Məhkəmə qərarları › İş №2(103)-2940/2025

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-2940/2025

30.04.2025 · Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-2940/2025 30.04.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X6 Xanlar oğlunun sədrliyi ilə, Sadıqov Vahid Nəriman oğlu və Mərdanova Xumar Afət qızından ibarət tərkibdə, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin e-2(001)-132/2023 nömrəli, xx.xx.2025-ci il tarixli qərardadından X8 tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında, yazılı icraat qaydasında baxaraq müəyyən etdi: Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin e-2(001)-132/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qətnaməsindən X8 tərəfindən verilmiş apellyasiya şikayəti və X3 maraqlarına toxunan şəxs qismində cəlb edilməsinə dair ərizə məhkəməyə daxil olmuşdur. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin e-2(001)-132/2023 nömrəli, xx.xx.2025-ci il tarixli qərardadı ilə X3 Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin e-2(001)-132/2023 nömrəli, xx.xx.2023-cü il tarixli iş üzrə qətnamə maraqlarına toxunan şəxs qismində tanınması barədə ərizəsi təmin edilməmişdir. Həmin qərardaddan X8 tərəfindən şikayət verilərək qərardadın ləğv edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, hazırda qüvvədə olan Bakı İnzibati Məhkəməsinin 2-1(112)-5200/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarını məhkəmə nəzərə almamışdır. Belə ki, sözügedən qərara əsasən iddiaçı X3 Bakı şəhəri, Binəqədi rayonu, X9 prospekti, məhəllə 3078A ünvanında yerləşən yaşayış binasının A4 korpusunun 17-ci mərtəbəsində 3 otaqdan ibarət 34 saylı mənzilinə dair mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və bu barədə dövlət reyestrindən çıxarışın verilməsi öhdəliyinin cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulması qərara alınmışdır. Eyni zamanda Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrinin RX seriyalı, ******* nömrəli Çıxarışına əsasən Bakı şəhəri, Binəqədi rayonu, məhəllə 3078A, X9 prospekti, məhəllə 3078A, korpus A4, mənzil 34 ünvanında yerləşən ümumi sahəsi 139,53 kv.m olan mənzil xüsusi mülkiyyət hüququ üzrə xx.xx.2015-ci il tarixdə X3 adına qeydə alınmışdır. Həmçinin "xxxx" MMC-nin xx.xx.2025-ci il tarixli sorğuya cavabından görünür k, Bakı şəhəri, Binəqədi rayonu, X9 prospekti, məhəllə 3078A ünvanında yerləşən yaşayış binasının A4 korpusunun 17-ci mərtəbəsində 3 otaqdan ibarət 34 saylı mənzilin yerləşdiyi blokda mənzillərin nömrələnməsi soldan sağa doğru aparılır. Sağ tərəfdə yerləşən mənzillərin həcmi 138,97 kv.metr təşkil edir. Sol tərəfdə yerləşən 33 saylı mənzilin həcmi isə 145,11 kv.metr təşkil edir. Göründüyü kimi Binəqədi rayonu, X9 prospekti, məhəllə 3078A ünvanında yerləşən yaşayış binasının A4 korpusunun 17-ci mərtəbəsində 3 otaqdan ibarət sağ tərəfdə yerləşən ümumi sahəsi 138,97 kv. metr təşkil edən 34 saylı mənzil X4 məxsusdur. İddiaçı oğlunun istifadə və sahibliyinə verilməsi nəzərdə tutulan mənzil isə Binəqədi rayonu, X9 prospekti, məhəllə 3078A ünvanında yerləşən yaşayış binasının A4 korpusunun 17-ci mərtəbəsində yerləşən ümumi sahəsi 143,6 kv.metr (İddiaçı oğlu ilə Cavabdeh MMC arasında bağlanmış xx.xx.2004-cü il tarixli müqavilə üzrə 145,11 kv.m olan mənzil) təşkil edən və sol tərəfdə yerləşən 33 saylı mənzildir. Yuxarıda sadalanan hallardan müəyyən etmək olar ki, X2 Rayon Məhkəməsinin e-2(001)-132/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qətnaməsində qeyd olunan mənzilə dair subyektiv hüquqa malikdir. X1 qanunla qorunan hüquq və vəzifələrinə toxunduğundan müvafiq iş üzrə maraqlarına toxunan şəxs qismində cəlb edilməməsi onun subyektiv hüququnu pozmuşdur. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin e-2(001)-132/2023 nömrəli, xx.xx.2025-ci il tarixli qərardadı ilə X8 tərəfindən verilmiş şikayət təmin edilməmiş, şikayət işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. İşdə iştirak edən şəxslərə şikayətə yazılı icraat qaydasında baxılması barədə əvvəlcədən məlumat (bildiriş) göndərilmiş, lakin şikayətlə bağlı hər hansı sənəd, habelə işə məhkəmə iclasında baxılması barədə vəsatət daxil olmamışdır. Məhkəmə kollegiyası şikayətin dəlillərini iş materialları ilə birlikdə araşdıraraq hesab edir ki, şikayət qismən təmin edilməli, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin qeyd edilən qərardadı ləğv edilməli, X3 maraqlarına toxunan şəxs qismində tanınması barədə məsələнə yenidən baxılması üçün iş həmin məhkəməyə göndərilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin: 15.4-cü maddəsinə əsasən məhkəmə aktları maraqlı şəxslərin mənafelərinə toxunduqda bu aktların məcburiliyi işdə iştirak etməyən maraqlı şəxslərin öz hüquqlarının və qanunla qorunan mənafelərinin müdafiəsi üçün məhkəməyə müraciət etmələri imkanını istisna etmir. 357.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının birinci instansiya məhkəmələri tərəfindən qəbul olunmuş qanuni qüvvəyə minməmiş qətnamə və qərardadlardan, həmin Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işlərində ərizəçilər və maraqlı şəxslər apellyasiya şikayəti verə bilər. 357.2-ci maddəsinə əsasən həmin hüquqa, işdə iştirak etməyə cəlb edilməyən, lakin qəbul edilən qətnamə onların hüquq və vəzifələrinə toxunan hallarda digər şəxslər də malikdir; Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə qərardadı tam və ya qismən ləğv edib, yaxud dəyişib işi birinci instansiya məhkəməsinə göndərmək hüququ vardır. Məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi X3 qətnamə ilə maraqlarına toxunulma barədə ərizəsini rədd edərkən ona istinad etmişdir ki, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-132/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qətnaməsində qeyd olunmuş mənzil ilə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-5201/2024 və 2-1(112)-5203/2024 nömrəli qərarlarında qeyd olunmuş mənzillər arasında fərqlilik müəyyən edildiyindən Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-132/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qətnaməsinin X3 maraqlarına hər hansı qaydada toxunması görünmür. Belə ki, İddiaçı oğluna verilən mənzil 17-ci mərtəbədə, X4 verilən mənzillər isə 18-ci mərtəbədə yerləşir, eləcə də sahələri müxtəlifdir. İş materiallarından göründüyü kimi Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-132/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qətnaməsinə əsasən iddia tələbinin təmin edilməsi, Bakı şəhəri, Binəqədi rayonu, Atatürk prospekti, 3078 “a” məhəllənin şimal hissəsində 0,553 ha torpaq sahəsində inşa edilmiş yaşayış binasının A4 korpusunun, 17-ci mərtəbəsinin sağ tərəfində yerləşən ümumi sahəsi 143,6 kv.metr (İddiaçı oğlu ilə Cavabdeh MMC arasında bağlanmış xx.xx.2004-cü il tarixli müqavilə üzrə 145,11 kv.m olan mənzil) təşkil edən mənzil İddiaçı oğlunun sahibliyinə və istifadəsinə verilməsi, İddiaçı oğlu Bakı şəhəri, Binəqədi rayonu, Atatürk prospekti, 3078 “a” məhəllənin şimal hissəsində 0,553 ha torpaq sahəsində inşa edilmiş yaşayış binasının A4 korpusunun, 17-ci mərtəbəsinin sağ tərəfində yerləşən ümumi sahəsi 143,6 kv.metr (İddiaçı oğlu ilə Cavabdeh MMC arasında bağlanmış xx.xx.2004-cü il tarixli müqavilə üzrə 145,11 kv.m olan mənzil) təşkil edən mənzilə köçürülməsi qət edilmişdir. Bakı İnzibati Məhkəməsinin 2- 1(112)-8389/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərarından görünür ki, iddiaçı X3 cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı (üçünçü şəxs X5) “Bakı şəhəri, Atatürk prospekti, 3078 “A” məhəlləsinin şimal hissəsində 0.553 ha torpaq sahəsində inşa edilmiş yaşayış binasında B korpusunun 13-cü mərtəbəsində yerləşən 3 otaqdan ibarət, ümumi sahəsi 155,08 kv.metr olan 39 saylı mənzilinə çıxarışın verilməsi” barədə iddia tələbinin təmin olunmaması qərara alınmışdır. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-5201/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərarından görünür ki, iddia təmin edilərək, iddiaçı X3 Bakı şəhəri, Binəqədi rayonu, X9 prospekti, məhəllə 3078A ünvanında yerləşən yaşayış binasının A4 korpusunun 18-ci mərtəbəsində 3 otaqdan ibarət 36 saylı mənzilinə dair mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və bu barədə dövlət reyestrindən çıxarışın verilməsi öhdəliyinin cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulması qərara alınmışdır. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-5203/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarından görünür ki, iddia təmin edilərək, iddiaçı X3 Bakı şəhəri, Binəqədi rayonu, X9 prospekti, məhəllə 3078A ünvanında yerləşən yaşayış binasının A4 korpusunun 18-ci mərtəbəsində 3 otaqdan ibarət 35 saylı mənzilinə dair mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və bu barədə dövlət reyestrindən çıxarışın verilməsi öhdəliyinin cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulması qərara alınmışdır. "xxxx" MMMCnin xx.xx.2025-ci il tarixli sorğuya cavabından görünür ki, X9 prospekti, məhəllə 3078A ünvanında yerləşən yaşayış binasının A4 korpusunun 17-ci mərtəbəsində 3 otaqdan ibarət 34 saylı mənzilin yerləşdiyi blokda mənzillərin nömrələnməsi soldan sağa doğru aparılır. Sağ tərəfdə yerləşən mənzillərin həcmi 138,97 kv.metrlə təşkil edir. Sol tərəfdə yerləşən 33 saylı mənzilin həcmi isə 145,11 kv.metr təşkil edir. - Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrinin RX seriyalı, ******* nömrəli Çıxarışına əsasən Bakı şəhəri, Binəqədi rayonu, məhəllə 3078A, X9 prospekti, məhəllə 3078A, korpus A4, mənzil 34 ünvanında yerləşən ümumi sahəsi 139,53 kv.m olan mənzil xüsusi mülkiyyət hüququ üzrə xx.xx.2015-ci il tarixdə X3 adına qeydə alınmışdır. Lakin məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin Əbil Zeynalovun ərizəsinin təmin edilməməsinə dair gəlmiş olduğu nəticə ilə razılaşmır. Belə ki, X8 tərəfindən məhkəməyə təqdim edilmiş yuxarıda qeyd edilən qərarlardan savayı Bakı İnzibati Məhkəməsinin 2-1(112)-5200/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərarı birinci instansiya məhkəməsi tərəfindən nəzərə alınmamışdır. Həmin qərarın əsaslandırıcı hissəsindən də göründüyü kimi, Əbil Zeynalovun iddiası təmin edilərək, iddiaçı X3 Bakı şəhəri, Binəqədi rayonu, X9 prospekti, məhəllə 3078A ünvanında yerləşən yaşayış binasının A4 korpusunun 17-ci mərtəbəsində 3 otaqdan ibarət 34 saylı mənzilinə dair mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və bu barədə dövlət reyestrindən çıxarışın verilməsi öhdəliyinin cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulması qərara alınmışdır. Göründüyü kimi, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-132/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qətnaməsi ilə İddiaçı oğlunun sahiblik və istifadəsinə verilməsi qət edilən mənzillə X3 mülkiyyətinə verilən mənzil eyni mərtəbədə yerləşməsi məsələsinin mövcudluğu, yəni mənzillərin tərəflərin mübahisələndirdikləri mənzillərlə eyni olmasının mümkünlüyü nəzərə alınaraq məhkəmə tərəfindən şifahi məhkəmə baxışında tərəflərin iştirakı təmin edilməklə bu məsələ araşdırılmalı və bundan sonra qətnamənin apellyasiya şikayəti verən şəxsin maraqlarına toxunub-toxunmaması məsələsinə yenidən hüquqi qiymət verilməlidir. Bu səbəbdən qeyd edilən halların araşdırılması X3 məhkəmənin müvafiq qətnaməsi ilə maraqlarına toxunulan şəxs qismində cəlb edilməsinə dair ərizəsinə yenidən baxılmasını şərtləndirir. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, X8 tərəfindən verilmiş şikayət qismən təmin edilməli, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin e-2(001)-132/2023 nömrəli, xx.xx.2025-ci il tarixli qərardadı ləğv edilməli, X3 maraqlarına toxunan şəxs qismində tanınması barədə məsələyə yenidən baxılması üçün iş həmin məhkəməyə göndərilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 263-264-cü, 397-401-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: X8 tərəfindən verilmiş şikayət qismən təmin edilsin. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin e-2(001)-132/2023 nömrəli, xx.xx.2025-ci il tarixli qərardadı ləğv edilsin. X3 maraqlarına toxunan şəxs qismində tanınması barədə ərizəyə yenidən baxılması üçün iş həmin məhkəməyə göndərilsin. Qərardaddan kassasiya şikayəti verilə bilməz. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar