Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-2938/2020 11.03.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X11 Sarıyevin sədrliyi ilə, X6 və X2 ibarət tərkibdə, Məhkəmə iclas katibi Ülkər Səfər qızı Axundovanın katibliyi ilə, İddiaçı nümayəndəsi və vəkili X1 iştirakı ilə, İddiaçı cavabdehlər Mövlayeva Dı̇ lşad Salah qızı və Cavabdeh2 Əmı̇ r oğluna qarşı istifadə hüququnun tanınması, mənzilə köçürülmə, cehiz və qızıl-zinət əşyalarının qaytarılması tələbi və müstəqil tələb irəli sürən üçüncü şəxs X4 cavabdeh İddiaçı qarşı cehiz əşyalarının götürülməsi tələbinə dair mülki iş üzrə çıxarılmış Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin 18 dekabr 2019cu il tarixli, 2(005)-3795/2019 saylı qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı istifadə hüququnun tanınması, mənzilə köçürülmə tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddia tələbini onunla əsaslandırmışdır ki, o, 2010-cu ilin iyunun 25-də qeyri rəsmi nikaha daxil olaraq cavabdehlərin evinə gəlin köçmüşdür. 2010-cu ilin 01 oktyabr tarixində nikahları rəsmiləşdirilmişdir. Nişanda və toyda ona cavabdehlər tərəfindən, qızıl-zinət əşyaları hədiyyə gətirilmiş və valideynləri tərəfindən ona cehiz əmlaklar verilmişdir. Həmin vaxt gəlin köçdüyü ev mərhum qaynatası Əmirin adına olduğu üçün tərəflərindən evə dair hər hansı bir hüquqi sənədləşmə mümkün olmamışdır. Ailə qurduqları ilk müddət aralarında qarşılıqlı anlaşma olsa da, 2015-ci ildən etibarən qarşı tərəfin davranışlarına görə münasibətləri pozulmuşdur. 01 mart 2019-cu il tarixində ağır onkoloji xəstəlik keçirən bacılarının yanına getmiş və 21 mart 2019-cu il tarixində geri qayıtmışdır. 22 mart 2019-cu il tarixində mübahisə zəminində ona qarşı güc tətbiq olunmaqla evdən çıxarılmışdır. Evdən çıxarkən özünə aid geyim paltarlarını və uşaqlara aid paltarları götürmək imkanı olmuşdur. Ona məxsus qızıl-zinət əşyaları və cehiz verilmiş əmlaklar, uşaqların doğum haqqında şəhadətnamələr cavabdehlərin evində qalmışdır. 29 may 2019-cu il tarixdə Cavabdeh2 ilə aralarında olan məhkəmə qətnaməsinə əsasən nikah pozulmuşdur. Hal-hazırda əmlakları və qızıl-zinət əşyaları cavabdehlərin evində olmaqla iki uşaqla valideynlərinə sığınmışdır. O, gəlin köçərkən gəlin köçdüyü ev mərhum qaynatasının adına olmuş və həmin ev vərəslik qaydasında kimsənin adına rəsmiləşdirlməmişdir. Odur ki, o, həmin evdə evin mülkiyyətçisi olmadığı üçün qanunun tələbinə əsasən müqavilə bağlaya bilməmişdir. Qeyd edilənləri nəzərə alaraq, iki azyaşlı uşağı ilə birlikdə cavabdehlər X10, Cavabdeh2 yaşadıqları ünvan 1 ünvanda yerləşən evdən istifadə və yaşayış hüququnun tanınması və onun iki azyaşlı uşağı ilə birlikdə həmin evə köçürülməyi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Daha sonra iddiaçı iddia tələbinin artırılması barədə ərizə təqdim edərək, iki azyaşlı uşağı ilə birlikdə cavabdehlər X10, Cavabdeh2 yaşadıqları ünvan 1 ünvanda yerləşən evdən istifadə və yaşayış hüququnun tanınması və onun iki azyaşlı uşağı ilə birlikdə həmin evə köçürülməyi və 25635 manat dəyərində cehiz olan əmlakının və qızıl zinət əşyalarının ona qaytarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, o, cavabdehlərə qarşı istifadə hüququnun bərpa edilməsi və evə köçürülmə tələbinə dair iddia ərizəsi ilə müraciət etmişdir. Tələbi də onun iki azyaşlı uşağı ilə birlikdə cavabdehlər X10, Cavabdeh2 yaşadıqları ünvan 1 ünvanda yerləşən evdən istifadə və yaşayış hüququnun tanınması və onun iki azyaşlı uşağı ilə birlikdə həmin evə köçürülməyi barədə qətnamə çıxarılması xahiş edilmişdir. İzah edərək bildirir ki, onu xüsusi mülkiyyətində olan əmlakı və cehiz verilmiş qızıl-zinyət əşyları cavabdehlərin evində qalmışdır. Onun xüsusi mülkiyyətində olan əmlakı və qızıl-zinyət əşyaları cavabdehlərin yaşadığı evdə qalmış və hal-hazırda ordadır. Evə köçürülən zaman əmlaklarını əldə etmək istədiyi üçün iddianın predmetini artırmaq hüququndan istifadə edir. Yuxarıda qeyd etdiyi kimi, xüsusi mülkiyyətdə olan əmlakları (cehiz əmlakı və qızıl-zinyət əşyaları) cavabdehlərin qanunsuz sahibliyində qalmışdır. Qəhvəyi rəngli yataq dəsti (Malaziya istehsalı) 1800 manat dəyərində və bir nəfərlik çarpayı 150 manat , divan , iki ədəd başı taxtalı kreslo, yarpaq şəkilli qəhvəyi parcalar- 750 manat cəmi 2700 manat, mavi rəngli mətbəx mebeli (yığılma )-1200 manat, qəhvəyi rəngdə 1 ədəd stol, 8 ədəd stul- 1700 manat, mətbəx üçün stol stul dəsti -160 manat, LC markalı paltaryuyan (6 kq)-450 manat, ağ rəngli qaz sobası-250 manat, ağ rəngli aspirator- 120 manat, qorka, kamod qəhvəyi rəngli -1800 manat, LC markalı 62 ekran plazma televizor-500 manat, LC markalı DVD (toydan sonra verilmiş hədiyyə)- 450 manat, ağ, qara, qəhvəyi rənglərin qarışığı dairəsi halqalı xalça zal üçün - 2.50- 3.50- 380 manat, ağ bənövşəyi rəngli 100 sm -150sm kaşmir halı markalı xalça yataq otağı üçün - 160 manat, bir dənə xalça-qırmızı rəngli sonradan verilmə-380 manat, Dubay istehsalı zal üçün çilçiraq qızılı rəngli-180 manat, yataq otağı üçün çilçiraq qəhvəyi tonlu taxtalı 5 lampalı-50 manat, dəhliz üçün yaşıl rəngli bir lampalı çilçıraq 10 manat, dəst 3 mərtəbəli çəngəl, bıçaq, qaşıq dəsti (qızıl cızgılı ürək naxışlı 12 nəfərlik)-350 manat, 6 nəfərlik armudu xrustal rumkalar-20 manat, mətbəx üçün 24 nəfərlik cəngəl, bıçaq, qaşıq dəsti-25 manat, qazan üçün 6 ədəd qaşıq dəsti-35 manat, 1 ədəd ağ bardaqlar-6 ədəd-30 manat, cəmi 430 manat, dəst 6 nəfərlik çəngəl 1, bıçaq, qaşıq dəsti Dubay istehsalı, (toydan sonrakı illərdə hədiyyə verilib), bir dəst 40 parcalı boşqab -20 manat, dəst qorka üçün mavi rəngli, naxışlı və ürək şəkilli çay servizi daxil olmaqla nahar üçün boşqablar 6 nəfərlik 360 manat, 2 ədəd yaşıl rəngdə meyvə üçün baqema- cəmi 160 manat, 2 ədəd xrustal meyvə qabı -20 manat, 1 ədəd yaşıl rəngdə baqema güldan - 80 manat, yaşıl rəngli 6 nəfərlik 1 ədəd baqema və 6 ədəd bardaq 60 manat, 3 dəst 6 nəfərlik qaşlı, qızılı rəngdə rumkaları bardaqlar -180 manat, dəst bardaqlar -50 manat, 3 dəst hər biri 6 nəfərlik xrustal bardaqlar -60 manat, 15 nəfərlik bənövşəyi Türkiyə istehsalı desert dəsti -260 manat, 6nəfərlik “Lov” markalı bardaqlar (toydan sonra hədiyyə verilib -90 manat, 2 dəst 6 nəfərlik şirniyyat qabları (ağ rəngli xırda cizgili, qız şəkilli) -250 manat, bir ədəd televizor altı -100 manat 30 ədəd dəsmallar- 85 manat, qızıl zinyət əşyaları- brilyant qaşlı komplekt sırğa üzük - 5000 manat, brilyant qaşlı nişan üzüyü- 520 manat, İtaliya istehsalı komplekt sırğa üzük - (toyda hədiyyə olunan komplekt satılıb toydan sonra yığılan pullar hesabına alınıb)-450 manat, brilyant qaşlı qızıl boyunbağı -3500 manat, brilyant qaşlı qızıl qolbağı-1850 manat, 1 dəst mirvari sırğa - 1500 manata, 1 ədəd xəstə bacısına aid xəstəxanaya gedərkən onda qalmış incə qızıl sep -120 manat onda qalmışdır. Uşaqlara aid doğum haqqında şəhadətnamələr, ona aid doğum haqqında şəhadətnamə, aid BDU tərəfindən verilmiş bakalavr diplomu cavabdehlərdə qalmışdır. Odur ki, bu əmlakları cavabdehdən alınıb ona qaytarılmalıdır. 30 manat dövlət rüsumu sənədlər məhkəməyə verilən zaman köçürülüb və iddia ərizəsinə əlavə edilmişdir. Müstəqil tələb irəli sürən üçüncü şəxs X12 cavabdeh İddiaçı qarşı cehiz əşyalarının götürülməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh İddiaçı məxsus 1 ədəd qorka mebel dəsti, 1 ədəd yataq mebel dəsti, 1 ədəd mətbəx mebeli, 1 ədəd divan kreslo dəsti, 1 ədəd paltaryuyan, 1 ədəd mikrodalğalı soba, 2 lüstr, 1 ədəd tozsoran, 1 ədəd ətcəkən, 1 ədəd şirəçəkən 1 ədəd televizor və altlığı, 3 ədəd xalca, 4 ədəd yorğan 3 ədəd döşək, 6 ədəd yastıqdan ibarət olan cehiz əşyalarını Bakı şəhəri, Daş Karxanası, 393 saylı evdən çıxarılmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun mülkiyyətində olan evdən istifadə hüququnun tanımasını xahiş etmişdir. İddia tələbi onun mülkiyyət hüquqlarına yönəldiyi üçün məhkəmədə iddia qaldırmaq məcburiyətində olmuşdur. Qardaşı Cavabdeh2 İddiaçı ilə 2010-ci ildə rəsmi nikaha daxil olmaqla ailə qurmuşlar. Qardaşı cavabdeh İddiaçı ilə cavabdehin nikah münasibətləri 2019-cı ilin may ayında ləğv edilmişdir. İddiaçı isə mart ayında qeydiyyatda olan evə köçüb getmişdir. Bakı şəhəri, Daş Karxanası, 393 saylı ev ********** qeydiyat nömrəli çıxarışa əsasən onun mülkiyətindədir. Cavabdeh öz cehiz əşyalarını onun evindən götürmür. Cavabdehin əmlakını insanlıq xatirinə çölə ata bilmir. Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin 18 dekabr 2019-cu il tarixli, 2(005)-3795/2019 saylı qətnaməsi ilə İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı istifadə hüququnun tanınması, mənzilə köçürülmə tələbinə dair iddia ərizəsinin rədd edilməsi, müstəqil tələb irəli sürən üçüncü şəxs X4 cavabdeh İddiaçı qarşı cehiz əşyalarının götürülməsi tələbinə dair iddia ərizəsinin təmin edilməsi, İddiaçı məxsus 1 ədəd qorka mebel dəsti, 1 ədəd yataq mebel dəsti, 1 ədəd mətbəx mebeli, 1 ədəd divan kreslo dəsti, 1 ədəd paltaryuyan, 1 ədəd mikrodalğalı soba, 2 lüsr, 1 ədəd tozsoran 1 ədəd ətcəkən, 1 ədəd şirəçəkən, 1 ədəd televizor və altlığı, 3 ədəd xalça, 4 ədəd yorğan, 3 ədəd döşək, 6 ədəd yastıqdan ibarət olan cehiz əşyaları Bakı şəhəri, Daş Karxanası, 393 saylı evdən çıxarılması qət olunmuşdur. Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin 07 yanvar 2020-ci il tarixli, 2(005)-3795/2019 saylı əlavə qətnaməsi ilə dəyəri 1200 manat olan mavi rəngli mətbəx mebeli (yığılma), dəyəri 1700 manat olan qəhvəyi rəngdə 1 ədəd stol, 8 ədəd stul, dəyəri 160 manat olan mətbəx üçün stol-stul dəsti, dəyəri 450 manat olan LG markalı paltaryuyan (6 kq), dəyəri 250 manat olan ağ rəngli qaz sobası, dəyəri 120 manat olan ağ rəngli aspirator, dəyəri 1800 manat olan qorka, qəhvəyi rəngli qamot, dəyəri 500 manat olan LG markalı 62 ekran plazma televizor, dəyəri 450 manat olan LG markalı DVD (toydan sonra hədiyyə verilmiş), dəyəri 380 manat olan ağ, qara, qəhvəyi rənglərin qarışığı dairəvi halqalı xalça zal üçün-2.50-3.50, dəyəri 160 manat olan ağ bənövşəyi rəngli 100 sm-150 sm kaşmir halı markalı xalça yataq otağı üçün, dəyəri 380 manat olan bir ədəd qırmızı rəngli xalça (sonradan verilmə), dəyəri 180 manat olan Dubay istehsalı zal üçün qızılı rəngli çilçıraq, dəyəri 50 manat olan qəhvəyi tonlu yataq otağı üçün taxtalı ,5 lampalı çilçıraq, dəyəri 10 manat olan dəhliz üçün 1lampalı yaşıl rəngli çilçıraq, dəyəri ümumi 430 manat olan 1 dəst 3 mərtəbəli çəngəl, bıçaq, qaşıq dəsti (qızılı cızğılı ürək naxışlı 12 nəfərlik)-350 manat, 6 nəfərlik armudu xrustal rumkalar-20 manat, mətbəx üçün 25 nəfərlik çəngəl, bıçaq, qaşıq dəsti-25 manat, qazan üçün 6 ədəd qaşıq dəsti-35 manat, 1 ədəd ağ bardaqlar-6 ədəd-30 manat, 1 dəst 6 nəfərlik Dubay istehsalı olan çəngəl, bıçaq, qaşıq dəsti(toydan sonrakı illərdə hədiyyə verilib), dəyəri 20 manat olan 1 dəst 40 parçalı boşqab, dəyəri 360 manat olan 1 dəst qorka üçün mavi rəngli, naxışlı və ürək şəkilli çay servizi daxil olmaqla nahar üçün 6 nəfərlik boşqab, dəyəri 160 manat olan 2 ədəd yaşıl rəngdə meyvə üçün bağıma, dəyəri 20 manat olan 2 ədəd xrustal meyvə qabı, dəyəri 80 manat olan 1 ədəd yaşıl rəngdə bogema güldan, dəyəri 60 manat olan yaşıl rəngli 6 nəfərlik 1 ədəd bogema və 6 ədəd bardaq, dəyəri 180 manat olan 3 dəst 6 nəfərlik qaşlı, qızılı rəngdə rumkaları bardaqlar, dəyəri 50 manat olan 1 dəst bardaqlar, dəyəri 60 manat olan 3 dəst hər biri 6 nəfərlik xrustal bardaqlar, dəyəri 260 manat olan 15 nəfərlik Türkiyə istehsalı olan diset dəsti, dəyəri 90 manat olan 6 nəfərlik “Lov” marka bardaqlar (toydan sonra hədiyyə verilib), dəyəri 250 manat olan 2 dəst 6 nəfərlik şirniyyat qabları (ağ rəngli xırda cizğilı, qız şəkilli), dəyəri 100 manat olan 1 ədəd televizor altı, dəyəri 85 manat olan 30 ədəd dəsmallar, qızıl-zinət əşyaları: dəyəri 5000 manat olan brilyant qaşlı komplekt sırğa üzük, dəyəri 520 manat olan briliant qaşlı nişan üzüyü, dəyəri 450 manat olan İtaliya istehsalı komplekt sırğa üzük (toyda hədiyyə olunan komplekt satılıb toydan sonra yığılan pullar hesabına alınıb), dəyəri 3500 manat olan brilliant qaşlı qızıl boyunbağı, dəyəri 1850 manat olan brilliant qaşlı qızıl qolbağı, dəyəri 1500 manat olan 1 dəst mirvari sırğa, dəyəri 120 manat olan 1 ədəd xəstə incə qızıl sep, uşaqlara aid doğum haqqında şəhadətnamələr, ona aid doğum haqqında şəhadətnamə, BDU tərəfindən verilmiş bakalavr diplomu cavabdehlər Cavabdeh1 və Cavabdeh2 alınaraq İddiaçı təhvil verilməsi qət olunmuşdur. İddiaçı qətnamədən apellyasiya şikayəti verərək, Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin 18 dekabr 2019-cu il tarixli, 2(005)-3795/2019 saylı qətnaməsinin ləğv edilməsi, ilkin iddianın təmin olunması, yəni onun iki azyaşlı uşağı ilə birlikdə cavabdehlər X10, Cavabdeh2 yaşadıqları ünvan 2 ünvanda yerləşən evdən istifadə və yaşayış hüququnun tanınması və iki azyaşlı uşağı ilə birlikdə həmin evə köçürülməyi barədə iddia tələbinin təmin edilməsi, müstəqil tələb irəli sürən 3-cü şəxs X4 iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Apellyasiya şikayətində qeyd olunur ki, 07 yanvar 2020-ci ildə məhkəmə əlavə qətnamə çıxararaq iddia tələbini qızıl-zinyət və əmlak hissəsində təmin etsədə, evə köçürmə hissəsində iddia tələbinə toxunmamışdır. Məhkəmə qətnamədə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1 maddəsinə istinad etmişdir. Məhkəmə bu hüquq normasına istinad etsədə nə üçün bu normaya istinad edilməsinə şərh verməmişdir. Qeyd edilən maddə izah edir ki , yaşayış binasının tərkib hissəsi mülkiyyətçisinin ailə üzvləri və digər şəxslər yaşayış binasından istifadə hüququna bu şərtlə malikdirlər ki, həmin hüquq daşınmaz əmlakın dövlət reyestrində qeydə alınsın. İddiaçı bildirir ki, o, gəlin köçərkən ev rəsmi olaraq qaynatası X3 adına olmuş, həmin ev 30.07.2019-cu il tarixdə o, həmin evdən döyələrək qovulduqdan sonra X4 adına keçirilməklə onun həmin evdə yaşayış və istifadə hüququ əldə etməyinin qarşısının alınması üçün edilmişdir. Məhkəmə bu faktı aydmlaşdırsada bu halı görməməzlikdən gəlmişdir. Məhkəmə qətnamədə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.2 maddəsinə də istinad etsədə bu maddəyə nə üçün istinad edilməsinin izahını verməmişdir. Həmin maddədə izah edilir ki, yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verməsi yolu ilə xitam verilə bilər. Maddənin tələbindən görünür ki, mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən müqavilədən söhbət gedir. İşdə olan materiallardan da görünür ki, mərhum qaynatası o, həmin evə gəlin köçənə kimi ölmüşdür. Sual olunur ki, o, ölmüş şəxslə necə və harda müqavilə bağlaya bilər? Məhkəmənin istinad etdiyi maddələr onun işində istinad edilə bilməz. Çünki həmin normalara istinad edilməsi onun evə köçmək tələbinə subyektiv olaraq hüququ baza yaratmaq məqsədindən başqa bir şey deyildir. Məhkəmə kollegiyasının iclasında İddiaçı nümayəndəsi və vəkili X5 apellyasiya şikayətini müdafiə edərək, onun təmin edilməsini və qətnamənin mübahisələndirilən hissədə ləğv edilərək, iş üzrə yeni qətnamə qəbul edilməsini xahiş etdi. İş üzrə tərəflərə və müstəqil tələb irəli sürən 3-cü şəxsə məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi qaydada məhkəmə bildirişi göndərilməsinə və təqdim edilməsinə baxmayaraq, onlar məhkəmə iclasına gəlməmiş, məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsaslanaraq işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Məhkəmə kollegiyası prosessual qanunvericiliyin qeyd olunan müddəasını və onun rəsmi şərhinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarını nəzərə almaqla qeyd edir ki, hazırki halda apellyasiya baxışının hədlərini qətnamənin iddianın onun iki azyaşlı uşağı ilə birlikdə cavabdehlər X10, Cavabdeh2 yaşadıqları ünvan 2 ünvanda yerləşən evdən istifadə və yaşayış hüququnun tanınması və iki azyaşlı uşağı ilə birlikdə həmin evə köçürülməyinin rədd olunan və müstəqil müstəqil tələb irəli sürən 3-cü şəxsin iddia tələbinin təmin edilən hissələrində qanuniliyinin və əsaslılığının yoxlanılması təşkil edir. Çünki iddiaçı tərəf qətnaməni yalnız həmin hissələrdə mübahisələndirmişdir. Məhkəmə kollegiyası iddiaçının nümayəndəsi və vəkilini dinləyib, apellyasiya şikayətinin dəlillərini və işin materiallarını tədqiq edərək hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin 18 dekabr 2019-cu il tarixli, 2(005)- 3795/2019 saylı qətnaməsi mübahisələndirilən- onun iki azyaşlı uşağı ilə birlikdə cavabdehlər X10, Cavabdeh2 yaşadıqları ünvan 2 ünvanda yerləşən evdən istifadə və yaşayış hüququnun tanınması və iki azyaşlı uşağı ilə birlikdə həmin evə köçürülməyinin rədd edilən hissəsində ləğv olunmalı, həmin hissədə işdə olan sübutlar əsasında yeni qətnamə qəbul edilməli, qətnamə mübahisələndirilən qalan hissədə- müstəqil tələb irəli sürən üçüncü şəxsin iddiasının təmin edilən hissəsində dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, kollegiya qeyd edir ki, məhkəmə iddianı onun iki azyaşlı uşağı ilə birlikdə cavabdehlər X10, Cavabdeh2 yaşadıqları ünvan 2 ünvanda yerləşən evdən istifadə və yaşayış hüququnun tanınması və iki azyaşlı uşağı ilə birlikdə həmin evə köçürülməyini təmin etməməklə düzgün nəticəyə gəlsə də, həmin hissədə qətnamə maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul edilmişdir. Belə ki, işin araşdırılmış və faktiki halları ilə müəyyən olunur ki, Bakı şəhəri Nərimanov rayonu, Montin qəsəbəsi, Daş karxanası 393 saylı ev 11.06.1999-cu ildə verilmiş qeydiyyat vəsiqəsinə əsasən X3 mülkiyyətində olmuş, sonuncu 14.01.2001-ci ildə vəfat etmişdir. Cavabdehlər Mövlayeva Dı̇ lşad Salah qızı mərhumun həyat yoldaşı, Cavabdeh2 Əmı̇ r oğlu mərhumun oğlu, müstəqil tələb irəli sürən üçüncü şəxs X12 mərhumun qızıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra-MM) 1243.1-ci maddəsinə əsasən mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. MM-nin 1243.2-ci maddəsinə əsasən vərəsə mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Göründüyü kimi, mərhum mülkiyyətçi olan X3 həyat yoldaşı Mövlayeva Dı̇ lşad Salah qızı, uşaqları Cavabdeh2 Əmı̇ r oğlu və X12 mübahisəli evdə qeydiyyatda olmaqla və yaşamaqla mirası faktiki olaraq qəbul etmişlər. İddiaçı 01.10.2010-cu ildə Cavabdeh2 Əmı̇ r oğlu nikah qeyd etdirməklə ailə qurmuş, həmin evə gəlin gəlmiş, 2011 və 2014-cü illərdə iki uşaqları dünyaya gəlmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Hüquq münasibətlərinin yarandığı zamanı qüvvədə olan Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1-ci maddəsinə əsasən yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinə həmin mülkiyyətçi ilə ona məxsus olan yaşayış sahəsində birlikdə yaşayan mülkiyyətçinin arvadı (əri), habelə onun uşaqları və valideynləri aid edilir. Digər qohumlar, mülkiyyətçinin himayəsində olan əmək qabiliyyəti olmayanlar mülkiyyətçi tərəfindən ailə üzvləri kimi yaşayış sahəsinə köçürüldükdə, onun ailə üzvləri hesab edilə bilərlər. Göründüyü kimi, Cavabdeh2 Əmı̇ r oğlu mirası faktiki olaraq qəbul etməklə, miras şəriki olduğundan, ona münasibətdə İddiaçı mübahisəli evə ailə üzvü kimi istifadə hüququ yaranmışdır. Bakı şəhəri Sabunçu rayon Məhkəməsinin 29.05.2019-cu il tarixli qətnaməsi ilə Cavabdeh2 Əmı̇ r oğlu ilə İddiaçı arasında nikah pozulmuş, uşaqlar İddiaçı yanında saxlanılmış, uşaqların saxlanılması üçün Cavabdeh2 Əmı̇ r oğlundan alimentin tutulması qət olunmuşdur. Mübahisəli evlə bağlı 08 iyul 2019-cu ildə birinci növbə vərəsələr olan Mövlayeva Dı̇ lşad Salah qızı, Cavabdeh2 Əmı̇ r oğlu, X12 və X8 qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilmiş, 08 iyul 2019-cu il tarixli miras paya sərəncam müqaviləsinə əsasən Mövlayeva Dı̇ lşad Salah qızı, Cavabdeh2 Əmı̇ r oğlu və X13 öz paylarını X9 bağışlamışlar. Mübahisəli evə 30 iyul 2019-cu il tarixdə X4 mülkiyyət hüquqları qeydə alınmışdır. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddəsinə əsasən əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə keçmiş ailə üzvü arasında başqa razılaşma yoxdursa, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdə, keçmiş ailə üzvünün həmin yaşayış sahəsindən istifadə hüququ saxlanmır. Yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün yaşayış sahəsini əldə etməyə və ya yaşayış sahəsindən istifadə hüquqlarını həyata keçirməyə əsasları olmadıqda, yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün maddi vəziyyəti və diqqətə layiq digər hallar özünü yaşayış sahəsi ilə təmin etməyə imkan vermədikdə, keçmiş ailə üzvünün göstərilən mülkiyyətçiyə məxsus olan yaşayış sahəsindən müəyyən müddətə istifadə hüququ məhkəmənin qərarı əsasında saxlanıla bilər. Göründüyü kimi, İddiaçı ilə Cavabdeh2 Əmı̇ r oğlunun ailə münasibətlərinə xitam verildiyindən, iddiaçının mübahisəli evə istifadə hüququ saxlanılmır. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.5-ci maddəsinə əsasən əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə keçmiş ailə üzvü arasında başqa razılaşma yoxdursa, məhkəmənin bu Məcəllənin 30.4-cü maddəsinin müddəaları nəzərə alınmaqla qəbul edilmiş qərarı ilə müəyyənləşdirilən yaşayış sahəsindən istifadə müddəti başa çatdıqda, keçmiş ailə üzvünün yaşayış sahəsindən istifadə hüququna xitam verilir. Göstərilən müddət başa çatanadək keçmiş ailə üzvünün yaşayış sahəsindən istifadə hüququna mülkiyyətçinin yaşayış sahəsinə mülkiyyət hüququna xitam verilməsi ilə eyni vaxtda, yaxud məhkəmənin qərarı ilə belə hüququn saxlanmasına əsas olmuş hallar aradan qalxdıqda xitam verilir. Kollegiya Mənzil Məcəlləsinin 30.5-ci maddəsinə əsasən qeyd edir ki, hətta İddiaçı mübahisəli mənzilə olan istifadə hüququ X4 30.07.2019-cu ildə qeydə alınmış mülkiyyət hüququ ilə eyni vaxtda xitam verilmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1 və 228.2-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1 və 30.2-ci maddələrinin şərh edilməsinə dair 16 dekabr 2014-cü il tarixli Qərarının 1-ci bəndinə əsasən Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1-ci maddəsinin ikinci cümləsinin “digər qohumlar” ifadəsi Azərbaycan Respublikası Ailə Məcəlləsinin 15-ci Fəslinin müddəalarına əsasən yaşayış sahəsinin mülkiyyətçisindən özünün saxlanılmasını tələb etmək hüququ olan şəxsləri ehtiva edir. Kollegiya həmçinin qeyd edir ki, müstəqil tələb irəli sürən 3-cü şəxs X12 yaşayış sahəsinin mülkiyyətçisi olmaqla, iddiaçı və uşaqları ondan özlərinin saxlanılmasını tələb etmək hüququ olan şəxslər deyildir və ona görə də, iddiaçı və uşaqları mülkiyyətçi olan X4 ailə üzvü və digər qohumu hesab edilmədiyindən, onların həmin evə istifadə hüququ yaranmır. Buna görə də, iddia tələbi iddiaçının iki azyaşlı uşağı ilə birlikdə mübahisəli evə istifadə və yaşayış hüququnun tanınması və onun iki azyaşlı uşağı ilə birlikdə həmin evə köçürülməsi hissəsində təmin edilməməlidir. Kollegiya müstəqil tələb irəli sürən 3-cü şəxsin iddiası ilə bağlı aşağıdakıları qeyd edir: Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin 1-ci hissəsinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikasının Konstitusiyasının 29-cu maddəsinin 1-ci və 2-ci hissələrinə əsasən, hər kəsin mülkiyyət hüququ vardır, mülkiyyətin heç bir növünə üstünlük verilmir, mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Mülkiyyət hüququ insan hüquq və azadlıqlarına dair beynəlxalq-hüquqi aktlarda əsas, ayrılmaz və mühüm hüquqlardan biri kimi önəmli yer tutur (insan hüquqları haqqında Ümumi Bəyannamənin 17-ci maddəsi, İnsan hüquqlarının və əsas azadılıqların müdafiəsi haqqında Avropa Konvensiyasına əlavə 1 saylı Protokolun 1-ci maddəsi və s.). Mülkiyyət hüququ – subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquqdur (Mülki Məcəllənin 152.1-ci maddəsi). Lakin dövlət yalnız qanunvericiliklə müəyyən olunmuş qaydada və hallarda daşınar və daşınmaz əmlak üzərində əldə edilmiş mülkiyyət hüquqlarının tanınmasına və qorunmasına təminat verir. Öz növbəsində, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumu “F.Ə.Hüseynov və A.Ə.Qasımovun şikayətləri ilə əlaqədar məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 19 noyabr 2004-cü il tarixli qərarında göstərmişdir ki, mülkiyyət hüququnun tam həcmdə müdafiəsi hüquqi dövlətə xas olan ali dəyərlərdən biri kimi qiymətləndirilir. Azərbaycan Respublikası Konstitusiyası bu hüququ təsbit etməklə onun effektiv vasitələrlə təmin olunmasına zəmanət verir. Məhz buna görə də mülkiyyət hüququ əsas insan və vətəndaş hüquqları və azadlıqları sırasında göstərilmişdir. Kollegiya hesab edir ki, müstəqil tələb irəli sürən 3-cü şəxsin mülkiyyət hüquqlarını müdafiə edərək, mübahisəli evə istifadə hüququ yaranmayan iddiaçının əmlaklarının evdən çıxarılması ilə bağlı məhkəmənin gəldiyi nəticə düzdün olmuşdur. Buna görə də, qətnamə müstəqil tələb irəli sürən 3-cü şəxsin iddiasının təmin edilən hissəsində qanuni və əsaslı olduğu üçün dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 385.1.1-ci maddəsinə əsasən maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslardandır. Həmin Məcəllənin 384.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT ETDİ: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin 18 dekabr 2019-cu il tarixli, 2(005)-3795/2019 saylı qətnaməsi mübahisələndirilən hissədə-iddianın onun iki azyaşlı uşağı ilə birlikdə cavabdehlər X10, Cavabdeh2 yaşadıqları ünvan 2 ünvanda yerləşən evdən istifadə və yaşayış hüququnun tanınması və iki azyaşlı uşağı ilə birlikdə həmin evə köçürülməyinin təmin edilməyən hissəsində ləğv edilsin, həmin hissədə iş üzrə yeni qətnamə qəbul edilsin. İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iki azyaşlı uşağı ilə birlikdə mübahisəli evə istifadə və yaşayış hüququnun tanınması və onun iki azyaşlı uşağı ilə birlikdə həmin evə köçürülməsinə dair iddiası təmin edilməsin. Qətnamə mübahisələndirilən- müstəqil tələb irəli sürən üçüncü şəxs X4 iddiasının təmin edilən hissəsində dəyişdirilmədən saxlansın. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şıkayəti verilə bilər. Sədrlik edən hakim imza: Xəyal Sarıyev Hakimlər imzalar: Vüqar Həsənov Şərafət Məmmədova Əsli ilə düzdür: Hakim Xəyal Sarıyev
Məhkəmə qərarları › İş №2(103)-2938/2020
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-2938/2020
11.03.2020 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququnun tanınması - Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver