Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-2946/2024 12.06.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh MTK-ya qarşı “əmlak” tələbinə dair mülki iş üzrə (Açar sözlər: əmlak) Hakimlər Azad Nizam oğlu İmanov (sədrlik edən və məruzəçi), Məmməd Allahverdi oğlu Məmmədov və Fuad Şəmsəddin oğlu Talışinskidən ibarət tərkibdə, Kürdoğlu Vidadi oğlu İsmayılzadənin katibliyi, İddiaçı və nümayəndəsi-vəkili Nümayəndə, Maraqlarına toxunulan şəxs Maraqlı şəxs, onun nümayəndəsi-vəkili Vəkil2 iştirakı ilə, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin e-2(009)-367/2023 nömrəli 22 fevral 2023cü il tarixli qətnaməsindən maraqlarına toxunulan şəxs Maraqlı şəxs nümayəndəsi-vəkili Vəkil2 tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. İş materiallarına əlavə edilmiş xx.xx.2019-cu il tarixli Müqavilənin (surətinin) İ.1 və İİİ.1- ci bəndlərindən görünür ki, həmin müqavilə ilə İddiaçı (payçı) Bakı şəhəri, Səbail rayonu, A.Abbaszadə 17 ünvanda inşa edilən çoxmərtəbəli binanın tikintisini “Podratçıya” həvalə edir və Bakı şəhəri, Səbail rayonu, A.Abbaszadə 17 ünvanda inşa edilən yüksək mərtəbəli yaşayış binasının 1 giriş (blok) 3-cü mərtəbəsində yerləşən ümumi sahəsi 196,1 kv.m olan 4 otaqlı mənzilin hər 1 kv.m üçün 591 manat, cəmi 116,000 manat məbləğində pulu podratçıya ödəməyi öhdəsinə götürür.
2. Cavabdeh MTK tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli Maliyyə arayışında qeyd edilmişdir ki, Bakı şəhəri, Səbail rayonu, A.Abbaszadə 17 ünvanda yerləşən kooperativ yaşayış binası Cavabdeh MTK-ya məxsusdur. Bu binanın 1-ci giriş, 3-cü mərtəbəsində yaşayış sahəsi 196,1 kv.m olan mənzilin dəyəri payçı İddiaçı tərəfindən ödənilmişdir, MTK-ya borcu yoxdur.
3. İş materiallarına əlavə edilmiş 25 dekabr 2018-ci il tarixli Maraqlı şəxs və X6 şəxsində Cavabdeh MTK arasında bağlanmış Müqavilənin (surətinin) İ.1 və İİİ.1- ci bəndlərindən görünür ki, həmin müqavilə ilə Maraqlı şəxs (payçı) Bakı şəhəri, Səbail rayonu, A.Abbaszadə 17 ünvanda inşa edilən çoxmərtəbəli binanın tikintisini “Podratçıya” həvalə edir və Bakı şəhəri, Səbail rayonu, A.Abbaszadə 17 ünvanda inşa edilən yüksək mərtəbəli yaşayış binasının 1 giriş (blok) 3-cü mərtəbəsində yerləşən ümumi sahəsi 196,1 kv.m olan 4 otaqlı mənzilin hər 1 kv.m üçün 1000 manat, cəmi 196,100 manat məbləğində pulu podratçıya ödəməyi öhdəsinə götürür.
4. Cavabdeh MTK tərəfindən verilmiş 25 dekabr 2018-ci il tarixli Maliyyə arayışında qeyd edilmişdir ki, Bakı şəhəri, Səbail rayonu, A.Abbaszadə 17 ünvanda yerləşən kooperativ yaşayış binası Cavabdeh MTK-ya məxsusdur. Bu binanın 1-ci giriş, 3cü mərtəbəsində yaşayış sahəsi 196,1 kv.m olan mənzilin dəyəri payçı Maraqlı şəxs tərəfindən ödənilmişdir, MTK-ya borcu yoxdur.
5. İş materiallarına əlavə edilmiş xx.xx.2019-cu il tarixli “Mənzilin alğı-satqısına dair” Razılaşmaya əsasən, Maraqlı şəxs Bakı şəhəri, Səbail rayonu, A.Abbaszadə 17 ünvanda inşa edilən yüksək mərtəbəli yaşayış binasının 1 giriş (blok) 3-cü mərtəbəsində yerləşən ümumi sahəsi 196,1 kv.m olan 4 otaqlı mənzili 196.000 manat qiymətində dəyərləndirərək, X5 onun dediyi adamın adına Cavabdeh MTK vasitəsilə satır. Həmin məbləğdən Maraqlı şəxs X5 24000 AZN borcu çıxıldıqdan sonra yerdə qalan 172.000 AZN pulu aşağıdakı qaydada ödəməyi öz öhdəsinə götürür: 1. 100.000 AZN pulu xx.xx.2019-cu ilədək X7 3 dəfəyə ödəməyi öz öhdəsinə götürür. 2. Qalan 72000 AZN pulun əvəzində Novxanı bağları ərazisində yerləşən 999 C nömrəli bağın xx.xx.2005-ci il tarixli X3 adına olan 35681 saylı müqaviləyə əsasən 0.12 ha torpaq sahəsini faktiki X5 aid olduğunu bildirir və həmin ünvana çıxarış, texpasport almaqla xx.xx.2019-cu il tarixində Maraqlı şəxs adına alğı-satqı yolu ilə rəsmiləşdirir.
6. İş materiallarına əlavə edilmiş xx.xx.2019-cu il tarixli “Mənzilin alğı-satqısına dair” Əlavə Razılaşmaya əsasən, Maraqlı şəxs Bakı şəhəri, Səbail rayonu, A.Abbaszadə 17 ünvanda inşa edilən yüksək mərtəbəli yaşayış binasının 1 giriş (blok) 3-cü mərtəbəsində yerləşən ümumi sahəsi 196,1 kv.m olan 4 otaqlı mənzili əvvəlcədən razılaşdırılmış qiymətə, yəni 176000 AZN qiymətində dəyərləndirərək, İddiaçı Cavabdeh MTK vasitəsilə satır. Həmin məbləğdən Maraqlı şəxs İddiaçı 24000 AZN borcu çıxıldıqdan sonra yerdə qalan 152000 AZN pulu İddiaçı aşağıdakı qaydada ödəməyi öz öhdəsinə götürür: 1. İddiaçı 80.000 manat pulu şahidlərin iştirakı ilə Maraqlı şəxs təhvil verdi. 2. Qalan 72000 AZN pulun əvəzində Novxanı bağları ərazisində yerləşən 999 C nömrəli bağın xx.xx.2005-ci il tarixli X3 adına olan 35681 saylı müqaviləyə əsasən 0.12 ha torpaq sahəsini həmin ünvana çıxarış, texpasport almaqla xx.xx.2019-cu il tarixində Maraqlı şəxs adına alğı-satqı yolu ilə rəsmiləşdirir.
7. xx.xx.2019-cu il tarixli Qəbzə əsasən, X2 Musa Hİdayət oğlundan Bakı şəhəri, Səbail rayonu, A.Abbaszadə 17 ünvanda inşa edilən yüksək mərtəbəli yaşayış binasının 1 giriş (blok) 3-cü mərtəbəsində yerləşən ümumi sahəsi 196,1 kv.m olan 4 otaqlı mənzili 196.000 manata almaqla öz adına deyil, qayınatası , İddiaçı adına rəsmiləşdirmişdir.
İş üzrə qəbul edilmiş məhkəmə aktı
a) Birinci instansiya məhkəməsində icraat
8. İddiaçı - Cavabdeh MTK-ya qarşı «əmlak tələbi» barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh tərəfindən Bakı şəhəri, Səbail rayonu, A.Abbaszadə 17 ünvanda inşa edilən yüksək mərtəbəli yaşayış binasının 1 giriş 3-cü mərtəbəsində yerləşən yaşayış sahəsi 196,1 kv.m olan 4 otaqlı mənzilin iddiaçıya təhvil verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması və sahiblik hüququna yaradılmış bütün məhdudiyyətlərin aradan qaldırılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
9. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı ilə cavabdeh arasında Bakı şəhəri, Səbail rayonu, A.Abbaszadə 17 ünvanda inşa edilən yüksək mərtəbəli yaşayış binasının 1 giriş 3-cü mərtəbəsində yerləşən ümumi sahəsi 196,1 kv.m olan 4 otaqlı mənzilə dair müqavilə bağlanmışdır. İddiaçının cavabdehə heç bir borcu qalmamışdır. Cavabdehə mənzilin sahiblik və istifadəsinə verilməsi ilə bağlı iddiaçı tərəfindən müraciət edilsə də, müsbət cavab alınmamışdır. Qeyd edilənlərə əsasən, iddianın təmin olunması barədə qətnamə çıxarılması xahiş olunur.
10. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin e-2(009)-367/2023 nömrəli 22 fevral 2023-cü il tarixli qətnaməsi ilə (hakim İlkin Rüstəmli) iddia tələbi təmin edilmiş, Cavabdeh MTK tərəfindən Bakı şəhəri, Səbail rayonu, A.Abbaszadə 17 ünvanda inşa edilən yüksək mərtəbəli yaşayış binasının 1 giriş (blok) 3-cü mərtəbəsində yerləşən ümumi sahəsi 196,1 kv.m olan 4 otaqlı mənzilin iddiaçıya təhvil verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması və iddiaçının mülkiyyət hüququna yaradılmış bütün məhdudiyyətlərin aradan qaldırılması, ödənilmiş 100 manat dövlət rüsumunun əvəzinin cavabdehdən tutulub iddiaçıya ödənilməsi qət edilmişdir.
11. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385, 386.1, 399.1, 405.1, 407.2, 421.1, 421.2, 422.2, 425.1, 426.2.1, 442, 448.1, 452.1, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 88, 119.1, 220.5-ci maddələrinə istinadla əsaslandırmışdır.
Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Apellyasiya şikayətinin dəlilləri
12. Qətnamədən maraqlarına toxunulan şəxs Maraqlı şəxs nümayəndəsi-vəkili Vəkil2 apellyasiya şikayəti verərək qətnamənin tamamilə ləğv edilməsini və iddianın rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
13. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, həmin mübahisəli mənzil mənim, yəni Maraqlı şəxs mülkiyyətindədir. Belə ki, ünvan 3 ünvanında inşa olunmuş yüksək mərtəbəli yaşayış binasının 1 giriş, 3-cü mərtəbəsində yerləşən, yaşayış sahəsi 196.1 kv.m olan 4 otaqlı mənzilin alqı-satqısına dair Maraqlı şəxs ilə CavabdehMTK arasında 25 dekabr 2018-ci il tarixli müqavilə bağlanmışdır, həmçinin müvafiq maliyyə arayışı da verilmişdir. Apellyasiya şikayətinə əlavə olunmuş sənədlərdən görünür ki, Maraqlı şəxs mübahisəli mənzilin sahibi və istifadəçisidir. Bu sahiblik və istifadə hüququ xx.xx.2018-ci il tarixli, müqavilə əsasında qeydə alınmışdır. Hesab edirəm ki, birinci instansiya məhkəməsinin iş üzrə olan hazırkı qətnaməsi maraqlı şəxsin qanunla qorunan gözlənilən mülkiyyət hüququnu pozmuşdur. Həmin müqavilə mənzilin gözlənilən mülkiyyət hüququ ilə mənə aid olduğunu birbaşa təsdiq etməkdədir. Qeyd edim ki, mübahisəli mənzilə dair İddiaçı ilə Cavabdeh MTK arasındakı müqavilə xx.xx.2019-cu il tarixdə bağlanmışdır, yəni mənimlə bağlanmış müqavilədən təxminən 5 ay sonra bağlanmışdır. Göründüyü kimi mübahisəli mənzil ilkin olaraq mənə satılmışdır və 2018-ci ildən hal-hazıra kimi də mənim istifadəmdədir. Məhkəmə kolleqiyasının nəzərinə çatdırım ki, 2003-cü ildən tanıdığım X7 ilə mübahisəli mənzilin alqı-satqısına dair 2019-cu ilin aprel ayında razılığa gəlmişdik. Aramızda mənzilin alqı-satqısını 196.000 manata razılaşdıq. 196.000 manatdan Samirə olan 24.000 manat borcum çıxıldı və ümumi 172.000 manat Samir mənə borclu qaldı. Həmin məbləği Samir mənə xx.xx.2019-cu il tarixinə kimi hissə-hissə olmaqla 3 dəfəyə ödəməli idi. Mən Samirə inandığmdan mübahisəlimənzilin Samirin qayınatası, bu iş üzrə iddiaçı olan İddiaçı adına sənədləşdirilməsinə razılıq verdim və MTK ilə İddiaçı arasında xx.xx.2019-cu il tarixlimüqavilə bağlandı. xx.xx.2019-cu il tarixdə, yənimüqavilə bağlanandan iyirmi gün sonra Samir qaynatası Salehlə birlikdə mənə 80.000 manat pul ödədilər. Qalan 92.000 manat pulun 72.000 manatının əvəzinə isə Novxanı kəndində yerləşən 0,12 ha torpaq sahəsini verdilər və qalan 20.000 manatı da tezzamanda ödəyəcəklərini vəd verdilər.Lakin sonradan qayınata kürəkən arasında münasibətlər pozuldu və pulun qalan hissəsini ödəmədilər. Aramızdakıalqı-satqı baş tutmadı və mən xx.xx.2019-cu il tarixdə aldığım 104.000 (80.000+24.000) manat pulu Samirə qaytardım və Samir mənə sənədləri və mənzilin açarlarını qeri qaytardı. Lakin sonradan mənə məlum oldu ki, Saleh hazırkı iddia ilə məhkəməyə müraciət etmiş və qətnamə çıxarılmışdır.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
14. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
c) Proses iştirakçılarının izahatı
15. Məhkəmə kollegiyasının iclasında iştirak edən maraqlarına toxunulan şəxs Maraqlı şəxs və onun nümayəndəsi və vəkili Vəkil2 apellyasiya şikayətini müdafiə edərək, təmin edilməsini xahiş etdilər.
16. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı və onun nümayəndəsi və vəkili Nümayəndə apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etdilər.
17. Məhkəmə kollegiyasının əvvəlki iclasında iştirak edən Cavabdeh MTK-nın nümayəndəsi X6 izahat verərək bildirdi ki, MTK tərfindən mənzil Maraqlı şəxs satılmış, daha sonra Musanın özünün ərizəsi əsasında İddiaçı adına keçirilmişdir. İddiaçı tanımamış, yalnız məhkəmə iclasında görümüşdür. Mənzilə dair kommunal ödənişlər İddiaçı tərəfindən edilir.
18. Məhkəmə kollegiyasının sonuncu iclasının vaxtı və yeri barəsində lazımı qaydada məlumatlandırılmasına baxmayaraq, cavabdeh tərəf məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barəsində məhkəməyə məlumat verməmişdir. Kollegiya Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən, işə cavabdeh tərəfin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq
Azərbaycan Respublikası Mülki Məcəlləsinin
19. 385-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.
20. 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.
21. 399.1-ci maddəsinə əsasən müqavilə bağlandığı andan qüvvəyə minir və tərəflər üçün məcburi olur.
22. 405.1-ci maddəsinə əsasən tərəflər müqavilənin bütün mühüm şərtləri barəsində tələb olunan formada razılığa gəldikdə müqavilə bağlanmış sayılır. Müqavilənin predmetinə dair şərtlər, bu Məcəllədə həmin növ müqavilələr üçün mühüm və ya zəruri adlandırılmış şərtlər, habelə tərəflərdən birinin müraciəti ilə barəsində razılaşma əldə edilməli olan bütün şərtlər mühüm sayılır.
23. 407.2-ci maddəsinə əsasən sadə yazılı müqavilə müvafiq qaydada imzalandığı, notarial qaydada təsdiq edilməli müqavilə isə müvafiq qaydada təsdiq edildiyi andan bağlanmış sayılır.
24. 421.1-ci maddəsinə əsasən müqavilənin dəyişdirilməsi və ləğv edilməsi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə mümkündür.
25. 421.2-ci maddəsinə əsasən tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur.
26. 422.2-ci maddəsinə əsasən əgər tərəflər müqavilənin əhəmiyyətli dərəcədə dəyişmiş şəraitə uyğunlaşdırılması və ya ləğv edilməsi barədə razılığa gəlməsələr, eyni zamanda aşağıdakı şərtlər olduqda müqavilə maraqlı tərəfin tələbi ilə məhkəmə tərəfindən ləğv edilə bilər, 422.4-cü maddədə nəzərdə tutulan əsaslar olduqda isə dəyişdirilə bilər:
27. 422.2.1. müqavilənin bağlandığı məqamda tərəflər şəraitin bu dərəcədə dəyişməyəcəyini əsas götürmüşlər;
28. 422.2.2. şəraitin dəyişməsini doğuran elə səbəblərdir ki, əmələ gəldikdən sonra bu səbəbləri maraqlı tərəf müqavilənin xarakterinə və dövriyyənin şərtlərinə görə ondan tələb edilən qayğı və ehtiyatla aradan qaldıra bilməz;
29. 422.2.3. müqavilənin şərtləri dəyişdirilmədən onun icra edilməsi tərəflərin müqaviləyə uyğun əmlak mənafeləri nisbətini o dərəcədə pozar və maraqlı tərəfə o qədər zərər vurardı ki, o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olardı;
30. 422.2.4. işgüzar adətlərdən və ya müqavilənin mahiyyətindən şəraitin dəyişməsi riskini maraqlı tərəfin daşıdığı irəli gəlmir.
31. 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir.
32. 426.2.1-ci maddəsinə əsasən əgər öhdəliyin icrası yeri müəyyənləşdirilməyibsə, icra torpaq sahəsinin, binanın, qurğunun və ya digər daşınmaz əmlakın verilməsi öhdəliyi üzrə - əmlakın olduğu yerdə həyata keçirilməlidir.
33. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.
34. 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə və Müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.
35. 452.1-ci maddəsinə əsasən fərdi-müəyyən əşyanı kreditorun mülkiyyətinə və ya əvəzli istifadəsinə vermək öhdəliyi icra edilmədikdə kreditor həmin əmlakın borclunun əlindən alınmasını və öhdəlikdə nəzərdə tutulan şərtlərlə ona verilməsini tələb edə bilər.
Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi
36. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
37. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.
38. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.
39. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
Apellyasiya baxışının hədləri
40. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
41. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.
42. Hazırki halda, maraqlarına toxunulan şəxs Maraqlı şəxs nümayəndəsi-vəkili Vəkil2 apellyasiya şikayətində qətnamənin ləğv edilməsini, iddia tələbinin rədd edilməsini xahiş etdiyindən, qətnamə bütövlükdə yoxlanılır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
43. Məhkəmə kollegiyası tərəflərin izahatını, apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilmədən, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin e-2(009)-367/2023 nömrəli 22 fevral 2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
44. Belə ki, işin hallarından görünür ki, İddiaçı (payçı) Bakı şəhəri, Səbail rayonu, A.Abbaszadə 17 ünvanda inşa edilən çoxmərtəbəli binanın tikintisini “Podratçıya” həvalə etmiş və Bakı şəhəri, Səbail rayonu, A.Abbaszadə 17 ünvanda inşa edilən yüksək mərtəbəli yaşayış binasının 1 giriş (blok) 3-cü mərtəbəsində yerləşən ümumi sahəsi 196,1 kv.m olan 4 otaqlı mənzilin hər 1 kv.m üçün 591 manat, cəmi 116,000 manat məbləğində pulu podratçıya ödəməyi öhdəsinə götürmüş, əvəzində bu Müqavilə ilə şərtləndirilmiş qaydada “Tikinti şirkəti” tərəfindən yeni inşa ediləcək çoxmənzilli, hündürmərtəbəli yaşayış evində 1 giriş (blok) 3-cü mərtəbəsində yerləşən ümumi sahəsi 196,1 kv.m olan 4 otaqlı mənzili İddiaçı istifadəsinə verməyi Cavabdeh MTK öz öhdəsinə götürmüşdür.
45. Məhkəmə kollegiyası hesab edir ki, cavabdeh iddiaçıdan sifarişini aldığı mənzili iddiaçıya vermək öhdəliyinin daşıyıcısı olmuşdur. İddiaçı öz üzərinə götürdüyü öhdəliyi tam olaraq yerinə yetirməsinə baxmayaraq, cavabdeh müqavilə öhdəliklərini tam icra etməkdən yayınaraq, müqavilə ilə şərtləndirilmiş qaydalara əməl etməmişdir. Buna görə də, iddiaçının müqavilə ilə şərtləndirilmiş mənzilin ona təhvil verilməsini cavabdehdən tələb etməsi tam əsaslıdır.
46. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə qiymət verərək hesab edir ki, apellyasiya şikayəti əsassızdır və təmin edilə bilməz. Belə ki, apellyator şikayətindən mübahisəli mənzilə dair onun gözlənilən mülkiyyəti hüququnu olduğunu qeyd etsə də, iş materialları ilə bu hal tam təkzib olunur. Belə ki, iş materiallarına əlavə edilmiş Maraqlı şəxs ilə CavabdehMTK arasında bağlanmış 25 dekabr 2018-ci il tarixli müqaviləyə əsasən ünvan 3 ünvanında inşa olunmuş yüksək mərtəbəli yaşayış binasının 1 giriş, 3-cü mərtəbəsində yerləşən, yaşayış sahəsi 196.1 kv.m olan 4 otaqlı mənzilin ona satıldığı və onun tərəfindən ödənişlər edilməklə müvafiq maliyyə arayışı da verildiyi təsdiq edilsə də apellyasiya icraatı zamanı vermiş olduğu izahatında məhz onun razılığı əsasında əsasında xx.xx.2019-cu il tarixdə İddiaçı adına rəsmiləşdirilmiş, daha sonra ərizə verərək qeyd etmişdir ki, ünvan 3 ünvanında inşa olunmuş yüksək mərtəbəli yaşayış binasının 1 giriş, 3-cü mərtəbəsində yerləşən, yaşayış sahəsi 196.1 kv.m olan 4 otaqlı mənzilə dair iddiası yoxdur və gələcəkdə də olmayacaq.
47. Göründüyü kimi, mübahisəli mənzilə dair razılaşdırılmış məbləğ İddiaçı tərəfindən ödənilməklə satın alındığından Maraqlı şəxs mübahisəli mənzilə dair hər hansı gözlənilən mülkiyyət hüququndan söhbət gedə bilməz.
48. Apellyator apellyasiya şikayətində həmçinin X7 ilə mübahisəli mənzilin alqısatqısına dair 2019-cu ilin aprel ayında razılığa gəlmiş, mənzilin alqı-satqısını 196.000 manata razılaşdıqları, həmin məbləğdən Samirə olan 24.000 manat borcunun çıxıldığı və ümumi 172.000 manat Samirin ona borclu qaldığını, həmin məbləği Samir ona xx.xx.2019cu il tarixinə kimi hissə-hissə olmaqla 3 dəfəyə ödəməli olduğunu, o, Samirə inandığından mübahisəli mənzilin Samirin qayınatası, bu iş üzrə iddiaçı olan İddiaçı adına sənədləşdirilməsinə razılıq verdiyini, xx.xx.2019-cu il tarixdə, yəni müqavilə bağlanandan iyirmi gün sonra Samir qaynatası Salehlə birlikdə ona 80.000 manat pul ödənildiyini, qalan 92.000 manat pulun 72.000 manatının əvəzinə isə Novxanı kəndində yerləşən 0,12 ha torpaq sahəsini verdiklərini və qalan 20.000 manatın da tez zamanda ödəyəcəklərini vəd etsələr də sonradan qayınata kürəkən arasında münasibətlər pozulduğunu və pulun qalan hissəsini ödəmədiklərini, aralarındakı alqı-satqının baş tutmadığını, xx.xx.2019-cu il tarixdə aldığı 104.000 (80.000+24.000) manat pulu Samirə qaytardığını qeyd etsə də kollegiya şikayətin qeyd edilən dəlillərini də əsassız hesab edir. Belə ki, Maraqlı şəxs mübahisəli mənzilə dair razılaşması hazırkı iş üzrə İddiaçı arasında olmuş və ödənilmiş pullar da sonuncu tərəfindən məhz Maraqlı şəxs ödənilmişdir. X4 mənzilə hər hansı hüququ olmamışdır.
49. Kollegiya apellyasiya şikayətinin dəlillərinə ümumilikdə qiymət verərək hesab edir ki, apellyasiya şikayətində göstərilənlər işin halları ilə təkzib olunduğundan təmin edilə və məhkəmənin qətnaməsinin ləğvi üçün əsas ola bilməz.
50. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddianı təmin edərkən mübahisənin faktiki halları, tərəflərin münasibətləri və digər qeyd edilən halları nəzərə almaqla iş üzrə düzgün nəticəyə gəlmişdir ki, apellyasiya şikayətində qeyd edilənlər formal mülahizələr olmaqla yuxarıda göstərilənlərə əsasən təkzib edilməklə əsaslı sayıla və təmin edilə bilməz.
51. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar ödənilən məsrəflərdən ibarətdir.
52. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
53. Kollegiya hesab edir ki, hazırkı halda apellyasiya şikayəti təmin edilmədiyindən iş üzrə apellyator tərəfindən apellyasiya şikayətinin verilməsi ilə əlaqədar ödənilmiş dövlət rüsumu apellyatorun özünə aid edilməlidir.
54. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 385, 392, 393 və 402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası
Qət etdi:
Maraqlarına toxunulan şəxs Maraqlı şəxs nümayəndəsi-vəkili Vəkil2 apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin e-2(009)-367/2023 nömrəli 22 fevral 2023cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi ilə əlaqədar ödənilmiş dövlət rüsumu apellyatorun özünə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına Bakı Apellyasiya Məhkəməsi vasitəsilə kasasiya şikayəti verilə bilər.