Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-2901/2020 04.03.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Azad Nizam oğlu İmanovun sədrliyi ilə, Abiddin Qabil oğlu Hüseynov və Vahid Nəriman oğlu Sadıqovdan ibarət tərkibdə, Kürdoğlu Vidadi oğlu İsmayılzadənin katibliyi, İddiaçı, Cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 Emin qızının, Cavabdeh11, Cavabdeh13 və Cavabdeh5 iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsinin binasında Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-3645/2019 saylı xx xxxx 2019-cu il tarixli qətnaməsindən Cavabdeh3 Emin qızı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 Emin qızı, Cavabdeh4, Cavabdeh7, Cavabdeh8, Cavabdeh9, Cavabdeh10, Cavabdeh11, Cavabdeh12, Cavabdeh13 və X4 qarşı «yaşayış sahəsindən istifadə hüququnun itirilmiş hesab edilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, mülkiyyət hüququ üzrə ona məxsus olan, Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, S.Musayev, 12 saylı fərdi yaşayış evindən cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 Emin qızı, Cavabdeh4, Cavabdeh7, Cavabdeh8, Cavabdeh9, Cavabdeh10, Cavabdeh11, Cavabdeh12, Cavabdeh13 və X2 yaşayış sahəsindən istifadə hüququnun itirilmiş hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, İ.Musayev ev 12 ünvanında yerləşən yərdi yaşayış evi onun mülkiyyətindədir. Bu barədə ona müvafiq qaydada çıxarış verilmişdir. Ona məlum olmayan səbəblərdən həmin ünvana qanunsuz olaraq X5, Cavabdeh2, Cavabdeh3 Emin qızı, Cavabdeh4, Cavabdeh5, X1, Cavabdeh7, Cavabdeh8, Cavabdeh9, Cavabdeh10, Cavabdeh11, ZeynalovaGünay Xanlar qızı, Cavabdeh13 və X8 qeydiyyata düşmüşlər. Cavabdehlərin sözügedən evdə olan qeydiyyatı formal xarakter daşıyır və eyni zamanda da onun mülkiyyətçi kimi hüquqlarını pozur. Əvvəla, o cavabdehlərin əvəzinə kommunal xərclərdə əlavə ödənişlər etməli olur. İkincisi, cavabdehlərlə heç bir qohumluq əlaqəsi yoxdur ki, o da cavabdehlərin xüsusi mülkiyyətində olan mənzilində qeydiyyatda qalmasına razılaşsın. Üçüncüsü isə cavabdehlərin onun mənzilində qeydiyyatda qalması onun həmin əmlakla bağlı sərəncam vermək və sair hərəkətlər etmək hüquqlarını məhdudlaşdırır. Məsələn, həmin mənzili özgəninkiləşdirmək istədikdə, cavabdehlərin razılığının alınması onun üçün əlavə problemlər yarada bilər. Həmçinin şəxsin pasport qeydiyyatı onun yaşayış yeri üzrə olmalıdır. Çünki şəxsin öz yaşayış yeri üzrə qeydiyyatda olması şəxslərin uçota alınması, onların başqa şəxslər, dövlət və cəmiyyət qarşısında vəzifələrinin icra edilməsi məsələsini asanlaşdırır. Cavabdehin isə faktiki olaraq, başqa yerdə yaşaması, amma onun evində qeydiyyatda dövlət və cəmiyyət qarşısında da vəzifələrinin icrasına ciddi maneələr yaradır. Qeyd olunanlara əsasən, Cavabdeh1, Cavabdeh2. Cavabdeh3 Emin qızı, Cavabdeh4, Cavabdeh5, X1, Cavabdeh7, Cavabdeh8, Cavabdeh9, Cavabdeh10, Cavabdeh11, Cavabdeh12, Cavabdeh13 və X2 onun xüsusi mülkiyyətində olan Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, S.Musayev ev 12 ünvanında yerləşən fərdi yaşayış evindən istifadə hüquqlarının itirilmiş hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-3645/2019 saylı xx xxxx 2019-cu il tarixli qətnaməsi (xx xxxxxxxx 2019-cu il tarixli düzəliş qərardadı) ilə iddianın təmin edilməsi, cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 Emin qızı, Cavabdeh4, Cavabdeh5, X1, Cavabdeh7, Cavabdeh8, Cavabdeh9, Cavabdeh10, Cavabdeh11, Cavabdeh12, Cavabdeh13 və X2 İddiaçı mülkiyyətində olan, Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, İ.Musayev, 12 saylı fərdi yaşayış evindən istifadə hüquqlarının itirilmiş hesab edilməsi qət edilmişdir. Həmin qətnamədən Cavabdeh3 Emin qızı apellyasiya şikayəti verərək qətnamənin ləğv edilərək iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, qətnamə qanunsuz və əsassız olduğundan ləğv olunmalıdır. Belə ki, məhkəmə tərəfindən işə onların iştirakı olmadan baxılmışdır. Onlar məhkəmə iclası barədə rəsmi məlumat verilməmişdir. Suraxanı Rayon Məhkəməsi xəbərləri olmadan, iştirakı olmadan iddiaçının xeyrinə qətnamə çıxarmışdır. Bir daha qeyd edir ki, məhkəmə prosesindən onun xəbəri olmayıb. Heç bir bildiriş, çağırış almamışdır. İddia ərizəsində göstərilən dəlillərin heç birinin əsası yoxdur. Məhkəməə onlar başqa ünvanda daimi yaşamaqlarına dair sübutlar təqdim edilməmişdir. Bundan əlavə həmin yaşadıqları ünvandakı evin xx xxx 1973-cü ildə verilmiş orderi mövcuddur. Lakin məhkəmə bütün bunları araşdırmadan ədalətsiz qətnamə qəbul etmişdir. Məhkəmə işi düzgün araşdırsaydı bilərdi ki, iddia ərizəsində qeyd edilən onların həmin evdə yaşamadıqları barədə məlumat tam yalandır və bunun əksini bütün qonşuları belə təsdiq edə bilərlər. İddia ərizəsində göstərilən dəlillərin əsası yoxdur. Belə olan halda məhkəmə əsassız iddianı rədd etmək əvəzinə iddiaçının iddiasını təmin etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 Emin qızı, Cavabdeh11, Cavabdeh13 və Cavabdeh5 apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdilər. Cavabdeh3 Emin qızı əlavə olaraq bildirdi ki, iddiaçı ilə cavabdehlərin yaşadığı evlər ayrı-ayrdır. Lakin hər iki mənzil eyni ünvanla dövlət qeydiyyatına alınmışdır. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etdi. Əlavə olaraq bildirdi ki, Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, İ.Musayev ev 12 ünvanında yerləşən fərdi yaşayış evi onun mülkiyyətindədir. Bu barədə ona müvafiq qaydada çıxarış verilmişdir. O və cavabdehlər ayrı-ayrı mənzillərdə yaşasalar da, həmin mənzillərin ünvanları eynidir və cavabdehlərin də qeydiyyatı məhz Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, İ.Musayev ev 12-dir. Məhkəmə kollegiyasının iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş iş üzrə digər cavabdehlər məhkəmə kollegiyasının iclasına gəlməmiş və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Məhkəmə kollegiyası izahatı dinləyib, iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-3645/2019 saylı xx xxxx 2019-cu il tarixli qətnaməsi ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilməli və iddia tələbi təmin edilməməlidir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlilləri ilə əlaqədar iş materiallarını araşdıraraq aşağıdakı sübutları müəyyən etmişdir: Belə ki, mülki işin materiallarında olan Azərbaycan Respublikası Bakı şəhəri İcra Hakimiyyəti Başçısının 383 saylı, xx.xx.2004-cü il tarixli sərəncamından müəyyən olunur ki, X6 2004-cü ildə tikilmiş ev Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, İ.Musayev küçəsi, 12 saylı yaşayış evinin mülkiyyətçisi müəyyən edilir. Azərbaycan Respublikası Bakı şəhəri İcra Hakimiyyəti Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsi tərəfindən verilmiş FM seriyalı 029021 nömrəli qeydiyyat vəsiqəsinin surətindən müəyyən olunur ki, Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, İ.Musayev küçəsi, ev 12 ünvanında yerləşən fərdi yaşayış evi İddiaçı Ağabala oğlunun adına xüsusi mülkiyyət kimi hüquqi qeydiyyatdan keçirilmiş və bu barədə 07 saylı reyestr kitabında xx.xx.2014-cü il tarixdə qeydiyyat aparılmışdır. İş materiallarından müəyyən olunur ki, İddiaçı Ağabala oğluna məxsus , Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, İ.Musayev küçəsi, ev 12 ünvanında yerləşən fərdi yaşayış evinə texniki pasport verilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Bakı şəhəri İcra Hakimiyyəti Memarlıq və Şəhərsalma Baş İdarəsinin xx.xx.2004-cü il tarixli məktubundan müəyyən olunur ki, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, İlqar Musayev küçəsində İddiaçı tərəfindən tikilmiş fərdi yaşayış evinə Qaraçuxur qəsəbəsi, İ.Musayev küçəsi, ev 12 poşt ünvanı təyin edilmişdir. Mülki işin materiallarında olan Bakı şəhəri 4 saylı “ASAN Xidmət” mərkəzi tərəfindən verilmiş ******* saylı, xx.xx.2019-cu il tarixli arayışdan görünür ki, Cavabdeh1, Cavabdeh2. Cavabdeh3 Emin qızı, Cavabdeh4, Cavabdeh5, X1, Cavabdeh7, Cavabdeh8, Cavabdeh9, Cavabdeh10, Cavabdeh11, Cavabdeh12, Cavabdeh13 və X8 Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, İ.Musayev ev 12 ünvanında qeydiyyatdadırlar. Mülki iş materiallarında olan E.Zeynalov, Ü.Ə.Səfərova, İddiaçı, Cavabdeh2 tərəfindən tərtib olunmuş xx.xx.2019-cu il tarixli aktın surətindən müəyyən olunur ki, İddiaçı yaşadığı Qaraçuxur qəs. İ.Musayev küç.ev 12-yə baxış keçirtdik, ev 2 mərtəbədən ibarətdir və Cavabdeh2 evinə heç bir aidiyyatı yoxdur. Vətəndaş İddiaçı Ağabala oğlu ailə üzvləri ilə həmin evdə yaşayır. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhər Baş Polis İdarəsinin İddiaçı Ağabal oğluna ünvanlanmış xx.xx.2019-cu il tarixli məktubundan müəyyən olunur ki, 2019-cu ilin fevral ayında həyat yoldaşı Xavər Mərdanovanın DİN-in “102” Xidməti-Zəng mərkəzi sisteminə daxil olmuş eyniməzmunlu müraciəti DİN-in Baş Pasport Qeydiyyat və Miqrasiya İdarəsində araşdırılmış vətəndaş Cavabdeh2 16 nəfər, Sizin isə 4 nəfər ailə üzvünüz ilə birlikdə Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, İlqar Musayev küçəsi 12 ünvanında qeydiyyatda olmaqla həmin ünvanda yerləşən və bir-birlərinə heç bir aidiyyəti olmayan ayrı-ayrı fərdi yaşayış evlərində yaşamanız müəyyən edilmiş və yaranmış problemin aradan qaldırılması üçün Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə müraciət etməsinin məqsədəmüvafiq olmağı barədə Sizə xx.xx.2019-cu il tarixli, 018- 1309-1219 nömrəli məktubla məlumat verilmişdir. Xidməti təhqiqat nəticəsində Suraxanı RPİQ və ŞVŞ-nin əməkdaşlarının yaşadığı ünvana qanunsuz qeydiyyat aparmaları barədə göstərilən xüsusatlar təsdiqlənməmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Pasport Qeydiyyat və Miqrasiya İdarəsinin xx.xx.2019-cu il tarixli məktubundan müəyyən olunur ki, Azərbaycan Respublikası DİN-in Baş Pasport, Qeydiyyat və Miqrasiya İdarəsinə “102” Xidməti-Zəng mərkəzindən daxil olmuş müraciətə aidiyyəti üzrə baxılmışdır. Müraciətdə qeyd olunan Suraxanı rayonu Qaraçuxur qəsəbəsi İ. Musayev küçəsi ev 12 ünvanına yaşayış yeri üzrə qeydiyyata alınan və həmin ünvanda yaşayan əlavə 17 nəfərin yaşadığı evin ərizəçinin yaşadığı eyni ünvan üzrə İddiaçı adına rəsmiləşmiş fərdi yaşayış evinə heç bir aidiyyəti yoxdur və fərqli tikililərdir. Əlavə olaraq bildirilir ki, yaranmış problemlə bağlı Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə müraciət olunması məqsədəmüvafiqdir. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Suraxanı rayon Polis idarəsinin xx.xx.2019-cu il tarixli məktubundan müəyyən olunur ki, vətəndaşların qeydiyyatdan çıxarılması DİO-nın səlahiyyətinə aid olmadığından ərizənin müsbət həlli mümkün deyildir. Odur ki, ərizəçinin aidiyyəti üzrə məhkəməyə müraciət etməsi tövsiyyə olunur. Birinci instansiya məhkəməsi gəlmiş olduğu nəticəni onunla əsaslandırmışdır ki, Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, S.Musayev, 12 saylı fərdi yaşayış evi xüsusi mülkiyyət əsasında İddiaçı məxsusdur, cavabdehlərin mübahisəli ünvanda qeydiyyatları sırf formal xarakterli olmuşdur. Cavabdehlər mübahisəli evdə qeydiyyatda qaldığından iddiaçı keçən müddət ərzində cavabdehlərin də əvəzinə artıq kommunal xərclər və sair xidmət haqqları ödəyir, həmçinin cavabdehlərin ona məxsus evdə formal qeydiyyatda qalması onun öz mülkiyyətinə sərancam vermək hüquqlarını pozur. Kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi həmin nəticəyə gələrkən tərəflərin qarşılıqlı münasibətlərini və sübutları düzgün qiymətləndirməmiş, bununla həm də qətnamədə göstərdiyi dəlillərin işin hallarına uyğun olmamasına yol açmışdır. Bu səbədən də məhkəmə kollegiyası məhkəmənin iş üzrə qənaəti ilə razılaşmamaqla qətnaməni qanuni və əsaslı hesab etmir. Belə ki, apellyasiya şikayətinə əlavə edilmiş xx.xx.2019-cu il tarixli aktın surətindən görünür ki, Cavabdeh2 yaşadığı Qaraçuxur qəsəbəsi, İ.Musayev küçəsi, ev 12 ünvanında yerləşən ev 1 (bir) mərtəbədən ibarətdir və İddiaçı evinə heç bir aidiyyatı yoxdur. Vətəndaş Cavabdeh2 16 nəfər ailə üzvləri ilə həmin evdə yaşayır. Apellyasiya şikayətinə əlavə edilmiş xx.xx.1973-cü il tarixli, 093322 orderdən görünür ki, Bakı şəhəri Serebrovski küçəsi ev 12 (hazırki Bakı şəhəri Suraxanı rayonu Qaraçuxur qəsəbəsi İ. Musayev küçəsi ev 12) vətəndaş Cavabdeh2 adına order verilmişdir. Kollegiya qeyd edir ki, tərəflərin izahatılarından və iş materiallarından müəyyən olunur ki, bir nömrə ilə qeydiyyata alınmış iki ayrı-ayrı evin mövcudluğu işin mübahisələndirilməyən halıdır. Birinci instansiya məhkəməsi iddia tələbini təmin edərəkən nəzərə almamışdır ki, cavabdehlərin qeydiyyatı İddiaçı məxsus Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, İ.Musayev ev 12 ünvana deyil, eyni nömrə ilə qeydiyyata alınmış Cavabdeh2 məxsus Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, İ.Musayev ev 12-dir. Bu isə onun deməyə əsas verir ki, cavabdehlərin Cavabdeh2 məxsus evdə qeydiyyatda olması, hazırki iddia üzrə iddiaçının hüquqlarını pozulması kimi qiymətləndirilə bilməz. Belə ki, iddiaçı iddia tələbində cavabdehlərin ona məxsus mənzilə istifadə hüququnun itirilməsini xahiş etmiş və məhkəmə də cavabdehlərin həmin mənzilə istifadə hüququnun itirilmiş hesab edilməsini qət etmişdir. Kollegiya hesab edir ki, cavabdehlərin İddiaçı məxsus Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, İ.Musayev ev 12 ünvana hər hansı hüququ mövcud deyil. Mövcud olmayan hüququn itirilməsindən isə söhbət gedə bilməz. Kollegiya qeyd edir ki, hazırki halda qeyd oluan mövqeyin əksi düşünülmüş olsa, onda cavabdehlərin Azərbaycan Respublikasının vətəndaş kimi müəyyən hüquqlarının (sosial müdafiə, pensiya təminatı, hərbi xidmətə çağırış, məhkəmə qərarlarının icrası və s.) pozulması ilə nəticələnə bilər. Ona görə də iddia tələbi əsassız olduğundan təmin edilə bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Kollegiya hesab edir ki, hazırki halda iddia tələbi təmin edilmədiyindən, iş üzrə iddiaçı tərəfindən ərizənin verilməsi ilə əlaqədar ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilməlidir. Beləliklə, məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlilləri ilə razılaşaraq hesab edir ki, məhkəmə tərəfindən müəyyən olunmuş hesab edilən iş üçün əhəmiyyətli olan hallar sübuta yetrilmədiyindən, yəni iş üzrə mövcud olan faktlar qətnamədə qanunla göstərilən sübutlarla təsdiq edilmədiyindən qətnamə ləğv edilməli, İddiaçı Ağabala oğlunun cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 Emin qızı, Cavabdeh4, Cavabdeh7, Cavabdeh8, Cavabdeh9, Cavabdeh10, Cavabdeh11, Cavabdeh12, Cavabdeh13 və X4 qarşı «yaşayış sahəsindən istifadə hüququnun itirilmiş hesab edilməsi» tələbinə dair iddia ərizəsi təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Həmin Məcəllənin 385-ci maddəsinə əsasən maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi, birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Bu halda məhkəmə kollegiyası hesab edir ki,apellyasiya şikayəti təmin edilməli, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-3645/2019 saylı xx xxxx 2019-cu il tarixli qətnaməsi ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilməli, İddiaçı Ağabala oğlunun cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 Emin qızı, Cavabdeh4, Cavabdeh7, Cavabdeh8, Cavabdeh9, Cavabdeh10, Cavabdeh11, Cavabdeh12, Cavabdeh13 və X4 qarşı «yaşayış sahəsindən istifadə hüququnun itirilmiş hesab edilməsi» tələbinə dair iddia ərizəsi təmin edilməməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qət etdi: Cavabdeh3 Emin qızının apellyasiya şikayəti təmin edilsin. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-3645/2019 saylı xx xxxx 2019-cu il tarixli qətnaməsi ləğv edilsin. İş üzrə yeni qətnamə qəbul edilsin. İddiaçı Ağabala oğlunun cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 Emin qızı, Cavabdeh4, Cavabdeh7, Cavabdeh8, Cavabdeh9, Cavabdeh10, Cavabdeh11, Cavabdeh12, Cavabdeh13 və X4 qarşı «yaşayış sahəsindən istifadə hüququnun itirilmiş hesab edilməsi» tələbinə dair iddia ərizəsi təmin edilməsin. İş üzrə ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına Bakı Apellyasiya Məhkəməsi vasitəsilə kassasiya şikayəti verilə bilər. Sədrlik edən Azad İmanov Hakimlər Abiddin Hüseynov Vahid Sadıqov
Məhkəmə qərarları › İş №2(103)-2901/2020
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-2901/2020
04.03.2020 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver