Məhkəmə qərarları › İş №2(103)-2914/2022

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-2914/2022

23.05.2022 · Əmək mübahisələri - İşə bərpa
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-2914/2022 23.05.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X23 Məmmədovanın sədrliyi və məruzəsi ilə, Fuad Fikrət oğlu Babayev və Rafael Əmir oğlu Eyvazovdan ibarət tərkibdə, Mərziyyə Tofiq qızı Bağırlının katibliyi ilə, İddiaçı, onun nümayəndəsi və vəkili Nümayəndə, Cavabdeh-nin nümayəndəsi və vəkili X12, Mübahisə predmeti barəsində müstəqil tələb rəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X27 Xidmətinin nümayəndəsi X24 iştirakları ilə, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-181/2022 saylı, 25 yanvar 2022-ci il tarixli qətnaməsindən iddiaçı X5 tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı işə bərpa tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək göstərmişdir ki, o, 1979-cu ildən 42 il poçt xidməti sahəsində işləmiş, 1995-ci il tarixdən isə Cavabdeh-nin 3 saylı Poçt Filialının 132 saylı Poçt Şöbəsinin müdiri vəzifəsində işləmişdir. Lakin Cavabdeh 26.08.2021-ci il tarixli, 1978 nömrəli əmrlə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən onu tutduğu vəzifədən azad edərək,onunla olan əmək müqaviləsini ləğv etmişdir. Həmin əmr əmək qanunvericiliyinə zidd verilmişdir, odur ki, 26.08.2021-ci il tarixli, 1978 nömrəli əmr ləğv edilməlidir. Belə ki, Cavabdeh əmri onunla əsaslandırmışdır ki, guya 132 saylı poçt şöbəsinin müdiri İddiaçı özünün əmək funksiyanı və əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirməmişdir. Lakin verilmiş əmrdə onun konkret olaraq hansı əmək funksiyanı və əmək müqaviləsi üzrə hansı öhdəliyini yerinə yetirməməsi qeyd olunmur, bu aydın deyil. Əmr ümumi formal sözlərlə əsaslandırılmışdır. Əmrdə əmrin verilməsinə əsas kimi 3 saylı PF-nın Həmkarlar İttifaqı Komitəsinin 24.08.2021-ci il tarixli protokolu, aidiyyəti izahatlar və sənədlər qeyd olunduğu görünmüşdür. Lakin pozuntunun nədən ibarət olması əmrdə göstərilməmişdir. O, vəzifəsinin icrası zamanı əmək funksiyasını və əmək müqaviləsi üzrə öhdəliklərini tam yerinə yetirmişdir, onun hərəkətlərində Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən vəzifədən azad edilmə ilə bağlı hüquq pozuntusu yoxdur, cavabdeh təşkilat ona qarşı qərəzli olub, qanunsuz hərəkət edib, ona münasibətdə əmək qanunvericiliyinin tələbini pozub, heç bir hüquqi əsas olmadan onu işdən azad etmişdir. Əmr ona 01.09.2021-ci il tarixdə təqdim olunmuşdur. Qanunvericiliyin tələbinə görə ilkin mediasiya prosesləri başlayıb. 14.09.2021-ci il tarixdə cavabdehə mübahisənin mediasiya vasitəsilə həll edilməsi təklif olunaraq ona müvafiq təklif göndərilmişdir. 26.10.2021-ci il tarixdə, saat 17.40-da isə işə bərpa tələbi üzrə tərəflər arasında ilkin mediasiya sessiyası keçirilmiş, barışıq əldə edilməmişdir. Ona görə də iddiaçı məhkəmə müdafiəsindən istifadə etmək məcburiyyətində qalmışdır. Göstərilənləri nəzərə alaraq iddiaçı cavabdeh Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi Cavabdeh-nin 26.08.2021-ci il tarixli, 1978 nömrəli əmrinin ləğv edilməsinə, İddiaçı Cavabdeh-nin 3 saylı Poçt Filialının 132 saylı Poçt Filialının 132 saylı Poçt şöbəsinin müdiri vəzifəsinə işə bərpa edilməsinə və məcburi buraxılmış iş günlərinin ödənilməsinə dair qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 25 yanvar 2022-ci il tarixli, 2(009)- 181/2022 nömrəli qətnaməsi ilə İddiaçı cavabdeh Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi Cavabdeh-yə qarşı 26.08.2021-ci il tarixli 1978 saylı əmrin ləğvi, işə bərpa edilməsi və məcburi buraxılmış iş günləri üçün əmək haqqı ödənilməsi barədə iddia tələblərinin əsassız olduğu üçün təmin edilməməsi qət olunmuşdur. Qətnamədən İddiaçı apellyasiya şikayəti verərək, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-181/2022 saylı iş üzrə 25.01.2022-ci il tarixli qətnaməsinin ləğv edilməsini və iddia tələbinin təmin edilməsinə dair yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı apellyasiya şikayətini onunla əsaslandırır ki, birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən maddi və prosessual normalarını pozmuşdur. Belə ki, məhkəmə baxışı zamanı Cavabdeh əmri Zenfira Baxşıyeva tərəfindən vətəndaş Fərqanə Məmmədovanın adına 02 yanvar 2021-ci il tarixdə İran İslam Respublikasından daxil olmuş beynəlxalq bağlama ilə bağlı poçt rabitəsi qaydalarının tələblərini pozması ilə əsaslandırdı. Cavabdeh bildirdi ki, vətəndaş Fərqanə Məmmədovanın adına bağlama 02.01.2021-ci il tarixdə 132 saylı poçt şöbəsinə daxil olmuş, alıcının poçt ünvanı kimi poçt şöbəsinin hüquqi ünvanı göstərildiyindən poçt “Tələb olunannadək” kateqoriyasına daxil edilmişdir. “Poçt rabitəsi xidmətlərinin göstərilməsi” Qaydalarının 1.4.8-ci bəndinə əsasən “Tələb olunanadək” kateqoriyası ünvançı tərəfindən tələb olunan anadək poçt göndərişinin müəyyən müddət ərzində (adətən 30 gün) təyinat yerinin poçt şöbəsində saxlanılmasını nəzərdə tutan xüsusi poçt ünvanı formasıdır. Bir ay müddətində bağlama çatdırılmadıqda ya geri qayatarılmalı, ya da alıcının ödənişli ərizəsi əsasında poçt şöbəsində 2 ay müddətində saxlanılmalıdır. Z.Baxşıyeva həmin bağlamanı 02.02.2021-ci il tarixdə geri qaytarmalı idi. Z.Baxşıyeva bağlamanı geri qaytarmayaraq Qaydaların tələbini pozmuş, Fərqanə Məmmədovanın 20.08.2021-ci il tarixdə şikayəti əsasında həmin hüquq pozuntusu aşkar edilmiş və İddiaçı 26.08.2021-ci il tarixdə işdən azad edilmişdir. Cavabdeh həmçinin bildirmişdir ki, Bundan əvvəl, İddiaçı Azərpoçt MMC-nin 13.07.2021-ci il tarixli, 1541 nömrəli əmri ilə poçt qaydalarını pzoduğuna görə töhmət, 16.07.2021-ci il tarixli, 1612 nömrəli əmrilə etik davranış qaydalarının tələblərini pozduğuna görə sonuncu xəbərdarlıqla şiddətli töhmət elan edilmişdir. Məhkəmə də qətnaməsini onunla əsaslandırdı ki, iddiaçı əmək fəaliyyəti zamanı hüquq pozuntularına yol vermiş, barəsində tətbiq edilmiş intizam tənbehlərindən sonra təkrarən hüquq pozuntusuna yol verdiyi üçün onun barəsində Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi ilə intizam tənbehinin tətbiq edilməsi tam qanunidir. Cavabdehin və məhkəmənin mövqeyi tam yanlışdır, belə ki, İddiaçı əmək funksiyasına aid olmayan hüquq pozuntusuna görə işdən azad olunma intizam tənbeh tədbirinə məruz qalıb, hüquq pozuntusundan 6 aydan artıq vaxt keçdikdən sonra intizam tənbehi verilə bilməz, sadalanan hüquq pozuntularında təkrarlıq yoxdur, işdən azad edilmə ilə bağlı hüquq pozuntusu töhmətlərin verilməsinə səbəb olmuş hüquq pozuntusundan 6 ay əvvəl baş vermişdir. X14 göndərilmiş bağlamanı qəbul edib sistemə işləmək, onu bir ay saxlamaq, bir aydan sonra geri qaytarmaq 132 saylı poçt şöbəsinin əməliyyatçısının funksiyasına daxildir, müdirin belə funksiyası yoxdur. İddiaçı funksiyasına aid olmayan pozuntuya görə işdən azad edilib. Həmin hüquq pozuntusu iddiaçı tərəfindən törədilməmişdir, yəni işdən azad edilməyə səbəb olan vətəndaşın bağlamasının vaxtında qaytarılmaması səlahiyyətinin məhkəmə iclası zamanı cavabdehin izahatı, həmçinin poçt şöbəsinin müdirinin vəzifə təlimatına əsasən poçt şöbə müdirinin deyil, poçtun əməliyyatçısının səlahiyyətinə aiddir, yəni iddiaçı onun funksiyasına daxil olmayan pozuntuya görə işdən azad edilib. Pozuntu 2021-ci ilin fevral ayının 2-də baş verib, 02 yanvar 2021-ci il tarixdə daxil olmuş bağlama 1 ay poçtda saxlanılmalı, bir aydan sonra 02 fevral 2021-ci il tarixdə geri qaytarılmalı idi, lakin, poçt şöbəsi bağlamanı geri qaytarmamış və bununla da “Poçt rabitəsi xidmətlərinin göstərilməsi” Qaydalarının 1.4.8-ci bəndinin tələbi pozulmuşdur. Həmin pozuntudan 6 ay 24 gün sonra Z. Baxşiyevaya işdən azad edilmə ilə bağlı intizam tənbehi verilmişdir. Bundan başqa, qanunvericiliyə görə mətbuatyayım azad olduğundan Kaspi mətbuat yayım şirkəti ilə əməliyyat aparmasına (07.07.2021) görə İddiaçı 13.07.2021-ci il tarixdə elan edilmiş töhmətin, eləcə də guya Z.Baxşıyevanın kserosurət çıxarılmasına görə vətəndaşlardan pul alması ilə bağlı təsdiqini tapmayan, həqiqi olmayan iddialara görə İddiaçı 16.07.2021-ci il tarixdə sonuncu xəbərdarlıqla şiddətli töhmət elan edilməsinin də hüquqi əsası yoxdur. Belə ki, Kaspi mətbuat yayım şirkəti ilə əməliyyat 07.07.2021-ci il tarixdə aparılmışdır. Azərpoçt MMC bu hərəkətə görə 13.07.2021-ci il tarixdə töhmət elan edir. İddiaçı guya kserosurət çıxarmasına görə vətəndaşlardan pul alması faktını isə daha öncə 01.07.2021-ci il tarixdə “aşkar edirlər”. Daha öncə baş vermiş “əmələ” görə isə 16.07.2021-ci il taixdə sonucu xəbərdarlıqla şiddətli töhmət elan edir. Bir ay sonra isə 6 ay 24 gün əvvəl baş vermiş hadisəyə görə İddiaçı işdən azad edir. Bu hallar İddiaçı barəsində cavabdehin intizam tənbehi seriyasını qərəzli aparmasını göstərən hərəkətlərdir ki, əslində 2021-ci ilin iyul ayında 3 gün fasilə ilə artıq aşkar olan hərəkətklərə görə fərqli intizam tənbehləri vermək İddiaçı qarşı qeyri-hüquqi mövqe idi. Əlavə olaraq onu da qeyd edirik ki, bağlama vətəndaşın öz təqsiri ucbatından vaxtında götürülməmişdir, vətəndaş 2020-ci ilin son aylarında poçt şöbəsinə gələrək mobil nömrə təqdim edərək ona göndəriləcək bağlama poçta daxil olan zaman ona zəng edilməsini, bağlammanı saxlanmasını xahiş etmiş, gəlib götürəcəyini bildirmişdir. Lakin, bağlama daxil olan gündən poçt əməkdaşları tərəfindən vətəndaşın telefon nömrəsinə zəng edilsə də əlaqə yaratmaq mümkün olmamışdır. Nəticə etibarı ilə vətəndaş öz bağlamasını 2021-ci ilin avqust ayında götürmüşdür, onun hüquqları pozulmamışdır, ona ziyan dəyməmişdir. Beləliklə, cavabdehin intizam tənbehi ilə bağlı əmrləri, əsasən də 26.08.2021-ci il tarixli, 1978 nömrəli əmri qanunsuzdur. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı, onun nümayəndəsi və vəkili Nümayəndə iddia ərizəsinin və apellyasiya şikayətinin dəlillərinə istinad edərək, apellyasiya şikayətinin təmin edilməsini, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişlər.İddiaçı verilən suallara cavab olaraq bildirmişdir ki, poçt şöbəsi bağlamanı geri qaytarmamış və bununla bağlı rüsumu iddiaçı özü ödəmişdir.İddiaçı kserosurət çıxarılmasına görə vətəndaşlardan pul alması ilə bağlı mövqeyini isə belə bildirmişdir ki, kserosurət aparatı başqa işçinin pulu ilə alınıb deyə yığılan pul onun borcuna ödənilirdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh-nin nümayəndəsi və vəkili X25 iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə etiraz edərək təmin olunmamasını və birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən qüvvəsində saxlanılmasını xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X27 Xidmətinin nümayəndəsi X31 iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinin qanun çərçivəsində həll edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası iş üzrə materialları, apellyasiya şikayətinin dəlillərini və tərəflərin izahatını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin olunmamalı və birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Belə ki, iş üzrə Cavabdeh-nin 1147 saylı, 14.07.2020-ci il tarixli əmrin surətindən görünür ki, Azərbaycan Respublikası Əmək Məcəlləsi və digər normativ hüquqi aktlarla müəyyən edilmiş vəzifələrinin yerinə yetirilməsinə səhlənkar yanaşaraq xidməti fəaliyyətləri zamanı mövcud poçt qaydalarının əməl etmədiklərinə, habelə kassa intizamını pozduqlarına görə Cavabdeh-nin 3 saylı Poçt Filialının 32 saylı Poçt Şöbəsinin müdiri X18, 132 saylı Poçt şöbəsinin əməliyyatçısı X2 “töhmət” verilməsi, həmin filialın 121 saylı poçt şöbəsinin müdiri X28, 12 saylı Poçt əməliyyatçısı X6, 132 saylı Poçt şöbəsinin müdiri İddiaçı “sonuncu xəbərdarlıqla şiddətli töhmət” verilməsi, xidməti fəaliyyətlərində təkrar nöqsana yol verəcəkləri halda barədəlrinə daha ciddi intizam tənbehi görüləcəyi onların nəzərinə çatdırılması əmr edilmişdir. Əsas: 3 saylı PF-nın 17.06.2020-ci il tarixli 3PF1/359, 18.06.2020-ci il tarixli 3PF1/360, 07.07.2020-ci il tarixli 3PF1/405 nömrəli məktubları və aidiyyəti izahatlar. İş materiallarında olan Cavabdeh-nin PƏŞ-nin aparıcı mütəxəssisi Mahir Babayev, 132 saylı PŞ-nin müdiri Zemfira Baxşiyeva və X22 tərəfindən tərtib edilmiş 07.07.2021-ci il tarixli aktın surətindən görünür ki, F-23 jurnalı düzgün aparılmır, SS715532923AZ saylı sifarişli xəbərnaməli məktub 03.07.2021-ci il tarixdən, SS713883785AZ saylı sifarişli xəbərnaməli məktub 25.06.2021-ci il tarixdə alıcıya çatdırılsa da, SS715532923AZ saylı sifarişli xəbərnamə 03.07.2021-ci il tarixdən, SS713883785AZ sifarişli xəbərnamə isə 25.06.2021-ci il tarixdən hərəkətsiz olaraq PŞ-də qalmış, həmçinin SS707014621AZ saylı sifarişli məktub 132 saylı PŞ-nin xidmət ərazisinə aid olmadığına baxmayaraq 29.06.2021ci il tarixdən PŞ-də saxlanılmışdır. Bəzi hallarda məktublar vətəndaşlara çatdırılsa da sistem üzərindən F-8 maddəsi bağlanmamış (**********02442 və s.) və müdaxilədən sonra sistem üzərindən bağlanması təmin edilmişdir. PŞ rəisi tərəfindən əməliyyatçıya verilən PÖN-ə mövcud qaydaların tələblərinə uyğun iltizamnamə tərtib olunaraq imzalanmamışdır. Hərbi hissələrə göndərilən teleqramların qəbulu zamanı sistem üzərindən təsdiq qeydi vurulsa da mətnin kim tərəfindən təsdiq edilməsi barədə müvafiq qaydlər yazılmır (307417 və s). CP029060266AZ və CP29060456AZ saylı beynəlxalq bağlamalar 03.04.2021-ci il tarixdən təyinatı ölkədən geri qaytarılsa da PŞ-si tərəfindən göndəriciyə qaytarılması təmin olunmamışdır. 01-06.07.2021-ci il tarixlərdə sistem üzərindən təhlil zamanı bir vətəndaş üzrə beş və daha çox poçt göndərişlərinin qəbulu zamanı tarif əskikliyinə (F-103 siyahısı) yol verilmiş və nəticədə 15 ədəd göndəriş üzrə əskik alınmış 7,5 manat məbləğ təqsirkar şəxsdən alınaraq xəzinəyə mədaxil edilmişdir. Beynəlxalq poçt göndərişlərinin verilməsi zamanı F-22 bildirişləri tam doldurulmur, daxil olma təqvim möhürləri vurulmur. 02.07.2021-ci il tarixdə PŞ-nin rəisi tərəfindən satılmış jurnal sistemə işlənsə də qəbz bağlanmamış və nəticədə vətəndaşa qəbz verilməmişdir. Valyuta mübadiləsi zamanı xüsusi blanklardan istifadə olunmur. İş materiallarında olan Cavabdeh-nin direktoru tərəfindən 23.07.2021-ci il tarixli 4 No-li sexmdən görünür ki, dövri mətbuata abunə yazılışının aparılması məqsədilə fiziki və hüquqi şəxslər arasında müvafiq təbliğat işlərinin aparılmasının təmin olunması, bu sahəyə nəzarətin gücləndirilməsi və gəlirlərin artırılması məqsədilə dəfələrlə şifahi və rəsmi göstəriləşlər verilməsinə baxmayaraq bir sıra rəhbər şəxslərin işə laqeyd münasibəti səbəbindən bu sahədə ciddi dönüş yaradılmamışdır. Belə ki, Cavabdeh-nin aidiyyəti şöbəsi tərəfindən aparılan təhlillərin nəticəsindən məlum olmuşdur ki, cari ilin 6 ayı ərzində Ağdam, Ağcabədi, Ağsu, Astara, Ağstafa, Bərdə, Balakən, İş üzrə Cavabdeh-nin 1147 saylı, 14.07.2020-ci il tarixli əmrin surətindən görünür ki, Azərbaycan Respublikası Əmək Məcəlləsi və digər normativ hüquqi aktlarla müəyyən edilmiş vəzifələrinin yerinə yetirilməsinə səhlənkar yanaşaraq xidməti fəaliyyətləri zamanı mövcud poçt qaydalarının əməl etmədiklərinə, habelə kassa intizamını pozduqlarına görə Cavabdeh-nin 3 saylı Poçt Filialının 32 saylı Poçt Şöbəsinin müdiri X18, 132 saylı Poçt şöbəsinin əməliyyatçısı X2 “töhmət” verilməsi, həmin filialın 121 saylı poçt şöbəsinin müdiri X28, 12 saylı Poçt əməliyyatçısı X6, 132 saylı Poçt şöbəsinin müdiri İddiaçı “sonuncu xəbərdarlıqla şiddətli töhmət” verilməsi, xidməti fəaliyyətlərində təkrar nöqsana yol verəcəkləri halda barədəlrinə daha ciddi intizam tənbehi görüləcəyi onların nəzərinə çatdırılması əmr edilmişdir. Əsas: 3 saylı PF-nın 17.06.2020-ci il tarixli 3PF1/359, 18.06.2020-ci il tarixli 3PF1/360, 07.07.2020-ci il tarixli 3PF1/405 nömrəli məktubları və aidiyyəti izahatlar. İş materiallarında olan Cavabdeh-nin PƏŞ-nin aparıcı mütəxəssisi Mahir Babayev, 132 saylı PŞ-nin müdiri Zemfira Baxşiyeva və X22 tərəfindən tərtib edilmiş 07.07.2021-ci il tarixli aktın surətindən görünür ki, F-23 jurnalı düzgün aparılmır, SS715532923AZ saylı sifarişli xəbərnaməli məktub 03.07.2021-ci il tarixdən, SS713883785AZ saylı sifarişli xəbərnaməli məktub 25.06.2021-ci il tarixdə alıcıya çatdırılsa da, SS715532923AZ saylı sifarişli xəbərnamə 03.07.2021- ci il tarixdən, SS713883785AZ sifarişli xəbərnamə isə 25.06.2021-ci il tarixdən hərəkətsiz olaraq PŞ-də qalmış, həmçinin SS707014621AZ saylı sifarişli məktub 132 saylı PŞ-nin xidmət ərazisinə aid olmadığına baxmayaraq 29.06.2021ci il tarixdən PŞ-də saxlanılmışdır. Bəzi hallarda məktublar vətəndaşlara çatdırılsa da sistem üzərindən F-8 maddəsi bağlanmamış (**********02442 və s.) və müdaxilədən sonra sistem üzərindən bağlanması təmin edilmişdir. PŞ rəisi tərəfindən əməliyyatçıya verilən PÖN-ə mövcud qaydaların tələblərinə uyğun iltizamnamə tərtib olunaraq imzalanmamışdır. Hərbi hissələrə göndərilən teleqramların qəbulu zamanı sistem üzərindən təsdiq qeydi vurulsa da mətnin kim tərəfindən təsdiq edilməsi barədə müvafiq qaydlər yazılmır (307417 və s). CP029060266AZ və CP29060456AZ saylı beynəlxalq bağlamalar 03.04.2021-ci il tarixdən təyinatı ölkədən geri qaytarılsa da PŞ-si tərəfindən göndəriciyə qaytarılması təmin olunmamışdır. 01-06.07.2021-ci il tarixlərdə sistem üzərindən təhlil zamanı bir vətəndaş üzrə beş və daha çox poçt göndərişlərinin qəbulu zamanı tarif əskikliyinə (F-103 siyahısı) yol verilmiş və nəticədə 15 ədəd göndəriş üzrə əskik alınmış 7,5 manat məbləğ təqsirkar şəxsdən alınaraq xəzinəyə mədaxil edilmişdir. Beynəlxalq poçt göndərişlərinin verilməsi zamanı F-22 bildirişləri tam doldurulmur, daxil olma təqvim möhürləri vurulmur. 02.07.2021-ci il tarixdə PŞ-nin rəisi tərəfindən satılmış jurnal sistemə işlənsə də qəbz bağlanmamış və nəticədə vətəndaşa qəbz verilməmişdir. Valyuta mübadiləsi zamanı xüsusi blanklardan istifadə olunmur. İş materiallarında olan Cavabdeh-nin direktoru tərəfindən 23.07.2021-ci il tarixli 4 No-li sexmdən görünür ki, dövri mətbuata abunə yazılışının aparılması məqsədilə fiziki və hüquqi şəxslər arasında müvafiq təbliğat işlərinin aparılmasının təmin olunması, bu sahəyə nəzarətin gücləndirilməsi və gəlirlərin artırılması məqsədilə dəfələrlə şifahi və rəsmi göstəriləşlər verilməsinə baxmayaraq bir sıra rəhbər şəxslərin işə laqeyd münasibəti səbəbindən bu sahədə ciddi dönüş yaradılmamışdır. Belə ki, Cavabdeh-nin aidiyyəti şöbəsi tərəfindən aparılan təhlillərin nəticəsindən məlum olmuşdur ki, cari ilin 6 ayı ərzində Ağdam, Ağcabədi, Ağsu, Astara, Ağstafa, Bərdə, Balakən, Biləsuvar, Qazax, Qobustan, Qəbələ, Qusar, Qubadlı, Şabran, Daşkəsən, Zərdab, Zəngilan, Yardımlı, İsmayıllı, İmişli, Kürdəmir, Kəlbəcər, Gədəbəyü, Goranboy, Lənkəran, Mingəçevir, Naftalan, Neftçala, Saatlıv, Sabirabad, Salyan, Samux, Siyəzən, Ucar, Füzuli, Xocalı, Xızı, Tovuz, Tərtər, Hacıqabul, Cəlilabad, Şamaxı, Şəmkir, Şirvan, Şuşa və 1 saylı PF-lər üzrə bu xidmət tamamilə təşkil olunmamış, Ağdaş (min manatla 0,064), Abşeron (0,068), Beyləqan (0,043), Oğuz (0,090), Qax (0,002), Yevlax (0,036), Göyçay (0,012), Göygöl (0,045), Lerik (0,012), 2 saylı (0,021) PF-lərdə isə bu xidmətdən əldə olunmuş gəlir minimum səviyyədə olmuşdur. Odur ki, xidmət səviyyətsinin genişləndirilməsi və gələrlərin artırılması məqsədilə aşağıdakıların birmənalı olaraq icrası bir daha tapşırılır: 1. Dövri mətbuata abunə yazılışının aparılması məqsədilə xidmət personalı, o cümlədən fiziki və hüquqi şəxslər arasında müvafiq təbliğat işlərinin aparılması gücləndirilməli; 2. Cari ilin 2-ci yarımilliyi üzrə dövri mətbuata abunə yazılışı üçün təxirəsalınmaz tədbirlər görülməsi məqsədilə yerli icra hakimiyyəti orqanlarının rəhbər şəxsləri ilə görüşlərin keçirilməli, dövri mətbuata abunə yazılışının PŞ-lər tərəfindən aparılmasının vacibliyinin mahiyyəti izah olunmalı və görüş keçirilmiş rəhbər şəxslərin ad, soyad, vəzifəsi barədə Cavabdeh-yə rəsmi məlumat verilməli; 3. Dövri mətbuata abunə yazılışı ilə bağlı bütün sifarişlər (abunə, satış) PDM-nin Mətbuatyayımı şöbəsi vasitəsilə həyata keçirilməli; 4. Görülmüş tədbirlər barədə avqust ayının 1-dən 5-dək “Azərpoçt “ MMC-yə rəsmi məlumat verilməlidir. Bu xidmətin təşkili, genişləndirilməsi və gələrlərin artırılması istiqamətində təxirəsalınmaz tədöirlər görülərək icrası ciddi nəzarətdə saxlanılmalıdır. İş materiallarında olan 132 saylı PŞ-nin rəisi Zenfira Baxşıyevanın izahatın surətindən görünür ki, 02.01.2021- ci il tarixdə İran İslam Respublikasından X3 adına bağlama daxil olmuşdur. Fevral ayının 6-da bağlama alması üçün sistemə işlənmişdir (onu da qeyd edir ki, Fərqanə xanımın anası onlara tapşırmışdır ki, bağlaması gələcək xəbər etsinlər). Həmin bağlaması 1 ay saxlamışlar, Mustafayeva Fərqanə ilə heç cür əlaqə saxlaya bilməmişlər. Fərqanə xanımın dönə-dönə tapşırığına görə bağlamanı saxlamaq məcburiyyətində qalmışlar. Bağlamanın gömrük haqqısı özü ödəmişdir. Fikirləşmişdir ki, vətəndaş gələndə ondan alacaq. İş materiallarında olan 3 saylı PF-nın rəisi X8, 132 saylı PF-nin əməliyyatçıları X7, X16, X17, X32, poçtalyon Türkan Həsənova tərəfindən tərtib edilmiş 20.08.2021-ci il tarixli aktın surətindən görünür ki, PF-nın rəisi PŞ-yə gələrkən PŞ-nin müdiri İddiaçı iş yerində olmadığı aşkarlanmışdır. İş materiallarında olan 132 saylı PŞ-nin rəisi Zenfira Baxşıyevanın izahatın surətindən görünür ki, o, vəzifə təlimatına uyğun olaraq xidmət ərazisində planın artıqlaması ilə yerinə yetirilməsi üçün bir sıra iş adamları ilə poçt xidmətlərindən istifadə üçün görüşlər keçirdiyi üçün iş yerini tərk etmişdir. İş materiallarında olan Filiallarla iş şöbəsinin müdiri Azər Səmədov tərəfindən Cavabdeh-nin Baş Direktoru Əfqan Cəlilova ünvanlanmış məktubun surətindən görünür ki, 3 saylı Poçt Filialının 132 saylı poçt şöbəsi barəsində vətəndaşlardan 169 “Qaynar xətt” çağrı mərkəzinə daxil olmuş müraciətləri, habelə şöbədən göndərilən bağlamaların qeyristandart qutularda qablaşdırılmasını araşdırmaq məqsədilə Cavabdeh-nin Filiallarla iş şöbəsinin əməkdaşları 01.07.2021-ci il tarixdə göstərilən poçt şöbəsində qeyd edilən şikayətlərlə bağlı monitorinq aparmışlar. 132 saylı poçt şöbəsində vətəndaşlara göstərilən poçt-maliyyə əməliyyatları zamanı bir sıra nöqsanlar müəyyən edilmişdir. Belə ki, bir çox əməliyyatlar aparılarkən müştərinin şəxsiyyətini təsdiq edən sənədlərin kserosurətləri ilkin sənəd olaraq şöbədə saxlanılır. Bu səbəbdən də həmin sənədlər surətlərini çıxartmaq məqsədilə onlardan 40 qəpik pul tələb olunur və bu ödəniş üçün heç bir qəbz verilmir. Digər bir nöqsan isə şöbədə müştərilər tərəfindən bağlamalar göndərilərkən şöbə standartlara uyğun hər üç ölçüdə qutularla təchiz edilsə də (şöbənin mal-material cədvəlinə əsasən), qablaşdırma zamanı həmin qutulardan bir çox hallarda istifadə olunmur və əksinə ətrafdakı mağazalardan qeyri-standart və tullantı qutular yığılaraq, müştərinin göndərişlərinin qablaşdırılması aparılmışdır. Şöbə müdiri İddiaçı öz izahatında X22nın şəxsi vəsaiti hesabına sürət çıxarma cihazını alaraq şöbədə istifadə etdiyini, bu cihazda xərclədiyi pulu qaytarmaq məqsədilə müştərilərdən surət çıxarmaq üçün aldıqları 40 qəpik xidmət haqqını bu səbəbdən gəlirdən yayındırdığını bildirmişdir. Bundan başqa İddiaçı bir neçə aydır ki, şöbənin bağlama qutuları ilə təchiz olunmadığını, təhciz edildikdə isə qutular say hesabı ilə başqa ölçüdə olan qutularla səhv düşdüyünü, bu haqda təchizat şöbəsinə iradını bildirdikdən sonra guya əksik gələn qutuların sonradan şöbəyə göndərildiyini əlavə etmişdir. Bu səbəbdən də əsasən orta ölçülü və tələbatı çox olan 1,50 qəpiklik qutuların əvəzinə yaxınlıqdakı ticarət obyektlərindən topladıqları qutulara müştərilərin bağlamalarını qablaşdıraraq göndərmək məcburiyyətində qaldıqlarını vurğulamışdır. X22 öz izahatında şöbənin surət çıxarma cihazının yararsız halda olduğunu, bu səbəbdən həmin cihazın yenisi şəxsi vəsaiti hesabına 300 manata aldığını bildirmiş, müştərilərdən surət çıxarmaq üçün 20-40 qəpik arasında xidmət haqqı yığdığını və sistemə işləmədiyini qeyd etmişdir. Aparılan araşdırma nəticəsində vətəndaşların müraciətində qeyd olunanlar və qablaşdırma ilə bağlı əldə olunan məlumatlar öz təsdiqini tapmışdır. Şöbə rəisi və əməliyyatçı göstərilən nöqsanlarla bağlı müxtəlif bəhanələr gətirsələr də, hər ikisi qeyri-səmimi izahatlar verərək, məsuliyyəti öz üzərlərindən atmağa çalışmışlar. Qeyd olunanları nəzərə almasını və müvafiq tədbir görülməsi üçün aidiyyəti üzrə göstəriş verilməsini xahiş etmişdir. İş materiallarında olan 132 saylı PŞ-nin rəisi İddiaçı izahatın surətindən görünür ki, ********* saylı teleqramdan məlumatı olmadığı üçün 07.07.2021-ci il tarixdə “Kaspi” firmasını 52,80 manat qəzet abunə etmişdir. Nəzərə almasını xahiş etmişdir. Bir daha belə səhvlərə yol verməyəcək. İş materiallarında olan Cavabdeh-nin hüquq şöbəsinin müdiri Kamran Əliyev, Cavabdeh-nin Filiallarla İş şöbəsinin müdiri Azər Səmədov, Cavabdeh-nin PƏŞ-nin aparıcı mütəxəssisi Mahir Babayev, Cavabdeh-nin Filiallarla İş şöbəsinin mütəxəssisi Elnur İsazadə, Cavabdeh-nin 3 saylı Poçt Filialının 132 saylı poçt şöbəsinin müdiri Zenfira Baxşıyeva tərəfindən tərtib edilmiş 20.08.2021-ci il tarixli aktın surətindən görünür ki, 02.01.2021-ci il tarixdə CP421988325İR beynəlxalq bağlama İran İslam Respublikasından vətəndaş X3 adına 3 saylı PF-nin 132 saylı PŞ daxil olmuşdur. Həmin bağlama üzrə F-22 bildirişi tərtib edilmədən, 06.02.2021-ci il tarixdə vətəndaşa təqdim olunmadan sistem üzrə çatdırmaya verilmişdir. Sistem üzərindən çatdırma zamanı saxlama günləri azaldılaraq ödəniş edilmişdir. Müəyyən olunmuşdur ki, saxlama günləri 31 gündür. İş materiallarında olan 3 saylı PŞ-nin 132 saylı poçt şöbəsinin rəisi İddiaçı tərəfindən Cavabdeh-nin baş direktorun adına yazılmış izahatın surətindən görünür ki, 07.07.2021-ci il tarixdə "xxxx" əməkdaşı tərəfindən qeyd zamanı aşağıdakı nöqsanlar aşkarlanmışdır. Belə ki, xəzinə kitabçası olmaması səbəbi o, 2020-ci ildə 3 ay işdə olmadığı müddətdə gəldikdən sonra şöbədə görməmişdir. Bəzi xəbərnamələr geri qaytarılmamasına səbəb ünvanların tam dəqiq olmamasıdır. İltizamnamə blankının olmamasına görə Ay blankında yazmışlar. CP029060266AZ və CP29060456AZ saylı beynəlxalq bağlamaları 03.04.2021-ci il tarixdən təyinatı ölkədən geri qaytarılmışdır. Müştəri ilə əlaqə saxlamışlar, onlar gəlib götürəcəyini xahiş etmişlər. Beynəlxalq poçt göndərişlərinin keçirilməsi zamanı bəzən F-22 bildirişləri tam doldurulduğu səbəbi işin həddindən artıq çox olmasıdır. Kitab satışı zamanı çekin bağlanması mexaniki olaraq gözündən yayınmışdır. İş materiallarında olan Cavabdeh-nin 3 saylı Poçt Filialının və HİK-nin birgə iclasının 24.08.2021-ci il tarixli, 28 saylı protokolun surətindən görünür ki, Cavabdeh-dən ünvanlanan 24.08.2021-ci il tarixli 103-1002/9045-21 nömrəli 1132 saylı PŞ-nin müdiri X1 Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi ilə işdən azad olunması barədə müraciətinə müsbət münasibət bildirilməsi qərara alınmışdır. İş materiallarında olan Cavabdeh-nin 13.07.2021-ci il tarixli 1541 nömrəli əmrin surətindən görünür ki, Azərbaycan Respublikasının Əmək Məcəlləsi və digər normativ hüquqi aktlarla müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsinə səhlənkar yanaşaraq xidməti fəaliyyətləri zamanı mövcud poçt qaydalarının tələblərini pozduqlarına görə Cavabdeh-nin 3 saylı Poçt Filialının 129 saylı Poçt Şöbəsinin (PŞ) müdiri X19, həmin filialın 132 saylı PŞ-nin müdiri İddiaçı, 123 saylı PŞ-nin müdiri X13 “töhmət” verilməsi, xidməti fəaliyyətlərində təkrar nöqsana yol verəcəkləri halda, barələrində daha ciddi intizam təbehi görüləcəyi onların nəzərinə çatdırılması əmr edilmişdir. Əsas: PXD-nin müvafiq arayışları, aktlar, izahat və digər təsdiqləyici sənədlər. İş materiallarında olan Cavabdeh-nin 16.07.2021-ci il tarixli 1612 nömrəli əmrin surətindən görünür ki, Azərbaycan Respublikasının Əmək Məcəlləsi və digər normativ hüquqi aktlarla müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsinə səhlənkar yanaşaraq, xidməti fəaliyyəti zamanı şəxsi marağı naminə müştəridən sənədin ksero surətinin çıxarılmasına görə əlavə pul tələb etməklə “Etik davranış qaydaları”nın tələblərini pozduğuna, şöbə müdirinin isə adı çəkilən qayda pozuntumunun qarşısının alınması üçün zəruri əməli tədbir görmədiyinə və şöbədə işçilərin fəaliyyətinə lazımi nəzarəti təmin etmədiyinə, habelə əvvəllər barəsində görülmüş intizam tənbehindən əməli nəticə çıxarmadığına görə Cavabdeh-nin 3 saylı Poçt Filialının (PF) 132 saylı Poçt şöbəsinin müdiri İddiaçı və həmin şöbənin əməliyyatçısı X9 “sonuncu xəbərdarlıqla şiddətli töhmət” verilməsi, xidməti fəaliyyətində təkrar nöqsanlara yol verəcəkləri halda barələrində daha ciddi intizam tənbehi görüləcəyi onların nəzərinə çatdırılması əmr edilmişdir. Əsas: filiallarla iş şöbəsinin məlumatı üzrə Cavabdeh-nin 08.07.2021-ci il tarixli 103-13/6251 nömrəli qeydiyyat nəzarəti vərəqəsi və aidiyyəti izahatlar. İş materiallarında olan Cavabdeh-nin 26.08.2021-ci il tarixli 1978 nömrəli əmrin surətindən görünür ki, Cavabdeh-nin 3 saylı Poçt Filialının 132 saylı Poçt şöbəsinin müdiri İddiaçı özünün əmək funksiyasını və əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədiyinə görə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən 26.08.2021-ci il tarixdən tutduğu vəzifədən azad edilməsi və onunla bağlanmış əmək müqaviləsinin ləğv olunması,maliyyə şöbəsi (Dilarə Mustafayeva) işçinin son haqq-hesabının (01.09.2019-01.09.2020 illər üzrə istifadə edilməmiş 30 təqvim günü, 01.09.2020-26.08.2021-ci illər üzrə 29 təqvim günü, cəmi 59 təqvim günü əmək məzuniyyətinin pul əvəzi) aparılmasını təmin etməsi əmr edilmişdir. Əsas: 3 saylı PF-nın Həmkarlar İttifaqı Komitəsinin 24.08.2021-ci il tarixli protokolu, aidiyyəti izahatlar və aidiyyəti sənədlər. İş materiallarında olan İddiaçı Mediasiya Şurasına ünvanlanmış 14.09.2021-ci il tarixli ərizədən görünür ki, o, əmək mübahisəsi (işə bərpa tələbi barədə) ilə əlaqədar mediator təyin edilməsini xahiş etmişdir. İş materiallarında olan İddiaçı mediasiya prosesinin tətbiqi barədə təklifindən görünür ki, o, işə bərpa tələbi barədə mübahisənin mediasiya vasitəsi ilə həll edilməsini, Gündüz İsmayılovun mediator təyin olunması və mediasiyaya dair xərclərin aralarında bərabər şəkildə bölünməsini təklif etmişdir. İş materiallarında olan ilkin mediasiya sessiyasından sonra prosesin davam etdirilə bilməməsi barədə MŞİH04935 saylı, 26.10.2021-ci il tarixli arayışından görünür ki, arayış İddiaçı vəkili və etibarnamə əsasında nümayəndəsi Nümayəndə və Cavabdeh-nin (Cavabdeh-nin mövceyini həmin müəssisədə “filiallarla iş şöbəsinin müdiri” vəzifəsində çalışan Azər Səmədov, Cavabdeh-nin 3 saylı filialının rəhbəri Mircavid Hüseynov, “poçt əməliyyatları şöbəsinin mütəxəssisi” Elbəy Mənsurlu bildirmişlər) 26.10.2021-ci il tarixdə, 17.00-17.40 saatlarında işə bərpa tələbləri üzrə keçirilən ilkin mediasiya sessiyasında iştirak etdiklərini təsdiq etmək üçün verilir. Lakin tərəflər ilkin mediasiya sessiyasından sonra prosesi davam etdirmək barədə qərar qəbul etmədilər. Məhkəmə kollegiyası verilmiş iddia tələbi ilə bağlı aşağıdakılar qeyd edir. Birinci instansiya məhkəməsinin iclasında müəyyən edilmişdir ki, iddiaçı 1979-cu ildən poçt xidməti sahəsində işləmiş, 1995-ci il tarixdən Cavabdeh-nin 3 saylı Poçt Filialının 132 saylı poçt şöbəsinin müdiri vəzifəsində işləmişdir. Birinci instansiya məhkəməsinin iclasında həmçinin müəyyən edilmişdir ki, xidməti fəaliyyətində yol verilmiş nöqsanlara görə iddiaçıya aid olan hissələrdə Cavabdeh-nin 14.07.2020-ci il tarixli, 13.07.2021-ci il tarixli və 16.07.2021-ci il tarixli əmrləri ilə iddiaçı barəsində intizam tənbehi kimi “töhmət” və “sonuncu xəbərdarlıqla şiddətli töhmət” verilmişdir. Cavabdeh-nin 26.08.2021-ci il tarixli 1978 saylı əmri ilə əmək funksiyasını və əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədiyinə görə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən iddiaçı Azərpoçt” MMC-nin 3 saylı Poçt Filialının 132 saylı Poçt şöbəsinin müdiri vəzifəsindən azad edilmiş və onunla bağlanmış əmək müqaviləsinə xitam verilmişdir. Əmək müqaviləsinə xitam verilməsinin əsası kimi 3 saylı PF-nin Həmkarlar İttifaqı Komitəsinin 24.08.2021-ci il tarixli protokolu, aidiyyəti izahatlar və aildiyyəti sənədlər göstərilmişdir. İddiaçı tərəfindən irəli sürülmüş tələbdən görünür ki, cavabdeh əmək müqaviləsinə xitam verilməsi barədə 26.08.2021-ci il tarixli əmri qəbul edərkən AR Əmək Məcəlləsinin 70-ci maddəsinin tələblərindən qərəzli olaraq istifadə etmiş və onun əmək hüquqlarını pozmuşdur. Bu səbəbdən iddiaçı əmrin ləğv edilməsini və onun işə bərpa olunmasını və məcburi buraxılmış iş günləri üçün əmək haqqı ödənilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası iddiaçının apellyasiya şikayəti ilə bağlı gətirdiyi dəlillərə hüquqi qiymət verərək aşağıdakıları qeyd edir. Şikayətdə qeyd edilir ki, cavabdehin və məhkəmənin mövqeyi tam yanlışdır, belə ki, İddiaçı əmək funksiyasına aid olmayan hüquq pozuntusuna görə işdən azad olunma intizam tənbeh tədbirinə məruz qalıb, hüquq pozuntusundan 6 aydan artıq vaxt keçdikdən sonra intizam tənbehi verilə bilməz, sadalanan hüquq pozuntularında təkrarlıq yoxdur, işdən azad edilmə ilə bağlı hüquq pozuntusu töhmətlərin verilməsinə səbəb olmuş hüquq pozuntusundan 6 ay əvvəl baş vermişdir. Kollegiya işin yuxarıda sadalan materiallarından və hallarından müəyyən etmişdir ki, iş materiallarında olan Cavabdeh-nin hüquq şöbəsinin müdiri Kamran Əliyev, Cavabdehnin Filiallarla İş şöbəsinin müdiri Azər Səmədov, Cavabdeh-nin PƏŞ-nin aparıcı mütəxəssisi Mahir Babayev, Cavabdeh-nin Filiallarla İş şöbəsinin mütəxəssisi Elnur İsazadə, Cavabdeh-nin 3 saylı Poçt Filialının 132 saylı poçt şöbəsinin müdiri Zenfira Baxşıyeva tərəfindən tərtib edilmiş 20.08.2021-ci il tarixli aktın surətindən görünür ki, 02.01.2021-ci il tarixdə CP421988325İR beynəlxalq bağlama İran İslam Respublikasından vətəndaş X3 adına 3 saylı PF-nin 132 saylı PŞ daxil olmuşdur. Həmin bağlama üzrə F-22 bildirişi tərtib edilmədən, 06.02.2021-ci il tarixdə vətəndaşa təqdim olunmadan sistem üzrə çatdırmaya verilmişdir. Sistem üzərindən çatdırma zamanı saxlama günləri azaldılaraq ödəniş edilmişdir. Müəyyən olunmuşdur ki, saxlama günləri 31 gündür. Lakin iş materiallarının 61-ci vərəqindən görünür ki, Cavabdeh-nin Baş direktoruna X3 İran İslam Respublikasından 02.01.2021-ci il tarixdə ona göndərilmiş CP421988325İR beynəlxalq bağlamanın çatdırılmaması ilə bağlı şikayət ərizəsinin tarixi 20.08.2021-ci il tarixidir.Həmçinin, həmin pozuntu ilə bağlı Cavabdeh-nin Baş direktoruna iddiaçının izahatının tarixi 20.08.2021-ci il tarixidir.Beləliklə, X4 İran İslam Respublikasından 02.01.2021-ci il tarixdə ona göndərilmiş CP421988325İR beynəlxalq bağlamanın çatdırılmaması ilə bağlı pozuntu 02.01.2021-ci il tarixdə baş vermiş və aradan qaldırılmayaraq 20.08.2021-ci il tarixədək davam etmişdir.Odur ki, iddiaçının hüquq pozuntusundan 6 aydan artıq vaxt keçdikdən sonra intizam tənbehi verilməsi dəlili əsassızdır. İddiaçının şikayətinin digər dəlili isə ondan ibarətdir ki,X14 göndərilmiş bağlamanı qəbul edib sistemə işləmək, onu bir ay saxlamaq, bir aydan sonra geri qaytarmaq 132 saylı poçt şöbəsinin əməliyyatçısının funksiyasına daxildir, müdirin belə funksiyası yoxdur. İddiaçı funksiyasına aid olmayan pozuntuya görə işdən azad edilib. Həmin hüquq pozuntusu iddiaçı tərəfindən törədilməmişdir, yəni işdən azad edilməyə səbəb olan vətəndaşın bağlamasının vaxtında qaytarılmaması səlahiyyətinin məhkəmə iclası zamanı cavabdehin izahatı, həmçinin poçt şöbəsinin müdirinin vəzifə təlimatına əsasən poçt şöbə müdirinin deyil, poçtun əməliyyatçısının səlahiyyətinə aiddir, yəni iddiaçı onun funksiyasına daxil olmayan pozuntuya görə işdən azad edilib. Kollegiya qeyd edir ki, həm iş materiallarından, həm də iddiaçının izahatından müəyyən olunur ki, 02 yanvar 2021-ci il tarixdə daxil olmuş bağlama 1 ay poçtda saxlanılmalı, bir aydan sonra 02 fevral 2021-ci il tarixdə geri qaytarılmalı idi, lakin, poçt şöbəsi bağlamanı geri qaytarmamış və bununla bağlı rüsumu iddiaçı özü ödəmişdir.Beləliklə, iddiaçı pozuntunun aradan qaldırılmasını təmin etmək əvəzinə, özü də “Poçt rabitəsi xidmətlərinin göstərilməsi” Qaydalarının 1.4.8-ci bəndinin tələbinin pozulmasında iştirak etmişdir. Qanunvericiliyə görə mətbuatyayım azad olduğundan Kaspi mətbuat yayım şirkəti ilə əməliyyat aparmasına (07.07.2021) görə İddiaçı 13.07.2021-ci il tarixdə elan edilmiş töhmətin, eləcə də guya Z.Baxşıyevanın kserosurət çıxarılmasına görə vətəndaşlardan pul alması ilə bağlı təsdiqini tapmayan, həqiqi olmayan iddialara görə İddiaçı 16.07.2021-ci il tarixdə sonuncu xəbərdarlıqla şiddətli töhmət elan edilməsinin də hüquqi əsası olmaması ilə bağlı iddiaçının şikayətinin dəlillərinə münasibətdə isə Kollegiya qeyd edir ki, iddiaçı kserosurət çıxarılmasına görə vətəndaşlardan pul alması ilə bağlı mövqeyini belə bildirmişdir ki, kserosurət aparatı başqa işçinin pulu ilə alınıb deyə yığılan pul onun borcuna ödənilirdi.Lakin bunu təsdiq edən sübutu iddiaçı təqdim etməmiş və bunun yol verilən olmasını əsaslandırmamışdırşdır. Kaspi mətbuat yayım şirkəti ilə əməliyyatlar isə iş materiallarında olan iddiaçının iştirakı ilə təsdiq olunan aktla və etirafı ilə sübut olunmuşdur. Daha öncə baş vermiş “əmələ” görə isə 16.07.2021-ci il taixdə sonucu xəbərdarlıqla şiddətli töhmət elan edilməsi ilə bağlı şikayətin dəlili isə ona görə əsasassızdır ki, həmin töhmətlərin verilmə vaxtı törədilmiş əməlin mahiyyətini istisna etmir. Beləliklə, müəyyən edilmişdir ki, iddiaçı ilə bağlanmış əmək müqaviləsinə AR Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi ilə xitam verilməsinə əsas onun əmək vəzifələrini pozulması və işində ardıcıl olaraq nöqsanlara yol verməsi olmuşdur. Belə ki, Cavabdeh-nin 3 saylı Filialının və HİK-nin birgə iclasının 24.08.2021-ci il tarixli, 28 nömrəli protokolundan görünür ki, vətəndaş Fərqanə Mustafayeva 20.08.2021-ci il tarixdə Cavabdeh-yə müraciət edərək 02.01.2021-ci il tarixli İran islam Respublikasından daxil olmuş CP421883251İR nömrəli beynəlxalq bağlamanın poçt rabitəsi qaydalarına uyğun verilmədiyini və poçt şöbəsinin müdiri tərəfindən mənimsənildiyini bildirmişdir. Belə ki, bir ay müddətində bağlama çatdırılmadıqda geri qaytarılmalıdır və yaxud da alıcının ödənişli ərizəsi əsasında PŞ-də 2 ay müddətində saxlanılmalıdır. Buna baxmayaraq, həmin bağlamanı PŞ müdiri İddiaçı 06.02.2021-ci il tarixdə sistemdə vətəndaşa çatdırılmış kimi əməliyyat aparmışdır və bir mədaxil qəbzi ilə iki müxtəlif alıcıya bağlama çatdırılmaya verilmişdir. Bir mədaxil qəbzi ilə bir alıcıya və ya daha çox poçt göndərişi verilə bilər. Deməli, mədaxil qəbzinin alıcılara verilməməsi hal baş vermişdir. Bütün qeyd edilən hallara poçt rabitəsi qaydaları kobud şəkildə pozulmuş və haqlı şikayətə səbəb olmuşdur. 20.08.2021-ci il tarixdə məsələni yerində araşdırmaq üçün Cavabdeh-nin mütəxəssisləri və PF rəhbəri 1132 saylı PŞ-yə getsələr də, məsələni aydınlaşdırmaq mümkün olmamışdır. Belə ki, PŞ-nin müdiri İddiaçı daxili nizam-intizam qaydalarına əməl etməyərək üzrlü səbəb olmadan iş yerini tərk etmişdir və bu barədə akt tərtib edilmişdir. PŞ rəhbərinin tələbi ilə əməliyyatçı müdirinə zəng edərək nə vaxt işə gələcəyini soruşduqda İddiaçı ona sistem köçürüldüyünü, ertəsi gün işə gələcəyini bildirmişdir. Lakin 23.08.2021-ci ildə izahat istənildiyi halda yazdığı məlumatda PŞ-nin planının yerinə yetirilməsi üçün iş adamları ilə görüşdə olduğunu bildirmişdir. Bundan əvvəl də 2021-ci ilin yarımilliyi üçün dövri mətbuata abunə yazılışının aparılması məqsədilə fiziki və hüquqi şəxslər arasında təbliğat aparılması, qəzet abunə və satışının PDM-in mətbuatyayımı şöbəsi ilə həyata keçirilməsi məqsədilə 02.07.2021-ci il tarixdə saat 09.59-da onlardan bütün PŞ-lərə ********** nömrəli teleqramm göndərilmişdir. Məlumat üçün bildirilir ki, 1132 saylı PŞ-nin əməliyyatçısı teleqramı saat 11.16-da çatdırmaya vermişdir. Teleqramlar haqqında müvəqqəti qaydaların 1.5.4- cü bəndinə əsasən daxil olmuş teleqramlara PŞ-nin əməliyyatçısı tərəfindən hər 30 dəqiqədən gec olmayaraq, PŞ rəisi tərəfindən isə 1 saatdan gec olmayaraq baxış keçirilir və daxil olmuş teleqram dərhal çapa verir. Bu prosedur əməliyyatçı və PŞ müdiri tərəfindən vaxtında aparılmamışdır və 07.07.2021-ci il tarixdə 1132 saylı PŞ-nin müdiri İddiaçı tərəfindən “Kaspi” mətbuatyayım şirkəti ilə 52,80 manat məbləğində qəzet abunəsi əməliyyatı aparılmışdır. Bundan əlavə İddiaçı Cavabdeh-nin 13.07.2021-ci il tarixli 1541 nömrəli əmri ilə normativ hüquqi aktlarla müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsinə səhlənkar yanaşaraq mövcud poçt qaydalarını pozduğuna görə “töhmət” və 16.07.2021-ci il tarixli 1612 nömrəli əmri ilə şəxsi marağı xatirinə müştəridən sənədin kserosurətinin çıxarılmasına görə əlavə pul tələb etməklə “Etik davranış qaydaları”nın tələblərin pozduğuna görə “sonuncu xəbərdarlıqla şiddətli töhmət” verilmişdir. Məhkəmə kollegiyası hesab edir ki, cavabdeh tərəfindən aşkar edilmiş hallar qanun pozuntusu hesab edilir və bu səbəbdən cavabdeh həmin qanun pozuntusu ilə bağlı işəgötürən kimi iddiaçı barəsində intizam tənbehi tətbiq etməkdə tam haqlı olmuşdur. “Poçt rabitəsi xidmətlərinin göstərilməsi” Qaydalarının 1.4.8-ci bəndinə əsasən “Tələb olunanadək” ünvanı ünvançı tərəfindən tələb olunan anadək poçt göndərişinin müəyyən müddət ərzində (adətən 30 günədək) təyinat yerinin poçt şöbəsində saxlanılmasını nəzərdə tutan xüsusi poçt ünvanı formasıdır. Bir ay müddətində bağlama çatdırılmadıqda və ya geri qaytarılmalı, ya da alıcının ödənişli ərizəsi əsasında poçt şöbəsində 2 ay müddətində saxlanılmalıdır. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 10-cu maddəsində göstərildiyi kimi, əmək müqaviləsi ilə müəyyən edilmiş əmək funksiyasını vicdanla yerinə yetirmək, əmək intizamına və müəssisədaxili intizam qaydalarına əməl etmək, əmək qanunvericiliyinin tələblərinə işçinin əsas vəzifələri hesab olunur. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinini «ç» bəndinə əsasən, işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənini 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda əmək müqaviləsi işəgötürən tərəfindən həmin əsasla ləğv edilə bilər. Qeyd edilən Məcəllənin 71-ci maddəsinin 2-ci hissəsinə əsasən bu Məcəllənin 70-ci maddəsinin «ç» bəndində nəzərdə tutulmuş əsasla əmək müqaviləsinin ləğv edilməsinə bu şərtlə yol veirlir ki, işçi qəsdən və ya səhlənkarlıqla, etinasızlıqla əmək funksiyasını, vəzifə borcunu (öhdəliklərini) yerinə yetirmədiyinə görə müvafiq iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahəngi pozulmuş olsun və ya mülkiyyətçinin, işəgötürənin, habelə əmək kollektivinin (onun ayrı-ayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəymiş olsun. Həmin Məcəllənin 72-ci maddəsinin «e» bəndinə əsasən əmək fəaliyyəti zamanı yol verdiyi kobud səhvləri, hüquq pozuntuları nəticəsində işəgötürənin, müəssisənin və ya mülkiyyətçinin qanuni mənafeyinə ciddi xələl gətirməsi əmək vəzifələrinin kobud şəkildə pozulması hesab edilir. Həmin Məcəllənini 76-cı maddəsinin 1-ci bəndinə əsasən işəgötürən tərəfindən əmək müqaviləsinə bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci madəllərində nəzərdə tutulan əsaslardan yalnız biri ilə xitam verilə bilər. Həmin Məcəllənin 80-cı maddəsinini 1-ci bəndinə əsasən, bu Məcəllənin 70-ci maddəsinin «B» və «Ç» bəndlərində göstərilən əsaslarla işəgötürən tərəfinndən əmək müqaviləsinin ləğv edilməsi müəssisənin həmkarlar təşkilatının qabaqcadan razılığı alınmaqla həyata keçirilməlidir. İş materiallarından göründüyü kimi iddiaçının işdən azad edilməsi ilə bağlı həmkarlar təşkilatının qabaqcadan razılığı verilmiş və bununla bağlı hər hansı qanun pozuntusuna yol verilməmişdir. İşçinin əmək funksiyası dedikdə əmək müqaviləsində nəzərdə tutulan, yerinə yetirilməli olduğu müvafiq işin və ya görməli olduğu xidmətin dairəsi anlaşılır. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 72-ci maddəsinin “e” bəndi əmək vəzifələrini kobud şəkildə pozulması hallardından biri kimi işçinin əmək fəaliyyəti zamanı yol verdiyi kobud səhvləri, hüquq pozuntuları nəticəsində işəgötürənin, müəssisənin və ya mülkiyyətçinin qanuni mənafeyinə ciddi xələl gətirməsini göstərmişdir. Bu zaman işəgötürənin, müəssisənin və ya mülkiyyətinin qanuni mənafeyinə xələl gətirən kobud səhvlər və hüquq pozuntuları yalnız əmək fəaliyyəti müddətində və əmək fəaliyyəti ilə bağlı olmalıdır. İşçi öz əmək fəaliyyətini iş vaxtı ərzində həyata keçirtdiyi üçün və yalnız bu müddət ərzində ona əmək qanunvericiliyi şamil edildiyi üçün belə göstərmək olar ki, onun yol verdiyi kobud səhv, yaxud hüquqazidd hərəkətlər iş vaxtı ərzində olmalıdır. İşçinin yol verdiyi kobud səhvlər müxtəlif səbəblər və hallarla bağlı olmalıdır. İşəgötürənin, müəssisənin və ya mülkiyyətçinin qanuni mənafeyi dedikdə, onların qanunla müəyyən edilən və mühafizə olunan şəxsi, əmlak və işgüzar nüfuzu ilə bağlı olan tələbatları başa dühülür. İşəgötürən bu əsasla əmək müqaviləsinə o zaman xitam verə bilər ki, əmək fəaliyyəti zamanı işçinin yol verdiyi kobud səhvlər, yaxud hüquq pozuntuları nəticəsində işəgötürənin, müəssisənin və ya mülkiyyətçinin qanuni mənafeyinə ciddi xələl gətirilmiş olsun. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçının əmək fəaliyyəti zamanı yol verdiyi səhvlər hüquq pozuntusu hesab olduğu üçün və əvvəllər – 2020 və 2021-ci illərdə iddiaçı onun barəsində tətbiq edilmiş intizam tənbehindən sonra təkrarən hüquq pozuntusuna yol verdiyi üçün, cavabdehin iddiaçı barəsində AR Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi ilə intizam tənbehini tətdiq etməsi tam qanunidir. Bu səbəbdən məhkəmə kollegiyası hesab edir ki, işəgötürən tərəfindən əmək müqaviləsinə xitam verilərkən əmək qanunvericiliyinin tələblərinin pozulması halı müəyyən edilmədiyindən, 26.08.2021-ci il tarixli əmrin ləğv edilməsi və işə bərpa edilməsi ilə bağlı irəli sürülmüş tələb tam əsassızdır və təmin edilməməlidir. Məhkəmə kollegiyası həmçinin hesab edir ki, iddiaçının işə bərpa edilməsi barədə tələbi əsassız hesab olunduğu üçün, iddia tələbi məcburi buraxılmış iş günləri üçün əmək haqqı ödənilməsi hissəsində də əsassızdır və təmin edilməməlidir. Beləliklə də, məhkəmə kollegiyası iş üzrə tədqiq edilən sübutlara qiymət verərək hesab edir ki, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi Cavabdeh-yə qarşı 26.08.2021-ci il tarixli 1978 saylı əmrin ləğvi, işə bərpa edilməsi və məcburi buraxılmış iş günləri üçün əmək haqqı ödənilməsi barədə iddia tələblərinin əsassız olduğu üçün təmin edilməməsi ilə bağlı birinci instansiya məhkəməsinin qənaəti düzgündür. Kollegiya nəzərə alır ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Göründüyü, kimi birinci instansiya məhkəməsinin qətnaməsi faktlar nöqteyinəzərindən qanuni və əsaslıdır, apellyasiya şikayətinin dəlilləri formal mülahizələrə əsaslanmaqla qətnamənin ləğvi üçün əsaslar yoxdur, maddi və prosessual hüquq normaları birinci instansiya məhkəməsi tərəfindən düzgün tətbiq olunmuşdur. Mülki Prosessual Məcəllənin 384.0.1-ci maddəsinə əsasən apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 384, 392, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası qət etdi: Apellyasiya şikayəti təmin olunmasın. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 25 yanvar 2022-ci il tarixli, 2(009)- 181/2022 nömrəli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlansın. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən etibarən, 2 ay müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Şərafət Məmmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar