Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-2926/2023 02.05.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaç İddiaçı Cavabdeh Qurban oğluna qarşı iş üzrə QƏTNAMƏ İş № 2(103)-2926/2023 (Açar sözlər: əldən çıxmış fayda) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər Babayev Fuad Fikrət oğlu (məruzəçi), Eyvazov Rafael Əmir oğlu və X1 ibarət tərkibdə, Şirinova Gülyar Elman qızının katibliyi, İddiaçının İddiaçı, onun nümayəndəsi-vəkili Vəkil, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “əldən çıxmış pul vəsaitinin ödənilməs” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 28 iyun 2022-ci il tarixli 2(005)- 1515/2022 saylı qətnaməsindən iddiaçı tərəfindən verilmiş apelyasiya şikayətinə 02 may 2023-cü il tarixdə Bakı Apelyasiya Məhkəməsinin binasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. Cavabdeh ilə iddiaçı 29 noyabr 2013-cü ildə ipoteka müqaviləsi bağlanmış, həmin müqaviləyə əsasən cavabdeh özünün xüsusi mülkiyyətində olan ünvan 1 ünvanda yerləşən ümumi sahəsi 332,64 kvm yaşayış sahəsi 45,8 kvm, yardımçı sahəsi 286,84 kvm olan 2 otaqlı bağ evini ipoteka ilə yüklü edilmiş və ipoteka müqaviləsinə əsasən 20.000 ABŞ dolları məbləğində borc pul vermişdir. Nərimanov Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli 2(005)-1481/2016 saylı qətnaməsi ilə iddia təmin edilərək Cavabdeh 17000 ABŞ dolları məbləğində borc, gecikdirilmiş vaxt uçun illik beş faizlə hesablanmış 850 ABŞ dolları məbləğində pul cəmi 17850 ABŞ dolları məbləğində borc ödənişin icra edildiyi gün Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi məzənnə uzrə manatla və 30 manat məbləğində dövlət rüsumu İddiaçı xeyrinə tutulması, Tutma ipoteka ilə yüklü edilmiş ünvan 2 ünvanda yerləşən ümumi sahəsi 332,64 kv.m yaşayış sahəsi 45 8 kv.m, yardımçı sahəsi 286.84 kv.m olan 2 otaqlı bağ evinə yönəldilməsi, ünvan 2 ünvanda yerləşən ümumi sahəsi 332 64 kv.m. yaşayış sahəsi 45.8 kv m, yardımçı sahəsi 286.84 kv.m olan 2 otaqlı bağ evi açıq hərracdan satılması, satışdan əldə olunmuş vəsait hesabına iddiaçıya olan borcun ödənilməsi, borc ödənildikdən sonra satışdan artıq qalan məbləğ ipoteka qoyana Cavabdeh qaytarılması və İpoteka predmetı olan ünvan 2 ünvanda yerləşən ümumı salıma 132 64 kv.m yaşayış sahəsi 45 8 kv.m, yardımçı sahəsi 286,84 kv m olan 2 otaqlı bağ evinin ilkin satış qiyməti 100.000 manat məbləğində müəyyən edilməsi qərar alınmışdır. Bundan sonra Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2016-cı il tarixli qətnaməsi ilə Nərimanov Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli 2(005)-1481/2016 saylı qətnaməsi əsas borcun müəyyən edilməsi hissəsində dəyişdirilməsi, Cavabdeh 15000 ABŞ dolları məbləğində borc ödənişin icra edildiyi gün AR Mərkəzi Bankının müəyyən etdiyi məzənnə uzrə manatla və 30 manat məbləğində dövlət rüsumu İddiaçı xeyrinə tutulması, Nərimanov Rayon Məhkəməsinin 22 aprel 2016-cı il tarixli 2(005)-1481/2016 saylı qətnaməsi gecikdirilmiş vaxt üçün illik beş faizlə hesablanmış 850 ABŞ dolları faiz borcunun tutulması hissəsində ləğv edilməsi, həmin hissədə iddia təmin edilməməsi və Qalan hissədə qətnamə dəyişdirilmədən saxlanılması qərara alınmışdır. Qeyd olunan qətnamə ilə razılaşmayan tərəflər kassasiya instasiyasına müraciət etmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Mulki Kollegiyasının xx.xx.2017-ci il tarixli 2(102)-2722/17 saylı qərarı ilə İddiaçı kassasiya şikayəti qismən təmin edilməsi, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 15 sentyabr 2016-cı il tarixli qətnaməsi dəyişdirilərək, Cavabdeh İddiaçı xeyrinə tutulmalı ABŞ dollarının məbləği 17.300 müəyyən edilməsi və Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 15 sentyabr 2016-cı il tarixli qətnaməsi qalan hissədə dəyişdirilmədən saxlanılması qərara alınmışdır.
İş üzrə qəbul edilmiş məhkəmə aktları
a) Birinci instansiya məhkəməsində icraat
2. İddiaçı Cavabdeh qarşı “əldən çıxmış pul vəsaitinin ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 29 noyabr 2013-cü il tarixdən qanunsuz saxlamağa və onu qaytarmaqdan boyun qaçırdığına görə vurulmuş zərəri qanunla müəyyən edilmiş məhkəmə qətnaməsinin çıxarıldığı gün üçün bank uçot dərəcəsi əsas götürülməklə cavabdehdən əldən çıxmış faydaya görə 5.000 manat pulun tutularaq iddiaçıya verilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Daha sonra iddiaçı iddia ərizəsinə əlavə ərizəsi ilə məhkəməyə müraciət edərək, ilkin iddia tələbinə əlavə olaraq, yəni həmin tələbin qüvvədə qalması şərti ilə Cavabdeh pulunu qanunsuz saxlamaqla faydalanmağına görə 2.300 ABŞ dolları məbləğində faiz pulun tutularaq ona verilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir.
3. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh ilə iddiaçı 29 noyabr 2013cü ildə ipoteka müqaviləsi bağlanmışdır, həmin müqaviləyə əsasən cavabdeh özünün xüsusi mülkiyyətində olan ünvan 1 ünvanda yerləşən ümumi sahəsi 332,64 kvm yaşayış sahəsi 45,8 kvm, yardımçı sahəsi 286,84 kvm olan 2 otaqlı bağ evini ipoteka ilə yüklü edilmiş və ipoteka müqaviləsinə əsasən 20.000 ABŞ dolları məbləğində borc pul vermişdir. Cavabdeh ipoteka müqaviləsində göstərilən müddətdə borcu qaytarmamış, bununla əlaqədar olaraq cavabdehlə aralarında olan uzun müddətli məhkəmə çəkişmələri olmuşdur. Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin 22 aprel 2016-cı il tarixli qətnaməsi ilə iddia qismən təmin edilmiş, Cavabdeh ümumilikdə 17.850 ABŞ dolları məbləğində borcun tutulması qərara alınmışdır. Həmin qətnamədən Cavabdeh verilən apellyasiya şikayəti qismən təmin edilmiş, borcun müəyyən edilmiş hissəsində dəyişiklik olmuş və Cavabdeh 15.000 ABŞ dolları məbləğində borc pul AR Mərkəzi Bankının ödənişin icra edildiyi gün müəyyən etdiyi məzənni ilə ödənilməsi qət edilmişdir. İddiaçı tərəfindən Bakı Apellyasiya Məhkəməsinin qətnaməsindən verdiyi şikayət təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2016-cı il tarixli qətnaməsi dəyişdirilmiş, cavabdeh tərəfindən iddiaçıya 17.300 ABŞ dolları ödənilməsi qərara alınmışdır. Hal-hazırda bütün məhkəmə qətnamələri qüvvədədir, həmin qərarlara əsasən cavabdeh 29 noyabr 2013-cü ildə 17.300 ABŞ ödəməlidir və iş icra şöbəsindədir. Eyni zamanda cavabdeh iddiaçının pulunu qaytarmamaqla bərabər 29 noyabr 2013-cü ildən pulu qanunsuz saxlamaqla böyük zərər vurmuşdur.
4. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-1515/2022 saylı iş üzrə 28 iyun 2022-ci il tarixli qətnaməsi ilə (hakim Səbinə Nuriyeva) iddia tələbinin təmin edilməməsi qət edilmişdir.
5. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21.1, 1096, 1097.1-ci, Mülki Prossesual Məcəllənin 77.1. 82.3, 88, 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır.
Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları
a) Apellyasiya şikayətinin dəlilləri
6. Qətnamədən iddiaçı apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi və iddianın təmin olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.
7. Apellyasiya şikayətini iddia ərizəsinin dəlillərinə uyğun əsaslandırmış, əlavə olaraq göstərmişdir ki, cavabdeh onun pulunu qaytarmamaqla bərabər 29 noyabr 2013-cü ildən pulunu qanunsuz saxlamaqla böyük zərər vurmuşdur. Həmin pulu tələb etməkdə o, haqlıdır. Cavabdehin mülkiyyətində ipoteka ilə yüklənmiş əmlakdan başqa digər əmlaklar ərzaq marketi və ofisidə vardır, bu da onu göstərir ki, cavabdeh ona borclu olduğu pulu qaytarmaqla bərabər həmin müddət ərzində ona dəyən zərəri ödəməlidir. Bundan başqa məhkəmənin qətnaməsinda o da qeyd edilir ki. o, vurulmuş zərərin təsdiq edən hər hansı bir sübut təqdim edə bilməmiş və MPM-nin 77.1-ci maddəsinə istinad edir və həmin prosessual normanın tələbini da pozur. Çünki o, Ali Məhkəmə də daxil olmaqla məhkəmə qətnamə və qərarlarını məhkəməyə təqdim etmiş, lakin məhkəmə onun təqdim etdiyi qanuni qüvvəsi almış qərarları sübut növü kimi qəbul etməmişdir.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
8. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
c) Proses iştirakçılarının izahatı
9. Məhkəmə iclasında iştirak edən iddiaçı və onun nümayəndəsi-vəkili apelyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdilər.
10. Məhkəmə iclasında iştirak edən cavabdeh apelyasiya şikayətinin əsassız olduğunu bildirərək, təmin edilməməsini xahiş etdi.
Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsi
11. Maddə 21.1 Hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın.
12. Maddə 445. Borclunun icranı gecikdirməsi. 445.7. Borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Faizdən faiz ödənilməsi yolverilməzdir.
13. Maddə 449.1. Özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə ödəyə bilər
14. Maddə 1096. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır.
15. Maddə 1097.1 Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi
16. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
17. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.
18. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.
19. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
Apellyasiya baxışının hədləri
20. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
21. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.
22. Hazırki iş üzrə apellyasiya baxışının hədlərini birinci instansiya məhkəməsinin qətnaməsinin qanuniliyinin və əsaslılığının tam yoxlanılması təşkil edir.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
23. Məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apelyasiya şikayəti təmin edilmədən, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
24. Məhkəmə Kollegiyası iş üzrə sübutlara, müəyyən edilmiş hallara qiymət verərək, iddianı rədd edən birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır.
25. Belə ki, iş materiallarında olan Nərimanov Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli qətnaməsi ilə iddia təmin edilərək Cavabdeh 17000 ABŞ dolları məbləğində borc, gecikdirilmiş vaxt uçun illik beş faizlə hesablanmış 850 ABŞ dolları məbləğində pul cəmi 17850 ABŞ dolları məbləğində borc ödənişin icra edildiyi qun Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi məzənnə uzrə manatla və 30 manat məbləğində dövlət rusumu İddiaçı xeytınə tutulması, tutma ipoteka ilə yüklü edilmiş ünvan 2 ünvanda yerləşən ümumi sahəsi 332,64 kv.m yaşayış sahəsi 45.8 kv.m, yardımçı sahəsi 286.84 kv.m olan 2 otaqlı bağ evnə yönəldilməsi, ünvan 2 ünvanda yerləşən ümumi sahəsi 332 64 kv.m. yaşayış sahəsi 45.8 kv m, yardımçı sahəsi 286.84 kv.m olan 2 otaqlı bağ evi açıq hərracdan satılması, satışdan əldə olunmuş vəsait hesabına iddiaçıya olan borc ödənilməsi, borc ödənildikdən sonra satışdan artıq qalan məbləğ ipoteka qoyana Cavabdeh qaytarılması və İpoteka predmetı olan ünvan 2 ünvanda yerləşən ümumi 132 64 kv.m yaşayış sahəsi 45 8 kv.m, yardımçı sahəsi 286,84 kv m olan 2 otaqlı bağ evinin ilkin satış qiyməti 100.000 manat məbləğində müəyyən edilməsi qət edilmişdir.
26. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-6387/2016 saylı xx.xx.2016-cı il tarixli qətnaməsi ilə Nərimanov Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli 2(005)-1481/2016 saylı qətnaməsi əsas borcun müəyyən edilməsi hissəsində dəyişdirilməsi, Cavabdeh 15000 ABŞ dolları məbləğində borc ödənişin icra edildiyi gün Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi məzənnə uzrə manatla və 30 manat məbləğində dövlət rüsumu İddiaçı xeyrinə tutulması, Nərimanov Rayon Məhkəməsinin 22 aprel 2016-cı il tarixli 2(005)-1481/2016 saylı qətnaməsi gecikdirilmiş vaxt üçün illik beş faizlə hesablanmış 850 ABŞ dolları faiz borcunun tutulması hissəsində ləğv edilməsi, həmin hissədə iddia təmin edilməməsi və qalan hissədə qətnamə dəyişdirilmədən saxlanılması qət edilmişdir.
27. Azərbaycan Respublikası Ali Məhkəməsi Mulki Kollegiyasının xx.xx.2017-ci il tarixli 2(102)-2722/17 saylı qərarı ilə İddiaçı kassasiya şikayəti qismən təmin edilməsi, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 15 sentyabr 2016-cı il tarixli qətnaməsi dəyişdirilərək, Cavabdeh İddiaçı xeyrinə tutulmalı ABŞ dollarının məbləği 17.300 müəyyən edilməsi və Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 15 sentyabr 2016-cı il tarixli qətnaməsi qalan hissədə dəyişdirilmədən saxlanılması qərara alınmışdır.
28. Nərimanov rayon icra və probasiya şöbəsinin xx.xx.2021-ci il tarixli qərarı ilə Nərimanov Rayon Məhkəməsinin 2(005)-1481/2016 saylı xx.xx.2016-cı il tarixli icra sənədi üzrə icraata xitam verilmiş və sonradan məhkəmə tərəfindən ləğv edilmişdir. İcra prosesində öhdəliyin təminatı olan əmlak hərrac vasitəsi ilə realizə oluna bilməmiş və məhz həmin əmlakla və onun qiyməti ilə bağlı mübahisələr davam edərkən Cavabdeh tərəfindən icra sənədi xx.xx.2021-ci il tarixdə icra edilmişdir.
29. Hazırda iddiaçı məhkəmə qətnaməsi üzrə qoyulmuş öhdəliyin cavabdeh tərəfindən gec yerinə yetirilməsi səbəbindən əldən çıxmış fayda qismində ona dəymiş maddi ziyanı tələb etməkdədir.
30. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair 24 dekabr 2014-cü il tarixli qərarında belə nəticəyə gəlinmişdir ki, kreditor kredit müqaviləsindən irəli gələn öhdəliyin icrası üçün nəzərdə tutulmuş müddət bitənədək pul vəsaitindən istifadə haqqının (faizlərin), həmin müddətdən sonrakı dövr üçün isə öhdəliyin icra edilməməsinə görə mülki qanunvericilikdə nəzərdə tutulmuş və hesablanmış faiz formasında zərərin (real zərər və əldən çıxmış faydanın) ödənilməsini tələb edə bilər. Kredit müqaviləsində nəzərdə tutulmuş müddət ərzində öhdəlik icra edilmədikdə və ya icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, habelə kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmədikdə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə görə kreditor gecikdirilmiş vaxt üçün illik beş faiz ödənilməsini tələb etmək hüququna malikdir. Bu zaman pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi illik beş faizdən yüksək olduqda, kreditor tərəfindən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsi ilə əlaqəli şəkildə kreditin ödənişi üzrə gecikdirilmiş vaxt üçün həmin Məcəllənin 449.1-ci maddəsinə müvafiq olaraq müəyyənləşdirilən miqdarda faizlər hesablanır. Kreditor vəsaitdən yenidən istifadə edə bilməməsi ilə bağlı ona daha böyük ziyanın vurulduğunu sübut etdikdə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.2-ci maddəsi və müvafiq hallarda həmin Məcəllənin 449.3-cü maddəsinə əsasən onun zərərin əvəzinin ödənilməsini tələb etməyə dair əlavə hüququ yaranır.
31. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449-cu maddəsinin bəzi müddəalarının şərh olunmasına dair” Konstitusiya Məhkəməsinin 09 iyul 2009-cu il tarixli Qərarında qeyd edilir ki, faydalanmanın anlayışı mülki qanunvericilikdə verilməsə də, faydalanmanın hərfi mənasının öz tələbatı üçün istifadə olduğunu nəzərə alaraq, MM-in bu terminlə ayrılmaz əlaqədə olan «istifadə hüququna» həsr olunmuş 152.3-cü maddəsi buna müəyyən aydınlıq gətirir. Həmin maddəyə əsasən istifadə hüququ – əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə və başqa formalarda ola bilər.
32. Bu baxımdan, Azərbaycan Respublikası Mülki Məcəlləsinin «öhdəliklərin icra edilməməsinə görə məsuliyyəti» nəzərdə tutan 449-cu maddəsindəki xüsusi normada «faydalanma» və «(qanunsuz) istifadə» sözləri eyni məzmun daşımaqla, bu dörd hərəkət (hərəkətsizlik) nəticəsində müəyyən gəlir, artım, bəhər və s. əldə edilməsi mənasını nəzərdə tutur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449.1-ci maddəsinin «ondan faydalanmağa görə» müddəası özgəsinin vəsaitinin qanunsuz saxlanılması, onun qaytarılmasından boyun qaçırılması, onun ödənilməsinin digər şəkildə gecikdirilməsi və ya başqa şəxsin hesabına pul vəsaitin əsassız əldə edilməsi və ya toplanılması nəticəsində Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.3-cü maddəsində göstərilmiş gəlirin, artımın, bəhərin və ya sair maddi xeyirin əmələ gəlməsini nəzərdə tutur.
33. Sadalanan qanunvericilik aktlarının tələblərinə əsasən kollegiya hesab edir ki, cavabdehin pul məbləğindən sonuncunun faydalanması ilə bağlı onun gəlir, artım, bəhər və s. əldə etməsini təsdiq edən sübutlar məhkəməyə təqdim etməmişdir.
34. Kollegiya, həmçinin, qeyd edir ki, yuxarıda qeyd olunan məhkəmə aktlarından da göründüyü kimi, tərəflər arasında olan öhdəliyin təminatı olmuşdur, icra prosesində həmin əmlak hərrac vasitəsi ilə realizə oluna bilməmiş və məhz həmin əmlakla və onun qiyməti ilə bağlı mübahisələr davam edərkən Cavabdeh tərəfindən icra sənədi xx.xx.2021ci il tarixdə icra edilmiş, yəni icra sənədi üzrə müəyyən edilmiş pul məbləği tələbkara verilmişdir.
35. Digər tərəfdən iddiaçı tərəfindən məhkəmə mübahisəsinin davam etdiyi müddətin pulun qanunsuz saxlanılması kimi qeyd etməsi ilə bağlı Kollegiya qeyd edir ki, məhkəməyə müraciət etmək, məhkəmədə hüquqlarını müdafiət etmək bunlar hər bir şəxsə verilmiş konstitusion hüquqlardır ki, həmin müddəalara əsasən şəxsin o hüquqlardan istifadə etməsini qanunsuz hərəkət kimi qiymətləndirilməsi yolverilməzdir.
36. Həmçinin, “Məhkəmə qərarlarının icrası haqqında” Azərbaycan Respublikasının Qanunu ilə məhkəmə qərarının icrası ilə bağlı üzərinə düşən vəzifələrin icrasından qərəzli olaraq boyun qaçırmamaqla, onları könüllü yerinə yetirərək girov əmlakı təhvil vermiş şəxs borc və faizlərin girov əmlaka yönəldiyi andan kredit müqaviləsi üzrə öhdəliyini icra etmiş hesab olunur və buna görə, tərəflər arasındakı müqavilə münasibətlərinə xitam verildiyi üçün, o, Mülki Məcəllənin 449.1-ci maddəsi üzrə məsuliyyətə cəlb edilə bilməz (Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449-cu maddəsinin bəzi müddəalarının şərh olunmasına dair” 2009-cu il 9 iyul tarixli Qərar).
37. Qeyd olunanlardan göründüyü kimi keçən müddət ərzində hazırki iş üzrə həm iddiaçı, həm də cavabdeh müxtəlif vaxtlarda məhkəməyə müraciət etmişlər və məhkəmə prosesləri uzun müddət davam etmişdir. Ona görə də kollegiya hesab edir ki, məhkəmə prosesinin davam etdiyi müddətin qətnamə üzrə müəyyən edilmiş məbləğin qanunsuz ödənilməməsi kimi qiymətləndirilə bilməz.
38. Qeyd olunanlara əsasən kollegiyanın qənaəti bundan ibarətdir ki, birinci instansiya məhkəməsi mübahisənin faktiki halları və tərəflərin münasibətləri ilə bağlı düzgün nəticəyə gəlmişdir və apelyasiya şikayətlərinin dəlilləri qətnamənin ləğvi üçün əsas deyildir.
39. Xüsusi ilə məhkəmə kollegiyası nəzərə alır ki, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
40. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası
Qət etdi:
Apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-1515/2022 saylı iş üzrə 28 iyun 2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayəti ilə bağlı ödənilmiş dövlət rüsumu məbləği onu ödəmiş şəxsin özünə aid olunsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Sədrlik edən: Fuad Babayev Hakimlər: Rafael Eyvazov Günay Axundova