Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-2931/2021 05.04.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Sadıqov Vahid Nəriman oğlu (sədrlik edən və məruzəçi), Əsgərov Qürbət Ağa oğlu və Babayev Fuad Fikrət oğlundan ibarət tərkibdə, Allahverdiyev Fuad Zahir oğlunun katibliyi ilə, İddiaçının nümayəndəsi X2, Cavabdehlər Cavabdeh1 və Cavabdeh5 iştirakı ilə, İddiaçı "İddiaçı" ASC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6 və X1 qarşı “kredit müqaviləsi üzrə borcun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi tələbinə dair” mülki iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli 2(004)-2636/2019 saylı qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş apelyasiya şikayətinə əsasən mülki işə Bakı Apelyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı "İddiaçı" ASC cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6 və X1 qarşı iddia ərizəsi, daha sonra iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizələr ilə məhkəməyə müraciət edərək, nəticədə cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 xx.xx.2014-ci il tarixli, YSNPT-0010 saylı kredit müqaviləsi üzrə 21083,34 manat əsas, 11016,51 manat faiz borcu olmaqla, cəmi 32099,85 manat borcun, ipoteka predmetinə tutma yönəldilməsinə dair bildirişlərin qeydə alınması üçün ödənilmiş 30 manat rüsumun və ödənilmiş 30 manat dövlət rüsumunun tutulması, tələbin mülkiyyət hüququ ilə X3 məxsus olan ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 58 kv.m, yaşayış sahəsi 45.9 kv.m, yardımçı sahəsi 12.1 kv.m olan 3 otaqlı, 6 saylı mənzilə yönəldilməsi, ilkin satış qiyməti müəyyənləşdirilməklə hərracda satılması və satışından əldə olunmuş pul vəsaiti hesabına borcun ödənilməsi, ipoteka predmetinə tutma yönəldikdən və əmlak satıldıqdan sonra ən geci 1 ay ərzində cavabdehlərin mənzildən çıxarılması və mənzilin boşaldılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi belə əsaslandırılmışdır ki, İddiaçı ASC ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2014-ci il tarixli, YSNPT-0010 saylı krediti müqaviləsinə əsasən illik 22 faiz dərəcəsi olmaqla 60 ay müddətinə 50000 manat məbləğində kredit verilmiş, müqavilənin şərtlərinə görə Cavabdeh1 kredit üzrə hesablanmış dəbbə pulunu (cərimə, penya), faizləri və əsas borc məbləğini tam və vaxtında ödəməyi öhdəsinə götürsə də, kreditin ödənilməsinə dair öhdəlikləri vaxtında və lazımi qaydada icra etməmişdir. Bu barədə cavabdehə dəfələrlə yazılı və şifahi qaydada xəbərdar edilməsinə baxmayaraq Cavabdeh1 öhdəliklərinin icra edilməsindən qərəzli olaraq yayınmışdır. Kredit müqaviləsindən irəli gələn öhdəliklərin icrasının təmini üsulu kimi mülkiyyət hüququ ilə Cavabdeh1 məxsus olan ünvan 2 ünvanında verləsən ümumi sahəsi 58 kv.m., vasavıs sahəsi 45.9 kv.m., vardımcı sahəsi 12.1 kv.m olan 3 otaqlı 6 saylı mənzil bank qarşısında xx.xx.2014-ci il tarixli, YSNPT-0010 saylı ipoteka müqaviləsi ilə yüklü edilmiş, müqavilə notarial qaydada təsdiq edilmiş və dövlət qeydiyyatına alınmışdır. Həmçinin, kredit müqaviləsindən irəli gələn öhdəliklərin icrasının təmini üsulu kimi bankla Cavabdeh2 və Cavabdeh3 arasında bağlanmış xx.xx.2014-ci il tarixli zaminlik müqavilələrinə əsasən, zaminlər borcalan tərəfindən öhdəliklərin icrası üçün bank qarşısında onunla birgə məsuliyyət daşıyırlar. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli 2(004)- 2636/2019 saylı qətnaməsi ilə iddia təmin edilmiş, cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada xx.xx.2014-ci il tarixli, YSNPT-0010 saylı kredit müqaviləsi üzrə 21083,34 manat əsas, 11016,51 manat faiz borcu olmaqla, cəmi 32099,85 manat məbləğində borc və 60 manat məhkəmə xərclərinin iddiaçı ASC-nin xeyrinə tutulması, tutmanın ipoteka qoyulmuş, Cavabdeh1 məxsus ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 58 kv.m, yaşayış sahəsi 45.9 kv.m, yardımçı sahəsi 12.1 kv.m olan 3 otaqlı, 6 saylı mənzilə yönəldilərək ilkin satış qiyməti 110000 manat müəyyən edilməklə açıq hərracda satış yolu ilə realizə edilməsi, satışdan əldə edilmiş məbləğin iddia tələbi həcmində borcun ödənilməsinə yönəldilməsi, ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 58 kv.m, yaşayış sahəsi 45.9 kv.m, yardımçı sahəsi 12.1 kv.m olan 3 otaqlı, 6 saylı mənzilə tutma yönəldildikdə və o satıldıqda ən geci 1 ay ərzində cavabdehlərin mənzildən çıxarılmaları və mənzilin boşadılması, ekspertiza tədqiqatının dəyəri 100 manatın cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 tutularaq dövlət büdcəsinə keçirilməsi qət edilmişdir. Həmin qətnamədən Cavabdeh1 apelyasiya şikayəti verərək, onun ləğv edilməsi, hərtərəfli və obyektiv araşdırmaqla yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Apelyasiya şikayətində göstərilmişdir ki, maddi və prosessual hüquq pozuntularına yol verilməklə qətnamə qəbul edilmiş, məhkəmə prosesində onun iştirakı təmin edilməmişdir. Faiz borcundan narazıdır. Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxx 2020-ci il tarixli 2(103)- 2470/2020 saylı qətnaməsi ilə apelyasiya şikayəti qismən təmin edilmiş, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-2636/2019 saylı xx xxxxxx 2019-cu il tarixli qətnaməsinin qismən, cavabdehlərdən faiz borcunun tutulması hissəsində ləğv edilməsi, həmin hissədə iş üzrə yeni qətnamə qəbul edilməklə, faiz borcuna aid hissədə iddia tələbinin qismən təmin edilməsi, cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 xx.xx.2014-ci il tarixli, YSNPT-0010 saylı kredit müqaviləsi üzrə faiz borcuna görə 5795,81 manat məbləğində pulun müştərək qaydada alınaraq iddiaçı "İddiaçı" ASC-yə ödənilməsi, qətnamənin onun apelyasiya şikayətinə münasibətdə qalan (mübahisələndirilən) hissədə dəyişdirilmədən saxlanılması qət edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxxx 2020-ci il tarixli 2(102)-5153/2020 saylı Qərarı ilə kassasiya şikayəti təmin edilmiş, Bakı Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxx 2020-ci il tarixli 2(103)-2470/2020 saylı qətnaməsi kredit müqaviləsi üzrə faiz borcunun tələb edilməsi hissəsində ləğv edilmiş və həmin hissədə iş yenidən baxılması üçün həmin məhkəməyə göndərilmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi apelyasiya şikayətinin əsassız olduğunu bildirərək, təmin edilməməsini və qətnamənin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh1 apelyasiya şikayətini müdafiə edərək, təmin edilməsini xahiş etdi. Digər Cavabdeh5 da apelyasiya şikayətinin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş digər cavabdehlər və üçüncü şəxs (nümayəndələri) məhkəmə iclasına gəlməmiş və gəlməməyinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsaslanaraq işə onların (nümayəndələrin) iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Kollegiya ilk növbədə qeyd edir ki, hazırki halda işə yeni apelyasiya qaydasında baxılır və bu zaman apellyasiya instansiyası məhkəməsinin iş üzrə əvvəlki qətnaməsini ləğv etmiş kassasiya məhkəməsinin hüquqi mövqeləri nəzərə alınmalıdır. Belə ki, Mülki Prosessual Məcəllənin 420-ci maddəsinə görə kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir. Kassasiya instansiyası məhkəməsinin işi yeni apelyasiya baxışına göndərərkən mövqeyi və bundan irəli gələn göstərişləri aşağıdakılardan ibarət olmuşdur: “Məhkəmə kollegiyası apelyasiya instansiyası məhkəməsinin xx.xx.2018-ci il tarixli xəbərdarlıq məktubuna istinad edərək, tərəflər arasında müqaviləyə xitam verilməsi və xitam verildikdən sonrakı müddət üçün müqavilə faizinin hesablana və tələb oluna bilməməsi, tərəflər arasında müqavilə münasibəti artıq başa çatması, həmin müddətdən sonra krediti qaytarmayan borcludan yalnız özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla bağlı münasibətləri tənzimləyən MM-nin 449-cu maddəsinə əsasən tələb irəli sürülə bilməsi kimi nəticələri ilə razılaşmır və bu nəticələrin Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 421-422-ci maddələrinin tələblərinə zidd olduğunu hesab edir. İlk növbədə qeyd edilməlidir ki, apelyasiya məhkəməsi tərəflər arasında bağlanmış kredit müqaviləsinin 3.1.4-cü, 3.1.4.1-3.1.4.6 bəndlərinə istinad edərək kreditorun müqaviləyə vaxtından əvvəl xitam vermək hüququnun təsbit edildiyi qənaətinə gəlsə də, tərəflər arasında bağlanmış xx.xx.2014-cü il tarixli müqavilədə belə bir bənd nəzərdə tutulmamışdır. Qanunvericilikdə müqavilələrin ləğvi əsasları və qaydası dəqiq tənzimlənmişdir. Tərəflər arasında müqavilədə müqavilənin ləğvi ilə bağlı başqa qayda nəzərdə tutulmamışdır. Həmçinin müqavilənin vaxtından əvvəl ləğvi barədə tərəflərin razılaşması və ya məhkəmə qərarı mövcud deyildir. Belə olan halda, apelyasiya məhkəməsinin borcun vaxtından əvvəl ödənilməsini tələb etməsi barədə bankın xx.xx.2018-ci il tarixli xəbərdarlıq məktubu ilə tərəflər arasında bağlanmış kredit müqaviləsinin vaxtında əvvəl xitam verilməsi barədə nəticəsi mülki qanunvericliyinin tələblərinə zidd olmaqla səhv nəticədir və kassasiya şikayətinin dəlilləri yuxarıda qeyd edilən maddi hüquq normalarının tələblərinə əsasən apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğvi üçün qanuni əsasdır.” Məhkəmə kollegiyası qeyd edir ki, apelyasiya instansiyası məhkəməsinin qətnaməsi kredit müqaviləsi üzrə faiz borcunun tələb edilməsi hissəsində ləğv edilmiş və iş həmin hissədə yeni apelyasiya baxışına qaytarılmışdır, odur ki, hazırda apelyasiya baxışının predmetini qətnamənin faiz borcu məbləğinin müəyyən edilməsi hissəsində yoxlanılması təşkil edir. Məhkəmə kollegiyası izahatları dinləyib, bu konteksdə apelyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apelyasiya şikayəti qismən təmin edilməklə, birinci instansiya məhkəməsinin qətnaməsi faiz borcuna aid hissədə dəyişdirilməlidir. İş materialları ilə aşağıdakı faktiki hallar müəyyən edilir. "İddiaçı" ASC ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2014-ci il tarixli, YSNPT- 0010 saylı kredit müqaviləsinə əsasən borc alana illik 22 faizlə 60 ay müddətinə 50000 manat məbləğində kredit verilmişdir. Kredit müqaviləsi üzrə öhdəliklərin təminatı qismində "İddiaçı" ASC ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2014-ci il tarixli, YSNPT-0010 saylı ipoteka müqaviləsinə əsasən ipoteka qoyanın mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 58 kv.m, yaşayış sahəsi 45.9 kv.m, yardımçı sahəsi 12.1 kv.m olan 3 otaqlı, 6 saylı mənzil iddiaçının xeyrinə ipoteka ilə yüklü etmişdir. Həmçinin "İddiaçı" ASC ilə Cavabdeh2 arasında və Cavabdeh3 arasında ayrı-ayrılıqda bağlanmış xx.xx.2014-ci il tarixli zaminlik müqavilələrinə əsasən zaminlər borcalanın bank qarşısında öz öhdəliklərini tamamilə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürmüşdürlər. xx.xx.2019-cu il tarixli maliyyə arayışına əsasən, Cavabdeh1 xx.xx.2014-cü il tarixli kredit müqaviləsi üzrə xx.xx.2019-cu il tarixinə borcu 23101,14 manat əsas, 6868,93 manat faiz, 5716,16 manat cərimə borcu olmaqla, cəmi 35689,23 manat təşkil edir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2019-cu il tarixli, 15559 saylı məhkəmə-mühasibatlıq ekspertizası rəyinə əsasən xx.xx.2014-ci il tarixli, YSNPT-0010 saylı kredit müqaviləsi üzrə Cavabdeh1 xx.xx.2019-cu il tarixə banka olan borcu - əsas borc üzrə 23104,14 manat; faiz borcu üzrə - 6868,36 manat müəyyən edilmişdir. Bundan sonra təqdim edilmiş xx.xx.2019-cu il tarixli maliyyə arayışına əsasən isə Cavabdeh1 xx.xx.2014-ci il tarixli kredit müqaviləsi üzrə xx.xx.2019-cu il tarixinə borcu 21083,34 manat əsas, 11016,51 manat faiz borcu olmaqla, cəmi 32099,85 manat təşkil edir. Birinci instansiya məhkəməsi maliyyə arayışında göstərilən məbləğdə xx.xx.2019cu il tarixə 21083,34 manat əsas, 11016,51 manat faiz borcu olmaqla, cəmi 32099,85 manat borcun yaranması qənaətinə gələrək iddianı təmin etmişdir. Hazırda qətnamə yalnız faiz borcuna aid hissədə yoxlanılır. Kollegiya qeyd edir ki, birinci instansiya məhkəməsi faiz borcunun xx.xx.2019-cu il tarixli maliyyə arayışında göstərilən xx.xx.2019-cu il tarixinə yaranmış 11016,51 manat məbləğində tutulması barədə düzgün olmayan nəticəyə gəlmişdir. Belə ki, "İddiaçı" ASC ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2014-ci il tarixli, YSNPT-0010 saylı kredit müqaviləsinin müddəti xx.xx.2019-cu il tarixdə bitmişdir. Məhkəmə isə müqavilənin bitmə tarixini nəzərə almadan, müqavilə müddəti bitdikdən sonra xx.xx.2019-cu il tarixə qədər müqaviləyə əsasən illik 22% dərəcəsi ilə hesablanmış faiz borcunu tutmuşdur. Kollegiya qeyd edir ki, müqavilə müddəti bitdiyi tarixə (xx.xx.2019-cu il) faiz borcu müqaviləyə əsasən illik 22 faiz, müqavilə müddəti bitdikdən sonra isə illik 5 faiz dərəcəsi ilə hesablanmalıdır. Apelyasiya baxışı zamanı iddiaçının nümayəndəsi tərəfindən təqdim edilmiş hesabdan çıxarışdan, həmçinin maliyyə arayışından görünür ki, Cavabdeh1 İslam qızının müqavilənin bitmə tarixinə (xx.xx.2019-cu il) faiz borcu 9811,97 manat təşkil etmişdir. Hazırki iş üzrə borclu tərəfindən pul məbləğinin ödənilməsi gecikdirilmişdir, belə olan halda, o, müqavilə müddəti bitdiyi tarixdən sonra Mülki Məcəllənin 445.7-ci maddəsinin tələblərinə əsasən gecikdirilmiş vaxt üçün illik 5 faiz ödəməyə borcludur. Mülki Məcəllənin 445.2 və 445.2.1-ci maddələrinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Həmin Məcəllənin 445.7-ci maddəsinə əsasən borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Faizdən faiz ödənilməsi yolverilməzdir. Əsas qalıq borcunun müqavilə müddəti bitdikdən sonrakı dövr üçün gündəlik faizləri 2,9282 manat (21.083,34x5%/360), həmin faizlərin hesablanmalı olduğu müddət isə 106 gün, yəni müqavilə müddəti bitdiyi gündən (xx.xx.2019) sonuncu maliyyə arayışının verildiyi günədək (xx.xx.2019) olduğu müəyyən edilir ki, bu da 310,39 (2,9282x106) manat təşkil edir. Belə olan halda Kollegiya hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi faiz borcunun tutulması hissəsində dəyişdirilməli, müqavilə müddətinin bitdiyi xx.xx.2019cu il tarixədək ödənilməmiş faiz borcu 9811,97 manat, müqavilə müddəti bitdiyi vaxtdan sonrakı dövr üçün isə illik 5 faizlə hesablanmış faiz borcu (əldən çıxmış fayda) 310,39 manat müəyyən edilməlidir. Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, 77.1-ci maddəsinə görə isə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübuta yetirməlidir. Mülki Prosessual Məcəllənin 384.0.3-cü maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi qətnaməni dəyişdirə bilər. Beləliklə, Kollegiya hesab edir ki, apelyasiya şikayəti qismən təmin edilməklə, birinci instansiya məhkəməsinin qətnaməsi faiz borcuna aid hissədə dəyişdirilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT ETDİ: Apelyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-2636/2019 saylı iş üzrə xx xxxxxx 2019-cu il tarixli qətnaməsi cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada tutulmalı olan faiz borcuna aid hissədə dəyişdirilsin və tutulmalı olan faiz borcunun məbləği müqavilə müddətinin bitdiyi xx.xx.2019-cu il tarixədək 9811,97 manat, müqavilə müddəti bitdiyi vaxtdan sonrakı dövr üçün illik 5 faizlə hesablanmış faiz borcu (əldən çıxmış fayda) 310,39 manat müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apelyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-2931/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-2931/2021
05.04.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka borcunun ödənilməsinin əmlaka yönəldilməsinə dair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver