Məhkəmə qərarları › İş №2(103)-295/2023

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-295/2023

04.04.2023 · Sığorta müqaviləsi üzrə mübahisələr - Sığorta ödənişinin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-295/2023 04.04.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X7 Məmmədovanın sədrliyi və məruzəsi ilə, Cahangir Afər oğlu Yusifov və X3 ibarət tərkibdə, Mərziyyə Tofiq qızı Bağırlının katibliyi ilə, İddiaçı, Cavabdehin nümayəndəsi X5 iştirakı ilə, Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin 2(006)-74/2022 saylı,xx.xx.2022-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı (Azərbaycan Respublikasının Mərkəzi Bankı mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) “sığorta ödənişinin ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh "xxxx" ASCnin 0940/İ saylı, 19 fevral 2020-ci il tarixli imtinasının qanunsuz hesab edilməsi, 08 fevral 2020-ci ildən hesablanmaqla sığorta ödənişinin, ödənişin vaxtında ödənilməməsinə görə dəbbə pulunun və məhkəmə xərcinin cavabdehdən tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, o, 06 iyun 2017-ci ildə Şamaxı şəhəri, Frolov küçəsi 13 ünvanında 0,04017 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 360,4 kv.m. olan qeyriyaşayış sahəsini X1 26000 (iyirmi altı min) manata almışdır. Alqı-satqı AN-İ № ******* nömrəli, 06 iyun 2017-ci il tarixli notarial qaydada bağlanmış müqavilə ilə rəsmiləşdirildi və o, həmin əmlaka xüsusi mülkiyyət hüququ əldə etmişdir. 24 yanvar 2020-ci ildə həmin əmlakını "xxxx" ASC-də 50000 (əlli min) manatlıq sığortalatdırmış və bununla bağlı ona BB seriyalı, 280366 nömrəli Daşınmaz əmlakın icbari sığortası haqqında Şəhadətnamə verilmişdir. 04 fevral 2020-ci ildə Şamaxı rayonunda əsən güclü külək nəticəsində çox sayda yaşayış və qeyriyaşayış sahələrinin dam hissəsi uçmuş, vətəndaşlara böyük məbləğdə ziyan dəymişdir. Həmin güclü küləyin təsirindən xüsusi mülkiyyətində olan qeyriyaşayış sahəsinin də damı dəfələrlə qalxıb-endiyindən tikilidə böyük çatlar əmələ gəldi. Lakin o 09 fevral 2020-ci il tarixinə təyin edilən Parlament seçkilərində 85 saylı Şamaxı seçki dairəsindən namizədliyi qeydə alınmış qardaşı X6 ilə birlikdə onun vəkili kimi rayonun müxtəlif kəndlərində görüşlərdə olduğundan hadisə barədə sonradan məlumat almışdır. 07 fevral 2020-ci ildə gecə saatlarında Şamaxı şəhərinə qayıtmış və qeyriyaşayış sahəsinə baxış keçirərkən qaranlıq da olsa güclü küləyin təsirindən tikilidə böyük çatların yarandığını aşkar etmişdir. Lakin gecə olduğundan sabahadək gözləməyə qərar vermişdir. 08 yanvar 2020-ci il səhərə yaxın saat 05:00 radələrində qonşusu X11 və Adil adlı qohumu ona zəng edərək qeyri-yaşayış sahəsinin tamamilə uçması barədə xəbər vermişlər. Dərhal əraziyə getmiş və qeyri-yaşayış sahəsinin həqiqətən tamamilə uçmasının şahidi olmuşdur. Həmin gün iş vaxtının başlanmasından sonra hadisə barədə "xxxx" ASC-yə zəng edərək hadisə barədə ətraflı məlumat vermişdir. Bir neçə saatdan sonra özünü "xxxx" ASC-nin əməkdaşı kimi təqdim edən şəxs hadisə yerinə gələrək uçmuş qeyri-yaşayış sahəsinə baxış keçirmiş, foto şəkillər çəkmiş və hadisə barədə ondan məlumat almışdır. Hadisənin baş vermə səbəbləri barədə ətraflı məlumat verdikdən sonra gülərək “Təsadüfə bax ki, bir il öncə eyni gündə Şamaxı şəhərində zəlzələ baş vermişdi, o zaman tikilinin bir-iki yerində suvaq çatlamışdı, öz puluma tam bərpa etdim. Bilsəydim o hadisədən də əvvəl əmlakı sığortaladardım” cümləsini demişdir. "xxxx" ASC-nin əməkdaşı ona izahat blankı təqdim edərək deyəcəklərini blanka yazmağını tapşırmışdır. "xxxx" ASCnin əməkdaşının ona dediklərini blanka yazmışdır. Sonda həmin şəxs sağollaşıb yaxın günlərdə zərərin məbləği müəyyən edildikdən sonra onunla əlaqə saxlayacaqlarını bildirmiş və getmişdir. Bir neçə gün sonra "xxxx" ASC-nin 0940/1 saylı, 19 fevral 2020-ci il tarix məktubu ona təqdim edilmişdir. Məktubdan görünür ki, "xxxx" ASC ona sığorta ödənişini verməkdən imtina edərək bu qanunsuz hərəkətsizliyini əmlakına dəymiş zərərin daha öncədən, yəni sığortalanmamışdan öncə mövcud olması ilə əsaslandırıb. O, əmlakına dair 24 yanvar 2020-ci ildə, yəni sığorta hadisəsinin baş verməsindən 11 gün öncə sığorta müqaviləsi bağlamış, 77 (yetmiş yeddi) manat məbləğində sığorta haqqını ödəmiş və sığorta şəhadətnaməsini əldə etmişdir. Sığorta hadisəsinə qədər heç bir qüsur olmadan əmlakından istifadə etmişdir. Sığortalanmadan öncə əmlakı qəzalı vəziyyətdə olsaydı və ya əmlakında hər hansı ciddi qüsur olsaydı "xxxx" ASC əmlakı sığortalamazdan öncə onun iştirakıyla qüsur aktı tərtib etməli və həmin aktda mövcud qüsurları tam formada göstərməli idi. Lakin əmlakında hər hansı qüsur olmadığından belə bir qüsur aktı tərtib edilməyib, o hər hansı aktı imzalamamış və hər hansı aktın surəti ona təqdim edilməmişdir. Ümumiyyətlə "xxxx" ASC imtina məktubunda əmlakına zərərin daha öncədən dəydiyini göstərsə də, belə bir nəticəyə necə gəlməsi barədə məktubda hər hansı sübuta, araşdırma (ekspertiza) nəticəsində verilmiş rəyə istinad etməyib. Məktubda yalnız izahatına istinad edilib. Bu zaman izahatında göstərilən “xx.xx.2019-cu tarixdə Şamaxı şəhərində baş vermiş zəlzələ nəticəsində ona məxsus tikintidə çatlar əmələ gəlmişdir” cümləsinə istinadən imtina verilibsə, bu tamamilə qanunsuzdur. Çünki "xxxx" ASC-nin hadisə yerinə gələn əməkdaşına bildirmişdir ki, həmin zəlzələ nəticəsində tikilinin bir-iki yerində suvaq hissəsi çatlamışdı, öz puluna tam bərpa etmişdir. Həmin hadisədən sonra bir il ərzində o, heç bir maneə və qüsur olmadan əmlakından istifadə etmiş və əmlakı yalnız sığorta hadisəsinin baş verməsindən sonra uçmuşdur. Lakin "xxxx" ASC sığorta ödənişini ödəməkdən yayınmaq məqsədilə qanunsuz olaraq faktları, ifadələrini və fikirlərini təhrif edib. Hazırda "xxxx" ASC bir aydan çoxdur ki, sığorta ödənişini ödəmədiyindən qeyri- yaşayış sahəsindən, onu bərpa etmək və əvvəlki kimi ondan gəlir əldə etmək imkanından məhrum olmuşdur. Həmçinin qeyriyaşayış sahəsi sığorta hadisəsi nəticəsində məhv olduğundan ona bir neçə metr məsafədə qonşusu X8 yeni inşa etdiyi fərdi yaşayış evi də uçmaq təhlükəsi ilə üz-üzə qalıb. Cavabdehin qanunsuz hərəkətlərinin (hərəkətsizliyinin) davam etdirməsi nəticəsində başqa şəxslərin həyatı və əmlakı ciddi təhlükə qarşısında qalır. Yuxarıda göstərilənləri nəzərə alaraq iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbini müdafiə edərək, iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X9 iddiaya etiraz edərək bildirmişdir ki, "PAŞA Sığorta” ASC ilə İddiaçı arasında xx.xx.2020-ci İl tarixində BB 280366 saylı Daşınmaz əmlakın icbari sığortası şəhadətnaməsi bağlanmışdır. Qeyd olunan şəhadətnamə ilə Şamaxı şəhəri, Frolov küçəsi 13 ünvanında yerləşən qeyriyaşayış sahəsi sığortalanmışdır. xx.xx.2020-ci il tarixində BB 280366 saylı Daşınmaz əmlakın icbari sığortası şəhadətnaməsi ilə sığortalanmış Şamaxı şəhəri, Frolov küçəsi 13 ünvanında yerləşən qeyri-yaşayış sahəsinə zərər dəyməsi ilə bağlı İddiaçı tərəfindən sığorta tələbi daxil olmuşdur. "PAŞA Sığorta” ASC tərəfindən hadisə dərhal qeydə alınaraq araşdırılma aparılmışdır. Araşdırma zamanı İddiaçı izahatında aşağıdakı halları bildirmişdir: “xx.xx.2020-ci il tarixində ünvan 1 ünvanında güclü külək əsməsi nəticəsində ilkin olaraq mənə məxsus tikilinin üst çardaq hissəsini güclü külək qaldırıb yatırmış və nəticəsində arxa divar çatlamışdır. Həmin hissəni 2-3 gündən sonra bərpa etmək istəyirdim. xx.xx.2020-ci il tarixində saat 05:00 radələrində qonşum Cahid və mənim mənzilimdə olan Adilin deməsinə görə bina tamamilə uçmuşdur. xx.xx.2019-cu il tarixdə Şamaxı şəhərində baş vermiş zəlzələ nəticəsində mənə məxsus tikintidə çatlar əmələ gəlmişdir.” İddiaçı məhkəmə iclasında verdiyi izahat zamanı hadisənin 7-8 fevral 2020-ci il tarixlərində güclü külək nəticəsində baş verməsi bildirilmişdir. Bununla bağlı olaraq Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Hidrometeoroloji Proqnozlar Bürosuna hadisənin baş verdiyi gün müşahidə olunan hava şəraiti ilə bağlı sorğu ünvanlanmışdır. Büronun cavabına əsasən xx.xx.2020ci il tarixdə Şamaxı hidrometeoroloji stansiyasında müşahidə olunan hava şəraiti haqqında məlumata əsasən hava aydın, buludlu, görünüş 20 km, havanın orta temperaturu 12.2 dərəcə, minimum temperatur 8,5 dərəcə, maksimum 16,7 dərəcə, külək qərb-şimal-şərq istiqamətli olub, maksimum sürəti 8m/san (5 bal) olmuşdur. Yağıntı qeydə alınmamışdır. xx.xx.2020-ci il tarixdə Şamaxı hidrometeroroloji stansiyasında müşahidə olunan hava şəraiti haqqında məlumata əsasən hava aydın, dəyişkən buludlu, görünüş 20 km, havanın orta temperaturu 7,7 dərəcə, minimum temperatur 4,0 dərəcə, maksimum 15,0 dərəcə, külək şimal istiqamətli olub, maksimum sürəti 18m/san (8 bal) olmuşdur. Bofort şkalasına əsaslanaraq 8 ballıq külək çox möhkəm küləkdir. Saat 02:10-dan 04:20-dək, 17:25-dən 19:40-dək yağış, saat 19:40-dan 01:20dək qar yağmış, yağıntının ümumi miqdarı 6,6 mm olmuş, qarın orta hündürlüyü 1 sm olmuşdur. Saat 17:20-dən 01:20-dək duman müşahidə edilmiş, dumanda görünüş 200 m olmuşdur. İcbari sığorta haqqında qanunun 36.1.8-ci maddəsinə əsasən daşınmaz əmlakın təbii fəlakətlər - zəlzələ, vulkan, fırtına, qasırğa, tufan, dolu, sel, daşqın, leysan, yer sürüşməsi hallar nəticəsində zədələnməsi, məhv olması, yaxud hər hansı digər formada itkisi sığorta hadisəsi hesab olunur. Məhkəməyə təqdim edilən sənədlər görünür ki, hadisənin baş verdiyi gün Şamaxı rayonu ərazisində hər hansı təbii fəlakət baş verməmişdir. Bu səbəbdən Mülki Məcəllənin 935.1.8-ci maddəsinə əsasən baş vermiş hadisənin icbari sığorta qanunlarına və ya sığorta müqaviləsinə görə sığorta hadisəsi hesab edilməməsi sığorta ödənişinin verilməsində imtina üçün əsasdır. Nümayəndə göstərilənlərə əsasən məhkəmədən iddia təmin edilməməsini xahiş etmişdir. Mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxsə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, o, heç bir üzrlü səbəb təqdim etmədən nümayəndəsinin iştirakını təmin etməmişdir.Məhkəmə işə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən baxılmasını mümkün hesab etmişdir. Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin 2(006)-74/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsi ilə iddia tələbinin rədd edilməsi qət edilmişdir. Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin 2(006)-74/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən apellyasiya şikayəti verilərək qətnamənin ləğv olunması və iddia tələbinin təmin olunmasıbarədə yeni qətnamə qəbul edilməsi xahiş edilmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, 06 iyun 2017-ci ildə Şamaxı şəhəri, Frolov küçəsi 13 ünvanında 0,04017 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 360,4 kv.m. olan qeyri-yaşayış sahəsini X1 26000 (iyirmi altı min) manata almışdır. Alqı-satqı AN-İ № ******* nömrəli, 06 iyun 2017-ci il tarixli notarial qaydada bağlanmış müqavilə ilə rəsmiləşdirilmiş və mən həmin əmlaka xüsusi mülkiyyət hüququ əldə etmişdir. 24 yanvar 2020-ci ildə həmin əmlakı "xxxx" ASC-də 50000 (əlli min) manatlıq sığortalatdırmış və bununla bağlı ona BB seriyalı, 280366 nömrəli Daşınmaz əmlakın icbari sığortası haqqında Şəhadətnamə verilmişdir. 04-08 fevral 2020-ci ildə Şamaxı rayonunda əsən güclü külək, fırtına nəticəsində çox sayda yaşayış və qeyri-yaşayış sahələrinin dam hissəsi uçmuş, vətəndaşlara böyük məbləğdə ziyan dəymişdir. Həmin güclü küləyin təsirindən xüsusi mülkiyyətində olan qeyri-yaşayış sahəsinin də damı dəfələrlə qalxıbendiyindən tikilidə böyük çatlar əmələ gəldi. Lakin o, 09 fevral 2020-ci il tarixinə təyin edilən Parlament seçkilərində 85 saylı Şamaxı seçki dairəsindən namizədliyi qeydə alınmış qardaşı X6 ilə birlikdə onun vəkili kimi rayonun müxtəlif kəndlərində görüşlərdə olduğundan hadisə barədə sonradan məlumat almışdır. 07 fevral 2020-ci ildə gecə saatlarında Şamaxı şəhərinə qayıtmış və qeyri-yaşayış sahəsinə baxış keçirərkən qaranlıq da olsa güclü küləyin, fırtınanın təsirindən tikilidə böyük çatların yarandığını aşkar etmişdir. Lakin gecə olduğundan sabahadək gözləməyə qərar vermişdir. 08 yanvar 2020-ci il səhərə yaxın saat 05:00 radələrində qonşum X11 və Adil adlı qohumum mənə zəng edərək qeyri-yaşayış sahəsinin tamamilə uçması barədə xəbər verdi. Dərhal əraziyə getmiş və qeyri-yaşayış sahəsinin həqiqətən tamamilə uçmasının şahidi olmuşdur. Həmin gün iş vaxtının başlanmasından sonra hadisə barədə "xxxx" ASC-yə zəng edərək hadisə barədə ətraflı məlumat vermişdir. Bir neçə saatdan sonra özünü "xxxx" ASC-nin əməkdaşı kimi təqdim edən şəxs hadisə yerinə gələrək uçmuş qeyri-yaşayış sahəsinə baxış keçirmiş, foto şəkillər çəkmiş və hadisə barədə məndən məlumat almışdır. Hadisənin baş vermə səbəbləri barədə ətraflı məlumat verdikdən sonra gülərək “Təsadüfə bax ki, bir il öncə eyni gündə Şamaxı şəhərində zəlzələ baş vermişdi, o zaman tikilinin biriki yerində suvaq çatlamışdı, öz puluna tam bərpa etmişdir. Bilsəydi o hadisədən də əvvəl əmlakı sığortaladardım” cümləsini demişdir. "xxxx" ASC-nin əməkdaşı ona izahat blankı təqdim edərək deyəcəklərini blanka yazmağını tapşırdı. "xxxx" ASC-nin əməkdaşının ona dediklərini blanka yazdımışdır.Sonda həmin şəxs sağollaşıb yaxın günlərdə zərərin məbləği müəyyən edildikdən sonra onunla əlaqə saxlayacaqlarını bildirmiş və getmişdir. Bir neçə gün sonra "xxxx" ASC-nin 0940/1 saylı, 19 fevral 2020-ci il tarix məktubu ona təqdim edilmişdir. Məktubdan görünür ki, "xxxx" ASC ona sığorta ödənişini verməkdən imtina edərək bu qanunsuz hərəkətsizliyini əmlakına dəymiş zərərin daha öncədən, yəni sığortalanmamışdan öncə mövcud olması ilə əsaslandırıb. O, əmlakına dair 24 yanvar 2020-ci ildə, yəni sığorta hadisəsinin baş verməsindən az öncə sığorta müqaviləsi bağlamış, 77 (yetmiş yeddi) manat məbləğində sığorta haqqını ödəmiş və sığorta şəhadətnaməsini əldə etmişdir.Sığorta hadisəsinə qədər heç bir qüsur olmadan əmlakından istifadə etmişdir. Sığortalanmadan öncə əmlakı qəzalı vəziyyətdə olsaydı və ya əmlakında hər hansı ciddi qüsur olsaydı "xxxx" ASC əmlakı sığortalamazdan öncə onun iştirakıyla qüsur aktı tərtib etməli və həmin aktda mövcud qüsurları tam formada göstərməli idi. Lakin əmlakında hər hansı qüsur olmadığından belə bir qüsur aktı tərtib edilməyib, o, hər hansı aktı imzalamamış və hər hansı aktın surəti ona təqdim edilməmişdir. Ümumiyyətlə "xxxx" ASC imtina məktubunda əmlakına zərərin daha öncədən dəydiyini göstərsə də, belə bir nəticəyə necə gəlməsi barədə məktubda hər hansı sübuta, araşdırma (ekspertiza) nəticəsində verilmiş rəyə istinad etməyib. Məktubda yalnız izahatına istinad edilib. Bu zaman izahatında göstərilən “xx.xx.2019-cu tarixdə Şamaxı şəhərində baş vermiş zəlzələ nəticəsində ona məxsus tikintidə çatlar əmələ gəlmişdir” cümləsinə istinadən imtina verilibsə, bu tamamilə qanunsuzdur. Çünki "xxxx" ASC-nin hadisə yerinə gələn əməkdaşına bildirmişəm ki, həmin zəlzələ nəticəsində tikilinin bir-iki yerində suvaq hissəsi çatlamışdı, öz puluna tam bərpa etmişdir Həmin hadisədən sonra bir il ərzində o, heç bir maneə və qüsur olmadan əmlakından istifadə etmiş və əmlakı yalnız sığorta hadisəsinin baş verməsindən sonra uçmuşdur.Lakin "xxxx" ASC sığorta ödənişini ödəməkdən yayınmaq məqsədilə qanunsuz olaraq faktları, ifadələrini və fikirlərini təhrif edib. Hazırda "xxxx" ASC bir aydan çoxdur ki, sığorta ödənişini ödəmədiyindən qeyri- yaşayış sahəsindən, onu bərpa etmək və əvvəlki kimi ondan gəlir əldə etmək imkanından məhrum olmuşdur. Həmçinin, qeyri-yaşayış sahəsi sığorta hadisəsi nəticəsində məhv olduğundan ona bir neçə metr məsafədə qonşum X8 yeni inşa etdiyi fərdi yaşayış evi də uçmaq təhlükəsi ilə üz-üzə qalıb. Cavabdehin qanunsuz hərəkətlərinin (hərəkətsizliyinin) davam etdirməsi nəticəsində başqa şəxslərin həyatı və əmlakı ciddi təhlükə qarşısında qalır. İddiaçının göstərməsi ki, guya əmlakda sığorta olunandan əvvəl çatlar vardı, bu onun şəxsi işidir, hərçənd bu dəlillər həqiqəti əks etdirmir, çat olsa belə şirkət sığortalamaya bilərdi, sığorta şirkətin riskidir, sığortalamısansa məsuliyyət daşıyırsan.“İcbari sığortalar haqqında” Azərbaycan Respublikası Qanununun 36.1-ci maddəsinə əsasən təbii fəlakətlər - fırtına sığorta hadisəi sayılır. Şamaxı stansiyasında xx.xx.2020-ci il tarixdə 20m/S güclü külək olmuşdur. Orada mənə bildirildi ki, bu hava stansiyada müşayət olunandır, lakin Şamaxının ayrıayrı yerlərində külək 30m/s ola bilər. Heç kəs dana bilməz ki, bu hadisə güclü küləkdən, yəni fırtınadan olmayıb. Fotoşəkillərdən görünür ki, binanın damını fırtına qoparıb atıb. Fırtınanın tərifində də göstərilir ki, o dam örtüklərini uçurmaqla müşayət olunur. Adi küləkdə, yəni saat 20m az küləkdə isə bu baş verə bilməz. Məhkəmə isə faktiki fırtına hadisəsinin guya ki, sığorta hadisəsi sayılmadığını göstərmişdir.Cavabdehin ona verdiyi sığorta ödənişinin verilməsindən xx.xx.2020-ci il tarixli imtina məktubu bir sözlə, məhkəmənin qətnaməsi başqa sözlərlə əsaslandırılmışdır. Cavabehin imtinası onunla əsaslandırılıb ki, binada əvvəldən çat olduğu, bina əvvəlcədən qəzalı vəziyyətdə olduğu üçün sığorta ödənişi verilmir. Məhkəmə qətnaməsini bu sözlərlə əsaslandırmır. Bu sözlərlə əsaslandırmırsa, deməli imtina qanunsuzdur və məhkəmə iddianı təmin etməli idi. Məhkəmə niyə xx.xx.2020-ci il tarixli imtina məktubundan kənara çıxdığını açıqlamır. Məhkəmə qətnaməni absurd fikirlərlə əsaslandırıb göstərir ki, çatlar zəl -zələ nəticəsində yarandığından və zəl- zələ sığorta hadisəsi sayılmadığından imtina qanunidir. Sual olunur zəl zələnin bu hadisəyə nə aidiyyatı var? Məgər zəl-zələ sığorta müqaviləsinin qüvvədə olan müddətdə baş verib? Zəl-zələ 1 il əvvəl baş verib, niyə müzakirə olunmalıdır?İddiaçı apellyasiya şikayətinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri baxımından Bakı Apellyasiya məhkəməsinin 2(103)- 2(103)-5336/22 saylı, 08 avqust 2022-ci il tarixli qərardadı ilə iş üzrə məhkəmə tikintitexniki ekspertizası təyin edilməsi, Ekspertizanın aparılması Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin ekspertlərinə həvalə edilməsi, Ekspertizanın aparılmasına Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Tikintidə X4 Agentliyi və Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Milli Hidrometeorologiya Xidmətinin Hidrometeoroloji Proqnozlar Bürosunun mütəxəssisləri cəlb edilməsi və rəy alınanadək hazırkı işin icraatı dayandırılması qərara alınmışdır. Bakı apellyasiya məhkəməsinin 2(103)-295/2023 saylı, xx.xx.2023-cü il tarixli qərardadı ilə hazırkı iş üzrə icraatın təzələnməsi qərara alınmışdır. Məhkəmə kollegiyasının iclasında iddiaçı apellyasiya şikayətinin təmin olunmasını xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında cavabdehin nümayəndəsi apellyasiya şikayətinin təmin olunmamasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, 3-cü şəxslər məhkəmə iclasına gəlməmiş, məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kolegiyası iş üzrə materialları, apellyasiya şikayətinin dəlillərini və tərəfin izahatını araşdıraraq, hesab edir ki, iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətli təmin olunmamalı, Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin 2(006)-74/2022 xx.xx.2022-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanmalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Məhkəmə kollegiyası prosessual qanunvericiliyin qeyd olunan müddəasını və onun rəsmi şərhinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarını nəzərə almaqla qeyd edir ki, hazırki halda apellyasiya baxışının hədlərini qətnamənin tam olaraq yoxlanılması təşkil edir. Məhkəmə Kollegiyası hesab edir ki, apellyasiya şikayəti əsassızdır. Belə ki, Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən verilmiş çıxarışın surətindən görünür ki, ünvan 3 ünvanında yerləşən qeyri-yaşayış binası tam mülkiyyət hüququ üzrə İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2020-ci il tarixində ********** nömrə ilə qeydiyyata alınmışdır. BB serialı, 280366 nömrəli daşınmaz əmlakın icbari sığortası şəhadətnaməsinin surətindən görünür ki, "xxxx" ASC İddiaçı məxsus olan ünvan 3 ünvanında yerləşən qeyriyaşayış sahəsi 50.000 manat məbləğində xx.xx.2020-ci il tarixindən xx.xx.2021-ci il tarixinədək sığortalanmışdır. Daşınmza risklərinin – yanğın, ildırım düşməsi, məişətdə və istehsalatda istifadə olunan qazın partlayışı, elektrik naqillərində baş verən qısa qapanma, buxar qazanlarının, qaz kəmərlərinin, maşınların, aparatların və digər oxşar qurğuların və ya cıhazların partlayışı, su, istilik, kanalizasiya kəmərlərinin və yanğın söndürmə sistemlərinin qəzası, habelə qonşu tikililərdən, yaşayış və qeyri-yaşayış sahələrindən, yaşayış evlərindən və binalarından, mənzillərdən, otaqlardan daxil olan su nəticəsində subasma, hər hansı predmetin və ya onun hissələrinin düşməsi, atılması, dəyməsi, dağılması, axıdılması və digər bu kimi formalarda təsiri, yerüstü nəqliyyat vasitəsinin dəyməsi, təbii fəlakətlər – zəlzələ, vulkan, fırtına, qasırğa, tufan, dolu, sel, daşqın, leysan, yer sürüşməsi, üçüncü şəxslərin hərəkətlərinin baş verməsi nəticəsində zədələnməsi, məhv olması, yahud hər hansı digər formada itkisi sığorta hadisəsi hesab olunur. "xxxx" ASC-nin İddiaçı ünvanlanmış xx.xx.2020-ci il tarixli, 0940/İ nömrəli cavab məktubundan görünür ki, ona məxsus əmlaka dəymiş zərər daha öncədən yəni əmlak sığortalanarkən mövcud olmuşdur. Sığorta hadisəsi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 922.1-ci maddəsinə əsasən icbari sığorta qanunlarına və ya sığorta müqaviləsinə görə sığorta ödənişinin sığortalıya sığorta olunana və ya digər faydalanan şəxsə ödənilməsi üçün əsas olan sığorta müqaviləsinin qüvvədə olduğu müddət ərzində baş verən hadisə və ya yaranan hal hesab edildiyindən, yuxarıda sözügedən hadisə sığorta hadisəsi hesab edilmir və bu hadisə üzrə heç bir sığorta təminatı nəzərdə tutula bilməz. Qeyd olunanları nəzərə alaraq bildirilmişdir ki, "xxxx" ASC-nin xx.xx.2020-ci il tarixli müraciətlə əlaqədar məsuliyyəti yaranmır. 04-xx.xx.2020-ci il tarixdə Şamaxı hidrometeoroloji stansiyasında müşahidə olunan hava şəraiti haqqında məlumatdan görünür ki, hava dağınıq buludlu (4/2), meteoroloji görünüş məsafəsi 20 km, havanın orta temperaturu 5,8°C, minimal temperaturu 2,2°C, maksimum temperaturu 10,5°C, qərb istiqamətli küləyin maksimal sürəti 20 m/san (8 bal Bofort şkalasına əsasən çox möhkəm külək) olmuşdur. Yağıntı qeydə alınmamışdır. xx.xx.2020-ci il tarixdə hava dağınıq buludlu (5/2), meteoroloji görünüş məsafəsi 20 km, havanın orta temperaturu 3,2°C, minimal temperaturu 0,6°C, maksimal temperaturu 6,0°C, cənubcənub-qərb istiqamətli küləyin maksimal sürəti 5 m/san (3 bal) olmuşdur. Yağıntı qeydə alınmamışdır. xx.xx.2020-ci il tarixdə Şamaxı hidrometeoroloji stansiyasında müşahidə olunan hava şəraiti haqqında məlumatdan görünür ki, hava aydın, dəyişkən buludlu, görünüş 20 km, havanın orta temperaturu 12,2°C, minimum temperaturu 8,5°C, maksimum temperaturu 16,7°C, külək qərb-şimal-şərq istiqamətli olub, maksimum sürəti 8 m/san (5 bal) olmuşdur. xx.xx.2020-ci il tarixdə Şamaxı hidrometeoroloji stansiyasında müşahidə olunan hava şəraiti haqqında məlumatdan görünür ki, hava tutqun, buludlu, görünüş 20 km, havanın orta temperaturu 7,7°C, minimum temperaturu 4,0°C, maksimum temperaturu 15,0°C, külək şimal istiqamətli olub, maksimum sürəti 18 m/san (8 bal) olmuşdur. Bofort şkalasına əsaslanaraq 8 ballıq külək çox möhkəm küləkdir. Saat 02:10-dan 04:20-dək, 17:25-dən 19:40-dək yağış, saat 19:40-dan 01:20-dək qar yağmış, yağıntının ümumi miqdarı 6,6 mm olmuş, qarın orta hündürlüyü 1 sm olmuşdur. Saat 17:20-dən 01:20-dək duman müşahidə edilmiş, dumanda görünüş 200 m olmuşdur. İddiaçı xx.xx.2020-ci il tarixli izahatının surətindən görünür ki, xx.xx.2020-ci il tarixində ünvan 3 ünavında güclü külək əsməsi nəticəsində ilkin olaraq ona məxsus tikilinin üst çardax hissəsini güclü külək qaldırıb yatırmış və nəticədə arxa divar çatlamışdır. Həmin hissəni 2-3 gündən sonra bərpa etmək istəyirmiş. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2021-ci il tarixli, 10/2415 saylı ekspert rəyindən görünür ki, Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Tikintidə X4 Agentliyinin xx.xx.2021-ci il tarixli mütəxəssis rəyinə əsasən, İddiaçı mülkiyyət hüququ ilə məxsus ünvan 3 ünvanında yerləşən qeyri-yaşayış sahəsinin dağılmasına səbəb arxa divara təsir edən torpaq kütləsinin artması və ağırlaşması, ön divarda atmosfer yağıntıları səbəbindən bünövrə altı quruntun çökməsi səbəbindən dinamiki və statik yüklərə (qar, yağış və külək yükləri) qarşı dayanıqlılığının azalmasıdır. Apellyasiya şikayətinin dəlilləri baxımından Bakı Apellyasiya məhkəməsinin 2(103)- 2(103)-5336/22 saylı, 08 avqust 2022-ci il tarixli qərardadı ilə iş üzrə məhkəmə tikintitexniki ekspertizası təyin edilməsi, Ekspertizanın aparılması Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin ekspertlərinə həvalə edilməsi, Ekspertizanın aparılmasına Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Tikintidə X4 Agentliyi və Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Milli Hidrometeorologiya Xidmətinin Hidrometeoroloji Proqnozlar Bürosunun mütəxəssisləri cəlb edilməsi və rəy alınanadək hazırkı işin icraatı dayandırılması qərara alınmışdır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 20 fevral 2023-cü il tarixli, 10/225 saylı ekspert rəyində (Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Tikintidə X4 Agentliyinin 10 noyabr 2022-ci il tarixli xx/xx-07833 nömrəli mütəxəssis rəyinə əsasən) müəyyən olunmuşdur: Qərardadın birinci sualı üzrə: Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Tikintidə X4 Agentliyinin 10 noyabr 2022-ci il tarixli xx/xx-07833 nömrəli mütəxəssis rəyinə əsasən, İddiaçı mülkiyyət hüququ ilə məxsus ünvan 1 ünvanında yerləşən qeyri-yaşayış sahəsinin zədələnməsinə maili relyef ərazidə inşa olunduğundan arxa divara təsir edən torpaq kütləsinin artması və ağırlaşması, ön divarda bünövrə altı qruntun çökməsindən statik və dinamik (külək, qar, yağış) yüklərə qarşı dayanaqlığın azalması səbəb ola bilər. Qərardadın ikinci sualı üzrə: Mütəxəssis rəyinə əsasən qeyd olunur ki, İddiaçı mülkiyyət hüququ ilə məxsus ünvan 1 ünvanında yerləşən qeyri-yaşayış sahəsinin zədələnməsi səbəbinin müəyyən edilməsinin mümkün olmadığı təqdirdə zədələnmənin maili relyef ərazidə inşa olunduğundan arxa divara təsir edən torpaq kütləsinin artması və ağırlaşmasından, ön divarda bünövrə altı qruntun çökməsindən dinamik və statik yüklərə qarşı dayanaqlığın azalmasından, Şamaxı rayonu ərazisində xx.xx.2020-ci il tarixdə əsən küləyin nəticəsində baş verdiyini ehtimal etmək olar. Qərardadın üçüncü sualı üzrə: Mütəxəssis rəyinə əsasən qeyd olunur ki, İddiaçı mülkiyyət hüququ ilə məxsus ünvan 1 ünvanında yerləşən qeyri-yaşayış sahəsinin dağılmasına əvvəlki ekspert rəyi ilə səbəb kimi müəyyən edilmiş arxa divara təsir edən torpaq kütləsinin artması və ağırlaşması, ön divarda bünövrə alt qruntunun çökməsi, torpaq sürüşməsi nəticəsində baş verdiyini ehtimal etmək olar. Qərardadın dördüncü sualı üzrə: Mütəxəssis rəyinə əsasən qeyd olunur ki, ünvan 1 ünvanında yerləşən qeyri-yaşayış sahəsinə zərər dəyməsinə səbəb maili relyef ərazidə inşa olunduğundan arxa divara təsir edən torpaq kütləsinin artması və ağırlaşması, ön divarda bünövrə altı qruntun çökməsi (torpaq sürüşməsi nəticəsində) olmuşdur və həmin səbəblər hansı tarixdən etibarən yaranmağa başladığını müəyyənləşdirməkmümkün deyil. Qərardadın beşinci sualı üzrə: Mütəxəssis rəyinə əsasən qeyd olunur ki, İddiaçı mülkiyyət hüququ ilə məxsus ünvan 1 ünvanında yerləşən qeyri-yaşayış sahəsinin zədələnməsinin və ya dağılmasının iş materiallarının 53-cü vərəqində istinad olunan BOFORT Şkalasına əsasən qiymətləndirilmiş 8 ballıq küləyin (17-22 m/san) (Şamaxı rayonu ərazisində xx.xx.2020-ci il tarixdə əsən küləyin) və arxa divara təsir edən torpaq kütləsinin artması və ağırlaşmasından, ön divarda bünövrə altı qruntun çökməsindən statik və dinamik yüklərə qarşı dayanaqlığın azalması nəticəsində baş verdiyini ehtimal etmək olar. Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Milli Hidrometeorologiya Xidmətinin Hidrometeoroloji Proqnozlar Bürosunun xx.xx.2022-ci il tarixli mütəxəssis rəyində müəyyən olunmuşdur: Bakı Apellyasiya Məhkəməsinin ünvanladığı məktuba əsasən 31.10-xx.xx.2022-ci il tarixlərində ekspertizanın aparılması məqsədilə vətəndaşın şikayət məktubunda göstərilən ərazidə olduq. Vətəndaşın şikayət ünvanladığı ərazi ünvan 5roloji stansiyasından təxminən 2 km cənub-şərq istiqamətində yerləşir. Qeyd: Nazirlər Kabinetinin 12/7-85 nömrəli qərarına əsasən təbii fəlakət törədə bilən hidrometeoroloji hadisələrin hədləri müəyyənləşdirilmişdir. xx.xx.2020-ci ildə Şamaxı rayonunda qərb küləyinin maksimal sürəti arabir 20 m/s (8 bal- Bofort şkalasına əsasən çox möhkəm külək), xx.xx.2020-ci ildə isə cənub,cənub- qərb küləyi maksimal surəti 5 m/s (3 bal-Bofort şkalasına əsasən zəif külək) olmuşdur. Şəki-Balakən zonasında isə arabir 22-25 m/s-dək (10 bal-Bofort şkalasına əsasən fırtına külək) güclənmişdir. Bofort şkalasına əsasən gücü 10 bal olan külək tikililərdə cox da böyük olmayan zədələnmələrlə müşahidə olunur, ağacların böyük budaqları qırılır, yüngül əşyalar yerlərindən tərpənir. Xəbərdarlıq: Hava şəraitinin 2020-ci il Fevral ayının 3-dən 5-dək bəzi rayonlarda qeyrisabit keçəcəyi, qərb küləyinin 15-20 m/s, ayrı-ayrı yerlərdə arabir 23-28 ms/-dək güclənəcəyi haqqında xəbərdarlıq verilmişdir. Azərbaycan Respublikası MPM-nin 103.1-ci maddəsinə əsasən ekspertin rəyi məhkəməüçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə Kollegiyası qeyd edir ki, hazırda işin mübahisələndirilən halı kimi baş vermiş hadisənin sığorta ödənişinin verilməsi üzrə öhdəliyin yaranmasına əsas olan sığorta hadisəsi sayılması yuxarıda sadalanan ekspert və mütəxəssis rəyləri, həmçinin işin digər faktiki halları ilə təsdiqini tapmır. İddiaçı hadisənin baş verməsinə səbəb kimi fırtına sayılan güclü külək baş verdiyinə istinad etsə də, Hidrometeorologiya Xidmətinin Hidrometeoroloji Proqnozlar Bürosunun xx.xx.2022-ci il tarixli mütəxəssis rəyində müəyyən olunmuşdur ki, xx.xx.2020-ci ildə Şamaxı rayonunda qərb küləyinin maksimal sürəti arabir 20 m/s (8 bal-Bofort şkalasına əsasən çox möhkəm külək), xx.xx.2020-ci ildə isə cənub,cənub- qərb küləyi maksimal surəti 5 m/s (3 bal-Bofort şkalasına əsasən zəif külək) olmuşdur.Bofort şkalasına əsasən gücü 10 bal olan külək tikililərdə cox da böyük olmayan zədələnmələrlə müşahidə olunur, ağacların böyük budaqları qırılır, yüngül əşyalar yerlərindən tərpənir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 883.1-ci maddəsinə əsasən sığorta müqaviləsi sığortalının müvafiq sığorta haqqı ödəməsi müqabilində sığorta obyektinin məruz qala biləcəyi risklərlə bağlı itkilərin, dəyən zərərin əvəzinin və ya razılaşdırılan pul məbləğinin müəyyən bir hadisənin baş verməsi əsasında ödənilməsinin sığortaçı tərəfindən öhdəlik kimi götürülməsi şərtlərinin təsbit edildiyi razılaşmadır. Mülki Məcəllənin 922.1-ci maddəsinə müvafiq olaraq sığorta hadisəsi qanunvericiliyə və ya sığorta müqaviləsinə görə sığorta ödənişinin sığortalıya, sığorta olunana və ya digər faydalanan şəxslərə ödənilməsi üçün əsas olan, sığorta müqaviləsinin qüvvədə olduğu müddət ərzində baş verən hadisə və ya yaranan haldır. Mülki Məcəllənin 926.1-ci maddəsinə əsasən sığorta ödənişi sığorta hadisəsi baş verdikdə icbari sığorta qanunlarına və ya sığorta müqaviləsinə uyğun olaraq sığortaçı tərəfindən ödənilən maliyyə kompensasiyasıdır. “İcbari sığortalar haqqında” Azərbaycan Respublikası Qanununun 36.1-ci maddəsinin tələblərinə görə daşınmaz əmlakın aşağıdakı hallar nəticəsində zədələnməsi, məhv olması, yaxud hər hansı digər formada itkisi sığorta hadisəsi hesab olunur: yanğın, ildırım düşməsi (36.1.1); məişətdə və istehsalatda istifadə olunan qazın partlayışı (36.1.2); elektrik naqillərində baş verən qısa qapanma (36.1.3); buxar qazanlarının, qaz anbarlarının, qaz kəmərlərinin, maşınların, aparatların və digər oxşar qurğuların və ya cihazların partlayışı (36.1.4); su, istilik, kanalizasiya kəmərlərinin və yanğınsöndürmə sistemlərinin qəzası, habelə qonşu tikililərdən, yaşayış və qeyri-yaşayış sahələrindən, yaşayış evlərindən və binalarından, mənzillərdən, otaqlardan daxil olan su nəticəsində subasma (36.1.5); hər hansı predmetin və ya onun hissələrinin düşməsi, atılması, dəyməsi, dağılması, axıdılması və digər bu kimi formalarda təsiri (36.1.6); yerüstü nəqliyyat vasitəsinin dəyməsi (36.1.7); təbii fəlakətlər - zəlzələ, vulkan, fırtına, qasırğa, tufan, dolu, sel, daşqın, leysan, yer sürüşməsi (36.1.8); üçüncü şəxslərin hərəkətləri (36.1.9). Mülki qanunvericiliyin yuxarıda sadalanan maddələrinin məzmunundan göründüyü kimi sığorta hadisəsi icbari sığorta qanunlarına və ya sığorta müqaviləsinə görə sığorta ödənişinin sığortalıya, sığorta olunana və ya digər faydalanan şəxsə ödənilməsi üçün əsas olan sığorta müqaviləsinin qüvvədə olduğu müddət ərzində baş verən hadisə və ya yaranan haldır. İşin məhkəmə tərəfindən müəyyən edilmiş hallarına görə iddiaçının sığorta etdirdiyi qeyriyaşayış binası qəzalı vəziyyətə düşmüşdür. İddia ərizəsindən və İddiaçı sığorta şirkətinə verdiyi xx.xx.2020-ci il tarixli izahatından aydın olur ki, o, baş vermiş hadisəni həmin gün (xx.xx.2020-ci il tarixi) əsən güclü küləyin təsiri və hadisənin baş verməsindən bir il əvvəl (xx.xx.2019-cu il tarixi) Şamaxı rayonunun ərazisində olmuş zəlzələ ilə əlaqələndirmişdir. İddiaçı mülkiyyət hüququ ilə məxsus ünvan 1 ünvanında yerləşən qeyri-yaşayış sahəsinin zədələnməsinin səbəbinin müəyyən edilməsi üçün məhkəmə tərəfindən ekspertizanın keçirilməsi labüd hesab edilmiş, iş üzrə məhkəmə tikinti-texniki ekspertizası (ilkin və təkrar, həmçinin apellyasiya baxışı zamanı) təyin edilmişdir. Lakin ekspert rəylərinə əsasən sözügedən qeyri-yaşayış sahəsinin dağılmasına səbəb arxa divara təsir edən torpaq kütləsinin artması və ağırlaşması, ön divarda atmosfer yağıntıları səbəbindən bünövrə altı quruntun çökməsi səbəbindən dinamiki və statik yüklərə (qar, yağış və külək yükləri) qarşı dayanıqlılığının azalması olmuşdur. Beləliklə tərəflər arasında daşınmaz əmlakın sığortası müqaviləsindən irəli gələn hüquq münasibətlərinin mövcudluğu və həmin münasibətlər qüvvədə olduğu dövrdə iddiaçının mülkiyyətində olan sığortalanmış qeyri-yaşayış binasına zərər dəyməsi işin mübahisəsiz hallarıdır. Lakin iş materiallarından göründüyü kimi, hazırkı mübahisəyə səbəb olan hadisə (güclü külək) sığorta müqaviləsində nəzərdə tutulmadığından və bununla da sığortaçının sığorta ödənişi üzrə öhdəliyi yaranmadığından iddiaçının hazırkı tələbi haqlı deyildir. Məhkəmə qeyd etməyi zəruri sayır ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Beləliklə, məhkəmə iş materiallarında olan sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, hazırkı iddia “sığorta ödənişinin ödənilməsi” hissəsində rədd edilməlidir. Gəldiyi qənaətin əsaslarına uyğun olaraq məhkəmə iddianın digər tələbləri ilə əlaqədar münasibət bildirməsini ümumiyyətlə zəruri hesab etməyərək özünün bu mövqeyini mülki prosessual hüququn ümumi sistemindən irəli gələn prosessual qənaət prinsipi ilə əsalandırır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini dəyişdirmədən saxlaya bilər. Həmin Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 78.1-ci maddəsinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. 80-ci maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. 81-ci maddəsinə görə isə, qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. 217.4 maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə Kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin 2(006)-74/2022 saylı, xx.xx.2022-ci il tarixli tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır. Həmçinin MPM-in 119-cu maddəsinə əsasən apellyasiya baxışı zamanı ekspertiza tədqiqatının dəyəri olaraq 50 (əlli) manat məbləğində pul vəsaiti iddiaçıdan alınaraq dövlət büdcəsinə (X2, Kod 210005, VÖEN **********, müxbir hesab AZ41NABZ**********0000003944, SFİFT BİK: CTREAZ22) ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 384, 392, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası qət etdi: Apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin 2(006)-74/2022 saylı, xx.xx.2022-ci il tarixli tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Apellyasiya baxışı zamanı ekspertiza tədqiqatının dəyəri olaraq 50 (əlli) manat məbləğində pul vəsaiti iddiaçıdan alınaraq dövlət büdcəsinə (X2, Kod 210005, VÖEN **********, müxbir hesab AZ41NABZ**********0000003944, SFİFT BİK: CTREAZ22) ödənilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən etibarən, 2 ay müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar