Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-2949/2022 11.03.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Azad Nizam oğlu İmanovun sədrliyi ilə, Qürbət Ağa oğlu Əsgərov və Fuad Şəmsəddin oğlu Talışinskidən ibarət tərkibdə, Bakı Apellyasiya Məhkəməsinin binasında İddiaçı cavabdehlər Bakı şəhəri Xətai rayon icra şöbəsinə, QSC “Bank Standard” KB-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna, Azərbaycan Respublikası “Respublika Xammal və Əmtəə Birjası”nın Daşınar və Daşınmaz Əmlakların Satışı üzrə Hərrac Mərkəzinə, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “hərracın nəticələri haqqında protokolun və hərracın yekunları üzrə əmlakın alqı-satqısı barədə müqavilənin etibarsız hesab edilməsi, çıxarışın ləğvi” iddia tələbinə dair mülki işin aidiyyəti məsələsi ilə bağlı məhkəmələr arasında fikir ayrılığına dair məsələyə yazılı icraat qaydasında baxaraq müəyyən etdi: İddiaçı cavabdehlər Bakı şəhəri Xətai rayon icra şöbəsinə, QSC “Bank Standard” KB-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna, Azərbaycan Respublikası “Respublika Xammal və Əmtəə Birjası”nın Daşınar və Daşınmaz Əmlakların Satışı üzrə Hərrac Mərkəzi” MMC-yə, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “hərracın nəticələri haqqında protokolun və hərracın yekunları üzrə əmlakın alqı-satqısı barədə müqavilənin etibarsız hesab edilməsi, çıxarışın ləğvi” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Xətai Rayon Məhkəməsinə müraciət edərək ipoteka predmeti olan Bakı şəhəri Xətai rayonu Nobel prospektində istifadədə olan 2,468 ha torpaq sahəsində yerləşən 23 nömrəli binanın 1-ci mərtəbəsində ümumi sahəsi 59.1 kv.m olan qeyri-yaşayış sahəsinin (311 saylı mağazanın) açıq hərracdan satılmasına dair “Hərrac Təşkilatının Hərracın yekunları barədə 55/16 saylı, 25.05.2011-ci il tarixli protokol”un və “Hərracın yekunları üzrə əmlakın alqı-satqısı barədə 25.05.2011-ci il tarixli müqavilə”nin etibarsız hesab edilməsi, Bakı şəhəri Xətai rayonu Nobel prospektində istifadədə olan 2,468 ha torpaq sahəsində yerləşən 23 nömrəli binanın 1-ci mərtəbəsində ümumi sahəsi 59.1 kv.m olan qeyri-yaşayış sahəsinə (311 saylı mağazaya) dair QSC “Bank Standard” KB-nin adına verilmiş çıxarışın ləğv edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Sonradan İddiaçı vəkili-nümayəndəsi Vəkil məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, Bakı şəhəri Xətai rayon icra şöbəsinin cavabdehlər sırasından çıxarılmasını və mülki işin ərazi aidiyyəti üzrə baxılması üçün Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə göndərilməsini xahiş etmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 21 yanvar 2022-ci il tarixli 2(011)-897/2022 saylı qərardadına əsasən mülki iş ərazi aidiyyəti üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə göndərilmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-2040/2022 saylı, 04 mart 2022-ci il tarixli qərardadı ilə mülki iş ərazi aidiyyətinin müəyyən edilməsi üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Məhkəmə kollegiyası iş materiallarını araşdıraraq hesab edir ki, İddiaçı cavabdehlər Bakı şəhəri Xətai rayon icra şöbəsinə, QSC “Bank Standard” KB-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna, Azərbaycan Respublikası “Respublika Xammal və Əmtəə Birjası”nın Daşınar və Daşınmaz Əmlakların Satışı üzrə Hərrac Mərkəzinə, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “hərracın nəticələri haqqında protokolun və hərracın yekunları üzrə əmlakın alqı-satqısı barədə müqavilənin etibarsız hesab edilməsi, çıxarışın ləğvi” iddia tələbinə dair mülki iş aidiyyəti üzrə baxılması üçün Bakı şəhəri Xətai Rayon Məhkəməsinə göndərilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 40.1-ci maddəsinə əsasən ərazi aidiyyəti qaydalarının pozulmasına yol verilmir. Həmin Məcəllənin 44.1-ci maddəsinə əsasən aidiyyət qaydalarına riayət edilməklə məhkəmənin öz icraatına qəbul etdiyi iş, sonradan başqa məhkəməyə aid olsa da, mahiyyəti üzrə həmin məhkəmədə həll edilməlidir. Kollegiyas qeyd etməyi zəruri hesab edir ki, iddiaçı tərəfindən cavabdehlər Bakı şəhəri Xətai rayon icra şöbəsinə, QSC “Bank Standard” KB-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna, Azərbaycan Respublikası “Respublika Xammal və Əmtəə Birjası”nın Daşınar və Daşınmaz Əmlakların Satışı üzrə Hərrac Mərkəzinə, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iddia tələbi aidiyyət qaydalarına riayət edilməklə Bakı şəhəri Xətai Rayon Məhkəməsinə verilmiş və Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 16.12.2021-ci il tarixli qərardadı ilə həmin məhkəmənin icraatına qəbul edilmişdir. Sonradan iddiaçının vəkili-nümayəndəsi ərizə təqdim edərək, Bakı şəhəri Xətai rayon icra şöbəsinin cavabdehlər sırasından çıxarılmasını xahiş etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, Bakı şəhəri Xətai rayon icra şöbəsinin cavabdehlər sırasından çıxarılması, İddiaçı vəkili-nümayəndəsinin və cavabdehlərdən biri olan QSC “Bank Standard” KB-nin nümayəndəsinin vəsatətləri işin aidiyyəti üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə göndərilməsi üçün əsas ola bilməz, çünki məhkəmə qeyd edilən mülki işi aidiyyət qaydalarına riayət edilməklə öz icraatına qəbul etmişdir. Ona görə də hazırki mülki işə məhz Bakı şəhəri Xətai Rayon Məhkəməsində baxımalıdır. Azərbaycan Respublikası Konstitusiyasının 62-ci maddəsinə görə məhkəmə aidiyyətinin qanunsuz dəyişdirilməsinə yol verilmir. Həmin maddəyə əsasən hər kəsin onun işinə qanunla müəyyən edilmiş məhkəmədə baxılması hüququ vardır. Azərbaycan Respublikası Mülki - Prosessual Məcəlləsinin 31.1-ci maddəsinə əsasən aidiyyat qaydalarının pozulmasına yol verilmir. Həmin Məcəllənin 45.4-cü maddəsinə əsasən bir məhkəmədən digərinə göndərilən iş, onun göndərildiyi məhkəmə tərəfindən baxılmağa qəbul edilməlidir. Məhkəmələr arasında ərazi aidiyyətinə dair mübahisələrə yol verilmir. Məhkəmələr arasında fikir ayrılığı olduğu hallarda apellyasiya instansiyası məhkəməsi tərəfindən iş bir məhkəmədən başqasına verilir. Qeyd olunanlara əsasən kollegiya hesab edir ki, İddiaçı cavabdehlər Bakı şəhəri Xətai rayon icra şöbəsinə, QSC “Bank Standard” KB-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna, Azərbaycan Respublikası “Respublika Xammal və Əmtəə Birjası”nın Daşınar və Daşınmaz Əmlakların Satışı üzrə Hərrac Mərkəzinə, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “hərracın nəticələri haqqında protokolun və hərracın yekunları üzrə əmlakın alqı-satqısı barədə müqavilənin etibarsız hesab edilməsi, çıxarışın ləğvi” tələbinə dair mülki iş aidiyyəti üzrə baxılması üçün Bakı şəhəri Xətai Rayon Məhkəməsinə göndərilməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 45.4, 400 və 402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası q ə r a r a a l d ı: İddiaçı cavabdehlər Bakı şəhəri Xətai rayon icra şöbəsinə, QSC “Bank Standard” KB-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna, Azərbaycan Respublikası “Respublika Xammal və Əmtəə Birjası”nın Daşınar və Daşınmaz Əmlakların Satışı üzrə Hərrac Mərkəzinə, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “hərracın nəticələri haqqında protokolun və hərracın yekunları üzrə əmlakın alqı-satqısı barədə müqavilənin etibarsız hesab edilməsi, çıxarışın ləğvi” tələbinə dair mülki iş aidiyyəti üzrə baxılması üçün Bakı şəhəri Xətai Rayon Məhkəməsinə göndərilsin. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilmir.
Məhkəmə qərarları › İş №2(103)-2949/2022
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-2949/2022
11.03.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver