Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-297/2020 26.02.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Cəmilova Xəyalə Adil qızının sədrliyi və məruzəsi ilə, Xəlilov İsmayıl Kamil oğlundan və Kərimli İlham Əziz oğlundan ibarət tərkibdə, Alıcanlı-Yusifli Sevinc Mahir qızının katibliyi, İddiaçı, onun nümayəndəsi və vəkili X10, Cavabdeh1 MTK-nın direktoru X3, nümayəndəsi və vəkili X4, Müstəqil tələb irəli sürən üçüncü şəxs Cavabdeh2 nümayəndəsi və vəkilləri X5 və X2 iştirakı ilə, İddiaçı Cavabdeh1 MTK-ya qarşı “mənzilə dair maneələrin aradan qaldırılması” tələbinə dair iddiası üzrə Bakı şəhəri Yasamal rayon Məhkəməsinin qəbul etdiyi 2(004)- 547/2018 saylı xx xxxx 2018-ci il tarixli qətnamədən Cavabdeh1 MTK tərəfindən verilmiş apellyasiya şikayətinə, ilkin iddia üzrə iddiaçı Cavabdeh1 MTK-nın cavabdehlər İddiaçı və Cavabdeh2 qarşı “müqavilənin və maliyyə arayışının etibarsız hesab edilməsi, sahiblik və istifadə hüququnun tanınması” tələbinə dair ilkin, qarşılıqlı iddia üzrə İddiaçı cavabdehlər Cavabdeh1 MTK, Cavabdeh2 və X13 qarşı “müqavilənin və maliyyə arayışının etibarsız hesab edilməsi, sahiblik və istifadə hüququnun tanınması, mənzilin təhvil verilməsi” tələbinə dair qarşılıqlı, müstəqil tələb irəli sürən üçüncü şəxs Cavabdeh2 cavabdehlər Cavabdeh1 MTK və İddiaçı qarşı “müqavilənin və maliyyə arayışının etibarsız hesab edilməsi, mənzildən istifadə hüququnun tanınması” tələbinə dair iddiası üzrə Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin qəbul etdiyi 2(006)-4246/2019 saylı xx xxxxxxxx 2019-cu il tarixli qətnaməsindən ilkin iddia üzrə iddiaçı Cavabdeh1 MTK və üçüncü şəxs Cavabdeh2 tərəfindən ayrı-ayrılıqda verilmiş apellyasiya şikayətlərinə əsasən mülki işə xx xxxxxx 2020-ci il tarixdə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: (Birinci mülki iş) İddiaçı Cavabdeh1 MTK-ya qarşı “mənzilə dair maneələrin aradan qaldırılması” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Yasamal rayon Məhkəməsinə müraciət edərək, "Cavabdeh1" MTK-dan pay haqqını ödəməklə aldığı Bakı şəhəri, Yasamal rayonu, M.Xiyabani küçəsində inşa edilmiş yaşayış binasının 2-ci girişində, 16-ci mərtəbəsində yerləşən 1 (bir) otaqdan ibarət 236 saylı mənzilə girişinə, təmir işləri aparmağına, eləcə də mənzilin giriş qapısının qoyulmasına maneəçiliyin cavabdehə qadağan edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Bakı şəhəri Yasamal rayon Məhkəməsinin 2(004)-547/2018 saylı xx xxxx 2018-ci il tarixli qətnaməsi ilə iddia tələbi təmin edilmişdir. Qətnamədən narazı qalan cavabdeh apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsi və iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdı ki, Bakı şəhəri, Yasamal rayonu, M.Xiyabani küçəsində inşa etdiyi binanın 2-ci girişində, 16-cı mərtəbəsində yerləşən 1 (bir) otaqdan ibarət 236 saylı mənzil başqa bir şəxsin adına qeydiyyatdan keçmiş, həmin şəxs vicdanlı alıcıdır. İddiaçı müqaviləsinin verilməsi ilə bağlı Baş Prokurorluq yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində cinayət işi gedir. Həmin idarədən də məhkəməyə müvafiq müraciət ünvanlanmışdır. MTK-nın təqdim etdiyi sənədlərə əsasən tikintinin başa çatdırılması üçün podratçıya verilməsi nəzərdə tutulan yaşayış sahəsindən 8667 kv.m. yaşayış sahəsi Məsud Əhmədov tərəfindən ilkin olaraq satılsa da, onun yerinə yetirdiyi faktiki işin tikinti sahəsi ilə dəyəri isə nəzarət-ölçü nəticəsində faktiki olaraq 3161 kv.m. təşkil etdiyi məlum olmuşdur. Podratçı MTK-nın tikintisi üçün üzərinə götürdüyü öhdəlikləri tam yerinə yetirmədən yarımçıq qoyub qaçmış, vətəndaşlardan aldığı ******* manatdan cəmi ******* manat tikintiyə xərcləməklə ******* manatı mənimsəmişdir. O cümələdən hazırda sözügedən 236 saylı mənzili də müxtəlif şəxslərin adına yazdıraraq pulunu mənimsəmişdir. Həmin mənzillərlə, həmçinin 236 nömrəli mənzillə bağlı müqavilə 2010-cu ildə ləğv edilmiş və həmin vaxtdan da vətəndaşların prokurorluğa müraciət etməli olduqları bildirilmişdir. MTK-nın iddiaçı qarşısında mənzilin təhvil verilməsi kimi öhdəliyi yoxdur. Bakı Apellyasiya Məhkəməsinin 2(103)-6803/2018 saylı xx xxxxxx 2018-ci il tarixli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməyərək Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-547/2018 saylı xx xxxx 2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Cavabdehin kassasiya şikayəti əsasında işə baxmış Azərbaycan Respublikası Ali Məhkəməsinin 2(102)-2067/19 saylı xx xxxxx 2019-cu il tarixli qərarı ilə kassasiya şikayəti təmin edilmiş və Bakı Apellyasiya Məhkəməsinin MK-nın xx xxxxxx 2018-ci il tarixli qətnaməsi ləğv edilmiş, iş yenidən baxılması üçün həmin məhkəməyə göndərilmişdir. (İkinci mülki iş) İddiaçı Cavabdeh1 MTK cavabdehlər İddiaçı və Cavabdeh2 qarşı “müqavilənin və maliyyə arayışının etibarsız hesab edilməsi, sahiblik və istifadə hüququnun tanınması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Həmin iş üzrə İddiaçı qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Yasamal rayonu, M. Xiyabani küçəsində yerləşən MTK tərəfindən inşa edilmiş binanın 2-ci girişi, 16-cı mərtəbəsində yerləşən 1 otaqlı, 236 saylı mənzilin X1 dair xx xxxxxxxx 2011- ci il tarixli “Yaşayış binasında mənzil tikintisi haqqında” müqavilənin və eyni tarixli maliyyə arayışının etibarsız hesab edilməsi, Bakı şəhəri, Yasamal rayonu, M.Xiyabani küçəsində yerləşən MTK tərəfindən inşa edilmiş binanın 2-ci girişi, 16-cı mərtəbəsində yerləşən 1 otaqlı, 236 saylı mənzilin Cavabdeh2 satılmasına dair xx xxxx 2015-ci il tarixli “Yaşayış binasında mənzil tikintisi haqqında" müqavilənin və eyni tarixli maliyyə arayışının etibarsız hesab edilməsi, İddiaçı həmin mənzilə sahiblik və istifadə hüququnun tanınması, həmin mənzilin İddiaçı təhvil verilməsi öhdəliyinin Cavabdeh2, Cavabdeh1 MTK-nin və X11 üzərinə qoyulması barədə qətnamə qəbul edilməsi məhkəmədən xahiş edilmişdir. Müstəqil tələb irəli sürən üçüncü şəxs Cavabdeh2 cavabdehlər Cavabdeh1 Mənzil- Tikinti Kooperativi və İddiaçı qarşı “müqavilənin və maliyyə arayışının etibarsız hesab edilməsi, mənzildən istifadə hüququnun tanınması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin 2(006)-4246/2019 saylı xx.xx.2019-cu il tarixli qətnaməsi ilə ilkin iddia üzrə iddiaçı Cavabdeh1 MTK-nın cavabdehlər İddiaçı və Cavabdeh2 qarşı “müqavilənin və maliyyə arayışının etibarsız hesab edilməsi, sahiblik və istifadə hüququnun tanınması” tələbinə dair ilkin iddia tələbləri təmin edilməmiş, qarşılıqlı iddia üzrə İddiaçı cavabdehlər Cavabdeh1 MTK, Cavabdeh2 və X13 qarşı “müqavilənin və maliyyə arayışının etibarsız hesab edilməsi, sahiblik və istifadə hüququnun tanınması, mənzilin təhvil verilməsi” tələbinə dair qarşılıqlı iddia tələbləri təmin edilmiş, Bakı şəhəri, Yasamal rayonu, M.Xiyabani küçəsində yerləşən Cavabdeh1 MTK tərəfindən inşa edilmiş binanın 2-ci girişi, 16-cı mərtəbəsində yerləşən 1 otaqlı, 236 (236A) saylı mənzilin X1 dair xx xxxxxxxx 2011-ci il tarixli “Yaşayış binasında mənzil tikintisi haqqında” müqavilə və eyni tarixli maliyyə arayışı etibarsız hesab edilmiş, Bakı şəhəri, Yasamal rayonu, M.Xiyabani küçəsində yerləşən Cavabdeh1 MTK tərəfindən inşa edilmiş binanın 2-ci girişi, 16-cı mərtəbəsində yerləşən 1 otaqlı, 236 (236A) saylı mənzilin Cavabdeh2 satılmasına dair xx xxxx 2015-ci il tarixli müqavilə və eyni tarixli maliyyə arayışı etibarsız hesab edilmiş, İddiaçı Bakı şəhəri, Yasamal rayonu, M.Xiyabani küçəsində yerləşən Cavabdeh1 MTK tərəfindən inşa edilmiş binanın 2-ci girişi, 16-cı mərtəbəsində yerləşən 1 otaqlı, 236 (236A) saylı mənzilə sahiblik və istifadə hüquqları tanınmış, həmin mənzilin İddiaçı təhvil verilməsi öhdəliyi Cavabdeh1 MTKnın, X11 və Cavabdeh2 üzərinə qoyulmuş, müstəqil tələb irəli sürən üçüncü şəxs Cavabdeh2 cavabdehlər Cavabdeh1 MTK və İddiaçı qarşı “müqavilənin və maliyyə arayışının etibarsız hesab edilməsi, mənzildən istifadə hüququnun tanınması” tələbinə dair iddia ərizəsi təmin edilməmişdir. İlkin iddia üzrə iddiaçı Cavabdeh1 MTK tərəfindən apellyasiya şikayəti verilərək qətnamənin ləğv edilməsi və ilkin iddianın təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsi xahiş edilmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Bakı şəhəri, Yasamal rayonu, Xiyabani küçəsində inşa edilmiş yaşayış binasının 2-ci girişində, 16-cı mərtəbəsində yerləşən, 1 otaqdan ibarət, 236 saylı mənzil xx xxxx 2015-ci il tarixdə Cavabdeh2 satılmış, sonuncu tərəfindən mənzilin dəyəri olan 18.430 manat tam olaraq ödənilmişdir. Bu barədə sonuncuya eyni tarixli maliyyə arayışı verilmişdir. Əslində MTK-nın İddiaçı mənzil satmaq niyyəti olmamışdır. İddiaçı heç vaxt MTK-ya gəlməmiş, mənzilə dair heç bir ödəniş etməmiş, ümumiyyətlə mənzildən xəbərsiz olmuşdur. Sonuncuya məxsus müqavilədəki imzanın həqiqətən də, MTK-nın sədrinə məxsus olması şübhə doğurduğundan, hesab edir ki, məhkəmə tərəfindən xətşünaslıq ekspertizası keçirilməli və müqavilənin etibarlılıq məsələsinə aydınlıq gətirilməlidir. Müstəqil tələb irəli sürən üçüncü şəxs Cavabdeh2 tərəfindən apellyasiya şikayəti verilərək qətnamənin ləğv edilməsi və müstəqil tələb irəli sürən üçüncü şəxsin iddia tələbinin təmin edilməsi, qarşılıqlı iddia üzrə İddiaçı qarşılıqlı iddia üzrə cavabdehlər Cavabdeh1 MTK, Cavabdeh2 və X13 qarşı “müqavilənin və maliyyə arayışının etibarsız hesab edilməsi, sahiblik və istifadə hüququnun tanınması, mənzilin təhvil verilməsi” tələbinə dair qarşılıqlı iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsi xahiş edilmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, o, mənzilə görə 28.169 manat məbləğində pul ödəmiş və mənzildə əsaslı təmir işləri aparmağa başlamışdır. O, İddiaçı mübahisəli mənzili Paşa Əhmədovdan əvvəl almasından xəbərsiz olmuşdur. Bununla əlaqədar Paşa Əhmədovu mənzilin yeganə sahibi kimi saymışdır. İddiaçı digər iddia tələbindən məlumatı olmamışdır. O, vicdanlı alıcıdır. O, həmin mənzilin 80 faiz hissəsinlə əsas təmir işləri görmüşdür. O, müddəti ötürmədən digər tərəfin müqaviləsini mübahisələndirmişdir. Bakı Apellyasiya Məhkəməsinin 2(103)-14344/2019 saylı xx.xx.2019-cu tarixli qərardadı ilə mülki işlər bir icraatda birləşdirilmişdir. Hər iki mülki iş üzrə məhkəmə iclasının vaxtı və yeri haqqında mılumatlandırılmış üçüncü şəxs X18 apellyasiya baxışı zamanı iştirakını təmin etməmiş və bu barədə məhkəməyə məlumat verməmişdir. İşdə iştirak edən şəxslər hazırki işə onun iştirakı olmadan baxılmasına etiraz etməmişlər. Məhkəmə kollegiyası MPM-nin 376.2-ci maddəsinin tələbləri baxımından hazırki işə üçüncü şəxs X11 iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Apellyasiya baxışı zamanı Cavabdeh1 MTK-nın direktoru X7 apellyasiya şikayətlərini müdafiə edərək bildirdi ki, o, İddiaçı tanımır. 2011-ci ildə mənzili Paşa Əhmədova satmış, sonradan mənzil addan-ada keçirilmişdir. Bu mübahisəli mənzil Cavabdeh2 məxsusdur. Mənzilin vicdanlı alıcısı Cavabdeh2dir, çünki mənzilə görə pulu məhz həmin şəxs ödəmişdir. O ki qaldı, İddiaçı, həmin dövrdə MTK ilə podrat müqaviləsi əsasında fəaliyyət göstərən podratçılar var idi, həmin podratçılar tərəfindən müəyyən işlərin görülməsi ilə bağlı onlarla müxtəlif mənzillərə dair müqavilələr bağlanmışdı ki, həmin müqavilələrə görə də MTK-ya pul ödənilməmişdi. İddiaçı belə şəxs olması ilə bağlı heç nə ona məlum deyil. Lakin işdə olan hər üç şəxslə bağlanmış müqavilələrdəki və maliyyə arayışlarındakı imzalara münasibətdə Cahangir Alışov həmin imzaların məhz ona məxsus olduğunu və onun tərəfindən imzalandığını, möhürün də müəssisəyə aid olduğunu bildirdi. Sonda C.Alışov apellyasiya şikayətlərinin təmin olunmasını xahiş etdi. Cavabdeh1 MTK-nın nümayəndəsi və vəkili X8 apellyasiya şikayətlərini müdafiə edərək onların təmin edilməsini məhkəmədən xahiş etdi. Üçüncü şəxs Cavabdeh2 nümayəndəsi və vəkilləri X9 və X6 üçüncü şəxsin və MTK-nin apellyasiya şikayətini müdafiə edərək onların təmin edilməsini, İddiaçı isə apellyasiya şikayətinin təmin edilməməsini və İddiaçı iddiası üzrə iddia müddətinin tətbiq edilərək iddianın rədd edilməsini məhkəmədən xahiş etdilər. İddiaçı nümayəndəsi və vəkili X15 üçüncü şəxsin və MTK-nin apellyasiya şikayətlərini qəbul etməyərək bildirdi ki, İddiaçı mənzilindən giriş-çıxışına, onun təmir işləri aparmağına, eləcə də mənzilinə giriş qapısının qoyulmasına MTK tərəfindən maneələr törədilir. Buna görə də o, məhkəməyə müraciət etməli olmuşdur. Mənzil ilk dəfədən İddiaçı satılmış, mənzilin dəyəri onun tərəfindən tam ödənilmiş, bu barədə müvafiq maliyyə arayışı da təqdim olunmuşdur, tərəflər arasında heç bir podrat münasibətləri olmamışdır. Ona görə də C.Alışovun bu barədə əsassız dəlilləri qəbul edilməməlidir. Ona görə nümayəndə və vəkil apellyasiya şikayətlərinin təmin edilməməsini və hər iki mülki iş üzrə qətnamələrin dəyişdirilmədən saxlanılmasını məhkəmədən xahiş etdi. Məhkəmə kollegiyası məruzəçi-hakimin məruzəsini, proses iştirakçılarının izahatlarını dinləyib, apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, hər iki mülki iş üzrə verilmiş apellyasiya şikayətləri təmin edilməməli və birinci instansiya məhkəmələrinin qətnamələri dəyişdirilmədən saxlanılmalıdır. İlk növbədə nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. İşdə olan sübutlarla təsdiq edilir ki, xx xxxxxx 2009-cu il tarixli “Yaşayış binasında mənzil tikintisi haqqında” müqaviləsinə əsasən Cavabdeh1 MTK Bakı şəhəri, Yasamal rayonu, M.Xiyabani küçəsində inşa edilmiş yaşayış binasının 2-ci girişində, 16-cı mərtəbəsində yerləşən 1 (bir) otaqdan ibarət, 236 saylı mənzili alıcı İddiaçı verməyi, alıcı isə qabaqcadan müəyyənləşdirilmiş 25668 manat məbləğində pulu ödəməyi öhdəsinə götürmüşdür. Həmin tarixli maliyyə arayışı ilə təsdiq edilir ki, qeyd edilən məbləğ İddiaçı tərəfindən ödənilmişdir. Korrupsiyaya qarşı Mübarizə İdarəsi tərəfindən verilmiş məktubdan görünür ki, istintaq orqanına təqdim edilmiş məlumatlara əsasən Cavabdeh1 MTK-nın inşa etdiyi binanın 16-cı mərtəbəsində yerləşən 1 otaqlı 236 №-li mənzil MTK-nın sədri Cahangir Alışov tərəfindən təsdiq edilmiş xx.xx.2009-cu il tarixli müqavilə və 25668 manatın ödənilməsi haqqında maliyyə arayışı əsasında İddiaçı satılmış, həmin mənzilin digər şəxsə satılması haqqında məlumat daxil olmamışdır. İşdə olan xx xxxxxxxx 2011-ci il tarixli “Yaşayış binasında mənzil tikintisi haqqında” müqavilədən və maliyyə arayışından görünür ki, Cavabdeh1 MTK Bakı şəhəri, Yasamal rayonu, M.Xiyabani küçəsində inşa edilmiş yaşayış binasının 2-ci girişində, 16-cı mərtəbəsində yerləşən 1 (bir) otaqdan ibarət, 236A saylı mənzili alıcı X13 verməyi, alıcı isə qabaqcadan müəyyənləşdirilmiş 28164 manat məbləğində pulu 7 ay müddətinə bərabər hissələrlə (2104 manat) ödəməyi öhdəsinə götürmüş, mənzilin pay dəyərindən 13430 manat hissəsi alıcı X18 tərəfindən ödənilmişdir. Daha sonra xx xxxx 2015-ci il tarixli “Yaşayış binasında mənzil tikintisi haqqında” müqaviləsinə və maliyyə arayışına əsasən Cavabdeh1 MTK sözügedən mənzili alıcı Cavabdeh2 verməyi, alıcı isə qabaqcadan müəyyənləşdirilmiş 28164 manat məbləğində pulu ödəməyi öhdəsinə götürmüş, mənzilin pay dəyərinin 18430 manat hissəsi alıcı Cavabdeh2 tərəfindən ödənilmişdir. xx.xx.2015, xx.xx.2015, xx.xx.2015, xx.xx.2015, xx.xx.2016, xx.xx.2016, xx.xx.2016-cı il tarixli maliyyə arayışlarından görünür ki, Cavabdeh2 tərəfindən mütəmadi olaraq Cavabdeh1 MTK-ya 1000-2000 manat məbləğlərində ödənişlər edilmişdir. İşdə olan xx xxxxxx 2014-cü il tarixli məktubdan görünür ki, MTK tərəfindən İddiaçı Bakı şəhəri, Yasamal rayonu, M.Xiyabani küçəsində inşa edilmiş yaşayış binasının 2-ci girişində, 16-cı mərtəbəsində yerləşən 1 (bir) otaqdan ibarət, 236 saylı mənzilin xx xxxxxx 2009-cu il tarixli müqavilə üzrə onun adına rəsmiləşdirildiyi bildirilmişdir. Beləliklə, məhkəmə iclasında tədqiq olunmuş sübutlarla müəyyən olunur ki, Bakı şəhəri, Yasamal rayonu, M.Xiyabani küçəsində inşa edilmiş yaşayış binasının 2-ci girişində, 16-cı mərtəbəsində yerləşən 1 (bir) otaqdan ibarət, 236 (və yaxud 236A) saylı mənzilin alqı-satqısı barədə Cavabdeh1 MTK ilə xx.xx.2009-cu il tarixdə İddiaçı arasında, xx.xx.2011-ci il tarixdə X18 arasında, xx.xx.2015-ci il tarixdə isə Cavabdeh2 arasında oxşar məzmunlu müqavilələr bağlanmış, alıcı şəxslərə isə ödənişlərin edilməsi barədə müqavilələrlə eyni tarixdə maliyyə arayışları təqdim edilmişdir. Müqavilə üzrə alıcı şəxslərin mənzilin digər şəxslərə satılması barədə məlumatları olmamışdır. İşin mübahisələndirilməyən hallarından biri də odur ki, 16-cı mərtəbədə yerləşən 1 otaqlı 236 və 236(A) saylı mənzillər eyni mənzillərdir. Ayrıca 236 A adlanan mənzil mövcud deyildir. Bu fakt məhkəmə prosesləri zamanı tərəflərin izahatlarında da öz təsdiqini tapmışdır. Məhkəmə kollegiyası işin faktiki hallarına əsasən hesab edir ki, ilk növbədə iddiaçı Cavabdeh1 MTK-nin əqdin etibarsız hesab edilməsi və həmin mülki iş üzrə verilmiş həm qarşılıqlı, həm də üçüncü şəxsin müstəqil qaydada verdiyi iddia tələbinə dair Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin qəbul etdiyi 2(006)-4246/2019 saylı xx xxxxxxxx 2019-cu il tarixli qətnaməsinə hüquqi qiymət verilməlidir. Birinci instansiya məhkəməsi hazırki mübahisəyə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337.1, 354.1 və 354.2-ci maddələrini tətbiq edərək belə qənaətə gəlmişdir ki, iddiaçı Cavabdeh1 MTK qanunvericilikdə müqavilənin etibarsızlığı üçün müəyyən edilən 1 illik müddəti ötürdüyündən onun bu barədə iddiası təmin edilməməlidir. Belə ki, ilkin iddia üzrə iddiaçı Cavabdeh1 MTK tərəfindən İddiaçı ilə bağlanmış xx.xx.2009-cu il tarixli müqavilədən bütün bu illər ərzində məlumatlı olsa da, onun mübahisələndirilməsi üçün hazırki vaxtda iddia verməsi ilə qanunvericiliklə müəyyən edilmiş bir illik müddət ötürülmüşdür. Mülki Məcəllənin 354.1-ci və 354.2-ci maddələrinə görə əhəmiyyətsiz əqdin etibarsızlığı nəticələrinin tətbiqi haqqında iddia onun icrasına başlanıldığı gündən bir il ərzində irəli sürülə bilər. Bu Məcəllənin 347.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, maraqlı şəxs əqdin bağlanmasına təsir etmiş zorakılığa və ya hədəyə son qoyulduğu gündən və ya əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi və ya bilməli olduğu gündən bir il ərzində əqdi mübahisə edə bilər. Mülki Məcəllənin 354-cü maddəsində nəzərdə tutulmuş müddətlər iddia müddətləri deyil, kəsici müddətlərdir. Yəni, onların tətbiqi üçün cavabdehin müddətin tətbiqinə dair ərizə verməsi tələb olunmur. Buna baxmayaraq, iş materiallarından müəyyən olunur ki, MTK-nin iddiası üzrə cavabdeh olan İddiaçı nümayəndəsi və vəkili tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilmiş “iddia müddətinin tətbiqi” barədə ərizədə iddia müddətinin buraxıldığı bildirilmiş, dolayısı ilə müddətin ötürülməsi əsası ilə iddianın rədd edilməsi tələb olunmuşdur. Həmin mülki işdə birinci instansiya məhkəməsi əqdin etibarsızlığı ilə bağlı müəyyən edilmiş bir illik müddəti iddia müddəti olaraq qəbul etsə də, nəticə etibarı ilə həmin iddia tələbinin müddətin keçməsi əsası ilə rədd edilməsi barədə düzgün qənaətə gəlmişdir. Bu baxımdan məhkəmə kollegiyası birinci instansiya məhkəməsi qətnaməsinin həmin iddia tələbinin rədd edilməsi ilə bağlı olan hissəsi ilə razılaşır və MPM-nin 385.2-ci maddəsinin tələbləri baxımından qətnamənin həmin hissədə mahiyyətcə düzgün olmasına istinadən onun formal əsaslarla ləğv edilməsi üçün əsas görmür. İlkin iddia tələbinin digər, yəni mübahisəli mənzilə Cavabdeh2 sahiblik və istifadə hüququnun tanınması barədə hissəsinə münasibətdə məhkəmə kollegiyası qeyd edir ki, Cavabdeh2 adından əmlak üzərində istifadə və sahiblik hüququnun tanınmasını tələb etmək və tələbə cavab verməli olan şəxslərdən birinin də Cavabdeh2 qoyulmasında iddiaçı MTK haqlı olmamışdır. Belə ki, həmin tələbi irəli sürməkdə MTK-nin subyektiv hüququ olmamışdır. Hazırki iş üzrə İddiaçı cavabdehlər Cavabdeh1 MTK-ya, Cavabdeh2 və Paşa Əhmədova qarşı “müqavilələrin və maliyyə arayışlarının etibarsızlığı, mənzilə sahiblik və istifadə hüququnun tanınması, mənzilin təhvil verilməsi” barədə tələblərinə münasibətdə qeyd olunmalıdır ki, yuxarıda da göstərildiyi kimi, İddiaçı ilə MTK arasında müqavilə xx.xx.2009-cu il tarixdə bağlanmış, mənzil üçün MTK-ya razılaşdırılmış pay haqqı onun tərəfindən tam ödənilmişdir. Buna görə də İddiaçı əmlakın dəyərini tam şəkildə ödədiyindən həmin əmlakın qanuni sahibi də artıq o olmuşdur. Mülki Məcəllənin 178.8-ci maddəsinə əsasən (mübahisəli hüquq münasibətləri yarandığı zaman qüvvədə olan redaksiyada) mənzil, bağ, qaraj və ya başqa kooperativin üzvü, pay yığımına hüququ olan digər şəxslər kooperativin verdiyi mənzil, bağ, qaraj və ya ayrı qurğu üçün pay haqqını tam verdikdə, həmin əmlaka mülkiyyət hüququ əldə edirlər. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 178.8-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx xxxxxxx 2010cu il tarixli qərarında Konstitusiya Məhkəməsinin hüquqi mövqeyi ondan ibarət olmuşdur ki, kooperativin üzvü və pay yığımına hüququ olan digər şəxslər kooperativin verdiyi mənzil, bağ, qaraj və ya ayrı qurğu üçün pay haqqını tam verdikdə həmin əmlaka sahiblik və istifadə etmək hüququ əldə edirlər. Həmçinin həmin Məcəllənin 337.1-ci maddəsinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Həmin Məcəllənin 337.4-cü maddəsinə əsasən etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. X17 Məhkəməsinin bir çox qərarlarında (Delcourt Belçikaya qarşı iş üzrə xx xxxxxx 1970-ci il tarixli qərarı, Piersack Belçikaya qarşı iş üzrə xx xxxxxxx 1982-ci il tarixli qərarı, X19rşı iş üzrə xx xxxxxxx 1984-cü il tarixli qərarı) qeyd olunmuşdur ki, ədalət mühakiməsinin həyata keçirilməsi ilə bərabər, ədalətin bərqərar edildiyi də aydın görünməlidir. Həmçinin “S.Fərəcovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxx 2018-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2020-ci il tarixli qərarı oxşar işlə bağlıdır. Həmin qərarın təsviri hissəsində qeyd olunur ki, göründüyü kimi, mənzilin dəyərini tam ödəməklə S.Fərəcov həmin əmlaka sahiblik və istifadə etmək hüququnu əldə etmişdir. Belə olan halda, “xxxx” MMC-nin başqasına məxsus əşya (mənzil) barədə sərəncam verməsi (həmin mənzil barədə S.Mustafayeva ilə xx xxxxxx 2013-cu il tarixli müqavilənin bağlanması) mülki qanunvericiliyin normalarına və Konstitusiya Məhkəməsi Plenumunun yuxarıda qeyd olunan hüquqi mövqeyinə uyğun olmamışdır.” Odur ki, mübahisəli mənzilə dair MTK ilk dəfə, yəni xx.xx.2009-cu il tarixdə İddiaçı ilə müqavilə bağlayıb, həmin mənzil üçün pay haqqı sonuncu tərəfindən tam ödənildiyindən və buna görə həmin əmlakın qanuni sahibi İddiaçı olduğundan həmin daşınmaz əmlakla bağlı bütün hüquqlar ona keçmişdir və MTK-nın əmlak üzərində heç bir hüququ qalmamaqla yanaşı, əmlakı özgəninkiləşdirmək səlahiyyəti də olmamışdır. Mübahisəli yaşayış sahəsi MTK-nın rəhbərliyinin qeyri-qanuni hərəkətləri nəticəsində digər fiziki şəxslərə verilmiş, bu isə əsl mülkiyyətçi olaraq İddiaçı iradəsinin ziddinə baş vermişdir. Onunla bağlanan müqavilə qüvvədə olduğu təqdirdə digər şəxslərlə müqavilə bağlanmış, mənzil həmin şəxslərə qanunsuz olaraq satılmışdır. İlkin olaraq İddiaçı ilə bağlanan müqavilə qüvvədə olduğu halda, Paşa Əhmədov və Cavabdeh2 ilə bağlanan müqavilələr əhəmiyyətsiz əqd olmaqla bağlandığı andan etibarsızdır. Bu barədə apellyasiya baxışı zamanı Cavabdeh1 MTK-nin direktoru Cahangir Alışovun izahatında bildirdiklərinə münasibətdə məhkəmə kollegiyası onun izahatına tənqidi yanaşaraq qeyd edir ki, əvvəlcə Cahangir Alışov həmin dövrdə MTK ilə podrat müqaviləsi əsasında fəaliyyət göstərən podratçıların olduğunu, həmin podratçılar tərəfindən müəyyən işlərin görülməsi ilə bağlı onlarla müxtəlif mənzillərə dair müqavilələr bağlandığını, həmin müqavilələrə görə də MTK-ya pul ödənilmədiyini bildirsə də, İddiaçı belə şəxs olması ilə bağlı dəqiq məlumatının olmadığını, onu ümumiyyətlə tanımadığını, mənzili Cavabdeh2 satması və mənzilin dəyərinin də məhz sonuncu tərəfindən ödənildiyini bildirməklə çaşqınlıq yaratmaq istəmiş, izahatında bildirdiyi dəlilləri nə əsaslandıra bilmiş, nə də bu barədə hər hansı sübutu məhkəməyə təqdim edə bilmişdir. Əksinə, sonradan izahatında İddiaçı ilə bağlanmış müqavilədəki və ona verilmiş maliyyə arayışındakı imzanın məhz ona məxsus olduğunu, möhürün də müəssisəyə aid olduğunu bildirmişdir. Bundan başqa Cahangir Alışov izahatında sözgedən mənzilin İddiaçı adına rəsmiləşdirildiyini təsdiq etdiyi və MTK direktoru olaraq tərəfindən verilmiş xx.xx.2014-cü il tarixli məktubun onun tərəfindən imzalandığını bir daha təsdiqləmişdir. Məhkəmə kollegiyası Cavabdeh1 MTK-nin direktoru Cahangir Alışovun məhkəmə prosesində verdiyi izahatı ilə bağlı bildirir ki, hazırki mübahisənin məhz Cahangir Alışovun MTK direktoru kimi bir mənzili bir neçə şəxsə satması ilə bağlı yaranması və bununla bağlı barəsində cinayət işinin başlanılması onun izahatının səmimiliyini ciddi şübhə altına alır və bu səbəbdən onun izahatının mötəbər sübut kimi qiymətləndirilməsinə imkan vermir. Apellyasiya baxışı zamanı İddiaçı qarşılıqlı iddiası üzrə cavabdeh olan Cavabdeh2 vəkili və nümayəndəsi tərəfindən təqdim edilmiş “iddia müddətinin tətbiqi” barədə ərizəyə münasibətdə məhkəmə kollegiyası “əqdin etibarsızlığı” ilə bağlı tələblər üzrə “kəsici müddətlər”in olduğuna bir daha istinad edərək qeyd edir ki, belə müddətlərin tətbiqi ilə bağlı hər hansı ərizə verilməsinə zərurət yoxdur. Digər tərəfdən qarşılıqlı iddia üzrə İddiaçı “müqavilələrin etibarsızlığı” ilə bağlı tələbləri üzrə qanunla müəyyən edilmiş bir illik müddətin ötürülüb-ötürülməməsinə münasibətdə isə müəyyən olunmuşdu ki, İddiaçı mübahisəli mənzilin MTK tərəfindən başqa şəxsə satılmasını bildiyi vaxtdan, yəni MTK-nin ona qarşı məlum (hazırki iş üzrə olan) iddianı verdiyi zaman onun həmin mülki işlə tanış olduğu gündən bir il müddətində qarşılıqlı iddia vermişdir ki, bununla da qanunla müəyyən edilmiş bir illik müddəti ötürməmişdir. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, qarşılıqlı iddia üzrə İddiaçı cavabdehlər Cavabdeh1 MTK-ya, Cavabdeh2 və Paşa Əhmədova qarşı “müqavilələrin və maliyyə arayışlarının etibarsızlığı, mənzilə sahiblik və istifadə hüququnun tanınması, mənzilin ona təhvil verilməsi” barədə iddia tələbləri ilə məhkəməyə müraciət etməkdə haqlı olmuş və birinci instansiya məhkəməsi də onun bu tələblərini düzgün olaraq təmin etmişdir. Həmçinin qeyd olunmalıdır ki, mübahisəli mənzilə dair MTK ilk dəfə, yəni xx.xx.2009-cu il tarixdə İddiaçı ilə müqavilə bağlayıb, həmin mənzil üçün pay haqqı sonuncu tərəfindən tam ödənildiyindən və buna görə həmin əmlakın qanuni sahibi İddiaçı olduğu halda MTK tərəfindən həmin əmlak üzərində heç bir hüququnun qalmamasına baxmayaraq mübahisəli mənzil digər fiziki şəxslərə satıldığı üçün MTK ilə Paşa Əhmədov və Cavabdeh2 arasında bağlanan müqavilələr əhəmiyyətsiz əqd olmaqla bağlandığı andan etibarsız olmuşdur. Ona görə də üçüncü şəxs Cavabdeh2 “İddiaçı ilə bağlanmış müqavilənin və verilmiş maliyyə arayışının etibarsız hesab edilməsi, mənzildən istifadə hüququnun tanınması” barədə iddiası əsassız olduğu üçün birinci instansiya məhkəməsi tərəfindən düzgün olaraq rədd edilmişdir. Məhkəmə kollegiyası Bakı şəhər Yasamal rayon Məhkəməsinin xx xxxx 2018-ci il tarixli qətnaməsinə hüquqi qiymət verərək hesab edir ki, həmin qətnamə üzrə də birinci instansiya məhkəməsi iddianı təmin etməklə mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir. Belə ki, həmin mülki işdən görünür ki, İddiaçı ona məxsus mənzilə dair maneələrin aradan qaldırılmasını tələb edir. Apellyasiya baxışı zamanı məhkəmə kollegiyası həmin mülki iş üzrə kassasiya instansiya məhkəməsinin qərarında qeyd olunan göstərişlərin MPM-nin 420-ci maddəsinin tələbləri baxımından apellyasiya instansiya məhkəməsi üçün məcburiliyini nəzərə alaraq mübahisəli mənzilə dair müqavilə bağlanmış başqa şəxsi (Cavabdeh2) işə cəlb etmiş (mülki işlər birləşdirilməklə), onun iştirakını təmin etmiş, digər tərəfdən İddiaçı maneələr aradan qaldırılmasını tələb edərkən, onun “Cavabdeh1" MTK-nin rəhbərliyi tərəfindən ona məxsus olan mənzilə gedib-gəlməsinə, həmin mənzildə təmir işlərinin görülməsinə, mənzilə giriş qapısının qoyulmasına yaradılan məneələri nəzərdə tutduğu aydınlaşdırılmışdır. Qeyd olunan mülki işlə bağlı məhkəmə kollegiyası hesab edir ki, yuxarıda göstərilənlərə əsasən İddiaçı mübahisəli mənzilin qanuni sahibi kimi həmin mənzilinə sahiblik və istifadə etməsi ilə bağlı ona qarşı yaradılan maneələrin aradan qaldırılmasını (giriş-çıxışına, mənzilində təmir işləri aparmasına və giriş napısının qoyulmasına) tələb etməkdə haqlı olmuşdur və onun bu iddiası digər mülki iş üzrə olan- mübahisəli mənzilə sahiblik və istifadə hüququnun tanınaraq, mənzilin ona təhvil verilməsi öhdəliyinin cavabdeh şəxslərin üzərinə qoyulması barədə olan iddia tələbinin təmin olunması səbəbindən əsaslıdır və təmin olunmalıdır. Hər iki mülki iş üzrə verilmiş apellyasiya şikayətlərinin dəlillərinə gəldikdə isə qeyd olunmalıdır ki, Cavabdeh1 MTK tərəfindən İddiaçı ilə bağlanmış müqavilənin etibarsızlığı iddiası üzrə “bir illik müddətin ötürülməməsi, belə ki, MTK-nin həmin müqavilədən məlumatlı olmaması və imzanın yoxlanılması üçün ekspertiza təyin olunması” barədə dəlillər əsassızdır və təmin olunmamalıdır. Belə ki, MTK-nin direktoru Cahangir Alışov apellyasiya baxışı zamanı İddiaçı ilə bağlanmış müqavilədəki imzanın məhz ona məxsus olduğunu bildirmiş və onu mübahisələndirmədiyi üçün MTK-nin həmin müqavilənin mövcudluğundan məlumatlı olması faktı bir daha öz təsdiqini tapmışdır, buna görə də mübahisələndirilməyən imzanın düzgünlüyünün yoxlanılmasına və bunun üçün müvafiq ekspertizanın təyin olunmasına zərurət qalmamışdır. “İddiaçı tərəfindən MTK ilə Cavabdeh2 arasında bağlanmış müqavilənin etibarsızlığı üçün qanunla müəyyən edilmiş bir illik müddətin ötürülməsi” barədə dəlillər isə bu qətnamənin əsaslandırıcı hissəsində göstərilənlərlə bağlı əsassızdır. Belə ki, iş üzrə bir daha təsdiq olundu ki, İddiaçı ilk olaraq ona satılmış mənzilin sonradan MTK tərəfindən başqa şəxslərə satılması barədə məlumatı MTK-nin ona qarşı müvafiq iddia ilə məhkəməyə müraciət etməsindən sonra iş materialları ilə tanış olarkən əldə etmiş və qeyd olunan məsələyə dərhal münasibət bildirərək qarşılıqlı iddia vermiş və bu zaman da qanunla müəyyən edilmiş bir illik müddət tərəfindən ötürülməmişdir. Apellyasiya şikayətində göstərilən “mübahisəli mənzilin Cavabdeh2 sahiblik və istifadəsində olması, onun tərəfindən təmir olunması” barədə dəlillər isə məhkəmə araşdırmaları zamanı öz təsdiqini tapmadı. Bununla bağlı 3-cü şəxs- Cavabdeh2 izah olunur ki, onun sözügedən mənzildə apardığı təmir işlərinin dəyərinin tutulması ilə bağlı müvafiq müvafiq sübutları təqdim etməklə ayrıca mülki məhkəmə icraatı qaydasında iddia qaldırmaq hüququ vardır. Bundan başqa məhkəmə kollegiyası hazırki qətnamə ilə Cavabdeh1 MTK-nin sonuncu dəfə xx.xx.2015-ci il tarixdə Cavabdeh2 ilə bağladığı müqavilə etibarsız hesab edildiyindən Cavabdeh2 tərəfindən sözügedən mənzilin alınması üçün müxtəlif tarixlərdə tərtib edilmiş maliyyə arayışlarına əsasən Cavabdeh1 MTK-ya ödədiyi 28180 manat pul vəsaitinə münasibətdə hesab edir ki, həmin pul vəsaiti həm apellyasiya baxışı zamanı MTK-nin direktoru Cahangir Alışovun verdiyi izahatında mənzili Cavabdeh2 satmasını təsdiq etməsi, həm də MM-nin 337.5-ci maddəsinin tətbiqi baxımından Cavabdeh2 qaytarılmalıdır. Belə ki, Mülki Məcəllənin 337.5-ci maddəsinə əsasən əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir. Qeyd olunmalıdır ki, Cavabdeh2 müvafiq iddia tələbi olmadığı üçün birinci instansiya məhkəməsi tərəfindən mübahisəli mənzilə görə ödənilmiş pul məbləğinin Cavabdeh2 qaytarılması məsələsi həll edilməmişdir. Kollegiya hazırki apellyasiya baxışı çərçivəsində Mülki Məcəllənin 337.5-ci maddəsinin tətbiq edilməsini mümkün sayır. Üçüncü şəxs Cavabdeh2 apellyasiya şikayətində özünün “vicdanlı alıcı olması” ilə bağlı dəlilinə münasibətdə isə nəzərə alınmalıdır ki, mülki qanunvericiliyin tələbinə görə vicdanlılıq məsələsi üzərində hüquqları daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmış daşınmaz əmlaklarla bağlıdır ki, hazırki işdə də mübahisə predmeti olan mənzil belə əmlaklar sırasına daxil deyildir. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətləri birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsinin ləğvi üçün əsas yaratmadığından təmin olunmamalı, bununla da hər iki mülki iş üzrə qəbul edilmiş qətnamələr dəyişdirilmədən saxlanılmalı, apellyasiya şikayətlərinin verilməsi üçün ödənilmiş dövlət rüsumları apelyantlara aid edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ: İlkin iddia üzrə iddiaçı Cavabdeh1 Mənzil-Tikinti Kooperativi və müstəqil tələb irəli sürən üçüncü şəxs Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayətləri təmin edilməsin. Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin 2(006)-4246/2019 saylı xx.xx.2019-cu il tarixli qətnaməsi və Bakı şəhəri Yasamal rayon Məhkəməsinin 2(004)-547/2018 saylı xx xxxx 2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Cavabdeh1 MTK-dən 28180 manat məbləğində pul tutularaq Cavabdeh2 ödənilsin. Apellyasiya şikayətlərinin verilməsi üçün ödənilmiş dövlət rüsumları apelyantlara aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən Xəyalə Cəmilova Hakimlər İsmayıl Xəlilov İlham Kərimli
Məhkəmə qərarları › İş №2(103)-297/2020
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-297/2020
26.02.2020 · Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver