Məhkəmə qərarları › İş №2(103)-2921/2024

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-2921/2024

22.04.2024 · Vərəsəlik hüququ üzrə mübahisələr - Qanun üzrə vərəsəlik hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-2921/2024 22.04.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Bakı şəhəri 17 saylı notariat ofisinə qarşı iş üzrə (açar sözlər: iddia ərizəsinin geri qaytarılması) Bakı Apelyasiya Məhkəməsinin Mülki kollegiyası, X3 (sədrlik edən və məruzəçi), oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Bakı şəhəri 17 saylı notariat ofisinə qarşı (üçüncü şəxs Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı şəhər Ərazi İdarəsi cəlb edilməklə) qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab edilməsi, mirasın qəbul edilmiş hesab edilməsi tələbinə dair mülki iş üzrə Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(008)-2954/2024 nömrəli qərardadından iddiaçı tərəfindən verilmiş şikayətə Bakı Apelyasiya Məhkəməsinin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakıları müəyyən etdi Birinci instansiya məhkəməsində icraat

1. İddiaçı cavabdeh Bakı şəhəri 17 saylı notariat ofisinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh Bakı şəhəri 17 saylı notariat ofisi tərəfindən X1 adına verilmiş xx.xx.2023-cü il tarixli reyestrdə 2V-179 nömrəsi ilə qeydiyyata alınmış “Qanun üzrə vərəsəlik hüququ haqqında” şəhadətnamənin etibarsız hesab edilməsi, X2 miras qalmış Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh qəsəbəsi, Üzeyir Hacıbəyov küçəsi, döngə 3, ev 31- in İddiaçı tərəfindən qəbul edilmiş hesab edilməsi haqqında qətnamə çıxarılmasını xahiş etmişdir.

2. Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(008)- 2954/2024 nömrəli qərardadı ilə iddia ərizəsi və ona əlavə olunmuş sənədlər geri qaytarılmış, iddiaçıya qərardadda göstərilən nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etmək hüququnun olması izah olunmuşdur.

3. Məhkəmə qərardadını onunla əsaslandırmışdır ki, mirasın qəbul edilməsi faktının müəyyən edilməsi barədə işlərə xüsusi icraat qaydasında baxılır. İddiaçı isə hazırkı tələblə iddia icraatı qaydasında məhkəməyə müraciət etmişdir. Digər tərəfdən “Qanun üzrə vərəsəlik hüququ haqqında” şəhadətnamənin etibarsız hesab edilməsinə iddia icraatı qaydasında baxılmalıdır. Göründüyü kimi, iddiaçı bir-biri ilə əlaqəsi olmayan bir neçə tələbi birləşdirmişdir. Digər tərəfdən, İddiaçı cavabdeh Bakı şəhəri 17 saylı notariat ofisi ilə mübahisənin məhkəməyə qədər (pretenziya qaydasında) nizama salınmasına riayət edilməsinə dair sənədi iddia ərizəsinə əlavə etməmişdir.

Şikayətin dəlilləri, şikayətə etirazın dəlilləri və birinci instansiya məhkəməsinin şikayətə dair gəldiyi nəticə

4. İddiaçı qərardaddan şikayət verərək onun ləğv edilməsini xahiş etmişdir.

5. Şikayət onunla əsaslandırılmışdır ki, iddia tələbində miras əmlakın faktiki qəbul edilməsi faktının müəyyən edilməsi tələb edilməmişdir, yəni iddiada xüsusi icraat qaydasında baxılmalı tələb yoxdur. Ümumiyyətlə, tələbdə “faktiki” və “faktı” sözləri işlədilməmişdir. Vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab edilməsi haqqında tələbi irəli sürən zaman pretenziya qaydasına riayət edilməsi qanunvericilikdə nəzərdə tutulmamışdır. Pretenziya qaydası o zaman tətbiq edilir ki, mübahisənin məhkəmədən kənar həlli mümkün olsun. Hazırkı vəziyyətdə artıq notarius tərəfindən iddiaçının qardaşına miras əmlakla bağlı tam pay hüququ haqqında vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir, həmin şəhadətnamə iddia ərizəsinə əlavə edilmişdir, notariusun qeyd edilən şəhadətnaməni ləğv etmək və ya etibarsız hesab etmək səlahiyyəti, hüququ yoxdur, eyni zamanda həmin şəhadətnamə əsasında əmlak artıq iddiaçının qardaşının oğlunun mülkiyyətinə də keçmişdir. Notariusun notariat işi də iddia ərizəsinə əlavə edilmişdir. İddiaçı qanun üzrə birinci dərəcəli vərəsədir.

6. Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərardadı ilə şikayət təmin edilməmiş və baxılması üçün mülki işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir.

7. Şikayətə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 10.8-1 və 397.2-ci maddələrinə uyğun olaraq yazılı icraat qaydasında baxılır.

8. Şikayətə qarşı yazılı etiraz daxil olmamışdır.

Tətbiq edilən hüquq normaları:

9. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi Maddə 4.1. Bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Maddə 4.2. Məhkəməyə müraciət etmək hüququndan imtina edilməsi etibarsızdır. Maddə 151.1. İddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür.

10. “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2019-cu il tarixli qərarı Bənd 10. Məhkəməyə Azərbaycan Respublikası MPM-nin 307.2.9-cu maddəsində mirasın qəbul edilməsi faktının və vərəsəliyin açılma yerinin müəyyən edilməsinə dair ərizə notariat orqanı vərəsəlik şəhadətnaməsi verməkdən imtina etdiyi halda (məsələn: mirasın qəbulu müddətinin ötürülməsinə, mirasın faktiki qəbulunu təsdiq edən sübutların olmamasına görə və sair) verilə bilər.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

11. Məhkəmə kollegiyası şikayətin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilməli, Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(008)-2954/2024 nömrəli qərardadı ləğv edilməli və iddia ərizəsi növbəti prosessual hərəkətlərin edilməsi üçün həmin məhkəməyə göndərilməlidir.

12. İddia ərizəsinin məzmunundan görünür ki, qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab edilməsini tələb edir və bu tələbini iddiaçı miras əmlakın faktiki olaraq onun tərəfindən qəbul edilməsi ilə əsaslandırır. Yəni,

13. Qeyd edilməlidir ki, Azərbaycan Respublikası MPM-nin 307.2.9-cu maddəsində mirasın qəbul edilməsi faktının və vərəsəliyin açılma yerinin müəyyən edilməsinə dair ərizə notariat orqanı vərəsəlik şəhadətnaməsi verməkdən imtina etdiyi halda (məsələn: mirasın qəbulu müddətinin ötürülməsinə, mirasın faktiki qəbulunu təsdiq edən sübutların olmamasına görə və sair) verilə bilər. İddia ərizəsinə əlavə edilmiş sənədlərdən isə iddiaçıya notariat orqanı tərəfindən belə imtinanın verildiyi müəyyən edilmir. Əksinə müəyyən edilir ki, artıq başqa vərəsəyə notarius tərəfindən miras əmlaka dair qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir.

14. Bundan başqa, birinci instansiya məhkəməsi tərəfindən işi məhkəmədə baxılmağa hazırlamaq qaydasında iddiaçı ilə onun əldə etmək istədiyi hüquqi nəticənin (məsələn miras payın tanınması, vərəsəlik şəhadətnaməsinin verilməsi vəzifəsinin qoyulması, əmlakın bölünməsi və s) əldə olunması ilə bağlı müzakirə aparıla və bunun nəticəsində iddia tələbinin dəqiqləşdirilməsi təklif edilə bilər.

15. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddiaçının iddia ərizəsini öz qərardadında qeyd etdiyi əsasla geri qaytarmaqda haqlı olmamışdır.

16. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətə baxıb qərardad qəbul etdikdə qərardadı tam və ya qismən ləğv edib, yaxud dəyişib işi birinci instansiya məhkəməsinə göndərmək hüququna malikdir.

17. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398-402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası

Qərara aldı:

Şikayət təmin edilsin. Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(008)- 2954/2024 nömrəli qərardadı ləğv edilsin və iş növbəti prosessual hərəkətlərin edilməsi üçün həmin məhkəməyə göndərilsin. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir, ondan kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar