Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-2914/2023 18.05.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Nürəddin qızının cavabdeh "xxxx" ASC-yə qarşı mülki iş üzrə (Açar sözlər: işə bərpa və əmək müqaviləsinin şərtinin etibarsız hesab edilməsi ) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, hakim X17 qızının sədrliyi və məruzəsi ilə, hakimlər X3 və X7 ibarət tərkibdə, məhkəmə iclas katibi İsmaylova Ayşən Saəddin qızının katibliyi, İddiaçı Nürəddin qızı və onun nümayəndəsi və vəkili Yolçiyev Mübariz Xalid oğlunun, cavabdeh "xxxx" ASC-nin nümayəndəsi X2, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin nümayəndəsi X8, Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında İnnovasiya və X6 nümayəndəsi X18 oğlunun iştirakları ilə, İddiaçı Nürəddin qızının cavabdeh "xxxx" ASC-yə qarşı (Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi yanında X15 Xidməti, Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında İnnovasiya və X10 və Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsi mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) «işə bərpa və s.» tələbinə dair mülki üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-429/2023 saylı, 03 fevral 2023-cü il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apelyasiya şikayətinə baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları
1. İddiaçı Nürəddin qızı xx.xx.2017-ci il tarixdən "xxxx" ASC-nin “Sumqayıt” filialının aparıcı sığorta əməliyyatçısı vəzifəsi üzrə işə qəbul olunmuş, tərəf olduğu əmək müqaviləsi xx.xx.2017-ci il tarixdən xx.xx.2018-ci il tarixədək 1 il müddətinə bağlanmışdır. ******* saylı Əmək qabiliyyətinin olmaması vərəqəsinə əsasən iddiaçı xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək, daha sonra xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək və xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək iş yerində üzrlü səbəbdən olmamışdır. "xxxx" ASC-nin xx.xx.2022-ci il tarixli AS-K-22/106A saylı əmrinə əsasən iddiaçı ilə bağlanmış əmək müqaviləsinə əmək müqaviləsinə müddətinin bitməsi əsası ilə xx.xx.2022-ci il tarixdə xitam verilmiş, iddiaçı ilə bağlanmış əmək müqaviləsinə xitam verilməsi tarixinin xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixə dəyişdirilməklə "Əmək müqavilələrinin elektron informasiya sistemində" müvafiq düzəlişin edilməsinə dair səlahiyyətlərin verilməsini müvafiq qurumdan xahiş edilmişdir.
Birinci instansiya məhkəməsində icraat
2. İddiaçı Nürəddin qızı cavabdeh "xxxx" ASC-yə qarşı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi yanında X15 Xidməti, Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında İnnovasiya və X10 və Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsini müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb etməklə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onunla cavabdeh arasında xx.xx.2017-ci il tarixində bağlanmış əmək müqaviləsinin “bu əmək müqaviləsi tərəflərin hüquq bərabərliyi prinsipinə əməl edilməklə onların qarşılıqlı razılığı ilə xx.xx.2017-ci il tarixindən xx.xx.2018-ci il tarixinə qədər 1 il müddətinə müddətli bağlanmışdır” məzmunlu 2.1-ci bəndinin etibarsız hesab edilməsi, cavabdehin, 25 iyul 2022-ci il tarixindən onun işdən azad edilməsi barədə əmrinin ləğv edilərək onun cavabdehin Memar Əcəmi filialında aparıcı sığorta əməliyyatçısı vəzifəsinə işə bərpa edilməsi, məcburi iş buraxma müddəti üçün ödənilməmiş əmək haqqının cavabdehdən tutularaq ona ödənilməsi, cavabdehin, onun 28 iyun 2022-ci il tarixindən işdən azad edilməsi barədə əmri ləğv edilərək onun cavabdehin Memar Əcəmi filialında aparıcı sığorta əməliyyatçısı vəzifəsinə işə bərpa edilməsi, məcburi iş buraxma müddəti üçün ödənilməmiş əmək haqqının cavabdehdən tutularaq iddiaçıya ödənilməsi, cavabdehin iddiaçıya ödəmədiyi son haqq-hesabın hesablanıb, 300 manat hüquqi xidmət xərcinin və 50 manat mediasiya xərcinin cavabdehdən tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
3. İddia onunla əsaslandırılmışdır ki, onunla cavabdeh arasında 15 may 2017-ci ildə əmək müqaviləsi bağlanmış və həmin müqavilə əsasında 600 manat maaş ilə "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Sumqayıt filialında aparıcı sığorta əməliyyatçısı vəzifəsinə təyin olunmuş və həmin tarixdən həmin vəzifədə işləmişdir. Həmin əmək müqaviləsinə 4 il sonra "xxxx" ASC-nin xx.xx.2021-ci il tarixli əmri ilə Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən qanuna zidd olaraq xitam verildi. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin e-2(006)-2283/2021 saylı iş üzrə xx.xx.2021-ci il tarixində qəbul etdiyi qətnamə ilə cavabdehin xx.xx.2021-ci il tarixli əmri ləğv edilmiş, o, "xxxx" Açıq Səhmdar Cəmiyyətinin “Sumqayıt” filialında aparıcı sığorta əməliyyatçısı vəzifəsinə bərpa edilmiş, məcburi işburaxma müddəti üçün ödənilməmiş əmək haqqı cavabdehdən tutularaq ona ödənilməsi və cavabdehdən 290 manat hüquqi xidmət xərcinin əvəzi alınaraq ona ödənilməsi qət edilmişdir. Həmin qətnamə Bakı Apelyasiya Məhkəməsinin qətnaməsi ilə və Bakı Apelyasiya Məhkəməsinin həmin qətnaməsi də Azərbaycan Respublikası Ali Məhkəməsinin qüvvəsində saxlanıldı. xx.xx.2022-ci il tarixində Nəsimi Rayon Məhkəməsinin e-2(006)-2283/2021 saylı iş üzrə xx.xx.2021-ci il tarixli qətnaməsi qismən icra olundu. Belə ki, cavabdehin Memar Əcəmi filialında aparıcı sığorta əməliyyatçısı vəzifəsinə bərpa olunmuş, lakin ona məcburi iş buraxma ilə bağlı əmək haqqının hamısı ödənilməmişdir. Məcburi iş buraxma ilə bağlı əmək haqqının hamısının ödənilməsi ilə bağlı icra işi Nəsimi rayon icra şöbəsində davam edir. xx.xx.2022-ci il tarixindən o, cavabdehin Memar Əcəmi filialında aparıcı sığorta əməliyyatçısı vəzifəsində çalışırdı. xx.xx.2022-ci il tarixində uşağının xəstəliyi səbəbi ilə bülletendə olduğu vaxt (bu barədə e-mail və vatsap yolu ilə işəgötürənə məlumat da vermişdir) onun əmək müqaviləsinə müddəti bitdiyini əsas göstərərək cavabdeh xitam vermişdir. xx.xx.2022-ci il tarixində Tibb müəssisəsi tərəfindən bağlanmış bülleteni cavabdehə təqdim etmiş və işə çıxmışdır. Lakin ona demişlər ki, onun əmək müqaviləsinə müddət bitdiyi üçün xitam vermişdir. Bundan sonra, o, e-sosial sisteminə baxmış, lakin həmin məlumatı görə bilməmişdir. Əmri tələb etmiş, əmri də verməmişlər. xx.xx.2022-ci il tarixində internetdən e-sosial sisteminə baxdığı vaxt görmüşdür ki, onun əmək müqaviləsinə xitam verildiyi tarix olaraq xx.xx.2022-ci il tarixi (şənbə günü), xitam səbəbi isə müqavilə müddətinin bitməsi yazılmışdır. Bu o mənaya gəlir ki, cavabdeh özünün xx.xx.2022-ci il tarixli əmrini özü ləğv edib və xx.xx.2022-ci il tarixinə qədər işdə olmuşdur. Bu məlumatı isə e-sosiala xx.xx.2022-ci il tarixində yerləşdirdiyi kimi, ona da həmin yeni Əmri də rəsmi qaydada göndərməmişlər. xx.xx.2022ci il tarixində internetdən e-sosial sisteminə təkrar baxmış və bu vaxt görmüşdür ki, cavabdeh onun əmək müqaviləsinin xitam tarixi olaraq sistemə xx.xx.2022-ci il tarixini yazmışdır. Bu da onun göstərir ki, xx.xx.2022-ci il tarixində 25 iyul 2022-ci il tarixinə qədər işdə olduğu halda, xx.xx.2022-ci il tarixli məlumata görə 28 iyun 2022-ci il tarixinə qədər işdə olub. Başqa bir ifadə ilə elektron sistemdə olan 10 avqust 2022-ci il tarixli məlumata görə 10 avqust 2022-ci il tarixində rəsmi olaraq işdə olub. 11 avqust 2022-ci ildə onu 25 iyul 2022-ci ildən işdən azad ediblər. 12 avqust 2022-ci ildə isə onu 28 iyun 2022-ci ildən işdən azad ediblər. Bu tutarsızlıqlar cavabdehin Əmək Məcəlləsinin tələblərinə hörmət etmədiyini, onları pozduğunu sübut edir. Başqa bir ifadə ilə bütün bunlar onu da göstərir ki, cavabdeh onun xx.xx.2022-ci il tarixində əmək müqaviləsinin müddəti bitdiyi üçün işdən azad edilməyi barədə Əmri məhz xx.xx.2022-ci il tarixində verib. Bu isə Əmək Məcəlləsinin tələblərinə ziddir. Onun, əmək müqaviləsinin müddətinin bitdiyi əsası ilə işdən azad edilməsi barədə cavabdehin əmri qanunvericiliyin tələblərinə ziddir və bu səbəblə ləğv edilməlidir. Belə ki, onun əmək müqaviləsinin müddətinin bitdiyi əsası ilə işdən azad edilməsi barədə cavabdehin əmri Əmək Məcəlləsinin 73-cü maddəsinin 2-ci bəndinə ziddir. xx.xx.2022-ci il tarixində işə çıxıb. Cavabdeh onun əmək müqaviləsinə əvvəl xx.xx.2022-ci il tarixində xitam verib. Bülleten təqdim etdiyi üçün cavabdeh, xx.xx.2022-ci il tarixli əmrinin qanuna zidd olduğunu qəbul edib. Lakin bundan sonra 1 həftə ərzində yeni əmr verib onu işdən azad etməyib. Belə ki, cavabdeh xx.xx.2022-ci il tarixində Əmr verərək onu xx.xx.2022-ci il tarixində işdən azad etdiyini, xx.xx.2022-ci il tarixində Əmr verərək onu xx.xx.2022-ci il tarixində işdən azad etdiyini bildirib. Bu isə tamamilə qanunsuzdur. Cavabdeh, onun əmək müqaviləsinə xx.xx.2022-ci il tarixindən xitam verildiyi barədə əmək müqaviləsi bildirişini elektron informasiya sisteminə 44 gün sonra, xx.xx.2022-ci il tarixindən xitam verildiyi barədə əmək müqaviləsi bildirişini elektron informasiya sisteminə 45 gün sonra göndərib və qeydiyyata aldırıb. Bu durum onu göstərir ki, cavabdehin, əmək müqaviləsinə xx.xx.2022-ci il tarixindən xitam verildiyi barədə əmr və xx.xx.2022-ci il tarixindən xitam verildiyi barədə əmri hələ xx.xx.2022-ci il tarixində mövcud deyildi, mövcud olsaydı elektron bildirişi göndərərdi. Bundan başqa MyGov elektron sistemindən çıxarılan xx.xx.2022-ci il tarixli, xx.xx.2022-ci il tarixli arayışlardan, İqtisadiyyat Nazirliyi Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsinin xx.xx.2022-ci il tarixli məktubundan məlum olur ki, onun əmək müqaviləsi 2022-ci ilin avqust ayının 11-nə qədər hələ də qüvvədə olub. Cavabdeh hakimiyyətindən sui-istifadə edərək onunla müddətli əmək müqaviləsi bağlamışdır. Bu səbəblə cavabdeh ilə onun arasında olan 15 may 2017ci il tarixli əmək müqaviləsinin müddət ilə bağlı şərti Əmək Məcəlləsinin 45-ci maddəsinin 4-cü bəndinin imperativ tələbinə zidd olduğu üçün əhəmiyyətsiz (etibarsız) hesab edilməlidir. Məlum olduğu kimi, onun əmək funksiyasının yerinə yetirilməsi şərtlərinə görə işin və ya göstərilən xidmətlərin daimi xarakterə malik olduğu qabaqcadan bəlli idi. Buna baxmayaraq cavabdeh təzyiq (mobinq) ilə onunla müddətli əmək müqaviləsi bağlamağa nail olub. Belə ki, həmin müddətli əmək müqaviləsini imzalamasaydı təbii ki, cavabdeh onu işə götürməyəcəkdi. Evli və iki az yaşlı uşaq anası kimi məcbur qalaraq həmin əmək müqaviləsini bağlayıb. Belə bir durumda həmin müddətli əmək müqaviləsinin bağlanmasında onun razılığı olduğunu irəli sürmək qəbul edilməzdir. Həmin müqavilə hər il 1 il müddətinə uzadılaraq 5 il davam edib. Cavabdehin xx.xx.2022-ci il tarixli əmri ilə ona xitam verilib. Bütün bunlar onun göstərir ki, cavabdehin onunla bağladığı 15 may 2017-ci il tarixli əmək müqaviləsinin 2.1-ci bəndi, yəni, “bu əmək müqaviləsi tərəflərin hüquq bərabərliyi prinsipinə əməl edilməklə onların qarşılıqlı razılığı ilə xx.xx.2017-ci il tarixindən xx.xx.2018-ci il tarixinə qədər 1 il müddətinə müddətli bağlanmışdır” şərti Əmək Məcəlləsinin 45-ci maddəsinin 4-cü bəndinin imperativ tələbinə zidd olduğu üçün əhəmiyyətsiz hesab edilməlidir. Məlum olduğu kimi, cavabdeh ilə onun arasında əmək münasibətləri xx.xx.2017-ci il tarixində bağlanmış əmək müqaviləsi ilə başlanıb və həmin müqavilə xx.xx.2022-ci il tarixinə (əslində xx.xx.2022-ci il tarixinə) qədər, yəni 5 il 1 ay 13 gün fasiləsiz olaraq qüvvədə qalıb. Yəni cavavdeh ilə onun arasında olan əmək müqaviləsi fasiləsiz olaraq 5 ildən artıq müddətə davam etdiyi üçün müddətsiz əmək müqaviləsi hesab olunur. Müddətsiz əmək müqaviləsini isə müddəti bitdiyi əsası (Əmək Məcəlləmizin 73-cü maddəsi) ilə xitam vermək qanunvericiliyin tələblərinə ziddir. Məlum olduğu kimi, onun əmək müqaviləsinə xx.xx.2022-ci il tarixində xitam verildiyini xx.xx.2022-ci il tarixində, xx.xx.2022-ci il tarixində xitam verildiyini xx.xx.2022-ci il tarixində elektron sistemə yerləşdirilən məlumat əsasında öyrənib. Onun əmək müqaviləsinə xx.xx.2022-ci il tarixində xitam verildiyini xx.xx.2022-ci il tarixində, xx.xx.2022-ci il tarixində xitam verildiyini xx.xx.2022-ci il tarixində elektron sistemə yerləşdirilən məlumat əsasında öyrəndiyi üçün bu səfər xx.xx.2022-ci il tarixində həmin əmrlərin ləğv edilməsi barədə mediasiya prosesini başlatdı və bu mediasiya prosesi üzrə İcbari Mediasiya iclası xx.xx.2022-ci il tarixində keçirildi, lakin cavabdeh həmin iclasda da iştirak etmədi. Ona xx.xx.2022-ci il tarixli Mediasiya Arayışı təqdim olunmuşdur.
4. Cavabdeh iddia ərizəsinə etiraz təqdim edərək qeyd etmişdir ki, İddiaçı Nürəddin qızı xx.xx.2017-ci il tarixdən xx.xx.2022-ci il tarixədək Cəmiyyətin “SUMQAYİT” və “ƏCƏMİ” filiallarının aparıcı sığorta əməliyyatçısı vəzifələrində çalışmışdır. Tərəflər arasında bağlanmış əmək müqaviləsi müddətli olmaqla 1 il müddətinə bağlanılmışdır. İddiaçı 13 may 2022-27 may 2022-ci il tarixlərini əhatə edən əmək qabiliyyətinin olmaması haqqında vərəqəni Cəmiyyətə təqdim etmişdir. Bu səbəblə əmək müqaviləsinə Əmək Məcəlləsinin 68.2-ci maddəsinin b bəndinə əsasən tərəflər arasında bağlanmış əmək müqaviləsinə xx.xx.2022-ci il tarixdə həmin məcəllənin 73-cü maddəsinə əsasən xitam verilməmişdir. Bundan sonra sonuncu əmək qabiliyyətinin olmaması haqqında xx.xx.2022xx.xx.2022-ci il tarixlərini əhatə edən növbəti vərəqəni Cəmiyyətə təqdim etmişdir. Həmin vərəqəyə əsasən İddiaçı işə çıxmalı olduğu tarix xx.xx.2022-ci il tarixinə təsadüf edirdi. Bundan sonra Əmək Məcəlləsinin 73-cü maddəsinin tələbləri nəzərə alınmaqla İddiaçı qızına xx.xx.2022-ci il tarixli, AS-22/608 saylı məktubla müraciət olunmuşdur. Həmin məktubda "xxxx" ASC bildirir ki, Sizinlə Cəmiyyətimiz aranızda bağlanmış əmək müqaviləsinin müddəti sizin əmək qabiliyyətinizi müvəqqəti itirdiyiniz dövrdə başa çatmışdır. Cəmiyyətimizə təqdim etdiyiniz əmək qabiliyyətinin olmaması barədə TƏBİB “Sumqayıt Tibb Mərkəzi” Publik Hüquqi şəxsi 1 nömrəli X4 ******* nömrəli arayışdan görünür ki, Siz xx.xx.2022-xx.xx.2022-ci il tarixlərdə əmək qabiliyyətinizi itirdiyiniz üçün işdən azad edilmisiniz və xx.xx.2022-ci il tarixdə işə çıxmalı idiniz. Qeyd olunanlara baxmayaraq Siz nə xx.xx.2022-ci ildə, nə xx.xx.2022-ci ildə hər hansı üzrlü səbəbi təsdiq edən sənəd təqdim etmədən işə çıxmamısınız. Bildiyiniz kimi, Sizinlə bağlanmış əmək müqaviləsinin müddəti xəstələndiyiniz üçün əmək qabiliyyətini itirdiyiniz dövrdə bitmişdir. Bildirmək istəyirik ki, Sizinlə bağlanmış əmək müqaviləsinin müddətinin bitməsi Sizin xəstəliklə bağlı əmək qabiliyyətinizi itirdiyiniz dövrə təsadüf etdiyindən AR Əmək Məcəlləsinin 73.2-ci maddəsinə əsasən işə çıxmalı olduğunuz gündən etibarən işəgötürənin müəyyən eldiyi gündə, lakin bir təqvim həftəsi keçməmiş əmək müqaviləsinə xitam verilə bilər.” qeyd olunmuşdur. Bundan sonra sonuncu Cəmiyyətə şifahi şəkildə xəstəlik dövrünün uzanması ilə bağlı məlumat versə də hər hansı bu halı təsdiq edən sənəd təqdim etməmişdir. "xxxx" ASC tərəfindən Əmək Məcəlləsinin 73.2-ci maddəsinin tələbləri gözlənilməklə, həmçinin rəsmi sənəd vermə ehtimalı nəzərə alınmaqla normada işəgötürən tərəfindən müəyyən etdiyi gün kimi xx.xx.2022-ci il (yəni sonuncu gün) tarixdə əmək müqaviləsinə Əmək Məcəlləsinin 68.2-ci maddəsinin b bəndinə əsasən xitam verilmişdir. Göründüyü kimi bu mərhələyə qədər işəgötürən qanunvericiliyin bütün tələblərinə əməl etmişdir. Əmək müqaviləsinə xitam verildikdən sonra İddiaçı Cəmiyyətə yenidən əmək qabiliyyətinin olmaması haqqında vərəq təqdim etmişdir. Bundan sonra həmin vərəq nəzərə alınmaqla növbəti ilk iş günü, yəni xx.xx.2022-ci il tarixdə yeni əmrlə əmək müqaviləsinə xitam verilmişdir. “Əmək müqavilələrinin elektron informasiya sistemində” işəgötürən tərəfindən geri tarixə düzəliş edilə bilmədiyi üçün bu halın elektron informasiya sistemində də düzəldilməsi üçün elə həmin gün, yəni xx.xx.2022-ci il tarixdə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında fəaliyyət göstərən X11 də əmrlə göndərilməklə məktubla müraciət edib “Əmək müqavilələrinin elektron informasiya sistemində” düzəlişin edilməsi üçün köməklik istənilmişdir. Bundan sonra E-govda da düzəliş edilərək İddiaçı ilə "xxxx" ASC arasında bağlanmış xx.xx.2017-ci il tarixli əmək müqaviləsinə xx.xx.2022-ci (yəni əmək müqaviləsinin müddətinin başa çatdığı tarixdə işçi xəstəliyi ilə bağlı işdə olmadığı üçün Əmək Məcəlləsinin 73-cü maddəsinə əsasən bu tarixə təsadüf edir) il tarixdə xitam verilmişdir. Göründüyü kimi "xxxx" ASC tərəfindən əmək qanunvericiliyinin tələbləri vaxtında və tam qanuni şəkildə icra edilmişdir. Tərəflər arasında bağlanmış əmək müqaviləsinin 2-ci maddəsi tam olaraq qanunidir. Əmək Məcəlləsinin 45ci maddəsinə əsasən əmək müqaviləsi müddətsiz və ya müddətli bağlanılır. Müddətli əmək müqaviləsi tərəflərin razılaşdığı müddətə bağlanılır. Müddətli əmək müqaviləsi fasiləsiz olaraq 5 ildən artıq müddətə davam edərsə, müddətsiz əmək müqaviləsi hesab edilir. Bundan başqa, Mülki Məcəllənin 352-ci maddəsinə əsasən əqdin bir hissəsinin etibarsızlığı onun qalan hissələrinin etibarsızlığına o halda səbəb olmur ki, əqd onun etibarsız hissəsi daxil edilmədən də bağlana bilərdi. Həmin Məcəllənin 354-cü maddəsində “əhəmiyyətsiz əqdin etibarsızlığı nəticələrinin tətbiqi haqqında iddia onun icrasına başlanıldığı gündən bir il ərzində irəli sürülə bilər.” qeyd olunmuşdur. Bu da o deməkdir ki, iddiaçı tərəf ümumiyyətlə iddia tələbi müddətini çoxdan ötürmüşdür.
5. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-429/2023 nömrəli, 03 fevral 2023cü il tarixli qətnaməsi ilə iddia rədd edilmişdir.
6. Məhkəmənin mövqeyi ondan ibarət olmuşdur ki, cavabdeh tərəfindən iddiaçı ilə bağlanmış əmək müqaviləsinə xx.xx.2022-ci il tarixdə xitam verilmiş, iddiaçı tərəfindən həmin tarixdə bülletendə olması barədə sənəd təqdim edildikdən sonra cavabdeh həmin əmri ləğv etmişdir. İddiaçı xx.xx.2022-ci il tarixdə işə başladıqdan sonra onun işə çıxdığı gündən bir təqvim həftəsi keçməmiş xx.xx.2022-ci il tarixdən onunla bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 68-ci maddəsinin “b” bəndinə (əmək müqaviləsinin müddətinin qurtarması) əsasən xitam vermişdir. Göründüyü kimi əmək müqaviləsinin müddəti qurtardığına görə cavabdeh tərəfindən iddiaçı ilə bağlanmış əmək müqaviləsinə xitam verilməsi qaydası Azərbaycan Respublikası Əmək Məcəlləsinin 73-cü maddəsinin 2-ci bəndinin tələblərinə uyğun olmuşdur.
7. "Əmək müqavilələrinin elektron informasiya sistemində" göstərilmiş tarixlərlə bağlı məhkəmə qeyd edir ki, iş materiallarında olan cavabdeh tərəfindən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi yanında X15 Xidmətinə ünvanlanmış xx.xx.2022, xx.xx.2022 və xx.xx.2022-ci il tarixli məktublardan və Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi yanında X15 Xidməti tərəfindən cavabdehə ünvanlanmış xx.xx.2022-ci il tarixli məktubdan göründüyü kimi cavabdeh iddiaçı ilə bağlanmış əmək müqaviləsinə xitam verilməsi tarixinin xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixə dəyişdirilməklə "Əmək müqavilələrinin elektron informasiya sistemində" müvafiq düzəlişin edilməsini xahiş etmiş, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi yanında X15 Xidməti isə həmin müraciətlərə xx.xx.2022-ci il tarixdə cavab vermiş, cavabdeh isə xx.xx.2022-ci il tarixdə müvafiq düzəlişləri etmişdir. Yəni iddiaçı ilə bağlanmış əmək müqaviləsinin "Əmək müqavilələrinin elektron informasiya sistemində" xx.xx.2022-ci il tarixədək qüvvədə olması kimi göstərilməsi yalnız müvafiq yazışmalara görə olmuşdur ki, bu hal iddianın təmin olunması üçün əsas ola bilməz.
8. Həmçinin məhkəmə qeyd etmişdir ki, mübahisələndirilən müqavilə baglanılarkən, müqavilənin şərtləri konkret olaraq müəyyənləşdirilmiş, tərəflər öz iradələrini ifadə edərək, müqaviləni bağlamışlar, müqavilə baglandıqdan sonra uzun müddət onun şərtləri ilə bağlı heç bir iddia irəli sürülməmişdir. Hazırda mübahisələndirilən müqavilə xx.xx.2017-ci ildə baglanmış, lakin həmin tarixdən 5 ildən artıq müddət keçdikdən sonra iddiaçı hazırkı tələblə məhkəmədə iddia qaldırmışdır. Qüvvədə olan mülki qanunvericiliyə görə, müddətin keçməsinə görə müqavilənin ləğv edilməsi üzrə tələblərə iddia müddəti tətbiq oluna bilər, müqavilənin etibarsızlığına dair tələblərə isə bundan fərqli olaraq qanunda nəzərdə tutulan “kəsici müddətlər” tətbiq edilməlidir. İddiaçı iddia müddətini ötürməklə məhkəməyə müraciət etdiyindən iddia “müqavilənin 2.1-ci bəndinin etibarsız hesab edilməsi” hissəsində də rədd edilməlidir.
9. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 3.5, 43.1, 43.2, 43.4, 45, 73. Və 73.2-ci maddələrinə istinadla əsaslandırmışdır.
Apelyasiya şikayətinin dəlilləri
10. İddiaçı qətnamədən apellyasiya şikayəti verərək, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-429/2023 nömrəli, 03 fevral 2023-cü il tarixli qətnaməsinin ləğv edilməsini və iddianın təmin edilməsini xahiş etmişdir.
11. Apelyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə işi təfsilatlı araşdırmadığı üçün iddia ərizəsindəki 1-ci tələb ilə bağlı yanlış nəticəyə gəlmiş və xüsusilə Əmək Məcəlləsinin 45-ci maddəsinin 4-cü bəndini və digər maddələrini, o cümlədən Mülki Məcəllənin 337.3-cü, 390.2-ci, 354.2-ci və digər maddələrini pozmuş, onları düzgün tətbiq etməmişdir. Belə ki, iddia ərizəsindəki, 1-ci tələbdə deyilir ki, “Cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyəti ilə İddiaçı Nürəddin qızı arasında xx.xx.2017-ci il tarixində bağlanmış əmək müqaviləsinin “bu əmək müqaviləsi tərəflərin hüquq bərabərliyi prinsipinə əməl edilməklə onların qarşılıqlı razılığı ilə xx.xx.2017-ci il tarixindən xx.xx.2018-ci il tarixinə qədər 1 il müddətinə müddətli bağlanmışdır” məzmunlu 2.1-ci bəndi etibarsız hesab edilsin”. Bu tələb Əmək Məcəlləmizin 45-ci maddəsinin 4-cü bəndinin imperativ norması ilə əsaslandırılır. Məlum olduğu kimi, iddiaçının əmək funksiyasının yerinə yetirilməsi şərtlərinə görə işin və ya göstərilən xidmətlərin daimi xarakterə malik olduğu qabaqcadan bəlli idi. Buna baxmayaraq cavabdeh hakimiyyətindən sui-istifadə edərək, təzyiq (mobinq) ilə iddiaçı ilə müddətli əmək müqaviləsi bağlamağa nail olub. Belə ki, iddiaçı həmin müddətli əmək müqaviləsini imzalamasaydı təbii ki, cavabdeh onu işə götürməyəcəkdi. Evli və iki az yaşlı uşaq anası olan iddiaçı məcbur qalaraq həmin əmək müqaviləsini bağlayıb. Belə bir durumda həmin müddətli əmək müqaviləsinin bağlanmasında iddiaçının razılığı olduğunu irəli sürmək qəbuledilməzdir. Qaldı ki, həmin müqavilə hər il 1 il müddətinə uzadılaraq 5 ildən çox davam edib. Cavabdehin xx.xx.2022-ci il tarixli əmri ilə ona xitam verilib. Bütün bunlar onun göstərir ki, cavabdehin iddiaçı ilə bağladığı xx.xx.2017-ci iltarixli əmək müqaviləsinin 2.1-ci bəndi, yəni, “bu əmək müqaviləsi tərəflərin hüquq bərabərliyi prinsipinə əməl edilməklə onların qarşılıqlı razılığı ilə xx.xx.2017-ci il tarixindən xx.xx.2018-ci il tarixinə qədər 1 il müddətinə müddətli bağlanmışdır” şərti Əmək Məcəlləmizin 45-ci maddəsinin 4-cü bəndinin imperativ tələbinə zidd olduğu üçün əhəmiyyətsiz hesab edilməlidir. Məhkəmə işi təfsilatlı araşdırmadığı üçün həmin tələb üzrə yanlış nəticəyə gəlmiş və xüsusilə həmin tələb üzrə iddiaçının iddia müddətinin ötürdüyünü hesab etmişdir. Belə ki, qətnamədə deyilir ki, “qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddiaçı tələblə məhkəməyə müraciət etmək üçün qanunvericilikdə nəzərdə tutulmuş iddia müddətini ötürməklə məhkəməyə müraciət etdiyindən iddia, müqavilənin 2.1-ci bəndinin etibarsız hesab edilməsi hissəsində rədd edilməlidir”. Yəni Məhkəmə, Respublikamızda kifayət qədər böyük bazar payına malik olan iri Sığorta Şirkəti olan Cavabdehin hakimiyyətindən sui-istifadə edərək iddiaçı ilə müddətli əmək müqaviləsini bağladığını, bununla Əmək Məcəlləsinin 45-cimaddəsinin 4-cü bəndinin imperativ tələbini pozduğunu qəbul edir, lakin burada MM-nin 354.2-ci maddəsini tətbiq edərək iddia müddətinin ötürüldüyü nəticəsinə gələrək cavabdehin bu hərəkətini dolaylı olaraq mükafatlandır. Məhkəmə tərəfindən onun qeyd olunan tələbi ilə bağlı MM-nin 354.2-ci maddəsinin tətbiq olunması Əmək Məcəlləsinin 44-cü maddəsinin 5-ci bəndinin, o cümlədən MM-nin 390.2-ci, 337.2-ci və digər maddələrinin pozulmasıdır. Cavabdeh hakimiyyətindən sui-istifadə edərək, təzyiq (mobinq) ilə iddiaçı ilə müddətli əmək müqaviləsi bağlamağa nail olub. Belə ki, o, həmin müddətli əmək müqaviləsini imzalamasaydı təbii ki, cavabdeh onu işə götürməyəcəkdi. Məhkəmə hesab edir ki, müqavilə bağlanandan sonra ona qarşı olan təzyiq son çatıb və iddiaçı bundan sonra 1 il ərzində həmin şərti mübahisələndirə bilərdi. Lakin etməyib. Hesab edir ki, bu yanaşması yanlışdır. Belə ki, müqavilə bağlansa da, o, həmin şərti mübahisələndirdiyi halda cavabdeh onun əmək müqaviləsinə bir bəhanə ilə Əmək Məcəlləsinin 70-ci maddəsinin Ç bəndi ilə xitam verəcəkdi. Yəni Müqavilə bağlandıqdan sonra da onun işini itirmə təhlükəsi müqavilə müddəti ərzində davam edib. Məhz iş materiallarında olan sübutlardan məlum olduğu kimi, cavabdeh iddiaçının maaşını onunla razılaşdırmadan 50 % qədər azaltmışdı, o da bunu cavabdehə etiraz qaydasında bildirmişdi. Bundan sonra cavabdeh heç bir əsas olmadan onun Əmək Müqaviləsini 70-ci maddəsinin Ç bəndi ilə xitam verdi. İşini itirmə təhlükəsi altında olan onun, əmək münasibəti davam etdiyi bir vaxtda Əmək Müqaviləsinin 2.1-ci bəndini mübahisələndirməsinin həyatın normal şərtlərinə görə qeyri-mümkün olduğu, təzyiqin davam etdiyi bu və digər sübutlar ilə sübut olunduğu halda Məhkəmənin belə bir yanaşması qəbul edilməzdir. Ona görə də məhkəmə qətnaməsi ləğv olunmalıdır. Məhkəmə işi təfsilatlı araşdırmadığı üçün iddia ərizəsindəki 2-ci tələb ilə bağlı yanlış nəticəyə gəlmiş və xüsusilə Əmək Məcəlləsinin 49.1-ci, 73.2-ci və digər maddələrini pozmuş, onları düzgün tətbiq etməmişdir. İşdə olan təkzibolunmaz sübutlardan məlum olur ki, onun əmək müqaviləsinə müddətin bitdiyi əsası ilə xitam verilməsi ilə bağlı əmək müqaviləsi bildirişi, elektron informasiya sistemində xx.xx.2022-ci il tarixində qeydiyyata alınmışdır. Əmək Məcəlləsinin 49.1-ci maddəsinin tələbinə əsasən iddiaçı ilə cavabdeh arasında olan əmək müqaviləsi, həmin bildiriş elektron informasiya sistemində xx.xx.2022ci il tarixinə qədər hüquqi qüvvəsində olub. Əmək Məcəlləsinin 73.2-ci maddəsində deyilir ki, “İşçinin müəyyən üzrlü səbəbdən (xəstələnməsi, ezamiyyətdə, məzuniyyətdə olması, habelə bu Məcəllənin 179-cu maddəsində nəzərdə tutulan iş yeri və orta əmək haqqı saxlandığı hallarda) iş yerində olmadığı dövrdə müddətli əmək müqaviləsinin müddəti qurtardığı hallarda həmin müqaviləyə işçi işə çıxdıqdan sonra işə götürənin müəyyən etdiyi gündə, lakin onun işə çıxdığı gündən bir təqvim həftəsi keçməmiş xitam verilə bilər”. Məlum olduğu kimi, cavabdeh, əmək müqaviləsinə müddətin bitdiyi əsası ilə xitam verilməsi ilə bağlı əmək müqaviləsi bildirişini elektron informasiya sisteminə xx.xx.2022-ci il tarixində, yəni müqavilə müddətin bitdiyi xx.xx.2022-ci il tarixindən 45 gün sonra daxil etdiyi üçün cavabdeh ilə onun arasında olan əmək müqaviləsinin xx.xx.2022-ci il tarixinə qədər qüvvəsində qalmasına səbəb olmuşdur. Məhkəmə həmin bildirişin cavabdehin təqsiri olmadan xx.xx.2022-ci il tarixində sistemə daxil olduğunu əsas göstərərək hesab edib ki, cavabdeh Əmək Məcəlləsinin 49.1-ci və 73.2-ci maddələrini pozmayıb. Hesab edir ki, bu qəbul edilməzdir. Çünki burada Əmək Məcəlləsinin 49.1-ci maddəsinin tələbi açıq və aydındır. Bildiriş Sistemə daxil edilənə qədər əmək müqaviləsi qüvvəsində qalır. Əmək Məcəlləsinin 73.2-ci maddəsində işə götürənə 1 həftə vaxt verir ki, 49.1-ci maddənin tələbinə uyğun olaraq bildirişin sistemə daxil olmasına nail olsun. Yəni həmin bildirişin vaxtında sistemə daxil olmasına nail olmaq işəgötürənin vəzifələrindən biridir. Məlum olduğu kimi, cavabdeh ilə iddiaçı arasında əmək münasibətləri xx.xx.2017-ciil tarixində bağlanmış əmək müqaviləsi ilə başlanıb və həmin müqavilə xx.xx.2022-ci il tarixinə qədər, yəni 5 ildən çox hüquqi qüvvəsində qalıb. Bu səbəblə həmin əmək müqaviləsi müddətsiz əmək müqaviləsi hesab olunur. Müddətsiz əmək müqaviləsini isə müddəti bitdiyi əsası (Əmək Məcəlləmizin 73-cü maddəsi) ilə xitam vermək qanunvericiliyin tələblərinə ziddir. Lakin Məhkəmə işi təfsilatlı araşdırmadığı üçün bu faktları müəyyən edə bilməyib və nəticədə Əmək Məcəlləsinin 45.5-ci maddəsinin və digər normaların tələbi pozub.
Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
12. Apellyasiya şikayətinə qarş etiraz daxil olmamışdır.
Məhkəmə icraatı iştirakçılarının izahatları
13.Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı Nürəddin qızı və onun vəkili Vəkil apellyasiya şikayətini müdafiə edərək təmin olunmasını xahiş etmişdir. O, əlavə olaraq bildirmişdir ki, əmək müqaviləsi 1 il, 1 il olmaqla 5 il müddətinə qədər uzadılmışdır. 5-ci ildə müddəti ötürəndən sonra sistemə yerləşdiriblər ki, biz sizin əmək müqavilənizə müddətin bitməsinə görə xitam veririk. Birinci tələb ondan ibarətdir ki, 1 illik yəni, müddətli əmək müqaviləsinin bağlanması qətiyyən qəbuledilən deyildir. Çünki Əmək Məcəlləsinin 45-ci maddənin 4-cü bəndi imperativ xarakterli bir maddədir, açıq şəkildə ifadə edir ki, daimi xarakterə malik olan işlərdə müddətli əmək müqaviləsi bağlanıla bilməz. Bu konkret normadır. Məhkəmə qəbul edir ki, bu norma konkretdir, lakin hesab edir ki, müqavilənin etibarsızlığı ilə bağlı 1 illlik iddia müddətini iddiaçı ötürmüşdür. Onlar bunu 5-ci ildə tələb etmişlər. İş üzrə hüquq pozuntusu əmək müqaviləsinə xitam verildiyi andan əmələ gəlib. Ona görə də hesab edirlər ki, məhkəmənin yanaşması doğru deyildir. 1 illik müddəti qətiyyən ötürməmişlər. İkinci məsələ budur ki, əmək müqaviləsinə müddətin bitməsi əsası ilə ƏM-nin 70-ci maddəsinin tələblərinə görə 1 həftə ərzində xitam verilməli idi. ƏM-nin 49cu maddəsində qeyd edilir ki, xitam verilmənin qüvvəyə minməsi üçün mütləq elektron sistemə yerləşdirilməlidir. ƏM bunu birbaşa bildirir. Lakin tərəfin bildirişi isə 45 gün sonra sistemə yerləşdirilmişdir. ƏM-nin 49-cu maddəsinin 1-ci bəndinin tələbləri açıq-aşkar pozulub. Cavabdehlər əmək müqaviləsi bildirişinin xitam verilməsi barədə əmri sistemə 45 gün sonra daxil etmişlər. Bundan başqa suallara cavab olaraq bildirmişdir ki, ƏM-in 45-ci maddəsinin 4-cü bəndinin tələbləri açıqdır. Davamlı xarakter daşıyan müqavilələrlə bağlı müddətli əmək müqaviləsi bağlanıla bilməz. Belə olduğu halda əmək müqaviləsinin həmin bəndi qanunvericiliyin tələblərinə zidd hesab edilməlidir. Müqavilə dövrü ərzində bu bənd mübahisələndirilsə idi, işçi işdən azad edilə bilərdi. İşəgötürən əmək müqaviləsinin bitməsindən 1 həftə ərzində əmək müqaviləsinə xitam verməmişdir. Əmək müqaviləsinə xitam verildikdən sonra işçi bülleteni təqdim etmişdir. Belə olan halda işəgötürən əmri ləğv etməli, işçi işə çıxdıqdan 1 həftə ərzində əmək müqaviləsinə xitam verməli idi. Əmək müqaviləsinə xitam verildikdən sonra yaranmış son haqq-hesablar məhkəmə prosesi gedişində ödənilibdir. Bununla bağlı mübahisələri yoxdur. 14.Məhkəmə kollegiyasının iclasında iştirak edən "xxxx" ASC-nin nümayəndəsi X5 apellyasiya şikayətini əsassız hesab etdiyini bidirmiş, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-429/2023 nömrəli, 03 fevral 2023-cü il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Həmçinin qeyd etmişdir ki, iddiaçı 2 dəfə bülletendə olmuşdur. İnsan resurslarının əməkdaşları əmri elektron sistemə yerləşdirdikdən sonra işçi bülleteni gətirmişdir. İşçi bülleteni gətirdikdən sonra insan resurslarının əməkdaşları tərəfindən yenidən müraciət etmişlər, çünki elektron sistemdə dəyişiklik etməklə bağlı işəgötürənin səlahiyyətləri yoxdur. Belə olduğu halda onlar rəsmi olaraq Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə müraciət edirlər. Həmin orqanın İnformasiya Texnologiyaları Departamentinin əməkdaşları tərəfindən icazə verildiyi halda işəgötürənin nümayəndəsi portalda düzəlişlər edə bilər. Tarixlə bağlı hissədə problem olması işçinin əmək qabiliyyətinin olmaması ilə bağlı bülleteni gec gətirməsi ilə əlaqədardır. Daha sonra əməkdaşları sonuncu dəfə düzəlişlə bağlı müraciət etmiş, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən icazə verildikdən sonra portala müvafiq düzəliş edilmişdir. Bundan başqa suallara cavab olaraq bildirmişdir ki, elektron sistemə düzəliş edilməsi qanunla icazəveriləndir; birinci əmr ikinci əmrdən sonra öz qüvvəsini itirmişdir; müddətin keçməsi əmək müqaviləsinə xitam verilməsi əsasıdır; əmək haqqı ilə bağlı dəyişiklik 2019-cu ildən həyata keçirilmişdir, işçinin ƏM-in 70-ci maddəsinin “ç” bəndi ilə çıxarılmamışdan əvvəl baş vermişdir ayın 17-i işəgötürənin əlində heç bir rəsmi sənəd olmadığından işəgötüən 1 həftə ərzində əmək müqaviləsinə xitam verməli olduğundan əmək müqaviləsinə xitam verilmişdir. 15.İştirak etdiyi məhkəmə kollegiyasının iclasında üçüncü şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi yanında X15 Xidmətinin nümayəndəsi X12 bildirmişdir ki, işəgötürənin əmək müqaviləsinin müddətinin bitməsindən 1 həftə ərzində əmək müqaviləsinə xitam vermək hüququ vardır. İşəgötürən işçi ona bülleteni gətirdiyi halda əmək müqaviləsinə xitam verə bilməzdi. İşgötürən əmək müqaviləsinə xitam verilməsə idi, işçi də bülleten təqdim etməsə idi, faktiki olaraq əmək müqaviləsi uzanmış hesab edilərdi. Bu səbəbdən işəgötürən özünü sığortalamaq məqsədi ilə əmək müqaviləsinə xitam vermişdir. Daha sonra işçi bülletendə olmağına dair sənəd gətirir, belə olan halda işəgötürən rəsmi şəkildə yazılı qaydada Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi yanında X15 Xidmətinə müraciət edərək icazə alaraq xitam əmrində dəyişiklik etmək hüququ əldə edirlər. İşəgötürən xitam barədə əmri sistemə yerləşdirdikdən sonra 48 saat ərzində onda dəyişiklik edə bilirlər. Həmin müddət ötürüldükdən sonra isə yalnız Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi yanında X15 Xidmətinə rəsmi qaydada müraciət edərək razılıq aldıqdan sonra portalda dəyişiklik edə bilərlər. Bundan başqa suallara cavab olaraq bildirmişdir ki, işəgötürən tərəfindən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi yanında X15 Xidmətinə bu cür müraciətlərin edilməsi qanunvericiliklə pozuntu deyildir; müddətli əmək müqaviləsi işçi və işəgötürənin qarşılıqlı razılığı əsasında bağlanılır Əmək müqaviləsinin müddəti bitdikdən sonra işçi bülletendədirsə həmin halda işə gəldikdən 1 həftə ərzində xitam verilməlidir. 16.Növbəti məhkəmə iclasında iştirak edən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi yanında X15 Xidmətinin nümayəndəsi X14 bildirmişdir ki, xx.xx.2022-ci il tarixli əmək müqaviləsinə xitam verilməsi barədə əmr xx.xx.2022-ci il tarixində Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi yanında X15 Xidməti tərəfindən səlahiyyət verildikdən sonra sistemə daxil edilmişdir. Əmrin hüquqi qüvvə vaxtı xx.xx.2022-ci ildir. İddiaçı ilə əmək müqaviləsi xx.xx.2017-ci il tarixindən bağlanmışdır və hal-hazırda sistemdə qüvvədədir. İddiaçının dəfələrlə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi yanında X15 Xidmətinə müraciətləri olmuşdur. Lakin qarşı tərəf sənədləri təqdim etmədiyi üçün tərəfindən eyni məzmunlu cavablar verilərək göstərilmişdir ki, araşdırma aparılmış, faktlar sübuta yetirilə bilmədiyi üçün İnzibati məsuliyyətə cəlb oluna bilinməmişdir. İş üzrə Nəsimi Rayon Məhkəməsinin işə bərpa ilə bağlı qərarı mövcuddur. İddiaçı ilə bağlı Əmin 70-ci maddəsinin “ç” bəndi tətbiq olunaraq işdən azad edilmişdir. Hazırkı təqdim etdiyi sonuncu bildirişlərdə ƏM-in 70ci maddəsinin “ç” bəndi öz əksini tapmamışdır. Lakin sistem məlumatları üzrə həmin halları tərəfimizdən görmək mümkündür. Məhkəmənin qərarı ilə işçi işə bərpa olunmuşdur. Əmr xx.xx.2022-ci il tariixndə verilmiş, sistemə xx.xx.2022-ci il tarixində yerləşdirilmişdir. Hər bir halda müqavilənin hüquqi qüvvəsi xx.xx.2022-ci il tarixidir. Həmçinin suallara cavab olaraq bildirmişdir ki, işəgötürənin işçi bülletendə olduğu halda ona xəbərdalıq etməklə bülletendən qayıtdıqdan sonra 1 həftə ərzində ƏM-in 68-ci maddəsinin “b” bəndinə əsasən xitam vermək hüququ var idi. Hazırkı məqamda həmin maddənin tələblərinə əsasən xəbərdarlıq edilmədən ƏM-in 68-ci maddəsinin “b” bəndinin tətbiq olunması əsassızdır. 17.Məhkəmə kollegiyasının iclasında iştirak edən üçüncü şəxs Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında İnnovasiya və X6 nümayəndəsi X13 apellyasiya şikayətinin təmin olunub-olunmamasını kollegiyanın mülahizəsinə buraxdığını bildirmişdir. 18.Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmış digər üçüncü şəxslər məhkəmə iclasında iştirak etmədiyindən və məhkəmə iclasında üzrlü səbəblərdən iştirak edə bilməyəcəyi barədə mötəbər sübutlar təqdim etmədiyindən məhkəmə kollegiyası işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
Apellyasiya baxışının hədləri
19.Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 20.Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır. 21.Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. 22.Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətində qətnamənin ləğv olunması və iddianın təmin edilməsi xahiş edilir. Bu səbəbdən kollegiya hesab edir ki, apellyasiya baxışının predmetini qətnamənin bütövlükdə yoxlanılması təşkil edir.
Tətbiq edilən hüquq
Azərbaycan Respublikası Əmək Məcəlləsinin
23.3.5-1-ci maddəsinə əsasən əmək müqaviləsi bildirişi - bu Məcəllənin 7-ci maddəsinin 2-1-ci hissəsi ilə müəyyən edilmiş hallar istisna olmaqla, əmək müqaviləsinin bağlanılmasının, ona dəyişiklik edilməsinin və ya xitam verilməsinin müvafiq icra hakimiyyəti orqanının X1 sistemində (bundan sonra - elektron informasiya sistemi) elektron qaydada qeydiyyata alınması məqsədi ilə işəgötürən tərəfindən həmin elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilən elektron sənəd. Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq yerli investisiyalı məhdud məsuliyyətli cəmiyyətin elektron dövlət qeydiyyatına alınması üçün ərizədə qeyd olunmuş işçilərlə ilk dəfə əmək müqaviləsinin bağlanması elektron informasiya sistemində müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən elektron qaydada təqdim olunan məlumatlar əsasında qeydiyyata alınır. 24.11-ci maddəsinə əsasən Azərbaycan Respublikası Əmək Məcəlləsinin və digər normativ hüquqi aktların tələblərinə əməl etməklə əmək şəraitinin şərtlərini dəyişdirmək və ya işçilərin sayını ixtisar etmək, ştatları, struktur bölmələri ləğv etmək işəgötürənin hüququdur. 25.42.1, 45.1, 45.2 və 47.1-ci hissəsinin f) bəndinə əsasən əmək müqavilələri sərbəst bağlanılır. Əmək münasibətləri yaratmayan və ya yaratmaq istəməyən heç kəs əmək müqaviləsi bağlamağa məcbur edilə bilməz. Əmək müqaviləsi müddətsiz və ya müddətli bağlanılır. Müddətli əmək müqaviləsi tərəflərin razılaşdığı müddətə bağlanılır. Əmək müqaviləsində onun hansı müddətə bağlanması göstərilməmişdirsə, həmin müqavilə müddətsiz bağlanmış hesab edilir. Əmək müqaviləsi tərəflərin hüquq bərabərliyi prinsipinə əməl edilməklə onların qarşılıqlı razılığı ilə müəyyən müddətə bağlana bilər. 26.68-ci maddəsinin “b” bəndinə əsasən əmək müqaviləsinə xitam verilməsinin əsaslarından biri əmək müqaviləsinin müddətinin qurtarmasıdır.
27. 73-cü maddəsinin 1-ci bəndinə əsasən müddətli əmək müqaviləsinin müddəti qurtardıqda xitam verilir. Bu Məcəllənin 45-ci maddəsinin beşinci hissəsi nəzərə alınmaqla, müddətli əmək müqaviləsində göstərilən müddət qurtardıqda əmək münasibətləri davam etdirilərsə və müddət bitdikdən sonrakı bir həftə ərzində tərəflərdən heç biri müqaviləyə xitam verilməsini tələb etmirsə, həmin əmək müqaviləsi əvvəl müəyyən olunmuş müddətə uzadılmış hesab olunur. 28.296.1-ci maddəsinə əsasən bu Məcəllənin 294-cü maddəsinin ikinci hissəsində nəzərdə tutulmuş fərdi əmək mübahisələrinə baxan orqana, işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 3 təqvim ayı ərzində müraciət edə bilər. 29.296.2-ci maddəsinə əsasən bu maddənin birinci hissəsində göstərilən haldan başqa qalan bütün hallarda fərdi əmək mübahisəsinin həll edilməsi üçün işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 təqvim ayı ərzində məhkəməyə müraciət edə bilər. 30.296.3-cü maddəsinə əsasən hüququnun pozulmasının aşkar edildiyi gün, işçiyə müvafiq əmrin, (sərəncamın, qərarın), əmək kitabçasının, haqq-hesab sənədlərinin (kitabçasının, vərəqəsinin, çekinin) verildiyi, həmçinin əmək müqaviləsinin bu Məcəllədə nəzərdə tutulmuş şərtlərinin işəgötürən tərəfindən müvafiq qaydada sənədləşdirilmədən bilə-bilə qəsdən pozulduğu gündür. 31.300.1-ci maddəsinə əsasən əgər, işəgötürən əmək müqaviləsinin bu Məcəllənin 68, 69, 70, 73,74 və 75-ci maddələrində nəzərdə tutulmuş ləğv edilməsi əsaslarını pozaraq və ya 71, 76-cı maddələri ilə müəyyən edilmiş qaydaların tələblərinə əməl etmədən, habelə 79-cu maddəsində nəzərdə tutulmuş hallara əhəmiyyət vermədən işçi ilə əmək münasibətlərinə xitam vermişdirsə, əmək mübahisəsini həll edən məhkəmə iddia ərizəsini və işin faktik hallarını araşdıraraq məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə işçinin vəzifəsinə bərpa edilməsi barədə qətnamə və ya bu maddənin ikinci hissəsinə müvafiq olaraq tərəflərin barışıq sazişinin təsdiq edilməsi barədə qərardad çıxarır. Məhkəmə qətnamədə işçiyə iddiası üzrə dəymiş zərərin məbləğinin işəgötürən tərəfindən ödənilməsini də nəzərdə tuta bilər.
Apelyasiya instansiyası məhkəməsinin mövqeyi
32.Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya səhv tətbiq olunması halları müəyyən edilmir. Bu baxımdan, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. 33.Belə ki, işin birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş hallarından görünür ki, İddiaçı xx.xx.2017-ci il tarixli 37 saylı əmək müqaviləsinə əsasən "xxxx" ASCnin “Sumqayıt” filialında sığorta əməliyyatçısı vəzifəsinə işə qəbul edilmişdir. Tərəflər arasında bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68ci maddəsinin 2-ci hissəsinin (b) bəndinə əsasən xx.xx.2022-ci il tarixində xitam verilmiş, müqaviləyə xitam veriləcəyi barədə İddiaçı öncədən "xxxx" ASC tərəfindən məlumatlandırılmışdır. Mübahisə predmeti olan əmək müqaviləsinə vaxtında xitam verilməməsi də iddiaçının üzlrü səbəbdən iş yerində olmaması ilə əlaqədar olmuşdur.
34. Belə ki, iddiaçı xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək, daha sonra xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək və xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək xəstə olması ilə əlaqədar iş yerində üzrlü səbəbdən olmadığından onunla bağlanmış əmək müqaviləsinə xx.xx.2022-ci il tarixdə xitam verilmişdir. İddiaçı tərəfindən həmin tarixlərdə bülletendə olması barədə sənəd təqdim edildikdən sonra cavabdeh xx.xx.2022-ci il tarixli əmri ləğv etmiş, bu barədə müvafiq məlumatın “X1” sisteminə daxil edilməsi üçün Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Yanında X15 Xidmətinə müraciət etmişdir.
35. İddiaçı xx.xx.2022-ci il tarixdə (şənbə günü) işə başladıqdan sonra onunla bağlanmış əmək müqaviləsinə işə çıxdığı gündən bir təqvim həftəsi keçməmiş, xx.xx.2022-ci il tarixdə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 68-ci maddəsinin “b” bəndinə (əmək müqaviləsinin müddətinin qurtarması) əsasən yenidən xitam verilmişdir.
36. Cavabdeh tərəfindən iddiaçının tərəf olduğu əmək müqaviləsinə xitam verilməsi barədə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi yanında X15 Xidmətinə ünvanlanmış xx.xx.2022, xx.xx.2022 və xx.xx.2022-ci il tarixli məktublardan və Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi yanında X15 Xidməti tərəfindən cavabdehə ünvanlanmış xx.xx.2022-ci il tarixli məktubdan göründüyü kimi cavabdeh iddiaçı ilə bağlanmış əmək müqaviləsinə xitam verilməsi tarixinin xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixə dəyişdirilməklə "Əmək müqavilələrinin elektron informasiya sistemində" müvafiq düzəlişin edilməsinə dair səlahiyyətlərin verilməsini xahiş etmiş, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi yanında X15 Xidməti isə həmin müraciətlərə xx.xx.2022-ci il tarixdə cavab vermiş, cavabdeh isə xx.xx.2022-ci il tarixdə müvafiq düzəlişləri etmişdir. Yəni iddiaçı ilə bağlanmış əmək müqaviləsinin "Əmək müqavilələrinin elektron informasiya sistemində" xx.xx.2022-ci il tarixədək qüvvədə olmasına səbəb müvafiq sistemdə düzəlişin edilməsi cavabdehin səlahiyyəti xaricində olması ilə əlaqədar olmuşdur ki, bu hal da iddianın təmin olunması üçün əsas ola bilməz.
37. Göründüyü kimi məhkəmə araşdırması zamanı əmək müqaviləsinə xitam verilməsində cavabdeh tərəfindən hər hansı qanun pozuntusuna yol verilməsi halları aşkar edilməmiş, qanunvericilikdə təsbit edilmiş müqaviləyə yalnız işçi işə çıxdıqdan sonra xitam verilməli olması, müqaviləyə işəgötürənin müəyyən etdiyi gündə, lakin işçinin işə çıxdığı gündən bir təqvim həftəsi keçməmiş xitam verilə bilməsi prinsipinə riayət olunmuşdur. Əmək müqaviləsinin müddətinin bitməsi ona xitam verilməsinin qanuni əsası olduğundan, işəgötürən - cavabdeh bu müqaviləyə birtərəfli qaydada xitam verməyə haqlı olmuşdur və onun xx.xx.2022-ci il tarixli əmrinin ləğv edilməsinin heç bir qanuni əsası yoxdur.
38. İddiaçı həmçinin, tutduğu sığortaçı vəzifəsi üzrə əmək funksiyasının yerinə yetirilməsi şərtlərinə görə daimi xarakterə malik olmasının qabaqcadan bilindiyi üçün cavabdeh tərəfindən Əmək Məcəlləsinin 45-ci maddəsinin 4-cü hissəsinin tələblərinin pozulduğunu bildirmişdir. Məhkəmə kollegiyası tərəflər arasında bağlanmış əmək müqaviləsinin müddətsiz olmasına dair bəndinin etibarsız hesab edilməli olmasına dair apellyasiya şikayətindəki dəlillərlə əlaqədar aşağıdakıları qeyd etməyi zəruri sayır.
39. Belə ki, iddiaçının istinad etdiyi normaya əsasən, əmək funksiyasının yerinə yetirilməsi şərtlərinə görə işin və ya göstərilən xidmətlərin daimi xarakterə malik olması qabaqcadan bəlli olduğu hallarda, bu Məcəllənin 47-ci maddəsi ilə müəyyən edilən hallar istisna olmaqla, əmək müqaviləsi müddəti müəyyən edilmədən bağlanmalıdır.
40. Göründüyü kimi, qanunverici bu halda Məcəllənin 47-ci maddəsi ilə müəyyən edilən halları istisna etmişdir. Həmin maddənin “f” bəndinə görə, tərəflərin hüquq bərabərliyi prinsipinə əməl edilməklə onların qarşılıqlı razılığı ilə əmək müqaviləsi müəyyən müddətə bağlanıla bilər. Beləliklə əgər tərəflərin hüquq bərabərliyi prinsipinə əməl edilməklə onların müqavilə bəndləri üzrə qarşılıqlı razılığı varsa, işin və ya göstərilən xidmətin daimi xarakterə malik olduğu qabaqcadan bəlli olduğu hallarda belə əmək müqaviləsinin müəyyən müddətə bağlanması mümkündür.
41. Hazırkı işin müəyyən edilmiş halları baxımından qeyd edilməlidir ki, iddiaçı ilə cavaddeh arasında (müddətli) əmək müqaviləsi bağlanılarkən onun işəgötürəndən bir asılılığı olmamış, müddətli müqavilə rəsmiləşdirilənədək tərəflərin həmin müqaviləni ümumiyyətlə bağlamamaq imkanı və seçimi, müqavilə rəsmiləşdirildikdən sonra hüququnun pozulmasına istinadən iddiaçının həmçinin bu bəndinin dəyişdirilməsini tələb etmək hüququ olmuşdur. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, hazırda iddiaçının gördüyü işin daimi xarakterə malik olmasına istinadən onunla müddətli bağlanmış əmək müqaviləsinin mübahisələndirilən bəndi etibarsız hesab edilə bilməz.
42. Bundan başqa məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin iddianın bu hissəsinin kəsici müddətinin ötürülməsinə istinadən rədd edilməli olmasına dair qənaəti ilə əlaqədar qeyd etməyi zəruri sayır ki, yuxarıda qeyd edilənlərə əsasən əmək müqaviləsi müddətli müqavilə kimi bağlanılarkən iddiaçının subyektiv hüququ pozulmamışdır. Beləliklə iddiaçının istinad etdiyi hallar müəyyən edilmədiyindən və iddia bu hissədə əsassız olması səbəbi ilə rədd edildiyindən kəsici müddətin tətbiqi məsələsi məhkəmə tərəfindən müzakirə edilməməli idi. Buna baxmayaraq kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi iş üzrə gəldiyi qənaəti ümumilikdə düzgündür və bu hal mübahisələndirilən qətnamənin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas deyildir.
43. İddiaçının ləğv olunmasını xahiş etdiyi xx.xx.2022-ci il tarixli əmrin mövcud olmadığı müəyyən edildiyindən, həmçinin iddianın “ödənilməmiş son haqq-hesabın hesablanıb ödənilməsi” hissəsi ilə əlaqədar tərəflər arasında mübahisə aradan qaldırıldığından məhkəmə kollegiyası bu hissələrə dair hər hansı münasibət bildirməyi zəruri hesab etmir. Həmçinin kollegiya iddiaçının, barəsində verilmiş əmrin (xx.xx.2022-ci il tarixli) qanunsuzluğuna dair irəli sürdüyü faktiki hallar öz təsdiqini tapmadığı üçün işə bərpa edilməsi və məcburi işburaxma müddətinə görə əmək haqqının tutulması tələblərinin rədd edilməsinə dair birinci instnasiya məhkəməsinin qənaəti ilə razılaşır.
44. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iş üzrə gəldiyi qənaəti ümumilikdə düzgündür və mübahisələndirilən qətnamənin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
45. MPM-nin 384.0.1-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.
46. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.2, 384, 392, 393 və 402.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
QƏT ETDİ:
Apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-429/2023 nömrəli, 03 fevral 2023cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Sədrlik edən: Cəmilə Musayeva Hakimlər: Fərrux Qasımov Günay Axundova