Məhkəmə qərarları › İş №2(103)-2941/2024

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-2941/2024

15.04.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-2941/2024 15.04.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Namiq Cəfərov (sədrlik edən), İkram Şirinov və Elşən Kazımovdan ibarət tərkibdə, iddiaçı "xxxx" MTK-nın Cavabdeh qarşı “öhdəliyə xitam verilməsi barədə” ilk iddiasına, iddiaçı Cavabdeh "xxxx" MTK-ya qarşı “sənədlərin verilməsi və s.” barədə qarşılıqlı iddiasına dair mülki işin apellyasiya baxışından çıxarılması məsələsinə baxaraq müəyyən etdi: Həmin iş üzrə Nəsimi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qətnaməsindən "xxxx" MTK apellyasiya şikayəti verib, apellyasiya şikayəti mülki işlə Bakı Apellyasiya Məhkəməsinə göndərilib, apellyasiya mümkün sayılıb, bir dəfə işə apellyasiya qaydasında baxılaraq qətnamə qəbul edilib, qətnamə kassasiya qaydasında qismən ləğv edilib və ləğv edilən hissədə işə yenidən baxılması üçün iş apellyasiya instansiyası məhkəməsinə göndərilib. İş apellyasiya baxışından çıxarılaraq birinci instansiya məhkəməsinə göndərilməlidir. Belə ki, xx.xx.2024-cü ildə Nəsimi Rayon Məhkəməsi Bakı Apellyasiya Məhkəməsinə müraciət edərək bildirmişdir ki, X1 qətnamədən apellyasiya şikayəti verib, yaranmış zərurətlə əlaqədar mülki işin Nəsimi RM-nə göndərilməsi xahiş olunur. Mülki Prosessual Məcəllənin 384.0.6-cı maddəsinə görə, apellyasiya şikayəti icraata qəbul olunduqdan sonra digər şəxslərin apellyasiya şikayəti ilə birinci instansiya məhkəməsinə müraciət etməsi müəyyən edilərsə, icraata qəbul qərardadı ləğv edilərək iş apellyasiya baxışından çıxarmaqla birinci instansiyası məhkəməsinə qaytara bilər. İşə bundan əvvəl bir dəfə apellyasiya qaydasına baxıldığına və qətnamə qəbul edildiyinə görə apellyasiyanın mümkünlüyü barədə qərardad ləğv edilə bilməz, lakin iş apellyasiya baxışından çıxarılaraq birinci instansiya məhkəməsinə göndərilməlidir. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə qərara aldı: Hazırkı mülki iş apellyasiya baxışından çıxarılaraq Nəsimi Rayon Məhkəməsinə göndərilsin. Qərardaddan kassasiya şikayəti verilə bilməz. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar