Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-2953/2023 14.04.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Namiq Cəfərov (sədrlik edən), İkram Şirinov və Elşən Kazımovdan ibarət tərkibdə, iddiaçı "xxxx" MMC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı “zərərin əvəzinin ödənilməsi, maliyyə arayışlarının etibarsız sayılması və cərimənin ödənilməsi barədə” iddiasına dair mülki iş üzrə Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərardadından Cavabdeh2 şikayətinə yazılı icraat qaydasında baxaraq müəyyən etdi: Həmin qərardadla qərara alınıb ki, işin ərazi aidiyyəti üzrə Gədəbəy Rayon Məhkəməsinə göndərilməsi barədə Cavabdeh2 vəsatəti təmin edilməsin. Şikayətdə tələb olunub ki, qərardad ləğv edilsin. Şikayət təmin edilə bilməz. Belə ki, işin ərazi aidiyyəti üzrə Gədəbəy Rayon Məhkəməsinə göndərilməsi barədə vəsatət onunla əsaslandırılıb ki, cavabdehlər Cavabdeh2 və Cavabdeh3 Gədəbəy rayonunda qeydiyyatdadır. Lakin iddia ərizəsində cavabdehlərdən biri kimi Cavabdeh1 göstərilib, onun qeydiyyat ünvanı Nizami rayonuna aiddir. Mülki-Prosessual Məcəllənin 36.2-ci maddəsinə görə, rəsmi yaşayış yeri, olduğu yer və ya hüquqi ünvanı müxtəlif olan bir neçə cavabdehə iddia cavabdehlərdən birinin rəsmi yaşayış yeri və ya hüquqi ünvanı üzrə verilə bilər. İddiaçı həmin hüququndan istifadə edərək iddia ərizəsini Cavabdeh1 qeydiyyat ünvanı üzrə Nizami Rayon Məhkəməsinə verib. Bundan başqa, Mülki-Prosessual Məcəllənin 36.11-ci maddəsinə görə, icra yeri göstərilən müqavilələrdən əmələ gələn iddialar müqavilənin icra yerinə görə də verilə bilər. İddia müqavilədən əmələ gəlib, müqavilənin icra yeri Nizami rayonudur. Belə ki, müqavilə Nizami rayonunda yerləşən daşınmaz əşya ilə bağlıdır. Mülki Məcəllənin 426.2.1-ci maddəsinə görə, daşınmaz əmlakın verilməsi öhdəliyinin icrası yeri əmlakın olduğu yerdir. Ona görə də müqavilənin icra yeri Nizami rayonu sayılır. İddiada pul tələbi irəli sürülsə də, müqavilənin icra yeri dəyişmir. Belə ki, Mülki Məcəllənin 439.5-ci maddəsinə görə, əgər pul öhdəliyinin icra yeri barəsində şübhə varsa, öhdəlik kreditorun olduğu yer üzrə (fiziki şəxsin yaşayış yeri və ya hüquqi şəxsin olduğu yer üzrə) icra edilməlidir. Kreditor – iddiaçı "xxxx" MMC-nin olduğu yer Nizami rayonunda yerləşir. Beləliklə, birinci instansiya məhkəməsi vəsatəti təmin etməməklə düzgün nəticəyə gəlib, qərardad dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Mülki-Prosessual Məcəllənin 397 və 398-ci maddələrinin göstərişlərini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şikayət təmin edilməsin. Hazıkı iş üzrə Nizami Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan kassasiya şikayəti verilə bilməz. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(103)-2953/2023
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-2953/2023
14.04.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver