Məhkəmə qərarları › İş №2(103)-2939/2024

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-2939/2024

23.04.2024 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-2939/2024 23.04.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Babayev Fuad Fikrət oğlunun sədrliyi və məruzəsi ilə, X10 və X8 ibarət tərkibdə, İddiaçılar İddiaçı2, İddiaçı4, X1, İddiaçı5, İddiaçı6, İddiaçı10, İddiaçı11, İddiaçı12, İddiaçı1, İddiaçı13 Böyükağa oğlunun, İddiaçı14, İddiaçı15, İddiaçı16, İddiaçı17, Məmmədova (Məlikova) Əminə Şükür qızının, İddiaçı7, X2, İddiaçı8, İddiaçı9, X4 cavabdehlər Cavabdeh1, Cavabdeh2, Maştağa Bələdiyyəsinə, Cavabdeh4 MMC-yə qarşı (müstəqil tələb irəli sürməyən 3-cü şəxslər Bakı Şəhəri Sabunçu Rayon İcra Hakimiyyəti, Bakı Şəhəri Sabunçu Rayon İcra Hakimiyyəti Başçısının Nardaran qəsəbəsi üzrə nümayəndəliyi, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və X15 şəxsin 1 saylı Bakı ərazi İdarəsi olmaqla) «zəbt edilmiş torpaq sahəsinin boşaldılması və hərəkətlərin qanunsuz hesab edilməsi» tələbinə dair mülki iş üzrə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin e-2(008)-2440/2023 saylı, xx.xx.2023-cü il tarixli qərardadından iddiaçılar tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında yazılı icraat qaydasında baxaraq, Müəyyən etdi: İddiaçılar İddiaçı2, İddiaçı4, X5, İddiaçı5, İddiaçı6, İddiaçı10, İddiaçı11, İddiaçı12, İddiaçı1, İddiaçı13 Böyükağa oğlu, İddiaçı14, İddiaçı15, İddiaçı16, İddiaçı17, Məmmədova (Məlikova) Əminə Şükür qızı, İddiaçı7, X6, İddiaçı8, İddiaçı9, X9 cavabdehlər Cavabdeh1, Cavabdeh2, Maştağa Bələdiyyəsinə, Cavabdeh4 MMC-yə qarşı (müstəqil tələb irəli sürməyən 3-cü şəxslər Bakı Şəhəri Sabunçu Rayon İcra Hakimiyyəti, Bakı Şəhəri Sabunçu Rayon İcra Hakimiyyəti Başçısının Nardaran qəsəbəsi üzrə nümayəndəliyi, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və X17 şəxsin 1 saylı Bakı ərazi İdarəsi olmaqla) «zəbt edilmiş torpaq sahəsinin boşaldılması və hərəkətlərin qanunsuz hesab edilməsi» tələbinə dair iddia ərizə ilə məhkəməyə müraciət etmişlər. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-2440/2023 saylı, 15 avqust 2023- cü il tarixli qətnaməsinə əsasən iddianın təmin edilməməsi qət edilmişdir. Həmin qətnamə ilə razılaşmayan iddiaçılar İddiaçı2, İddiaçı4, X3, İddiaçı6, X2, İddiaçı10, İddiaçı11, İddiaçı12, İddiaçı1, İddiaçı13 Böyükağa oğlunun, İddiaçı14, İddiaçı15, İddiaçı16, İddiaçı17, X2 nümayəndəsi və vəkili X18 xx.xx.2023-cü il tarixində apellyasiya şikayəti ilə müraciət edərək, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 15 avqust 2023cü il tarixli, 2(008)-2440/2023 saylı qətnaməsinin ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-2440/2023 saylı, xx.xx.2023-cü il tarixli qərardadına əsasən Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-2440/2023 saylı, 15 avqust 2023-cü il tarixli qətnaməsindən iddiaçılar İddiaçı2, İddiaçı4, X3, İddiaçı6, X2, İddiaçı10, İddiaçı11, İddiaçı12, İddiaçı1, İddiaçı13 Böyükağa oğlunun, İddiaçı14, İddiaçı15, İddiaçı16, İddiaçı17, X2 nümayəndəsi və vəkili X18 tərəfindən xx.xx.2023-cü il tarixdə verilən apellyasiya şikayəti və ona əlavə edilmiş sənədlərin geri qaytarılması qərara alınmışdır. İddiaçılar İddiaçı2, İddiaçı4, X3, İddiaçı6, X2, İddiaçı10, İddiaçı11, İddiaçı12, İddiaçı1, İddiaçı13 Böyükağa oğlunun, İddiaçı14, İddiaçı15, İddiaçı16, İddiaçı17, X2 nümayəndəsi və vəkili X18 qeyd olunan qətnamədən yenidən xx.xx.2023-cü il tarixdə apellyasiya şikayəti və xx.xx.2023-cü il tarixdə şikayət verilməsi üçün nəzərdə tutulmuş müddətin bərpa edilməsinə dair vəsatət verərək, prosessual müddətin bərpa edilməsi və apellyasiya şikayətinin baxılması üçün mülki işin Bakı Apellyasiya Məhkəməsinə göndərilməsini xahiş etmişdir. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-2440/2023 nömrəli, xx.xx.2023cü il tarixli qərardadına əsasən Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)- 2440/2023 saylı, 15 avqust 2023-cü il tarixli qətnaməsindən apellyasiya şikayəti verilməsi üçün prosessual müddətin bərpa edilməsinə dair iddiaçılar İddiaçı2, İddiaçı4, X3, İddiaçı6, X2, İddiaçı10, İddiaçı11, İddiaçı12, İddiaçı1, İddiaçı13 Böyükağa oğlunun, İddiaçı14, İddiaçı15, İddiaçı16, İddiaçı17, X2 nümayəndəsi və vəkili X18 tərəfindən xx.xx.2023-cü il tarixdə verilmiş ərizə təmin edilməmiş və Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-2440/2023 saylı, 15 avqust 2023-cü il tarixli qətnaməsindən iddiaçılar İddiaçı2, İddiaçı4, X3, İddiaçı6, X2, İddiaçı10, İddiaçı11, İddiaçı12, İddiaçı1, İddiaçı13 Böyükağa oğlunun, İddiaçı14, İddiaçı15, İddiaçı16, İddiaçı17, X2 nümayəndəsi və vəkili X18 tərəfindən xx.xx.2023-cü il tarixdə verilmiş apellyasiya şikayəti geri qaytarılması qərara alınmışdır. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-2440/2023 nömrəli, xx.xx.2023cü il tarixli qərardadı ilə razılaşmayan iddiaçılar İddiaçı2, İddiaçı4, X3, İddiaçı6, X2, İddiaçı10, İddiaçı11, İddiaçı12, İddiaçı1, İddiaçı13 Böyükağa oğlunun, İddiaçı14, İddiaçı15, İddiaçı16, İddiaçı17, X2 nümayəndəsi və vəkili Vəkil elektron kabinetə xx.xx.2023-cü il tarixdə şikayət ünvanlayaraq Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)- 2440/2023 saylı xx.xx.2023-cü il tarixli qərardadını ləğv edilməsini və mülki işin Bakı Apellyasiya Məhkəməsinə göndərilməsini xahiş etmişdir. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin e-2(008)-2440/2023 saylı, xx.xx.2023cü il tarixli qərardadına əsasən Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)- 2440/2023 saylı, xx.xx.2023-cü il tarixli qərardadından iddiaçılar İddiaçı2, İddiaçı4, X3, İddiaçı6, X2, İddiaçı10, İddiaçı11, İddiaçı12, İddiaçı1, İddiaçı13 Böyükağa oğlunun, İddiaçı14, İddiaçı15, İddiaçı16, İddiaçı17, X2 nümayəndəsi və vəkili Vəkil tərəfindən xx.xx.2023-cü il tarixdə verilmiş şikayətin geri qaytarılması qərara alınmışdır. Həmin qərardaddan narazı qalan iddiaçılar İddiaçı2, İddiaçı4, X3, İddiaçı6, X2, İddiaçı10, İddiaçı11, İddiaçı12, İddiaçı1, İddiaçı13 Böyükağa oğlunun, İddiaçı14, İddiaçı15, İddiaçı16, İddiaçı17, X2 nümayəndəsi və vəkili X18 şikayət versələr də, Məhkəmənin xx.xx.2023-cü il tarixli qərardadı ilə təmin edilmədən baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Şikayət belə əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsinin qətnaməsi elektron məhkəmə sistemində xx.xx.2023-cü il tarixdə yerləşdirilmişdir. İddiaçılardan X7, İddiaçı16, Məmmədova (Məlikova) Əminə Şükür qızı, X13, İddiaçı12, İddiaçı2, İddiaçı14, İddiaçı13 Böyükağa oğlu və İddiaçı7 9 nəfər olmaqla birinci instansiya məhkəməsinin qətnaməsi rəsmi qaydada göndərilmiş olsa da poçt vasitəsilə şəxsən təqdim edilməsi təmin edilməmişdir. Digər 9 nəfər iddiaçılara birinci instansiya məhkəməsi tərəfindən qəbul edilmiş qətnamənin rəsmi qaydada təqdim edilməsi təmin edilməmişdir. xx.xx.2023-cü il tarixdə birinci instansiya məhkəməsinin qətnaməsindən apellyasiya şikayəti elektron məhkəmə sisteminə yerləşdirilmişdir. xx.xx.2023-cü il tarixdə Sabunçu rayon məhkəməsinin qəraradadı ilə apellyasiya şikayətinin geri qaytarılması qərara alınmışdır. Əsas kimi qətnamədən apellyasiya şikayətinin verilməsi üçün nəzərdə tutulmuş prosessual müddətin buraxılması olmuşdur. xx.xx.2023-cü il tarixdə apellyasiya şikayəti müddətin bərpasına dair ərizə ilə birlikdə birinci instansiya məhkəməsinə ünvanlanmışdır. Sabunçu rayon məhkəməsinin 2(008)-2440/2023 nömrəli xx.xx.2023-cü il tarixli qərardadı ilə müddətin bərpa edilməsi və apellyasiya şikayətinin baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilməsi barədə ərizənin təmin edilməməsi qərara alınmışdır. Sonradan Sabunçu rayon məhkəməsinin 2(008)-2440/2023 nömrəli xx.xx.2023-cü il tarixli qərardadından şikayətlə birinci instansiya məhkəməsinə müraciət edilmişdir. Lakin Sabunçu rayon məhkəməsinin 2(008)-2440/2023 nömrəli xx.xx.2023-cü il tarixli qərardadı ilə xx.xx.2023-cü il tarixli qərardadından nəzərədə tutulmuş müddətin ötürülməsi səbəbilə şikayətə apellyasiya instansiya məhkəməsi tərəfindən baxılması üçün göndərilməsi təmin edilməmişdir. Birinci instansiya məhkəməsi tərəfindən qərardaddan verilmiş şikayət üzrə prosessual müddətin hesablamasında səhv nəticəyə gəlinmişdir. Belə ki, sözügedən qərardaddan verilmiş şikayət elektron məhkəmə sisteminə yüklənmiş və saat 00:05:08 saniyədə qeydə alınması icra edilmşdir. Məhkəmə isə xx.xx.2023-cü il tarixdə saat 00:05:08 saniyədə qeydə alınmış şikayət üzrə prosessual müddətin ötürülməsi kimi qiymətləndirmişdir. Belə ki, hazırki işdə iştirak edən iddiaçılardan 9 nəfərinə xx.xx.2023-cü il tarixdə poçt vasitəsilə göndərilmişdir. Həmin qətnamələr 9 nəfər iddiaçı tərəfindən rəsmi qaydada alınması mülki iş materiallarına əlavə edilmiş sənədlərlə təsdiq edilmir. Prosessual müddətin hesablanması iş üzrə tərəflərin qərardadı rəsmi qaydada əldə etdikləri gündən hesablanmalı idi. Lakin Sabunçu rayon məhkəməsinin 2(008)-2440/2023 nömrəli xx.xx.2023-cü il tarixli qərardadı elektron məhkəmə sisteminə xx.xx.2023-cü cü il tarixdə əlavə edildiyindən və qərardaddan verilmiş şikayətin son tarixi xx.xx.2023-cü il tarixə, lakin xx.xx.2023-cü il qeyri-iş günü olduğundan xx.xx.2023-cü cü il tarixə elektron məhkəmə sisteminə əlavə edilmiş şikayət xx.xx.2023-cü il, saat 00:05:08 saniyədə qeydə alınmışdır. Nəzərə alsaq ki, elektron məhkəmə sistemi bəzən yüklənmə səbəbilə elektron sənəd dövriyyəsində qeydə almalar ERROR kimi göstərilir, çox guman ki, həmin vaxtıda xx.xx.2023-cü il tarixdə elektron məhkəmə sisteminə əlavə edilmiş şikayət xx.xx.2023-cü il saat 00:05:08 kimi qeydə alınmışdır. Məhkəmə kollegiyası iş materiallarını araşdırıb hesab edir ki, şikayət təmin edilmədən, birinci instansiya məhkəməsinin mübahisələndirilən qərardadı isə dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası MPM-nin 268.1-ci maddəsinə əsasən şikayət qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində verilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 135.6-ci maddəsinə müvafiq olaraq, “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə işdə iştirak edən şəxslər “Elektron məhkəmə” informasiya sistemində qeydiyyatdan keçmişlərsə, məhkəmə sənədləri bu şəxslərin həmin sistemdə yaradılmış “elektron kabinet”lərində yerləşdirilir və onlara bu barədə məlumat həmin sistem vasitəsilə elektron qaydada (elektron poçt, SMS və s. vasitəsilə) çatdırılır. Həmin Məcəllənin 135.5-ci maddəsinə əsasən, bu Məcəllənin 135.2-ci, 135.3-cü, 135.6-cı və 135.8-ci maddələrində nəzərdə tutulmuş hallarda məhkəmə sənədi rəsmi qaydada verilmiş hesab edilir. Həmin Məcəllənin 363.1.3-cü maddəsinə əsasən apellyasiya şikayəti müəyyən edilmiş müddət keçdikdən sonra verilmişdirsə, apellyasiya şikayəti birinci instansiya məhkəməsi tərəfindən geri qaytarılır. Belə ki, iş materiallarından görünür ki, Sabunçu Rayon Məhkəməsinin 2(008)- 2440/2023 saylı xx.xx.2023-cü il tarixli qərardadı iddiaçılar İddiaçı2, İddiaçı4, X3, İddiaçı6, X2, İddiaçı10, İddiaçı11, İddiaçı12, İddiaçı1, İddiaçı13 Böyükağa oğlunun, İddiaçı14, İddiaçı15, İddiaçı16, İddiaçı17, X2 nümayəndəsi və vəkili Vəkil elektron kabinetinə xx.xx.2023-cü il tarixdə yerləşdirilmişdir ( 2-ci cild, i.v 196). Həmçinin müəyyən olunur ki, Sabunçu Rayon Məhkəməsinin 2(008)-2440/2023 saylı xx.xx.2023-cü il tarixli qərardadından qeyd edilən iddiaçıların nümayəndəsi-vəkili Vəkil xx.xx.2023-cü il tarixində elektron kabineti vasitəsilə şikayət vermişdir. Beləliklə, yuxarıda sadalanan normaları işin hallarına tətbiq etdikdə gəlinən nəticə onu deməyə əsas verir ki, iddiaçılar İddiaçı2, İddiaçı4, X3, İddiaçı6, X2, İddiaçı10, İddiaçı11, İddiaçı12, İddiaçı1, İddiaçı13 Böyükağa oğlunun, İddiaçı14, İddiaçı15, İddiaçı16, İddiaçı17, X2 nümayəndəsi və vəkili Vəkil Məhkəmənin xx.xx.2023-cü il tarixli qərardadından xx.xx.2023-cü il tarixindən etibarən məlumatlı olsa da, həmin qərardaddan şikayəti xx.xx.2023-cü il tarixində verməklə, qanunla müəyyən olunmuş 10 gün müddəti ötürmüşdür. Qeyd edilənlərə əsasən kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi xx.xx.2023-cü il tarixli qərardaddan iddiaçılar İddiaçı2, İddiaçı4, X3, İddiaçı6, X2, İddiaçı10, İddiaçı11, İddiaçı12, İddiaçı1, İddiaçı13 Böyükağa oğlunun, İddiaçı14, İddiaçı15, İddiaçı16, İddiaçı17, X2 nümayəndəsi və vəkili Vəkil tərəfindən verilmiş şikayəti geri qaytarmaqla prosessual hüquq normalarını düzgün tətbiq etmişdir. Bu səbəbdən hazırda mübahisələndirilən xx.xx.2023-cü il tarixli qərardadın ləğvi üçün heç bir əsas yoxdur. Şikayətin dəlillərinə gəlincə isə kollegiya qeyd edir ki, həmin dəlillərin əsaslı olduğuna dair hər hansı sübut məhkəməyə təqdim edilmədiyindən, onlar məhkəmə tərəfindən “mövcud olmayan hallar” kimi qəbul edilir. Beləliklə, kollegiyanın gəldiyi qənaət bundan ibarətdir ki, birinci instansiya məhkəməsinin şikayətin qaytarılması barədə gəldiyi nəticə tam qanuni və işin hallarına uyğundur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397-398, 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qərara aldı: Şikayət təmin edilməsin. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin e-2(008)-2440/2023 saylı, xx.xx.2023cü il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan kassasiya şikayəti verilə bilməz. Sədrlik edən: Fuad Babayev Hakimlər: Cəmilə Musayeva Günay Axundova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar