Məhkəmə qərarları › İş №2(103)-2942/2020

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-2942/2020

11.06.2020 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-2942/2020 11.06.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Tofiq Səməd oğlu Səmədovun sədrliyi və məruzəsi ilə, X11 və X3 ibarət tərkibdə, Kərimova Aytən Nadir qızının katibliyi, İddiaçı1, Cavabdeh vəkili X6 iştirakı ilə, İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh, maraqlı şəxs Bakı şəhər İcra Hakimiyyəti Mənzil Kommunal Təsərrüfatı Departamentinə qarşı mənzilə istifadə hüquqlarının itirilməsi tələbinə dair mülki iş üzrə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin xx xxxxxxx 2019cu il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Bakı şəhəri Qaradağ rayon Məhkəməsinin 2(002)-2266/2019 saylı xx xxxxxxx 2019-cu il tarixli qətnaməsi ilə iddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh, maraqlı şəxs Bakı şəhər İcra Hakimiyyəti Mənzil Kommunal Təsərrüfatı Departamentinə qarşı mənzilə istifadə hüquqlarının itirilməsi tələbinə dair iddiaları qismən təmin edilərək, Cavabdeh Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, B. Niftəliyev küçəsi, 11 saylı evin, 8 saylı mənzilinə olan istifadə hüquqlarının itirilməsi, hazırkı məhkəmə qətnaməsinin Cavabdeh həmin mənzildən qeydiyyatdan çıxarılması üçün əsas olması qət edilmişdir. İddia qalan hissədə təmin edilməmişdir. İş materiallarından görünür ki, iddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh, maraqlı şəxs Bakı şəhər İcra Hakimiyyəti Mənzil X1rşı mənzilə istifadə hüquqlarının itirilməsi tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh Qaradağ rayonu, Lökbatan qəsəbəsi, B.Niftəliyev küçəsi, 11 saylı evin, saylı mənzilinə olan istifadə hüquqlarının itirilmiş hesab edilməsi barədə qətnаmə qəbul olunmasını xahiş etmişdir. İddiaçı1 iddia tələbini onunla əsaslandırmışdır ki, iddiaçı Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, B. Niftəliyev küçəsi, 11 saylı evin, 8 say mənzil xx xxxxxx 1989-cu il tarixli orderlə atası X4 verilmiş mənzilin orderində ailə üzvü kimi anası və qardaşlarının adları göstərilmişdir. Atası X5 xx.xx.2014-cü il tarixdə, anası Qasımova Hökümə Həbib qızı xx.xx.2004-cü il tarixdə, qardaşları X12 xx.xx.2006-cı il tarixdə X7 xx.xx.1994-cü il tarixdə, X16 xx.xx.2019-cu il tarixdə vəfat etmişlər. Cavabdeh məhrum qardaş X8 arvadı olmaqla, 1999-cu il tarixdə onların evlərinə qeydiyyat: düşmüş, 2012-ci il tarixdən ildən evdən köçüb getmiş, lakin nikahları xx.xx.2017-ci il tarixdə pozulmuşdur. Hazırda mənzildə onlar, yəni iddiaçılar yaşayırlar və mənzilin bütün kommunal xərcləri onlar tərəfindən ödənilir. Cavabdeh mübahisəli mənzildə qeydiyyatda olsa da, artıq 2012ci ildən həmin mənzildə yaşamır. Cavabdeh mübahisəli mənzildə uzun müddət yaşamamaqla, mənzildən köçmüş və hazırki vaxta qədər mübahisəli mənzillə heç bir əlaqəsi yoxdur. Lakin onun mənzildə qeydiyyatda qalması onlar üçün bir sıra problemlər yaradır. Qeyd olunanları nəzərə alıb, iddia tələbnin təmin olunmasını xahiş etmişdir. İşə baxan birinci instansiya məhkəməsi tərəfindən iddia tələbləri yuxarıda göstərilən qaydada qismən təmin edilmişdir. Cavabdeh Qaradağ rayon Məhkəməsinin xx xxxxxxx 2019-cu il tarixli qətnaməsindən apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsi, iddia ərizəsinin təmin edilməməsi barədə yeni qətnamə çıxarılmasını kollegiyadan xahiş etmişdir. Apellyasiya şikayətində birinci instansiya məhkəməsi tərəfindən işdə olan sübutlara obyektiv qiymət verilməməsini, işə birtərəfli baxılmasını, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların araşdırılmaması və digər əsasları göstərməklə, apellyasiya şikayətinin təmin olunması xahiş edilmişdir. İşin baxılma vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumatlandırılmasına baxmayaraq iş üzrə İddiaçı2 və Cavabdeh kollegiyanın iclasına gəlməmişlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən Kollegiya işə gəlməyən tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. İşə apellyasiya qaydasında baxan Kollegiya apellyasiya şikayətinin dəlillərini müzakirə edib, şikayəti müdafiə edərək təmin olunmasını xahiş edən cavabdehin vəkilini, şikayətlə razılaşmayaraq rədd olunmasını xahiş edən iddiaçını dinləyib, işdə olan sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən apellyasiya şikayəti təmin olunmamalı, Qaradağ rayon Məhkəməsinin xx xxxxxxx 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. İşə əlavə еdilmiş Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(002)- 96/2017 saylı, xx xxxxxx 2017-ci il tarixli qətnaməsinə əsasən iddiaçı Cavabdeh qızının cavabdeh X9 qarşı nikahın pozulması tələbi barədə iddiası təmin edilərək, X17 ilə Cavabdeh arasında 18 oktyabr 1996-cı tarixdə Bakı şəhəri “Səadət Sarayı”nda bağlanmış və 1875 nömrəsi ilə qeydə alınmış nikahın pozulması qət edilmişdir. İş materiallarında olan xx xxxxxx 1989-cu il tarixli, 245995 №-li Qaradağ İcra Komitəsi tərəfindən verilmiş orderə əsasən, X5 Lökbatan qəsəbəsi, keçid 1596, ev 11, mənzil 8 ünvanda 6 nəfər ailə üzvləri ilə yaşamaq hüququ verilmişdir. İş materiallarında olan Qaradağ Rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş 15.01,2014-cü il tarixli, AZ-İ seriyalı, 649459 №-li ölüm haqqında şəhadətnamənin notarial qaydada təsdiqlənmiş surətindən görünür ki, X5 xx.xx.2014-cü ildə ölmüş və bu barədə ölüm haqqında akt qeydləri kitabında xx.xx.2014-cü il tarixdə, 25 № ilə qeyd edilmişdir. İş materiallarında olan Qaradağ Rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.2001-ci il tarixli, AZ-İ seriyalı, 108241 №-li ölüm haqqında şəhadətnamənin notarial qaydada təsdiqlənmiş surətindən görünür ki, Qasımova Hökümə Lətif qızı xx.xx.2004-cü ildə ölmüş və bu barədə ölüm haqqında akt qeydləri kitabında xx.xx.2004-cü il tarixdə, 369 № ilə qeyd edilmişdir. İş materiallarında olan Qaradağ Rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.2006-cı il tarixli, AZ-İ seriyalı, 183501 №li ölüm haqqında şəhadətnamənin notariat qaydada təsdiqlənmiş surətindən görünür ki, X12 xx.xx.2006-cı ildə ölmüş və bu barədə ölüm haqqında akt qeydləri kitabında xx.xx.2006-cı il tarixdə, 149№ ilə qeyd edilmişdir. İş materiallarında olan Bakı şəhəri Qaradağ rayonu İHB-nın Qobustan qəsəbə nümayəndəliyi tərəfindən verilmiş xx.xx.1994-cü il tarixli, İ-JQ seriyalı, 454702 №-li ölüm haqqında şəhadətnamənin notarial qaydada təsdiqlənmiş surətindən görünür ki, X5 xx.xx.2014-cü ildə ölmüş və bu barədə ölüm haqqında akt qeydləri kitabında xx.xx.1994-cü il tarixdə, 24№ ilə qeyd edilmişdir. İş materiallarında olan 3 saylı “ASAN xidmət” mərkəzi Qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli, AZ-İİ seriyalı, 030347 №-li Azərbaycan Respublikası ölüm haqqında şəhadətnamənin notarial qaydada təsdiqlənmiş surətindən görünür ki, X17 xx.xx.2019-cu ildə ölmüşdür və bu barədə ölüm haqqında akt qeydləri kitabında xx.xx.2019-cu il tarixdə, 1268№ ilə qeyd edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Bakı Şəhər İcra Hakimiyyəti Mənzil- Kommunal Təsərrüfatı Departamenti Qaradağ rayon Mənzil-Kommunal Birliyi tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli, 1184№-li Forma-2 Arayışından görünür ki, İddiaçı1, İddiaçı2, X10, Qasımova Hökümə Elçin qızı, Cavabdeh, X13, X18 Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, B. Niftəliyev küçəsi, 11 saylı evin, 8 saylı mənzilində rəsmi olaraq qeydiyyatdadırlar. İş materiallarında olan Azərbaycan Respublikası Bakı şəhəri İcra Hakimiyyəti Mənzil- Kommunal Təsərrüfatı Departamenti Qaradağ rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyi 152 saylı Mənzil-Kommunal İstismar Sahəsi tərəfindən verilmiş, xx.xx.2019-cu il tarixli, 1515 №-li arayışdan görünür ki, Cavabdeh həqiqətən Lökbatan qəsəbəsi, B.Niftəliyev küçəsi, ev 11, mənzil 8 ünvanında qeydiyyatdadır, lakin bu mənzildə uzun müddətdir yaşamır. Azərbaycan Respublikası MPM-in 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zaman qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. 2009-cu ilin oktyabrın 1-ə qədər qüvvədə olmuş Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 60-cı maddəsinə əsasən icarədar və ya onun ailə üzvləri müvəqqəti başqa yerə getdikdə, onların yaşayış sahəsi altı ay saxlanılır. Elə həmin maddənin tələblərinə əsasən şəxsin müəyyən edildiyindən artıq müddətə başqa yerə getməsi nəticəsində yaşayış sahəsindən istifadə hüququnu itirmiş hesab edilməsi, kirayədarın və həmin sahədə yaşamağa qalmış digər daimi istifadəçilərin iddiası üzrə məhkəmə qaydasında həyata keçirilir. Həmin Məcəllənin 87-ci maddəsinə əsasən icarədar və onun ailə üzvləri daimi yaşamaq üçün başqa yaşayış məntəqəsinə getdikdə və ya həmin yaşayış məntəqəsində digər yaşayış sahəsinə köçdükdə, yaşayış sahəsinin icarə müqaviləsi onların getdiyi və ya köçdüyü gündən pozulmuş hesab edilir. “Respublika Məhkəmələri tərəfindən mənzil qanunvericiliyinin tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxxxxx 1992-ci il tarixli, 2 nömrəli Qərarının 8-ci bəndində göstərilir ki, Mənzil Məcəlləsinin 60-cı maddəsinə əsasən, qanunda daha uzun müddət nəzərdə tutulmamışdırsa, müvəqqəti olaraq başqa yerə getmiş kirayəçinin və onun ailə üzvlərinin yaşayış sahəsinə hüququ altı ay müddətində saxlanılır. Şəxsin müəyyən edildiyindən artıq müddətə başqa yerə getməsi nəticəsində yaşayış sahəsindən istifadə hüququnun itirilmiş hesab edilməsi bununla əlaqədar mübahisə yarandıqda maraqlı şəxslərin iddiaları üzrə məhkəmə tərəfindən həyata keçirilir. Azərbaycan Respublikası MPM-in 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zaman qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. 2009-cu ilin oktyabrın 1-ə qədər qüvvədə olmuş Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 60-cı maddəsinə əsasən icarədar və ya onun ailə üzvləri müvəqqəti başqa yerə getdikdə, onların yaşayış sahəsi altı ay saxlanılır. Elə həmin maddənin tələblərinə əsasən şəxsin müəyyən edildiyindən artıq müddətə başqa yerə getməsi nəticəsində yaşayış sahəsindən istifadə hüququnu itirmiş hesab edilməsi, kirayədarın və həmin sahədə yaşamağa qalmış digər daimi istifadəçilərin iddiası üzrə məhkəmə qaydasında həyata keçirilir. Həmin Məcəllənin 87-ci maddəsinə əsasən icarədar və onun ailə üzvləri daimi yaşamaq üçün başqa yaşayış məntəqəsinə getdikdə və ya həmin yaşayış məntəqəsində digər yaşayış sahəsinə köçdükdə, yaşayış sahəsinin icarə müqaviləsi onların getdiyi və ya köçdüyü gündən pozulmuş hesab edilir. “Respublika Məhkəmələri tərəfindən mənzil qanunvericiliyinin tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxxxxx 1992-ci il tarixli, 2 nömrəli Qərarının 8-ci bəndində göstərilir ki, Mənzil Məcəlləsinin 60-cı maddəsinə əsasən, qanunda daha uzun müddət nəzərdə tutulmamışdırsa, müvəqqəti olaraq başqa yerə getmiş kirayəçinin və onun ailə üzvlərinin yaşayış sahəsinə hüququ altı ay müddətində saxlanılır. Şəxsin müəyyən edildiyindən artıq müddətə başqa yerə getməsi nəticəsində yaşayış sahəsindən istifadə hüququnun itirilmiş hesab edilməsi bununla əlaqədar mübahisə yarandıqda maraqlı şəxslərin iddiaları üzrə məhkəmə tərəfindən həyata keçirilir. İş materiallarından müəyyən edilmişdir ki, İddiaçı2 mübahisəli mənzildə rəsmi olaraq qeydiyyatda olsa da, onun mənzilin hüquqmüəyyənedici (orderində) sənədində adı qeyd edilmədiyinə görə məhkəmədə iddia qaldıqmaq hüququ olmamışdır. Bundan əlavə, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(002)-96/2017 saylı, xx xxxxxx 2017-ci il tarixli qətnaməsinə əsasən iddiaçı Cavabdeh X9 qarşı nikahın pozulması tələbi barədə iddiası təmin edilərək, X17 ilə Cavabdeh arasında xx xxxxxxx 1996-cı tarixdə Bakı şəhəri “Səadət Sarayı”nda bağlanmış və 1875 nömrəsi ilə qeydə alınmış nikahın pozulması qət edilmişdir. Bununla belə, həmin mülki işə baxılarkən iddiaçı Cavabdehlə ailə qurduqları ilk zamanlarda onlar arasında ər-arvad münasibətlərinin normal olması, sonradan xasiyyətləri arasında olan uyğunsuzluq özünü biruzə verməyə başladığına görə ayrı yaşadıqları məzmunda izahat vermişdir. Bu isə onu deməyə əsas verir ki, Cavabdeh mübahisəli mənzildə istifadə hüququ yaranmış olsa belə, o, həmin mənzildə altı aydan artıq müddət yaşamadığından, onun həmin mənzilə istifadə hüququnun əldə edilməsini zəruri edən əsas artıq aradan qalxmış, bu əsasın mövcud olmaması isə mahiyyət etibarilə cavabdehin yaşayış sahəsinə olan istifadə hüququnun itirilməsini istisna etmir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinin tələbinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Məhkəmə kolegiyası hesab edir ki, hazırkı iddia tələblərini qismən təmin edərək, Cavabdeh Qaradağ rayonu, Lökbatan qəsəbəsi, B.Niftəliyev küçəsi, 11 saylı evin, 8 saylı mənzilə istifadə hüquqlarının itirilməsini qət etməklə birrinci instansiya məhkəməsi düzgün nəticəyə gəlmişdir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.1, 393, 405-ci maddələrini rəhbər tutaraq, kollegiya qət etdi: Cavabdeh və vəkili Yusiyf Kərimov tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin xx xxxxxxx 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi vaxtdan 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar