Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-2911/2024 22.04.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X5 Xanlar oğlunun sədrliyi ilə, Həsənov Elnur Məmmədsaat oğlu və Mərdanova Xumar Afət qızından ibarət tərkibdə, İddiaçı1 cavabdeh LPO "xxxx" X6 Səhmdar Cəmiyyətinin ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna qarşı “əmanət müqaviləsi üzrə kompensasiyanın və bununla bağlı bütün növ maddi zərərin ödənilməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin e-2(006)-406/2024 saylı, 08 fevral 2024-cü il tarixli qərardadından (iddia ərizəsinin hissəvi baxılmamış saxlanılması) iddiaçının nümayəndəsi və vəkili tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında, yazılı icraat qaydasında baxaraq, müəyyən etdi: İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər ləğv prosesində olan "xxxx" X6 Səhmdar Cəmiyyəti və onun ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna qarşı “əmanət müqaviləsi üzrə kompensasiyanın və bununla bağlı bütün növ maddi zərərin ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişlər. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin e-2(006)-406/2024 saylı, 08 fevral 2024-cü il tarixli qərardadı ilə iddiaçılar X4 və X3 cavabdehlər ləğv prosesində olan "xxxx" X6 Səhmdar Cəmiyyəti və onun ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna qarşı “əmanət müqaviləsi üzrə kompensasiyanın və bununla bağlı bütün növ maddi zərərin ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə bağlı mülki iş üzrə iddiaçı X1 aid hissəsində baxılmamış saxlanılması qərara alınmışdır. Hazırda iddiaçının nümayəndəsi və vəkili Vəkil sonuncu qərardaddan şikayət verərək, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin e-2(006)-406/2024 saylı, xx.xx.2024-cü il tarixli qərardadından verilmiş apellyasiya şikayətinə məhkəmədə baxılması və bu qərardadın qanunsuz və ədalətsiz hesab edilib ləğv edilməsi ilə bağlı şikayətin təmin edilməsini və ərizə/vəsatət təmin edilərək xx.xx.1956-cı il təvəllüdlü X2 mərhum İddiaçı2 əvəzinə hüquq varis kimi prosesə iddiaçı kimi qoşulmasının təmin edilməsinə dair qərardad qəbul edilməsinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, İddiaçı2 ilə bağlı fakt müəyyən edilsə də, hər bir halda 1) digər iddiaçı nəvənin sağ olmasını, 2) onun kreditor tələbinə aidiyyəti müəyyən edilməlidir, 3) həmçinin, X2 hüquqi varis kimi prosesə qoşulması üçün iddiaçı nəvə tərəfindən verilmiş ərizə/vəsatətə hüquqi qiymət verilməlidir, 4) sadalanan məsələlərə dair təqdim edilmiş sübutlara hüquqi münasibət bildirilməli idi. 18 yanvar 20204-cü il tarixli qanun üzrə vərəsəlik şəhadətnaməsi üzrə cavabdeh bankda babanın bank hesabına 29 mart 2019-cü ildə köçürülümüş əmanət pulunun yeganə vərəsəsi Osmanlı Zahidə qızının hansı səbəblərdən hüquqi varis kimi prosesə qoşulmasının rədd edilməsi hüquqi cəhətdən əsaslandırılmalı idi. Hesab edir ki, Osmanlı Zahidənin prosesə hüquqi varis kimi qoşulmasının rədd edilməsinə heç bir əsas yox idi. Belə ki, prosessul məcəllədə qeyd edildiyi kimi hüquqi varislik prosesin istənilən mərhələsində mümkündür. Prosessual hüquqi varislik dedikdə tərəfin prosessual hüquq və vəzifələrinin həmin tərəfin hüquqi varisi olan şəxsə keçməsi başa düşülür. Hüquqi varislikdə əvvəl şəxsə keçməsi başa düşülür. Hüquqi varislikdə əvvəl hüquq münasibətində və prosesdə iştirak etmiş, lakin sonradan vəfat etdmiş tərəfin yerinə əvvəl iştirak etməyən şəxs iştirak edir. Prosessual hüquq varisliyində hüquqi varisə əvəz etdiyi şəxsin bütün hüquq və vəzifələri keçir, həm də onun prosesə qoşulmasına qədər edilmiş bütün hüquqi hərəkətlər hüquqi varis üçün məcburi hüquqi qüvvəyə malikdir. Prosessual hüquq varisliyi maddi hüquq varisliyi ilə sıx bağlıdır. Əgər şəxs dövlət tərəfindən maddi hüquqi varis kimi tanınıbsa, bu halda prosessual hüquqi varis kimi tanınmasından imtina olunmasına heç bir maneə yoxdur. Prosessual hüquqi varisin prosesin hansı mərhələsində daxil omasından asılı olmayaraq iş üzrə icraat hər bir halda davam edir. Bu halda icraatın baxılmamış saxlanılmasına dair qərardad çıxarılması və hüquqi varisin prosesə qoşulmasının rədd edilməsi səhv hərəkət hesab edilir. Yəni, əgər məhkəmə prosesi getdiyi vaxtı sağ olan iddiaçı ərizə/vəsatət ilə məhkəməyə müraicət edib maddi hüquqi varislik qaydasında dövlət tərəfindən tanınmış hüquqi varisin prosesə qoşulmasını xahiş edirsə, bu halda məhkəmə prosesi icraatının dayandırılmasına zərurət olmur. Sadədə qərardad qəbul edilir ki, mərhum iddiaçı hüquqi varis ilə əvəz edilsin. Hüquqi varisin prosesə qoşulmasını qeyri-mümkün edən səbəblər olduqda sıradan çıxmış şəxsin hüquqi varis ilə əvəzedilməsinə dair ərizə/vəsatətin rədd edilməsinə dair qərardad qəbul edilir. Belə hal isə onların prosesində yoxdur. Hüquqi varis məhkəmə işində həm öz təşəbbüsü ilə, həm iştirak edən şəxslərin təşəbbüsü ilə, həm də məhkəmənin təşəbbüsü ilə iştirak etməyə cəlb edilə bilər.Ona görə məhkəmə işində iddiaçı tərəfindən hüquqi varisin prosesə qoşulmasına dair müracətin rədd edilməsinə heç bir səbəb yox idi. Buna görə həmin müraciətin qərardadda yazıldığı kimi “ilkin iddiaçının iddia ərizəsi X3 vəfat etdikdən sonra tərtib edilərək onun nümayəndəsi və vəkili tərəfindən imzalanmışdır. Yəni iddia ərizəsi bu hüquqa malik olmayan, imza etmək səlahiyyəti olmayan şəxs tərəfindən imzalanıb. Belə olan halda aydın olur ki, iddiaçılar X4 və X3 cavabdehlər ləğv prosesində olan "xxxx" Kommersiya Bankı QSC və onun ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna qarşı “əmanət müqaviləsi üzrə kompensasiyanın və bununla bağlı bütün növ maddi zərərin ödənilməsi” tələbinə dair iddia ərizəsi iddiaçı X1 aid hissədə onu imzalamağa hüququ olmayan şəxs tərəfindən imzalanmışdır. Göstərilənlərə əsasən iddiaçılar X4 və X3 cavabdehlər ləğv prosesində olan "xxxx" X6 Səhmdar Cəmiyyəti və onun ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna qarşı “əmanət müqaviləsi üzrə kompensasiyanın və bununla bağlı bütün növ maddi zərərin ödənilməsi”tələbinə dair iddia ərizəsi ilə bağlı mülki iş üzrə iddiaçı X1 aid hissəsində baxılmamış saxlanılmalıdır.” rədd edilməsi prosessual normanın düz tətbiq edilməməsi kimi qiymətləndirilməlidir. Həmçinin, digər məsələ odur ki, məhkəmə tərəfindən qəbul edilmiş məhkəmə aktlarındakı mövqelər bir-birinə uyğun deyil. Belə ki, baxılmamış saxlama ilə bağlı qərardad ilə belə fikir aşılanır ki, babanın ölüm faktı təsdiqlənir və lakin hüquqi varisin olması, onun prosesə qoşulmasıilə bağlı heç bir sübut, məlumatın olmayıb. Digər qərardadda iddianın məlumatın olmayıb. Digər qərardadda iddianın ümumiyyətlə aiddiyyat qaydalarına zidd verilməsi mövqeyi aşılanır. Lakin, Bakı Apellyasiya Məhkəməsinin imtina xarakterli rəsmi məlumatları barədə heç bir məlumat qeyd edilməyib. Eyin tarixli qətnamədə isə tam fərqli fikir bildirilir və qeyd edilir ki, həmin iddia tələbi üzrə cavabdehlər düz müəyyən edilməyib.!!! Madam ki, nəticədə iddia tələbinə münasibətdə cavabdehlərin düz müəyyən edilməməsi ilə bağlı tezbazar yekun məhkəmə aktı olan qətnamə qəbul ediləcəkdisə, bu halda hüquqi varisin prosesə qoşulmasının rədd edilməsinin mahiyyəti nədir? Hüquqi varis prosesə qoşulsa da, bu hal məhkəmənin mövqeyinə, qətnamənin məzmununa heç bir təsir göstərmir. Məhkəmə sonda hesab edir ki, iddia tələbinə münasibətdə cavabdehlər düz müəyyən edilməyib. Bu hissədə ziddiyyət odur ki, qətnamədə fakt üzrə qeyd edilib ki, iddia tələbinə münasibətdə cavabdehlər düz müəyyən edilməyib, qərardadda isə qeyd edilib ki, iddia tələbi cavabdehlərə münasibətdə düz verilib, amma həmin iddia tələbi kreditor tələb olduğundan, mülki işə ümumi yurisdiksiyalı məhkəmədə baxılmamalı, mülki işin icraatına xitam verilməli və iddiaçıya iflas proseduru çərçivəsində iflas haqqında qərarı qəbul etmiş məhkəmədə baxılmalıdır, yəni iddia kreditor tələbi aidiyyat qaydalarının pozulması ilə verilib. Belə nəticədə, təkcə sağ olan əmanətin sahibi nəvənin deyil, həm də həmin əmanətin saxlandığı bank hesabının varisi hüquqi varisin məhkəməyə müraciət hüquqları pozulub. Belə ki, əgər iddia kreditor tələbinə bank və onun ləğvedicisi cavabdeh deyillərsə, bəs kimə qarşı həmin iddia tələbi məhkəmədə qaldırılmalıdır. Bir tərəfdən məhkəmə aidiyyat qaydalarının pozulması ilə bağlı icraata xitam verir və bildirir ki, iddiaçılar həmin iddia tələbini inzibati məhkəməyə təqdim etsinlər, digər tərəfdən yekun məhkəmə aktı qəbuledərək həmin kreditor tələbinə cavabdehlər düz müəyyən edilməyib. Həmçinin, kreditor tələbinin kimə aid edilməsini (babaya və ya nəvəyə) hüquqi qiymətləndirmə vermədən hüquqi varisin prosesə qoşulmasını rədd edib. Nəticədə, hər bir halda iddiaçıların məhkəmədə pozulmuş hüquqlarının bərpa edilməsinə və çəkilmiş xərclərin ödənilməsinə ciddi maeəçilik yaranmışdır. Məhkəmə qərardadı iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmayıb. Məhkəmə icraatında işə baxan məhkəmə qərardadı elektron məhkəmə icraatı materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq olunmuş sübutlarla ilə əsaslandırmayıb. Ona görə qeyd edilən prosessual pozuntular səbəblərindən Nəsimi Rayon Məhkəməsinin qərardadından verilmiş apellyasiya şikayətinə məhkəmədə baxılması ilə bağlı şikayət təmin edilməli, qərardad əsassız və ədalətsiz hesab edilib ləğv edilməlidir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin e-2(006)-406/2024 nömrəli, 05 mart 2024cü il tarixli qərardadı ilə şikayət təmin edilməmiş və işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. İşdə iştirak edən şəxslərə şikayətə yazılı icraat qaydasında baxılması barədə əvvəlcədən məlumat (bildiriş) göndərilmiş, lakin şikayətlə bağlı hər hansı sənəd, habelə işə məhkəmə iclasında baxılması barədə vəsatət daxil olmamışdır. Məhkəmə kollegiyası şikayətin dəlillərini iş materialları ilə birlikdə araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin e-2(006)- 406/2024 saylı, 08 fevral 2024-cü il tarixli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 259.0.3-cü maddəsinə əsasən məhkəmə ərizə imzalanmadıqda, yaxud buna səlahiyyəti olmayan şəxs və ya vəzifəsi göstərilməyən şəxs tərəfindən imzalandıqda ərizəni baxılmamış saxlayır. 260.1-ci maddəsinə əsasən iddianın baxılmamış saxlanması haqqında məhkəmə qərardad çıxarır. 260.6-cı maddəsinə əsasən iddianın baxılmamış saxlanması haqqında məhkəmə qərardadından şikayət verilə bilər. 365.1.7-ci maddəsinə əsasən etibarnaməni vermiş fiziki şəxsin ölməsi, fəaliyyət qabiliyyəti olmayan, məhdud fəaliyyət qabiliyyətli və ya xəbərsiz itkin düşmüş sayılması etibarnaməyə xitam verilməsi üçün əsasdır. 398.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır. Belə ki, iş materiallarında olan Bakı şəhəri Binəqədi rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş ölüm haqqında şəhadətnaməyə əsasən iddiaçı X3 xx.xx.2023-cü il tarixdə vəfat etmişdir. İddia ərizəsi isə xx.xx.2023-cü il tarixində məhkəməyə elektron kabinet vasitəsilə göndərilmişdir. Göründüyü kimi iddia ərizəsi X3 vəfat etdikdən sonra tərtib edilərək onun nümayəndəsi və vəkili tərəfindən imzalanmışdır. Yəni iddia ərizəsi bu hüquqa malik olmayan, imza etmək səlahiyyəti olmayan şəxs tərəfindən imzalanmışdır. Belə olan halda isə məhkəmə kollegiyası birinci instansiya məhkəməsini gəlmiş olduğu nəticə ilə razılaşaraq qeyd edir ki, iddiaçılar X4 və X3 cavabdehlər ləğv prosesində olan "xxxx" X6 Səhmdar Cəmiyyəti və onun ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna qarşı “əmanət müqaviləsi üzrə kompensasiyanın və bununla bağlı bütün növ maddi zərərin ödənilməsi” tələbinə dair iddia ərizəsi iddiaçı X1 aid hissədə onu imzalamağa hüququ olmayan şəxs tərəfindən imzalandığından mülki iş iddiaçı X1 aid hissəsində baxılmamış saxlanılmalıdır. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi haqlı olaraq iddia ərizəsini baxılmamış saxlamışdır. Bu səbəbdən iddiaçının nümayəndəsi və vəkili tərəfindən verilmiş şikayət təmin edilməməli, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin e-2(006)- 406/2024 nömrəli, 08 fevral 2024-cü il tarixli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 263-264-cü, 397-402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: İddiaçının nümayəndəsi və vəkili Vəkil tərəfindən verilmiş şikayət təmin edilməsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin e-2(006)-406/2024 nömrəli, 08 fevral 2024cü il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan kassasiya şikayəti verilə bilməz. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(103)-2911/2024
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-2911/2024
22.04.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Bank əmanəti və bank hesabatı müqavilələri üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver