Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-2932/2023 31.03.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Poliklinikasına qarşı «əmrin ləğvi, işə bərpa və məcburi işburaxma dövrü üçün əmək haqqı tələbi, əmək kitabçasının bərpa olunması» tələbinə dair iddia ərizəsi üzrə (Açar sözlər: apellyasiya şikayəti geri qaytarılmışdır) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər X1 (sədrlik edən və məruzəçi), Eyvazov Rafael Əmir oğlu və Babayev Fuad Fikrət oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Poliklinikasına qarşı «əmrin ləğvi, işə bərpa və məcburi işburaxma dövrü üçün əmək haqqı tələbi, əmək kitabçasının bərpa olunması» tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-4744/2022 saylı, 18 noyabr 2022-ci il tarixli qətnaməsindən cavabdeh Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Poliklinikası tərəfindən verilmiş apellyasiya şikayətinin mümkünlüyünə baxaraq, aşağıdakıları müəyyən etdi: İş üzrə qəbul edilmiş məhkəmə aktları:
1. İddiaçı cavabdeh Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Poliklinikasına qarşı «əmrin ləğvi, işə bərpa və məcburi işburaxma dövrü üçün əmək haqqı tələbi, əmək kitabçasının bərpa olunması» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.
2. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 18 noyabr 2022-ci il tarixli, 2(006)- 4744/2022 saylı qətnaməsi ilə İddiaçı cavabdeh Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Poliklinikasına qarşı «əmrin ləğvi, işə bərpa və məcburi işburaxma dövrü üçün əmək haqqı tələbi, əmək kitabçasının bərpa olunması» tələbinə dair iddiasının təmin edilməsi, Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Poliklinikası tərəfindən İddiaçı barəsində qəbul edilmiş xx.xx.2022-ci il tarixli, 94 nömrəli əmr ləğv edilməklə sonuncu işinə - Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Poliklinikasının Laboratoriya bölməsinin həkim-mütəxəssisi (biokimyəvi üzrə) - xx.xx.2022ci il tarixdən məcburi işburaxmaya görə əmək haqqı hesablanmaqla bərpa edilməsi, cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Poliklinikası tərəfindən İddiaçı məxsus əmək kitabçası bərpa edilərək (işə götürən tərəfindən geri qaytarılması mümkün olmadıqda) İddiaçı qaytarılması qət edilmişdir.
3. Cavabdeh Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Poliklinikası tərəfindən həmin qətnamədən apellyasiya şikayəti verilmiş və qeyd olunan apellyasiya şikayəti baxılması üçün mülki işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir.
4. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 23 dekabr 2021-ci il tarixli, 2(103)-8636/2022 saylı qərardadı ilə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)- 4744/2022 saylı iş üzrə 18 noyabr 2022-ci il tarixli qətnaməsindən cavabdeh Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Poliklinikası tərəfindən verilmiş apellyasiya şikayətinə baxılması qeyri-mümkün hesab edilməsi, apellyasiya şikayəti geri qaytarılması üçün mülki iş Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə qaytarılması qərara alınmışdır.
5. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 13 yanvar 2023-cü il tarixli, 2(006)- 4744/2022 saylı qərardadı ilə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 18 noyabr 2022- ci il tarixli, 2(006)-4744/2022 saylı qətnaməsindən cavabdeh Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Poliklinikası tərəfindən verilmiş apellyasiya şikayəti və ona əlavə edilmiş sənədlərin geri qaytarılması qərara alınmışdır.
6. Sonra cavabdeh Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Poliklinikası tərəfindən Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 18 noyabr 2022-ci il tarixli, 2(006)-4744/2022 saylı qətnaməsindən apellyasiya şikayəti və «apellyasiya şikayəti verilməsi üçün buraxılmış müddətin bərpasına dair» ərizə daxil olmuş və Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 23 yanvar 2023-cü il tarixli, 2(006)-4744/2022 saylı qərardadı ilə cavabdeh Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Poliklinikası tərəfindən verilmiş Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 18 noyabr 2022-ci il tarixli, 2(006)-4744/2022 saylı qətnaməsindən apellyasiya şikayətinin geri qaytarılması qərara alınmışdır.
7. Cavabdeh tərəf Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin 18 noyabr 2022-ci il tarixli qətnaməsindən apellyasiya şikayəti verilməsi üçün müddətin bərpası barədə ərizə və apellyasiya şikayəti ilə məhkəməyə müraciət etmişdir.
8. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərardadı ilə cavabdeh Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Poliklinikasının «apellyasiya şikayətinin verilməsi üçün buraxılmış müddətin bərpasına dair» ərizəsinin təmin edilməsi, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 18 noyabr 2022-ci il tarixli, 2(006)-4744/2022 saylı qətnaməsindən cavabdeh Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Poliklinikasının apellyasiya şikayəti vermə müddətinin buraxılması üzrlü hesab edilərək bərpa edilməsi və apellyasiya şikayəti baxılması üçün mülki işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır.
9. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2023-cü il tarixli, 2(103)- 2345/2023 saylı qərardadı ilə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-4744/2022 saylı iş üzrə 18 noyabr 2022-ci il tarixli qətnaməsindən cavabdeh Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Poliklinikası tərəfindən verilmiş apellyasiya şikayətinə baxılmasının qeyrimümkün hesab edilməsi, apellyasiya şikayətinin geri qaytarılması üçün mülki işin Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə qaytarılması qərara alınmışdır.
10. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(006)-4744/2022 saylı qərardadı ilə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 18 noyabr 2022-ci il tarixli, 2(006)-4744/2022 saylı qətnaməsindən cavabdeh Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Poliklinikası tərəfindən verilmiş apellyasiya şikayəti və ona əlavə edilmiş sənədlərin geri qaytarılması qərara alınmışdır.
11. Daha sonra cavabdeh Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Poliklinikası buraxılmış prosessual müddətin bərpasına dair yenidən-ikinci dəfə ərizə vermişdir.
12. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(006)-4744/2022 saylı qərardadı ilə cavabdeh Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Poliklinikasının Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 18 noyabr 2022-ci il tarixli, 2(006)-4744/2022 saylı qətnaməsindən «apellyasiya şikayəti verilməsi üçün buraxılmış müddətin bərpasına dair» vəsatətinin təmin edilməməsi və apellyasiya şikayətinin ona geri qaytarılması qərara alınmışdır.
13. Cavabdeh Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Poliklinikası Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-4744/2022 saylı, 18 noyabr 2022-ci il tarixli qətnaməsindən apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilərək iddia tələbinin rədd edilməsini xahiş etmişdir.
14. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-4744/2022 saylı, xx.xx.2023-cü il tarixli qərardadı ilə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(006)-4744/2022 saylı qərardadından cavabdeh Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Poliklinikası tərəfindən verilmiş şikayət təmin edilməmiş, şikayət işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir.
Tətbiq edilən hüquq normaları:
15. Mülki Prosessual Məcəllənin 363.1.1-1.-ci maddəsinə əsasən apellyasiya şikayəti bu Məcəllənin 361-ci maddəsinin tələblərinə riayət edilmədən verilmişdirsə apellyasiya şikayəti qaytarılır.
16. Mülki Prosessual Məcəllənin 361.1.3 və 361.1.4-cü maddələrində qeyd edilir ki, barəsində şikayət verilən məhkəmə aktı, onun qəbul edilmə tarixi, nəticə hissəsi, həmin aktı qəbul edən məhkəmənin adı, şikayəti verən şəxsin tələbi və məhkəmə aktının hansı hissədə mübahisələndirildiyi bu Məcəllə ilə müəyyən edilmiş formada verilən apellyasiya şikayətində göstərilməlidir.
17. Mülki Prosessual Məcəllənin 366.1-ci maddəsində qeyd edilir ki, apellyasiya instansiyası məhkəməsi iş məhkəməyə daxil olduqdan sonra 15 gün müddətində apellyasiyanın mümkünlüyünü yoxlayır. Buraya işə apellyasiya qaydasında baxılmaq üçün prosessual əsasların olması daxildir.
18. Həmin Məcələnin 366.2-ci maddəsində qeyd edilir ki, əgər apellyasiyanın mümkünlüyü üçün əsaslar yoxdursa, o, qəbul olunmamış hesab edilə bilər.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
19. Məhkəmə kollegiyası hesab edir ki, işə apellyasiya qaydasında baxılması qeyrimümkündür.
20. Belə ki, hazırkı halda iş materiallarından görünür ki, cavabdeh Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Poliklinikası tərəfindən Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)- 4744/2022 saylı, 18 noyabr 2022-ci il tarixli qətnaməsindən apellyasiya şikayəti verilərək, qətnamənin ləğv edilərək iddia tələbinin rədd edilməsi xahiş edilmişdir.
21. Lakin Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-4744/2022 saylı, xx.xx.2023cü il tarixli qərardadında Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(006)-4744/2022 saylı qərardadından cavabdeh Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Poliklinikası tərəfindən verilmiş şikayətin təmin edilmədiyi, şikayətin işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilməsi qeyd edilmişdir.
22. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, apellyasiyanın mümkünlüyü üçün əsaslar yoxdur. Odur ki, verilmiş apellyasiya qeyri-mümkün hesab edilməli və şikayət mülki işlə birlikdə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə qaytarılmalıdır.
23. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 366-cı maddəsini rəhbər tutaraq məhkəmə kollegiyası Q Ə R A R A A L D İ:
Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-4744/2022 saylı, 18 noyabr 2022-ci il tarixli qətnaməsindən cavabdeh Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Poliklinikası tərəfindən verilmiş apellyasiya şikayəti üzrə apellyasiya qeyri-mümkün hesab edilsin və apellyasiya şikayəti geri qaytarılması üçün mülki işlə birlikdə həmin məhkəməyə göndərilsin. Qərardaddan işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Sədrlik edən hakim imza: Günay Axundova Hakimlər imzalar: Rafael Eyvazov Fuad Babayev