Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-2900/2022 15.03.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Sadıqov Vahid Nəriman oğlu (məruzəçi), Mərdanova Xumar Afət qızı və Həsənov Elnur Məmmədsaat oğlundan ibarət tərkibdə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı “mənzildən çıxarılmaqla mənzilin boşaldılması tələbinə dair” mülki iş üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 10 fevral 2022-ci il tarixli 2(011)-57/2022 saylı qərardadından Cavabdeh1 tərəfindən verilmiş şikayətə Bakı Apelyasiya Məhkəməsinin binasında yazılı icraat qaydasında baxaraq, M ü ə y y ə n e t d i: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı iddia ərizəsi, daha sonra Azərbaycan Respublikasının MPM-nin 53-cü maddəsinə əsasən ərizə ilə məhkəməyə müraciət edərək, onun mülkiyyətində olan ünvan 1 ünvanından cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 ailə üzvləri ilə birlikdə çıxarılmaqla, həmin mənzilin boşaldılması, eyni zamanda Azərbaycan Respublikası Vəkillər Kollegiyasının 19 saylı Vəkil Bürosuna hüquqi yardım üçün ödənilmiş 800 manatın və ödənilmiş 30 manat dövlət rüsumunun cavabdehdən alınaraq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. 29 yanvar 2022-ci il tarixdə Cavabdeh1 etibarnamə üzrə nümayəndəsi və vəkili Məmmədov X2 Aygün Elman qızına qarşı “vicdanlı sahibin əmlaka çəkdiyi zəruri xərclərin və yaxşılaşdırmaların əvəzinin ödənilməsi” barədə qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin mülkiyyətində olan ünvan 1 ünvanına tərəfindən mənzilin təmirinə çəkilmiş xərcin əvəzinin ödənilməsi məqsədi ilə xərclənmiş 15.000 manat pulun cavabdeh X1 alınaraq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 10 fevral 2022-ci il tarixli 2(011)-57/2022 saylı qərardadı ilə qarşılıqlı iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmışdır. Həmin qərardaddan Cavabdeh1 şikayət verərək qərardadın ləğv edilməsini xahiş etmiş, məhkəmənin 24.02.2022-ci il tarixli qərardadı ilə şikayət təmin edilməmiş və baxılması üçün Bakı Apelyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyası iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 155.1-ci maddəsinə görə cavabdeh ilk iddia ilə birlikdə baxılmaq üçün iddiaçıya qarşılıqlı iddia verməyə haqlıdır. Qarşılıqlı iddia bu Məcəllənin 154.1-ci maddəsində nəzərdə tutulmuş müddət ərzində verilməlidir. Həmin Məcəllənin 154.1-ci maddəsinə əsasən, işdə iştirak edən şəxs iddia ərizəsinin surətini aldıqdan sonra 20 gün ərzində iddiaya etirazını, qoyulmuş suallara cavablarını və ərizəyə əlavə olunmuş sənədlərə münasibətini, həmçinin iddiaya etirazın və ona əlavə olunmuş sənədlərin surətlərini iddiaçıya və məhkəməyə təqdim edir. Həmin Məcəllənin 155.2-ci maddəsinə əsasən, bu Məcəllənin 154.1-ci maddəsində nəzərdə tutulmuş müddətin keçməsindən sonra və ya məhkəmə baxışı zamanı qarşılıqlı iddia o halda verilə bilər ki, onun verilməsi üçün əsaslar həmin dövrdə əmələ gəlmiş olsun və ya cavabdeh qarşılıqlı iddianın həmin müddətdə təqdim edilməsinin ondan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. Bu Məcəllənin 154.1-ci maddəsində nəzərdə tutulmuş müddətin keçməsindən sonra bu Məcəllənin 156.1.3-cü maddəsində nəzərdə tutulmuş əsaslarla qarşılıqlı iddianın verilməsinə yol verilmir. Həmin Məcəllənin 156-cı maddəsinə əsasən qarşılıqlı tələb ilk tələbin qarşılıqlı ödənilməsinə yönəlmişsə, qarşılıqlı iddianın təmin edilməsi ilk iddianın tam və ya qismən təmin edilməsini aradan qaldırırsa, qarşılıqlı və ilk iddia arasında qarşılıqlı əlaqə vardırsa və onlara birlikdə baxılması mübahisələrə daha tez və düzgün baxmaqla nəticələnərsə hakim qarşılıqlı iddianı qəbul edir. Birinci instansiya məhkəməsi belə qənaətə gəlmişdir ki, hazırkı iş üzrə Cavabdeh1 etibarnamə üzrə nümayəndəsi və vəkili Vəkil2 qarşılıqlı iddia ərizəsini məhkəməyə gec təqdim etməklə qanunvericilikdə nəzərdə tutulmuş müddəti ötürmüşdür. Belə ki, mülki işə mahiyyəti üzrə baxılmağa başlanılmış, məhkəmə iclasında tərəflərin izahatları alınmışdır. Qarşılıqlı iddia ərizəsi isə işə mahiyyəti üzrə baxılmağa başlanıldıqdan sonra məhkəməyə təqdim olunmuşdur. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq, Kollegiya qeyd edir, iddia ərizəsi icraata qəbul edilmiş, müvafiq prosessual hərəkətlər edilmiş, cavabdeh isə mülki iş baxılmağa başlanıldıqdan xeyli sonra qarşılıqlı iddia ərizəsi ilə müraciət etmişdir, qarşılıqlı iddianın verilməsi üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlməmişdir, həmçinin qarşılıqlı iddia ilk iddianı aradan qaldırmır. Kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi qarşılıqlı iddia ərizəsini geri qaytarmaqda haqlı olmuşdur. Mülki Prosessual Məcəllənin 398.0.1-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397-398, 400 və 401-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Q ə r a r a a l d ı: Cavabdeh1 şikayəti təmin edilməsin. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 10 fevral 2022-ci il tarixli 2(011)-57/2022 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan şikayət verilə bilməz.
Məhkəmə qərarları › İş №2(103)-2900/2022
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-2900/2022
15.03.2022 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver