Məhkəmə qərarları › İş №2(103)-2907/2025

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-2907/2025

18.06.2025 · Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-2907/2025 18.06.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh "xxxx" MMC-yə qarşı iş üzrə QƏTNAMƏSİ (Açar sözlər:mənzilin təhvil verilməsi) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər İsgəndərov Akif Əsgər oğlu (sədrlik edən və məruzəçi), Səlimova Səadət Rəşid qızı və X1 ibarət tərkibdə, Xəlilov Tural Xəlil oğlunun katibliyi,, İddiaçı iştirakı ilə, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-363/2025 saylı, xx.xx.2025-ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti üzrə işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları, iş üzrə məhkəmə icraatı

1. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Milli Gəlirlər Baş İdarəsinin Hüquqi Şəxslərin Dövlət Qeydiyyat İdarəsinin xx.xx.2024-cü il tarixli 3-21-2-2-1/2-33941/2024 saylı məktubuna əsasən "xxxx" MMC xx.xx.2020-ci il tarixdə Cavabdeh MTK-ya qoşularaq ləğv edilmişdir. "xxxx" MMC Cavabdeh MTK-nın hüquqi varisidir.

2. "xxxx" MMC ilə İddiaçı arasında bağlanmış xx.xx.2008-ci il tarixli müqaviləyə əsasən "xxxx" MMC Bakı şəhəri Yasamal rayonu Yeni Yasamal massivi Talıblı 4 ünvanında inşa ediləcək yaşayış binasının 1327 saylı mənzili İddiaçı təhvil verməyi, İddiaçı isə "xxxx" MMC-yə 84.320 manat ödəməyi öhdəsinə götürür.

3. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-1404/2014 saylı xx.xx.2014-cü il tarixli qətnaməsinə əsasən İddiaçı ilə cavabdeh "xxxx" MMC ilə arasında bağlanmış xx.xx.2008-ci iltarixdə bağlanmış mənzil tikintisi haqqında müqavilə üzrə ödənilmiş 84.320 manat pulun cavabdeh "xxxx" MMC-dən tutularaq İddiaçı verilməsi qət edilmişdir.

4. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1 inz(81)-1440/2014 saylı xx.xx.2014cü il tarixli qərarına əsasən məcburi icra tədbiri kimi "xxxx" MMC-yə məxsus ünvan 2 ünvanda yerləşən tikiliyə tələbin yönəldilməsi məqsədilə sonrakı icra hərəkətlərinin yerinə yetirilməsi öhdəliyi Bakı şəhəri Yasamal rayon İcra Şöbəsinin üzərinə qoyulmuşdur.

5. "xxxx" MMC ilə "xxxx" MMC arasında bağlanmış xx.xx.2007-ci il tarixli birgə təsərrüfat fəaliyyəti haqqında müqaviləyə əsasən "xxxx" MMC Bakı şəhəri Yasamal rayonu Yeni Yasamal massivi Talıblı küçəsində ayrılmış torpaq sahəsində tikinti işlərinin aparılmasını "xxxx" MMC-yə həvalə etmişdir. "xxxx" MMC isə ona təqdim edilmş sahədə 5 bloklu yaşayış binasının tikintisini layihə və tikinti sənədlərinə uyğun olaraq öz vəsaiti hesabına tam yerinı yetirilməsini öz öhdəsinə götürmüşdür.

6. Həmin müqavilənin 2.1.5-ci bəndinə əsasən bu müqavilə imzalandığı tarixdən etibarən tərəflər yaşayış və qeyri-yaşayış sahələrinin satışını eyni qiymətlə aparmaqla, satış alqı-satqı müqavilələri və digər sənədlər əsasında İ tərəfin (Qlobal-Azəri” MMC) adından rəsmiləşdiriləcəkdir, əgər satışı İİ tərəf ("xxxx" MMC) öz adından rəsmiləşdirsə, payçılar və rəsmi dövlət orqanları qarşısında özü məsuliyət daşıyacaq.

a) Birinci instansiya məhkəməsində icraat

7. İddiaçı cavabdeh "xxxx" MMC-yə qarşı “mənzilin təhvil verilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən Bakı şəhəri Yasamal rayonu Yei Yasamal massivi Talıblı 4 ünvanında yerləşən tikilidə payı olduğunu nəzərə alaraq 12-ci giriş 6-cı mərtəbə ümumi sahəsi 124 kv.m olan 3 otaqlı 1327 saylı mənzil alınaraq ona təhvil verilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.

8. Daha sonra İddiaçı cavabdehin əsl cavabdehlə əvəz edilməsi barədə ərizə verərək, Cavabdeh MTK tərəfindən Bakı şəhəri (Yasamal rayon ərazisində) tikilən binaların birində ümumi sahəsi 124 kv.m olan 3 otaqlı mənzilin alınaraq ona təhvil verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

9. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-1404/2014 saylı xx.xx.2014-cü il tarixli qətnaməsinə əsasən İddiaçı ilə cavabdeh "xxxx" MMC ilə arasında bağlanmış xx.xx.2008-ci iltarixdə bağlanmış mənzil tikintisi haqqında müqavilə üzrə ödənilmiş 84.320 manat pul cavabdeh "xxxx" MMC-dən tutularaq İddiaçı verilməsi qət edilmişdir. ünvan 4 ünvanında yerləşən yaşayış binasının 12-ci giriş, 6-cı mərtəbə, ümumi sahəsi 124.0 kv.m olan, 3 otaqlı 1327 saylı mənzili başa gəlmə dəyərini tam ödəyərək-84 320 (səksən dörd min üç yüz iyirmi) manat pul ödəyərək almışdır. Mənzil təhvil verilmədiyi və yarımçıq saxlanıldığı üçün məhkəməyə müraciət etmək məcburiyyətində qalaraq pul tələbi ilə məhkəməyə müraciət etmiş və iddia tələbi təmin olunmuşdur. Bu günə kimi də pulu geri qaytarılmamışdır. Eyni zamanda məhkəmələrdə işin icrası məqsədilə çoxsaylı tələblərlə müraciət etmişlər. “Olimpuz Az”-ın icraçı direktoru dünyasını dəyişsə də (2009-cu ildə) "xxxx" MTK ilə bağladığı birgə fəaliyyət müqaviləsini əsas tutan məhkəmə orqanı digər Olimpus payçılarına pulu məhz "xxxx" MTK-nın pulun geri qaytarılmasına dair ədalətli bir qərar qəbul etmişdir. Lakin o və bəzi iddiaçılar buna nail ola bilməmişlər. Halhazırda "xxxx"MMC həmin binanı tikib başa çatdırmış, satışını təşkil etmiş və etməkdədir. Bakı şəhər İcra Hakimiyyəti başçısının xx.xx.2024-cü il tarixli 237 saylı sərəncamı ilə Yasamal rayonu, Talıblı küçəsində 3.00 ha torpaq sahəsi kooperativ yaşayış binasının tikilməsi məqsədilə "xxxx" MMC-nin icarə əsasında istifadəsinə verilmişdir. "xxxx" MMC - nin direktoru X4 və "xxxx" MMC-nin direktoru X5 arasında bağlanmış 17 aprel2007-ci il tarixli “Birgə təsərrüfat fəaliyyəti haqqında Müqavilə”dən görünür ki, hər iki MMC 50% olmaqla şərik işə başlamışlar.12 mart 2015-ci il tarixdə Bakı şəhər Yasamal rayon İcra şöbəsinin icra məmuru Pərviz Quliyev təqdimatla məhkəməyə müraciət edərək, məcburi icra tədbiri qismində borclu "xxxx" məhdud məsuliyyətli cəmiyyətinə məxsus əmlakın üzərinə həbsin qoyulmasını xahiş etmiş, icra məmuru təqdimatı onunla əsaslandırmışdır ki, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 12 may 2014-cü il tarixli, 2- 1 inz (81)-1440 saylı qərarına əsasən, məcburi icra tədbiri kimi "xxxx" MMC-yə məxsus Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal massivi, Talıblı 4 ünvanında yerləşən tikiliyə tələbin yönəldilməsi məqsədilə sonrakı hərəkətlərin yerinə yetirilməsi Bakı çəhər Yasamal rayon İcra şöbəsinin üzərinə qoyulmuşdur. Bakı şəhər Yasamal rayon Məhkəməsinin 31 mart 2015-ci il tarixli, 8(004)- 955/2015 saylı qərardadı ilə icra məmurunun təqdimatı təmin edilmiş və Bakı şəhəri, Yasamal rayon məhkəməsinin 20 sentyabr 2012-ci il tarixli, 2(004)-306/12 saylı icra sənədi üzrə ünvan 6 ünvanda yerləşən tikilinin üzərinə həbs qoyulmuşdur. Bakı şəhər, Yasamal rayon Məhkəməsinin 24 iyul 2017-ci il tarixli qərardadı ilə "xxxx" məhdud məsuliyyətli cəmiyyətinin nümayəndəsinin verdiyi şikayət əsasında 31 mart 2015-ci il tarixli, 8(004)-955/2015 saylı qərardadı ləğv edilmiş və tikili üzərindən həbs götürülmüşdür. Hətta Hərrac təşkilatı tərəfindən tikili qiymətləndirilmiş, satışı üçün tədbirlər görülmüşdür. Belə ki, "xxxx" MMC-nin 388 nömrəli qiymətləndirmə rəyinə görə qiymətləndirilməyə təqdim edilən əmlak "xxxx" MMC-yə məxsus ünvan 2 ünvanında yerləşən tikili qiymətləndirilmə keçirilən vaxtı "xxxx" MMC-nə məxsus ünvan 2 ünvanında yerləşən tikili 5 blokludur. Bir blokdan 1 blok 3 mərtəbəli, 2- blok 10 mərtəbəli, digər blok isə 12 mərtəbəlidir. Yarımçıq qalmış yaşayış binasının 4 blokunun daxili və xarici divarları və arakəsmələri tikilmişdir. Digər 1 blokunun isə daxili və xarici divarları, həmçinin arakəsmələri tikilməmişdir. Qiymətləndirmə aparılan vaxt xx.xx.2015-ci il tarixdə bazar qiymətilə tikilinin dəyəri 2 800 000 (iki milyon səkkiz yüz min) təşkil etmişdir, Odur ki, istər fiziki, istər hüquqi şəxsin üzərinə hər hansı bir öhdəliyin qoyulması iddiaçıların tələbi ilə məhkəmə səlahiyyətindədir və bunu digər məhkəmələrin praktikasında rast gəlinən kifayət qədər fakt vardır. O, payçıdır və belə bir iddia tələbini də öz birgə fəaliyyət müqaviləsinə zidd gedən və payçılar qarşısında məsuliyyətdən yayınmağı qarşısına məqsəd qoyan əsl MMC-dən tələb etmək hüququ var və bu hüququnu həyata keçirməkdə məhkəmə qanunun tələbi ilə iddia tələbini, şikayətini azad məhkəmə istintaqının ədalətli araşdırması nəticəsində təmin etməlidir. Hal-hazırda "xxxx" MMC-nin təsisçisi yoxdur və birgə fəaliyyət müqaviləsinin digər-əsl cavabdeh sahibi mübahisəli tikilini başa çatdıraraq mənzilləri satmaqla məşğuldur. "xxxx" və "xxxx" MMC-nin binanın tikintisi və satışını şərtləndirən müqavilə mövcuddur. Hətta o,mənzil alarkən və pulunu ödəyərkən bilmişdir ki, binanın tikildiyi böyük bir ərazi Cavabdeh MTK-ya məxsusdur və "xxxx" MMC Cavabdeh MTK-nın törəmə şirkəti kimi tanınınr və 17 aprel 2007-ci il tarixli birgə fəaliyyət haqqında müqaviləyə əsasən "xxxx" ilə birgə məsuliyyət sahibidir. 10.Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2(004)- 363/2025 nömrəli qətnaməsi ilə (hakim Ü.Xəlilova) iddia təmin edilməmişdir.

11. Məhkəmə öz mövqeyini belə əsaslandırmışdır ki, iddiaçı ilə "xxxx" MMC arasında bağlanmış xx.xx.2008-ci il tarixli mənzil tikintisi haqqında müqavilə "xxxx" MMC ilə "xxxx" MMC arasında bağlanmış xx.xx.2007-ci il tarixli birgə təsərrüfat fəaliyyəti haqqında müqavilədən sonra bağlanmışdır. Lakin iddiaçı ilə bağlanmış mənzil tikintisi haqqında müqavilədə qeyd edilən birgə təsərrüfat fəaliyyəti haqqında müqaviləyə istinad edilməmişdir. "xxxx" MMC iddiaçı ilə bağlanmış mənzil tikintisi haqqında müqavilə üzrə tərəf olmamış, həmin müqavilə üzrə nə iddiaçı, nə də ki, "xxxx" qarşısında üzərinə öhdəlik götürməmişdir. Həmçinin, müqavilənin 2.1.5-ci maddəsinə əsasən alqı-satqı müqavilələrinin rəsmiləşdirilməsi səlahiyyəti "xxxx" MMC-yə həvalə olunmuş, "xxxx" MMC-nin belə müqavilələr bağladığı halda cavabdehin məsuliyyət daşımayacağı qeyd edilmişdir. Belə olan halda hazırda cavabdeh "xxxx" MMC-nin hüquqi varisi olan Cavabdeh MTK-nın iddiaçı qarşısında heç bir öhdəliyi yoxdur.

Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Apellyasiya şikayətinin dəlilləri

12.İddiaçı apellyasiya şikayəti verərək Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 17 fevral 2025-ci il tarixli, e-2(004)-363/2025 saylı qətnaməsinin ləğv edilməsi və iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə qəbul olunmasını xahiş etmişdir. 13.Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, tam hüquqlu məhkəmə kimi apellyasiya instansiyası məhkəməsi ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını və cavabdeh tərəfindən həmin hüququn pozulubpozulmadığını araşdırmalı idi. "xxxx" MMC ilə "xxxx" MMC arasında olan aprel 2007-ci il tarixli birgə fəaliyyət haqqında müqavilə mövcuddur və məhz həmin müqavilə əsasında ”Qlobal-Azəri ”MMC Bakı Apellyasiya Məhkəməsinin 1 oktyabr 2013-cü il tarixli, 2(103)- 4760/2013 saylı qətnaməsi əsasında icra olunaraq X2 və X3 ümumilikdə 96089 manat pul ödəmişdir. İdiaçı qeyd edir ki, hazırkı iddia tələbinə dair mənzilə aid sənədlər, yəni müqavilə, maliyyə arayışı, həmçinin "xxxx"-la "xxxx" MTK ilə bağlanmış birgə fəaliyyət haqqında müqavilə təqdim etsə də iddia tələbi təmin edilməmişdir.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri 14.Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

c) Məhkəmə icraatı iştirakçılarının izahatları

15.İddiaçı məhkəmə kollegiyasının iclasında apellyasiya şikayətini müdafiə edərək təmin olunmasını xahiş etdi.

16. Cavabdeh tərəf məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş olsa da, heç bir üzrlü səbəb göstərmədən məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsini rəhbər tutaraq cavabdeh tərəfin iştirakı olmadan işə baxılmasını mümkün saydı.

Tətbiq edilən hüquq

17. Azərbaycan Respublikası Mülki Məcəlləsi:

Maddə 14. Mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsasları aşağıdakılardır: Maddə 14.2. Qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr (əmək müqavilələri istisna olmaqla) və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlər. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Maddə 399.1. Müqavilə bağlandığı andan qüvvəyə minir və tərəflər üçün məcburi olur.

18. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi:

Maddə 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 119.1. məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

Apellyasiya baxışının hədləri

19. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

20. Hazırkı işdə iddia tələbi təmin edilmədiyindən və apellyasiya şikayətində qətnamə iş üzrə iddiaçı tərəfindən mübahisələndirildiyindən qətnamənin əsaslılığı bütövlükdə yoxlanılır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

21. Məhkəmə kollegiyası cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinin dəlillərini əsassız sayır və bildirir ki, birinci instansiya məhkəməsi tərəflər arasında yaranmış mübahisəni düzgün həll etmiş, qətnamə maddi və prosessual hüquq normalarına uyğun çıxarılmış, iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun və yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırılmışdır. Apellyasiya şikayətlərinin dəlilləri hazırkı iş üzrə qətnamənin dəyişdirilməsi üçün əsas ola bilməz və ona görə də birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalı, apellyasiya şikayəti təmin edilməməlidir.

22. İddiaçı ilə "xxxx" MMC arasında bağlanmış xx.xx.2008-ci il tarixli mənzil tikintisi haqqında müqavilə "xxxx" MMC ilə "xxxx" MMC arasında bağlanmış xx.xx.2007-ci il tarixli birgə təsərrüfat fəaliyyəti haqqında müqavilədən sonra bağlanmışdır. Lakin iddiaçı ilə bağlanmış mənzil tikintisi haqqında müqavilədə qeyd edilən birgə təsərrüfat fəaliyyəti haqqında müqaviləyə istinad edilməmişdir. 23.Məhkəmə kollegiyası qeyd edir ki, hazırkı iş üzrə iddiaçılarla cavabdeh arasında hər hansı müqavilə və müqavilədən yaranan öhdəlik münasibətinin olduğu müəyyən edilməmişdir və bu baxımdan birinci instansiya məhkəməsi cavabdehin iddiaçılar qarşısında icra edilməmiş öhdəliyinin olmaması barədə düzgün nəticəyə gəlmişdir. 24.Mülki Məcəllənin 385-ci maddəsinin tələbinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 25.Həmin Məcəllənin 386.1-ci maddəsinə görə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.

26. Apellyasiya şikayətinin dəlillərindən biri cavabdeh tərəfindən həmin hüququn pozulub-pozulmamasının araşdırılmaması ilə bağlı olmuşdur. Belə ki bununla bağlı kollegiya qeyd edir ki, Qlobal-Azəri” MMC ilə "xxxx" MMC arasında birgə təsərrüfata dair müqavilə bağlansa belə, "xxxx" MMC-nin alqı-satqı müqavilələrinin rəsmiləşdirilməsi hüququ verilməmiş və bu tipli müqavilələr bağladığı halda "xxxx" MMC-nin məsuliyyət daşımayacağı qeyd edilmişdir. Belə olan halda hazırda "xxxx" MMC-nin hüquqi varisi olaraq iş üzrə cavabdeh qismində cəlb edilmiş Cavabdeh MTK-nın iddiaçının qarşısında heç bir öhdəliyi yaranmamışdır.

27. Həmçinin kollegiya qeyd edir ki, hazırkı iddia tələbinin əsassız olması ilə bağlı birinci istansiya məhkəməsinin mövqeyi düzgün olmuşdur. Belə ki, iddiaçı sözügedən mənzilin tikintisi haqqında müqavilə üzrə ödənilmiş 84.320 manat pulun cavabdeh "xxxx" MMC-dən tutulması tələbi ilə məhkəməyə müraricət etmiş və hazırda bu tələblə bağlı qanuni qüvvəyə minmiş məhkəmə qərarı mövcuddur. 28.Şikayətin dəlilləri ilə bağlı əlavə olaraq qeyd edilməlidir ki, Azərbaycan Respublikasının Konstitusiyasına əsasən məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. 29.Həqiqətin müəyyən edilməsi isə ilkin növbədə yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə və ya məhkəmə iclasında tədqiq olunmuş digər sübutlarla təmin olunur. 30.Odur ki, apellyasiya şikayətində qeyd edilən dəlillər əsassızdır. 31.MPM-ə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz (maddə 385.2).

32. MPM-ə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. (402.1.)

33. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.1, 392, 393, 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

q ə t e t d i:

Apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin iş üzrə xx.xx.2025-ci il tarixli, 2(004)- 363/2025 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına elektron qaydada kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar