Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-2932/2025 18.06.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdehnə qarşı mülki iş üzrə (Açar sözlər: əmrin ləğv edilməsi, işə bərpa, əmək haqqının ödənilməsi) Hakimlər Azad Nizam oğlu İmanov (sədrlik edən və məruzəçi), Məmməd Allahverdi oğlu Məmmədov və Fuad Şəmsəddin oğlu Talışinskidən ibarət tərkibdə, Fuad Vahid oğlu Qəşəmzadənin katibliyi ilə, İddiaçı nümayəndəsi və vəkili Vəkil, Cavabdeh nümayəndəsi Nümayəndə iştirakları ilə, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin e-2(007)-412/2025 saylı iş üzrə xx.xx.2025-ci il tarixli qətnaməsindən Cavabdeh nümayəndəsi Nümayəndə tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İşin halları
1. Əmək müqaviləsinin bağlanması ilə bağlı əmək müqaviləsi bildirişindən görünür ki, İddiaçı xx.xx.2022-ci il tarixdə müddətli əmək müqaviləsi əsasında (əmək müqaviləsinin bitdiyi tarix: xx.xx.2023) aylıq 584.60 manat əmək haqqı olmaqla, Cavabdeh PHŞ-in tibbi sığorta bölməsinə tibbi sığorta üzrə aparıcı mütəxəssis vəzifəsinə qəbul edilmişdir.
2. Əmək müqaviləsində dəyişiklik edilməsi ilə bağlı əmək müqaviləsi bildirişindən görünür ki, İddiaçı xx.xx.2022-ci il tarixdən aylıq əmək haqqı 618.50 manat olmaqla, Cavabdeh PHŞ-də tibbi sığorta bölməsində bölmə rəhbəri vəzifəsinə müddətli əmək müqaviləsi əsasında (əmək müqaviləsinin bitdiyi tarix: xx.xx.2023) keçirilmişdir.
3. Əmək müqaviləsində dəyişiklik edilməsi ilə bağlı əmək müqaviləsi bildirişindən görünür ki, İddiaçı xx.xx.2023-cü il tarixdən aylıq əmək haqqı 676.20 manat olmuşdur.
4. xx.xx.2024-cü il tarixli əmrin surətindən görünür ki, İddiaçı xx.xx.2024-cü ildən xx.xx.2024-cü il tarixədək 32 təqvim günü əmək məzuniyyəti verilmişdir.
5. 0100755 saylı əmək kitabçasının surətindən görünür ki, İddiaçı xx.xx.2022-ci il tarixdə Cavabdeh PHŞ-in tibbi sığorta bölməsinə tibbi sığorta üzrə aparıcı mütəxəssis vəzifəsinə qəbul edilmiş, xx.xx.2022-ci il tarixdə tibbi sığorta bölməsinin müdiri vəzifəsinə keçirilmiş, xx.xx.2024-cü il tarixdə AR Əmək Məcəlləsinin 68.2 “b” bəndinə əsasən (əmək müqaviləsinin müddətinin qutarması) işdən azad edilmişdir.
6. xx.xx.2024-cü il tarixli, 18-1-12/3-1-1295/2024 saylı əmək müqaviləsinə xitam verilməsi haqqında əmrin surətindən görünür ki, Cavabdehn sığortanın təşkili və innovasiya şöbəsinin tibbi sığorta bölməsinin müdiri İddiaçı xxxxxxx000203 nömrəli əmək müqaviləsinə xx.xx.2024-cü il tarixdən xitam verilməsi, işçinin xx.xx.2022-ci il tarixdən xx.xx.2024-cü il tarixədək istifadə edilməmiş 0 məzuniyyət gününün son haqq-hesabının qanunvericiliyə uyğun şəkildə hesablanıb ödənilməsinin Maliyyə şöbəsinə həvalə edilməsi, işçinin əmək kitabçasında lazımi qeydlər aparılaraq özünə təhvil verilməsi, əmrin icrasına nəzarətin direktorun inzibati məsələlər üzrə müavini Hüseynov Rəsul.H. oğluna tapşırılması əmr edilmişdir.
7. Bakı 9 saylı Mediyasiya təşkilatı tərəfindən verilmiş MŞB/9/2024-01209 nömrəli xx.xx.2024-cü il tarixli ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə arayışdan görünür ki, İddiaçı ilkin mediasiya sessiyasında iştirak etmiş və 50 manat məbləğində mediasiya xərcini ödəmişdir. Cavabdeh tərəf mediyasiya sessiyasında iştirak etməmişdir.
8. Hüquqi yardımın göstərilməsi haqqında xx.xx.2024-cü il tarixli müqavilədən görünür ki, İddiaçı Bakı şəhəri 21 saylı Vəkil Bürosuna hüquqi xidmət göstərilməsi üçün müraciət etmiş və 320 manat məbləğində pul vəsaiti ödəmişdir.
9. Dövlət Əmək Müfəttişliyi Xidmətinin məktubunun surətindən görünür ki, Elektron İnformasiya Sisteminin "Əmək və Məşğulluq" altsisteminə baxış keçirilərkən G. Orucova ilə müəssisənin işəgötürəni arasında 1 (bir) il müddətinə bağlanmış xx.xx.2022-ci il tarixli əmək müqaviləsinə xəbərdarlıq edilmədən xx.xx.2024-cü il tarixində Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin "b" bəndinə (əmək müqaviləsinin müddətinin qurtarması) əsasən xitam verildiyi məlum olmuşdur. Eyni zamanda təqdim edilmiş sənədlərdən və iddiaçının təqdim etmiş olduğu bank çıxarışından onun 2023-2024 iş ili üzrə xx.xx.2024-xx.xx.2024 tarixlərində əmək məzuniyyətində olduğu və xx.xx.2024-cü il tarixində işə çıxdığı və əmək haqqı bank hesabına xx.xx.2024-cü il tarixində "əmək haqqı" təyinatı ilə ödəniş köçürüldüyü məlum olmuşdur. Bu səbəbdən də Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 73-cü maddəsinin 140-cı maddəsinin 5-ci hissəsinin tələbləri pozulduğundan Cavabdehn vəzifəli şəxsi barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 192.4-cü (İşçinin əmək və məzuniyyət haqlarının, ezamiyyə xərclərinin, əmək qanunvericiliyində nəzərdə tutulmuş müavinət və digər ödənişlərin hesablanmasında və ödənilməsində, riyazi hesablamalar nəticəsində yol verilən nöqsanlar istisna olmaqla, qanun pozuntularına yol verilməsi) və 192.6-cı (işçinin əmək müqaviləsinə əmək qanunvericiliyinin tələbləri pozularaq xitam verilməsinə görə) əsasən inzibati xəta haqqında protokol tərtib edilərək bu Məcəllənin 192.6-cı maddəsinə uyğun olaraq xx.xx.2024-cü il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilərək bu Məcəllənin 192.4-cü maddəsinə uyğun olaraq xx.xx.2024-cü il tarixli MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar qəbul olunmuşdur. Bildirilmişdir ki, 30 gün müddətində əmək müqaviləsinə xitam verilməsi barədə xx.xx.2024-cü il tarixli 18-1- 12/3-1-1295/2024 nömrəli xitam əmrinin ləğv edilərək törədilmiş qanun pozuntusunun aradan qaldırılmasını təmin edib nəticəsi barədə Dövlət Əmək Müfəttişliyi Xidmətinin Bakı şəhər İdarəsinə məlumat verilməsi tələb olunmuşdur. Belə ki, əgər Cəmiyyətin rəhbərliyi əmək müqaviləsinə xitam verilməsi ilə bağlı hüquqpozmanı 30 gün müddətində aradan qaldırmazsa, inzibati tənbeh vermə haqqında şərti qərar qüvvəyə minir. Eyni zamanda, şərti qərarın qüvvəyə minməsi Cəmiyyətin rəhbərliyini törətdiyi hüquqpozmanın aradan qaldırılması öhdəliyindən azad etmir. İddiaçının müraciətdə qeyd etdiyi məsələlərin həlli ilə əlaqədar məhkəməyə müraciət etmək hüququ izah edilmişdir.
İş üzrə qəbul edilmiş məhkəmə aktı
a) Birinci instansiya məhkəməsində icraat
10. İddiaçı Cavabdehnə qarşı “əmrin etibarsız hesab edilməsi, işə bərpa, məcburi işburaxmaya görə əmək haqqının ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.
11. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı ilə (bundan sonra “İddiaçı”) Cavabdeh (bundan sonra “Cavabdeh”) arasında xx.xx.2022 tarixində müddətli (1 illik) əmək müqaviləsi bağlanaraq iddiaçı “Tibbi sığorta üzrə aparıcı mütəxəssis” vəzifəsinə işə qəbul olunmuşdur. 2022-ci ilin dekabr ayında TƏBİB tərəfindən təşkil olunmuş müsabiqədən uğurla keçərək iddiaçı “Tibbi sığorta bölməsinin müdiri” vəzifəsinə təyin olunmuşdur. İddiaçı xx.xx.2024-xx.xx.2024 tarixində əmək məzuniyyətində olmuşdur. xx.xx.2024-cü il tarixində cavabdehin direktoru X5 tərəfindən müqaviləyə xitam veriləcəyinə dair əvvəlcədən heç bir xəbərdarlıq edilmədən qeyri-qanuni şəkildə əmək müqaviləsinə Əmək Məcəlləsinin 68.2.b maddəsi ilə xitam verilmişdir. Qeyd etməyi zəruri hesab edir ki, cavabdeh tərəfindən iddiaçıya heç vaxt nə əmək müqaviləsinin surəti, nə əmrin (sərəncamın) surəti, nə də hər hansı bildiriş təqdim edilməmişdir. İddiaçı özü şəxsən ƏMAS sisteminə baxış keçirən zaman əmək müqaviləsinə 18-1-12/3-1-1295/2024 saylı əmrlə xitam verildiyini aşkar etmiş, lakin nə əmr, nə də müqavilə elektron sistemə yerləşdirilməmişdir. xx.xx.2024 tarixində İddiaçı ilə onun arasında (Vəkil) № EM-1623VK- 6276/24 saylı hüquqi yardım göstərilməsi haqqında müqavilə imzalanmışdır və müqavilə üzrə 320 (üç yüz iyirmi) AZN xidmət haqqı ödənilmişdir. xx.xx.2024 tarixində iddiaçı tərəfindən cavabdehə № 240226 saylı “Mediasiya prosesinin tətbiqi barədə təklif yollanılmışdır, lakin qarşı tərəf heç bir cavab yollamamışdır. xx.xx.2024 tarixində 9 saylı mediasiya təşkilatına “İlkin mediasiya sessiyası üçün ərizə” yollanmışdır. xx.xx.2024 tarixində 9 saylı mediasiya təşkilatından xx.xx.2024 tarixli MŞB/9/2024-01209 saylı “İlkin mediasiya sessiyasından sonra prosesin davam etdirilə bilməməsi” barədə arayış alınmışdır. Mediasiya sessiyası ilə bağlı iddiaçı 50 (əlli) AZN xərc çəkmişdir. Azərbaycan Respublikasının Əmək Məcəlləsində, Azərbaycan Respublikasının Vergi Məcəlləsində, Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsində, “Təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri nəticəsində fiziki şəxslərə vurulmuş ziyanın ödənilməsi haqqında”, “Məcburi köçkünlərin və onlara bərabər tutulan şəxslərin sosial müdafiəsi haqqında”, “Gömrük orqanlarında xidmət haqqında Əsasnamə”nin təsdiq edilməsi barədə”, “Dövlət qulluğu haqqında”, “Azərbaycan Respublikasının daxili işlər orqanlarında xidmət keçmə haqqında Əsasnamənin təsdiq edilməsi barədə”, “Dövlət sosial sığorta sistemində fərdi uçot haqqında”, “İşsizlikdən sığorta haqqında” və “Məşğulluq haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikasının qanunu xx.xx.2024 tarixində qüvvəyə minmişdir. Göstərilənlərə əsasən, cavabdehin 18-1-12/3-1-1295/2024 saylı əmrinin qanunsuz hesab edilərək ləğv edilməsi və məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə iddiaçının əvvəlki vəzifəsinə bərpa edilməsi, iş üzrə mediatora ödənilmiş 50 (əlli) manat və vəkilə ödənilmiş 320 (üç yüz iyirmi) manat vəsaitin cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
12. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin e-2(007)-412/2025 saylı iş üzrə xx.xx.2025-ci il tarixli qətnaməsi ilə (hakim Rauf Əhmədov) iddianın təmin edilməsi, Cavabdehn əmək müqaviləsinə xitam verilməsi barədə xx.xx.2024-cü il tarixli, 18-1-12/3- 1-1295/2024 nömrəli əmrin ləğv edilməsi, İddiaçı əvvəlki iş yerinə - Cavabdehn Tibbi sığorta bölməsi, müdir vəzifəsinə bərpa olunması, qanunsuz olaraq işdən çıxarılması ilə əlaqədar məcburi işburaxma müddətinə görə xx.xx.2024-cü il tarixdən işə bərpa edildiyi tarixədək hesablanmaqla əmək haqqı Cavabdehndən tutularaq, İddiaçı ödənilməsi, mediasiya xərci qismində ödənilmiş 50 manat və hüquqi yardım göstərilməsi üçün vəkilə ödənilmiş 320 manat xidmət haqqının əvəzinin Cavabdehndən tutularaq İddiaçı xeyrinə ödənilməsi qət edilmişdir.
13. Məhkəmə gəldiyi nəticənin əsası kimi Azərbaycan Respublikası Əmək Məcəlləsinin 2-ci maddəsinin 1-ci hissəsinə, 9-cu maddəsinin “b” bəndinə, 11-ci maddəsinin 1-ci hissəsinin “a” və “b” bəndlərinə, 45.1, 46.6, 49, 68.2, 73, 83, 84.1, 84.2, 300.1-ci maddələrinə, Mülki Prosessual Məcəlləsinin 107, 115.0.1- 115.0.9, 119.1, 216- 220-ci maddələrinə, “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanunun 9.1.1, 9.1-1-ci maddələrinə istinad etmişdir.
Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Apellyasiya şikayətinin dəlilləri
14. Qətnamədən Cavabdeh nümayəndəsi Nümayəndə apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsi və iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
15. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, qətnamə əsassızdır. Belə ki, İddiaçı xx.xx.2022-ci il tarixdə Cavabdehndə 1 (bir) ştat vahidi üzrə “Sığorta təşkili və innovasiya” şöbəsinin, Tibbi sığorta bölməsinin, tibbi sığorta üzrə aparıcı mütəxəssis vəzifəsinə qəbul edilmiş və onunla 1 (bir) il müddətə müddətli əmək müqaviləsi bağlanmışdır. İddiaçı xx.xx.2022-ci il tarixdə “Sığortanın təşkili və innovasiya” şöbəsinin tibbi sığorta bölməsinin rəhbəri vəzifəsinə keçirilmişdir. Cavabdehn Tibbi siğorta bölməsinin Bölmə müdiri vəzifəsində çalışmış İddiaçı Əmək müqaviləsində dəyişiklik edilməsi ilə bağlı xx.xx.2022-ci il tarixli, xxxxxxx000201 nömrəli Əmək Müqaviləsi Bildirişində onunla xx.xx.2022-ci il tarixdən xx.xx.2023-cü il tarixədək müddətli əmək müqaviləsinin bağlanması şərtləşdirilmişdir. Əmək müqaviləsi tərəflərinin həmin müqaviləyə xitam verilməsi ilə bağlı təşəbbüsü olmadığı üçün sözügedən müqavilənin müddəti xx.xx.2023-cü il tarixdən xx.xx.2024-cü il tarixədək uzadılmışdır. "X11" publik hüquqi şəxs İddiaçı əmək müqaviləsinin müddətinin xx.xx.2024-cü il tarixdə bitməsi ilə əlaqədar həmin vaxt qüvvədə olan Azərbaycan Respublikası Əmək Məcəlləsinin 73-cü maddəsinə uyğun olaraq onun əmək müqaviləsinin növbəti müddətə uzadılmaması ilə bağlı müvafiq qərar qəbul etmiş və İddiaçı məzuniyyətdən qayıtdığı xx.xx.2024-cü il tarixdə onunla bağlanmış əmək müqaviləsinə xitam verilmişdir. Göründüyü kimi, qanunvericiliyə edilmiş dəyişiklik ilə müddətli əmək müqaviləsi tərəflərinin müddətin bitməsi ilə əlaqədar əmək müqaviləsinə xitam verilməsi barədə xəbərdarlıq etmə normasını dəyişmişdir. Əmək müqaviləsinə xitam vermək, o cümlədən müqavilə ilə nəzərdə tutulan müddətin bitməsinə görə əmək müqavisinə xitam vermək işəgötürənin hüququdur. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 317-ci maddəsinin 2-ci hissəsinə görə bu Məcəllənin tətbiqi zamanı əmək müqaviləsinin tərəflərinin hüquqlarının və mənafelərinin müdafiə olunmasını təmin edən, onların məsuliyyətə cəlb olunmasını istisna edən və ya yüngülləşdirən müddəaların qüvvəsinin geriyə şamil edilməsinə yol verilir. Əmək müqaviləsinin tərəfi olan işəgötürənin hüquqlarını məhdudlaşdıran dəyişikliklərin zamana görə geriyə qüvvəsinə yol verilmir. Azərbaycan Respublikası Konstitusiyasının Vİİİ hissəsində Normativ hüquqi aktların dərc edilməsi təsbit olunmuşdur. Normativ hüquqi aktların dərc edilməsi qaydası Konstitusiya qanunu ilə müəyyən edilir. Normativ hüquqi aktlar haqqında” Azərbaycan Respublikası Qanunun 85.1-ci maddəsinə əsasən qanunlar, fərmanlar və Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarları həmin aktlarda qüvvəyə minmənin daha gec müddəti nəzərdə tutulmadıqda onların rəsmi dərc edildiyi gündən qüvvəyə minir. Heç kəs dərc edilməyən normativ hüquqi aktın icrasına (ona riayət olunmasına) məcbur edilə bilməz və belə aktın icra olunmamasına (ona riayət olunmamasına) görə məsuliyyətə cəlb edilə bilməz. xx.xx.2023-cü il tarixdə dərc olunan dəyişikliyə əsasən “Müddətli əmək müqaviləsinin müddətinin bitməsinə azı bir həftə qalmış tərəflərdən heç biri digər tərəfi müddətin bitməsinə görə müqaviləyə xitam verilməsi barədə yazılı formada (kağız daşıyıcıda və ya elektron informasiya sistemi vasitəsilə) xəbərdar etməzsə, həmin əmək müqaviləsi əmək müqaviləsində göstərilən müddətə uzadılır”. Bu səbəbdən işəgötürən ən gec xx.xx.2024-cü il tarixdə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 73-cü maddəsinə edilmiş yeni dəyişikliyə görə müqaviləyə xitam verilməsi barədə yazılı formada (kağız daşıyıcıda və ya elektron informasiya sistemi vasitəsilə) işçini xəbərdar etməli idi. Lakin yeni dəyişikliklə qüvvəyə minən norma işəgötürənin və işçinin hüquqlarını məhdudlaşdırdığı üçün normanın tətbiqi müddətli əmək müqaviləsinin tərəfləri üçün mümkün olmamışdır. Ona görə də, müddətli əmək müqaviləsinin bağlandığı vaxtda qüvvədə olan norma tətbiq edilmişdir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 11-ci maddəsində müəyyən edilmiş qaydada və əsaslarla əmək müqavilələrini ləğv etmək işəgötürənin əsas hüquqlarından biridir. İşəgötürən tərəfindən İddiaçı ilə müddətli əmək müqaviləsində razılaşdırılmaya uyğun şəkildə xitam verilmişdir. “Azərbaycan Respublikasının Əmək Məcəlləsində, Azərbaycan Respublikasının Vergi Məcəlləsində, Azərbaycan Respublikasının Cəzaların İcrasıMəcəlləsində, “Təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri nəticəsində fiziki şəxslərə vurulmuş ziyanın ödənilməsi haqqında”, “Məcburi köçkünlərin və onlara bərabər tutulan şəxslərin sosial müdafiəsi haqqında”, “Gömrük orqanlarında xidmət haqqında Əsasnamə”nin təsdiq edilməsi barədə”, “Dövlət qulluğu haqqında”, “Azərbaycan Respublikasının daxili işlər orqanlarında xidmət keçmə haqqında Əsasnamənin təsdiq edilməsi barədə”, “Dövlət sosial sığorta sistemində fərdi uçot haqqında”, “İşsizlikdən sığorta haqqında” və “Məşğulluq haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə” 1195- VİQD nömrəli, 28 iyun 2024-cü il tarixli Azərbaycan Respublikası Qanununun 1.16-cı maddəsi ilə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 73-cü maddəsinə edilmiş dəyişiklik Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTACın) rəsmi internet saytında xx.xx.2024-cü il tarixdə dərc olunduğu gündən qüvvəyə minmişdir. Həmin dəyişikliyə əsasən müddətli əmək müqaviləsinə müddəti bitdikdə xitam verilir. Müddətli əmək müqaviləsinin müddətinin bitməsinə azı bir həftə qalmış tərəflərdən heç biri digər tərəfi müddətin bitməsinə görə müqaviləyə xitam verilməsi barədə yazılı formada (kağız daşıyıcıda və ya elektron informasiya sistemi vasitəsilə) xəbərdar etməzsə, həmin əmək müqaviləsi əmək müqaviləsində göstərilən müddətə uzadılır və ya Əmək Məcəllənin 45-ci maddəsinin 5-ci hissəsi ilə müəyyən edilmiş hallarda müddətsiz hesab olunur. İşçinin müəyyən üzürlü səbəbdən (xəstələnməsi, ezamiyyətdə, məzuniyyətdə olması, habelə bu Məcəllənin 179cu maddəsində nəzərdə tutulan iş yeri və orta əmək haqqı saxlandığı hallarda) iş yerində olmadığı dövrdə müddətli əmək müqaviləsinin müddəti qurtardığı hallarda həmin müqaviləyə bu maddənin 1-ci hissəsində nəzərdə tutulmuş qaydada xəbərdar edilmişdirsə, işçi işə çıxdığı gün müqaviləyə işəgötürən tərəfindən xitam verilə bilər. İddiaçı xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək növbəti əmək məzuniyyətində olduğundan onun əmək müqaviləsinin müddətinin bitdiyi xx.xx.2024-cü il tarixdə məzuniyyətdə olması və müqaviləsinin bitməsinə 4(dörd) gün qalması səbəbindən yeni dəyişikliklə qüvvəyə minən normanın tətbiqi mümkünsüz olmuşdur.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
16. İddiaçı nümayəndəsi və vəkili Vəkil apellyasiya şikayətinə qarşı etiraz edərək etirazı onunla əsaslandırmışdır ki, İddiaçı (bundan sonra İddiaçı) xx.xx.2022-ci il tarixində Cavabdeh tərəfindən 1 (bir) il müddətinə müddətli əmək müqaviləsi ilə "Sığorta təşkili və innovasiya" şöbəsinin Tibbi sığorta bölməsinin aparıcı mütəxəssisi vəzifəsinə qəbul edilmişdir. xx.xx.2022-ci il tarixində İddiaçı həmin bölmənin rəhbəri vəzifəsinə keçirilmiş və xxxxxxx000201 nömrəli Əmək Müqaviləsi Bildirişində müqavilənin xx.xx.2023-cü il tarixinədək müddətli olması şərtləşdirilmişdir. Əmək müqaviləsinin müddətli bağlanılma səbəbi olaraq "47/ğ qanunvericilikdə nəzərdə tutulmuş digər hallarda (Az. Res. Əmək Məcəlləsi)" bəndi əsas kimi göstərilmişdir.Cavabdeh tərəfindən Azərbaycan Respublikasının Əmək Məcəlləsinin tələblərinə zidd olsa da 2022-ci ildə kağız daşıyıcıda bağlanılmış olan qeyd edilmiş əmək müqaviləsinin bir nüsxəsi əmək fəaliyyətinə başladığı gündən qanunvericiliyin tələblərinə zidd olaraq işdən azad edildiyi günədək İddiaçı təqdim edilməmişdir, həmçinin Dövlət Əmək Müfəttişliyi Xidmətinə və Nizami Rayon Məhkəməsinə tələb olunmasına baxmayaraq təqdim olunmamışdır.İddiaçının əmək müqaviləsinə xx.xx.2024-cü il tarixində müddətinin bitməsi əsası ilə, məzuniyyətdən qayıtdığı xx.xx.2024-cü il tarixində (18-1-12/3-1-1295/2024 nömrəli əmr ilə) xitam verilmişdir. Cavabdehin bu əməli Azərbaycan Respublikasının Əmək Məcəlləsinin tələblərinə zidd olaraq həyata keçirilmişdir. Apellyasiya şikayətində cavabdeh iddia edir ki, iddiaçı ilə müddətli əmək müqaviləsi qanunvericiliyə uyğun bağlanılmışdır. Lakin, Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 45.4-cü maddəsinə əsasən, əmək funksiyasının və ya xidmətlərin daimi xarakter daşıdığı hallarda müddətli əmək müqaviləsi bağlanılması qadağandır. İddiaçının vəzifəsi (Tibbi sığorta bölməsinin rəhbəri) daimi xarakter daşıyır və müddətli müqavilə bağlanması üçün qanunvericilikdə nəzərdə tutulmuş əsaslar (məsələn, mövsümi işlər, müvəqqəti vəzifə əvəzlənməsi və s.) mövcud deyildir. Bundan əlavə, Cavabdeh tərəfindən Əmək Məcəlləsinin 7.3-cü maddəsi pozulmuşdur. Bu maddəyə əsasən, əmək müqavilələrinə işçilərin hüquqlarını qanunvericiliyə nisbətən məhdudlaşdıran şərtlərin daxil edilməsi qadağandır. Müddətli müqavilənin əsassız bağlanması İddiaçının müddətsiz müqavilə ilə işləmək hüququnu məhdudlaşdırır və bu, qanunvericiliyin pozulmasıdır. Həmçinin onu da qeyd edir ki, Əmək Məcəlləsinin 7-ci maddəsinin 3-cü bəndində də göstərildiyi kimi əmək müqavilələrinə işçilərin hüquqlarını qüvvədə olan qanunvericiliyə, kollektiv müqaviləyə və sazişə nisbətən məhdudlaşdıran şərtlərin daxil edilməsi nəticəsində işçilərə dəyən maddi və digər ziyan işəgötürən tərəfindən tam ödənilməlidir. Cavabdeh tərəfindən Əmək Məcəlləsinin 49.1-ci maddəsinin tələbləri pozulmuşdur. Bu maddəyə əsasən, əmək müqaviləsinin bir nüsxəsi işçiyə təqdim edilməlidir. İddiaçıya müqavilənin nüsxəsi verilməmiş, həmçinin Dövlət Əmək Müfəttişliyi Xidməti və məhkəmə tərəfindən tələb olunmasına baxmayaraq təqdim edilməmişdir. Cavabdehin əmək müqaviləsini təqdim etməməsi müqavilədə qanunazidd şərtlərin ola biləcəyi ehtimalını gücləndirir və şəffaflıq prinsipini pozur. Əmək müqaviləsinin müddətli olması ilə bağlı işçi və işəgötürən arasında hər-hansı bir yazılı razılaşdırılma olmadığı halda, apellyasiya şikayətində belə razılaşdırılmaya uyğun şəkildə İşəgötürənin müddətli əmək müqaviləsinə xitam verdiyi göstərilmişdir. Belə bir razılaşdırılma bir daha qeyd etmək istərdik ki, mövcud deyildir. Cavabdeh apellyasiya şikayətində iddia edir ki, İddiaçının əmək müqaviləsinə xitam Əmək Məcəlləsinin 73-cü maddəsinə uyğun olaraq verilmişdir. Lakin, bu arqument hüquqi əsaslardan məhrumdur: Əmək Məcəlləsinin 73-cü maddəsinə 28 iyun 2024-cü il tarixli 1195-VİQD nömrəli Qanunla edilmiş dəyişiklik "Normativ hüquqi aktlar haqqında" Azərbaycan Respublikası Qanununun 85.1-ci maddəsinə əsasən, rəsmi dərc edildiyi tarixdən, yəni xx.xx.2024-cü il tarixindən qüvvəyə minib. Bu dəyişikliyə əsasən, müddətli əmək müqaviləsinin müddətinin bitməsinə azı bir həftə qalmış tərəflərdən biri digər tərəfi yazılı formada xəbərdar etməzsə, müqavilə uzadılır. İddiaçının müqaviləsinin müddəti xx.xx.2024-cü il tarixində bitmiş, lakin Cavabdeh xx.xx.2024-cü ildən etibarən qüvvədə olan qanunun tələblərinə uyğun olaraq İddiaçını xəbərdar etməmişdir. Cavabdeh iddia edir ki, İddiaçı xx.xx.2024-cü ildən xx.xx.2024-cü ilədək məzuniyyətdə olduğundan xəbərdarlıq edilməsi mümkün olmayıb. Bu arqument əsassızdır və cavabdehi hüquqpozmanın məsuliyyətindən azad etmir, çünki Əmək Məcəlləsinin 73-cü maddəsinin 1-ci hissəsi xəbərdarlığın kağız daşıyıcıda və ya elektron informasiya sistemi vasitəsilə edilə biləcəyini nəzərdə tutur. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş Elektron İnformasiya Portalında bu xəbərdarlığı göndərmək imkanı mövcud idi. Cavabdeh bu imkandan istifadə etməyərək qanunvericiliyi pozmuşdur. İddiaçının müqaviləsinin müddəti xx.xx.2024-cü il tarixində bitmiş, lakin xitam əmri xx.xx.2024-cü il tarixində verilmişdir. Əmək Məcəlləsinin 73-cü maddəsinə əsasən, xəbərdarlıq müddətinin bitməsinə azı bir həftə qalmış edilməli idi. Cavabdeh bu tələbi yerinə yetirməmişdir. Bu da onu göstərir ki, cavabdehin (Cavabdeh, VÖEN **********) xx.xx.2024-cü il tarixli 18-1-12/3-1-1295/2024 nömrəli əmək müqaviləsinə müddətinin bitməsilə əlaqədar olaraq xitam verilməsi ilə bağlı əmri həmin tarixdə qüvvədə olan qanunvericiliyin tələblərinə uyğun deyildir. Cavabdehin apellyasiya şikayətində də göstərdiyi kimi onun bu addımı əmək müqaviləsinin bağlandığı vaxtda qüvvədə olan normaya uyğun olaraq tətbiq edilmişdir ki, bu da qanunvericiliyin tələblərinin pozulmasıdır. Cavabdehin vəzifəli şəxsi X5 barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 192.4-cü və 192.6-cı maddələrinə əsasən xx.xx.2024-cü il tarixli (MN 2121930) inzibati xəta haqqında protokol tərtib edilmiş və Məcəllənin 192.6-cı maddəsinə uyğun olaraq 23 10 2024-cü il tarixli MN ******* nömrəli inzibati tənbeh vermə haqqında Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Dövlət Əmək Müfəttişliyi Xidmətinin Bakı şəhər İdarəsi tərəfindən şərti qərar qəbul olunmuşdur. Şərti qərarın 30 gün ərzində icra edilməməsi səbəbindən qərar qüvvəyə minmişdir. Bu, Cavabdehin əmək qanunvericiliyini pozduğunu təsdiqləyir və onun apellyasiya şikayətinin əsassız olduğunu göstərir. Şərti qərarın qüvvəyə minməsi Cavabdehi törətdiyi hüquqpozmanın aradan qaldırılması öhdəliyindən azad etmədiyindən məhkəməyə müraciət edilmişdir və Bakı Şəhəri Nizami Rayon Məhkəməsi tərəfindən şikayətçi İddiaçı iddiası bütün hallar üzrə təmin edilmiş və e- 2(007)-412/2025 nömrəli qətnamə çıxarılmışdır. Cavabdeh iddia edir ki, Əmək Məcəlləsinin 317.2-ci maddəsinə əsasən, qanun dəyişikliklərinin geriyə şamil edilməsi yalnız işçinin hüquqlarını yüngülləşdirən hallarda mümkündür. Lakin, 73-cü maddəyə edilmiş dəyişiklik işçinin hüquqlarını məhdudlaşdırmır, əksinə, müddətli müqavilənin avtomatik uzadılmasını təmin etməklə işçinin işləmək hüququnu qoruyur. Buna görə də, Cavabdehin bu arqumenti qanuni əsasa malik deyildir. Nizami Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2(007)-412/2025 saylı qətnaməsi Əmək Məcəlləsinin 300.1-ci maddəsinə əsasən qanunidir. Bu maddəyə görə, əmək müqaviləsinə qanunsuz xitam verildikdə, məhkəmə işçinin vəzifəsinə bərpa edilməsi və ya kompensasiya ödənilməsi barədə qərar çıxarır. Məhkəmə İddiaçının iddiasını təmin edərək qanunvericiliyə uyğun qərar qəbul etmişdir. Yuxarıda göstərilənlərə əsasən apellyasiya şikayətinin təmin edilməməsini və qətnamənin dəyişdirilmədən saxlanılmasını xahiş edir.
c) Proses iştirakçılarının izahatı
17. Məhkəmə iclasında iştirak edən Cavabdeh nümayəndəsi Nümayəndə apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdi və əlavə olaraq bildirdi ki, qüvvədə olmayan qanuna görə işəgötürəndən öhdəlik tələb olunur. Belə ki, xx.xx.2024-cü il tarixindən iddiaçı ilə bağlanmış müddətli əmək müqaviləsinin müddəti bitmişdir. Bu zaman iddiaçı əmək məzuniyyətində olduğundan əmək müqaviləsinə xitam vermək mümkün olmamışdır. xx.xx.2024-cü il tarixində Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 73-cü maddəsinə dəyişiklik olmuşdur. Əvvəlki qanuna əsasən işçi işə çıxığı müddətdən 1 həftə ərzində xəbərdarlıq edilməlidir. Dəyişikliyə əsasən isə müddətli əmək müqaviləsinin müddətinin bitməsinə azı bir həftə qalmış tərəflərdən heç biri digər tərəfi müddətin bitməsinə görə müqaviləyə xitam verilməsi barədə yazılı formada (kağız daşıyıcıda və ya elektron informasiya sistemi vasitəsilə) xəbərdar etməzsə, həmin əmək müqaviləsi əmək müqaviləsində göstərilən müddətə uzadılır. Həmin müddət xx.xx.2024-cü il tarixə təsadüf etdiyindən həmin tarixdə qanunvericilikdə dəyişiklik olmadığı üçün işəgötürən qarşı tərəfi xəbərdar edə bilməmişdir. İşə çıxdığı müddət, yəni xx.xx.2024-cü il tarixdə əmək müqaviləsinə xitam verilmişdir. Əmək Məcəlləsinin 11-ci maddəsinə əsasən işəgötürənin də hüquqları məhdudlaşdırılıb.
18. Məhkəmə iclasında iştirak edən İddiaçı nümayəndəsi və vəkili Vəkil apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etdi və əlavə olaraq bildirdi ki, xəbərdarlıq məsələsi qanunvericilikdə əvvəldən var idi. Əmək Müfəttişliyi Xidməti də bu halla bağlı pozuntunu aşkarlayıb. Qarşı tərəf Əmək Müfəttişliyinin qərarından da şikayət verib. Qərar dəyişdirilmədən saxlanılıb. Əslində iddiaçı ilə bağlanmış əmək müqaviləsi müddətsiz olmalı idi. İddiaçının əmək funksiyası onunla müddətli əmək müqaviləsi bağlamağa imkan vermir. İşin xarakteri daimidir. Belə olan halda Əmək Məcəlləsinin tələbinə əsasən müddətli əmək müqaviləsinin bağlanması qadağan edilir.
Tətbiq edilən hüquq
Azərbaycan Respublikası Konstitusiyasının
19. 35-ci maddəsinin İ-İV hissələrinə görə, əmək fərdi və ictimai rifahın əsasıdır. Hər kəsin əməyə olan qabiliyyəti əsasında sərbəst surətdə özünə fəaliyyət növü, peşə, məşğuliyyət və iş yeri seçmək hüququ vardır. Heç kəs zorla işlədilə bilməz. Əmək müqavilələri sərbəst bağlanılır. Heç kəs əmək müqaviləsi bağlamağa məcbur edilə bilməz.
Azərbaycan Respublikası Əmək Məcəlləsinin
20. 2-ci maddəsinin 1-ci hissəsinə əsasən Azərbaycan Respublikasının Əmək Məcəlləsi işçilərlə işəgötürənlər arasında yaranan əmək münasibətlərini, habelə onlarla müvafiq dövlət hakimiyyəti orqanları, hüquqi şəxslər arasında həmin münasibətlərdən törəyən digər hüquq münasibətlərini tənzim edir;
21. 9-cu maddəsinin “b” bəndinə əsasən əmək müqaviləsi üzrə işçinin əmək müqaviləsinin şərtlərini dəyişdirmək və ya onu ləğv etmək üçün işəgötürənə müraciət etmək hüquqları vardır;
22. 11-ci maddəsinin 1-ci hissəsinin “a” və “b” bəndlərinə əsasən əmək münasibətləri sahəsində işəgötürənin bu Məcəllə ilə müəyyən edilmiş qaydada işçilərlə əmək müqavilələri bağlamaq, onların şərtlərini dəyişdirmək, bu Məcəllə ilə müəyyən edilmiş qaydada və əsaslarla əmək müqavilələrini ləğv etmək hüquqları vardır;
23. 45-ci maddəsinin 1-ci hissəsinə əsasən, əmək müqaviləsi müddətsiz və ya müddətli bağlanılır. Müddətli əmək müqaviləsi tərəflərin razılaşdığı müddətə bağlanılır.
24. 46-cı maddəsinin 6-cı hissəsinə əsasən əmək müqaviləsinə dəyişikliklər yalnız tərəflərin razılığı ilə edilir. Razılaşdırılmış dəyişikliklər əmək müqaviləsinə daxil edilir. Həcmcə çox olduğuna görə dəyişiklikləri əmək müqaviləsinə daxil etmək mümkün olmadıqda ilkin əmək müqaviləsi yenidən tərtib edilir, yaxud həmin dəyişikliklər ayrılıqda tərtib edilib təsdiqlənirlər;
25. 49-cu maddəsinə əsasən, bu maddənin 2-ci və 3-cü hissələri ilə müəyyən edilmiş hallar istisna olmaqla, əmək müqaviləsi və ya ona dəyişiklik tərəflərin gücləndirilmiş elektron imzası ilə imzalandıqda, son imzalanma tarixindən əmək müqaviləsi bağlanılmış və ya ona dəyişiklik edilmiş hesab olunur və hüquqi qüvvəyə minir. “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq məhdud məsuliyyətli cəmiyyətin elektron dövlət qeydiyyatına alınması üçün ərizədə qeyd olunmuş şəxslərlə ilk dəfə bağlanılacaq əmək müqaviləsi müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) elektron informasiya sistemində qeydə alınmış işçi və işəgötürən barədə əmək münasibətlərinə dair məlumatların elektron informasiya sisteminə ötürülməsi əsasında elektron sənəd formasında avtomatlaşdırılmış qaydada formalaşır və formalaşan tarixdən 3 (üç) iş günündən gec olmayaraq, tərəflərin gücləndirilmiş elektron imzası vasitəsilə imzalanır. Bu halda əmək müqaviləsi “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən olunmuş qaydada dövlət qeydiyyatı haqqında şəhadətnamə, dövlət reyestrindən çıxarış və nizamnamə cəmiyyətin elektron kabinetinə göndərildiyi andan hüquqi qüvvəyə minir. Bu Məcəllənin 7-ci maddəsinin 2-1-ci hissəsində müəyyən edilmiş hallarda bağlanılmış əmək müqaviləsində başqa hal nəzərdə tutulmayıbsa, o, tərəflərin imzaladığı gündən hüquqi qüvvəyə minir. Bu Məcəllənin 74-cü maddəsinin 1-1-ci hissəsində nəzərdə tutulan hallarda elektron informasiya sistemində qüvvədə olan əmək müqaviləsi əmək qanunvericiliyinə əməl olunmasına dövlət nəzarətini həyata keçirən orqanın qərarı ilə qüvvədən düşmüş hesab edilir. Bu zaman əmək qanunvericiliyinə əməl olunmasına dövlət nəzarətini həyata keçirən orqan tərəfindən işçinin qüvvədə olan əmək müqaviləsinin qüvvədən düşmüş hesab edilməsi barədə inzibati akt formasında qərar qəbul edilir və bununla bağlı elektron informasiya sistemində müvafiq qeyd aparılır. Bu Məcəllənin 7-ci maddəsinin 2-1-ci hissəsi ilə müəyyən edilmiş hallar istisna olmaqla, əmək müqaviləsinə xitam verilməsi bu barədə əmrin (sərəncamın, qərarın) işəgötürən tərəfindən elektron informasiya sisteminə daxil edilərək gücləndirilmiş elektron imza ilə imzalandığı tarixdən hüquqi qüvvəyə minir. Əmək müqaviləsinə xitam verilməsi tarixi əmək müqaviləsinə xitam verilməsi barədə əmrin (sərəncamın, qərarın) imzalandığı tarixdən əvvəlki tarixə (bu Məcəllənin 74-cü maddəsinin 1-ci hissəsinin “e” bəndi ilə xitam verilən və həmin maddənin 1-1-ci hissəsi ilə xitam verilmiş hesab edilən hallar istisna olmaqla) müəyyən edilə bilməz. 68-ci maddəsinin 2-ci hissəsinə əsasən əmək müqaviləsinə xitam verilməsinin əsasları aşağıdakılardır: a) tərəflərdən birinin təşəbbüsü; b) əmək müqaviləsinin müddətinin qurtarması; c) əmək şəraitinin şərtlərinin dəyişdirilməsi; ç) müəssisənin mülkiyyətçisinin dəyişməsi ilə əlaqədar (bu Məcəllənin 63cü maddəsinin ikinci hissəsində göstərilən işçilər); d) tərəflərin iradəsindən asılı olmayan hallar; e) tərəflərin əmək müqaviləsində müəyyən etdiyi hallar.
26. 68-ci maddəsinin 2-ci hissəsinə əsasən əmək müqaviləsinə xitam verilməsinin əsasları aşağıdakılardır: a) tərəflərdən birinin təşəbbüsü; b) əmək müqaviləsinin müddətinin qurtarması; c) əmək şəraitinin şərtlərinin dəyişdirilməsi; ç) müəssisənin mülkiyyətçisinin dəyişməsi ilə əlaqədar (bu Məcəllənin 63-cü maddəsinin ikinci hissəsində göstərilən işçilər); d) tərəflərin iradəsindən asılı olmayan hallar; e) tərəflərin əmək müqaviləsində müəyyən etdiyi hallar.
27. 73-cü maddəsinə əsasən, müddətli əmək müqaviləsinə müddəti bitdikdə xitam verilir. Müddətli əmək müqaviləsinin müddətinin bitməsinə azı bir həftə qalmış tərəflərdən heç biri digər tərəfi müddətin bitməsinə görə müqaviləyə xitam verilməsi barədə yazılı formada (kağız daşıyıcıda və ya elektron informasiya sistemi vasitəsilə) xəbərdar etməzsə, həmin əmək müqaviləsi əmək müqaviləsində göstərilən müddətə uzadılır və ya bu Məcəllənin 45- ci maddəsinin 5-ci hissəsi ilə müəyyən edilmiş hallarda müddətsiz hesab olunur. İşçinin müəyyən üzürlü səbəbdən (xəstələnməsi, ezamiyyətdə, məzuniyyətdə olması, habelə bu Məcəllənin 179-cu maddəsində nəzərdə tutulan iş yeri və orta əmək haqqı saxlandığı hallarda) iş yerində olmadığı dövrdə müddətli əmək müqaviləsinin müddəti qurtardığı hallarda həmin müqaviləyə bu maddənin 1-ci hissəsində nəzərdə tutulmuş qaydada xəbərdar edilmişdirsə, işçi işə çıxdığı gün işəgötürən tərəfindən xitam verilə bilər.
28. 83-cü maddəsinə əsasən, əmək müqaviləsinə bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulan əsaslara və qaydalara uyğun olaraq xitam verilməsi işəgötürənin əsaslandırılmış əmri (sərəncamı, qərarı) ilə rəsmiləşdirilməlidir. Elektron sənəd formasında bağlanılmış əmək müqavilələrinə xitam verilən zaman bu barədə işəgötürənin əmri (sərəncamı, qərarı) elektron informasiya sistemində gücləndirilmiş elektron imza ilə imzalanaraq işçinin informasiya sistemində yaradılan elektron kabinetində yerləşdirilir. Bu Məcəllənin 7-ci maddəsinin 2-1-ci hissəsi ilə müəyyən edilmiş hallarda müvafiq əmr (sərəncam, qərar) işəgötürən tərəfindən imzalanmalı və müəssisənin möhürü ilə təsdiqlənməlidir. Əmrin surəti işçinin əmək kitabçası ilə birlikdə sonuncu iş günü işçiyə verilməlidir. Əmək müqaviləsinə xitam verilmiş işçiyə son haqqhesab (istifadə edilməmiş əmək məzuniyyətinə görə pul əvəzi, işçiyə ödənilməli əməkhaqqı və digər ödəmələr) sonuncu iş günü ödənilməlidir.
29. 84-cü maddəsinin 1 və 2-ci bəndlərinə əsasən, əmək müqaviləsinə xitam verilməsi haqqında işəgötürənin əmrinin (sərəncamının, qərarının) məzmununda aşağıdakı məlumatlar göstərilir: işəgötürən dövlət orqanı (qurumu), hüquqi şəxs və ya xarici hüquqi şəxsin filialı, nümayəndəliyi olduqda adı, işəgötürən funksiyasını həyata keçirən vəzifəli şəxsin vəzifəsi, soyadı və adı, faktiki fəaliyyət göstərdiyi ünvanı, işəgötürən fiziki şəxs olduqda soyadı və adı, faktiki fəaliyyət göstərdiyi ünvanı, əmrin (sərəncamın, qərarın) nömrəsi, tarixi; işçinin adı, atasının adı və soyadı; əmək müqaviləsi üzrə işçinin vəzifəsinin (peşəsinin) adı; əmək müqaviləsinə xitam verilməsinin əsası; həmin əsasla əmək müqaviləsinə xitam verilməsi qaydası nəzərdə tutulmuş bu Məcəllənin müvafiq maddəsi, hissəsi və bəndi; əmək müqaviləsinə xitam verilən gün, ay və il; əmək müqaviləsinə xitam verilməsi barədə əmrin (sərəncamın, qərarın) verilməsi üçün əsas hesab olunan rəsmi sənədlər. Bu maddənin birinci hissəsində nəzərdə tutulmuş məlumatlardan hər hansı biri və ya bir neçəsi göstərilməyən əmr (sərəncam, qərar) əmək mübahisəsini həll edən məhkəmə tərəfindən etibarsız hesab edilə bilər.
30. 300-cü maddəsinin 1-ci hissəsinə görə əgər işəgötürən əmək müqaviləsinin bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulmuş ləğv edilməsi əsaslarını pozaraq və ya 71, 76-cı maddələri ilə müəyyən edilmiş qaydaların tələblərinə əməl etmədən, habelə 79-cu maddəsində nəzərdə tutulmuş hallara əhəmiyyət vermədən işçi ilə əmək münasibətlərinə xitam vermişdirsə, əmək mübahisəsini həll edən məhkəmə iddia ərizəsini və işin faktik hallarını araşdıraraq məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə işçinin vəzifəsinə bərpa edilməsi barədə qətnamə və ya bu maddənin ikinci hissəsinə müvafiq olaraq tərəflərin barışıq sazişinin təsdiq edilməsi barədə qərardad çıxarır. Məhkəmə qətnamədə işçiyə iddiası üzrə dəymiş zərərin məbləğinin işəgötürən tərəfindən ödənilməsini də nəzərdə tuta bilər.
Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi
31. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
32. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.
33. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
34. Maddə 372.6. apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
35. Maddə 384.0.2. Apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər;
Apellyasiya baxışının hədləri
36. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
37. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.
38. Hazırki halda, cavabdeh apellyasiya şikayətində qətnaməni tam mübahisələndirərək ləğv edilməsini və iddia tələbinin rədd edilməsini xahiş etdiyindən qətnamə bütövlükdə yoxlanılır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
39. Məhkəmə kollegiyası izahatları dinləyib, apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin e-2(007)-412/2025 saylı iş üzrə xx.xx.2025-ci il tarixli qətnaməsi ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilməli və iddia tələbi rədd edilməlidir.
40. Belə ki, işin müəyyən edilmiş halları ondan ibarətdir ki, İddiaçı xx.xx.2022-ci il tarixdə müddətli əmək müqaviləsi əsasında (əmək müqaviləsinin bitdiyi tarix: xx.xx.2023) aylıq 584.60 manat əmək haqqı olmaqla, Cavabdeh PHŞ-in tibbi sığorta bölməsinə tibbi sığorta üzrə aparıcı mütəxəssis vəzifəsinə qəbul edilmişdir. Daha sonra əmək müqaviləsində dəyişiklik edilmiş İddiaçı xx.xx.2022-ci il tarixdən aylıq əmək haqqı 618.50 manat olmaqla, Cavabdeh PHŞ-də tibbi sığorta bölməsində bölmə rəhbəri vəzifəsinə müddətli əmək müqaviləsi əsasında (əmək müqaviləsinin bitdiyi tarix: xx.xx.2023) keçirilmişdir. əmək müqaviləsində dəyişiklik edilməsi ilə əlaqədar olaraq İddiaçı xx.xx.2023-cü il tarixdən aylıq əmək haqqı 676.20 manat olmuşdur. xx.xx.2024-cü il tarixli əmr ilə İddiaçı xx.xx.2024-cü ildən xx.xx.2024-cü il tarixədək 32 təqvim günü əmək məzuniyyəti verilmişdir. xx.xx.2024-cü il tarixli, 18-1-12/3-1-1295/2024 saylı əmrlə Cavabdehn sığortanın təşkili və innovasiya şöbəsinin tibbi sığorta bölməsinin müdiri İddiaçı xxxxxxx000203 nömrəli əmək müqaviləsinə xx.xx.2024-cü il tarixdən xitam verilmişdir.
41. Birinci instansiya məhkəməsi iddia tələbini təmin edərkən qənaətini onunla əsaslandırmışdır ki, cavabdeh iddiaçının əmək müqaviləsinə xitam verilməsi barədə əmrlə qanunvericiliyin tələblərini pozmuş, tətbiq edilmiş maddi hüquq normasının tələbləri üzrə işəgötürən tərəfindən əmək qanunvericliyinin müddəalarının gözlənilməməsi öz təsdiqini tapmışdır. Müəyyən edilən hallara münasibətdə isə işçi ilə bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 68-ci maddəsinin ikinci hissəsinin “b” bəndinə əsasən xitam verilməsi yolverilməzdir. Bu səbəbdən məhkəmə hesab edir ki, iddiaçının tələbi xx.xx.2024-cü il tarixli 18-1-12/3-1-1295/2024 nömrəli əmrin ləğv edilməsi hissəsində əsaslı olduğundan təmin edilməli və iddiaçı əvvəlki vəzifəsinə bərpa edilməlidir. Belə ki, tərəflər arasında bağlanmış müddətli əmək müqaviləsinin son günü xx.xx.2024-cü ilə təsadüf etsə də, iddiaçı-işçi həmin tarixdə, xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək 32 təqvim günü müddətinə əmək məzuniyyətində olmuş, xx.xx.2024-cü il tarixdə yenidən işə çıxmış və ona heç bir xəbərdarlıq edilmədən onunla bağlanmış əmək müqaviləsinə işə çıxdığı xx.xx.2024-cü il tarixdə xitam verilmişdir.
42. Məhkəmə kollegiyası birinci insansiya məhkəməsinin hazırki iş üzrə gəldiyi nəticə ilə razılaşmamaqla qətnaməni qanuni və əsaslı hesab etmir.
43. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır.
44. Kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi tərəflər arasında yaranmış münasibətlərə xx.xx.2025-ci il tarixdən qüvvəyə minən Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 73-cü maddəsinin müddəalarını tətbiq etməkdə haqlı olmamışdır.
45. “Azərbaycan Respublikasının Əmək Məcəlləsində, Azərbaycan Respublikasının Vergi Məcəlləsində, Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsində, “Təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri nəticəsində fiziki şəxslərə vurulmuş ziyanın ödənilməsi haqqında”, “Məcburi köçkünlərin və onlara bərabər tutulan şəxslərin sosial müdafiəsi haqqında”, “Gömrük orqanlarında xidmət haqqında Əsasnamə”nin təsdiq edilməsi barədə”, “Dövlət qulluğu haqqında”, “Azərbaycan Respublikasının daxili işlər orqanlarında xidmət keçmə haqqında Əsasnamənin təsdiq edilməsi barədə”, “Dövlət sosial sığorta sistemində fərdi uçot haqqında”, “İşsizlikdən sığorta haqqında” və “Məşğulluq haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə” 1195- VİQD nömrəli, 28 iyun 2024-cü il tarixli Azərbaycan Respublikası Qanununun 1.16-cı maddəsi ilə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 73-cü maddəsinə edilmiş dəyişiklik Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC-ın) rəsmi internet saytında xx.xx.2024-cü il tarixdə dərc olunduğu gündən qüvvəyə minmişdir. Həmin dəyişikliyə əsasən müddətli əmək müqaviləsinə müddəti bitdikdə xitam verilir. Müddətli əmək müqaviləsinin müddətinin bitməsinə azı bir həftə qalmış tərəflərdən heç biri digər tərəfi müddətin bitməsinə görə müqaviləyə xitam verilməsi barədə yazılı formada (kağız daşıyıcıda və ya elektron informasiya sistemi vasitəsilə) xəbərdar etməzsə, həmin əmək müqaviləsi əmək müqaviləsində göstərilən müddətə uzadılır və ya Əmək Məcəllənin 45-ci maddəsinin 5-ci hissəsi ilə müəyyən edilmiş hallarda müddətsiz hesab olunur.
46. Göründüyü kimi, qanunvericiliyə edilmiş dəyişiklik ilə müddətli əmək müqaviləsi tərəflərinin müddətin bitməsi ilə əlaqdar əmək müqaviləsinə xitam verilməsi barədə xəbərdarlıq etmə normasına dəyişiklik edilmişdir. Əmək müqaviləsinə xitam vermək, o cümlədən müqavilə ilə nəzərdə tutulan müddətin bitməsinə görə əmək müqaviləsinə xitam vermək işəgötürənin hüququdur.
47. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 317-ci maddəsinin 2-ci hissəsinə görə bu Məcəllənin tətbiqi zamanı əmək müqaviləsinin tərəflərinin hüquqlarının və mənafelərinin müdafiə olunmasını təmin edən, onların məsuliyyətə cəlb olunmasını istisna edən və ya yüngülləşdirən müddəaların qüvvəsinin geriyə şamil edilməsinə yol verilir. Əmək müqaviləsinin tərəfi olan işəgötürənin hüquqlarını məhdudlaşdıran dəyişikliklərin zamana görə geriyə qüvvəsinə yol verilmir.
48. Azərbaycan Respublikası Konstitusiyasının Vİİİ hissəsində Normativ hüquqi aktların dərc edilməsi təsbit olunmuşdur. Normativ hüquqi aktların dərc edilməsi qaydası Konstitusiya qanunu ilə müəyyən edilir. “Normativ hüquqi aktlar haqqında” Azərbaycan Respublikası Qanunun 85.1-ci maddəsinə əsasən qanunlar, fərmanlar və Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarları həmin aktlarda qüvvəyə minmənin daha gec müddəti nəzərdə tutulmadıqda onların rəsmi dərc edildiyi gündən qüvvəyə minir. Heç kəs dərc edilməyən normativ hüquqi aktın icrasına (ona riayət olunmasına) məcbur edilə bilməz və belə aktın icra olunmamasına (ona riayət olunmamasına) görə məsuliyyətə cəlb edilə bilməz.
49. xx.xx.2024-cü il tarixdə dərc olunan dəyişikliyə əsasən “Müddətli əmək müqaviləsinin müddətinin bitməsinə azı bir həftə qalmış tərəflərdən heç biri digər tərəfi müddətin bitməsinə görə müqaviləyə xitam verilməsi barədə yazılı formada (kağız daşıyıcıda və ya elektron informasiya sistemi vasitəsilə) xəbərdar etməzsə, həmin əmək müqaviləsi əmək müqaviləsində göstərilən müddətə uzadılır”.
50. Bu səbəbdən işəgötürən ən geci xx.xx.2024-cü il tarixdə Azərbaycan RespublikasıƏmək Məcəlləsinin 73-cü maddəsinə edilmiş yeni dəyişikliyə görə müqaviləyə xitam verilməsi barədə yazılı formada (kağız daşıyıcıda və ya elektron informasiya sistemi vasitəsilə) işçini xəbərdar etməli idi. Lakin yeni dəyişikliklə qüvvəyə minən norma işəgötürənin və işçinin hüquqlarını məhdudlaşdırdığı üçün normanın tətbiqi müddətli əmək müqaviləsinin tərəfləri üçün mümkün olmamışdır.
51. Belə ki, hazırıkı işin hallarından görünür ki, İddiaçı ilə bağlanmış müddətli əmək müqaviləsinin müddəti xx.xx.2024-cü il tarixindən bitməli olsa da, iddiaçı xx.xx.2024cü il tarixdən xx.xx.2024-cü il tarixədək növbəti əmək məzuniyyətində olduğundan əmək müqaviləsinə xitam vermək mümkün olmamışdır.
52. xx.xx.2024-cü il tarixində Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 73-cü maddəsin dəyişiklik edilənədək qüvvədə olan normaya görə işçi işə çıxığı müddətdən 1 həftə ərzində xəbərdarlıq edilməlidir. Dəyişikliyə əsasən isə müddətli əmək müqaviləsinin müddətinin bitməsinə azı bir həftə qalmış tərəflərdən heç biri digər tərəfi müddətin bitməsinə görə müqaviləyə xitam verilməsi barədə yazılı formada (kağız daşıyıcıda və ya elektron informasiya sistemi vasitəsilə) xəbərdar etməzsə, həmin əmək müqaviləsi əmək müqaviləsində göstərilən müddətə uzadılır. Həmin müddət xx.xx.2024-cü il tarixə təsadüf etdiyindən və qeyd edilən tarixdə qanunvericilikdə dəyişiklik olmadığından işəgötürən qarşı tərəfi xəbərdar edə bilməmiş, yalnız işə çıxdığı müddət, yəni xx.xx.2024cü il tarixdə artıq əmək müqaviləsinə xitam verilmişdir. Belə ki, işçinin müəyyən üzürlü səbəbdən (xəstələnməsi, ezamiyyətdə, məzuniyyətdə olması, habelə bu Məcəllənin 179cu maddəsində nəzərdə tutulan iş yeri və orta əmək haqqı saxlandığı hallarda) iş yerində olmadığı dövrdə müddətli əmək müqaviləsinin müddəti qurtardığı hallarda həmin müqaviləyə bu maddənin 1-ci hissəsində nəzərdə tutulmuş qaydada xəbərdar edilmişdirsə, işçi işə çıxdığı gün müqaviləyə işəgötürən tərəfindən xitam verilə bilər.
53. Göründüyü kimi, işəgötürən tərəfindən İddiaçı ilə müddətli əmək müqaviləsinə qanunvericiliklə müəyyən edilmiş qaydada xitam verilmişdir.
54. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
55. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
56. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddianı təmin edərkən mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmədiyindən iş üzrə qəbul edilmiş qətnamə ləğv edilməli, iddia tələbi təmin edilməməlidir.
57. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384.0.2, 385, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası
Qət etdi:
Cavabdeh nümayəndəsi Nümayəndə apellyasiya şikayəti təmin edilsin. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin e-2(007)-412/2025 saylı iş üzrə xx.xx.2025-ci il tarixli qətnaməsi ləğv edilsin. İş üzrə yeni qətnamə qəbul edilsin. İddia tələbi rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına Bakı Apellyasiya Məhkəməsi vasitəsilə kasasiya şikayəti verilə bilər.