Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-2928/2024 13.05.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Cavabdeh qarşı iş üzrə QƏTNAMƏSİ Açar sözlər: (ödənilmiş təhsil haqqının qaytarılması ) hakimlər X3 (sədrliyi və məruzəsi ilə), İmanov Azad Nizam oğlu və Həsənov Elnur Məmmədsaat oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Ağalı Leyla Rasim qızının katibliyi, iddiaçı Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin nümayəndəsi Nümayəndə, Cavabdeh və onun nümayəndəsi Vəkil iştirakı ilə, iddiaçı Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Cavabdeh qarşı “ödənilmiş təhsil haqqının qaytarılması” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-768/2024 saylı işi üzrə xx.xx.2024-cü il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İşin halları və iş üzrə məhkəmə icraat(lar)ı: 1.İddiaçı Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Cavabdeh Bəhmən oğluna qarşı "ödənilmiş təhsil haqqının qaytarılması” tələbinə dair iddiası Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)- 768/2024 saylı işi üzrə xx.xx.2024-cü il tarixli qətnaməsi ilə təmin edilməmişdir. Qətnamədə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 11 fevral 2022-ci il tarixli qərarına; İnsan Hüquqları üzrə Avropa Məhkəməsi Stanyo Belçikaya qarşı iş üzrə 2009-cu il 7 iyul tarixli Qərarına; Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2, 375.2, 377.1; Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88, 217-ci maddələrinə istinadən qeyd edilmişdir ki, iddia tələbi mübahisə edilən hüquq münasibəti üzrə iddia müddəti tətbiq edilərək, iddia müddətinin ötürülməsi əsasına görə də iddia təmin edilməməlidir. İ.B.X9 çərçivəsində təhsil alanların siyahısından xaric edilməsi haqqında Təhsil Nazirlinin xx.xx.2016-cı il tarixli, 68 saylı əmrinə əsasən Niderland Krallığının "X5” ali təhsil müəssisəsində "İqtisadiyyat” ixtisas istiqaməti üzrə bakalavriat səviyyəsində təhsil almaq hüququ qazanmış Cavabdeh Təhsil Nazirliyi ilə imzaladığı müqavilənin 2.3.5-ci və 5.1-ci bəndlərinə əsasən üzərinə götürdüyü öhdəlikləri pozmasına görə Dövlət Proqramı çərçivəsində xaricdə təhsil alanların siyahısından çıxarılmışdır. Belə olan halda, iddiaçı üçün iddia müddəti axımı Cavabdeh Dövlət Proqramı çərçivəsində xaricdə təhsil alanların siyahısından çıxarıldığı tarixdən, yəni xx.xx.2016cı il tarixdən başlamışdır. İşin materiallarından isə görünür ki, iddiaçının mövcud iddia ərizəsi xx.xx.2023-cü il tarixdə məhkəməyə verilmişdir. Göründüyü kimi iddiaçı təşkilat artıq xx.xx.2016-cı il tarixdən cavabdehin aralarında olan müqavilənin şərtlərini pozduğunu artıq bilirdi. Buna görə də iddiaçı mövcud iddia ərizəsi tələbi ilə məhkəməyə müraciət edənədək, göstərilən tələb üçün qanunla müəyyən edilmiş iddia müddətini ötürmüşdür. Təhsil Nazirliyi ilə Cavabdeh Məhman oğlu arasında "Təhsil Nazirliyi ilə xaricdə təhsil alan arasında” bağlanmış xx.xx.2013-cü il tarixli müqavilənin 5.3-cü bəndindən görünür ki, Dövlət Proqramı çərçivəsində xarici dil və baza hazırlığı keçməsi məqsədi ilə xarici ölkəyə göndərilən, lakin müvafiq proqram ali təhsilə başlamaq üçün tələb olunan səviyyədə mənimsəyə bilməyən təhsil alan Komissiyanın qərarı ilə Təhsil Proqramından çıxarılır və Təhsil Nazirliyi tərəfindən çəkilmiş bütün xərcləri Nazirliyə 2 aydan gec olmayaraq qaytarılır. xx.xx.2016-cı il tarixli, 68 saylı əmrindəndə görünür ki, İlkin X6 çərçivəsində xaricdə təhsil alanların siyahısından çıxarılmasına əsas kimi xx.xx.2016-cı il tarixli 402(t) nömrəli təqdimat və İlkinin xx.xx.2014-cü il tarixli ərizəsi olmuşdur. Göründüyü kimi, iddiaçı təşkilat artıq Cavabdeh öhdəliklərini pozduğunu xx.xx.2014cü il tarixdə bilmiş, xx.xx.2016- cı il tarixli əmrlə onun Dövlət proqramı çərçivəsində xaricdə təhsil alanların sıyahısından çıxarılması və təhsilin maliyyələşdirilməsi üçün vəsaitin geri qaytarılması üçün müvafiq tədbirlərin görülməsi nazir müavininə həvalə edilmişdir. Bundan başqa xx.xx.2013-cü il tarixli müqavilənin 1.2-ci bəndindən görünür ki, qeyd olunan müqavilə 2013-2016-cı illər beynəlxalq iqtisadiyyat və biznes iqtisadiyyatı üzrə 2013-cü ildən 2016-cı ilə kimi tədrisi təşkil edir. Yəni tərəflərin arasında olan müqavilə artıq xx.xx.2016-cı il tarixdə bir tərəfli olaraq ləğv olunmuşdur. Eyni zamanda İ.B.X6 çərçivəsində təhsil alanların siyahısından xaric edilməsi haqqında Təhsil Nazirlinin xx.xx.2016cı il tarixli, 68 saylı əmrinin verilməsinə İB.Əhmədlinin xx.xx.2014-cü il tarixli ərizəsi əsas götürülmüşdür. İddiaçı mövcud iddia tələbi üzrə qanunla müəyyən edilmiş iddia müddətlərini ötürdüyündən, cavabdeh isə iş üzrə iddia müddətinin tətbiq edilməsini xahiş etdiyindən, iş üzrə iddia müddəti tətbiq edilərək, mövcud iddia tələbi təmin edilməməlidir. Ona görə ki, iddia müddətinin mahiyyəti pozulmuş hüquqların bərpası və mülki hüquqların müdafiəsi məqsədi ilə məhkəməyə müraciət etmə müddəti olub, aktiv tərəfin, bu tələb hüququna malik olma imkanının qanuna əsasən zamanla məhdudlaşdırılmasından ibarətdir. Buna görə də iş üzrə aktiv tərəf olub tələb etmək hüququna malik olan iddiaçı mövcud tələb hüququna istənilən zaman daxilində deyil, məhdud zaman daxilində, yəni qanunla müəyyən edilmiş iddia müddəti daxilində mövcud tələb hüququna malik olmuşdur. 2.Birinci instansiya məhkəməsində icraat zamanı müəyyən edilmişdir ki: - Təhsil Nazirliyi ilə Cavabdeh Məhman oğlu arasında "Təhsil Nazirliyi ilə xaricdə təhsil alan arasında” bağlanmış xx.xx.2013-cü il tarixli müqavilənin surətinə əsasən, bu Müqavilənin predmeti Azərbaycan Respublikasının Prezidentinin 2007-ci il 16 aprel tarixli 2090 nömrəli Sərəncamı ilə təsdiq edilmiş «2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı »nın reallaşması zamanı tərəflər arasında yaranan münasibətlərdir (1.1 -ci bənd). "Dövlət Proqramı” təqaüdünə namizədlərin seçilməsi üzrə müsabiqənin nəticələrinə əsasən Təhsil Nazirliyi Təhsil alanın X5, Niderland Krallığı (bundan sonra-tədris müəssisəsi) beynəlxalq iqtisadiyyat və biznes iqtisadiyyatı ixtisası üzrə 2013-cü ildən 2016-cı ilə kimi tədrisini təşkil edir (1.2-ci bənd). Dövlət Proqramı çərçivəsində xarici dil və baza hazırlığı keçməsi məqsədi ilə xarici ölkəyə göndərilən, lakin müvafiq proqram ali təhsilə başlamaq üçün tələb olunan səviyyədə mənimsəyə bilməyən təhsil alan Komissiyanın qərarı ilə Təhsil Proqramından çıxarılır və Təhsil Nazirliyi tərəfindən çəkilmiş bütün xərcləri Nazirliyə 2(iki) aydan gec olmayaraq qaytarılmır (5.3-cü bənd); - Xaricdə "Dövlət Proqramı" çərçivəsində təhsil alanların siyahısına daxil edilmə haqqında Təhsil Nazirlinin xx.xx.2013-cü il tarixli, 821 saylı əmrinin surətinə əsasən, Təhsil üzrə Komissiya tərəfindən xaricdə təhsil almaq üçün tövsiyə edilmiş Cavabdeh Məhman oğlunun Azərbaycan Respublikasının vətəndaşları "Dövlət Proqramı” çərçivəsində xaricdə təhsil alanların siyahısına daxil edilməsi, Nazirliyin İqtisadiyyat şöbəsi (R.Orucov) ləhsil Nazirliyinə təqdim olunacaq ödəmə sənədlərinə uyğun olaraq yuxarıda adları qeyd olunan tələbələrin 2013/2014cü tədris ilindən etibarən təhsil almaları ilə bağlı bütün xərclərin (təhsil haqqı, viza, qeydiyyat, sığorta, yaşayış, ildə bir dəfə gediş-gəliş yol xərcləri və təşkilati xərclər) müvafiq qaydada müəyyən olunmuş müddətlərdə Dövlət Proqramının icrası iiçüıı nəzərdə tutulmuş maliyyə vəsaitləri hesabına ödənilməsini təmin etməsi, Əmrin icrasına nəzarət nazir müavininə (C.Bayramov) həvalə edilməsi əmr edilmişdir;- xx.xx.2013-cü il tarixli ödəniş tapşırığının surətinə əsasən, Təhsil Nazirliyinin sərəncamına əsasən Dövlət Proqramı çərçivəsində xaricdə təhsil alan 7 nəfərin təhsil xərcinin ödənilməsi üçün köçürülməsi məqsədilə Azərbaycan Respublikası MN-nin DXA-nin 1 saylı Xəzinədarlıq İdarəsi tərəfindən Cavabdeh Məhman oğlunun "Azərbaycan Beynəlxalq Bankı” ASC-də olan ******************** olan hesab nömrəsinə 15480,00 manat ödəniş etmişdir;- xx.xx.2023-cü il tarixli ödəniş köçürmə haqqında ərizənin surətindən görünür ki, Cavabdeh Məhman oğluna 6700.00 EUR ödəniş edilmişdir;- İ.B.X6 çərçivəsində təhsil alanların siyahısından xaric edilməsi haqqında Təhsil Nazirlinin xx.xx.2016-cı il tarixli, 68 saylı əmrinin surətinə əsasən, Niderland Krallığının "X5” ali təhsil müəssisəsində "İqtisadiyyat” ixtisas istiqaməti üzrə bakalavriat səviyyəsində təhsil almaq hüququ qazanmış Cavabdeh Təhsil Nazirliyi ilə imzaladığı müqavilənin 2.3.5-ci və 5.1 -ci bəndlərinə əsasən üzərinə götürdüyü öhdəlikləri pozduğu nəzərə alınaraq, onun adı Dövlət Proqramı çərçivəsində xaricdə təhsil alanların siyahısından çıxarılması, beynəlxalq əməkdaşlıq şöbəsi (M.Məmmədov), Maliyyə şöbəsi (ROrucov) və Hüquq şöbəsi Cavabdeh ilə Təhsil Nazirliyi arasında bağlanmış müqavilənin 5.2-ci maddəsinə uyğun olaraq onun təhsilinin maliyyələşdirilməsi üçün istifadə edilən vəsaitin geri qaytarılması məqsədilə müvafiq tədbirlər görülməsi və əmrin icrasına nəzarət nazir müavininə (C.Bayramov) həvalə edilməsi əmr edilmişdir. Həmin əmrin verilməsinə əsas kimi Beynəlxalq əməkdaşlıq şöbəsinin müdiri M.Məmmədovun xx.xx.2016-cı il tarixli 402 (t) nömrəli təqdimatı, İB.Əhmədlinin xx.xx.2014-cü il tarixli ərizəsi;- xx.xx.2019-cu il tarixli X8 Unversitetinin Ali peşə təhsili üzrə şəhadətnaməsinin təsdiq edilmiş surətinə əsasən,Cavabdeh AkTs (Avropa Kredit Transfer Sistemi) sistemə əsasən dərs yükü 240 bal olan Beynəlxalq Biznes və Xarici Dillər əyani bakalavr dərəcə proqramı üzrə yekun imtahandan müvəffəqiyyətlə keçərək Biznes İdarəçiliyi (BBA) üzrə bakalavr dərəcəsi ilə təltif edilmişdir; - İddiaçı tərəfindən cavabdehə ünvanlanmış xx.xx.2022-ci il tarixli məktubun (pretenziyanın) surətinə əsasən, iddiaçı tərəfindən cavabdehdən 15 gün müddətində təhsil üçün ödənilmiş 22579,32 manat vəsaitin X1 hesabına ödənilməsi tələb olunmuşdur;- Cavabdeh Bəhmən oğlunun nümayəndəsi və vəkili Vəkil iddia müddətinin tətbiq edilməsi barədə ərizə ilə müraciət etmiş və qeyd etmişdir ki, 2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsil üzrə Dövlət Proqramına uyğun olaraq Təhsil Nazirliyi ilə hüquqlarını təmsil etdiyi şəxs Cavabdeh ilə xx.xx.2013-cü ildə müqavilə bağlanmış və Təhsil Nazirinin xx.xx.2013-cü il tarixli əmri ilə Dövlət Proqramına daxil edilmişdir. Müqavilə şərtlərinə görə hüquqlarını təmsil etdiyi şəxs Cavabdeh Niderland X2 Rotterdam beynəlxalq iqtisadiyyat və biznes iqtisadiyyatı ixtiası üzrə (baklavr səviyyəsində) ona 2013-2016-cı il tədris ili üçün hesabına 22579,32 manat pul köçürmüşdür. İddiaçıya artıq 2014-cü ildən məlum olmuşdur ki, hüquqlarını təmsil etdiyi şəxs təhsili başa vura bilməmiş, müqavilə öhdəliyini yerinə yetirə bilməmiş və elə həmin ildə o həmin vəsaiti geri tələb etməli idi. Halbuki 10 ilə yaxındır ki, iddiaçı həmin vəsaiti ondan istəməmiş, hal-hazırda məhkəmə yolu ilə həmin vəsaiti tələb edir. Hesab edir ki, iddiaçı hazırki iddia tələbi ilə məhkəməyə müraciət etdiyi iddia tələbinin 3 illik iddia müddəti artıq ötmüşdür. İddia müddətinin ötməsi iddia tələbinin rədd olunmasü üçün əsasdır. İş üzrə iddia müddəti tətbiq olunaraq iddianın rədd edilməsini xahiş etmişdir Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri: 3.İddiaçı apellyasiya şikayəti verərək, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(003)-768/2024 saylı qətnaməsinin ləğv edilməsi və iddia tələbinin təmin edilməsi barədə qətnamənin qəbul edilməsini məhkəmə kollegiyasından xahiş etmişdir. Şikayətdə Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 03 iyun 2008-ci il tarixli 128 nömrəli Qərarına; Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 2008-ci il 27 noyabr tarixli, 261 nömrəli qərarı ilə “2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı”na əsasən Azərbaycan gənclərinin xarici ölkələrin ali məktəblərində təhsil haqlarının ödənilməsi Qaydalarına; ;Azərbaycan Respublikası Mülki Məcəlləsinin 377.1, 389.1, 390.2, 399.3, 399.4; Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76,88, 385.1,385.1.2-ci maddələrinə istinadən qeyd edilmişdir ki, “2007-2015ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı”na uyğun olaraq, Təhsil Nazirliyi ilə iş üzrə Cavabdeh Bəhmən oğlu arasında xx.xx.2013-cü ildə müqavilə bağlanmış və təhsil nazirinin xx.xx.2013- cü il tarixli, 821 saylı əmrilə Dövlət Proqramına daxil edilmişdir. Müqavilə şərtlərinə görə cavabdeh Niderland X2 Rotterdam ali təhsil müəssisəsində “Beynəlxalq iqtisadiyyat və biznes iqtisadiyyatı” ixtisasi (bakalavr səviyyəsi) üzrə 2013-2016-cı tədris illəri üzrə təhsilin təşkili ilə bağlı onun hesabına 22579,32 AZN vəsait ödəmişdir. Lakin, cavabdeh müqavilə şərtlərini pozaraq, akademik müvəffəqiyyətsizlik səbəbindən təhsilini başa vura bilməmiş və Nazirliyin xx.xx.2016-cı il tarixli, 68 saylı əmri ilə Dövlət Proqramından xaric edilmişdir. İddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır. Müqavilədə tərəf olan Təhsil Nazirliyi müqavilə şərtlərinə uyğun olaraq, cavabdeh tərəfindən pulun qaytarılacağına ümüd etməsinə baxmayaraq, lakin heç bir vəsait qaytarılmamışdır. Nazirlik hesab etmişdir ki, cavabdeh müqaviləyə uyğun olaraq, onun təhsilinin təşkili ilə bağlı ödənilmiş vəsait geri qaytaracaqdır. Lakin vəsait qaytarılmadığından ona rəsmi şəkildə müraciət edilərək pulun qaytarılması tələb edilmişdir. Cavabdehə sonuncu müraciətdən sonra Nazirlik hesab etmişdir ki, qarşı tərəf iddiaçının müqavilə üzrə ödənilmiş xərclərin geri qaytarılması barədə tələb hüququnu pozur və cavabdehin ödənilmiş vəsaiti geri qaytarmaq məqsədi yoxdur. Nazirlik ondan sonra mübahisənin məhkəmə qaydasında həll edilməsini məqsədəuyğun hesab etmişdir. Məhkəmə müddətin tətbiqi ilə bağlı ərizəyə qiymət verərkən iddiaçıya qarşı öz qərəzini büruzə vermis, ərizəni cavabdehin xeyrinə şərh etmişdir. Belə ki, məhkəmə iddiaçının cavabdehə ünvanladığı sonuncu müraciətinə hüquqi qiymət vermədən, müddətin hesablanmasını cavabdehin Dövlət Proqramından xaric edilməsi barədə əmrin verildiyi tarixdən hesablamışdır Apellyasiya icraatında müəyyən edilən hallar və məhkəmə prosesi iştirakçılarının izahatları: 4.Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi Nümayəndə apellyasiya şikayətinə uyğun izahat verərək , birinci instansiya məhkəməsinin maddi hüquq normalarını düzgün tətbiq etmədiyini, belə ki, qarşı tərəfin müddətin tətbiqi ilə bağlı ərizə verdiyini və birinci instansiya məhkəməsinin də bunu əsas götürərək iddianı rədd etdiyini, lakin Mülki Məcəllənin 377.1-ci maddəsinə əsasən iddia müddətinin tərəfin öz hüququnun pozulduğunu bildiyi andan hesablanmağa başladığını, hazırkı iş üzrə Təhsil Nazirliyinin 2022-ci ildə cavbdehə çəkilmiş xərclərin geri qaytarılması ilə bağlı xəbərdarlıq məktubu göndərdiyini, lakin cavabdeh tərəfin pulun qaytarılması ilə bağlı hər hansı hərəkət etmədiyini, bundan sonra Təhsil Nazirliyinin məhkəmə müraciət etdiyini, 2013-cü ildə cavabdehlə müqavilə bağlandığını, həmin müqavilənin şərtlərinə görə cavabdehin qəbul olduğu təhsil müəsisəsini təhsil müddətində bitirməli olduğunu, lakin cavabdeh akademik müfəqiyyətsizlik göstərdiyi üçün təhsil müəssisəsini dəyişdiyini və o əsasla da 2016-cı ildə proqramdan xaric olunduğunu, iş materiallarında proqramdan çıxarılma ilə bağlı əmrin mövcud olduğunu, müqavilə şərtlərinə görə də üzürsüz səbəblə təhsil proqramından xaric olunduğundan 2 ay müdətini qarşı tərəfin təhsil haqqını geri qaytarmaq öhdəliyinin olduğunu, bu qədər uzun müddət gözləmələrinə səbəb kimi cavabdehin təhsil haqqını geri qaytaracağını ümid etdiklərini, həmçinin cavabdehin ölkəyə nə vaxt qayıtması ilə bağlı məlumatın da onlarda olmadığını, 2019-cu ildə başqa bir xarici universiteti bitirdiyini, tərəflər arasında bağlanmış müqavilənin şərtinə görə qarşı tərəfin Təhsil Nazirliyini istər yaşayış yeri, istər semestr imtahanları ilə bağlı mütəmadi olaraq məlumatlandırmaq öhdəliyinin olduğunu, lakin qarşı tərəfin bu qaydaya əməl etmədiyini, bu səbəbdən də onun ölkədə olması ilə bağlı hər hansı məlumatın Nazirlikdə mövcud olmadığını bildirmiş,apellyasiya şikayətinin təmin edilməsini məhkəmə kollegiyasından xahiş etmişdir. 5.Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi Vəkil apellyasiya şikayətini əsassız hesab etdiyini, 2014-ci ildə cavabdehin Təhsil Nazirliyinə həmin universitetdə oxuya bilməməsi, başqa universitetdə oxumaq istəməsi və təhsil haqqını həmin universitetə keçirilməsini istəməsi ilə bağlı ərizə verdiyini, lakin onların imtina etdiklərini, həmin ərizə əsasında da həmin əmrin verildiyini, yəni artıq 2014-ci ildən iddiaçıya bu hallar məlum olduğunu, lakin həmin vaxtdan məhkəmədə iddia qaldırıldığı müddətə kimi cavabdehdən heç bir pul istəmədiklərini, 2013-cü ildə 10500 euronun bank vasitəsi ilə həmin Universitetə göndərildiyini, Təhsil Nazirliyinin Təhsil proqramından çıxarılması ilə bağlı əmr verdiyini, lakin tərəflər arasında bağlanan müqavilədə Təhsil Nazirliyinin belə bir səlahiyyətinin qeyd edilmədiyini, belə ki, həmin səlahiyyətin komissiyaya mənsub olduğunu, həmçinin cavabdehin imtahanları verə bilməməsinin də üzürlü səbəb hesab olunmalı olduğunu, bunlardan başqa qarşı tərəfin iddia müddətini də ötürdüyünü, bu səbəbdən də birinci instansiya məhkəməsində iddia müddətinin tətbiqi barədə ərizə verdiklərini və məhkəmənin həmin ərizəni nəzərə alaraq iddianı təmin etmədiyini bildirmiş, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən qüvvədə saxlanılmasını məhkəmə kollegiyasından xahiş etmişdir.
6. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh nümayəndəsinin dedikləri ilə razı olduğunu, apellyasiya şikayəti əsassız olduğundan təmin edilməməsini məhkəmə kollegiyasından xahiış etmişdir. Apellyasiya baxışının hədləri: 7.Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2011-ci il tarixli Qərarına və Mülki Prosessual Məcəllənin 372-ci maddəsinə əsasən: maddi və prosessual hüquq normalarına riayət etməsi baxımından birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığı onun barəsində açıq (və dolayısı ilə) mübahisə edilən hissədə yoxlanılmalıdır. Tətbiq edilən hüquq və apellyasiya instansiyası məhkəməsinin mövqeyi: 8.Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin aşağıda qeyd edilən maddələri nəzərdən keçirilməlidir: 9.3. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməlidir. O, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Məhkəmə, qərarını özünün qulluq mövqeyinə görə irəli sürdüyü hüquqi dəlillərlə əsaslandıra bilməz. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 78.1. Sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər təqdim edilir. Məhkəmə baxışı zamanı sübutların təqdim edilməsinə o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya işdə iştirak edən şəxslər işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər sübutların təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 217.5. Bu Məcəllənin 10-1.3-cü maddəsində nəzərdə tutulmuş məhkəmə icraatında işə baxan məhkəmə öz qətnaməsini yalnız elektron məhkəmə icraatı materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 372.2. Yeni sübutlar və yeni tələblər apellyasiya instansiyası məhkəməsi tərəfindən o halda qəbul edilir ki, işdə iştirak edən şəxslər həmin sübutların və tələblərin birinci instansiya məhkəməsində təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. 9.Azərbaycan Respublikası Mülki Məcəlləsinin tələblərinə əsasən: 372.1. Başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. 372.2. hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır. 373.1. Ümumi iddia müddəti on il təşkil edir. 373.2. Müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir. 373.3. Vaxtaşırı icra edilməli öhdəliklərdən irəli gələn tələblər üzrə iddia müddəti üç ildir. 373.4. Tələblərin ayrı-ayrı növləri üçün bu Məcəllə ilə ümumi müddətə nisbətən qısaldılmış və ya uzadılmış xüsusi iddia müddətləri təyin edilə bilər. 373.5. Bu Məcəllənin bu fəslində müəyyənləşdirilmiş qaydalar, əgər qanunla ayrı hal müəyyənləşdirilməyibsə, xüsusi iddia müddətlərinə də şamil edilir.374.1. Əgər müqavilədə başqa hal nəzərdə tutulmayıbsa, iddia müddətləri və onların hesablanması qaydası bu Məcəllə ilə müəyyənləşdirilir. 374.2. İddia müddətləri axımının dayandırılması və kəsilməsi əsasları bu Məcəllə ilə müəyyənləşdirilir.375.1. hüququn müdafiəsi haqqında tələb iddia müddətinin keçməsindən asılı olmayaraq məhkəmə tərəfindən baxılmağa qəbul edilir.375.2. Məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. 10.İnsan Hüquqları üzrə Avropa Məhkəməsi Stanyo Belçikaya qarşı iş üzrə 2009-cu il 7 iyul tarixli Qərarında göstərmişdir ki, qanunvericilikdə müəyyən olunan iddia müddətinin məqsədi hüquqi müəyyənlikdir. Belə ki, potensial cavabdehləri vaxtı ötmüş tələblərdən qoruyur və məhkəmələri müəyyən zaman keçdikdən sonra qeyri-müəyyən və natamam sübutlara əsaslanmaqla qərar çıxarmaq zərurətindən azad edir. 11.Konstitusiya Məhkəməsi Plenumunun formalaşdırdığı hüquqi mövqeyə əsasən, iddia müddəti institutu mülki dövriyyənin, hüquq münasibətlərinin müəyyənliyini və sabitliyini yaratmaq, onların iştirakçılarını intizamlandırmaq, hüquq münasibətlərinin subyektlərinin hüquq və qanuni maraqlarının müddət baxımından vaxtında müdafiəsini və bərpasını təmin etmək məqsədi daşıyır. Belə ki, pozulmuş hüquqların məcburi müdafiəsi üçün ağlabatan müddət məhdudiyyətlərinin olmaması işin baxılması üçün əhəmiyyət kəsb edən sübutların toplanmasının və saxlanmasının lazım olduğunu nəzərə almayan cavabdehlərin və üçüncü şəxslərin qanunla qorunan hüquq və maraqlarının pozulmasına gətirib çıxarardı. Mübahisə tərəfinin ərizəsi əsasında məhkəmə tərəfindən iddia müddətinin tətbiqi mülki mübahisə tərəflərini əsaslandırılmamış çəkişmələrdən qoruyur və eyni zamanda, onları öz hüquqlarını vaxtında həyata keçirmələrinə və müdafiəsinə məcbur edir (“Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373-cü maddəsinin şərh edilməsinə dair” 2001-ci il 27 dekabr tarixli və “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 384.0.4-cü maddələrinin şərh edilməsinə dair” 2013-cü il 3 iyun tarixli Qərarlar). 12.Birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını qeyd edilən hüquqi istinadlara və faktiki hallara müvafiq mübahisələndirilən hissədə yoxlayan məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti əsassız olduğundan təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. İllər boyu öz fəaliyyətsizliyinə hüquqi əsas yaratmağa çalışan, hüquqlarının pozulduğunun bilməli və bildiyi zamanı sübut etmək vəzifəsini 2022-ci ildə göndərilən məktubla pərdələməyə çalışan iddiaçı, bu məktubu 2016 ildə öz qərarından sonrakı dövrdə hansı səbəblərdən göndərmədiyini və bu illər ərzində iddia müddətinin axımının kəsilməsinə, dayanmasına və ya üzrlü hesab edilməsinə dair heç bir sübut təqdim etməmişdir. İddiaçının diqqətinə çatdırılmalıdır ki, dövlət hakimiyyəti orqanının fəaliyyətini şübhə altına alan və məhkəməni iddiaçıya qarşı öz qərəzinin büruzə verməsində (səlahiyyətləri aşıb) istinadsız ittiham edərək əsassız şikayət verən (təhsilin beşiyi olmalı olan) icra hakimiyyəti orqanı (onun vəzifəli şəxsi) tərtib edilən apellyasiya şikayətinin təəssüf doğuran məzmununa (ibarəyə) görə hüquqi (inzibati) məsuliyyəti müəyyən edən cavabdehliyi nəzərdən qaçırmayaraq peşəkarlıq səviyyəsinin artırılması (hüquqi və təhsil islahatları) müstəvisində müvafiq tədbirlər həyata keçirə bilər. 13.Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 384, 392, 393 və 402-406-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qət etdi: İddiaçı Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-768/2024 saylı işi üzrə xx.xx.2024-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən iki ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.