Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-2955/2025 30.06.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı işi üzrə Açar sözlər:(“əmlakın paylara uyğun olaraq naturada faktiki bölgüsü, bu mümkün olmadıqda paylı mülkiyyətdə olan payın kompensasiya ödənilməklə itirilməsi, ödənilməyən təqdirdə ümumi əmlakın açıq hərracdan satışı və satış pulunun ümumi mülkiyyətin mülkiyyətçiləri arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi”) hakimlər X2 (sədrliyi və məruzəsi ilə), İmanov Azad Nizam oğlu və Məmmədov Məmməd Allahverdi oğlundan ibarət tərkibdə,hakim köməkçisi Həsənova Ləman Rasim qızının katibliyi ilə, İddiaçı Cavabdeh qarşı “əmlakın paylara uyğun olaraq naturada faktiki bölgüsü, bu mümkün olmadıqda paylı mülkiyyətdə olan payın kompensasiya ödənilməklə itirilməsi, ödənilməyən təqdirdə ümumi əmlakın açıq hərracdan satışı və satış pulunun ümumi mülkiyyətin mülkiyyətçiləri arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi” tələbinə dair Bakı şəh Qaradağ rayon Məhkəməsinin 2(002)-49/2025 saylı işi üzrə xx.xx.2025ci il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İşin halları və iş üzrə məhkəmə icraat(lar)ı:
1. İddiaçı Cavabdehna qarşı Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, 6-cı S.Orucov döngəsi, ev.4 ünvanında yerləşən, ümumi sahəsi 93.90 kvadratmetr olan ümumi paylı mülkiyyətdə olan fərdi yaşayış evinin paylara uyğun naturada faktiki bölgüsü, bu mümkün olmadıqda paylı mülkiyyətdə olan payın kompensasiya ödənilməklə itirilməsi, ödənilməyən təqdirdə ümumi əmlakın açıq hərracdan satışı və satış pulunun ümumi mülkiyyətin mülkiyyətçiləri arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi barədə iddia tələbi ilə məhkəməyə müraciət etmiş və iddia ərizəsini onunla əsaslandırmışdır ki, İddiaçı Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, 6-cı S.Orucov döngəsi, ev.4 ünvanında yerləşən 93.30 kvadratmetr ümumi sahəsi olan fərdi yaşayış evində Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş **********86-10301 reyestr nömrəli fərdi yaşayış evinə dair çıxarışa əsasən fərdi yaşayış evində 1/7 hissədə paylı mülkiyyətçidir. Lakin digər paylı mülkiyyətçi hazırki mülki iş üzrə Cavabdeh (6/7 hissədə pay sahibi) qanunsuz hərəkətləri səbəbindən sözügedən fərdi yaşayış evindən istədiyi kimi istifadə edə, istədiyi kimi sahib ola bilmir və digər mülkiyyətçi hüquqlarını həyata keçirə bilmir. Hazırki mülki iş üzrə cavabdehin rəsmi yaşayış yerinə paylı mülkiyyətin ayrılması və ya payın dəyərinin ödənilməsi barədə Təklif məktubu göndərilmişdir. Lakin cavabdeh təklifi cavabsız qoymuşdur.
2. Bakı şəh Qaradağ rayon Məhkəməsinin 2(002)-49/2025 saylı işi üzrə xx.xx.2025-ci il tarixli qətnaməsi ilə iddia tələbi qismən təmin edilmiş, ümumi paylı mülkiyyətdə olan ünvan 2 ünvanında yerləşən, ümumi sahəsi 93.90 kvadratmetr olan fərdi yaşayış evinin açıq hərracdan satılması, mənzilin satışından əldə olunan pul vəsaitinin paylı mülkiyyətçilərin payına mütənasib, yəni 6/7 (yeddidə altı) hissədə Cavabdeh, 1/7 (yeddidə bir) hissədə İddiaçı verilməsi,ümumi paylı mülkiyyətdə olan ünvan 2 ünvanında yerləşən, ümumi sahəsi 93.90 kvadratmetr olan fərdi yaşayış evinin bazar dəyərinə uyğun hərracdan ilkin satış qiymətinin 78312,60 manat müəyyən olunması, iddia tələbinin qalan hissədə təmin olunmaması, iş üzrə ödənilmiş 100 manat məbləğində dövlət rüsumunun Cavabdeh tutularaq İddiaçı ödənilməsi, iş üzrə aparılmış məhkəmə əmtəəşünaslıq ekspertizasının dəyəri olan 100 manat məbləğində pulun vəsaiti Cavabdehndan tutularaq dövlət büdcəsinə köçürülməsi qət edilmişdir. Qətnamədə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 213.1, 213.2, 213.3, 220.1, 220.2, 220.3, 220.4, 220.6; Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 82.3, 101.3, 119.1, 124.1, 218.1, 217.2-ci maddələrinə; Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının Azərbaycan Respublikası Mülki Məcəlləsinin paylı mülkiyyətlə bağlı bəzi müddəalarının tətbiqi məsələləri üzrə 6 dekabr 2024-cü il tarixli 02/2024 qərardadına; "Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.6 və 221 -ci maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 04 aprel 2014-cü il tarixli Qərarına istinadən qeyd edilmişdir ki, məhkəmə ümumi paylı mülkiyyətdə olan əşyadan payın natura formasında ayrılması ilə bağlı hissədə müəyyən etmişdir ki, mübahisə predmeti olan fərdi yaşayış evi ekspert rəyinə əsasən bölgüsü mümkün deyildir.Bununla bağlı iddiaçının fikrini soruşmuş, İddiaçı aralarında bölgü ilə bağlı razılığın mümkün olmadığını bildirmiş, özünün xərçəng xəstəsi olduğunu, ona nəsə olacağı təqdirdə yeganə qızı vardır ki,həmin evdə qızının yaşamaq istəməməsini bildirmişdir.Məhkəmə iclasında tərəflərin iştirakı ilə müzakirələr aparılmış,onların barışmaları üçün cəhd göstərilmiş, mübahisənin alternativ yolu olan digər mülki iş üzrə-iddiaçı Cavabdeh İddiaçı Tilat qızına qarşı "qızıl-zinət əşyalarının (dəyərinin) geri qaytarılması, bu mümkün olmadıqda onların dəyərində pul tələbinə” iddiaçının iddiadan imtina etməsi məsələsini və cavanbdehi iddianı etiraf etməsi məsələsini müzakirəyə çıxarmış, tərəflər razılıq əldə etməmişlər. Yekunda iddiaçı hazırkı mülki iş üzrə iddia tələbinin təmin olunmasını xahiş etmiş, cavabdehdə qətnamə qəbul olunmasına etiraz etməmişdir.Məhkəmə həmçinin kompensasiya məbləği ilə da bağlı iddiaçının fikrini soruşmuş, iddiaçı ekspert rəyi ilə ona düşən məbləğdə payını tələb etmiş, aşağı məbləğ istəməmiş, cavabdeh də hazırkı halda pulu olmadığını bildirərək mahiyyəti üzrə qətnamə qəbul olunmasına etiraz etməmişdir.Odur ki, kompensasiya (payın dəyəri) ödənilməsi mərhələsidə məhkəmə qaydasında öz həllini tapa bilməmişdir.Məhkəmə əşyanın məhkəmə qərarı ilə açıq hərracdan satılması və əldə olunan vəsaitin paylara mütənasib surətdə mülkiyyətçilər arasında bölüşdürülməsi mərhələsinə keçid etməyi zəruri bilmiş, belə ki, iddiaçı pulunu israrla istəmiş, cavabdeh isə pul kompensasiya ödəmək istəməmiş, hazırkı mülki işi uzatmaq məqsədilə digər mülki iş üzrə iddiaçı Cavabdeh İddiaçı Tilat qızına qarşı "qızıl-zinət əşyalarının (dəyərinin) geri qaytarılması, bu mümkün olmadıqda onların dəyərində pul tələbinə” iş üzrə yekun qərarlardan sonra kompensasiya barədə fikirlərinin ola biləcəyi barədə müxtəlif bəhanələr gətirmişdir.Belə olan halda məhkəmə əmlakın açıq hərracda satılması məsələsini müzakirəyə çıxarmağı zəruri bilir. Məhkəmə qeyd edir ki, əmlakın bazar qiyməti ekspert rəyinə əsasən 78312,60 manat müəyyən olunmuşdur. Ona görə də əmlak həmin qiymətlə açıq hərraca çıxarılmalıdır.Məhkəmə həmçinin qeyd edir ki, əşyanın ilkin satış qiyməti ilə bağlı qətnamənin icrası mərhələsində yaranacaq yeni mübahisələrin və tərəflərin sui-istifadə hallarının qarşısının alınması məqsədilə məhkəmə paylı mülkiyyətdə olan əşyanın müəyyən etdiyi bazar qiyməti ilə ilkin satış qiymətini qətnamənin icra qaydası kimi onun nəticə hissəsində göstərməli və qətnamənin icrası mərhələsində paylı mülkiyyətdə olan əşyanın bazar qiymətinin əhəmiyyətli dərəcədə dəyişməsi səbəbindən tərəflər MPM-in 23l-ci maddəsinin tələblərinə uyğun olaraq qətnamənin icra qaydasının dəyişdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, ilkin satış qiymətini yenidən müəyyənləşdirə bilərlər.Məhkəmə onu da qeyd edir ki, əmlakın bazar qiyməti ekspert rəyinə əsasən 78312,60 manat təşkil edir və əmlak üzərində 2 mülkiyyətçi olmaqla iddiaçının payı 1/7, cavabdehin payı 6/7 hissə olmasını nəzərə alaraq hərracdan satıldıqdan sonra iddiaçının payı 11187.52 , cavabdehə düşən məbləğ isə 67125.09 manat təşkil edir. Hazırki iş üzrə cavabdeh iddiaçının ögey anasıdır. Mübahisə predmeti tərəflər iddiaçının atası X3 miras qalmışdır. Mübahisə predmeti barəsində tərəflərin payları qətnamə ilə müəyyən edilmişdir. Belə ki, mübahisə predmeti olan əmlak ümumi paylı mülkiyyət hüququ əsasında 6/7 hissədə pay hüququ ilə cavabdehə, 1/7 hissədə pay hüququ ilə iddiaçıya məxsus olması işin mübahisəsiz hallarındadır. Tərəflərin paylarına əsasən dövlət qeydiyyatından çıxarışları mövcuddur.
3. İşin icraatı zamanı müəyyən edilmişdir ki: - Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Çıxarışına əsasən, Bakı şəhəri, Qaradağ rayonu,Lökbatan qəsəbəsi, 6-cı S.Orucov döngəsi, ev 4 saylı fərdi yaşayış evi xüsusi mülkiyyət hüququ əsasında 1/7 hissədə İddiaçı adına xx.xx.2023-cü il tarixdə ********** nömrəsi ilə, 6/7 hissədə isə Cavabdeh adına xx.xx.2023-cü il tarixdə ********** nömrəsi ilə dövlət qeydiyyatına alınmışdır.Torpaq sahəsi dövlət mülkiyyətində olmaqla üzərində istifadə hüquq vardır; - Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2024-cü il tarixli 9/52xx-xx/5035 nömrəli ekspert rəyinin məzmunundan aydın olur ki, Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, 6-cı S.Orucov döngəsi, ev.4 ünvanında yerləşən, ümumi sahəsi 93.90 kvadratmetr olan ümumi paylı mülkiyyətində olan fərdi yaşayış evinin faktiki vəziyyətinə görə, mənzilin yalnız bir giriş-çıxış yolu olduğuna və tərkiblərində olan kommunal xidmətli sahələrni (mətbəx, dəhliz, və s.) yalnız bir ailənin yaşaması üçün nəzərdə tutulduğuna görə, o cümlədən iddiaçıya düşən sahənin yuxarıda göstərilən qaydalara zidd olması səbəbindən İnşaat Norma və Qaydalarının 2.08.01.89*-nun 1.1., 2.2., 2.4., 2.9. bəndlərinin və metodik əsasların tələblərinə uyğun fərdi yaşayış evinin tərəflərin payına uyğun olaraq bölünməsi texniki cəhətdən mümükün olmadığı müəyyən edilmişdir. Ekspertiza tədqiqatına təqdim edilmiş Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, 6-cı S.Orucov döngəsində yerləşən, 4 nömrəli fərdi yaşayış fərdi yaşayış evinin hazırkı orta bazar qiymətlərinə uyğun ümumi dəyəri təqribən 78312,60 manat (93,9 kv.m x834man) məbləğində müəyyən edilir. Aparılmış tədqiatın dəyəri 100 manat təşkil edir; - Bakı şəhəri Qaradağ rayon Məhkəməsinin 2(002)- 110/2022 saylı xx.xx.2022-ci il tarixli qətnaməsi ilə miras qoyan X3 miras qalmış ünvan 3 ünvanında yerləşən ümumi sahəsi 93,30 kv.m olan fərdi yaşayış evinə dair mülkiyyət hüququ üzrə İddiaçı 1/7 hissədə, X11 1/7 hissədə, X15 1/7 hissədə, X4 1/7 hissədə, X5 1/7 hissədə, X14 1/7 hissədə, Cavabdeh 1/7 hissədə pay hüququ müəyyən edilsin. Miras qoyan X8 ünvan 3 ünvanında yerləşən ümumi sahəsi 93,30 kv.m olan fərdi yaşayış evinin yerləşdiyi dövlət mülkiyyətində olan 0,011196 ha olan torpaq sahəsi üzərində olan istifadə hüququ üzrə İddiaçı 1/7 hissədə, X11 1/7 hissədə, X15 1/7 hissədə, X6 1/7 hissədə, X5 1/7 hissədə, X14 1/7 hissədə, Cavabdeh 1/7 hissədə pay hüququ müəyyən edilsin. Qaradağ rayonu, Lökbatan qəsəbəsi, 6-cı S.Orucov döngəsi ev 10, 5 saylı mənzilə dair mülkiyyət hüququ üzrə Cavabdeh 1/2 hissədə pay hüququ və X8 1/2 hissədə pay hüququ müəyyən edilsin. Qaradağ rayonu, Lökbatan qəsəbəsi, 6-cı S.Orucov döngəsi ev 10, 5 saylı mənzilə dair mülkiyyət hüququ üzrə X8 1/2 hissədə olan pay hüququ miras əmlaka daxil edilsin və həmin əmlaka dair miras qoyan X8 1/2 hissədə olan pay hüququ üzrə İddiaçı 1/7 hissədə, X11 1/7 hissədə, X15 1/7 hissədə, X4 1/7 hissədə, X5 1/7 hissədə, X14 1/7 hissədə, Cavabdeh 1/7 hissədə pay hüququ müəyyən edilsin. AUDİ S6 minik markalı, 10RA713 dövlət qeydiyyatı nömrə nişanlı avtomobilə dair mülkiyyət hüququ üzrə Cavabdeh 1/2 hissədə və X7 1/2 hissədə pay hüququ müəyyən edilsin. AUDİ S6 minik markalı, 10RA713 dövlət qeydiyyatı nömrə nişanlı avtomobilinə dair X8 ½ hissədə olan pay hüquq miras əmlaka daxil edilsin və həmin əmlaka dair miras qoyan X8 1/2 hissədə olan pay hüququ üzrə İddiaçı 1/7 hissədə, X11 1/7 hissədə, X15 1/7 hissədə, X4 1/7 hissədə, X5 1/7 hissədə, X14 1/7 hissədə, Cavabdeh 1/7 hissədə pay hüququ müəyyən edilməsi,qalan hissədə iddia tələbinin təmin edilməməsi qət edilmişdir; - Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-5003/2022 saylı xx.xx.2022-ci il tarixli qətnaməsi ilə cavabdehlər X12, Cavabdeh, X16 və X15 apelyasiya şikayəti təmin edilməyərək, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(002)-110/2022 saylı, 17 may 2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır; - AzərbaycanRespublikası Ali Məhkəməsi Mülki kollegiyasının 2(102)-266/2023 saylı xx.xx.2023-cü il tarixli qərarından görünür ki, cavabdehlər X16, X17, X12, Cavabdeh tərəfindən verilmiş birgə kassasiya şikayəti təmin edilməyərək, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-5003/2022 nömrəli mülki iş üzrə 20 sentyabr 2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlalınmışdır. Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri
4. Cavabdeh apellyasiya şikayəti verərək, Qaradağ rayon məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2(002)-49/2025 saylı qətnaməsinin ləğv edilməsi, iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Şikayətdə Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 1303, 1304; Mülki Prosessual Məcəllənin 9, 14, 77, 169.3-cü maddələrinə istinadən qeyd edilmişdir ki, işə baxan məhkəmə həmin evin miras əmlak kimi faktiki olaraq kimin tərəfindən qəbul edildiyini, miras qoyanla onun öldüyü vaxta qədər kimin yaşadığını, həmin evi almaqda kimin üstünlük hüququ olduğunu, evin faktiki olaraq bölünə biləcəyənin texniki cəhətdən mümkünlüyünü, iddiaçı ilə cavabdeh arasında həmin evə dair miras payın kompensasiyası ilə bağlı razılaşmaların olub-olmadığını araşdırmamışdır. Odur ki, qeyd olunan qətnamə qanuni və əsaslı deyildir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1303-cü maddəsinə əsasən miras açılanadək azı bir il miras qoyanla birlikdə vərəsənin əmlak bölgüsü zamanı mirasdan yaşayış evini, mənzili və ya digər yaşayış otağını, habelə ev müxəlləfatı predmetlərini almaqda üstünlük hüququ vardır. Bununla bağlı olaraq bildirir ki, cavabdeh Səfərov Elmira miras qoyan X10 vərəsəsi kimi onun ölümündən əvvəlki bir il ərzində onunla birlikdə yaşamışdır. Bu mənada işə baxan məhkəmə Mülki Məcəllənin 1303-cu maddəsini tətbiq edərək Cavabdeh miras qalan yaşayış evini almaqda üstünlük hüququnu tanımalı, həmin evin hərracdan satılmasını deyil, iddiaçıya məxsus payın bazar dəyərinin cavabdehdən alınıb iddiaçıya verilməsi məsələsini həll etməli idi. Belə ki, Mülki Məcəllənin 1304-cü maddəsinə əsasən üstünlük hüququnu həyata keçirən vərəsələr digər vərəsələrə müvafiq pul və ya əmlak kompensasiyası verməlidirlər. Hesab edir ki, işə baxan məhkəmə həmin maddənin tələbinə uyğun olaraq iddiaçıya alınıb verilməsi üçün cavabdehdən kompensasiya tutulmasını təmin etməli idi. Məhkəmə tərəflər arasındakı bu münasibətə Mülki Məcəllənin yuxarıda göstərilən maddəsinin tələbləri baxımından hüquqi qiymət verməli olduğu halda bunu etməmiş, nəticədə maddi hüquq normasını düzgün tətbiq etməmişdir, işə baxan məhkəmə mübahisəli evin naturada faktiki vəziyyətə uyğun olaraq bölünməsinin texniki cəhətdən mümkünlüyü məsələsini tam və hərtərəfli araşdırmalı idi. Lakin məhkəmə bu halları ətraflı araşdırmamış, işin bu hallarına düzgün hüquqi qiymət verməmişdir. Cavabdeh tərəf iddiaçının həmin miras evdəki payının əvəzi kimi kompensasiya olaraq iddiaçıya təxminən 700 qram qızıl-zinət əşyalarının verdiyini, iddiaçının qızılları alaraq sonradan sui-istifadə hərəkətlərinə yol verdiyini, yəni miras paydan imtina etmədiyini, buna görə də həmin qızıl əşyalarının və ya onların dəyərinin tələb edilməsi barədə tərəflər arasında ayrıca məhkəmə mübahisəsi olduğunu bildirmiş, iddia tələbinə bu əsasla da etiraz etmişdir. Lakin məhkəmə bu halları da nəzərə almamış, düzgün olmayan qətnamə qəbul etmişdir. işə baxan məhkəmə işin obyektiv araşdırılmasına şərait yaratmamış, fərdi yaşayış evinin naturada bölünməsinin texniki cəhətdən mümkünlüyü məsələsinə dair əlavə sübutlar tələb etməmiş, məhkəmə ekspertizası keçirməmiş, yerində baxış keçirərək iddiaçının təqdim etdiyi rəyin reallığa uyğun olub- olmadığını müəyyənləşdirməmişdir. Bundan əlavə, işə baxan məhkəmə eyni məhkəmənin icraatında olan və Cavabdeh X1 qarşı qızıl-zinət əşyalarının və ya onların dəyərinin tələb edilməsi barədə mülki işin hazırkı işlə birliəşdirilməsi məsələsini də müzakirə etməli idi. Hesab edir ki, məhkəmə MPM-nin bu tələbini əsas tutaraq hazırkı işlə qeyd olunan işin birləşdirilməsini təmin etməli idi. Apellyasiya icraatı zamanı müəyyən edilən hallar:
5. Məlumatlandırılması üçün qanunvericiliklə nəzərdə tutulmuş qaydada müvafiq tədbirlərin görülməsi nəticə vermədiyindən tərəflərin iştirakı olmadan işə baxılması mümkün hesab edilmişdir. Apellyasiya baxışının hədləri:
6. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2011-ci il tarixli Qərarına və Mülki Prosesual Məcəllənin 372-ci maddəsinə əsasən: məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsi baxımından birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığı onun barəsində açıq (və dolayısı ilə) mübahisə edilən hissədə yoxlanılmalıdır. Tətbiq edilən hüquq və apelyasiya instansiyası məhkəməsinin mövqeyi:
7. Azərbaycan Respublikası Mülki Məcəlləsinin tələblərinə əsasən: 152.1. Mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 220.1. Paylı mülkiyyətdə olan əşya mülkiyyətçiləri arasındakı razılaşmaya əsasən onlar arasında bölünə bilər. 220.2. paylı mülkiyyətin mülkiyyətçisi öz payının ayrılmasını tələb edə bilər. 220.3. Paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əşyanın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə paylı mülkiyyətin mülkiyyətçisi öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. Əgər payın naturada ayrılmasına yol vermirsə və ya bu, ümumi mülkiyyətdə olan əşyaya tənasübsüz zərər vurmadan mümkün deyildirsə, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsi hüququna malikdir. 220.4. Paylı mülkiyyətin mülkiyyətçisinə naturada ayrılan əşyanın onun mülkiyyət hüququndakı payına tənasübsüzlüyü müvafiq pul məbləğinin ödənilməsi və ya başqa kompensasiya ilə aradan qaldırılır. Paylı mülkiyyətin mülkiyyətçisinə naturada pay ayrılması əvəzinə qalan mülkiyyətçilər tərəfindən kompensasiya ödənilməsinə onun öz razılığı ilə yol verilir. Mülkiyyətçinin payı cüzi olduqda, real surətdə ayrıla bilmədikdə və ümumi əmlakdan istifadə edilməsində onun mühüm mənafeyi olmadıqda, məhkəmə həmin mülkiyyətçinin razılığı olmadan da paylı mülkiyyətin qalan iştirakçılarının öhdəsinə ona kompensasiya ödənilməsi vəzifəsini qoya bilər. 220.6. Bu Məcəllənin 220.3- 220.5-ci maddələrində müəyyənləşdirilmiş qaydalara əsasən ümumi əmlakın bölünməsi və ya ondan pay ayrılması açıq-aşkar məqsədəuyğun olmadıqda, məhkəmə əmlakın açıq hərracdan satılması və satış pulunun ümumi mülkiyyətin mülkiyyətçiləri arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi haqqında qərar qəbul edə bilər. 221. Ümumi paylı mülkiyyət hüquqlarına fiziki bölgü, öz istəyi ilə satış və ya hərracdan satış və satış pulunun bölünməsi və ya bütün əşyanın bir və ya bir neçə iştirakçının adına qeydə alınması və qalan iştirakçılara əvəz verilməsi ilə xitam verilir. Əgər iştirakçılar hüquqa xitam verilməsi növünə dair razılığa gəlməsələr, əşya məhkəmənin qərarı ilə fiziki bölünür, bu, əşyanın dəyəri əhəmiyyətli dərəcədə azalmadan mümkün olmadıqda isə açıq hərracdan və ya iştirakçılar üçün hərracdan satılır. Fiziki bölgü bərabər olmayan payların əvəzinin pulla ödənilməsi ilə birləşdirilə bilər.
8. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.6 və 221-ci maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 04 aprel 2014-cü il tarixli qərarında qeyd edilmişdir : “Mülkiyyətçilərdən hər hansı birinin əmlaka sahiblik, istifadə və sərəncamla əlaqədar hüquqları digərlərinin hüquqlarından üstün sayıla bilməz. Mülkiyyət hüququnun həyata keçirilməsi imkanı bütün tərəflər üçün bərabər olmalıdır. Bununla bağlı qeyd etmək vacibdir ki, məhkəmənin əmlakın açıq hərracdan satılması barədə qərarı digər mülkiyyətçilərin hüquqlarını təmin etmək məqsədilə qəbul edilir.”; ”Nəzərə аlınmаlıdır ki, əmlakın açıq hərracdan satılaraq bölünməsindən əvvəl Mülki Məcəllənin 220.3-220.4-cü maddələrində nəzərdə tutulmuş qaydalara əməl edilməlidir. Həmin qaydalar paylı mülkiyyətdə olan əmlakın bölünməsi və ondan payın ayrılmasının mərhələli formada tənzimlənməsini nəzərdə tutur. İlk növbədə, əmlakın naturada bölünməsinin mümkünlüyü müəyyən edilməlidir. Əmlakın naturada bölünməsi mümkün olmadığı halda, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsini tələb etmək hüququna malikdir. Digər mülkiyyətçilərin kompensasiya vermək imkanı olmadıqda və ya onlar kompensasiya vermək istəmədikdə, əmlakın məhkəmə qərarı əsasında hərracdan satılması məsələsinə baxıla bilər. Eyni zamanda, payının naturada ayrılması mümkün olmadıqda və mülkiyyətçi payın əvəzinə pul kompensasiyasını almaqdan imtina etdikdə, həmin mülkiyyətçi əmlakın açıq hərracdan satılmasını tələb edə bilməz. Həmçinin paylı mülkiyyətin mülkiyyətçisi birbaşa əmlakın açıq hərracdan satılmasını tələb etmək hüququna malik deyil. Bu baxımdan, paylı mülkiyyətin mülkiyyətçilərinin razılığı olmadan əmlakın açıq hərracdan satılması və satış pulunun ümumi mülkiyyətin mülkiyyətçiləri arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi haqqında məhkəmə tərəfindən qərarın qəbul edilməsi mülkiyyət hüququnun qanunsuz məhdudlaşdırılması kimi qiymətləndirilə bilməz.”; “Məhkəmənin qərarı əsasında ümumi mülkiyyətdə olan əşyanın açıq hərracdan satılması və satış pulunun paylı mülkiyyətçilər arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.3-220.4-cü maddələrində nəzərdə tutulmuş qaydaların ardıcıllıqla tətbiq edilməsindən sonra mümkündür.”
9. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının “Azərbaycan Respublikası Mülki Məcəlləsinin paylı mülkiyyətlə bağlı bəzi müddəalarının tətbiqi məsələləri üzrə” 02/2024 nömrəli 06 dekabr 2024-cü il tarixli qərardadında qeyd edilmişdir ki: Ümumi paylı mülkiyyətdə olan əşyadan mülkiyyətçilərin birinin (və ya bir neçəsinin) payının ayrılması məsələsi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.3 - 220.6-cı maddələri, ümumi paylı mülkiyyətdə olan əşyanın bölünməsi ilə əşya üzərində iştirakçıların paylı mülkiyyət hüquqlarına xitam verilməsi məsələsi isə həmin Məcəllənin 221-ci maddəsi tətbiq edilməklə, bu qərardadın əsaslandırıcı hissəsində qeyd olunan hüquqi mövqelərə uyğun həll olunmalıdır. İddia tələbinin hansı formada ifadə olunmasından asılı olmayaraq, qaldırılan iddianın predmeti ümumi paylı mülkiyyətdə olan əşyanın bölünməsi və ya payın ayrılmasından ibarət olduğundan, məhkəmələr həmin tələbin qanuni əsasını təşkil edən maddənin dispozisiya şərtlərinə uyğun olaraq, mübahisənin qanunla müəyyən edilmiş ardıcıllıq gözlənilməklə hər bir mərhələ üzrə həll edilməsinin mümkünlüyünü aydınlaşdırmalıdırlar. Ümumi paylı mülkiyyətdə olan əşyadan payın naturada ayrılması mümkün olmadıqda, iddiaçının tələbi üzrə məhkəmələr əşyanın bazar qiymətinə uyğun ədalətli kompensasiya məbləğini müəyyən etməli və cavabdeh tərəfin buna münasibəti baxımından müvafiq qərar qəbul etməlidirlər. Ümumi paylı mülkiyyətdə olan əşyanın bölünməsi və əşyadan payın ayrılması barədə işlərə baxılarkən məhkəmələr qətnamənin nəticə hissəsində icra qaydası qismində əşyanın bazar dəyərinə uyğun hərracdan ilkin satış qiymətini göstərməlidirlər.
10. Mülki Prosessual Məcəllənin tələblərinə əsasən: 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.4. Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
11. Məhkəmə kollegiyası qeyd edir ki, bu iddialara baxılması zamanı mərhələli həll qaydasının müəyyən edilməsində məqsəd mülkiyyətçilərdən birinin (və ya bir neçəsinin) digər paylı mülkiyyətçiləri öz mülkiyyət hüquqlarından iradələrinə zidd şəkildə istədikləri vaxt istədikləri formada məhrum etmələrinə müəyyən məhdudiyyətlər qoymaqla, mülkiyyət hüququnun toxunulmazlığını qorumaqdan, həmçinin bütün mülkiyyətçilərin hüquqi mənafelərinin balanslı müdafiəsinə nail olmaqdan ibarətdir. Məhz bu məqsədlə qanunverici bu kateqoriyadan olan mübahisələrin həlli zamanı qanunla müəyyən edilmiş mərhələlərdən birini və ya bir neçəsini istisna etməklə, birbaşa növbəti və ya sonuncu mərhələnin tətbiqinin tələb edilməsini qadağan etmişdir. Lakin apellyasiya şikayətində cavabdeh bu mərhələlərin pozuntusu barədə dəlillər göstərməmiş, onun dəlilləri vərəsəliklə bağlı digər mübahisənin həllindən narazı qalması və bu hüquqlardan irəli gələrək iddiaçıya məxsus payın bazar dəyərinin cavabdehdən alınıb iddiaçıya verilməsi məsələsinin məhkəmə tərəfindən həll edilməli olmasından ibarət olmuşdur. Qeyd edilən hallar üzrə iddiaçının belə bir tələbi müzakirə predmeti olmamış, iddiaçıya aid hissənin alınması isə cavabdehə təklif edilmişdir.
12. Birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını Azərbaycan Respublikası Mülki Prosesual Məcəllənin 76, 77, 80, 82.1, 106.2, 217.4, 385-390-cı maddələrinə və iş üzrə təqdim edilmiş sübutlara əsasən apellyasiya şikayəti üzrə mübahisələndirilən dəlillərə (hissəyə) münasibətdə yoxlayan məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmiş, qətnamə maddi və prosessual hüquq normalarına uyğun çıxarılmış, iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin hazırkı mübahisəli münasibətlərinə uyğun əsaslandırılmışdır, apellyasiya şikayətinin faktiki münasibətlərə müvafiq hüquqi əsası olmayan dəlilləri qətnamənin ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas ola bilməz.
13. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə münasibətdə diqqətə çatdırır ki, mübahisə predmeti barəsində tərəflərin payları qətnamə ilə müəyyən edilmişdir. Belə ki, mübahisə predmeti olan əmlak ümumi paylı mülkiyyət hüququ əsasında 6/7 hissədə pay hüququ ilə cavabdehə, 1/7 hissədə pay hüququ ilə iddiaçıya məxsus olması işin mübahisəsiz hallarındadır. Tərəflərin paylarına əsasən dövlət qeydiyyatından çıxarışları mövcuddur.
14. İş üzrə birinci instansiya icraatı zamanı ekspertiza keçirilmiş və Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2024-cü il tarixli 9/52xx-xx/5035 nömrəli ekspert rəyinin məzmunundan aydın olur ki, Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, 6-cı S.Orucov döngəsi, ev.4 ünvanında yerləşən, ümumi sahəsi 93.90 kvadratmetr olan ümumi paylı mülkiyyətində olan fərdi yaşayış evinin faktiki vəziyyətinə görə, mənzilin yalnız bir giriş-çıxış yolu olduğuna və tərkiblərində olan kommunal xidmətli sahələrni (mətbəx, dəhliz, və s.) yalnız bir ailənin yaşaması üçün nəzərdə tutulduğuna görə, o cümlədən iddiaçıya düşən sahənin yuxarıda göstərilən qaydalara zidd olması səbəbindən İnşaat Norma və Qaydalarının 2.08.01.89*-nun 1.1., 2.2., 2.4., 2.9. bəndlərinin və metodik əsasların tələblərinə uyğun fərdi yaşayış evinin tərəflərin payına uyğun olaraq bölünməsi texniki cəhətdən mümükün olmadığı, ekspertiza tədqiqatına təqdim edilmiş Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, 6-cı S.Orucov döngəsində yerləşən, 4 nömrəli fərdi yaşayış fərdi yaşayış evinin hazırkı orta bazar qiymətlərinə uyğun ümumi dəyəri təqribən 78312,60 manat (93,9 kv.m x 834 man) məbləğində müəyyən edilmişdir. Birinci instansiya məhkəməsi zamanı Məhkəmə həmçinin kompensasiya məbləği ilə da bağlı iddiaçının fikrini soruşmuş, iddiaçı ekspert rəyi ilə ona düşən məbləğdə payını tələb etmiş, aşağı məbləğ istəməmiş, cavabdeh də hazırkı halda pulu olmadığını bildirərək mahiyyəti üzrə qətnamə qəbul olunmasına etiraz etməmiş, kompensasiya (payın dəyəri) ödənilməsi mərhələsi də məhkəmə qaydasında öz həllini tapa bilməmişdir. Apellyasiya Məhkəməsində icraat zamanı isə tərəflər mübahisənin barışıq yolu ilə həll istiqamətində danışıqların aparılmasına dair ərizələrlə məhkəməyə müraciət etsələr də, bu istiqamətdə müsbət nəticə əldə edilməmiş, tərəflər ümumiyyətlə məhkəmə iclasında iştirak etmədiklərindən payın dəyərinin ödənilməsi (kompensasiya) ilə bağlı mövqelərini müəyyən etmək mümkün olmamışdır.
15. Cavabdehin işlərin bir icraatda birləşdirilməsinə dair dəlilinə dair məhkəmə kollegiyası qeyd edir ki, Mülki Prosessual Məcəllənin 43.1-ci maddəsinin tələblərinə əsasən, Əgər müxtəlif məhkəmələrin icraatında olan işlər biri-biri ilə əlaqəlidirsə, ədalət mühakiməsinin düzgün həyata keçirilməsi üçün onlara birgə baxılmalı və qətnamə çıxarılmalıdır.İddiaçı Cavabdeh İddiaçı Tilat qızına qarşı "qızıl-zinət əşyalarının (dəyərinin) geri qaytarılması, bu mümkün olmadıqda onların dəyərində pul tələbinə” dair iddiasının hazırkı işlə əlaqəsi ilə bağlı müvafiq sübutlar təqdim edilməmiş və məsələnin müzakirəsi üçün (birinci instansiya məhkəməsində) vəsatət belə qaldırılmamışdır.
16. Kollegiya qeyd edir ki, apellyasiya şikayətin dəlilləri əsassız olduğundan qətnamə dəyişdirilmədən saxlanılmalı, əsassız apellyasiya şikayətinin verilməsi üçün dövlət rüsumuna ödənilmiş məhkəmə xərcləri onları ödəyən şəxslərə aid edilməlidir.
17. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 384, 392, 393 və 402-406-cı maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası q ə t e t d i: Cavabdeh apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Qaradağ rayon Məhkəməsinin 2(002)-49/2025 saylı işi üzrə xx.xx.2025-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən iki ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.