Məhkəmə qərarları › İş №2(103)-2943/2023

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-2943/2023

21.06.2023 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-2943/2023 21.06.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı mənzildən istifadə hüququna xitam verilərək çıxarılma tələbinə dair ilkin iddiası və Cavabdeh İddiaçı qarşı birgə nikah dövründə əldə edilmiş əmlakın bölünməsi tələbinə dair qarşılıqlı iddiası ilə bağlı iş üzrə (Açar sözlər: mənzildən istifadə hüququna xitam verilərək çıxarılma, birgə nikah müddətində əldə olunmuş əmlakdan payın müəyyən edilməsi) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər X7 (sədrlik edən və məruzəçi), xb oğlu və xa oğlundan ibarət tərkibdə, xm oğlunun katibliyi, İlk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı nümayəndəsi və vəkili Vəkil1, İlk idda üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh, onun nümayəndəsi və vəkili Vəkil3 iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “mənzildən istifadə hüququna xitam verilərək çıxarılma” tələbinə dair ilkin iddiası və Cavabdeh İddiaçı qarşı “birgə nikah dövründə əldə edilmiş əmlakın bölünməsi” tələbinə dair qarşılıqlı iddiası ilə bağlı mülki iş üzrə Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(011)-4529/2021 nömrəli qətnaməsindən İddiaçı və Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətləri üzrə işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları, iş üzrə məhkəmə icraatı

1. İddiaçı ilə Cavabdeh xx.xx.2017-ci il tarixdə faktiki ailə quraraq ər-arvad münasibətinə girmiş, nikahlarını xx.xx.2018-ci il tarixdə rəsmiləşdirmişlər. Nikah Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli qətnaməsi ilə pozulmuşdur. Tərəflərin birgə nikahlarından uşaqları yoxdur.

2. İddiaçı Bakı şəhəri, Gəncə prospekti ev 20A, 19 nömrəli mənzili xx.xx.2018-ci il tarixli alqı-satqı müqaviləsi əsasında X3 37.600 manata almışdır. Həmin mənzil üzərində iddiaçının tam mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2018-ci il tarixdə qeydiyyata alınmışdır.

3. Cavabdeh iddiaçı ilə faktiki ailə qurduqdan sonra, yəni xx.xx.2017-ci il tarixdə Bakı şəhəri, Xətai rayonu, G.Şıxlinski küçəsi, 8-ci döngə, 20 a saylı fərdi yaşayış evinin özünə aid hissəsini daşınmaz əmlakın alqı-satqı müqaviləsi əsasında 35.000 manata X1.

a) Birinci instansiya məhkəməsində icraat

4. İddiaçı Cavabdeh qarşı “mənzildən istifadə hüququna xitam verilərək çıxarılma” tələbinə dair iddia ərizəsi ilə Bakı Şəhəri Xətai Rayon Məhkəməsinə müraciət edərək, ona məxsus olan ünvan 1 ünvanında yerləşən 19 saylı mənzildən cavabdehin istifadə hüququna xitam verilməsi, bu xitamın cavabdehin həmin ünvandan pasport qeydiyyatından çıxarılması üçün əsas hesab edilərək, mənzildən çıxarılması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.

5. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, Türkiyə Respublikasının vətəndaşıdır, 25 ildir ki, İsveçrə dövlətində yaşayır. Lakin rəsmi nikaha daxil olmadan öncə cavabdeh özünə aid bir evin olmadığını və kirayədə yaşamaq istəmədiyini bildirərək ayrı bir mənzilin alınmasını israrla tələb etmiş, mənzil alınmadığı təqdirdə ailəsinin bu nikaha icazə verməyəcəyini bildirmişdir. Beləliklə, xx.xx.2018-ci il tarixdə (rəsmi nikaha daxil olmadan 4 gün öncə), Bakı şəhərində ev almaq üçün İsveçrənin Glarus şəhərində yerləşən “Glarner Kantonalbank”dakı öz hesabından 23.600 Frank (kurs 1,16 Avro ilə 20.344 Avro) pulu çıxararaq, özü ilə Bakı şəhərinə gətirmişdir (bankdan rəsmi çıxarış mövcuddur). Həmin zamana olan məzənnə ilə 20.344 Avro Azərbaycan manatı ilə 38.000 manat edirdi. xx.xx.2018-ci ildə cavabdehlə rəsmi nikaha daxil olmuşlar. Bundan 2 gün sonra, yəni xx.xx.2018-ci il tarixdə, 52 saylı Dövlət Notariat Kontorunun 4Ə/124 reyestr nömrəsi ilə Bakı şəhəri, Xətai rayonu, mənzil 19-da yerləşən 43,8 kv.metrdən ibarət olan 2 otaqlı mənzilin alqı-satqısı baş tutmuş, mənzil təqribi 38.600 manata alınmışdır. Mənzilin alqı-satqı prosesində özü iştirak edib və mənzilin dəyərini özü ödəyib. xx.xx.2018-ci il tarixdə DƏDRX-də mənzilin çıxarışı onun adına rəsmiləşdirilmişdir. Mənzil təmirsiz olmuşdur. Mənzilin təmirinə də xərclənən pul vəsaiti özü tərəfindən ödənilmişdir. O, İsveçrədə yerləşən “Glarner Kantonalbank”dakı öz hesabından 5.771 Frank və 1.500 avro, 2.000 ABŞ dolları pul vəsaitini bankdan çıxararaq, ayrı-ayrı vaxtlarda, qısa müddət ərzində cavabdehə göndərmişdir. Yəni, mənzilin satın alınmasından əlavə, mənzilin təmirinə də xərclənən pul vəsaiti onun şəxsi hesabından ödənilmişdir. Hal-hazırda cavabdeh ona məxsus Bakı şəhəri, Xətai rayonu, Gəncə prospekti, ev 20, mənzil 19 da qeydiyyatdadır və orada yaşayır. Cavabdehlə həm rəsmi, həm faktiki bütün qohumluq münasibətləri bitmişdir. Lakin özünə məxsus əmlakdan istifadə edə bilmir və sərəncam verə bilmir. Belə olan halda mülkiyyət hüquqları məhdudlaşır, məhz buna görə də məhkəməyə müraciət etmək qərarına gəlmişdir. Mübahisəli mənzil birgə nikah müddətində rəsmiləşdirilsə də, həmin əmlakın ümumi əmlak hesab edilməsi üçün bu hal kifayət deyildir. Belə ki, həmin əmlak həm də ər-arvadın, yəni mövcud halda cavabdeh və onun nikahı dövründə onların ümumi gəliri hesabına əldə edilməmişdir.

6. Cavabdeh iddia ərizəsinə yazılı etiraz edərək göstərmişdir ki, iddia tələbi əsassızdır. Belə ki, qarşı tərəfin iddia ərizəsində iddiaçının Bakı şəhərində ev almaq üçün İsveçrənin Glarus şəhərində yerləşən “Glarner Kantonalbank”dakı hesabından 23.600 Frank pulu çıxararaq özü ilə Bakı şəhərinə gətirməsi ,(bankdan rəsmi çıxarışın mövcud olması qeyd olunsa da) iddia ərizəsinə həmin çıxarış əlavə edilməmişdir. İddia ərizəsində qeyd olunduğu kimi, 23.600 Frank pulun, yəni 10.000 ABŞ dolları ekvivalentindən yuxarı məbləğdə ölkəyə gətirilməsi üçün “Sərnişin gömrük bəyannaməsi” və “Gömrük vəsiqəsi” ilə rəsmiləşdirilməsi barədə sənəd təqdim edilməlidir, Qanunun həmin tələblərinin yerinə yetirilməməsi, yəni qeyd olunan məbləğin bəyannamədə göstərilmədən ölkə ərazisinə gətirilməsi isə cinayət məsuliyyəti yaradır. Lakin iddiaçı tərəfindən iddia ərizəsində qeyd olunan məbləğ ölkəyə gətirilərkən bəyan edilməsi barədə sənəd məhkəməyə təqdim edilməmişdir. Bundan başqa, iddia ərizəsində mənzilin təmirinə xərclənən pul vəsaitinin İsveçrədə yerləşən “Glamer Kantonalbank”dakı hesabından 5.771 Frank və 1.500 avro, 2.000 ABŞ dolları pul vəsaitini ayrı-ayrılıqda qısa müddət ərzində ona göndərilməsi qeyd olunsa da, mənzil alındığı xx.xx.2018-ci il tarixdən sonra iddiaçı tərəfindən ona qeyd olunan məbləğlər göndərilməmişdir. Həmin hal onun bank kartına mədaxil olmuş məbləğlərlə bağlı çıxarışla da təsdiq olunur. Yuxarıda göstərilənlərə əsasən məhkəmədən iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

7. Daha sonra Cavabdeh İddiaçı qarşı “birgə nikah dövründə əldə edilmiş əmlakın bölünməsi” tələbinə dair qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlə birgə nikah dövründə əldə etdikləri, Bakı şəhəri, Gəncə prospekti ev 20A, 19 nömrəli mənzilin 2/3 hissəsinə mülkiyyət hüququnun tanınaraq, həmin əmlakın 2/3 pay nisbətində bölünməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.

8. Qarşılıqlı iddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdehlə rəsmi nikaha xx.xx.2018-ci il tarixdə girsə də, fakitiki olaraq xx.xx.2017-ci il tarixdə toyları olmuş və faktiki olaraq həmin tarixdən də ər-arvad münasibətində olmuşlar. Rəsmi nikaha toydan 4 ay sonra girmələrinin səbəbi, keçmiş həyat yoldaşının Türkiyə Cümhuriyyətinin vətəndaşı olduğundan sənədləşmə işlərinin yubanması ilə bağlı olmuşdur. İddiaçı ilə xx.xx.2018-ci il tarixdə rəsmi nikaha girdikdən sonra xx.xx.2018-ci il tarixdə Bakı şəhəri, Gəncə prospekti ev 20A, 19 nömrəli mənzili almışlar. Belə ki, ailə qurmamışdan öncə valideynləri rəhmətə getmiş, valideynlərindən qalan mənzil qardaşı X4 və onun mülkiyyətinə keçmişdir. Ailə qurduğuna görə keçmiş həyat yoldaşının evi olmadığından ev almaq məqsədilə valideynlərindən qalan Bakı şəhəri, Xətai rayonu G.Şıxlinski küçəsi 8-ci döngə, ev 20 a mənzilin özünə aid hissəsini 35.000 manata xx.xx.2017-ci il tarixdə, yəni faktiki nikahdan 1 ay sonra satmışdır. Bundan başqa, ailə qurduğuna görə keçmiş həyat yoldaşı ilə planlaşdırdıqları kimi onun yaşadığı ölkəyə gedəcəklərindən işdən çıxdığına görə xx.xx.2018-ci il tarixdə 1.545 manat da işdənçıxma müavinəti almışdır. Həmçinin, toylarından da 2.000 manatadək pul yığılmışdır. Faktiki nikahdan, yəni xx.xx.2017-ci il tarixdən 1 ay sonra xx.xx.2017-ci il tarixdə özünə məxsus evi satması, həmçinin rəsmi nikahdan öncə işdən çıxma müavinəti alması, mübahisəli mənzili isə rəsmi nikahdan 3 gün sonra alması iddia ərizəsinə əlavə etdiyi sənədlərlə, həmçinin məhkəməyə gələcək şahid ifadələri ilə sübut olunur. Beləliklə, mənzilin alınması üçün mənzilin ümumi dəyərinin 21.000 manatı onun tərəfindən, qalan hissəsi isə iddiaçı tərəfindən ödənilmişdir. Mənzilin dəyərinin çox hissəsinin onun tərəfindən ödənilməsinə baxmayaraq, iddiaçının adına almaqda məqsədləri onun gələcəkdə Azərbaycan Respublikası vətəndaşlığını qəbul etmək istəyi olmuşdur. Bundan başqa, mənzil tam təmirsiz olduğundan mənzil təmir olunanadək 2-3 ay müddət qardaşının evində yaşamışlar. Evin təmiri də özünün vəsaiti ilə həyata keçirilmiş, hətta evin əşyalarının alınması üçün özünə məxsus zinət əşyalarından da satmış və özünə məxsus evin satış pulu, işdənçıxma müavinəti və toydan yığılan pullar hesabına evi alıb və təmir etdirmişlər.

9. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(011)-4529/2021 nömrəli qətnaməsi ilə (hakim S.B.Mehrəliyev) ilk iddia təmin edilməmiş, qarşılıqlı iddia tələbinin qismən təmin edilməsi, birgə nikahları dövründə əldə edilmiş Bakı şəhəri, Gəncə prospekti ev 20A, 19 nömrəli mənzilin üzərində 1/2 hissədə iddiaçının, 1/2 hissədə cavabdehin payları müəyyən edilməklə, mülkiyyət hüquqlarının tanınması qət edilmişdir.

10. Məhkəmə toplanmış sübutlara hüquqi qiymət verərək hesab etmişdir ki, iddiaçı mübahisəli mənzilin yalnız onun vəsaiti hesabına əldə olunması və təmir olunmasını iddia etsə də, bu barədə mötəbər sübutları məhkəməyə təqdim edə bilməmişdir.

11. Qarşılıqlı iddianın təmin edilməyən hissəsində birinci instansiya məhkəməsinin mövqeyi ondan ibarət olmuşdur ki, cavabdeh qeyd olunan mənzilin onun hesabına təmir olunmasını göstərərək, mənzilin üzərində payların qeyri-bərabər müəyyən olunmasını xahiş etsə də, tələbini əsaslandıra bilməmişdir.

12. Məhkəmə qarşılıqlı iddianın təmin edilən hissəsində hesab etmişdir ki, mübahisəli əmlakın tərəflər arasında qeyri-bərabər bölünməsi üçün Azərbaycan Respublikası Ailə Məcəlləsinin 37.2-ci maddəsində nəzərdə tutulmuş şərtlərin mövcud olmamasını nəzərə alınmaqla, Bakı şəhəri, Gəncə prospekti ev 20A, 19 nömrəli mənzilin üzərində 1/2 hissədə iddiaçının, 1/2 hissədə cavabdehin payları müəyyən edilməlidir.

13. Məhkəmə öz mövqeyini xx.xx.2009-cu il tarixədək qüvvədə olmuş Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 123-cü, Mülki Məcəllənin 228.1, 228.2, 228.5-ci maddələri, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1 və 228.2-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1 və 30.2-ci maddələrinin şərh edilməsinə dair” xx.xx.2014-cü il tarixli Qərarı, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinə dair” 27 oktyabr 2008-ci il tarixli qərarı, Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 32.1, 32.2.2, 36.1, 36.2, 36.3, 37.1, 37.2-ci maddələrinə istinadla əsaslandırmışdır.

Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları

a) Apellyasiya şikayətinin dəlilləri

14. Qətnamədən iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi, ilkin iddianın təmin olunması, qarşılıqlı iddianın rədd edilməsinə dair qətnamə qəbul olunmasını xahiş etmişdir.

15. Apellyasiya şikayətində iddia ərizəsində göstərilənlərə əsaslara istinad edilmiş, həmçinin göstərilmişdir ki, məhkəmənin qətnaməsində maddi və prosessual hüquq normaları düzgün tətbiq edilməmiş, araşdırılmalı olan hallar araşdırılmamış, açıq-aydın olan hallara isə göz yumulmuşdur.

16. Qətnamədən həmçinin qarşılıqlı iddiaçı X5 apellyasiya şikayəti verərək Bakı şəhəri Xətai rayon Məhkəməsinin 05 avqust 2021-ci il tarixli, 2 (011)-4529/2021 saylı qətnaməsinin qarşılıqlı iddiaya dair hissəsinin ləğv edilməsi, qarşılıqlı iddianın tam təmin olunması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

17. Cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) apellyasiya şikayətini qarşılıqlı iddia ərizəsində göstərilən eyni əsaslara istinadla əsaslandırmışdır.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

18. Apellyasiya şikayətilərinə qarşı etirazlar daxil olmamışdır.

Apellyasiya instansiyası məhkəməsində birinci icraat

19. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2021-ci il tarixli, 2(103)-10502/2021 nömrəli qətnaməsi ilə (hakimlər R.M.Həsənov (sədrlik edən və məruzəçi), M.A.Məmmədov və Ş.Ə.Məhərrəmova) iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilmiş, cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilmiş, iş üzrə yeni qətnamə qəbul edilməklə ilk iddianın təmin edilməsi, cavabdehin Bakı şəhəri Xətai rayonu Gəncə prospekti ev 20A, 19 saylı mənzildən istifadə hüququna xitam verilməsi və onun həmin mənzildən çıxarılması qət edilmiş, qarşılıqlı iddia təmin edilməmişdir.

20. Apellyasiya instansiya məhkəməsi mövqeyini onunla əsaslandırmışdır ki, sözügedən mənzilin tərəflərin ümumi gəlirləri hesabına əldə edilib-edilməməsi işin mübahisələndirilən halıdır.

21. Məhkəmə kollegiyası hesab etmişdir ki, həm ilk, həm də qarşılıqlı iddiaların düzgün və obyektiv həlli üçün ilk növbədə mübahisəli mənzilin tərəflərin birgə nikahı dövründə əldə edilmiş əmlak olub-olmaması araşdırılmalıdır. Tərəflərin verdikləri izahatlardan görünür ki, həm ilk, həm də qarşılıqlı iddiaçı mənzilin faktiki olaraq birgə nikah dövründə qazanılmış vəsait hesabına əldə edilmədiyini qəbul edirlər. Belə ki, ilk iddiaçı ümumiyyətlə, həmin vəsaitin hamısının ona məxsus olduğunu, mənzilə görə ödənilmiş məbləği mənzil əldə edilməmişdən bir neçə gün əvvəl İsveçrədə öz bank hesabından çıxararaq Bakıya gətirdyini və burada Azərbaycan manatına çevirərək mənzili əldə etdiyini bildirir. Qarşılıqlı iddiaçı isə mübahisəli mənzili əldə etməmişdən təxminən üç ay əvvəl qardaşı ilə birlikdə paylı mülkiyyətlərində olan mənzilin özünə aid 1/2 hissəsini satdığını və əldə etdiyi vəsaitin 21.000 manatını bu evin alınmasına sərf etdiyini bildirmişdir. Konstitusiya Məhkəməsinin 21 dekabr 2012-ci il tarixli qərarındakı hüquqi mövqeyə görə, hazırkı mübahisəli mənzilin tərəflərin birgə nikah dövründə əldə etdikləri birgə mülkiyyət hesab edilməsi üçün ilk növbədə həmin əmlakın birgə nikah müddətində, daha sonra isə tərəflərin ümumi gəlirləri hesabına əldə edilməsi sübuta yetirilməlidir.

22. Qeyd edildiyi kimi, tərəflər nikaha xx.xx.2021-ci ildə daxil olmuşlar, mübahisəli mənzilin alqı-satqı müqaviləsi isə xx.xx.2021-ci ildə rəsmiləşdirilmişdir. Göründüyü kimi, təqvim hesabı ilə mübahisəli mənzil tərəflər nikaha daxil olduqdan iki gün sonra əldə edilmişdir, bu səbəbdən də mənzil tərəflərin birgə nikahda olduqları müddətdə əldə edilmiş hesab edilməlidir.

23. Buna baxmayaraq, iş materiallarından da göründüyü kimi, həmin mənzilin alqısatqısı ilə bağlı notariat hərəkətləri xx.xx.2021-ci ildə başlanmış, mənzilin dəyərinin tam ödənilməsi də xx.xx.2021-ci ildə, tərəflərin rəsmi nikaha daxil olduqları gün həyata keçirilmişdir. Tərəflər özləri də mənzilə görə ödənilmiş pul məbləğinin onların birgə vəsaiti olmadığını, bu vəsaiti nikaha daxil olmamışdan əvvəl əldə etdiklərini bildirmişlər. Bütün qeyd edilənlər onu deməyə əsas verir ki, mübahisəli mənzil ər-arvadın ümumi gəlirləri hesabına əldə edilməmişdir. Yaranmış vəziyyətdə mənzilin əldə edilməsinə sərf edilmiş vəsaitin 21.000 manat hissəsinin ona məxsus olmasını sübut etmək vəzifəsi qarşılıqlı iddiaçının üzərinə düşür. Bununla bağlı qarşılıqlı iddiaçı mübahisəli mənzilin alınmasından təxminən üç ay əvvəl özünə 1/2 payla məxsus olan mənzildəki payının satışından gəlir əldə etməsinə və əldə etdiyi həmin gəlirdən 21.000 manat vəsaitin mübahisəli mənzilin alınmasına sərf etməsinə istinad etmişdir. İş materialları ilə həqiqətən də, cavabdehin xx.xx.2017-ci ildə bağlanmış alqı-satqı müqaviləsinə əsasən Bakı şəhəri, Xətai rayonu, G.Şıxlinski küçəsi, 8-ci döngə, 20A saylı fərdi yaşayış evinin özünə aid hissəsini 35.000 manata satdığı müəyyən olunur. Lakin cavabdeh bu alqı-satqıdan əldə etdiyi vəsaitin bir hissəsini mübahisəli mənzilin alınmasına sərf etdiyini bildirsə də, bununla bağlı məhkəməyə hər hansı sübut təqdim edə bilməmişdir.

24. Məhkəmə kollegiya işin hallarını və apellyasiya şikayətlərinin dəlillərini araşdıraraq hesab etmişdir ki, Bakı şəhəri, Gəncə prospekti ev 20A, 19 nömrəli mənzilin ilk iddiaçı ilə cavabdehin ümumi gəlirləri hesabına əldə edilməsi sübut olunmur. Bu səbəbdən mübahisəli mənzil tərəflərin birgə nikah dövründə əldə etdikləri ümumi birgə mülkiyyəti deyil, iddiaçının mülkiyyəti hesab edilməlidir və iddia tələblərinə hüquqi qiymət verilərkən bu hal nəzərə alınmalıdır.

25. Məhkəmə kollegiyası bu qənaətə gəlmişdir ki, tərəflər arasında nikah münasibətlərinə məhkəmə qətnaməsi ilə xitam verildiyindən, habelə mənzildən istifadə ilə bağlı tərəflərin arasında hər hansı başqa razılaşma olmadığından, cavabdehin mübahisəli mənzildən istifadə hüququ itirilmiş hesab edilməlidir.

26. Eyni əsaslarla məhkəmə kollegiyası hesab etmişdir ki, mübahisəli mənzilin tərəflərin birgə əmlakı olması məhkəmə araşdırması zamanı sübuta yetmədiyindən həmin mənzilə pay hüququnun müəyyən edilərək bölünməsinə dair qarşılıqlı iddia tələbi əsassız olmuşdur.

27. Apellyasiya məhkəməsi öz mövqeyini Ailə Məcəlləsinin 32.1, 32.2.2, 36.1, 36.3, 37.1-ci, Mülki Məcəllənin 157.1, 157.2, 225.1-ci maddələri, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Qanunun 1-ci, 5-ci və 12-ci maddələrinin şərh edilməsinə dair 21 dekabr 2012-ci il tarixli qərarı, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 08 oktyabr 2013-cü il tarixli qərarı, Mənzil Məcəlləsinin 30.4-cü maddəsinə istinadla əsaslandırmışdır.

Kassasiya instansiyası məhkəməsində birinci icraat

28. Cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) (Vəkil2) kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin tamamilə ləğv edilərək işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsinə dair qərar qəbul olunmasını xahiş etmişdir.

29. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2022-ci il tarixli, 2(102)-3005/2022 nömrəli qərarı ilə (hakimlər İ.Ə.Şəfiyev (sədrlik edən və məruzəçi), V.T.Həsənov və Ə.A.Əhmədov) kassasiya şikayəti təmin edilmiş, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi ləğv edilmiş, iş yenidən baxılması üçün apellyasiya instansiya məhkəməsinə göndərilmişdir.

30. Məhkəmə kollegiyasının mövqeyi ondan ibarət olmuşdur ki, cavabdeh Mənzil Məcəlləsinin 30.1-ci maddəsinə əsasən iddiaçının ailə üzvü sayılırdı. Bu baxımdan cavabdehin iddiaçının mülkiyyətində olan mənzildən istifadə hüququ yaranmışdır və bu hüququn yaranması üçün başqa razılaşmanın olmasına ehtiyac yox idi. Ailə münasibətinin (iddiaçı ilə ər-arvad olmanın) mövcudluğu bu hüququn yaranması üçün qanuni əsas idi. Mülkiyyətçi ilə ailə münasibətlərinə xitam verilməsi isə birmənalı olaraq cavabdehin iddiaçının mülkiyyətində olan yaşayış sahəsindən çıxarılmasına əsas vermir.

31. Məhkəmə kollegiyası hesab etmişdir ki, cavabdehin yaşayış sahəsindən müəyyən müddətə istifadə hüququnun saxlanması hüququ məhkəmə tərəfindən araşdırılmamış, işin həlli üçün əhəmiyyəti olan bütün hallar müəyyən edilməmişdir. Bundan başqa, apellyasiya instansiyası məhkəməsinin “mübahisəli mənzilin ər-arvadın ümumi gəlirləri hesabına əldə edilməməsi” əsası ilə mənzilin tərəflərin birgə əmlakı sayılmasından imtina etməsi barədə gəldiyi nəticə üzrə işin halları tam araşdırılmamışdır.

32. Məhkəmə kollegiyası hesab etmişdir ki, apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə sübutların obyektiv, hərtərəfli və tam tədqiqinə əsaslanmır. MPM-nin 88-ci maddəsi məhkəmənin sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verilməsini tələb edir.

33. Kassasiya məhkəməsi öz mövqeyini Mənzil Məcəlləsinin 30, 30.1, 30.2, 30.4, Mülki Məcəllənin 14, 152-ci maddələrinə istinadla əsaslandırmışdır.

Apellyasiya instansiyası məhkəməsində ikinci icraat

34. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2022-ci il tarixli, 2(103)-5778/2022 nömrəli qətnaməsi ilə (hakimlər N.Ş.Cəfərov (sədrlik edən və məruzəçi), E.Ə.Mehdiyev və X.Ə.Sarıyev) apellyasiya şikayətinin təmin edilməsi, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi, İddiaçı ilk iddiasının təmin olunması, Cavabdeh Xətai rayonu, Gəncə prospekti, ev № 20 “a”-da yerləşən 19 №-li mənzildən istifadə hüququna xitam verildiyinin müəyyən olunması və onun həmin mənzildən çıxarılması, Cavabdeh qarşılıqlı iddiasının rədd olunması qət edilmiş, hazırkı qətnamənin Cavabdeh Xətai rayonu, Gəncə prospekti, ev № 20 “a”-da yerləşən 19 №-li mənzildən yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması üçün əsas olması qeyd edilmişdir.

35. Apellyasiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, cavabdehin qarşılıqlı iddiası əsassızdır. Birinci, Ailə Məcəlləsinin 32.1-ci maddəsinin mənasına görə, mənzilin yalnız nikah müddətində əldə edilməsi onun ər-arvadın ümumi birgə mülkiyyəti sayılması üçün kifayət deyil, mənzil həm də ər-arvadın ümumi gəlirləri hesabına əldə edilməlidir. Alqı-satqı müqaviləsi nikahdan 2 gün sonra bağlansa da, ödəniş qəbzindən görünür ki, mənzilin qiyməti nikahın qeydə alındığı gün - xx.xx.2018-ci ildə ödənilib. Ərarvadın məhz nikahın qeydə alındığı gün 37.600 manat ümumi gəlir əldə etdiyini təsdiq edən sübut yoxdur. Mənzilin qiyməti nikahın qeydə alındığı gün İddiaçı tərəfindən ödənildiyinə görə hesab olunur ki, 37.600 manat İddiaçı özünə məxsus olan puldur. İkinci, nikahın qeydə alındığı gün İddiaçı tərəfindən satıcıya ödənilmiş 37.600 manat pulun hər hansı hissəsinin Cavabdeh tərəfindən İddiaçı verildiyini təsdiq edən sübut yoxdur. Məhkəmə yalnız Cavabdeh sözlərinə əsaslanaraq onun İddiaçı pul verdiyini müəyyən edə bilməz. Alqı-satqı müqaviləsinin bağlanmasından təxminən 3 ay əvvəl – xx.xx.2017-ci ildə Cavabdeh özünə məxsus evi 35.000 manata satıb. Lakin bu fakt öz-özlüyündə Cavabdeh satışdan əldə etdiyi pulu İddiaçı verdiyini təsdiq etmir. Üçüncü, əgər Cavabdeh mənzilin əldə edilməsi üçün pul vermişdirsə, mənzili öz adına ala və ya müqavilədə İddiaçı ilə yanaşı birgə alıcı kimi qeyd edilməsini tələb edə bilərdi. Cavabdeh mənzilin nəyə görə İddiaçı adına əldə edilməsinin ağlabatan səbəbini izah edə bilmir. Bu isə belə qənaətə gəlməyə əsas verir ki, Cavabdeh mənzilin əldə edilməsi üçün pul verməyib. Dördüncü, İddiaçı 37.600 manat pulun özünə məxsus olduğunu sübut etməli deyil. Çünki alqı-satqı müqaviləsinə və qəbzə görə, pul satıcıya məhz İddiaçı tərəfindən ödənilib. Əgər kimsə həmin pulun İddiaçı məxsus olmadığını iddia edirsə, onun özü pulun başqa şəxsə məxsus olduğunu sübut etməlidir. Cavabdeh həmin pulun özünə məxsus olduğunu sübut edə bilmədiyinə görə, hesab olunur ki, 37.600 manat pul İddiaçı məxsusdur. Beləliklə, mənzil ər-arvadın ümumi birgə mülkiyyəti deyil, ona görə də qarşılıqlı iddia təmin edilə bilməz.

36. Məhkəmə kollegiyası həmçinin qeyd etmişdir ki, iddiaçının ilk iddiası əsaslıdır. İddiaçı (mülkiyyətçi) ilə Cavabdeh (keçmiş ailə üzvünün) arasında ailə münasibətlərinə xx.xx.2020-ci il tarixli qətnamə ilə xitam verildiyinə görə, həmin qətnamənin qanuni qüvvəyə mindiyi vaxtdan Cavabdeh mənzildən istifadə hüququna Mənzil Məcəlləsinin 30.4-cü maddəsinə əsasən xitam verilib. Mənzil Məcəlləsinin 30.4-cü maddəsində yaşayış sahəsindən istifadə hüququnun müəyyən müddətə məhkəmə qərarına əsasən saxlanılması imkanı müəyyən edilsə də, belə qərarın qəbul edilməsinə zərurət yoxdur. Birinci, Cavabdeh özünü yaşayış sahəsi ilə təmin etməyə imkan olmadığını təsdiq edən sübutları birinci instansiya məhkəməsinə təqdim etməyib. İkinci, nikahın pozulmasından, yəni istifadə hüququna xitam verilməsindən 2 ildən artıq vaxt keçib, Cavabdeh bu müddətdə mənzildən istifadə edib. Yəni Cavabdeh istifadə hüququna xitam verilməsinə baxmayaraq onun mənzildən istifadə imkanı faktiki olaraq 2 il ərzində saxlanılıb. Cavabdehin mənzildən istifadə hüququna xitam verilib və hazırda onun mənzildə yaşaması mülkiyyətçi İddiaçı iradəsinə ziddir. İddiaçı Mülki Məcəllənin 157.2-ci maddəsinə əsasən cavabdehin mənzildən çıxarılmasını tələb etməyə haqlıdır.

37. Məhkəmə kollegiyası qarşılıqlı iddia tələbinə dair hesab etmişdir ki, mənzil ərarvadın ümumi birgə mülkiyyəti olmadığı üçün qarşılıqlı iddia təmin edilə bilməz.

38. Apellyasiya məhkəməsi öz mövqeyini Azərbaycan Respublikası Ailə Məcəlləsinin 32.1, Mənzil Məcəlləsinin 30.4, Mülki Məcəllənin 157.2-ci maddələrinə istinadla əsaslandırmışdır.

Kassasiya instansiyası məhkəməsində ikinci icraat

39. Cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) (Vəkil2) kassasiya şikayəti verərək qətnamənin ləğv edilməsi və işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsini xahiş etmişdir.

40. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 2(102)- 506/2023 saylı, xx.xx.2022-ci il tarixli qərarı ilə (hakimlər Z.B.Babayev (sədrlik edən və məruzəçi), Ə.G.Nurməmmədov və A.Q.Hüseynov) kassasiya şikayəti təmin edilmiş, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi ləğv edilmiş, iş yenidən baxılması üçün apellyasiya instansiya məhkəməsinə göndərilmişdir.

41. Məhkəmə kollegiyasının mövqeyi ondan ibarət olmuşdur ki, apellyasiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilibedilməməsi məsələsi kassasiya qaydasında yoxlanılarkən, iddia tələbinin həlli ilə bağlı məsələyə düzgün hüquqi qiymətin verilmədiyi, məhkəmə tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normalarının düzgün tətbiq olunmaması və işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılması ilə bağlı prosessual hüquq normalarının pozulmasına yol verilməsi, bundan əvvəl işə baxmış kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlərinə əməl olunmadığı müəyyən edilmişdir.

42. Məhkəmə kollegiyası ilk olaraq qeyd etmişdir ki, birinci instansiya məhkəməsinin qətnaməsindən iş üzrə həm iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh), həm də cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) tərəfindən apellyasiya şikayətləri verilsə də, iş kassasiya instansiyası məhkəməsi tərəfindən yeni apellyasiya baxışına qaytarıldıqdan sonra, apellyasiya instansiyası məhkəməsi işə yalnız iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən baxmış, cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinin dəlillərini yoxlamamış və həmin şikayətin dəlillərinə heç bir hüquqi qiymət verməmiş, bununla da hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilməsi barədə qanunvericiliyin tələblərini pozmuşdur.

43. Bundan başqa, məhkəmə kollegiyası daha əvvəl işə baxmış kassasiya kollegiyasının mövqeyinə uyğun olaraq qeyd etmişdir ki, iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) ilkin iddia ərizəsində tələbini mülkiyyət hüququnun müdafiəsi ilə bağlı müddəalarla əsaslandırmış, apellyasiya instansiyası məhkəməsi də cavabdehin (qarşılıqlı iddia üzrə iddiaçı) mənzildən çıxarılması barədə nəticəyə gələrkən mülkiyyətin müdafiəsi barədə Mülki Məcəllənin 157.2-ci maddəsinin müddəalarına istinad etmişdir. Qeyd olunmalıdır ki, mülkiyyətçi əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər. Bununla belə mülkiyyətçinin bu hüquqları hüdudsuz deyildir. Mülki Məcəllənin 152.5ci maddəsi həmin səlahiyyətlərin qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə, qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmamaq, yaxud hüquqdan sui-istifadə etmə olmadan həyata keçirilməsini tələb edir. Məhkəmə kollegiyasının mövqeyinə görə mənzildən çıxarılma tələbi üzrə tərəflərin arasında yaranmış münasibətlər mənzildən istifadə üzrə yarandığından, bu mübahisənin həllinə də Mənzil Məcəlləsinin müddəaları tətbiq olunmalıdır.

44. Cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) Cavabdeh Mənzil Məcəlləsinin 30.1-ci maddəsinə əsasən iddiaçının ailə üzvü sayılmışdır. Bu baxımdan cavabdehin iddiaçının mülkiyyətində olan mənzildən istifadə hüququ yaranmış və bu hüququn yaranması üçün başqa razılaşmanın olmasına ehtiyac olmamışdır. Ailə münasibətinin (iddiaçı ilə ər-arvad olmanın) mövcudluğu bu hüququn yaranması üçün qanuni əsasdır. Mülkiyyətçi ilə ailə münasibətlərinə xitam verilməsi isə birmənalı olaraq cavabdehin iddiaçının mülkiyyətində olan yaşayış sahəsindən çıxarılmasına əsas vermir.

45. Belə ki, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddəsi yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün yaşayış sahəsini əldə etməyə və ya yaşayış sahəsindən istifadə hüquqlarını həyata keçirməyə əsasları olmadıqda, yaşayış sahəsinin mülkiyyətçisinin təmin etməyə imkan vermədikdə, keçmiş ailə üzvünün göstərilən mülkiyyətçiyə məxsus olan yaşayış sahəsindən müəyyən müddətə istifadə hüququnun məhkəmənin qərarı əsasında saxlanılmasını mümkün sayır.

46. Lakin işə baxmış apellyasiya instansiyası məhkəməsi Cavabdeh mənzildən çıxarılması barədə iddianı təmin edərkən, cavabdehin bu normaya əsasən mülkiyyətçiyə məxsus olan yaşayış sahəsindən müəyyən müddətə istifadə hüququnun saxlanmasını araşdırmamış, yalnız iddiaçının nümayəndəsinin izahatına əsaslanaraq nikahın pozulmasından, yəni istifadə hüququna xitam verilməsindən 2 ildən artıq vaxt keçməsini, Cavabdeh bu müddətdə mənzildən istifadə etməsi kimi qiymətləndirərək yekun nəticəyə gəlmişdir. Halbuki, cavabdehin yaşayış sahəsindən müəyyən müddətə istifadə hüququnun saxlanması, bu barədə tələbin olub-olmamasından asılı olmayaraq məhkəmə tərəfindən araşdırılmalı və həll edilməlidir.

47. Daha sonra qeyd olunmuşdur ki, apellyasiya instansiyası məhkəməsinin “mübahisəli mənzilin ər-arvadın ümumi gəlirləri hesabına əldə edilməməsi” əsası ilə mənzilin tərəflərin birgə əmlakı sayılmasından imtina etməsi barədə gəldiyi nəticə üzrə də işin halları tam araşdırılmamışdır.

48. Qarşılıqlı iddianın əmlakın bölünməsi ilə bağlı hissəsində nəzərə alınmalıdır ki, yuxarıda qeyd olunduğu kimi tərəflər xx.xx.2017-ci il tarixdə faktiki ailə quraraq ər-arvad münasibətinə girmiş, nikahlarını xx.xx.2018-ci il tarixdə rəsmiləşdirmişlər. Cavabdeh faktiki olaraq xx.xx.2017-ci il tarixdə ailə qurmalarını təsdiq edən sübut kimi məhkəməyə, iddiaçı ilə aralarında toyun keçirilməsi haqqında videodisk (i.v.92.) təqdim etmişdir. Cavabdeh iddiaçı ilə faktiki ailə qurduqdan, toy məclisindən sonra – lakin nikahları rəsmiləşdirilənə qədər, yəni xx.xx.2017-ci il tarixdə Bakı şəhəri, Xətai rayonu, G.Şıxlinski küçəsi, 8-ci döngə, 20 a saylı fərdi yaşayış evinin özünə aid hissəsini daşınmaz əmlakın alqı-satqı müqaviləsi əsasında 35.000 manata satmışdır. Mübahisə predmeti olan mənzil isə xx.xx.2018-ci il tarixdə alınmış, mənzilin pulu xx.xx.2018-ci il tarixdə İddiaçı adından ödənilmişdir. Tərəflərin nikahı xx.xx.2020-ci il tarixdə pozulmuşdur.

49. Göründüyü kimi, tərəflərin mübahisəli mənzilin alqı-satqısına qədər, ailə qurmaqla bağlı qəti niyyətə əsaslanan münasibətlərinin formalaşması şübhə doğurmur. Bu hal isə həmin dövrdə onların mənzil almaq üçün birgə hərəkət etmək barədə razılığa gəlmələrini real və inandırıcı edir. Mübahisəli mənzilin alınması ilə bağlı 400 manat məbləğində behin ödənilməsi barədə xx.xx.2018-ci il tarixli beh müqaviləsinin (i.v.91) satıcı ilə cavabdehin qardaşı Kamran İsgəndərovla bağlanması isə bununla bağlı şübhələri tamamilə aradan qaldırır. İşin halları, cavabdehin mənzilin alınması üçün vəsait qoymaq iqtidarında olmasını da təsdiq edir. Belə ki, cavabdeh özünə məxsus mənzili xx.xx.2017-ci il tarixdə 35.000 manata satmış, həmçinin cavabdehə xx.xx.2018-ci il tarixdə əmək haqqı ilə bağlı 1.545 manat ödəniş edilmişdir. Cavabdeh həmin sübutları da məhkəməyə təqdim etmişdir. (i.v. 30-34) Bununla belə, apellyasiya instansiyası məhkəməsi tərəflərin təqdim etdiyi sübutlar və faktlar əsasında araşdırma apararaq sübutları düzgün qiymətləndirməməklə, həqiqətin müəyyən olunması üçün zəruri addımlar atmamışdır.

50. Apellyasiya instansiyası məhkəməsi qarşılıqlı iddianı rədd etməklə bağlı gəldiyi nəticəni o məntiqlə əsaslandırmışdır ki, iddiaçı 37.600 manat pulun özünə məxsus olduğunu sübut etməli deyil. Çünki alqı-satqı müqaviləsinə və qəbzə görə, pul satıcıya məhz iddiaçı tərəfindən ödənilib. Əgər kimsə həmin pulun iddiaçıya məxsus olmadığını iddia edirsə, onun özü pulun başqa şəxsə məxsus olduğunu sübut etməlidir. Cavabdeh həmin pulun özünə məxsus olduğunu sübut edə bilmədiyinə görə, hesab olunur ki, 37.600 manat pul iddiaçıya məxsusdur. Bir sözlə məhkəmə belə nəticəyə gəlmişdir ki, cavabdeh mənzilinin alğı-satqsınıdan əldə etdiyi vəsaitin bir hissəsini mübahisəli mənzilin alınmasına sərf etdiyini sübut edə bilməmişdir.

51. Məhkəmə kollegiyasının mövqeyinə görə, yarandığı zaman təməli qarşılıqlı etibara əsaslanan ailə və ər-arvad münasibətlərinin mövcud olduğu iddiaçı və cavabdehin arasındaki münasibətlərə, apellyasiya instansiya məhkəməsinin şəxsi mülahizələrə əsaslanan, tamamilə başqa münasibətlərdə olan şəxslərə tətbiq edilməli məntiqi ilə yanaşıb qiymət vermək düzgün deyildir.

52. Apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə ilə bağlı həmçinin qeyd olunmuşdur ki, tərəflər arasında rəsmi nikah kontraktı və ya başqa yazılı razılaşma mövcud olmamışdır. Bununla belə, apellyasiya məhkəməsi cavabdehin mübahisəli mənzilin alınması üçün ödənilmiş pulun (və ya onun bir hissəsinin) məhz onun öz mənzilini satmaqdan əldə etdiyi vəsait olduğunu hansı sübutlarla təsdiq edə bilməsini açıqlamamışdır. Həmdə sual doğuran hal odur ki, qarşılıqlı etibara əsaslanan ailə bağları ilə bir-birinə bağlı olan, mənzil almaq üçün birgə hərəkət etmək haqqında razılığa gəlmiş şəxslərdən yuxarıda qeyd olunan halı təsdiq edən hansı sübutları tələb etmək mümkündür? İşə baxmış məhkəmə bu cür sübutu məhz hansı məlumatlarda görürdüyünü açıqlamaqla MPM-nin 14-cü maddəsində nəzərdə tutulmuş vəzifələrdən çıxış etməklə cavabdehə bu cür sübutu təqdim etməyi təklif etməmişdir.

53. Həmçinin, tərəflərin birgə nikahda olduqları dövründə mənzilə görə iddiaçı tərəfindən ödənilmiş pul məbləğı, onun arvadı olmuş cavabdeh tərəfindən mübahisələndirildiyi halda, iddiaçının 37.600 manat pulun özünə məxsus olduğunu sübut etməli olmaması barədə apellyasiya instansiyası məhkəməsinin mövqeyi yanlışdır.

54. Bu baxımdan işin hallarına nəzər salındıqda ümumiyyətlə görünür ki, iddiaçı mübahisəli mənzilin alınması üçün ödədiyi pulu xx.xx.2018-ci il tarixdə İsveçrədə bankdan çıxardığı 23.600 Frankın, ekvivalentinə uyğun 38.000 manat pul olduğunu bildirmişdir. Cavabdeh iddiaçının bu sübutunu qəbul etməmiş və belə bir mövqe bildirmişdir ki, iddiaçı həmin pulu Azərbaycan Respublikasına həqiqətən də gətirmişdirsə gömrük bəyannaməsini təqdim etməlidir.

55. Bu halda məhkəmə tərəflərlə bu dəlili müzakirə etməli, mənzilin alınması üçün ödənilən məbləğin məhz xaricdə bankdan çıxardığı məbləğ olmasını təsdiq edən sübutu təqdim etməyi təklif etməli, yaxud bu halı əlavə sübut olmadan qəbul olunmasını əsaslandırmalı idi. Lakin apellyasiya instansiyası məhkəməsi, əvvəlki apellyasiya məhkəməsi tərəfindən yol verilmiş səhvi təkrarlamaqla, iddiaçının nümayəndəsinin izahatında qeyd olunan pulun gömrük sərhəddindən keçirilməsi barədə sübutların saxlanılmaması haqqında fikirlərini dinləsə də, izahatda qeyd olunanlara qətnamədə münasibət bildirməmiş, nəyə görə iddiaçının xx.xx.2018-ci il tarixdə İsveçrədə bankdan çıxardığı 23.600 Frankın məhz mənzilin alınmasına sərf olunan pul olması ilə bağlı əsaslandırma aparmamışdır. Halbuki, qeyd olunan valyutada pul məbləğinin Azərbaycan Respublikasına gömrük sərhəddindən keçirilməklə, yaxud banklar və ya poçt rabitəsi vasitəsilə köçürməsinin sübuta yetirilməsi hazırki mübahisənin həlli üçün xüsusi əhəmiyyət həsb edir.

56. İddiaçı tərəfindən qarşılıqlı iddianı təkzib etmək üçün mövqeyini əsaslandıran mötəbər sübutlar məhkəmələrə təqdim edilməmişdir.

57. Həmçinin, cavabdehin, rəsmi nikaha toydan 4 ay sonra girmələrinin səbəbi barədə dəlillərinin araşdırılması iş üzrə əhəmiyyət kəsb etdiyi halda, apellyasiya instansiya məhkəməsi qeyd olunan dəlilləri də araşdırmadan yekun qərar qəbul etmişdir. Belə ki, cavabdeh rəsmi nikaha toydan 4 ay sonra girmələrinin səbəbini keçmiş həyat yoldaşının Türkiyə Respublikasının vətəndaşı olduğundan sənədləşmə işlərinin yubanması ilə əlaqələndirmişdir.

58. Həqiqətən də iddiaçının sənədləşmə işlərində yubanmanın olması tərəflərin rəsmi nikaha toydan 4 ay sonra girmələri ilə təsdiq olunmaqla yanaşı və mənzilin alqısatqısının da yaxın tarixlər olmaqla üst-üstə düşməsi ilə diqqəti cəlb edir. Göründüyü kimi, sadalanan dəlillərin araşdırılmaması cavabdehin bununla bağlı söylədiyi fikirlərin həqiqəti əks etdirməməsi barədə apellyasiya məhkəməsində birtərəfli mövqenin formalaşması ilə nəticələnmişdir.

59. Məhkəmə kollegiyası hesab etmişdir ki, apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə sübutların obyektiv, hərtərəfli və tam tədqiqinə əsaslanmır. MPM-nin 88-ci maddəsi məhkəmənin sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verilməsini tələb edir.

60. Qeyd olunmuşdur ki, məhkəmə fəaliyyətində qanunçuluq prinsipi bütün məhkəmə aktlarının və aparılmış prosessual hərəkətlərin qanunun tələblərinə tamamilə uyğun həyata keçirilməsini nəzərdə tutur. Məhkəmələr maddi hüquq normalarını düzgün tətbiq etməyə və prosessual hərəkətləri qanunun qaydalarına uyğun həyata keçirməyə borcludurlar. Apellyasiya instansiya məhkəməsində üçüncü icraat

Proses iştirakçılarının izahatları

61. Məhkəmə kollegiyasının iclasında iştirak edən ilk iddia üzrə İddiaçı nümayəndəsi və vəkili apellyasiya şikayətinə uyğun izahat verərək apellyasiya şikayətinin təmin edilməsini, qarşılıqlı iddiaçının apellyasiya şikayətinə isə etiraz edərək təmin olunmamasını xahiş etdi. Həmçinin bildirdi ki, iddiaçı pulu Azərbaycan Respublikasına 500 avroluq əskinazlarla gətirmişdir. Söhbət 20.000 avrodan gedir, bu isə 40 ədəd 500 avroluq əskinaz edir. Həmin pulu pencəyin cibində gətirmək olar. Həmin pulun gətirilməsini şahidlər təsdiq edə bilər. Əgər cavabdeh mənzilin dəyərinin 2/3 ödəyibsə, nə üçün mənzili iddiaçının adına sənədləşdirmişdir? Cavabdeh öz adına olan mənzili sataraq qardaşına ev almışdır. Tərəflərin nikahın rəsmiləşdirilməsi ilə bağlı sənədlərində problemlər olmamışdır. Cavabdeh artıq üç ildir ki, mənzildə yaşayır, iddiaçı tərəf bundan sonra cavabdehin həmin mənzildə bir müddət də yaşamasına razı deyil.

62. Məhkəmə kollegiyasının iclasında iştirak edən ilk iddia üzrə Cavabdeh və onun nümayəndəsi və vəkili özünün verdiyi apellyasiya şikayətini müdafiə edərək təmin olunmasını, ilk iddiaçının apellyasiya şikayətinə etiraz edərək, onun təmin olunmamasını xahiş etdilər.

63. Cavabdeh ona verilmiş sualları cavablandıraraq həmçinin bildirdi ki, mübahisəli mənzilin təmirinə 12.000-13.000 manat məbləğində pul xərcləmişdir. Mənzil bir otaqdan ibarətdir, sahəsi 44 kv.metr təşkil edir. Təmirə təxmini 2018-ci ilin noyabr ayında başlamışdır. Hazırda həmin mənzildə yaşayır. İddiaçı bildirdiyi məbləğlərdə ona pul göndərilməmişdir. Toydan sonra 1 həftə Antalyaya getmişlər, sonra o, Bakı şəhərinə, iddiaçı isə İsveçrəyə qayıtmışdır. İddiaçı həmin mənzildə yaşamırdı, müvəqqəti gəlibgedirdi. İddiaçı ona cəmi 500-600 frank pul göndərmiş, həmin pula da bilet almışdır. Faktiki nikahdan 4 ay sonra mənzilin alınmasına səbəb o olmuşdur ki, o, subaylıq haqqında arayışla müraciət etmiş və 40 gün sonra cavab verilmişdir. Sonra həmin sənədlər tərcümə olunaraq səfirliyə təqdim edilməli idi. Nikahın rəsmiləşdirilməsi ilə bağlı müraciət edəndə, bildirdilər ki, 1 ay sonra gələk. İddiaçı hər ay ölkəyə gələ bilmirdi. İddiaçı göndərdiyi pula soyuducu, paltaryuyan maşın, tozsoran və s. almışdır. Təmir yaya qədər bitmişdir. Pul noyabr, dekabr aylarında göndərilmişdir. Mənzilin iddiaçının adına sənədləşdirilməsinə səbəb o olmuşdur ki, ev kişinin adına olar. Həmçinin iddiaçı narahat idi, çünki evdə o, yaşayacaqdı. İddiaçı ona bildirmişdir ki, burada evi iddiaçının adına alaq, Türkiyyədə ev alanda isə onun adına alsınlar. Bunu düşünərək bütün pulunu evin alınmasına sərf etmişdir. İddiaçı ölkəyə gələndə özü ilə 10.000 frank pul gətirmişdir, bu təqribən 17.000 manat pul edirdi. Həmin pulu “Qara Qarayev”də yerləşən “Əmrahbank”ın filialında xırdalamışlar.

64. Cavabdehin nümayəndəsi və vəkili həmçinin bildirdi ki, əgər tərəflərin sənədlərində problemlər olmasa idi, faktiki nikaha daxil olan zaman nikahlarını da rəsmiləşdirərdilər. Sənədlərin əldə edilməsi, daha sonra konsulluğa və Xarici İşlər Nazirliyinə təqdim olunması bu qədər vaxtın keçməsinə səbəb olmuşdur.

Tətbiq edilən hüquq

65. Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə 213.1. İki və ya bir neçə şəxsin mülkiyyətində olan əşya onlara ümumi mülkiyyət hüququ əsasında mənsubdur. Maddə 213.2. Əşya mülkiyyət hüququnda mülkiyyətçilərin hər birinin payı müəyyənləşdirilməklə (paylı mülkiyyət) və ya belə paylar müəyyənləşdirilmədən (birgə mülkiyyət) ümumi mülkiyyətdə ola bilər. Maddə 213.3. Əşyaya ümumi mülkiyyət, qanunvericilikdə həmin əşyaya birgə mülkiyyət yaranmasının nəzərdə tutulduğu hallar istisna olmaqla, paylı mülkiyyətdir. Maddə 214.1. Əgər paylı mülkiyyət mülkiyyətçilərinin payları bu Məcəlləyə əsasən təyin edilə bilmirsə və bütün mülkiyyətçilərin razılaşması ilə müəyyənləşdirilməyibsə, paylar bərabər sayılır. Maddə 225.1. Ərlə arvadın nikah dövründə qazandıqları əmlak, əgər nikah kontraktında və ya onlar arasındakı razılaşmada ayrı qayda nəzərdə tutulmayıbsa, onların ümumi mülkiyyətidir. Maddə 225.2. Nikaha girənədək ər-arvaddan hər birinə mənsub olmuş əmlak, habelə onlardan birinin nikah dövründə hədiyyə kimi və ya vərəsəlik qaydasında aldığı əmlak onun mülkiyyətidir. Maddə 225.4. Ər-arvaddan hər birinin əmlakı o halda onların birgə mülkiyyəti sayıla bilər ki, nikah dövründə ərlə arvadın ümumi əmlakı və ya ərin (arvadın) şəxsi əmlakı hesabına həmin əmlakın dəyərini əhəmiyyətli dərəcədə artıran vəsait qoyulduğu (əsaslı təmir, yenidənqurma, yeni avadanlıqla təchizetmə və i.a.) müəyyənləşdirilsin. Əgər nikah kontraktında və ya ərlə arvadın razılaşmasında ayrı qayda nəzərdə tutulubsa, bu qayda tətbiq edilmir.

66. Azərbaycan Respublikasının Ailə Məcəlləsi: Maddə 1.4. Azərbaycan Respublikasında nikah və ailə münasibətlərinin hüquqi baxımdan tənzimlənməsi dövlət tərəfindən həyata keçirilir və yalnız müvafiq icra hakimiyyəti orqanında bağlanmış nikah tanınır. Maddə 31. Ər-arvadın birgə mülkiyyətinin rejimi onların əmlakının qanuni rejimi hesab olunur. Nikah müqaviləsində başqa hal nəzərdə tutulmayıbsa, ər-arvadın əmlakının qanuni rejimi fəaliyyət göstərir. Maddə 32.1. Nikah müddətində ər-arvadın əldə etdikləri əmlak onların ümumi birgə mülkiyyəti sayılır. Maddə 32.2.2. Ər-arvadın ümumi gəlirləri hesabına əldə edilən daşınar və daşınmaz əşyalar, qiymətli kağızlar, kredit idarələrinə və s. kommersiya təşkilatlarına qoyulmuş paylar, əmanətlər, kapitaldan olan paylar və əmlakın ər-arvaddan kimin adına əldə olunmasından, yaxud əmanətin kimin adına və ya kim tərəfindən qoyulmasından asılı olmayaraq nikah dövründə ər-arvadın qazandığı hər hansı sair əmlak daxildir. Maddə 34.1. Nikaha daxil olanadək onlara məxsus olan əmlak, habelə nikah dövründə hədiyyə şəklində və ya vərəsəlik qaydasında, digər əvəzsiz əqdlər üzrə əldə etdikləri əmlak ər-arvadın hər birinin ayrıca mülkiyyətindədir (ər-arvadın hər birinin əmlakıdır). Maddə 35. Nikahda olduqları dövrdə ər-arvadın ümumi əmlakı və ya hər birinin əmlakı, yaxud da ər-arvadın hansınınsa əməyi hesabına ər-arvadın hər birinin əmlakının dəyərini xeyli artıran vəsaitin qoyulması (əsaslı təmir, yenidən quraşdırma, avadanlığı dəyişdirmə və s.) müəyyən edilərsə, həmin əmlak onların birgə mülkiyyəti sayıla bilər. Maddə 36.3. Mübahisə olduqda, ər-arvadın ümumi əmlakının bölünməsi, eləcə də bu əmlakda ər-arvadın paylarının müəyyən olunması məhkəmə qaydasında həyata keçirilir. Maddə 37.1. Ər-arvad arasındakı müqavilədə başqa hal nəzərdə tutulmayıbsa, onların ümumi əmlakının bölünməsi zamanı bu əmlakdakı paylar bərabər hesab edilir. Maddə 37.2. Ayrı-ayrı hallarda məhkəmə yetkinlik yaşına çatmayan uşaqların mənafeyini və (və ya) ərin (arvadın) diqqətəlayiq mənafeyini, o cümlədən ər-arvaddan biri üzrsüz səbəbdən gəlir əldə etmədiyi və ya birgə mülkiyyəti ailənin mənafeyinə zidd olaraq sərf etdiyi hallarda nəzərə alıb onların birgə mülkiyyətinin bölünməsi zamanı payları bərabər bölməyə bilər.

67. “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci, 5-ci və 12-ci maddələrinin şərh edilməsinə dair” 21 dekabr 2012-ci il tarixli Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin qərarındakı hüquqi mövqe: Əmlakın ər-arvadın birgə mülkiyyəti sayılması üçün iki şərtin eyni zamanda mövcud olması vacibdir: əmlakın ər-arvadın nikah müddətində əldə olunması və ər-arvadın ümumi gəlirləri əsasında əldə olunması.

68. Azərbaycan Respublikası Mənzil Məcəlləsi: Maddə 8.0. Mənzil hüquq və vəzifələri bu Məcəllədə, digər qanunvericilik aktlarında nəzərdə tutulmuş əsaslardan, habelə mənzil münasibətləri iştirakçılarının belə aktlarda nəzərdə tutulmasa belə, lakin mənzil qanunvericiliyinin ümumi əsasları və mahiyyətinə görə mənzil hüquq və vəzifələri doğuran hərəkətlərindən əmələ gəlir. Maddə 8.0.6. Mənzil hüquq və vəzifələrinin əmələ gəlməsi əsaslarından biri kimi mənzil münasibətləri iştirakçılarının hərəkətləri (hərəkətsizlikləri) və qanunun və ya digər normativ hüquqi aktın mənzil münasibətlərinin əmələ gəlməsi ilə bağladığı hadisələrin baş verməsi nəzərdə tutulmuşdur. Maddə 30.1. Yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinə həmin mülkiyyətçi ilə ona məxsus olan yaşayış sahəsində birlikdə yaşayan mülkiyyətçinin arvadı (əri), habelə onun uşaqları və valideynləri aid edilir. Digər qohumlar, mülkiyyətçinin himayəsində olan əmək qabiliyyəti olmayanlar mülkiyyətçi tərəfindən ailə üzvləri kimi yaşayış sahəsinə köçürüldükdə, onun ailə üzvləri hesab edilə bilərlər. Maddə 30.2. Əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə üzvləri arasında başqa razılaşma yoxdursa, mülkiyyətçinin ailə üzvləri həmin yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Maddə 30.4. Əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə keçmiş ailə üzvü arasında başqa razılaşma yoxdursa, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdə, keçmiş ailə üzvünün həmin yaşayış sahəsindən istifadə hüququ saxlanmır. Yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün yaşayış sahəsini əldə etməyə və ya yaşayış sahəsindən istifadə hüquqlarını həyata keçirməyə əsasları olmadıqda, yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün maddi vəziyyəti və diqqətə layiq digər hallar özünü yaşayış sahəsi ilə təmin etməyə imkan vermədikdə, keçmiş ailə üzvünün göstərilən mülkiyyətçiyə məxsus olan yaşayış sahəsindən müəyyən müddətə istifadə hüququ məhkəmənin qərarı əsasında saxlanıla bilər.

69. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddəsinin bəzi müddəalarının şərh edilməsi ilə bağlı Bakı Apellyasiya Məhkəməsinin müraciətinə dair” 22 yanvar 2015-ci il tarixli qərardadındakı hüquqi mövqe: “Yaşayış sahəsi mülkiyyətçisinin keçmiş ailə üzvünə qarşı yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi və çıxarılması ilə əlaqədar iddia ərizəsinə baxılarkən cavabdehin iddianın təmin olunmasına etirazı zamanı məhkəmələr Mənzil Məcəlləsinin 30.4-cü maddəsinin müddəalarından çıxış edərək, mübahisəli münasibətlərin tərəflərinin maraqlarının ədalətli tarazlığını təmin etmək məqsədi ilə keçmiş ailə üzvünün onun tərəfindən qarşılıqlı iddianın verilməsindən asılı olmayaraq yaşayış sahəsindən müəyyən müddətə istifadə etmək hüququnun saxlanılması məsələsini həll etməlidirlər”.

70. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifə lərini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Maddə 372.1. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Maddə 384.0.2. Apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Maddə 385.1. Məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar: maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi; məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması; birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi; birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi. Maddə 420. Kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir.

Apellyasiya baxışının hədləri

71. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

72. Kollegiya qeyd edir ki, hazırki halda işə yeni apellyasiya qaydasında baxılır və bu zaman apellyasiya instansiyası məhkəməsinin iş üzrə əvvəlki qətnaməsini ləğv etmiş kassasiya instansiya məhkəməsinin hüquqi mövqeyi nəzərə alınmalıdır.

73. Hazırkı işdə qətnamə ilə ilk iddia tələbi təmin edilmədiyindən, qarşılıqlı iddia tələbi qismən təmin edildiyindən, İddiaçı apellyasiya şikayətində qətnaməni həmin hissələrdə, Cavabdeh isə qarşılıqlı iddianın təmin edilməyən hissəsində mübahisələndirdiyindən, qətnamənin əsaslılığı tam yoxlanılır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

74. Məhkəmə kollegiyası proses iştirakçılarını dinləyib, apellyasiya şikayətlərinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayətləri qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilərək ilk iddia tələbi təmin edilməməli, qarşılıqlı iddia tələbi qismən təmin edilməlidir.

75. “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 420-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2012-ci il tarixli Qərarında göstərilmişdir ki, Mülki Prosessual Məcəllənin 420-ci maddəsində təsbit edilmiş kassasiya instansiya məhkəməsinin göstərişləri həmin Məcəllənin 416, habelə 407.1.4, 407.2 və 408.1.5-ci maddələrində nəzərdə tutulmuş qanuni hədlər daxilində olduqda və həmin Məcəllənin 419.2.9-cu maddəsinin tələbinə uyğun əsaslandırıldıqda, işə yenidən baxan apelyasiya instansiyası məhkəməsi üçün məcburidir.

76. Məhkəmə kollegiyası hazırkı mülki işlə bağlı Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2023-cü il tarixli qərarındakı göstərişlərlə razılaşaraq və onları nəzərə alaraq aşağıdakıları qeyd edir.

77. İşin hallarından görünür ki, tərəflər xx.xx.2017-ci il tarixində faktiki ailə həyatı quraraq ər-arvad münasibətlərinə girmiş, nikahlarını xx.xx.2018-ci il tarixdə rəsmiləşdirmişlər. Belə olan halda müəyyən edilir ki, xx.xx.2017-ci il tarixindən etibarən tərəflərin arasında qarşılıqlı etibara əsaslanan ailə münasibətləri mövcud olmuşdur.

78. İlk iddia üzrə Cavabdeh iddiaçı ilə faktiki ailə qurduqdan, toy məclisindən sonra, lakin nikahları rəsmiləşdirilənə qədər, yəni xx.xx.2017-ci il tarixdə Bakı şəhəri, Xətai rayonu, G.Şıxlinski küçəsi, 8-ci döngə, 20 a saylı fərdi yaşayış evinin özünə aid hissəsini daşınmaz əmlakın alqı-satqı müqaviləsi əsasında 35.000 manata satmışdır. İlk iddia üzrə İddiaçı isə Bakı şəhəri, Gəncə prospekti ev 20A, 19 nömrəli mənzili xx.xx.2018-ci il tarixli alqı-satqı müqaviləsi əsasında 37.600 manata almışdır. Həmin mənzil üzərində iddiaçının tam mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2018-ci il tarixdə qeydiyyata alınmışdır. İddiaçı ilə cavabdeh həmin mənzilə köçüb orada yaşamağa başlamışlar. Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli qətnaməsi ilə iddiaçı və cavabdehin arasında olan nikahları pozulmuşdur.

79. İlk iddia üzrə iddiaçı həmin mənzilin onun şəxsi vəsaiti hesabına əldə edildiyini və ona məxsus olduğunu bildirir, Cavabdeh isə həmin mənzilə görə ödənilmiş 37.600 manat vəsaitdən 21.000 manatının ona, qalan hissəsinin isə ilk İddiaçı məxsus olduğunu bildirir.

80. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Qanunun 1-ci, 5-ci və 12-ci maddələrinin şərh edilməsinə dair 21 dekabr 2012-ci il tarixli qərarındakı hüquqi mövqeyə görə, hazırkı mübahisəli mənzilin tərəflərin birgə nikah dövründə əldə etdikləri birgə mülkiyyət hesab edilməsi üçün ilk növbədə həmin əmlakın birgə nikah müddətində, daha sonra isə tərəflərin ümumi gəlirləri hesabına əldə edilməsi sübuta yetirilməlidir.

81. Göründüyü kimi, yalnız birgə nikah müddətində və ər-arvadın ümumi gəlirləri hesabına əldə etdikləri əmlak onların ümumi birgə mülkiyyəti sayılır. Nikaha daxil olanadək onlara məxsus olan əmlak ər-arvadın hər birinin ayrıca mülkiyyəti hesab olunur.

82. İlkin iddia üzrə iddiaçı mənzilə görə ödənilmiş vəsaitin hamısının ona məxsus olduğunu, həmin məbləğin mənzil əldə edilməmişdən bir neçə gün əvvəl İsveçrədə öz bank hesabından çıxararaq Bakı şəhərinə gətirdiyini bildirir, cavabdeh isə məhkəmə iclasında iddiaçının özü ilə 10.000 frank (təqribən 17.000 manat) gətirdiyini bildirmişdir.

83. Apellyasiya icraatı zamanı bu halın araşdırılması məqsədilə kollegiya tərəfindən Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinə sorğu ünvanlanmış, sorğuya verilmiş cavaba əsasən İddiaçı adına xx.xx.2018-ci il tarixdə hər hansı bir xarici valyutanın Azərbaycan Respublikasının gömrük sərhədindən keçirilməsinə dair sadələşdirilmiş bəyənnamənin rəsmiləşdirilməməsi qeydə alınmamışdır.

84. İlkin iddia üzrə iddiaçı tərəfin vəsatətinə əsasən dindirilmiş şahid X2 ifadəsində bildirmişdir ki, iddiaçı H.Çətini 2011-2012-ci illərdən tanıyır, həmin vaxt taksi fəaliyyəti ilə məşğul olanda tanış olmuşlar, sonradan aralarında dost münasibətləri yaranmışdır. 2018ci ilin yanvar ayında iddiaçı Azərbaycana gələndə özü ilə avro və az məbləğdə frank gətirmişdir. Pulu ev almaq üçün gətirmişdir. Həmin pulları dəyişəndə təxminən 38.000- 39.000 manat elədi. X9 prospektində fəaliyyət göstərən bankda, avroları isə “Həzi Aslanov” metro stansiyasının yanında fəaliyyət göstərən “Əmrahbank”da dəyişmişlər. Pulu dəyişəndə yanlarında başqa şəxs olmamışdır. Mənzilin alqı-satqısında o da iştirak edirdi, H.Çətin ilə A.İsgəndərova ilə birlikdə getmişlər, lakin ödəniş zamanı yaxından iştirak etməmişdir. Hamı bilir ki, mənzilin pulunu H.Çətin ödəmişdir.

85. Göründüyü kimi, ilk iddia üzrə iddiaçı H.Çətin tərəfindən mənzilin alınması üçün özü ilə pulun ölkəyə gətirildiyini cavabdeh özü də etiraf edir, lakin iddiaçının bildirdiyi məbləğdə deyil, yalnız 10.000 frank (təqribən 17.000 manat) məbləğində.

86. İlk iddia üzrə iddiaçı isə məhz 23.600 frank məbləğində pulun özü ilə Azərbaycan Respublikasına gətirilərək gömrük sərhəddindən keçirildiyini təsdiq edən mötəbər sübutlar təqdim etməmişdir.

87. Məhkəmə kollegiyası onu da qeyd edir ki, iddiaçı iddia ərizəsində özü ilə frank gətirdiyini (iddiaçının təqdim etdiyi bank hesabından çıxarışda da 23.600 isveçrə frankı qeyd olunub – i.v.62) göstərmişdir. Lakin iddiaçı tərəfin təmin etdiyi şahid öz ifadəsində iddiaçının özü ilə avro və yalnız az məbləğdə frank gətirdiyini bildirmişdir.

88. Kollegiya qeyd edir ki, tərəflərin mübahisəli mənzilin alqı-satqısına qədər, ailə qurmaqla bağlı qəti niyyətə əsaslanan münasibətlərinin formalaşması şübhə doğurmur. Bu hal isə həmin dövrdə onların mənzil almaq üçün birgə hərəkət etmək barədə razılığa gəlmələrini real və inandırıcı edir. Mübahisəli mənzilin alınması ilə bağlı 400 manat məbləğində behin ödənilməsi barədə xx.xx.2018-ci il tarixli beh müqaviləsinin satıcı ilə cavabdehin qardaşı Kamran İsgəndərovla bağlanması isə bununla bağlı şübhələri tamamilə aradan qaldırır. İşin halları, cavabdehin mənzilin alınması üçün vəsait qoymaq iqtidarında olmasını da təsdiq edir. Belə ki, cavabdeh özünə məxsus mənzili xx.xx.2017-ci il tarixdə 35.000 manata satmış, həmçinin cavabdehə xx.xx.2018-ci il tarixdə əmək haqqı ilə bağlı 1.545 manat ödəniş edilmişdir. Cavabdeh həmin sübutları da məhkəməyə təqdim etmişdir.

89. İlk iddia üzrə iddiaçı tərəf mənzilin satışından əldə edilən 35.000 manat vəsaitin cavabdehin qardaşına evin alınması üçün sərf edildiyini bildirsə də, bununla bağlı məhkəməyə hər hansı sübut təqdim etməmişdir.

90. Bununla belə, tərəflər mənzilin alınması üçün hər biri konkret olaraq hansı məbləğdə özünə məxsus vəsaitin sərf edildiyi barədə mötəbər sübutlar məhkəməyə təqdim edə bilməmişlər.

91. Bundan başqa, ilk iddia üzrə cavabdeh mənzilin təmirinə 12.000-13.000 manat məbləğində pul xərclədiyini bildirsə də, bununla bağlı sübutlarını məhkəməyə təqdim etməmişdir. Odur ki, nikahda olduqları dövrdə onun tərəfindən mənzilin dəyərini xeyli artıran vəsaitin qoyulması (mənzilin təmir edilməsi) halı müəyyən edilmir.

92. Eyni zamanda, ilk iddia üzrə iddiaçı tərəfindən mənzilin təmiri üçün cavabdehə 5.771 frank, 1.500 avro və 2.000 ABŞ dolları məbləğində vəsait göndərildiyi bildirilsə də, işdə olan sənədlərdən görünür ki, cavabdehə müxtəlif vaxtlarda müəyyən məbləğlərdə pul vəsaiti göndərilsə də, həmin məbləğlərin cəmi iddiaçının bildirdiyi rəqəmləri əks etdirmir.

93. Beləliklə, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, mübahisəli mənzil birgə nikah dövründə əldə edilsə də, tərəflərin ümumi gəlirləri hesabına əldə edilməmiş, mənzilin alınmasına hər iki tərəfin özünə məxsus şəxsi vəsaitləri sərf olunmuşdur.

94. İşə baxan birinci instansiya məhkəməsi göstərilən halları araşdırmamış, mənzilin yalnız birgə nikah dövründə alındığını nəzərə alaraq ailə məcəlləsinin müvafiq müddəalarına istinad etməklə qətnamə qəbul etmiş, nəticədə maddi hüquq normalarının tətbiqində səhvə yol vermişdir. Bundan başqa, birinci instansiya məhkəməsi ilk iddiaya münasibətdə tərəflər arasında yaranmış münasibətlərə Mənzil Məcəlləsinin müvafiq müddəalarını tətbiq etməli olduğu halda, bunu etməmişdir.

95. Məhkəmə kollegiyası hesab edir ki, mübahisəli mənzilin əldə olunmasında hansı tərəfin nə qədər vəsait sərf etməsini iş materiallarında olan sübutlarla müəyyənləşdirmək mümkün olmadığından tərəflərin həmin daşınmaz əmlak üzərində payları bərabər müəyyən edilməlidir.

96. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq ilk iddiaya münasibətdə qeyd edir ki, mübahisəli mənzilin tərəflərin ümumi mülkiyyətində olması ilk iddia üzrə iddiaçının “mənzildən çıxarılma” tələbinin təmin edilməsini, habelə Cavabdeh yaşayış sahəsindən müəyyən müddətə istifadə hüququnun saxlanması məsələsinə qiymət verilməsini istisna edir.

97. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətləri qismən təmin edilməli, Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(011)-4529/2021 nömrəli qətnaməsi ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilməklə ilk iddia tələbi təmin edilməməli, qarşılıqlı iddia tələbi qismən təmin edilməli, mənzilin üzərində 1/2 (ikidə bir) hissədə Cavabdeh, 1/2 (ikidə bir) hissədə İddiaçı payları müəyyən edilməli, qarşılıqlı iddia qalan hissədə təmin edilməməlidir.

98. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 384.0.2, 392, 393, 402.1, 405, 406.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qət etdi:

Apellyasiya şikayətləri qismən təmin edilsin. Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(011)-4529/2021 nömrəli qətnaməsi ləğv edilsin, iş üzrə yeni qətnamə qəbul edilsin. İddiaçı Cavabdeh qarşı mənzildən istifadə hüququna xitam verilərək çıxarılma tələbinə dair iddiası təmin edilməsin. Cavabdeh İddiaçı qarşı birgə nikah dövründə əldə edilmiş əmlakın bölünməsi tələbinə dair qarşılıqlı iddiası qismən təmin edilsin. Bakı şəhəri, Gəncə prospekti ev 20A, 19 nömrəli mənzilin üzərində 1/2 (ikidə bir) hissədə Cavabdeh, 1/2 (ikidə bir) hissədə İddiaçı payları müəyyən edilsin. Qarşılıqlı iddia tələbi qalan hissədə təmin edilməsin. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun məbləği tərəflərin özlərinə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına elektron kabinet vasitəsilə kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakimlər:

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar