi «xxxxxxx» MMC-nin icra orqanının rəhbəri Maraqlı şəxs ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 15.08.2016-cı il tarixli qərardadı ilə isə «xxxxxxx» MMC-nin icra orqanının rəhbəri Maraqlı şəxs ölkədən getmək hüququna qoyulan müvəqqəti məhdudlaşdırılmanın götürülməsi qət edilmişdir. «xxxxxxx» MMC-nin sahibkarlıq və ya digər vergi tutulan əməliyyatları 31.05.2016-cı il tarixdən 16.05.2021-ci il tarixədək dayandırılmışdır. Bununla belə, «xxxxxxx» MMC-nin rəhbəri Maraqlı şəxs ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasına əsas verən yeni hallar məhkəmə tərəfindən müəyyən edilmədi. Belə olan halda məhkəmə hesab edir ki, ərizə əsaslı deyildir, həmçinin ona əlavə edilmiş sübutlar, maraqlı şəxsin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə qənaətə gəlmək üçün də kifayət deyildir. Məhkəmə kollegiyası mübahisə ilə bağlı birinsi instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq, qeyd etməyi zəruri hesab edir ki, şəxsin sərbəst hərəkət etmək hüququ konstitusion hüquq olmaqla, Azərbaycan Respublikasının qoşulduğu «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Konvensiya (bundan sonra, Konvensiya) ilə də qorunan azadlıqdır. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 28-ci maddəsinin İİİ hissəsinə əsasən qanuni surətdə Azərbaycan Respublikasının ərazisində olan hər kəs sərbəst hərəkət edə bilər, özünə yaşayış yeri seçə bilər və Azərbaycan Respublikasının ərazisindən kənara gedə bilər. Konvensiyanın 4 saylı Protokolunun 2-ci maddəsinə əsasən;
1. Qanuni əsaslarla hər hansı dövlətin ərazisində olan hər kəsin həmin ərazidə sərbəst hərəkət etmək və özünə yaşayış yeri seçmək hüququ vardır.
2. Hər kəs öz ölkəsi də daxil olmaqla hər hansı ölkəni tərk etməkdə azaddır.
3. Bu hüquqların həyata keçirilməsinə mili təhlükəsizlik və ictimai asayiş maraqları naminə, ictimai qaydanı qorumaq, cinayətlərin qarşısını almaq, sağlamlığın və mənəviyyatın qorunması və ya digər şəxslərin hüquq və azadlıqlarının müdafiəsi üçün qanunla nəzərdə tutulmuş və demokratik cəmiyyətdə zəruri olanlardan başqa heç br məhdudiyyətlər qoyula bilməz.
4. Birinci bənddə təsbit edilmiş hüquqlar müəyyən ərazilərdə qanuna müvafiq olaraq tətbiq ediləndə və demokratik cəmiyyətdə ictimai maraqlara əsaslandırılmış məhdudiyyətlərə məruz qala bilər. «Battista İtaliyaya qarşı» işdə (2 dekabr 2014-cü il) Avropa Məhkəməsi bildirmişdir ki, Konvensiyanın 4 saylı Protokolun 2-ci maddəsinin 2-ci bəndi hər kəsin qəbul edilə biləcəyi istədiyi hər hansı başqa bir ölkəyə getmək üçün hər hansı ölkəni tərk etmək hüququnu təmin edir. Bu hüquqa məhdudiyyət isə ilk növbədə «qanunla nəzərdə tutulmuş» olmalı, 4 saylı Protokolun 2-ci maddəsinin 3-cü bəndində təsbit olunmuş bir və ya bir neçə legitim məqsədə uyğun gəlməli və ən əsası həmin məqsəd və ya məqsədlərə nail olunmasında bu məhdudiyyətin «demokratik cəmiyyətdə zəruri» olmalıdır. Qeyd edilməlidir ki, Konvensiya konteksində «zəruri» sözu «faydalı», «ağlabatan» və ya «rahat» sözləri qədər geniş məna daşımır, o, sözügedən müdaxilənin həyata keçirilməsi üçün «təxirəsalınmaz sosial tələbatın» mövcudluğunu nəzərdə tutur. Zəruri anlayışı belə bir tələbi doğurur ki, məhdudiyyət qanuni məqsədə mütənasib olmalıdır (x5rşı). MPM-nin 305.1.12-ci maddəsinə görə məhkəmə vergi ödəyicisi olan fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında işlərə baxır. İşdə olan sübutlarla müəyyən edilir ki, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 01.08.2016-cı il tarixli qətnaməsi ilə vergi ödəyicisi «xxxxxxx» MMC-nin icra orqanının rəhbəri Maraqlı şəxs ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması qət edilsə də, sonradan hüquqi şəxsin vergi borcunun olmaması vergi orqanı tərəfindən müəyyən edildiyindən, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 15.08.2016-cı il tarixli qərarı ilə Maraqlı şəxs ölkədən getmək hüququna qoyulan müvəqqəti məhdudlaşdırılmanın götürülməsi qət edilmişdir. Eyni zamanda, hüquqi şəxsin sahibkarlıq və ya digər vergi tutulan əməliyyatları 31.05.2016-cı il tarixdən 16.05.2021-ci il tarixədək dayandırılmışdır. Həmçinin, Vergilər Nazirliyi yanında Bakı şəhəri x6 Səyyar vergi yoxlamasının keçirilməsi haqqında Qərarın ləğv edilməsi barədə 20.02.2017-ci il tarixli **********081960 saylı Qərarı ilə «xxxxxxx» MMC üzrə səyyar vergi yoxlamasının keçirilməsi haqqında qəbul edilmiş 31.08.2016-cı il tarixli **********038232 saylı qərarın ləğv edilməsi qərara alınmışdır. Göründüyü kimi, işdə olan sənədlərdən hüquqi şəxsin əvvəlki dövrlər üzrə borcunun olmaması müəyyən edilmiş, fəaliyyəti isə 31.05.2016-cı il tarixdən 16.05.2021-ci il tarixədək dayandırılmışdır. Ərizəçi (vergi orqanı) isə hüquqi şəxsin hazırki vaxtda vergi borcunun mövcudluğunu təsdiq edən sənədləri ərizəsinə əlavə etməmişdir. Eyni zamanda, hüquqi şəxsin vergi borcunun mövcudluğunu təsdiq edən sənədlərin təqdim olunması və ya barəsində cinayət təqibi həyata keçirilirsə bununla bağlı məlumatların təqdim edilməsi barədə Bakı Apellyasiya Məhkəməsinin 10 mart 2020-ci il tarixli sorğusuna da ərizəçi (vergi orqanı) tərəfindən cavab verməmiş, zəruri sənədlər təqdim edilməmiş, nümayəndəsinin məhkəmə baxışında iştirakı təmin olunmamışdır. Halbuki, MPM-in 77.1-ci maddəsinin tələbinə görə, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Avropa Məhkəməsi «x3rşı» iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gəlir. Azərbaycan Respublikası Konstitusiyasının 73-cü maddəsinə əsasən heç kəs qanunla nəzərdə tutulmuş əsaslar olmadan və qanunda göstərilmiş həcmdən əlavə vergiləri və başqa dövlət ödənişləri ödəməyə məcbur edilə bilməz. Qeyd edilməldir ki, hüquqi şəxsin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə tədbirin həyata keçirilməsində yeganə əsas məqsəd məhz hüquqi şəxsin vergi öhdəliyinin (borcunun) dövlət büdcəsinə ödənilməsini təmin etməkdən ibarətdir. Bu səbəbdən də, qeyd edilən məqsədə nail olmaq üçün konstitusion hüquq kimi tanınan və qorunan «şəxsin sərbəst hərəkət etmək azadlığı»nın məhdudlaşdırılması barədə tədbir - qanunla nəzərdə tutulmalı, qanuni məqsədə xidmət etməklə, mütənasib (demokratik cəmiyyətdə zəruri olmalı) olmalıdır. «Qanunla nəzərdə tutulmuş» ifadəsi isə təkcə tədbirin daxili hüquqda əsaslanmış olduğunu tələb etmir, həmçinin həmin qanunun keyfiyyətini nəzərdən keçirir. Bu qanun şəxs üçün aydın və öz nəticələri nöqteyi-nəzərdən öngörülə bilən olmalıdır. (Rotaru Rumıniyaya qarşı [GC], no 28341/95, § 52, CEDH 2000-V). Beləliklə, işin faktiki halları və qanunvericiliyin qeyd edilən müddəalarına əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi ərizəni rədd etməklə düzgün nəticəyə gəlmişdir. Apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğvinə əsas ola bilməz. Bu səbəbdən də, apellyasiya şikayəti təmin olunmamalı, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanmalıdır. Şərh edilənlərə əsasən və MPM-in 372, 382, 384.0.1, 393 və 405.0.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
QƏT ETDİ:
Ərizəçi Vergilər Nazirliyinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin ««xxxxxxx» MMC-nin rəhbəri Maraqlı şəxs ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması»» barədə ərizəsinə dair mülki iş üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 19 dekabr 2019-cu il tarixli, 2(011)-9548/2019 saylı qətnaməsindən ərizəçi tərəfindən verilmiş apellyasiya şikayəti təmin olunmasın. İş üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 19 dekabr 2019-cu il tarixli, 2(011)- 9548/2019 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 02 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına kassasiya şikayəti verilə bilər.
Sədrlik edən: imza var. Hakimlər: imzalar var.
Əsli ilə düzdür: Sədrlik edən Rafael Eyvazov