Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-2954/2023 10.04.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimləri X2 (sədrlik edən və məruzəçi), Məmmədov Məmməd Allahverdi oğlu və X1 ibarət tərkibdə, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı “hesablanmış borcun ödənilməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)- 2966/2022 saylı, 27 dekabr 2022-ci il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinin mümkünlüyünə baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı “hesablanmış borcun ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh yaranmış borc üzrə 1.199,68 manat və dövlət rüsumu olaraq 31,99 manat tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinı ödnilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-2966/2022 saylı, 27 dekabr 2022ci il tarixli qətnaməsi ilə iddia tələbi qismən təmin edilmişdir. Həmin qətnamədən Cavabdeh apellyasiya şikayəti verərək Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-2699/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsinin ləğv edilərək işin yeni baxışa qaytarılması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə kollegiyası iş materiallarını, apellyasiya şikayətini nəzərdən keçirib hesab edir ki, hazırki iş üzrə verilmiş apellyasiya şikayəti qeyri-mümkün hesab edilməli və mülki iş birinci instansiya məhkəməsinə qaytarılmalıdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 366.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi iş məhkəməyə daxil olduqdan sonra 15 gün müddətində apellyasiyanın mümkünlüyünü yoxlayır. Buraya işə apellyasiya qaydasında baxılmaq üçün prosessual əsasların olması daxildir. Həmin Məcəllənin 366.2-ci maddəsinə əsasən isə əgər apellyasiyanın mümkünlüyü üçün əsaslar yoxdursa, o, qəbul olunmamış hesab edilə bilər. Mülki Prosessual Məcəllənin 361-ci maddəsinə görə, bu Məcəllə ilə müəyyən edilmiş formada verilən apellyasiya şikayətində şikayətin verildiyi məhkəmənin adı və ünvanı; şikayəti verən şəxsin soyadı, adı, atasının adı, (hüquqi şəxsə münasibətdə adı) şəxsiyyətini eyniləşdirməyə imkan verən digər məlumatlar, yaşayış yeri və ya olduğu yer (həm faktiki, həm də rəsmi qeydə alındığı ünvanı), yazışmaların aparılmasının istənildiyi digər ünvan, işdə prosessual vəziyyəti; barəsində şikayət verilən məhkəmə aktı, onun qəbul edilmə tarixi, nəticə hissəsi, həmin aktı qəbul edən məhkəmənin adı; şikayəti verən şəxsin tələbi və məhkəmə aktının hansı hissədə mübahisələndirildiyi; şikayət verən şəxsin məhkəmə aktını düzgün hesab etmədiyi konkret əsaslar; şikayət verən şəxsin istinad etdiyi konkret fakt və hallar, habelə onları təsdiq edən sübutlar; şikayətə əlavə edilən sənədlərin siyahısı göstərilməlidir. Bu Məcəllənin 384.0.1-384.0.3-cü maddələrinə görə apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; qətnaməni dəyişdirə bilər. Cavabdeh Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-2966/2022 saylı, 27 dekabr 2022-ci il tarixli qətnaməsindən apellyasiya şikayəti verərək, bu qətnaməni ləğv edib, işin yeni baxışı üçün birinci instansiya məhkəməsinə qaytarılmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Göründüyü kimi apellyator apelyasiya instansiyası məhkəməsindən tələbini qanunvericiliyə uyğun şəkildə formalaşdırmamışdır. Halbuki apellyasiya şikayəti ilə yuxarı instansiya məhkəməsinə müraciət edilərkən apellyator ilk olaraq qətnamənin tam və ya qismən ləğv edilməsinə və yaxud dəyişdirilməsi ilə bağlı tələbini dəqiq və aydın qeyd etməli, daha sonra qətnamənin mübahisələndirilən hissəsində qəbul edilmiş iddianın tam, qismən və yaxud rədd edilməsinə dair tələblərini dəqiq və aydın bildirməlidir. Mülki-Prosessual Məcəllə ilə işin təkrar araşdırılması üçün birinci instansiya məhkəməsinə yönləndirilməsinə dair yeni qətnamə qəbul edilməsi apellyasiya instansiyası məhkəməsinin səlahiyyətlərinə aid edilməmişdir. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətinin verilməsi zamanı Mülki-Prosessual Məcəllənin tələblərinə riayət edilmədiyindən, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-2966/2022 saylı, 27 dekabr 2022-ci il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş şikayət qeyri-mümkün hesab edilməli və Cavabdeh qaytarılması üçün mülki iş birinci instansiya məhkəməsinə göndərilməlidir. Mülki-Prosessual Məcəlləsinin 402.2.1-ci maddəsinə əsasən apelyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının apellyasiyanın qeyri-mümkün hesab edilməsi haqqında qərardadlarından kassasiya şikayəti verilə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263-264, 361, 366, 402, 405.0.2-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-2966/2022 saylı, 27 dekabr 2022-ci il tarixli qətnaməsindən Cavabdeh verilmiş apellyasiya şikayəti üzrə apellyasiya qeyrimümkün hesab edilsin və apellyasiya şikayəti Cavabdeh geri qaytarılması üçün mülki işlə birlikdə Bakı şəhəri Nizami Rayon Məhkəməsinə göndərilsin. Qərardaddan işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən hakim: Cəmilə Musayeva Hakimlər: Məmməd Məmmədov Günay Axundova
Məhkəmə qərarları › İş №2(103)-2954/2023
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-2954/2023
10.04.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver