Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-2938/2025 27.10.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh "xxxx" MMC-yə qarşı iş üzrə QƏTNAMƏSİ Açar sözlər: (“işə bərpa, məcburi iş buraxmaya görə əmək haqqının və aylıq əmək haqqına əlavələrin ödənilməsi”) hakimlər X4 (sədrliyi və məruzəsi ilə), İmanov Azad Nizam oğlu və Məmmədov Məmməd Allahverdi oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Ağalı Leyla Rasim qızının katibliyi, İddiaçı və onun nümayəndəsi Vəkil1, cavabdeh "xxxx" MMC-nin nümayəndəsi Vəkil2 iştirakı ilə, İddiaçı Cavabdeh MMC-yə qarşı“ işə bərpa, məcburi iş buraxmaya görə əmək haqqının və aylıq əmək haqqına əlavələrin ödənilməsi” tələbinə dair Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)- 2585/2024 saylı işi üzrə 17 may 2024-cü il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq,müəyyən etdi İşin halları və iş üzrə məhkəmə icraat(lar)ı:
1. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh MMC-nin xx.xx.2023 tarixli, B062–T–23 nömrəli əmrinin ləğv edilməsi, onun əvvəlki işinə, Cavabdeh MMCnin “B2B müştəri qruplarının cəlb olunması üzrə bölmə rəhbəri” vəzifəsinə bərpa olunması, işə bərpa olunduğu vaxtadək məcburi işburaxmaya görə əmək haqqının tutulması; 2023-cü ilin iyul, avqust və sentyabr aylarına aid olan aylıq əmək haqqına əlavə bonusların (gəlir hissəsinə görə) cavabdeh təşkilatdan tutulub ona verilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini belə əsaslandırmışdır ki, ƏM-nin 72-ci maddəsində sadalanan halların heç biri onun əmək fəaliyyətində olmamışdır. O, Cavabdeh MMC-də 13 ildən artıq qüsursuz olaraq işləmişdir və iş fəaliyyətində heç bir qanun pozuntusu olmamışdır. Bundan əlavə Cavabdeh MMC tərəfindən dəfələrlə kvartal, illər üzrə ən yaxşı işçi adına layiq görülmüşdür. Xüsusi mükafatlara və sertifikatlara layiq görülmüşdür. Cavabdeh MMC-nin daxili qiymətləndirməsinə əsasən bu illər ərzində ilin ən yaxşı işçisi mükafatlarına layiq görülmüşdür. Onun aldığı qədər Cavabdeh MMC tarixində mükafatlandırılan olmamışdır. "xxxx" MMC-nin baş satış direktoru Zaur Bayramov və “B2B və Fix məhsulların satış departamenti”-nin direktoru Fuad Xəlilov özləri düşmənçilik zəminində, məqsədli formada təşkil edərək, onun işdən çıxarılmasına səbəbkar olmuşlar. Cavabdeh barəsində qəbul etdiyi xx.xx.2023-cü il tarixli əmri belə əsaslandırmışdır ki: Cavabdeh MMC-yə xidmət göstərilən "xxxx" MMC-nin Daxili və İnformasiya Təhlükəsizliyi İdarəsi tərəfindən aparılmış təftişin nəticələri üzrə hazırlanmış arayışa əsasən, Cavabdeh MMC-nin B2B satış şöbəsinin əməkdaşları tərəfindən bir sıra hallarda korporativ abunəçilərin cəlb edilərək onların istifadəsinə mobil nömrələrin ayrılması və həmin abunəçilərə mobil cihazların kreditlə satılması zamanı qüvvədə olan siyasət və prosedur tələbləri pozulmuşdur. Belə ki, araşdırma zamanı müəyyən edilmişdir ki, “X19” MMC ilə mobil rabitə xidmətlərinin göstərilməsinə dair müqavilə bağlanılmış və adı çəkilən şirkətə kreditlə 20000 manatdan yuxarı dəyərdə mobil telefonlar verilmişdir. Bundan başqa "xxxx" MMC ilə mobil rabitə xidmətlərinin göstərilməsinə dair müqavilə bağlanmış və bu şirkətə kreditə təqribən 7000 manat dəyərində mobil telefonlar verilmişdir. Halbuki, “Mobil aparatların/planşetlərin korporativ müştərilərə kreditlə satışı” Prosedurunun 5.3 və 6.1-ci bəndlərinə əsasən korporativ müştərilərə planşetlər/mobil aparatlar hal-hazırda 400 manatdan 1200 manatadək qiymət cədvəli əhatə edən sərfəli şərtlərlə təklif olunur. Adları çəkilən müəssisələrin cəlb olunmasının rəsmiləşdirilməsini və onlara mobil telefonların təhvil verilməsini təmin edən B2B satış şöbəsinin mütəxəssisi X11 verdiyi izahatda “Mobil aparatların və planşetlərin korporativ müştərilərə kredit və satışı” prosedurundan məlumatı olmadığını və rəhbəri tərəfindən bu barədə məlumatlandırıldığını bildirmişdir. Həmçinin araşdırma zamanı müəyyən edilmişdir ki, "xxxx" MMC, "xxxx" MMC (əvvəlki adı "xxxx" MMC), "xxxx" MMC və "xxxx" MMC-nin də cəlb edilmələri zamanı yuxarıda qeyd edilmiş prosedurun tələbləri pozulmuş, bu şirkətlərə müvafiq olaraq təqribən 20000 manat, 9000 manat, 18000 manat və 5500 manatdan yuxarı dəyərdə mobil telefonlar verilmişdir. “Mobil aparatların və planşetlərin” korporativ müştərilərə kredit ilə satışı” prosedurundan başqa adları çəkilən müəssisələrin cəlb edilməsi zamanı “Müştəri kreditlərinin idarəedilməsi” Siyasətinin də tələbləri pozulmuşdur. Belə ki, “X19” MMC-nin təsisçilərinin əcnəbi olmasına, "xxxx" MMC-nin cəlb edildiyi vaxt təsis edildiyi tarixdən 6 aydan, "xxxx" MMC-nin cəlb edildiyi vaxt isə təsis edildiyi tarixdən 12 aydan az müddət keçməsinə baxmayaraq, qeyd edilən şirkətlərə sonuncu qeyd edilən Siyasətin müddəaları nəzərə alınmadan xidmətlər təqdim edilmişdir. - “Müştəri kreditlərin idarə edilməsi” Siyasətinin 8.2.1-ci bəndinə görə vergi orqanında qeydiyyata alınması tarixi 6 aya qədər olan, təsisçiləri Pakistan, Hindistan, Çin, Banqladeş, İran və BƏƏ vətəndaşları olan müəssisələr yüksək risk kateqoriyalı müəssisələrdir ki, bu müəssisələrə ayrılan hər bir nömrənin kredit limiti 30 manatdan artıq, müəssisənin ümumi kredit limiti 3000 manatdan artıq olmamalıdır. Həmin siyasətin 8.2.3-cü bəndinə görə vergi qeydiyyatına alınma tarixi 6-12 ay aralığında olan müəssisələr orta risk kateqoriyalı hesab edilirlər ki, bu müəssisələrin cəlb edilməsi zamanı onların istifadəsinə ayrılmış hər bir nömrənin kredit limiti 100 manatdan, müəssisənin ümumi kredit limiti isə 10000 manatdan artıq olmamalıdır. Araşdırma zamanı müəyyən edilmişdir ki, “X19” MMC, "xxxx" MMC yüksək risk, "xxxx" MMC isə orta risk kateqoriyasına aid müəssisələr olsalar da, artıq yuxarıda göstərildiyi kimi təkcə ayrılmış mobil telefonlara münasibətdə “Müştəri kreditlərinin idarə edilməsi” Siyasətinin tələblərinin kobud şəkildə pozulması aşkar şəkildə müəyyən edilir. Araşdırma zamanı izahatı alınmış B2B satış şöbəsinin mütəxəssisi X12 mobil cihazların korporativ abunəçiyə verilməsinin hansı prosedur və qaydalar ilə tənzimləndiyi barədə məlumatı olmadığını bildirmişdir. B2B müştəri qruplarının cəlb olunması üzrə bölmə rəhbəri İddiaçı isə haqqında bəhs edilən şirkətlərin cəlb edilməsi zamanı müvafiq prosedur və siyasətə riayət edilməməsini həmin müəssisənin mobil nömrələrini rəqib mobil operatora daşımasının qarşısını alınması, onlardan gözlənilən gəlirlərin artıq olması səbəbindən istisnaların edilməsi ilə əlaqələndirmişdir. (ancaq iddiaçı izahatlarında belə qeydlər etməmişdir) Araşdırma nəticəsinə əsasən adıçəkilən müəssisələr Cavabdeh MMC tərəfindən göstərilən mobil rabitə xidmətlərinin və onlara kreditlə satılmış mobil telefonların dəyərini ödəməməklə Cavabdeh MMCyə 139216,0 manat ziyan vurulmuşdur. Göründüyü kimi cavabdeh tərəfindən iddiaçı barəsində qəbul edilmiş əmri onunla əsaslandırmışdır ki, o bölmə rəhbəri kimi Cavabdeh MMC tərəfindən təsdiq edilmiş “Müştəri kreditlərinin idarəedilməsi” Siyasətinin tələblərini, “Mobil aparatların və planşetlərin korporativ müştərilərə kredit ilə satışı” prosedurunu pozmuş və nəticədə iddiaçıya 139216,0 manat ziyan dəymişdir. Cavabdeh təşkilat əmri əsaslandırsa da, əmri qəbul edərkən, Əmək Məcəlləsinin 186.2 və 187.2-ci maddəsinin tələblərini ciddi şəkildə pozmuşdur. Onun tərəfindən qeyd olunan pozuntuların nə vaxt törədilməsi, həmin halların nə vaxt aşkara çıxarılması əmrdə göstərilməmişdir. Bu da onu göstərir ki, qəbul edilmiş əmr qanunun tələblərinə cavab vermir. Digər tərəfdən əmrdə onun tərəfindən şirkətə 139216,30 manat məbləğində ziyan vurulması qeyd olunsa da, bu halları təsdiq edən hər hansı mötəbər sübuta (Audit yoxlaması, qətnamə, hökm) istinad olunmamışdır. Yəni cavabdeh şirkətin əmrdə istinad etdiyi maddi ziyan faktı təsdiq olunmamışdır. Aşkar edilən digər pozuntuların barəsində ən ağır inzibati tənbehin seçilməsinə əsas verməsi baxımından da əmr əsaslandırılmamışdır. Cavabdeh əmrdə göstərmişdir ki, “X19” MMC, "xxxx" MMC yüksək risk, "xxxx" MMC isə orta risk kateqoriyasına aid müəssisələr olsalar da, artıq yuxarıda göstərildiyi kimi təkcə ayrılmış mobil telefonlara münasibətdə “Müştəri kreditlərinin idarəedilməsi” Siyasətinin tələblərinin kobud şəkildə pozulması aşkar şəkildə müəyyən edilir. Qeyd olunmalıdır ki, “İnternet Vergi İdarəsi” portalından əldə edilmiş məlumatdan görünür ki, "xxxx" MMC xx.xx.2020-ci il tarixdə dövlət qeydiyyatına alınmışdır. Belə olan halda onun qəbul etdiyi əmrə əsasən sözügedən şirkətə ayrılmış mobil telefonları xx.xx.2021ci ilədək olan müddətə təsadüf edilir. O isə tutduğu vəzifəyə xx.xx.2021-ci ildə təyin edilmişdir. “X19” MMC-yə və "xxxx" MMC-yə gəldikdə isə qeyd olunmalıdır ki, həmin şirkətlər də müvafiq olaraq xx.xx.2019-cu ildə və xx.xx.2021-ci ildə təsis edilmişlər. Cavabdehin əmrindən də göründüyü kimi qeyd olunan MMC-lərin cəlb edildiyi vaxt təsis edildiyi tarixdən 12 aydan az müddət keçməsinə baxmayaraq, qeyd edilən şirkətlərə yuxarıda qeyd olunan Siyasətin müddəaları nəzərə alınmadan xidmətlər təqdim edilmişdir. Göründüyü kimi əmrdə təsdiq olunur ki, cavabdehin əmrdə istinad etdiyi nöqsan, yaxud kobud pozuntu hesab etdiyi faktlar 2020, 2021 və 2022-ci ildə baş vermişdir. 2020-ci və 2021-ci ildə ildə baş verməsi ehtimal edilən faktlar üzrə qeyd olunmalıdır ki, o həmin vaxt bölmə rəhbəri vəzifəsində işləməmişdir. 2022-ci ildə baş verməsi ehtimal olunan fakt isə nəzərə alınsa ki, 1 ildən artıq müddətdir ki, baş vermişdir və həmin faktın üstündə 1 ildən çox müddət keçmişdir, cavabdeh tərəfindən həmin fatklara görə barəsində ən ciddi intizam tənbehi verməsi qanunazidd olmuşdur. Əmrdə həmçinin qeyd olunur ki, cavabdehə bağlanılan müqavilələr əsasında onun tərəfindən maddi ziyan vurulmuşdur. Cavabdeh MMC-yə xidmət göstərilən "xxxx" MMC-nin Daxili və İnformasiya Təhlükəsizliyi İdarəsi tərəfindən aparılmış təftişin nəticələri üzrə hazırlanmış arayışa istinad edir. İlk növbədə qeyd etmək lazımdır ki, aparılmış araşdırmada onun iştirakı təmin edilməmiş, araşdırma aparılmış dövr onun tutduğu həmin vəzifəyə təyin olunduğu dövrdən 1 ildən çox əvvələ təsadüf edir. Digər tərəfdən aparılmış yoxlamanın nəticələrində cavabdehin marağı olduğu üçün və həmin şirkət cavabdehə xidmət etdiyi üçün, tərtib edilmiş Təftişin nəticələri üzrə arayış mübahisəli əmrin qəbul edilməsi üçün mötəbər deyil. Yəni qeyd olunan əmr şübhə doğurduğu üçün və həmin arayışın mötəbərliyinə şübhələr kifayət qədər əsaslı olduğu üçün, həmin halı da əmrin qəbul edilməsində sübut kimi istifadə edilə bilməzdir. Qeyd olunanlardan əlavə cavabdeh tərəfindən qəbul edilmiş əmrdə istinad olunan hallarda onun hər hansı rolu, iştirakı və ya “təqsiri” olmamışdır. Belə ki, Əmrdə göstərilir ki, “X19” MMC-yə mobil rabitə xidmətlərinin göstərilməsinə dair müqavilə Bayram Rzazadə tərəfindən bağlanılmışdır. (2020 il 12 may tarixli) Bayram Rzazadə 2020-ci ilin yanvar ayından Cavabdeh MMC-də çalışmağa başlamışdır. (Korporativ satış meneceri) Həmin tarixdə o Korporativ Satış meneceri idi (Korporativ satış adminstratoru adi işçi). Bakcell B2B Satış departamentinin bölmə rəhbəri Fariz Cəfərov, departament rəhbəri isə (müqavilələri sonda imzalayıb təsdiqləyən) Fuad Xəlilov olmuşdur. Onun vəzifə dəyişikliyi xx.xx.2020 (01 İyul) tarixdə rəsmiləşdirilmişdir. Həmin dövrdən sonra Bayram Rzazadə onun rəhbərliyində çalışmağa başlamışdır. xx.xx.2023-cü ildə ondan ilk dəfə izahat alınmışdır. Daha sonra xx.xx.2023 tarixində ikinci izahat alınmışdır. O zaman o dəfələrlə şifahi bildirmişdir ki, “X19 və Prodizayn” MMC onun zamanında aktiv edilməmişdir. O zamanki rəhbərləri Fariz Cəfərov (Bölmə rəhbəri), Fuad Xəlilov isə Departament Direktoru idi. (müqavilələri imzalayıb təsdiqləyən) Daha sonra ikinci izahatda görəndə ki, yenə də “X19 və Prodizayn” MMC ona eyni şəkildə izahata salınıb, bu zaman 21 iyun tarixində izahatdan bir gün sonra rəsmi email yazaraq Daxili təhlükəsizlik əməkdaşlarına (iddiaçıdan izahatı alan) bir daha bildirmişdir ki, məsələnin necə olmasını xüsusi ilə qeyd etsinlər(email əlavə olunur). Ancaq 04 dekabr 2023-cü il tarixli, B062–T–23 saylı əmrdə yenə də həmin şirkətlər (Prodizayn MMC və X19) qeyd edilib o siyahıya salınmışdır. Qeyd olunmalıdır ki, X21 edilməsi proseduru Cavabdeh MMCnin xx.xx.2016-cı il tarixdə təsdiq edilmiş Daxili Proseduruna uyğun olaraq həyata keçirilir(COS– PRO–014). Yeni cəlb edilən müştərilərə kreditlə mobil cihazların satılması isə Cavabdeh MMC-nin “Mobil aparatların, planşetlərin Korporativ Müştərilərə Kreditlə satışı üzrə” CS–PR–NNN saylı xx.xx.2012 tarixli Daxili Proseduru əsas tutularaq həyata keçirilirdi. 04 dekabr B062– T–23 saylı əmrdə ilk səhifədə qeyd edilən Mobil aparatların, planşetlərin Korporativ Müştərilərə Kreditlə satışı CS–PR–NNN xx.xx.2012 tarixli proseduruna əsasən göstərilib ki, prosedurun 5.3 və 6.1 bəndlərinə əsasən korporativ müştərilərə kreditlə mobil cihazlar 400 manatdan 1200 manat olan qiymət aralığında satıla bilər. 2012-ci ildə 2015-ci ildə manatın devalivasiyasindan sonra bütün son model satılan mobil telefonların qiyməti 2500 manatdan yuxarı olmuşdur. Ancaq həmin prosedurun 5.9.4 bəndinə əsasən – Mobil aparatlar planşetlər üçün istifadə olunan qiymət cədvəli dəyişildikdə onun əsasında ilkin və aylıq ödəniş şərtləri dəyişilə bilər. 5.18-ci bəndə əsasən vaxtından əvvəl müqaviləyə xitam verilməsi və ya müqavilədə qeyd olunan şərtlərə riayət etmədikdə, korporativ müştəri (şirkətlər) mobil aparatların qalan məbləğini tam ödəməlidir. 5.21-ci bəndə əsasən təqdim edilən mobil aparatlara/planşetlərə görə bütün riskləri Korporativ (Yəni şirkətlər) müştəri özü daşıyır. Mobil aparatlar/planşetlər oğurlandıqda və ya itirildikdə yenisi ilə əvəz olunmur, cari borc olduqda müştəri nömrənin borcunu, itirilmiş və ya oğurlanmış mobil aparatların qalan məbləğini tam ödəyir. Mobil aparatların, planşetlərin Korporativ Müştərilərə Kreditlə satışı CS–PR–NNN xx.xx.2012 tarixli proseduruna əsasən – 5.22 bəndinə əsasən Mobil aparatların Planşetlərin qiymətləri təchizat və logistika şöbəsi tərəfindən təqdim olunacaq. 5.23-cü bəndə əsasən bu məlumat əsasında Korporativ müştərilərə təqdim olunan mobil aparatların planşetlərin şərtləri dəyişdirilə bilər. 5.24- cü bəndə əsasən Korporativ Satış şöbəsinin müdürünün köməkçisi (Oksana Kravçenko) hər ay mobil aparatların planşetlərin alış (Bakcell şirkətə təqdim olunan qiymət ) və satış (korporativ müştəriyə təqdim olunan qiymət) qeyd olunan aylıq hesabatı maliyyə şöbəsinə təqdim edir. Bundan əlavə email vasitəsilə “B2B və fix məhsulların satışı departamentinə” departamentə təqdim edir. Hamıya email göndərir hər ay , o emaila əsasən həmin cihazların kreditli satış zamanı aylığa düşən məbləğ və ümumi məbləği hesablanır. 5.25-ci bəndə görə bütün mobil aparatlar tələbnamə forması və hesab faktura əsasənda korporativ satış şöbəsinin köməkçisi tərəfindən anbardan sifariş olunacaq. Satış zamanı (move order) malın çıxarılışı yaradılır. Hər ay Korporativ satış departamentinin müdürünün köməkçisi tərəfindən anbara inventory hesabat təqdim olunacaq. Həmin prosedurun 5.2 bəndinə əsasən - Xidmətin aktivləşməsi (cihazların aktivləşməsi) yalnız Risk və Kredit nəzarət qrupunun təsdiqindən sonra edilə bilər. Bu da onu göstərir ki, mobil cihazlar risk qruplarına Prosedurun şərtlərinə zidd təqdim edilməsi təklif olunsa belə, sonda həmin xidmətin aktivləşdirilməsi daha yuxarı orqan tərəfindən təsdiqlənir. Yəni son qərar onun tərəfindən deyil, cavabdehin daha yüksək qurumları tərəfindən verilir. Bu da onu göstərir ki, əgər qəbul edilən qərarlar nəticəsində cavabdehə ziyan dəymişdir, həmin qərarın qəbul edilməsində bilavasitə məsuliyyəti o deyil, həmin xidmətlərin aktivləşdirilməsinə qərar vermiş nəzarət qrupları daşıyır. Göründüyü kimi prosedura əsasən onun heç bir şirkətə kredit telefon verilməsində nə icazə hüququ var, nə imza hüququ var. Bütün satışlar standart prosedurlara əsasən (aidiyyatı bölmələr tərəfindən yoxlanılıb təsdiqlənərək) həyata keçirilmişdir. Beləliklə, 04 dekabr 2023-cü il tarixli B062–T–23 saylı əmrdə ilk səhifədə qeyd edilən 5.3 və 6.1 bəndlərinin əsassız olması yuxarıda qeyd edilənlərlə tam təsdiq olunur. Belə ki, 2015-ci ildən o işdən çıxarılan günədək bütün kreditlə satılan son model telefonların qiymətləri (devalivasiyadan sonra) 2500 manatdan yuxarı olmuşdur. Bütün departament əməkdaşları cihazların yeni qiymətlərinə əsasən satışları həyata keçirmişlər. 04 dekabr 2023-cü il tarixli B062– T–23 saylı əmrdə ikinci səhifədə ilk abzasda qeyd edilən əməkdaş Bayram Rzazadə bildirmişdir ki, prosedurlardan xəbərdar olmamışdır. Bununla bağlı qeyd olunmalıdır ki, Bayram 2020-ci ilin yanvar ayında Cavabdeh MMC də B2B Satış departamentində çalışmağa başlamış və 2020-ci ilin iyul ayında onun rəhbər olduğu X21 edilməsi şöbəsinə keçmişdir. O dövrə kimi o da Bayram kimi adi satış meneceri olmuşdur. Yeni əməkdaş Cavabdeh MMC-yə gələrkən HR şöbəsinin aidiyyatı əməkdaşları tərəfindən məlumatlandırılır. Bütün prosedurlar onlara təqdim edilir. Bayram işə başlayıb və 7 ay sonra onun şöbəyə keçdiyi vaxta kimi bölmə rəhbəri Fariz Cəfərov, departament müdiri isə Fuad Xəlilov olmuşdur. O zamana kimi onun da rəhbəri, bölmə rəhbəri Fariz Cəfərov və departament direktoru Fuad Xəlilov olmuşdur. Bundan əlavə ümumi 6 şirkət göstərilmişdir, 04 dekabr 2023-cü il tarixli B062–T–23 saylı əmrdə ikinci səhifədə olan 6 şirkətin adları çəkilir. xx.xx.2020 Prodizayn MMC – Elvin İsayev aktiv etmiş (iddiaçıya qədər) bölmə rəhbəri Fariz Cəfərov idi, müqaviləni imzalayan isə – Fuad Xəlilov (sonra emailnan verib şirkəti xx.xx.2020 tarixdə iddiaçı rəhbər təsdiqləndiyi gün Bayram R). xx.xx.2020 Brobers MMC – Bayram Rzazadə, bölmə rəhbəri Hüseyn Əliev, X20, xx.xx.2021 Polin MMC – Bayram Rzazadə, bölmə rəhbəri Hüseyn Əliev – imzalayan Fariz Cəfərov olmuşdur. Bu şirkətlər Uber taksi şirkətləridir. Uzun müddət Bakcell işlədikdən sonra 2022 ilin fevral ayından sonra ödənişləri gecikdirməyə, daha sonra da özünü bankrot elan edib ödənişlərini ödəməmişdir (Bakcell, Azercell, Chinar plaza və s şirkətlərə borcları var). Digər qrup isə xx.xx.2020 X19 – Bayram Rzazadə (iddiaçıya qədər) bölmə rəhbəri Fariz Cəfərov, müqaviləni imzalayıb – Fuad Xəlilov, xx.xx.2021 Bilgəh mərkəzi – Bayram Rzazadə, bölmə rəhbəri Hüseyn Əliev –X20, xx.xx.2022 Total services – İslam Bababəyov, bölmə rəhbəri İddiaçı – imzalayan Fariz Cəfərov. 04 dekabr 2023-cü il tarixli B062–T–23 saylı əmrdə qeyd edilən 6 şirkətdən 4-nün müqaviləsini Fuad Xəlilov, 2-nin müqaviləsini isə Fariz Cəfərov imzalamışdır. 04 dekabr B062–T–23 saylı əmrdə qeyd edilən şirkətlərə telefonlar verilən zaman bildirilir ki, prosedur pozulmuşdur. Ancaq yuxarıda artıq göstərilmişdir ki, daxili prosedur üzrə yeni şirkətlərə cihazlar hansı formada verilir və kimlər tərəfindən təsdiq olunur və imzalanır. 04 dekabr B062–T–23 saylı əmrdə ikinci səhifə son abzasında “Bakcell MMC nin daxili Proseduru olan X21 edilməsi (COS–PRO–014) xx.xx.2016 tarixli proseduru əsas tutularaq yeni müştərilər cəlb edilirdi” qeyd edilmişdir. Bu prosedura əsasən Satış meneceri şirkətlə görüşüb hüquqi sənədlərini toplayıb sistemə daxil edir. Daha sonra, həmin prosedurun 2-ci bəndinə uyğun olaraq hüquqşünas əlaqənin və sənədlərin yoxlanmasını 1 iş günü ərzində yerinə yetirir. Direktorun müqaviləni imzalamaq səlahiyyətini yoxlayır. Məhsul şəxsin adının bütün sənəd paketlərində olmasını yoxlayır. Müqavilə tarixinin və nömrənin bütün sənəd paketlərində olmasını yoxlayır. Məhsul şəxsin etibarnaməsini (direktorun), şirkətin yaranma tarixini (əmrdə vurğulanmışdır ki, iddiaçı yoxlamalı idi), direktor xarici ölkə vətəndaşıdırsa onun müvəqqəti qeydiyyata aınması haqqında sənədi yoxlayır.
2. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 17 may 2024-cü il tarixli 2(011)-2585/2024 nömrəli qətnaməsi ilə iddia təmin olunmuş, İddiaçı əmək müqaviləsinə xitam verilməsi barədə Cavabdeh MMC-nin 04 dekabr 2023-cü il tarixli B062-T-23 nömrəli əmrin ləğv edilməsi, İddiaçı Cavabdeh MMC-nin “B2B müştəri qruplarının cəlb olunması üzrə bölmə rəhbəri” vəzifəsinə bərpa edilməsi, İddiaçı məcburi iş buraxmaya görə 04 dekabr 2023-cü il tarixdən işə faktiki bərpa ediləcəyi vaxtadək əmək haqqı və digər ödənişlərin (mükafat kimi ödəniləcək pul vəsaitləri – bonuslar) ödənilməsi qət edilmişdir. Qətnamədə Əmək Məcəlləsinin 7, 11, 54, 70, 72, 71.2, Mülki Prosessual Məcəllənin 14.2, 77.1-ci maddələrinə istinadən qeyd edilmişdir ki, cavabdeh tərəfindən iddiaçı ilə bağlanmış əmək müqaviləsinin 06 dekabr 2023-cü il tarixində Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən ləğv edilməsi əsassız olmaqla yanaşı əmək qanunvericiliyə zidd olmuşdur. Belə ki, əmrə əsasən, Cavabdeh MMC-yə xidmət göstərən "xxxx" MMC-nin Daxili və İnformasiya Təhlükəsizliyi İdarəsi tərəfindən aparılmış təftişin nəticələri üzrə hazırlanmış arayışa əsasən, Cavabdeh MMC-nin B2B Satış şöbəsinin əməkdaşları tərəfindən bir sıra hallarda korporativ abunəçilərin cəlb edilərək onların istifadəsinə mobil nömrələrin ayrılması və həmin abunəçilərə mobil cihazların kreditlə satılması zamanı qüvvədə olan siyasət və prosedur tələblərinin pozulması göstərilsə də, işdə olan sübutlarla təsdiq edimişdir ki, korporativ abunəçilərin cəlb edilərək onların istifadəsinə mobil nömrələrin ayrılması və həmin abunəçilərə mobil cihazların kreditlə satılması ilə bağlı xidmətin göstərilməsi yalnız Risk və Kredit nəzarəti qrupun təsdiqindən sonra edilə bilər. Yəni iddiaçı ilə əmək müqaviləsinin ləğv edilməsinə əsas olan pozuntularla bağlı iddiaçı məsuliyyət daşıyan şəxs kimi müəyyən edilməmiş, həmin məsələ ilə bağlı son qərarın qəbul edilməsi Risk və Kredit nəzarəti qrupuna həvalə edilmişdir. Cavabdeh iddiaçı tərəfindən qəsdən və ya səhlənkarlıqla, etinasızlıqla əmək funksiyasını, vəzifə borcunu (öhdəliklərini) yerinə yetirmədiyinə görə iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahənginin pozulduğu, işəgötürənin, habelə əmək kollektivinin (onun ayrı-ayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəymiş olduğu ilə bağlı mötəbər sübutları məhkəməyə təqdim etmədiyindən iddia tələbləri əsaslı olduğu üçün təmin edilməlidir.
3. İşin icraatı zamanı müəyyən edilən hallar: - İddiaçı 11 noyabr 2011-ci il tarixdə Cavabdeh LTD MMC Kommersiya Departamentində Müştəri Xidmətləri Şöbəsinin Məlumat Mərkəzi bölməsində X15 vəzifəsinə işə qəbul olunmuş, 17 sentyabr 2012-ci il tarixdə Pərakəndə Satış və X3 bölməsinin Təlimat yarımbölməsində Təlimatçı vəzifəsinə, 01 fevral 2013-cü il tarixdə Satış Administrasiyası bölməsində Xidmət Mərkəzlərinin keyfiyyətinə nəzarət üzrə koordinator vəzifəsinə, 01 may 2013-cü il tarixdə X9 Əsas Müştəri qrupları ilə iş üzrə Menecer vəzifəsinə, 03 fevral 2014-cü il tarixdə X1 vəzifəsinə, 20 iyul 2016-cı il tarixdə Satış və Marketinq Departamentinin B2B Satış və X7 Kiçik və Orta Müəssisələrlə iş bölməsində Korporativ Satış üzrə Baş Administrator vəzifəsinə, 17 oktyabr 2017-ci il tarixdə Satış İdarəsinin B2B satış bölməsinin Kiçik və orta müəssisələrlə iş bölməsinin korporativ satış üzrə baş administrator vəzifəsinə, 07 sentyabr 2018-ci il tarixdə Satış İdarəsinə Korporativ satış üzrə baş mütəxəssis vəzifəsinə, 01 iyul 2020- ci il tarixdə Satış idarəsinə B2B müştəri qruplarının cəlb olunması üzrə menecer vəzifəsinə, 02 avqust 2021-ci il tarixdə B2B müştəri qruplarının cəlb olunması üzrə bölmə rəhbəri vəzifəsinə keçirilmişdir ;- . Cavabdeh MMC-nin 04 dekabr 2023-cü il tarixli B062-T-23 nömrəli əmri ilə Cavabdeh MMC-nin B2B müştəri qruplarının cəlb olunması üzrə bölmə rəhbəri İddiaçı ilə Cavabdeh MMC arasında bağlanmış 03 fevral 2014-cü il tarixli, 1211/4 nömrəli əmək müqaviləsi 06 dekabr 2023-cü il tarixində Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən ləğv edilmiş, Cavabdeh MMC-nin B2B Satış Departamentinin mütəxəssisi X5 “sonuncu xəbərdarlıqla şiddətli töhmət” verilmiş, Cavabdeh MMCnin B2B Satış Departamentinin mütəxəssisi X6 “sonuncu xəbərdarlıqla şiddətli töhmət” verilmişdir ;- Cavabdeh MMC (müəssisələrarası satış və məhsul marketinqi üzrə şöbə müdiri Fuad Xəlilov) ilə korporativ abunəçi “X19” MMC (qanuni təmsilçisi Behbud Suvanverdiyev) arasında 12 may 2020-ci il tarixdə ***-**** nömrəli mobil rabitə xidmətlərinin göstərilməsinə dair müqavilə imzalanmışdır ;- Cavabdeh MMC (B2B satış üzrə rəhbər Fariz Cəfərov) ilə korporativ abunəçi "xxxx" MMC (qanuni təmsilçi Muradxan Əliyev) arasında 15 dekabr 2021-ci il tarixdə 648- 2021 nömrəli mobil rabitə xidmətlərinin göstərilməsinə dair müqavilə imzalanmışdır ;- Cavabdeh MMC (müəssisələrarası satış və məhsul marketinqi üzrə şöbə müdiri Fuad Xəlilov) ilə korporativ abunəçi "xxxx" MMC (qanuni təmsilçisi Turxan Hüseynov) arasında 14 aprel 2021-ci il tarixdə ***-**** nömrəli mobil rabitə xidmətlərinin göstərilməsinə dair müqavilə imzalanmışdır ;- Cavabdeh MMC (müəssisələrarası satış və məhsul marketinqi üzrə şöbə müdiri Fuad Xəlilov) ilə korporativ abunəçi "xxxx" MMC (direktor Həsəni Vüqar) arasında 19 may 2020-ci il tarixdə ***-**** nömrəli mobil rabitə xidmətlərinin göstərilməsinə dair müqavilə imzalanmışdır ;- Mobil Aparatların/planşetlərin Korporativ müştərilərə Kredit ilə satışına dair sənədin "xxxx" adlanan 5-ci bəndinə görə Şirkətin müəyyənləşdirilməsi aşağıdakı qaydada aparılır: 5.1. müraciət məktubu; 5.2. xidmətin aktivləşməsi yalnız Risk və Kredit nəzarəti qrupun təsdiqindən sonra edilə bilər; 5.3. korporativ müştərilərə planşetlər/mobil aparatlar hal-hazırda 400 manatdan 1200 manatadək (ƏDV daxil) qiymət cədvəli əhatə edən sərfəli şərtlərlə təklif olunur; 6.4. Korporativ satış şöbəsinin agenti mobil aparatların kreditlə satışı xidmətinin göstərilməsi təsdiqini yalnız Risk və Kredit nəzarəti üzrə qrup tərəfindən elektron poçt vasitəsilə aldıqdan sonra proseduru yerinə yetirə bilər; 6.10. Korporativ müştəri tərəfindən mobil aparatların 12, 18 ay ərzində vaxtında ödənilməsinin nəzarətinə görə Risklər üzrə qrup məsuliyyət daşıyır ;- 25 fevral 2023-cü il tarixli 8İ-1755 nömrəli icra qeydinə görə Bakı şəhəri 51 saylı notariat ofisinin xüsusi notariusu X13 “Notariat haqqında” Azərbaycan Respublikası Qanununun 76-cı maddəsinə əsasən təklif etmişdir ki, Cavabdeh MMC-nin xeyrinə "xxxx" MMC-dən ********* nömrəli müqaviləyə əsasən vaxtında ödənilməmiş 8184,29 manat, tələbkar tərəfindən ödənilmiş 25 manat məbləğində dövlət rüsumu (haqq) olmaqla cəmi 8209,29 manat pul tutulsun ;- 02 noyabr 2023-cü il tarixli 8İ-6286 nömrəli icra qeydinə görə Bakı şəhəri 19 saylı notariat ofisinin xüsusi notariusu X16 “Notariat haqqında” Azərbaycan Respublikası Qanununun 76-cı maddəsinə əsasən təklif etmişdir ki, Cavabdeh MMC-nin xeyrinə "xxxx" MMC-dən ********* nömrəli müqaviləyə əsasən müddət üçün vaxtında ödənilməmiş 11397,93 manat, tələbkar tərəfindən ödənilmiş 25 manat məbləğində dövlət rüsumu (haqq) olmaqla cəmi 11422,93 manat pul tutulsun ;- 27 fevral 2023-cü il tarixli 8İ-1681 nömrəli icra qeydinə görə Bakı şəhəri 38 saylı notariat ofisinin xüsusi notariusu X17 “Notariat haqqında” Azərbaycan Respublikası Qanununun 76-cı maddəsinə əsasən təklif etmişdir ki, Cavabdeh MMC-nin xeyrinə "xxxx" MMC-dən ********* nömrəli müqaviləyə əsasən müddət üçün vaxtında ödənilməmiş 23602,81 manat, tələbkar tərəfindən ödənilmiş 25 manat məbləğində dövlət rüsumu (haqq) olmaqla cəmi 23627,81 manat pul tutulsun ;- 8 oktyabr 2021-ci il tarixli 8İ-4396 nömrəli icra qeydinə görə Bakı şəhəri 3 saylı notariat ofisinin xüsusi notariusu X22 “Notariat haqqında” Azərbaycan Respublikası Qanununun 76-cı maddəsinə əsasən təklif etmişdir ki, Cavabdeh MMC-nin xeyrinə “X19” MMC-dən ********* nömrəli müqaviləyə əsasən müddət üçün vaxtında ödənilməmiş 26233,77 manat, tələbkar tərəfindən ödənilmiş 20 manat məbləğində dövlət rüsumu (haqq) olmaqla cəmi 26253,77 manat pul tutulsun ; - Bakı Kommersiya Məhkəməsinin e- 2-2(113)-2732/2023 saylı 04 sentyabr 2023- cü il tarixli qiyabi qətnaməsinə əsasən cavabdeh "xxxx" MMC-dən mobil cihazların dəyərinə görə 17.745 manat borcun, mobil cihazın dəyərinin ödənilməməsinə görə 257,25 manat cərimənin, abunə haqqı olan 8.965,98 manat borcun, rabitə xidmətlərinə görə 29.625,54 manat haqqın, vəkil xidmətlərinə görə xərclərin əvəzi olaraq 120 manat məbləğində pul vəsaiti və mediasiya xərclərinin əvəzi olaraq 400 manat məbləğində pul vəsaitinin tutularaq iddiaçı Cavabdeh MMC-nin xeyrinə ödənilməsi qət edilmişdir ;- "xxxx" MMC-nin Daxili və İnformasiya Təhlükəsizliyi İdarəsinin rəhbəri Samiq Seyidovun adına Bakcell Korporativ satış şöbəsinin, X21 olunması üzrə bölmə rəhbəri İddiaçı tərəfindən verilmiş 11 may 2023- cü il tarixli izahata əsasən İddiaçı 2010-cu ildən Bakcell şirkətində əlaqə mərkəzində operator vəzifəsində iş fəaliyyətinə başlamışdır. 2014-cü ildən Bakcell Korporativ satış şöbəsinin, satış meneceri vəzifəsində çalışmağa başlamış, 2020- ci ildən bu günə kimi Müştərilərin cəlb olunması üzrə bölmə rəhbəri vəzifəsində iş fəaliyyətini davam etdirir. Rəhbərlik etdiyi bölmədə müxtəlif dövrlərdə 2-4 nəfər əməkdaş çalışmışdır. Vəzifə öhdəliklərinə əsasən, şirkətlərin cəlb olunması müxtəlif yollarla həyata keçirilir, məsələn: şəxsi tanışlıq, internet portallar üzərindən, Elektron ünvan 1 və Elektron ünvan 2 elektron poçt ünvanları üzərindən daxil olan müraciətlər əsasında, rəhbər şəxslər tərəfindən yönləndirilən şirkətlərin cəlb olunması, eləcə də rəqib şirkətlərdən (əsasən Azercell-dən) müştərilərin cəlb olunması və mütəmadi olaraq keçirilən sərgilər zamanı müştərilərin cəlb olunması. Bu proses onun və rəhbərlik etdiyi bölmənin əməkdaşları tərəfindən həyata keçirilir. Eyni zamanda dövlət qurumları tərəfindən keçirilən tender proseslərində də iştirak edirlər. Cəlb olunan şirkətlərlə sorğulanan nömrə sayına görə görüşlər təyin olunur (çoxlu sayda nömrə tələbatı olduğu halda, o şirkətlərə daha çox üstünlük verilir) və danışıq zamanı görüşün yeri təyin olunur. Görüş yeri əsasən cəlb olunan şirkətin təklif etdiyi məkanlarda baş tutur, çox zaman cəlb olunan şirkətlərin ofislərində görüş təyin edilir. Şirkətlər cəlb olunduğu zaman, cəlb olunan şirkət tərəfindən təqdim olunan sənədlər-məlumatlar müqavilədə əks olunur. Təqdim olunan məlumatlar daimi olaraq hər hansı bir vəzifəyə təhkim olunmuş şəxs tərəfindən deyil, vergi sistemində məlumatları qeyd edilmiş qanuni təmsilçi, müdir və yaxud istənilən şəxsdən qəbul oluna bilər. Qanuni təmsilçi və müdir barədə məlumatlar vergi sisteminin portalında əks olunur və asanlıqla yoxlamaq mümkündür. Digər şəxslər tərəfindən təqdim olunan sənədlərin və eləcə də məlumatların düzgünlüyünü, eləcə də cəlb olunan şirkət tərəfindən təqdim olunan məlumatlarınsənədlərin dürüstlüyünü dəqiqliklə yoxlamaq üçün müvafiq resurslar mövcud deyildir. Qoşulan şirkətin növündən asılı olaraq, fiziki sahibkar və hüquqi şəxs olaraq qeydiyyat olunur. Fiziki şəxs adından bəlli olduğu kimi bir şəxs olaraq fəaliyyət göstərir, bunlar əsasən fəalliyyət sahəsi iaşə obyektləri, kənd təsərrüfatları məhsulları ilə məşğul olan sahibkarlardır. Hüquqi şəxslər isə nizamnamə kapitalına malik, eləcə hüquqi sənədlər toplusu ilə qeydiyyat olunmuş şirkətlər sayılır. Qoşulan şirkətin fəaliyyətini araşdırmaq üçün görüş zamanı qarşı tərəfə şirkətin fəaliyyətinə dair, işçi sayına, iş saatlarına, xidmət sahəsinə, birgə çalışdığı digər şirkətlərin və yaxud şəxslər barədə məlumat sorğulanır. Eləcə də cəlb olunan şirkət və yaxud şəxs barəsində tövsiyyə xarakterli məlumatlar verə biləcək şəxslər və ya şirkətlər barədə də məlumatlar toplanır, cəlb olunan şirkətlər barədə məlumatlar toplanaraq, cəlb edən əməkdaş tərəfindən müqavilə blankında müvafiq qeydlər aparılır və məlumatlar ECM sistemdə yerləşdirilir. 2022-ci il ərzində rüblük ortalama satış hədəfi şirkət sayına görə 45 şirkət, 1450 nömrə, 100000 manat məbləğində ödəniş təşkil edir. Qoşulan şirkətlərə mobil cihazların satışı xüsusi hallarda həyata keçirilir. Satış sahəsi üzrə şəxsi təcrübəsinə əsaslanaraq, rəhbərlik etdiyi bölmənin əməkdaşlarına cəlb olunan şirkətlərə mobil cihazların satışı zamanı tanımadıqları, fəaliyyətində əmin olmadıqları şirkətlərə qəti şəkildə mobil cihazların satışını həyata keçirməməklə bağlı dəfələrlə şifahi göstərişlər vermişdir. Cəlb olunan şirkətə mobil cihazların satılması ilə bağlı məlumatlar ECM sistem üzərindən daxil olur və orada təqdim olunan cihaz və şirkət barədə müvafiq məlumatlar əks olunur. ECM sistem üzərindən Daxil olan məlumatları nəzərdən keçirib, razılıq və yaxud müəyyən qane etməyən səbəblər olduğuna görə imtina edir. Yeni prosedura əsasən, şirkət cəlb olunub, qoşulduqdan sonra 6 ay müddətində qüsursuz iş birliyi olduğu halda, mobil cihazların satışına icazə verilir. Köhnə prosedura əsasən (2018-2022-ci ilin yay aylarına qədər) cəlb olunan şirkətlərə mobil cihazların təqdim olunmasına dair hər hansı bir kriteriya və yaxud qadağa yox idi ;- "xxxx" MMC-nin Daxili və İnformasiya Təhlükəsizliyi İdarəsinin rəhbəri Samiq Seyidovun adına Bakcell Korporativ satış şöbəsinin, kiçik və orta biznes və dövlət strukturları ilə iş üzrə mütəxəssisi İslam Bababəyov tərəfindən verilmiş 09 iyun 2023-cü il tarixli izahatdan görünür ki, cəlb olunan şirkətlər barədə təqdim olunan məlumatlardan əlavə məlumatlar toplanılmır və İ.Bababəyov tərəfindən müqavilə blankında müvafiq qeydlər aparıb ECM sistemdə yerləşdirir. ECM üzərindən bütün tədbirlərdən keçəndən sonra tərəflərindən imzalanmış müqavilə kuryer şirkətə imza üçün göndərilir. Aylıq ödənişlərdə gecikmə yoxdursa və PartPay/FullPay ödəniş növü olan şirkətlərə sorğu əsasında mobil və internet cihazlar verilir. Şirkət qoşulduqdan 3 ay sonra mobil cihaz təqdim edilir ;- "xxxx" MMC-nin Daxili və İnformasiya Təhlükəsizliyi İdarəsinin rəhbəri Samiq Seyidovun adına Bakcell Korporativ satış şöbəsinin rəhbəri X18 tərəfindən verilmiş 17 may 2023-cü il tarixli izahatdan görünür ki, cəlb olunan şirkətlər tərəfindən sorğulanan nömrə sayına əsasən, şirkət barədə müxtəlif məlumatlar sorğulanmalıdır. Məsələn, şirkətin fəaliyyət növü, işçi sayı, qoşulan nömrələrə görə ödəniş növü (fullpay, partpay, paybysubs) və şirkətin yerləşdiyi əraziyə (ofisə) baxış keçirildikdən sonra vizual dəyərləndirmə aparılmalıdır. Qoşulan şirkət tərəfindən təqdim olunan sənədlərə əsasən müqavilə tərtib olunur, şirkəti cəlb edən əməkdaş və onun bölmə rəhbəri ilk öncə müqaviləni imzaladıqdan sonra sənədlər ECM sisteminə (qeyd olunan sistem 2021-ci ilin sentyabr ayından istifadəyə verilib) yüklənir, sistem üzərindən əməkdaşın bölmə rəhbəri təsdiqlədikdən sonra ona yönəldilir. O da öz növbəsində müqaviləni nəzərdən keçirib, uyğunsuzluq aşkar olunmadıqda, növbəti yoxlama mərhələsinə - kredit nəzarət bölməsinə yönləndirir. Kredit nəzarət bölməsi tərəfindən prosedur üzrə yoxlanışlar aparıldıqdan sonra, müqavilənin imzalanması üçün ona təhkim olunur. Tərəflərindən qoşulan nömrələr üzrə fullpay və partpay nömrələrə daha çox üstünlük verilir. Belə ki, son statistikaya əsasən (2022-ci il üzrə), qoşulan şirkətlərin 70% üzəri partpay nömrələrin payına düşür. Qoşulan şirkətlərə mobil cihazların satışı köhnə prosedura (2018-2022-ci ilin noyabr aylarını əhatə edir) əsasən, qoşulan şirkətin vergi sistemində qeydiyyatı 6 aydan çox olmalıdır. Yeni prosedura əsasən (2023-cü ilin yanvar ayından qüvvəyə minib) qoşulan şirkətlərə mobil telefonların satışı, qoşulan şirkətin vergi sistemində qeydiyyatı və Bakcell MO ilə əməkdaşlığı 6 aydan yuxarı olmalıdır, şirkətin balansında olan nömrələrin 80%-i "xxxx" ödəniş növü ilə qeydiyyat olunmalıdır. Şirkətin vergi sistemində qeydiyyatı, vergi borcları və digər bu kimi məsələlər kredit nəzarət bölməsi tərəfindən yoxlanılır. Əlavə suallar yarandıqda və yaxud şirkətin fəaliyyətinə dair şübhə doğuran məqamlar olduqda, şirkət ilə əlaqə saxlanılır və yaxud ECM sistem üzərində şirkətin yoxlanılması üçün əlavə olaraq Fraud managment və yaxud Təhlükəsizlik əməkdaşlarına müraciət olunur. Şirkətin fəaliyyətində yaranmış boşluqlar və yaxud maliyyə çatışmazlıqları ilə bağlı məlumatlar ilkin olaraq kredit-nəzarət bölməsi tərəfindən təqdim olunur. Alınan məlumatlar əsasında rəhbərlik etdiyi şöbənin bölmə rəhbərlərinə yaranmış çətinliklə bağlı ilkin məlumat yönləndirilir. Şirkətin faəliyyətində yaranmış ciddi pozuntularla bağlı, birbaşa şirkəti cəlb edən əməkdaşla fərdi söhbət aparıb, şirkətin fəaliyyətini araşdırıb, mövzü ilə bağlı addımların atılması mexanizmi tərtib olunur. Əməkdaşlıq olunan şirkət ilə bağlı yaranmış çətinliyin aradan qaldırılmasında heç bir nailiyyət əldə olunmadığı təqdirdə kreditnəzarət bölməsi mövcüd vəziyyət ilə bağlı məlumatlandırılır və prosedura əsasən, müvafiq addımlar atılır. Eyni zamanda şəxsi təşəbbüsü əsasında şübhə doğuran qeyri-sağlam şirkətlər barəsində məlumat “Biznesə dəstək” bölməsinə məlumat verilir və şirkətlərə göstərilən xidmətlərin dayandırılması tapşırığı verilir.
4. Cavabdeh qətnamənin ləğv edilməsi, iddianın təmin edilməməsi barədə yeni qətnamə çıxarılması barədə apellyasiya şikayəti təqdim etmiş və Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-4578/2024 nömrəli, 22 oktyabr 2024-cü il tarixli qətnaməsi ilə apellyasiya şikayəti qismən təmin olunmuş, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-2585/2024 nömrəli iş üzrə 17 may 2024-cü il tarixli qətnaməsinin digər ödənişlər, mükafat kimi ödəniləcək pul vəsaitləri – bonusların ödənilməsi hissəsində dəyişdirilərək, İddiaçı xeyrinə Cavabdeh MMC-dən 2023- cü ilin iyul, avqust və sentyabr aylarına görə aylıq əmək haqqına əlavə bonusların (gəlir hissəsinə görə) tutulması, qətnamənin qalan hissədə dəyişdirilmədən saxlanılması qət edilmişdir.
5. Cavabdeh kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv, iddia tələbinin rədd edilməsinə dair yeni qərar qəbul edilməsini xahiş etmişdir.
6. Azərbaycan Respublikası Ali Məhkəməsinin 2(102)-527/2025 saylı işi üzrə xx.xx.2025-ci il tarixli qərarı ilə Cavabdeh kassasiya şikayətinin qismən təmin edilməsi, Bakı Apellyasiya Məhkəməsinin 2(103)-4578/2024 nömrəli, 22 oktyabr 2024-cü il tarixli qətnaməsinin ləğv edilməsi, işin yeni apellyasiya baxışına qaytarılması qərara alınmışdır. Qərarda Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68.1, 70-ci maddənin ç bəndinə, 71.2, 80, 187.3, 300.1; Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 88, 416.1, 416.2, 417.1.1, 418.1, 418.3-cü maddələrinə istinadən qeyd edilmişdir ki, məhkəmə kollegiyası apellyasiya instansiyası gəldiyi nəticəni düzgün hesab etmir. İşdən görünür ki, iddiaçı 10 yanvar 2011-ci il tarixdə MMC-də işə qəbul olunmuş, müxtəlif vəzifələrdə işləmiş, iddiaçının sonuncu vəzifəsi 02 avqust 2021-ci il tarixdən B2B müştəri qruplarının cəlb olunması üzrə bölmə rəhbəri olmuşdur. İddiaçının əmək müqaviləsinə 04 dekabr 2023-cü il tarixdə Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən xitam verilmiş, əmrin verilməsinə əsas kimi iddiaçının 6 şirkətlə mobil rabitə xidmətlərinin göstərilməsinə dair müqavilə bağlaması, həmin şirkətlərə mobil xidmətlər və avadanlıqlar satılarkən “Mobil aparatların/planşetlərin korporativ müştərilərə kreditlə satışı” Prosedurunun müvafiq bəndlərinin pozulması, nəticədə MMC-yə zərər dəyməsi göstərilmişdir. Belə ki, iddiaçı tərəfindən MMC-nin qüvvədə olan siyasət və prosedur tələbləri pozulmuş 12 may 2020-ci il tarixdə “X19” MMC; 19 may 2020-ci il tarixdə "xxxx" MMC ("xxxx" MMC); 03 noyabr 2020-ci il tarixdə "xxxx" MMC; 14 aprel 2021-ci il tarixdə "xxxx" MMC; 15 dekabr 2021-ci il tarixdə "xxxx" MMC; və 14 yanvar 2022-ci il tarixdə "xxxx" MMC ilə “Mobil rabitə xidmətlərinin göstərilməsinə dair” müqavilələr bağlanmışdır. Apellyasiya instansiyası məhkəməsi ilk dörd şirkət ilə müqavilələrin müvafiq olaraq xx.xx.2020, xx.xx.2020, xx.xx.2020 və xx.xx.2021-ci il tarixlərdə bağlanmasını, həmin şirkətlərlə bağlı aşkar edilmiş pozuntulara görə iddiaçıya iki il keçdikdən sonra – xx.xx.2023-cü il tarixli əmrlə intizam tənbehi verilməsini (əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən xitam verilməsi) qanunsuz hesab etmişdir. Nəzərə alınsa ki, Əmək Məcəlləsinin maddə 187-ci maddəsinin 3-cü hissəsinə görə müəssisənin maliyyə-təsərrüfat fəaliyyətinin auditinin (yoxlanılmasının, təftiş aparılmasının) nəticələri ilə aşkar edilmiş vəzifə hüquqpozması ilə bağlı intizam xətalarına görə isə işçiyə həmin xətalar törədildiyi gündən iki il keçdikdən sonra intizam tənbehi verilə bilməz, belə olan halda apellyasiya instansiyası məhkəməsinin iddiaçıya adları çəkilən dörd şirkət - “X19” MMC, "xxxx" MMC, "xxxx" MMC və "xxxx" MMC. ilə bağlı intizam tənbehinin iki il keçdikdən sonra, yəni intizam məsuliyyətinə cəlbetmə müddəti keçdikdən sonra verilməsini qanunsuz olması barədə gəldiyi nəticə əsaslı olmuşdur.Həmçinin apellyasiya instansiyası məhkəməsi onu da müəyyən edib ki, iddiaçı Satış idarəsinə B2B müştəri qruplarının cəlb olunması üzrə 01 iyul 2020-ci il tarixdə menecer vəzifəsinə, 02 avqust 2021-ci il tarixdə isə bölmə rəhbəri vəzifəsinə keçirilmişdir ki, bu da “X19” MMC və "xxxx" MMC ("xxxx" MMC) ilə müqavilələr bağlandığı dövrdə iddiaçının hələ baş mütəxəssis vəzifəsində işlədiyi dövrə, "xxxx" MMC və "xxxx" MMC ilə müqavilə isə iddiaçının menecer vəzifəsində işlədiyi dövrə təsadüf etmişdir. Yəni bu müqavilələr iddiaçının hələ bölmə rəhbəri vəzifəsinə keçirilməsindən əvvəlki dövrdə bağlanmışdır. Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsini bu mövqeyini də əsaslı hesab edir. Belə ki, qeyd edilən şirkətlərlə müqavilə bağlanan zaman iddiaçı B2B müştəri qruplarının cəlb olunması üzrə bölmə rəhbəri olmadığı üçün onun həmin şirkətlərlə bağlanan müqavilə üzrə məsuliyyəti istisna olmuşdur. Bununla belə digər iki şirkət - "xxxx" MMC və "xxxx" MMC ilə bağlanan müqavilələr üzrə iddiaçının məsuliyyətinin istisna edilməsi barədə apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə ziddiyyətli və əsassız olmuşdur. Belə ki, apellyasiya instansiyası məhkəməsi özü də müəyyən edib ki, "xxxx" MMC və "xxxx" MMC ilə müqavilələr iddiaçının bölmə rəhbəri olduğu dövrdə bağlanmışdır.Buna baxmayaraq, apellyasiya instansiyası məhkəməsi "xxxx" MMC-nin Daxili və İnformasiya Təhlükəsizliyi İdarəsinin rəhbəri Samiq Seyidovun adına Bakcell Korporativ satış şöbəsinin, kiçik və orta biznes və dövlət strukturları ilə iş üzrə X8 tərəfindən verilmiş izahata əsasən hesab etmişdir ki, “Total Services MMC ilə İslam Bababəyov danışıqlara başlamış, Şirkətlə bağlı araşdırma onun tərəfindən aparılmış, toplanmış məlumatlar müvafiq olaraq satışa dəstək qrupuna göndərilmiş və sonrakı hərəkətlər həyata keçirilmişdir. Yəni bu şirkətlə bağlı hər hansı prosedur tələblərinin pozulmasına görə iddiaçı məsuliyyət daşımamışdır. "xxxx" MMC-yə münasibətdə isə apellyasiya instansiyası məhkəməsi göstərmişdir ki, iddiaçı tərəfindən xx.xx.2021-ci il tarixdə elektron formada “email” vasitəsi ilə Aqil Asadov, Mahbuba Gasımli, Natavan Aliyeva, Credit Control, Risk and Credit Control, Fariz Jafarov, Bayram Rzazadə, Elnur İsgandarova göndərilmiş müraciətdə göstərilmişdir ki, “Hörmətli həmkarlar (Credit Control şöbəsi) qeyd etmək istərdim ki, bu şirkət yeni bir proyektdir. Ümumi Vüqar bəyin bütün şirkətlərini Bakcellə keçiririk. Bu ayın sonu əlavə 650 nömrələrini də daşıyırıq Bakcell operatoruna. Vüqar bəyin şirkətlərindən aylıq 80000 AZN gəlir gözlənilir. Onun şirkətlərindən biri olan Polin MMC şirkəti də yeni bir layihədir. Bilirik, xəbərimiz var ki, ilkin müqavilə zamanı 200 nömrədən artıq icazə verilmir aktivasiya etməyə. Ancaq sizdən xahişim bu şirkətin aktivasiyasına fors-major halı kimi baxasınız. Şirkət ilkin mərhələdə 300 nömrə aktiv edir, ancaq yanvardan etibarən nömrələrin sayı artacaq. Şirkətdən (Polin MMC) illik 100000 AZN gəlir gözləyirik. Xahiş edirəm aktivasiyanı dayandırmayasınız (istisna hal kimi “ok” verəsiniz). Vüqar bəylə artıq 3 aydır danışıqlar aparırıq. Azercell operatoruna daşımaq istəyirdilər nömrələri. Uzun danışıqlardan sonra razı sala bildik ki, bizimlə əməkdaşlıq eləsinlər.” Apellyasiya instansiyası məhkəməsinin mövqeyinə görə "xxxx" MMC ilə bağlı iddiaçı rəhbər şəxslərə, həmçinin Risk və Kredit nəzarət qrupuna şirkətlə bağlı müraciət etmişdir. Daxili Prosedurlara görə xidmətin aktivləşməsi (cihazların aktivləşməsi) yalnız Risk və Kredit nəzarət qrupunun təsdiqindən sonra edilə bilər. Başqa sözlə, son qərar iddiaçı tərəfindən deyil, cavabdehin daha yüksək qurumları tərəfindən verilir. Yəni göstərilən şirkət "xxxx" MMC ilə müqavilənin bağlanması nəticəsində cavabdehə ziyan vurulmuşdursa da belə, MMC ilə müqavilənin bağlanması iddiaçının təkbaşına verdiyi qərar nəticəsində olmamışdır, iddiaçı aidiyyəti şəxslərə MMC ilə müqavilənin bağlanması ilə bağlı müraciət etmiş, daxili prosedurlara müvafiq olaraq mərhələlərdən keçmiş və lazimı razılıq olduqdan sonra müqavilə bağlanmışdır. Apellyasiya instansiyası məhkəməsinin qənaətinə görə korporativ abunəçilərin cəlb edilərək onların istifadəsinə mobil nömrələrin ayrılması və həmin abunəçilərə mobil cihazların kreditlə satılması ilə bağlı xidmətin göstərilməsi yalnız Risk və Kredit nəzarəti qrupun təsdiqindən sonra edilə bilər. Yəni iddiaçı ilə əmək müqaviləsinin ləğv edilməsinə əsas olan pozuntularla bağlı iddiaçı məsuliyyət daşıyan şəxs kimi müəyyən edilməmiş, həmin məsələ ilə bağlı son qərarın qəbul edilməsi Risk və Kredit nəzarəti qrupuna həvalə edilmişdir. Cavabdeh iddiaya etirazında iddiaçının çalışdığı B2B müştəri qruplarının cəlb olunması üzrə bölmə rəhbərinin vəzifə təlimatına istinadən göstərmişdir ki, yeni müştəriləri cəlb etmək məqsədilə yeni təkliflər təqdim etmək, məlumatları toplamaqla, təhlil etməklə və ümumiləşdirməklə həftəlik aylıq işlərlə bağlı hesabatlar hazırlamaq, daxili nizam-intizam qaydaları və iş prosedurlarına hörmətlə yanaşmaq və onlara riayət etmək B2B müştəri qruplarının cəlb olunması üzrə bölmə rəhbərinin əmək funksiyalarına aiddir. Vəzifə təlimatının məzmunu ilə iddiaçı tanış olaraq imzası ilə təsdiq etmişdir. İddiaçı cavabdehin müəssisədaxili intizam qaydası olan Prosedur və Siyasətin tələblərinə uyğun gəlməyən X21 edilməsi məqsədilə yeni təkliflər təqdim etmiş, onlar haqqında məlumatları toplayıb təhlil etməmiş, nəticədə həmin müştərilərlə müqavilə bağlanmasını təmin etmişdir. Göründüyü kimi, cavabdeh iddiaçının çalışdığı B2B müştəri qruplarının cəlb olunması üzrə bölmə rəhbərinin vəzifə təlimatına yeni müştəriləri cəlb etmək məqsədilə yeni təkliflər təqdim etmək, məlumatları toplayıb təhlil etməklə və ümumiləşdirməklə həftəlik aylıq işlərlə bağlı hesabatlar hazırlamaq, daxili nizam-intizam qaydaları və iş prosedurlarına hörmətlə yanaşmaq və onlara riayət etmək kimi funksiyaların daxil olduğunu göstərmişdir. Apellyasiya instansiyası məhkəməsi isə cavabdehin bu dəlilinə münasibətdə hər hansı qiymətləndirmə aparmamış, cavabdehin qeyd etdiyi məsələlərin iddiaçının çalışdığı B2B müştəri qruplarının cəlb olunması üzrə bölmə rəhbərinin vəzifə təlimatına aid olub-olmamasına, həmin təlimatda göstərilənlərin iddiaçı tərəfindən əməl edilib-edilməməsinə aydınlıq gətirməmişdir. Bu baxımdan, korporativ abunəçilərin cəlb edilərək onların istifadəsinə mobil nömrələrin ayrılması və həmin abunəçilərə mobil cihazların kreditlə satılması ilə bağlı xidmətin göstərilməsinin yalnız Risk və Kredit nəzarəti qrupun təsdiqindən sonra mümkün olması, bununla da iddiaçı ilə əmək müqaviləsinin ləğv edilməsinə əsas olan pozuntularla bağlı iddiaçının məsuliyyət daşıyan şəxs kimi müəyyən edilməməsi, həmin məsələ ilə bağlı son qərarın qəbul edilməsinin Risk və Kredit nəzarəti qrupuna həvalə edilməsi barədə apellyasiya instansiyası məhkəməsinin dəlili ona görə ziddiyyətlidir ki, belə olan halda, iddiaçının B2B müştəri qruplarının cəlb olunması üzrə bölmə rəhbəri kimi vəzifəsinin nədən ibarət olmasının əhəmiyyəti sual doğurur. Həmçinin son qərarın qəbul edilməsinin Risk və Kredit nəzarəti qrupuna həvalə edilməsi iddiaçının B2B müştəri qruplarının cəlb olunması üzrə bölmə rəhbəri kimi vəzifə təlimatına əməl etməməsinə əsas verə bilməz. Əks halda, iddiaçının bölmə rəhbərinin vəzifə təlimatına uyğun hərəkət edib-etməməsi müəyyən edilmədən, belə yanaşma cavabdeh təşkilatda, ümumiyyətlə, B2B müştəri qruplarının cəlb olunması üzrə bölmənin rəhbəri vəzifəsinin zərurətini sual altına qoyur. Nəzərə alınmalıdır ki, işəgötürən kimi cavabdeh iddiaçıya B2B müştəri qruplarının cəlb olunması üzrə bölmənin rəhbəri vəzifəsini həvalə edib, iddiaçı bölmənin işinə rəhbərlik edir və cavabdeh təşkilatdan da həmin vəzifəyə uyğun əmək haqqı alır. Bölmə rəhbəri kimi vəzifə təlimatına əməl etməsi iddiaçının vəzifəsidir. Həmin təlimata uyğun hərəkət edilmədiyi halda, son qərarın qəbul edilməsinin Risk və Kredit nəzarəti qrupuna aid olması əsası ilə iddiaçının məsuliyyəti bütün hallarda istisna ediləcəksə, belə olan təqdirdə, cavabdehin iddiaçıdan bölmə rəhbəri vəzifəsində işləməsindən gözləntiləri də nəzərə alınmalıdır.Bundan əlavə, apellyasiya instansiyası məhkəməsinin istinad etdiyi, xx.xx.2021- ci il tarixdə elektron formada “email” vasitəsi ilə Aqil Asadov, Mahbuba Gasımli, Natavan Aliyeva, Credit Control, Risk and Credit Control, Fariz Jafarov, Bayram Rzazadə və Elnur İsgandarova göndərilmiş müraciətdə İddiaçı “Polin MMC” şirkətinin yeni bir layihə olmasını, ilkin müqavilə zamanı 200 nömrədən artıq nömrənin aktivasiya edilməsinə icazə verilməməsindən xəbərdar olmasını bildirmiş, ancaq bu şirkətin aktivasiyasına forsmajor halı kimi baxılmasını xahiş etmiş, şirkətə ilkin mərhələdə 300 nömrə aktiv edilməsini təklif etmiş, yanvardan etibarən nömrələrin sayının artmasını, "xxxx" MMCdən illik 100000 AZN gəlir gözlənilməsini bildirmiş, aktivasiyanı dayandırmamağı (istisna hal kimi “ok” verilməsini) xahiş etmişdir. Göründüyü kimi, "xxxx" MMC ilə istisna qaydasında (ilkin şərtlərə uyğun olmamasına baxmayaraq) müqavilə bağlanması təklifi B2B müştəri qruplarının cəlb olunması üzrə bölmənin rəhbəri kimi iddiaçıdan gəlmişdir. Bu baxımdan, Risk və Kredit nəzarəti qrupunun iddiaçıya sonuncunun məhz bölmə rəhbəri kimi öz vəzifə təlimatına əməl etməsinə güvənməklə etimad göstərməsinin iddiaçının məsuliyyətini istisna edib-etməməsinə qiymət verilməmişdir. Müqavilələrin aktiv edilməsi ilə bağlı son qərarın qəbul edilməsinin Risk və Kredit nəzarəti qrupuna həvalə edilməsi və bu səbəbdən "xxxx" MMC ilə müqavilənin bağlanması nəticəsində cavabdehə ziyan vurulmuşdursa da belə iddiaçının məsuliyyətinin istisna edilməsi barədə apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə həm də ona görə ziddiyyətlidir ki, apellyasiya instansiyası məhkəməsi bir tərəfdən 4 şirkət – “X19” MMC, "xxxx" MMC ("xxxx" MMC), "xxxx" MMC və "xxxx" MMC ilə müqavilələrin bağlanmasının iddiaçının baş mütəxəssis və menecer vəzifəsində işlədiyi dövrə təsadüf etməsinə, bununla da onun məsuliyyətinin olmamasına istinad etmiş, digər tərəfdən də, iddiaçının bölmə rəhbəri kimi işlədiyi dövrdə "xxxx" MMC və "xxxx" MMC ilə bağlanan müqavilər üzrə də onun məsuliyyətinin istisna etmişdir. 4 şirkətlə bağlanan müqavilər üzrə iddiaçının məhz bölmə rəhbəri olmadığı üçün məsuliyyət daşımaması barədə gəlinən nəticənin məntiqi əksi odur ki, iddiaçı həmin şirkətlərlə müqaviləyə bağlanan zaman bölmə rəhbəri olsa idi, məsuliyyət daşıyacaqdı, lakin baş mütəxəssis və menecer olduğu üçün məsuliyyət daşımır. Bu məntiqdən çıxış edilərsə, belə olan halda, digər 2 şirkət – "xxxx" MMC və "xxxx" MMC ilə müqavilələr bağlanan zaman iddiaçı bölmə rəhbəri kimi məsuliyyət daşımalı idi. Göründüyü kimi, apellyasiya instansiyası məhkəməsi eyni məsələyə dair iki fərqli mövqe nümayiş etdirmişdir. Beləlilklə, məhkəmə kollegiyası belə qənaətə gəlir ki, kassasiya şikayəti qismən təmin edilməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi ləğv edilməli, iş yeni apellyasiya baxışına qaytarılmalı, işə yenidən baxan məhkəmə hazırki qətnamənin ləğv olunma əsası kimi yuxarıda şərh edilən pozuntuları aradan qaldırmalı, iddiaçının vəzifə təlimatı və bununla bağlı digər məsələlərə, o cümlədən işəgötürənə zərər dəyib- dəyməməsinə aydınlıq gətirməklə mübahisənin tam, hərtərəfli və obyektiv həlli baxımından bütün zəruri prosessual hərəkətləri etməli, tərəflərin hüquq münasibətinə və işin müəyyən edilmiş hallarına uyğun gələn maddi hüquq normalarını düzgün tətbiq etməklə qanuni və əsaslı qərar qəbul etməlidir. Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri:
7. Cavabdehin apellyasiya şikayətində qeyd edilmişdir ki, ƏM-in 72-ci maddəsində sadalanan kobud pozuntuların hər hansı bir ziyanla nəticələnməsini işəgötürən sübut etməyə borclu deyildir və həmin pozuntulardan istənilən birinin işçi tərəfindən törədilməsi kifayətdir ki, işəgötürən əmək müqaviləsini birtərəfli qaydada ləğv etsin. İddiaçının hərəkəti nəticəsində cavabdehə maddi ziyan vurulması Audit Arayışı və digər sənədlər əsasında sübut edilmişdir. İddiaçı tərəfindən Cavabdehə ziyan vurulmasa da, hüquq pozuntusuna yol verilməsi onunla əmək müqaviləsinin işəgötürənin təşəbbüsü ilə ləğv edilməsinə əsasdır. İddiaçının müəssisədaxili qaydalardan xəbərsiz olması ağlabatan deyildir. Müştərilər barəsindəlazımi ehtiyatlılıq tədbirləri görmək iddiaçının əmək funksiyalarına aiddir. Ləğvetmə Əmri tam etibarlıdır. İntizam xətasına görə məsuliyyətə cəlb etmə müddəti keçməmişdir. Cavabdehin iddiaçı ilə heç bir qərəzliyi olmamışdır. “Yeni sirket Polin MMC” başlıqlı elektron məktub iddiaçının müəssisədaxili qaydadan kənaraçıxmaya yol verdiyini təsdiq edir. İddiaçı həmkarlar ittifaqının üzvü olmasını təsdiq edən hər hansı sübut təqdim etməmişdir. Apellyasiya icraatında müəyyən edilən hallar və məhkəmə prosesi iştirakçılarının izahatları:
8. İddiaçı apellyasiya şikayətinə qarşı elektron məhkəmə informasiya sistemi vasitəsilə yazılı etirazını təqdim etmiş, etirazda qeyd edilmişdir ki, iddiaçının vəzifə öhdəlikləri onunla bağlanmış əmək müqaviləsində konkret göstərilmişdir və həmin vəzifə öhdəlikləri aşağıdakılar olmuşdur: • Bakcell şirkətinin Korporativ seqmentdə üstün mövqeyini təmin etmək üçün şirkətin bazar payının artırılmasını təmin etmək. • Sənayedəki trendlər , bazar fəaliyyəti və rəqiblər haqda daim məlumatlı olmaqla məhsulların daim təkmiilləşdirilməsi və ya yeni məhsulların təqdim olunmasının yollarını müəyyənləşdirmək. • Yaradıcı düşüncə tərzi \ Şirkətin uğuruna hədəflənmiş yeni ideyalar , sistemlər və münasibətlər inkişaf etmirmək və yaratmaq qabiliyyəti • Əlaqələr qurmaqla , perspektivli münasibətlərin inkişaf etdirilməsi ilə Bakcell şirkətinin məhsullarını və xidmətlərini satmaq • Yeni müştəriləri cəlb etmək məqsədilə yeni təkliflər təqdim etmək və mövcud proqramları təklilləşdirmək • Əsas potensial müştəri tərəfindən diktə edilən rəsmi qiymət təklifi prosesinin bir hissəsi olaraq , ətraflı təklif sənədini hazırlamaq. • Bazarda Bakcell şirkəti barədə xüsusi həllər təklif edən şirkət təsviri yaratmaq • Rəhbərlik tərəfindən qoyulan bütün hədəflərə çatmaq və yeni şirkətlər cəlb etməklə müştəri kütləsini artırmaq. • Şirkət və şirkətin mövcud və potensial B2B müştəriləri arasında vasitəçilik etmək. • Bazarın araşdırılmasını həyata keçirmək və müştərilərin tələblərini analiz etmə bacarığı. • Şirkət standartlarını təsis etməklə və onları həyata keçirməklə keyfiyyətli xidmət göstərmək. • Məlumatları toplamaqla , təhlil etməklə və ümumiləşdirməklə , həftəlik , aylıq işlərlə bağlı ümumi hesabat hazırlamaq. • Şirkət standartlarını təsis etməklə və onları həyata keçirməklə keyfiyyətli xidmət göstərmək. • Motivasiya etmə bacarığı , işçilər arasında qarşılıqlı hörmət və əməkdaşlığa əsaslanan komanda əhval ruhiyyəsini, həvəsləndirməyi və yaratmağı bacarmaq. • Satış üzrə ən yaxşı nəticələri idarə etməklə işçilər arasında sağlam iş rəqabətini yaratmaq. • Müştərilərə dəstək göstərmək və məlumatlandırmaqla , onlarla münasibətləri qoruyub saxlamaq , yeni imkanlar axtarmaq və tövsiyyə vermək \ gəlirlərin artırılması və xidmətlərin təkmilləşdirilməsi ilə bağlı tövsiyyələr vermək. • Şirkəti ticarət sərgilərində , tədbirlərdə və nümayişlərdə təmsil etmək • Məhsul və ya xidmət haqqında potensial müştərilərə izahat vermək • Hədəflərə nazil olmaq üçün işçilərin iş prosesini yoxlamaq və təhlil etmək • Tez və nəticə yönümlü qərarlar qəbul etmək , problemin həll edilməsində ən yaxşı qərarların qəbul edilməsi üçün məlumatları təhlil etmək və nəticələri qiymətləndirmək bacarığı • Müştərilərin business fəaliyyətini və tələblərini aydın şəkildə başa düşmək. • Şirkətin gözlənti səviyyəsini və qayəsini işləyib hazırlamaq və bütün bölmə işçilərinin nəzərinə çatdırmaq. Bu şirkətin korporativ qayəsinə və məqsədlərinə müvafiq olmalıdır. • Bazar , rəqiblər və müştərilər haqqında məlumat toplamaq. • Öz vəzifəsinə aid rəhbərliyin verdiyi birbaşa tapşırıqları yerinə yetirmək. • Daxili nizam intizam qaydaları və iş prosedurlarına hörmətlə yanaşmaq və onlara riayət etmək. • Rəhbərliyin təyin etdiyi və təqdim etdiyi satış planlarını həyata keçirmək. Vəzifə öhdəliklərindən də göründüyü kimi iddiaçının hər hansı bir şirkətin Standart prosedur əsasında aktivləşdirilməsinə görə heç bir məsuliyyət olmamışdır. Əsas şərtlər şirkətin Daxili Prosedurlarına əməl olunması olmuşdur. X27 – “Yeni potensial müştərilərin cəlb edilməsi” adlanır və COS_RPO_014 kodu ilə 2016-cı ildə təsdiq edilmişdir. Qeyd olunan prosedur qayda cavabdeh şirkətin 10-a yaxın vəzifəli şəxsi tərəfindən yoxlanılmış və təsdiq edilmişdir. Qeyd olunan prosedur şirkətin sirri hesab edilir və iddiaçının, yaxud onun vəkilinin qeyd olunan prosedur qaydalarını əldə etmək qeyri-mümkündür. Lakin kassasiya instansiya məhkəməsinin göstərişlərini icra etmək üçün qeyd olunan prosedur qayda mütləq qaydada tələb edilməli, yaxud könüllü olaraq cavabdeh şirkət tərəfindən məhkəməyə təqdim edilməlidir. Həmin prosedur qaydalar təqdim edilmədən kassasiya instansiya məhkəməsinin göstərişlərini icra etmək qeyri-mümkündür. Müştərilərin cəlb edilməsi ilə bağlı prosedur qaydalar aşağıdakılardan ibarətdir: Risk və kredit nəzarəti üzrə bölməsi tərtəfindən tələb olunan sənədlərin toplanmasını, müştərinin qiymətləndirilməsini və Bakcell tərəfindən ona kredit limitini təyin edilməsini müəyyən edir. Bundan sonra müştərini yoxlayır, qiymətləndirir və ona kredit limitini təyin edir. Hüquqşunas müqavilənin tarixlərinin və nömrələrinin sənədlərdə olmasını, direktorun müqaviləni imzalamaq səlahiyyətini olmasını, məsul şəxsin etibarnaməsini, xarici şirkət olduqda direktorun qeydiyyat sənədlərini, şirkətin yaranma tarixi və sair sənədləri yoxlayır. Kredit nəzarəti ( Risk və credit control departamenti) müştərinin qiymətləndirilməsini edir, kredit limiti və digər meyarlar şərtlərə uyğun yerinə yetirilirsə müqavilənin təsdiqlənməsi və ya şərtlərə uyğun deyilsə müqavilənin rədd edilməsini yerinə yetirir. Müştərilərin qiymətləndirilməsi məqsədi ilə müştəri şirkətə zəng edir və edilmiş zənglər qeydə alınmalıdır. Eyni zamanda cihazların satılan zaman şübhəli məqamlar olarsa, Risk və Kredit nəzarəti üzrə mütəxəssis Korporativ satış adminstratoru ilə birlikdə ünsiyyət qurmaq üçün şəxsən müştərinin ofisinə gedə bilər. Risk və kredit nəzarəti üzrə mütəxəssis, müştəri şirkətin mövcudluğunu Dövlət Vergi orqanın internet səhifəsində yoxlayır, internetdə müştəri şirkət haqqında məlumatı axtarır, Şirkətin məlumat almaq üçün şirkətin əlaqəli şəxsinə zəng edir, şirkətin Bakcell şirkəti ilə başqa bir müqavilənin olub - olmamasını yoxlayır. Bundan sonra aylıq gəlir haqq hesabına və digər parametrlərə əsasən müştəriyə kredit limitini təyin edir. Risk və kredit nəzarəti üzrə qrup, digər şöbələr tərəfindən müştəri şirkətin müəyyən olunması qaydalara uyğun olmadıqda və ya sənədlər tam olmadıqda müqaviləni rədd edir. Göründüyü kimi qeyd olunan prosedur qaydalara əsasən "xxxx" MMC və "xxxx" MMC adlı şirkətlərin yeni müştəri kimi cəlb edilməsi prosesində iddiaçının vəzifə öhdəliklərini pozması və yaxud lazımi qaydada icra edilməməsi ümumiyyətlə müəyyən olunmur. Digər tərəfdən qeyd olunmalıdır ki, hər il aktiv edilən şirkətlərdən ortalama 3 faizdən 10 faizə kimi hissələri "xxxx" (öhdəliyi vaxtında icra etməyən, problemli müştəri) siyahısına düşür. İddiaçının rəhbər olduğu illər ərzində 670-dən artıq şirkət aktiv edilib (yalnız İddiaçı komandası) . Bu hər il olan normal bir prosesdir. "xxxx"a düşən şirkətlər məhkəməyə verilir ( çünki müqavilə Bakcell MMC və hüquqi şəxs arasında imzalanıb). Növbəti mərhələlərdə məhkəmə qərarına əsasən proseslər icra edilir. Müştərilərin öz öhdəliklərini icra etməməsi iddiaçının öz əmək vəzifələrini, yaxud əmək funksiyalarını icra edilməməsi kimi qiymətləndirilə bilməz. Eyni zamanda bu şirkətə vurulmuş ziyan kimi sayıla bilməz. Əgər təqdim olunan şirkətlər onlara verilən güzəştlərə uyğun olmamışdılarsa, buna görə cavabdehliyi bu güzəştlərin verilməsinə qərar vermiş şəxs daşımalıdır. Eyni zamanda həmin şirkətlərin güzəşt altına düşüb-düşməməsini yoxlamaq iddiaçının rəhbər olduğu şöbə deyil, hüquq şöbəsi və Risk və credirt Control Departamentinə aid olan məsələdir. Yəni, cavabdehin əsas iradı ondan ibarət olmuşudr ki, iddiaçının cəlb etdiyi müştərilər risk dairəsində olan müştərilər olmuş və öz öhdəliklərini yerinə yetirmədikləri üçün şirkətə ziyan dəymişdir. Halbuki, məhkəməyə təqdim edilmiş məhkəmə qərarlarında da göründüyü kimi öhdəliklərin icra edilməməsi ilə bağlı həmin şirkətlərdən məhkəmə qaydasında yaranmış borc tutulmuşdur. Əgər borc məhkəmə qaydasında tutulmuşdursa, hansı ziyandan söhbət gedə bilər. Əgər cəlb edilmiş müştəri öhdəlikləri icra etmirsə, bu iddiaçının vəzifə öhdəliklərini kobud şəkildə pozulması kimi hesab edilə bilərmi? Təbii ki, heç bir halda bu hal vəzifə öhdəliklərinin pozulması kimi qiymətləndirilə bilməz və heç bir halda AR ƏM-in 70-ci maddəsinin “ç” bəndi ilə işdən azad olunması üçün əsas deyil. Əgər belə bir əsas işdən çıxarılması üçün əsas hesab edilirsə, bu halda bankda işləyən bütün kredit verən şəxslər AR ƏM-in 70-ci maddəsinin “ç” bəndi ilə işdən çıxarılmalıdır. Digər tərəfdən, əgər qeyd olunan şirkətlər yüksək risk kateqoriyalı şirkətlər olmuşdursa, bu halda həmin halların (onların riski kateqoriyasına aid olması) yoxlanılması iddiaçının vəzifə öhdəliklərinə aid olmuşdurmu? Cavabdehin qəbul etdiyi əmrdən də göründüyü kimi həmin əmr onunla bağlı olmuşdur ki, iddiaçı "xxxx" MMC və "xxxx" MMC-nin yüksək risk kateqoriyasına aid olmasını yoxlamadan qeyd olunan şirkətlərə icazə verilən limitdən artıq krediti verilməsinə səbəb olmuş və nəticədə şirkətə maddi ziyan dəymişdir. Halbuki, həmin meyarların yoxlanılması iddiaçının ümumiyyətlə vəzifə öhdəliklərini aid olmamış və güzəştli kreditin verilməsi ilə bağlı son qərarın qəbul edilməsi ümumiyyətlə iddiaçının vəzifə öhdəliklərinə aid olmamışdır. Eyni zamanda "xxxx" MMC və "xxxx" MMC adlı şirkətlərin yüksək risk kateqoryiasına aid olmaları, sadəcə olaraq onlara ayrılan kredit limitlərinin daha məhdud olmasına səbəb ola bilərdi. Həmin şirkətlərin, digər şirkətlər kimi sonradan öz öhdəliklərini yerinə yetirməmələri adi və hətta riskli olmayan şirkətlərdə də baş verən haldır və qeyd olunduğu kimi həmin məsələlər məhkəməyə müraciət edilməklə həll olunur. Qeyd olunan şirkətlərin müştəri kimi cəlb edilməsi ilə bağlı iddiaçının üzərinə düşən və prosedur qaydalarında olan hər hansı şərt və yaxud vəzifə öhdəliyi (funksiyası) pozulmamış və belə pozuntunu təsdiq edən hər hansı sübut işəgötürən tərəfindən məhkəməyə təqdim olunmamışdır. Cavabdeh ümumi sözlərlə daxili prosedur qaydaların pozulmasına istinad etsə də, bunun konkret olaraq hər hansı sübutla təsdiq edə bilməmişdir. Beləliklə, kassasiya instansiya məhkəməsinin göstərişlərinə uyğun olaraq gətirdiyimiz dəlillər iddiaçının iki şirkətə münasibətdə də hər hansı vəzifə öhdəliklərinin pozulması halı müəyyən edilmir.
9. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli qərardadı ilə iş üzrə auditor ( məhkəməmühasibat) ekspertizası təyin edilmiş, ekspertizanın aparılması Azərbaycan Respublikası Auditorlar Palatasına həvalə edilmişdir. Azərbaycan Respublikası Auditorlar Palatası tərəfindən təqdim edilmiş audit rəyinin nəticə hissəsində qeyd edilmişdir ki, İddiaçı Cavabdeh MMC şirkətində B2B qrupunun rəhbəri olduğu dövrdə 2 şirkət-"xxxx"MMC və "xxxx" MMC şirkətləri ilə bağlanmış müqavilələri üzrə, iddiaçı bölmə rəhbəri (vəzifəli şəxs) kimi vəzifə təlimatlarına əməl etmiş,onun tərəfindən hər hansı təqsirli hərəkət və ya hərəkətsizliyə yol verilməmişdir. İddiaçı tərəfindən Cavabdeh MMC şirkətinə ziyan dəyməmişdir.
10. İddiaçı tərəfindən elektron məhkəmə informasiya sistemi vasitəsi ilə mülahizə təqdim etmiş, mülahizədə qeyd edilmişdir ki, Ali Məhkəmə qərarında göstərmişdir ki, apellyasiya məhkəməsinin dörd şirkət (“X19” MMC, "xxxx" MMC, "xxxx" MMC və "xxxx" MMC) ilə bağlı gəldiyi nəticə əsaslı olmuş, həmin müqavilələrin bağlanması ilə əlaqədar iddiaçının məsuliyyət daşımadığı düzgün qiymətləndirilmişdir. Buna görə də həmin hissədə əlavə araşdırmaya ehtiyac yoxdur. "xxxx" MMC və "xxxx" MMC-yə münasibətdə isə Ali Məhkəmə vəzifə funksiyası ilə məsuliyyət arasında əlaqənin aydınlaşdırılmasını, iddiaçının bu müqavilələrin bağlanmasında hansı rolu və səlahiyyəti olduğunu, eləcə də zərərin yaranıb-yaranmadığını araşdırmağı tapşırmışdır. İş yeni apellyasiya baxışına qaytarıldıqdan sonra iddiaçı tərəfindən etiraz və mülahizələr təqdim edilmiş və etirazda qeyd olunmuşdur ki, iddiaçının əmək müqaviləsində vəzifə öhdəlikləri konkret müəyyən edilmiş, bu öhdəliklər müştərilərin cəlbi və satış planlarının icrası ilə məhdudlaşmış, kredit limiti və risk qiymətləndirilməsinə aid olmamışdır. Cavabdeh MMC-də “Yeni potensial müştərilərin cəlb edilməsi” adlı COS_RPO_014 kodlu və 2018-ci il tarixli “Müştəri kreditlərinin idarə olunması siyasəti” (X10 Policy) daxili prosedurlara əsasən, müştərinin qiymətləndirilməsi, risk dərəcəsinin müəyyən edilməsi və kredit limitinin təsdiqi yalnız Risk və Kredit Nəzarəti Departamentinin səlahiyyətinə aid edilmişdir. Bu prosedurlarda iddiaçının hər hansı məsuliyyət daşıması nəzərdə tutulmamışdır. Müştərinin öhdəliyi pozması əmək funksiyalarının pozulması sayılmır və belə hallar şirkət tərəfindən məhkəmə qaydasında həll olunur. Cavabdeh tərəfindən prosedur qaydalarının pozulması barədə iradlar sübuta yetirilməmişdir. Ali Məhkəmənin göstərişinə uyğun olaraq apellyasiya instansiya məhkəməsi tərəfindən ekspertiza təyin edilmiş və audit rəyi alınmışdır. Qeyd olunan audit rəyini və etirazda göstərilən dəlilləri əsas tutaraq qeyd etmək olar ki, audit rəyi də etirazda göstərilən arqumentləri təsdiq edir və iddiaçının "xxxx" MMC və "xxxx" MMC ilə bağlanmış müqavilələr üzrə hər hansı maliyyə pozuntusuna və ya zərər yaranmasına səbəb olmadığı qənaətini əsaslandırır. Audit yoxlaması zamanı Cavabdeh MMC-nin 2022–2023-cü illər üzrə mühasibat və satış əməliyyatları araşdırılmış, müvafiq müqavilələrin icrası dövründə məsul şəxslərin və funksional bölmələrin fəaliyyət dairəsi müəyyən edilmişdir. Yoxlamanın nəticələri göstərmişdir ki: 1. Müqavilələrin bağlanması və təsdiqlənməsi mərhələsində iddiaçı yalnız satış planlarının yerinə yetirilməsi üzrə ilkin kommersiya təkliflərini təqdim etmiş, lakin müştərinin maliyyə sabitliyinin qiymətləndirilməsi və kredit limitinin müəyyən edilməsi prosesində iştirak etməmişdir. Bu funksiyalar “Risk və Kredit Nəzarəti Departamenti” və “Maliyyə İdarəetməsi Departamenti” tərəfindən həyata keçirilmişdir. 2. Risk dərəcəsinin qiymətləndirilməsi barədə sənədlər (audit əlavəsinin 2.1 və 2.3 nömrəli cədvəlləri) göstərir ki, "xxxx" və "xxxx" MMC-lərin kredit limiti “COS_RPO_014” kodlu və 2018-ci il tarixli “Müştəri kreditlərinin idarə olunması siyasəti” (X10 Policy) daxili prosedurlara uyğun olaraq risk analitiklərinin rəyi əsasında təsdiq edilmişdir. Həmin qərarlarda iddiaçının imzası və ya təsdiqedici razılığı yoxdur. 3. Müştərilərin öhdəliklərinin pozulması nəticəsində yaranmış gecikmiş borclar üzrə şirkətin zərəri sonradan məhkəmə qaydasında tələb edilmiş, vəzifəli şəxslərin məsuliyyətinə dair hər hansı daxili araşdırma və ya intizam tədbiri tətbiq olunmamışdır. Audit araşdırması bu halların struktur səviyyəsində prosedur riskləri ilə bağlı olduğunu, fərdi vəzifə öhdəliyi pozuntusuna aid olmadığını müəyyən etmişdir. 4. Maliyyə axınlarının və sənəd dövriyyəsinin təhlili nəticəsində müəyyən edilmişdir ki, iddiaçının imzası yalnız satış sifarişinin ilkin mərhələsində (müştəri məlumat forması) mövcuddur və bu hüquqi öhdəlik yaratmır. Müqavilənin hüquqi qüvvəyə minməsi üçün müvafiq təsdiqləmə mərhələləri digər səlahiyyətli şəxslər tərəfindən icra olunmuşdur. 5. Zərərin yaranması faktı üzrə audit rəyinin nəticə hissəsində (bənd 5.3) göstərilmişdir ki, Cavabdeh MMC-nin ümumi zərəri konkret əməkdaşın fəaliyyəti ilə deyil, bazar riskləri və müştərilərin maliyyə öhdəliklərinin icra etməməsi ilə bağlıdır. Beləliklə, audit rəyinin nəticələri etirazda göstərilən hüquqi arqumentləri tam şəkildə təsdiqləyir və iddiaçının işdən azad edilməsinə əsas verən halların sübuta yetirilmədiyini bir daha göstərir. Başqa sözlə desək, iddiaçının vəzifə səlahiyyətlərini aşması və ya pozması faktı təsdiqlənməmişdir. Zərərin yaranması ilə iddiaçının fəaliyyəti arasında səbəb-nəticə əlaqəsi mövcud deyil. Şirkətin daxili prosedurları üzrə məsuliyyət daşıyan bölmələr (“Risk və Kredit Nəzarəti Departamenti”) zərərin qarşısının alınması üçün lazımi qiymətləndirməni aparmalı olmuşdur. Bu əsaslarla audit rəyi, həm hüquqi, həm də faktiki cəhətdən, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 17 may 2024-cü tarixli qətnaməsində gəlinmiş nəticənin dəyişdirilmədən saxlanılmasını zəruri edən sübutlardan biri kimi qəbul edilməlidir. Digər tərəfdən, 2018-ci il tarixli “Müştəri kreditlərinin idarə olunması siyasəti” (X10 Policy), "COS_RPO_014 kodlu" X21 edilməsi 2016 il tarixli və digər daxili prosedurlar aydın şəkildə göstərir ki, müştərinin risk dərəcəsinin qiymətləndirilməsi, kredit limitinin təsdiqi və hüquqi verifikasiyanın aparılması Risk və Kredit Nəzarəti departamenti, Maliyyə idarəetməsi departamenti və Hüquq şöbəsinin səlahiyyətindədir. Satış və ya müştəri cəlb edən bölmənin funksiyası yalnız şirkətin hüquqi sənədlərini toplamaq və sistemə daxil edib, aidiyyəti bölmələrə yoxlanış və təsdiqlər üçün təqdim etməkdir. Sonrakı prosedurlar və yaranacaq öhdəliklər üzrə İddiaçı hər hansı məsuliyyət daşımır və daşıya bilməz. Çünki verilən sonrakı qərarlar İddiaçı nə əmək funksiyasına, nə də vəzifəsinə aid deyil. Deməli, cəlb edilmiş müştərilərə görə riskin İddiaçı hər hansı aidiyyəti yoxdur və ona qarşı irəli sürülən «ittiham» – riskli müştərilərlə müqavilələr bağlanması – onun əmək funksiyasına aid olmayıb. 2018-ci il tarixli “Müştəri kreditlərinin idarə olunması siyasəti” (X10 Policy) xx.xx.2018-ci il tarixində 12 rəhbər və Departament tərəfindən təsdiqlənmiş (Azerconnect MMC-nin Baş Direktoru Emil Məsimov daxil) şirkətin daxili prosedurudur. Həmin siyasətə əsasən Kredit limitinin qiymətləndirilməsi və təsdiqinə görə Kreditə Nəzarət (Credit Control) məsuliyyət daşıyır. Belə ki, həmin siyasətin 1.12-ci bəndinə əsasən Kreditə Nəzarət (Credit Control) Müştərilərə verilən kredit limitlərinin idarə olunması, ödənişlərin izlənməsi və borcların yığımı üzrə məsul olan şöbə və ya komandadır. Həmin siyasətin aşağıda göstərilən 5-ci (Öhdəliklər və Məsuliyyətlər) bölməsinə əsasən Müştərinin uyğunluğunu qiymətləndirmək və Kredit idarəetmə proseslərinin düzgün icrasını təmin etmək öhdəliyi və məsuliyyətin hansı bölmənin üzərində olması göstərilmişdir. 5.1. Kreditə Nəzarət (CC) / Xəzinədarlıq Şöbəsi / Maliyyə Bölməsi məsuliyyət daşıyır: 5.1.1. Debitor borcların yüksək keyfiyyətini qorumaq və eyni zamanda MNO müştərilərinin əldə edilməsini təmin etmək, bununla da yalnız sağlam kredit riskləri daşıyan müştərilər seçilir; 5.1.2. Müştərinin əldə edilməsi zamanı MNO Satış Bölməsinin qarşılaşa biləcəyi əsassız riskləri minimuma endirmək; 5.1.3. Razılaşdırılmış Kredit Şərtlərinə əsasən qəbul olunan ödənişlərin idarə olunması; 5.1.4. Müştərinin / Abunəçinin kredit limiti üçün uyğunluğunu analiz etmək və kredit-limit xəttinin təyin edilməsini təmin etmək; 5.1.5. Sənədlərin tamlığını və qiymətləndirmə kriteriyalarına uyğunluğunu təmin etmək; 5.1.6. Bütün müştəri zənglərinin və sorğularının razılaşdırılmış SLA müddətində effektiv və səmərəli şəkildə Trek Studio və/və ya C&DC Biznes Xidməti vasitəsilə cavablandırılmasını təmin etmək; 5.1.7. Kreditin idarə olunması ilə bağlı siyasətlərin və proseslərin düzgün icrasını təmin etmək. 5.3. CSO (Baş Satış Direktoru) və CFO(Baş Maliyyə Direktoru) aşağıdakılara görə məsuliyyət daşıyır: 5.3.1. Yüksək Dəyərli MNO müştəriləri üçün VVİP BKC və VİP Nar üzrə Kredit Limit Xətlərinin təsdiqi. Siyasətin aşağıda göstərilən 10-cu (Kredit limitinin müəyyənləşdirilməsi mexanizmi və biznes qaydaları) bölməsində kredit limitinin qiymətləndirilməsi, qəbul və ya rədd edilmə qaydaları göstərilmişdir. 10.3. Daimi Kredit Limitinin Təyini üçün X2: 10.3.1. KAM/CSE (Satış nümayəndəsi) CC (Credit Control) tərəfindən təyin olunan kredit-limit xəttini və ya səviyyəni qəbul etmədikdə, məsələ İdarəetməyə eskalasiyaya göndərilə bilər (Müştəri dəyərinə görə Korporativ Satış HOD (Departament Direktoru) və ya CSO/CFO ((Baş Satış Direktoru\Baş Maliyyə Direktoru). 10.3.2 Korporativ Satış HOD və ya CSO/CFO eskalasiyanı Müştəri dəyərinə əsasən qəbul etmək və ya rədd etmək hüququna malikdir. Beləliklə, iddiaçının "xxxx"MMC və "xxxx" MMC-lərlə bağlı müqavilələr üzrə vəzifə öhdəliklərini pozması sübuta yetirilməmişdir. Bu səbəbdən Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 17 may 2024-cü tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
11. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi Vəkil2 apellyasiya şikayətini müdafiə etdiyini, audit rəyi ilə razı olmadığını, Ali Məhkəmənin qərarına əsasən də son iki şirkətlə bağlı müvafiq araşdırılmaların tələb edildiyini, iddiaçının vəzifə təlimatlarına uyğun olaraq şirkətə gəlir gətirərkən prosedur və siyasətə əməl etməli olduğunu, "xxxx" MMC şirkətindən 13 min, "xxxx" MMC-dən isə 23 min manatın hal-hazırda "xxxx" MMC şirkətinə ödəniş olunmadığını, bu şirkətlərə qarşı tələb irəli sürüldüyünü və icra qeydinin təmin olunduğunu, lakin hələ ödəmə qabiliyyətli olmadıqlarından ödənişin həyata keçirilə bilmədiyini, həmin şirkətlərin iflasa uğraması barədə məlumatlı olmadıqlarını,iddiaçının bölmə rəhbəri kimi vəzifə öhdəliklərinə düzgün əməl etməməsi nəticəsində şirkətin ziyana uğradığını qeyd etmiş, apellyasiya şikayətinin təmin edilməsini xahiş etmişdir.
12. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi Vəkil1 Oktay oğlu apellyasiya şikayətini əsassız hesab etdiyini,kassasiya instansiyasının göstərişləri nəzərə alınaraq iş üzrə müvafiq ekspertizanın təyin edildiyini, audit rəyi ilə tam razı olduqlarını, birinci istansiya məhkəməsində təqdim olunmuş sənədlər içərində 2018-ci il kreditin verilməsi siyasətinin də mövcud olduğunu, həmin siyasət tərcümə olunmadığından iddiaçı tərəfindən rəsmi olaraq tərcümə olunduğunu və elektron kabinet vasitəsi ilə təqdim edildiyini, həmin siyasətdə də kimlərin cavabdehlik daşımasının aydın şəkildə qeyd edildiyini, bu barədə məhkəmə kollegiyaslna təqdim etdiyi mülahizədə də ətraflı şəkildə izahat verildiyini qeyd etmiş, apellyasiya şikayəti əsassız olduğundan rədd edilməsini xahiş etmişdir.
13. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı apellyasiya şikayətini əsassız hesab etdiyini, nümayəndəsinin dedikləri ilə razı olduğunu, əlavə olaraq 2018-ci il prosedurunun 12 departament direktoru ve şirkətin baş direktoru tərəfindən şirkətin daxili fəaliyyəti və öhdəliklərinin tənzimlənməsini təsdiqləyən prosedur olduğunu, qarşı tərəfin müştərilərin riskli olmasını onun tərəfindən qiymətləndirilməli olmasını iddia etdiyini,lakin prosedurun 1.12. bəndinə əsasən müştərilərə verilən kredit limitlərinin idarə olunması, ödənişlərin izlənilməsi və borcların yığılması üzrə məsul olan şöbə və komanda olduğunu, 5.1.4 -cü maddəsinə əsasən müştəri uyğunluğunu qimətləndirmək, kredit idarəetmə proseslərinin düzgün icrası təmin etmək. 5.1.7 bəndinə əsasən müştərinin risk səviyyəsini yoxlamaq 5.4.2 bəndinə əsasən, kredit kontrolunun nəzarətində olmalı olan sahə kredit limiti dəyişikliyini təsdiqləmək 12.1.3 bəndinə əsasən isə orta və yüksək riskli səviyyəli müştərilərinin kredit nəzarəti üzrə yarımbölmə rəhbərinin məsuliyyətində olduğunu bildirmiş, dediklərinin nəzərə alınaraq apellyasiya şikayətinin rədd edilməsini xahiş etmişdir. Apellyasiya baxışının hədləri
14. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2011-ci il tarixli Qərarına və Mülki Prosesual Məcəllənin 372-ci maddəsinə və əsasən: məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsi baxımından birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığı onun barəsində açıq (və dolayısı ilə) mübahisə edilən hissədə yoxlanılmalıdır. Bununla bərabər,Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 420-ci maddəsinə əsasən qeyd edilməlidir ki, mübahisələndirilən qətnamə kassasiya instansiya məhkəməsinin göstərişləri üzrə müəyyən edilən hissədə yoxlanılmalıdır. Tətbiq edilən hüquq və apellyasiya instansiyası məhkəməsinin mövqeyi:
15. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14 , 77, 80-82, 106.2, 119, 217.4-cü maddələrinə əsasən qeyd edilməlidir ki, məhkəmə yalnız tərəflərin təqdim etdikləri, qanunla müəyyən olunmuş qaydada əldə edilən, habelə işdə tərəflərin öz tələb və etirazlarını müəyyən edən (sübuta yetirən) faktlarla və hallarla əlaqədar (məhkəmə iclasında tədqiq olunmuş) sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hamıya bəlli olan hallar və ya faktlar mübahisə edilə bilməz və onların sübuta ehtiyacı yoxdur. Digər tərəf sübutları özündə saxlayıb məhkəmənin tələbi ilə təqdim etmədikdə, məhkəmə tərəflərin bildirdiyi məlumatlar əsasında iş üçün əhəmiyyətli olan halları müəyyən olunmuş hesab edə bilər. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini, o cümlədən kassasiya instansiyasının göstərişlərini nəzərdən keçirərək belə qənaətə gəlir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. İlk növbədə qeyd edilməlidir ki, kassasiya instansiyası əvvəlki apellyasiya məhkəməsinin qətnaməsini tam ləğv edib işi yeni apellyasiya baxışına göndərsə də, qərarın əsaslandırıcı hissəsi ilə müəyyən edilir ki, kassasiya instansiyası faktiki olaraq 2 şirkətə münasibətdə apellyasiya instansiyasının araşdırma zəruriliyini qeyd etmişdir. Bu baxımdan apellyasiya instansiyası kassasiya instansiyasının göstərişlərini nəzərə alaraq, iş üzrə müvafiq ekspertiza təyin etmiş və audit rəyi ilə iddiaçının hər hansı təqsiri müəyyən edilməmişdir. Məhkəmə kollegiyası cavabdehin mövqeyinə müvafiq audit rəyinin mötəbərliyini şübhə altına alacaq hər hansı əks arqument və ya təkzibedici sübut cavabdeh tərəfindən təqdim edilmədiyindən audit rəyini mötəbər sübut kimi qəbul edir və onu digər sübutlarla yanaşı qiymətləndirərək belə qənaətə gəlir ki, cavadehə dəymiş ziyana görə (olduğu halda belə) iddiaçının bölmə rəhbəri kimi təqsirli hərəkət və ya hərəkətsizliyi müəyyən edilməmişdir.
16. İddiaçının əmək müqaviləsinə 04 dekabr 2023-cü il tarixdə Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən xitam verilmiş, əmrin verilməsinə əsas kimi iddiaçının 6 şirkətlə mobil rabitə xidmətlərinin göstərilməsinə dair müqavilə bağlaması, həmin şirkətlərə mobil xidmətlər və avadanlıqlar satılarkən “Mobil aparatların/planşetlərin korporativ müştərilərə kreditlə satışı” Prosedurunun müvafiq bəndlərinin pozulması, nəticədə MMC-yə zərər dəyməsi göstərilmiş olsa da, kasassiya məhkəməsi tərəfindən iki şirkət - "xxxx" MMC və "xxxx" MMC ilə bağlanan müqavilələr üzrə iddiaçının məsuliyyətinin istisna edilməsi barədə apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə ziddiyyətli və əsassız olduğunu qeyd etmişdir. Belə ki, "xxxx" MMC və "xxxx" MMC ilə müqavilələr iddiaçının bölmə rəhbəri olduğu dövrdə bağlanmışdır. Daxili Prosedurlara görə xidmətin aktivləşməsi (cihazların aktivləşməsi) yalnız Risk və Kredit nəzarət qrupunun təsdiqindən sonra edilə bilər. Başqa sözlə, son qərar iddiaçı tərəfindən deyil, cavabdehin daha yüksək qurumları tərəfindən verilir. Cavabdeh iddiaçının çalışdığı B2B müştəri qruplarının cəlb olunması üzrə bölmə rəhbərinin vəzifə təlimatına istinadən qeyd etmişdir ki, cavabdehin müəssisədaxili intizam qaydası olan Prosedur və Siyasətin tələblərinə uyğun gəlməyən X21 edilməsi məqsədilə yeni təkliflər təqdim etmiş, onlar haqqında məlumatları toplayıb təhlil etməmiş, nəticədə həmin müştərilərlə müqavilə bağlanmasını təmin etmişdir. Göründüyü kimi, cavabdeh iddiaçının çalışdığı B2B müştəri qruplarının cəlb olunması üzrə bölmə rəhbərinin vəzifə təlimatına yeni müştəriləri cəlb etmək məqsədilə yeni təkliflər təqdim etmək, məlumatları toplayıb təhlil etməklə və ümumiləşdirməklə həftəlik aylıq işlərlə bağlı hesabatlar hazırlamaq, daxili nizamintizam qaydaları və iş prosedurlarına hörmətlə yanaşmaq və onlara riayət etmək kimi funksiyaların daxil olduğunu göstərmişdir. Risk və Kredit nəzarəti qrupunun iddiaçıya sonuncunun məhz bölmə rəhbəri kimi öz vəzifə təlimatına əməl etməsinə güvənməklə etimad göstərməsinin iddiaçının məsuliyyətini müəyyən etməli olan dəlillər sübut edilməmiş. Cavabdeh öz etirazını sübut etməli olan dəlillərini təkzibedilməz sübutlarla təsdiq edə bilməmiş, əksinə müvafiq araşdırma nəticəsində, habelə audit rəyi ilə istisna edilmişdir.
17. Azərbaycan Respublikası Əmək Məcəlləsinin tələblərinə əsasən: 68.1. Əmək müqaviləsinə yalnız bu Məcəllə ilə müəyyən edilmiş əsaslarla və qaydada xitam verilə bilər. 70 "ç” bəndi. İşçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda əmək müqaviləsi işəgötürən tərəfindən ləğv edilə bilər. 71.2Bu Məcəllənin 70-ci maddəsinin «ç» bəndində nəzərdə tutulan əsasla əmək müqaviləsinin ləğv edilməsinə bu şərtlə yol verilir ki, işçi qəsdən və ya səhlənkarlıqla, etinasızlıqla əmək funksiyasını, vəzifə borcunu (öhdəliklərini) yerinə yetirmədiyinə görə müvafiq iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahəngi pozulmuş olsun və ya mülkiyyətçinin, işəgötürənin, habelə əmək kollektivinin (onun ayrı-ayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəymiş olsun.
80. Bu Məcəllənin 70-ci maddəsinin b) və ç) bəndlərində göstərilən əsaslarla işəgötürən tərəfindən həmkarlar ittifaqının üzvü olan işçinin əmək müqaviləsi müəssisədə fəaliyyət göstərən həmkarlar ittifaqı təşkilatının qabaqcadan razılığı alınmaqla ləğv edilir. Həmkarlar ittifaqının üzvü olan işçinin əmək müqaviləsini bu maddənin 1 -ci hissəsində nəzərdə tutulan hallardan hər hansı biri ilə əlaqədar ləğv etmək istəyən işəgötürən həmin müəssisənin həmkarlar ittifaqı təşkilatına əsaslandırılmış yazılı təqdimatla müraciət edir. Təqdimata müvafiq əsaslandırma sənədləri əlavə edilir. Həmkarlar ittifaqı təşkilatı bu təqdimatın daxil olduğu gündən ən geci on gün müddətində özünün əsaslandırılmış yazılı qərarını işəgötürənə təqdim etməlidir. Bu maddənin birinci hissəsində nəzərdə tutulmuş hallar istisna olunmaqla qalan hallarda əmək müqaviləsi işəgötürənin təşəbbüsü ilə ləğv edilərkən həmkarlar ittifaqları təşkilatının qabaqcadan razılığının alınması tələb olunmur. 187.3. İntizam xətasının törədildiyi gündən altı ay keçdikdən sonra işçiyə intizam tənbehi verilə bilməz. Müəssisənin maliyyə-təsərrüfat fəaliyyətinin auditinin (yoxlanılmasının, təftiş aparılmasının) nəticələri ilə aşkar edilmiş vəzifə hüquqpozması ilə bağlı intizam xətalarına görə isə işçiyə həmin xətalar törədildiyi gündən iki il keçdikdən sonra intizam tənbehi verilə bilməz. Cinayət işi üzrə icraat bu müddətə daxil edilmir. 300.1 . Əgər, işəgötürən əmək müqaviləsinin bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulmuş ləğv edilməsi əsaslarını pozaraq və ya 71, 76- cı maddələri ilə müəyyən edilmiş qaydaların tələblərinə əməl etmədən, habelə 79-cu maddəsində nəzərdə tutulmuş hallara əhəmiyyət vermədən işçi ilə əmək münasibətlərinə xitam vermişdirsə, əmək mübahisəsini həll edən məhkəmə iddia ərizəsini və işin faktik hallarını araşdıraraq məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə işçinin vəzifəsinə bərpa edilməsi barədə qətnamə və ya bu maddənin ikinci hissəsinə müvafiq olaraq tərəflərin barışıq sazişinin təsdiq edilməsi barədə qərardad çıxarır. Məhkəmə qətnamədə işçiyə iddiası üzrə dəymiş zərərin məbləğinin işəgötürən tərəfindən ödənilməsini də nəzərdə tuta bilər. 18.Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin tələblərinə əsasən: 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.77.3. İşdə olan sübutlar əsasında işə baxmaq mümkün olmadıqda, məhkəmə zəruri əlavə sübutlar təqdim etməyi tərəflərə təklif edə bilər. 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
19. Kollegiya hesab edir ki, apellyasiya şikayəti əsassız olduğundan onun verilməsi üçün ödənilmiş dövlət rüsumu üzrə məhkəmə xərci onu ödəyən şəxsə aid edilməlidir.
20. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 402-406-cı maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası, qət etdi: Cavabdeh "xxxx" MMC-nin apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-2585/2024 saylı işi üzrə xx.xx.2024-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi ( elektron məhkəmə informasiya sistemi) vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.