Məhkəmə qərarları › İş №2(103)-297/2025

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-297/2025

03.02.2025 · Əmək mübahisələri - İşə bərpa
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-297/2025 03.02.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Milli Elmlər Akademiyasına qarşı işi üzrə Açar sözlər:(“işə bərpa olunma, itirilmiş əmək haqqının və dəymiş mənəvi ziyanın ödənilməsi ") hakimlər X11 (sədrliyi və məruzəsi ilə), İmanov Azad Nizam oğlu və Məmmədov Məmməd Allahverdi oğlundan ibarət tərkibdə, hakim köməkçisi Həsənova Ləman Rasim qızının katibliyi, iddiaçı, onun nümayəndəsi Vəkil2 və cavabdehin nümayəndəsi vəkil Nümayəndə iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Milli Elmlər Akademiyasına qarşı “işə bərpa olunma, itirilmiş əmək haqqının və dəymiş mənəvi ziyanın ödənilməsi” tələbinə dair Bakı Şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-621/2023 saylı işi üzrə xx.xx.2023-cü il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İşin halları və iş üzrə məhkəmə icraat(lar)ı:

1. İddiaçı cavabdeh Azərbaycan Milli Elmlər X1rşı “işə bərpa olunma, itirilmiş əmək haqqının və dəymiş mənəvi ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun işdən azad olunmağı barədə AMEA prezidentinin xx.xx.2022-ci il tarixli, 574 nömrəli sərəncamının ləğv edilməsi və AMEA X24 baş mütəxəssis vəzifəsinə bərpa edilməyi, məcburi işburaxmaya görə itirilmiş əmək haqqının birdəfəlik ödənilməsi, habelə qanuni hüquqlarının pozulduğuna və ona dəymiş mənəvi ziyana görə 30000 manat məbləğində təzminat ödənilməsi öhdəliyinin AMEA X25 üzərinə qoyulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, xx.xx.2020-ci ildə AMEAnin sabiq prezidenti Ramiz Mehdiyevin sərəncamı ilə tutduğu vəzifədən azad edilərək AMEAnın Dendralogiya İnstitutuna baş mütəxəssis hüquqşünas vəzifəsinə təyin olunmuşdur. xx.xx.2021-ci ildən yenidən AMEA Rəyasət Heyətinə dəvət olunaraq müddətsiz əmək müqaviləsinə əsasən aparat xidmətinin baş mütəxəssisi vəzifəsinə təyin olunmuşdur. Azərbaycan Respublikasının Prezidentinin "Azərbaycan Respublikasında elm və təhsil sahəsində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı bəzi tədbirlər haqqında” 28 iyul tarixli 1769 nömrəli Fərman imzalamış və həmin fərmanın icrası ilə bağlı Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx.xx.2022-ci il tarixli 470S-nömrəli Sərəncamı qəbul edilmişdir. Həmin fərman və sərəncamın icrasının təmin edilməsi ilə bağlı AMEA Rəyasət Heyəti xx.xx.2022-ci il tarixli 14/1 nömrəli və xx.xx.2022-ci il tarixli 15/1 nömrəli qərarlar qəbul etmişdir. Məhz həmin adıçəkilən hüquqi aktlara istinad edərək AMEA prezidentinin xx.xx.2022-ci il tarixli 574 nömrəli sərəncamı ilə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin "b” (işçilərin sayı və ştatları ixtisar edildikdə) bəndinə əsasən tutduğu vəzifədən qanunsuz olaraq işdən azad edilmişdir. Həmin sərancamı aşağıda qeyd etdiyi hallar üzrə qanunsuz hesab edir: 1. Sərancamın giriş hissəsinin 1-ci cümləsində istinad edilərək qeyd edilən AMEA Rəyasət Heyətinin xx.xx.2022-ci il tarixli 15/1 nömrəli qərarında onun işlədiyi Aparat rəhbərinin xidmətində baş mütəxəssis vəzifəsinin ləğv edilməsi nəzərdə tutulmamışdır. 2. Həmin sərəncamın 2-ci cümləsində adıçəkilən və guya ona təqdim edilən xəbərdarlıqda AMEA Rəyasət Heyətinin xx.xx.2022-ci il tarixli 13/1 nömrəli qərarı ilə AMEA X33 rəhbəri xidmətinin baş mütəxəssisi vəzifəsinin ləğv edildiyi göstərilmişdir. Həmin qərarı görməmişdir və məzmunu ona məlum deyil. Hətta bu qərar olsa belə, həmin qərarın ona münasibətdə hüquqi qüvvəsi yoxdur. Çünki xəbərdarlıqda qeyd olunan xx.xx.2022-ci il tarixindən sonra ona AMEA prezidentinin xx.xx.2022-ci il tarixli 328 nömrəli sərəncamı ilə xx.xx.2022-ci ildən xx.xx.2022-ci ilədək 36 gün əmək məzuniyyəti verilmişdir. 3. Adıçəkilən xəbərdarlıqda qeydiyyat tarixi və nömrəsi qeyd edilmədiyi, habelə əmək müqaviləsinə xitam veriləcəyi gün dəqiq göstərilmədiyi üçün Azərbaycan Respublikası Prezidentinin 2003-cü il 27 sentyabr tarixli 935 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Dövlət orqanlarında, dövlət mülkiyyətində olan və paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslərdə və büdcə təşkilatlarında kargüzarlığın aparılmasına dair Təlimata əsasən həmin sənəd rəsmi sənəd kimi qəbul edilə bilməz. Məhz bu səbəbdən həmin Xəbərdarlığın Azərbaycan Respublikası Əmək Məcəlləsinin 78- ci maddəsinin 1-ci hissəsinə əsasən ona şamil edilmədiyi üçün xx.xx.2022-ci il tarixdə xüsusi qeyd etməklə onu geri qaytarmışdır. 4. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin "b” bəndi ilə işçinin əmək müqaviləsinə xitam verilərkən həmin Məcəllənin 80-ci maddəsinin 1-ci hissəsinə əsasən işçinin üzvü olduğu Həmkarlar Təşkilatının qabaqcadan razılığı olmalıdır. Lakin onun üzv olduğu Həmkarlar Təşkilatının bu barədə heç bir yığıncağı, müzakirəsi və razılığı olmamışdır. 5. Onun işdən azad olmağı barədə sərəncamın başlığında Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti yazıldığı halda, həmin sərəncama qanunsuz olaraq AMEA-nın 1-ci vitse prezidenti vəzifəsini icra edən akademikkatib Arif Həşimov imza etmişdir. Hansı ki, Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamı ilə xx.xx.2022-ci il tarixdən AMEA-nın prezidenti vəzifəsinə akademik İsa Həbibbəyli təsdiq olunmuşdur.Azərbaycan Respublikası Əmək Məcəlləsinin 42-ci maddəsinin 2-ci hissəsinə əsasən əmək müqaviləsinin tərəflərindən biri işəgötürən, digəri isə işçidir. Həmin Məcəllənin 49-cu maddəsinə əsasən əmək müqaviləsinin bağlanılması, ona dəyişiklik edilməsi və ya xitam verilməsi bununla bağlı elektron informasiya sisteminə elektron imza vasitəsilə işəgötürən tərəfindən elektron qaydada məlumat göndərildikdən sonra hüquqi qüvvəyə minir. Həmin elektron imza isə qanunla işəgötürənə - AMEA prezidentinə məxsusdur və digərləri tərəfindən mənimsənilməsi qanunla məsuliyyət yaradır. Dövlət orqanlarında 35 ildən artıq peşəkar hüquqşünas kimi məsul vəzifələrdə çalışmışdır. Dövlət qulluğunun müşaviri ixtisas dərəcəsinə malikdir. Dövlət qulluğunda fərqlənməyə görə fəxri fərmanla təltif olunmuşdur. Heç zaman barəsində intizam tənbeh tədbiri olmayıb. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Ədliyyə Akademiyası və Mediasiya Şurası tərəfindən verilmiş Əmək, Ailə, Komersiya münasibətləri, İstehlakçı hüquqlarının qorunması və Uşaqların hüquqlarının qorunması üzrə müvafiq Sertifikatlara layiq görülmüş aktiv Mediatordur. xx.xx.2021-ci il tarixdən Mediasiya Şurasının üzvüdür. Pensiya yaşına 1 il bir ay qalıb. Bütün bunlar nəzərə alınmaqla işçilərin sayının azaldılması və ya ştatların ləğv edilməsi səbəbi ilə onun işdən azad edilməyini həm qanuna, həm dövlətçiliyə, həm də insanlığa zidd hesab edir. 7. O, xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixinədək əmək qabiliyyətini müvəqqəti itirməklə bağlı ambulator müalicədə olduğu halda, onu xx.xx.2022-ci il tarixindən qanunsuz olaraq işdən azad ediblər. Sonradan iddiaçı ərizə verərək, 2(009)-621/2023 saylı mülki iş üzrə cavabdehin Azərbaycan Milli Elmlər Akademiyası olması barədə dəqiqləşdirməni qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, onun işdən azad olunmağı barədə AMEA Prezidentinin 04 noyabr 2022ci il tarixli 574 nömrəli sərəncamının ləğv edilməsi və AMEA X24 baş mütəxəssis vəzifəsinə bərpa edilməyi, məcburi iş buraxmaya görə itirilmiş əmək haqqının birdəfəlik ödənilməsi, habelə qanuni hüquqlarının pozulduğuna və ona dəymiş mənəvi ziyana görə 30000 manat məbləğində təzminat ödənilməsi öhdəliyinin AMEA X25 üzərinə qoyulması tələbi ilə bağlı Bakı Şəhəri Səbail Rayon Məhkəməsinin icraatında olan 2(009)-621/2023 saylı 14 fevral tarixli mülki iş üzrə cavabdeh Azərbaycan Milli Elmlər X13 Aparatı göstərilmişdir.

2. Cavabdehin nümayəndəsi iddiaya qarşı etiraz təqdim edərək göstərmişdir ki, iddiaçı iddia ərizəsində iddia edir ki, Azərbaycan Milli Elmlər Akademiyasının AMEA Rəyasət Heyətinin xx.xx.2022-ci il tarixli 13/1 nömrəli qərarı ilə tanış deyildir. Lakin xx.xx.2022-ci il tarixli ona həmin tarixdə elan olunmuş xəbərdarlıqdan görünür ki, həmin tarixdə iddiaçı qərar ilə tanış edilmiş və ona əmək müqaviləsinin xx.xx.2022-ci il tarixində Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin "b” bəndinə əsasən ləğv olunacağı barədə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 77-ci maddəsinin 1-ci hissəsinin tələblərinə uyğun olaraq, azı 6 təqvim həftəsi qabaqcadan xəbərdar edilmişdir. İddia ərizəsində özü etiraf edir ki, xəbərdarlığı imzaladıqdan, orada qeydlərini apardıqdan sonra onu geri qaytarmışdır. İddiaçı öz çıxışlarında dəfələrlə bildirir ki, onun əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin "b” bəndi ilə deyil, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin "a” bəndi ilə xitam verilməli idi, lakin iddiaçı nəzərə almır ki, baxılan halda əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin "a” bəndi ilə (müəssisə ləğv edildikdə) xitam verilə bilməzdi, çünki baxılan halda Azərbaycan Milli Elmlər Akademiyasında işçilərin sayı və ştatlar ixtisar olunmuşlar, Azərbaycan Milli Elmlər Akademiyasının özünün ləğvindən söhbət belə getmir. İddiaçı iddia ərizəsində iddia edir ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin "b” bəndinə əsasən əmək müqaviləsinə xitam verilərkən, AMEA X33ı Həmkarlar Təşkilatının qabaqcadan razılığı olmamışdır. Lakin məhkəməyə təqdim olunmuş sənədlərdən görünür ki, AMEA-nın prezidenti vəzifəsini icra edən akademik Arif Həşimovun xx.xx.2022-ci il tarixli təqdimatı və eyni zamanda, AMEA X33ı Kadrlar şöbəsinin müdiri Natiq Mehdiyevin AMEA X25 bir sıra struktur vahidlərinin ləğv edilməsi ilə əlaqədar həmin struktur vahidlərində işləyən işçilərin əmək müqavilələrinin ləğv edilmələri məsələlərinə baxılması barədə xx.xx.2022-ci il tarixli 04-62 nömrəli müraciəti AMEA X33ı Həmkarlar Təşkilatının iclasında müzakirəyə çıxarılmışdır. Müraciət AMEA X33ı Həmkarlar Təşkilatının xx.xx.2022-ci il tarixli iclasında müzakirə olunaraq, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin "b” bəndinə (işçilərin sayı və ya ştatları ixtisar edildikdə) əsasən, AMEA X25 ləğv edilmiş struktur vahidlərində işləyən işçilərin Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 78-ci və 79-cu maddələrinə uyğun olaraq onların ixtisar zamanı işdə saxlanmağa üstünlüyü və əmək müqaviləsinə xitam verilməsinin qadağan edildiyi hallar nəzərə alınmaqla əmək müqavilələrinə xitam verilməsinə razılıq verilmişdir. 4. İddiaçı iddia ərizəsində iddia edir ki, onun işdən azad olunması haqqındakı sərəncamı AMEA-nın prezidenti deyil, buna səlahiyyəti olmayan birinci vitseprezident vəzifəsini icra edən akademik-katib Arif Həşimovun imza etməsi qeyri-qanuni olmuşdur. Lakin iddiaçı nəzərə almamışdır ki, Azərbaycan Milli Elmlər Akademiyasının prezidentinin "Azərbaycan Milli Elmlər X19 aparatında həyata keçirilən islahatlar barədə” xx.xx.2022-ci il tarixli 557 nömrəli Sərəncamı ilə Azərbaycan Milli Elmlər X19 aparatında həyata keçirilən islahatlarla əlaqədar AMEA Rəyasət Heyətinin xx.xx.2022-ci il tarixli 13/1 nömrəli və xx.xx.2022-ci il tarixli 15/1 nömrəli qərarları ilə yaradılmış yeni şöbə və bölmələrdə xəbərdarlıq edilmiş işçilər barədə verilən sərəncam və əmrlərin xx.xx.2022-ci il tarixinədək imzalanması səlahiyyətləri AMEA-nın birinci vitse-prezidenti vəzifəsini icra edən, akademikkatib akademik X21 həvalə edilmişdir. Bu hal Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 42-ci maddəsinin 2-ci hissəsinə və Həmin Məcəllənin 49-cu və 188-ci maddələrinə zidd deyildir, çünki həmin vaxt Azərbaycan Milli Elmlər X19 aparatında həyata keçirilən islahatlarla əlaqədar AMEA Rəyasət Heyətinin xx.xx.2022-ci il tarixli 13/1 nömrəli və xx.xx.2022-ci il tarixli 15/1 nömrəli qərarları ilə yaradılmış yeni şöbə və bölmələrdə xəbərdarlıq edilmiş işçilər barədə verilən sərəncam və əmrlərin xx.xx.2022-ci il tarixinədək imzalanması səlahiyyətləri AMEA-nın birinci vitse prezidenti vəzifəsini icra edən, akademik-katib akademik X21 həvalə edilmişdi. Azərbaycan Respublikası Prezidentinin 2014-cü il 11 dekabr tarixli 386 nömrəli Fərmanı ilə təsdiq edilmiş Azərbaycan Milli Elmlər Akademiyasının Nizamnaməsinin 9.6-cı bəndinə əsasən Akademiyanın prezidenti səlahiyyətlərinin müvəqqəti icrasını birinci vitseprezidentlərinə tapşıra bilər. 5. İddiaçı iddia ərizəsində iddia edir ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 78-ci maddəsinin 1-ci hissəsinə əsasən işçilərin sayı azaldıqda və ya ştatları ixtisar edildikdə müəyyən vəzifələr üzrə əmək funksiyalarının icrası üçün tələb olunan ixtisas və peşəkarlıq səviyyəsi olan işçilər işdə saxlanılmalıdır. Nəzərə alınsa ki, Azərbaycan Milli Elmlər X7 "AMEA X25 bir sıra struktur vahidlərinin ləğv edilməsi haqqında” xx.xx.2022-ci il tarixli 13/1 nömrəli qərarı ilə "AMEA X25 rəhbərinin xidməti” struktur vahidinin işçilərinin sayı azaldılmamış və ya ştatları ixtisar edilməmişdir, struktur vahidi tamamilə ləğv edilmişdir, yəni işdə saxlanılmalı işçilər olmadığı üçün işçilər arasından peşəkarlıq səviyyəsinə görə seçim etmək zərurəti yaranmamışdır. 6. İddiaçı iddia ərizəsində iddia edir ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 79-cu maddəsinə əsasən əmək qabiliyyətini müvəqqəti itirən işçilərin əmək müqaviləsinin ləğv edilməsi qadağandır və onun xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixinədək əmək qabiliyyətini müvəqqəti itirməklə bağlı ambulator müalicədə olduğu halda, onu 04 noyabr 2022-ci il tarixindən qanunsuz olaraq işdən azad ediblər. Bildirilir ki, Azərbaycan Milli Elmlər X19 aparatının inzibati binasının girişində quraşdırılmış turniket qeydlərindən və videokamera görüntülərindən də görünür ki, iddiaçı 2022-ci ilin noyabr ayının 1-dən 4-ə kimi hər gün işdə olmuşdur. Həmçinin AMEA X25 İnsan resursları şöbəsinin xx.xx.2023-cü il tarixli 8-1/2-378/2023 nömrəli arayışında da iddiaçının əmək müqaviləsinə xitam verildiyi xx.xx.2022-ci il tarixində və sonrakı günlərdə AMEA-ya əmək qabiliyyətinin olmaması vərəqəsinin (tibbi sənədinin) olması barədə hər hansı bir məlumat vermədiyi və bu haqda heç bir müvafiq sənəd təqdim etmədiyi bildirilir. 7. Əlavə olaraq, əmək müqavilələrinin qeydiyyatları aparılan məlumat bazasından çıxarışdan görünür ki, iddiaçı xx.xx.2022-ci il tarixindən Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyinin Dendrologiya İnstitutunda baş mütəxəssis (əlavə) vəzifəsində, xx.xx.2023-cü il tarixindən isə Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyinin X8 baş mütəxəssis (əsas) vəzifəsində işləyir. Bu isə o deməkdir ki, bir çox ixtisara düşmüş əməkdaşlardan fərqli olaraq, iddiaçı nəinki əlavə, hətta əsas iş yeri ilə təmin olunmuşdur. Cavabdeh tərəf iddiaçının iddialarını tamamilə əsassız hesab edərək onların təmin olunmayaraq rədd olunması barədə yekun məhkəmə qərarının qəbul olunmasını xahiş etmişdir.

3. Cavabdehin nümayəndəsi həmçinin iddia müddətinin tətbiqinə dair ərizə verərək göstərmişdir ki, iddiaçı xx.xx.2022-ci il tarixindən işdən azad edilməsinə baxmayaraq, "işə bərpa” tələbi ilə məhkəməyə yalnız xx.xx.2022-ci il tarixdə müraciət etmişdir, yəni 1 ay 26 gündən sonra Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 296-cı maddəsinin 2-ci bəndinə əsasən bu maddənin birinci hissəsində göstərilən haldan başqa, qalan bütün hallarda fərdi əmək mübahisəsinin həll edilməsi üçün işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 təqvim ayı ərzində məhkəməyə müraciət edə bilər. Bununla da iddiaçı əmək mübahisəsinin həll edilməsi üçün məhkəməyə müraciət müddətini ötürmüşdür. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Göstərilənlərə əsasən iddiaçı iddia ərizəsini iddia müddəti keçdikdən sonra verdiyindən iddiaçının iddiasından imtina barəsində müvafiq məhkəmə qərarı çıxarılması xahiş edilmişdir.

4. Birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmişdir ki: - Azərbaycan Milli Elmlər Akademiyasının Prezidentinin 63 nömrəli, 28 aprel 2021-ci il tarixli İddiaçı baş mütəxəssis vəzifəsinə işə qəbul edilməsi haqqında sərəncamından görünür ki, AMEA X25 rəhbəri filologiya üzrə fəlsəfə doktoru, dosent Seyfəl Həsənovun xx.xx.2021-ci il tarixli 01-H-398 nömrəli təqdimatına və İddiaçı ərizəsinə əsasən: 1.İddiaçı 30 aprel 2021-ci il tarixindən AMEA Rəyasət Heyət aparatının rəhbərinin xidmətinin baş mütəxəssisi vəzifəsinə işə qəbul edilmiş və əməkhaqqı ştat cədvəlinə uyğun ödənilmiş. 2. AMEA X25 rəhbərinə (filologiya üzrə fəlsəfə doktoru, doseni Seyfəl Həsənov), AMEA X25 Kadrlar şöbəsinə və Maliyyə şöbəsinə (texnika üzrə fəlsəfə doktoru İlqar Quliyev) tapşırılsın ki, sərəncamın icrasından irəli gələn məsələləri həll etsinlər; - İddiaçı ünvanlandığı 19 sentyabr 2022-ci il tarixli xəbərdarlıqdan görünür ki, AMEA Rəyasət Heyətinin xx.xx.2022-ci il tarixli 13/1 nömrəli qərarı ilə AMEA X25 strukturunda dəyişiklik edilmişdir. Həmin qərarın 1-ci bəndi ilə hazırda işlədiyiniz AMEA X25 rəhbərinin xidməti ləğv edilmişdir. Bununla əlaqədar olaraq əmək müqavilənizin 31 oktyabr 2022-ci il tarixində Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndinə əsasən ləğv olunacağı barədə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 77-ci maddəsin 1-ci hissəsinin tələblərinə uyğun olaraq, azı 6 (altı) təqvim həftəsi qabaqcadan xəbərdar edilirsiniz. Xəbərdarlıq müddəti ərzində hər iş həftəsində əmək haqqı saxlanılmaqla iş axtarmağa imkan yaradılması məqsədi ilə azı bir iş günü əmək funksiyasının icrasından azad edilmişdir. Xəbərdarlıq müddətində Azərbaycan Respublikası Əmək Məcəlləsinin 77-ci maddəsində nəzərdə tutulmuş təminatlarla təmin edilib və həmin maddənin 4-cü hissəsinə uyğun olaraq, azı altı təqvim həftəsi xəbərdarlıq müddəti əvəzinə orta aylıq əməkhaqqının 1,7 misli miqdarında işdənçıxma müavinəti bir dəfəyə ödənməklə müvafiq əsasla əmək müqaviləyə xitam verilə bilər. Bu halda xəbərdarlıq müddəti əvəzinə verilən ödəniş xəbərdarlıq müddətinin ötmüş hissəsinə mütənasib olaraq azaldılacaqdır; - Azərbaycan Milli Elmlər Akademiyasının Prezidentinin 574 nömrəli, 04 noyabr 2022-ci il tarixli İddiaçı işdən azad edilməsi haqqında sərəncamından görünür ki, AMEA Rəyasət Heyətinin 19 avqust 2022-ci il tarixli 15/1 nömrəli qərarı ilə AMEA X25 bir sıra struktur vahidləri ləğv edilmişdir. Bununla əlaqədar olaraq, AMEA X25 ləğv edilmiş Aparatı rəhbərinin xidmətində baş mütəxəssis vəzifəsini tutmuş İddiaçı Azərbaycan Respublikası Əmək Məcəlləsinin 77-ci maddəsinin 1-ci bəndinə uyğun olaraq, xx.xx.2022-ci il tarixində xəbərdarlıq edilmiş və həmin maddənin 2-ci bəndinə uyğun olaraq ona hüquqları izah edilmişdir. Yuxarıda qeyd edilənlərə və Azərbaycan Respublikası Əmək Məcəlləsinin 80-ci maddəsinə uyğun olaraq, AMEA X33ı Həmkarlar təşkilatının xx.xx.2022-ci il tarixli 01-H-1481 nömrəli məktubu ilə AMEA X25 ləğv edilmiş struktur vahidlərində işləyən işçilərin Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndi ilə işdən azad edilməsinə razılıq verdiyini nəzərə alaraq: 1. AMEA X33ı rəhbərinin xidmətinin baş mütəxəssisi İddiaçı əmək müqaviləsinə 4 noyabr 2022-ci il tarixindən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndinə əsasən xitam verilmişdir. 2. Azerbaycan Respublikası Əmək Məcəlləsinin 77-ci maddəsində nəzərdə tutulmuş təminatlara uyğun olaraq, İddiaçı AMEA X24 beş ildən on ilədək əmək stajı nəzərə alınmaqla orta aylıq əməkhaqqının 1,7 misli miqdarında işdənçıxarma müavinəti ödənilmişdir. 3. AMEA X33ı Kadr potensialı və təhsil şöbəsi (Natiq Mehdiyev), Hüquqi təminat şöbəsi (Nümayəndə) və Maliyyə şöbəsi (texnika üzrə fəlsəfə doktoru İlqar Quliyev) sərəncamın icrasından irəli gələn məsələləri həll etsinlər; - Azərbaycan Milli Elmlər Akademiyasının Prezidentinin 328 nömrəli, 08 iyul 2022-ci il tarixli İddiaçı əmək məzuniyyətinin verilməsi haqqında sərəncamından görünür ki, AMEA X33ı rəhbərinin xidmətinin baş mütəxəssisi İddiaçı 1 avqust 2022-ci il tarixindən xx.xx.2021-xx.xx.2022-ci iş ili üçün 36 təqvim günü əmək məzuniyyəti (əsas məzuniyyət 30 təqvim günü, əlavə məzuniyyət — staja görə 6 təqvim günü) verilmişdir; - Baş Səhiyyə Mərkəzinin 4 nömrəli Birləşmiş Şəhər Xəstəxanasının əmək qabiliyyətinin olmaması ******* nömrəli vərəqəsindən görünür ki, İddiaçı 02 noyabr 2022-ci il tarixdən 05 noyabr 2022-ci il tarixədək əmək qabiliyyətinin itirilməsi diaqnozu qoyulmuşdur; - Azərbaycan Respublikasının Nazirlər Kabinetinin Azərbaycan Milli Elmlər Akademiyasının strukturunun və işçilərinin say həddinin təsdiq edilməsi haqqında 30 sentyabr 2022-ci il tarixli qərarından görünür ki, Azərbaycan Respublikasında elm və təhsil sahəsində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı bəzi tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 28 iyul tarixli 769 nömrəli Fərmanının 6.3-cü bəndinin icrasını təmin etmək məqsədilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır: 1.“Azərbaycan Milli Elmlər Akademiyasının strukturu” təsdiq edilsin. 2. Azərbaycan Milli Elmlər Akademiyasının büdcədən maliyyələşdirilən işçilərinin say həddi 3510 ştat vahidi olaraq təsdiq edilsin. 3. “Azərbaycan Milli Elmlər Akademiyasının strukturunun və işçilərinin say həddinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 17 noyabr tarixli 363 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2015, Ns 11, maddə 1426; 2016, Na 7, maddələr 1356,1359; 2017, N 1 maddə 127; 2020, N 10, maddə 1263; 2021, N 9, maddə 1076) ləğv edilsin. Azərbaycan Milli Elmlər Akademiyasının strukturu: 1. Azərbaycan Milli Elmlər X14 aparatı. 2. Azerbaycan Milli Elmlər Akademiyasının elmi müəssisələri: 2.1.Respublika Seysmoloji Xidmət Mərkəzi; 2.2. Abbasqulu Ağa Bakıxanov adına Tarix İnstitutu; 2.3. Arxeologiya, Etnoqrafiya və Antropologiya institutu; 2.4. X29 adına Şərqşünaslıq İnstitutu; 2.5. Fəlsəfə və Sosiologiya institutu; 2.6. Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu; 2.7. Nəsimi adına Dilçilik İnstitutu; 2.8. Memarlıq və İncəsənət İnstitutu; 2.9. Məhəmməd Füzuli adına Əlyazmalar institutu; 2.10. Folklor İnstitutu; 2.11.Qafqazşünaslıq İnstitutu; 2.12.“Azərbaycan Milli Ensiklopediyası” Elmi Mərkəzi; 2.13. X30 Mərkəzi; 2.14. X35 Mərkəzi; 2.15. X31; 2.16. “Elm" Nəşriyyatı. 3.Naxçıvan bölməsinin Aparatı. 4. Naxçıvan bölməsinin tabeliyində olan elmi müəssisələr: 4.1.Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutu; 4.2.İncəsənət, Dil və Ədəbiyyat İnstitutu; 4.3 Əlyazmalar Fondu. 5.Gəncə bölməsinin Aparatı.

6. Gəncə bölməsinin tabeliyində olan elmi müəssisələr: 6.1.Humanitar Tədqiqatlar institutu; 6.2. Diyarşünaslıq institutu; 6.3. X32. - Azərbaycan Milli Elmlər Akademiyasının Prezidentinin 27 oktyabr 2022-ci il tarixli, 557 nömrəli sərəncamından görünür ki, Azərbaycan Milli Elmlər X19 aparatında həyata keçirilən islahatlarla əlaqədar AMEA Rəyasət Heyətinin 7 iyul 2022-ci il tarixli 13/1 nömrəli və 19 avqust 2022-ci il tarixli 15/1 nömrəli qərarları ilə yaradılmış yeni şöbə və bölmələrdə xəbərdarlıq edilmiş işçilər barədə verilən sərəncam və əmrlər xx.xx.2022-ci il tarixinədək AMEA-nın birinci vitse-prezidenti vəzifəsini icra edən, akademik-katib akademik X26 tərəfindən imzalanması tapşırılmışdır; - Azərbaycan Milli Elmlər X13 X5 iclasının 13 nömrəli 29 iyul 2022-ci il tarixli protokol çıxarışından görünür ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci naddəsinin “b” bəndinə (işçilərin sayı və ya ştatları ixtisar edildikdə) əsasən, AMEA X25 ləğv edilmiş struktur vahidlərində işləyən işçilərin (siyahı əlavə olunur) Azərbaycan Respublikasının Əmək məcəlləsinin 78-ci və 79-cu maddəsinə uyğun olaraq onların ixtisar zamanı işdə saxlanmağa üstünlüyü və əmək nüqaviləsinə xitam verilməsinin qadağan edildiyi hallar nəzərə alınmaqla əmək müqavilələrinə xitam verilməsinə razılıq verilməsi qərara alınmışdır; - Azərbaycan Milli Elmlər Akademiyasının Prezidentinin 376 nömrəli, 20 iyul 2022-ci il tarixli AMEA Rəyasət Heyətinin 07 iyul 2022-ci il tarixli 13/1 nömrəli qərarının icrasının təmin edilməsi haqqında sərəncamından görünür ki, “AMEA X25 bir sıra struktur vahidlərinin ləğv edilməsi haqqında" AMEA Rəyasət Heyətinin 7 iyul 2022-ci il tarixli 13/1 nömrəli qərarının 2-ci bəndinin icrasının təmin edilməsi məqsədilə: 1.“AMEA X25 bir sıra struktur vahidlərinin ləğv edilməsi haqqında" AMEA Rəyasət Heyətinin 7 iyul 2022-ci il tarixli 13/1 nömrəli qərarı AMEA X25 ləğv edilmiş struktur vahidlərinin işçilərinə elan edilsin. 2. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 77-ci maddəsinin tələblərinə uyğun olaraq, işlədiyi struktur vahidi ləğv edilmiş işçilərə rəsmi xəbərdarlıq edilsin. 3. İşlədiyi struktur vahidi ləğv edilmiş, lakin AMEA prezidentinin sərəncamı ilə əmək məzuniyyəti verilmiş işçilərə rəsmi xəbərdarlığın onların əmək məzuniyyətinin bitdiyi tarixdə elan edilməsi təmin edilsin. 4. AMEA X25 ləğv edilmiş struktur vahidlərinin işçilərinin əmək müqavilələrinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin müvafiq maddələrinin tələblərinə uyğun olaraq xitam verilməsi təmin edilsin. 5. AMEA X33ı İşlər idarəsi (texnika elmləri doktoru Elton Məmmədov), Kadrlar şöbəsi (Natiq Mehdiyev), Maliyyə şöbəsi (texnika üzrə fəlsəfə doktoru ilqar Quliyev) və Hüquq şöbəsi (Nümayəndə) sərəncamın icrasından irəli gələn məsələləri həll etsinlər. Azərbaycan Milli Elmlər X7 AMEA X25 bir sıra struktur vahidlərinin ləğv edilməsi haqqında 13/1 nömrəli, 07 iyul 2022-ci il tarixli qərarından görünür ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 7 yanvar 2022-ci il tarixli 5 nömrəli qərarının 6.1. bəndi ilə Azərbaycan Milli Elmlər Akademiyasına Akademiyanın strukturunun təkmilləşdirilməsi ilə bağlı müvafiq tapşırıqlar verilmişdir. Həmin tapşırıqla bağlı qarşıda duran vəzifələrin icrası Azərbaycan Milli Elmlər Akademiyası Ümumi yığıncağının 27 aprel 2022-ci il tarixli 2/1 nömrəli qərarının 3.1.4-cü bəndi ilə AMEA Rəyasət Heyətinə həvalə edilmişdir. Bundan əlavə, AMEA X24 idarəetmə sisteminin və strukturun optimallaşdırılması, struktur bölmələrin və işçilərin funksiyalarına uyğun komplektləşdirilməsi ilə əlaqədar “AMEA-nın elmi bölmələrinin və X25 strukturunun təkmilləşdirilməsi haqqında” AMEA Rəyasət Heyətinin 1 aprel 2022-ci il tarixli 8/2 nömrəli qərarı qəbul edilmişdir. Həmin qərardan irəli gələn məsələlərin icrasının təmin edilməsi məqsədilə AMEA Rəyasət Heyətinin 13 may 2022-ci il tarixli 10/2 nömrəli qərarı ilə AMEA X25 strukturunun və idarəetmə sisteminin təkmilləşdirilməsi üzrə Komissiya yaradılmış və Komissiyaya AMEA X25 yeni strukturunun layihəsinin və idarəetmə sisteminin təkmilləşdirilməsi ilə bağlı təkliflərin hazırlanması tapşırılmışdır. Qeyd olunanları nəzərə alaraq, həmçinin AMEA X25 strukturunun müasir innovativ və çevik idarəetmə meyarlarının tələblərinə uyğun təkmilləşdirilməsi məqsədilə ilkin mərhələdə Azərbaycan Milli Elmlər X13: 1. AMEA X25 “AMEA X25 rəhbərinin xidməti”, “AMEA prezidentinin katibliyi”, “Daxili audit və nəzarət şöbəsi”, İşlər idarəsinin “Sosial xidmətlər şöbəsi” və İşlər idarəsinin tabeliyində “Təmir-tikinti şöbəsi” struktur vahidləri ləğv edilməsi; 2. AMEA X25 ləğv edilmiş “AMEA X25 rəhbərinin xidməti”, “AMEA prezidentinin katibliyi”, “Daxili audit və nəzarət şöbəsi", İşlər idarəsinin “Sosial xidmətlər şöbəsi” və İşlər idarəsinin tabeliyində “Təmir-tikinti şöbəsi” struktur vahidlərinin işçilərinin əmək müqavilələrinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin müvafiq maddələrinin tələblərinə uyğun olaraq xitam verilməsi təmin edilməsi, 3. AMEA X33ı İşlər idarəsi (texnika elmləri doktoru Elton Məmmədov), Kadrlar şöbəsi (Natiq Mehdiyev), Maliyyə şöbəsi (texnika üzrə fəlsəfə doktoru İlqar Quliyev) və Hüquq şöbəsi (Nümayəndə) qərarın icrasından irəli gələn məsələləri həll edilməsi; 4. Qərarın icrasına nəzarət AMEA-nın prezidenti vəzifəsini icra edən akademik Arif Həşimova həvalə edilməsi qərara alınmışdır; - AMEA Rəyasət Heyətinin 07 iyul 2022-ci il tarixli qərarı ilə AMEA X25 bir sıra struktur vahidləri ləğv edilmişdir; - AMEA X25 İnsan resursları şöbəsinin xx.xx.2023-cü il tarixli arayışından görünür ki, vətəndaş İddiaçı xx.xx.2021-ci il tarixində AMEA X33ı rəhbərinin xidmətinə baş mütəxəssis vəzifəsinə işə qəbul edilmişdir. İddiaçı əmək müqaviləsinə AMEA prezidentinin xx.xx.2022-ci il tarixli 574 nömrəli sərəncamı ilə xx.xx.2022-ci il tarixindən Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndinə əsasən xitam verilmişdir. İddiaçı əmək müqaviləsinə xitam verildiyi xx.xx.2022-ci il tarixində və sonrakı günlərdə AMEA-ya əmək qabiliyyətinin olmaması vərəqəsinin (tibbi sənədinin) olması barədə hər hansı bir məlumat verməmiş və bu haqda heç bir müvafiq sənəd təqdim etməmişdir; - Turniket çıxarışından görünür ki, İddiaçı 01 noyabr 2022-ci il tarixində saat 09:02 radələrindən daxil olmuş, saat 17:46-da çıxmışdır idarədən. 02 noyabr 2022-ci il tarixində saat 17:47-də daxil olmuşdur. 03 noyabr 2022-ci il tarixində 08:46da daxil olmuş, 17:45-də çıxmışdır. 04 noyabr 2022-ci il tarixində 08:54-də daxil olmuşdur; - Əmək müqaviləsi çıxarışından görünür ki, İddiaçı xx.xx.2022-ci il tarixində Azərbaycan Milli Elmlər Akademiyasının Dendrologiya institunda baş mütəxəssis vəzifəsində çalışmışdır. xx.xx.2023-cü il tarixində Azərbaycan Milli Elmlər X3 İnstitutunun Beynəlxalq və ictimaiyyətlə əlaqələr şöbəsində baş mütəxəssis vəzifəsində çalışmışdır; - AMEA X25 İnsan resursları şöbəsinin xx.xx.2023-cü il tarixli arayışından görünür ki, AMEA Rəyasət Heyətinin xx.xx.2022ci il tarixli 13/1 nömrəli və xx.xx.2022- ci il tarixli 15/1 nömrəli qərarları ilə AMEA X25 bir sıra struktur vahidləri ləğv edilmişdir. Struktur dəyişikliyi zamanı AMEA X25 işçiləri qanunvericiliyin tələbləri gözlənilməklə, AMEA-nın tabeliyində olan strukturlarda işlə təmin olunmuş, bəzi əməkdaşlar isə təklif olunmuş vəzifələrə təyin olunmalarını istəmədikləri təqdirdə, müvafiq vakant yer olmaması səbəbindən onların əmək müqavilələrinə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndinə əsasən xitam verilmişdir. Bildirib ki, yuxanda qeyd edilən struktur dəyişikliklərindən sonra və hazırda AMEA X24 baş mütəxəssis, aparıcı mütəxəssis və mütəxəssis ştat vahidləri üzrə vakant yer yoxdur; - Azərbaycan Milli Elmlər X7 AMEA X25 strukturunda bir sıra dəyişiklik edilməsi haqqında 2/8 nömrəli, 16 yanvar 2023-cü il tarixli qərardan görünür ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin “Azərbaycan Respublikasında elm və təhsil sahəsində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı bəzi tədbirlər haqqında” 28 iyul 2022-ci il tarixli 1769 nömrəli Fərmanının icrasını təmin etmək məqsədilə AMEA Rəyasət Heyəti tərəfindən 19 avqust 2022-ci il tarixli 15/1 nömrəli qərar qəbul edilmişdir. Qərarın 2-ci bəndinə əsasən, AMEA X25 mövcud strukturunun AMEA-nın yeni strukturuna və işçilərin yeni say həddinə uyğunlaşdırılınası zərurəti nəzərə alınaraq, AMEA X25 yeni strukturu yaradılmışdır. Bundan əlavə, AMEA Rəyasət Heyətinin 31 oktyabr 2022-ci il tarixli 20/11 nömrəli qərarı ilə Akademiya şəhərciyi şöbəsi yaradılmış və şöbə AMEA X25 strukturuna daxil edilmişdir. Hazırda beynəlxalq təcrübədə elmi idarəetmə sahəsi üzrə yeni innovativ idarəetmə mexanizmlərinin tətbiqi, kadrların potensialından daha səmərəli istifadəyə imkan verən optimal struktur modellərinin təşkili təcrübəsi AMEA X25 strukturuna, onun şöbələrinin fəaliyyət istiqamətlərinə və bundan irəli gələrək həmin şöbələrin adlandırılmasına yenidən baxılması zərurəti yaratmışdır. Qeyd olunanları nəzərə alaraq, Azərbaycan Milli Elmlər X13 1. AMEA X25 Elmi, texniki və innovativ fəaliyyətin təşkili şöbəsi Elm və təhsil şöbəsi adlandırılması. 2. AMEA X25 Beynəlxalq əlaqələr və xaricdə elmi tədqiqatların (təhsilin) təşkili şöbəsi Beynəlxalq əlaqələr şöbəsi adlandırılması. 3. AMEA X25 Media və informasiya şöbəsi İctimaiyyətlə əlaqələr və informasiya şöbəsi adlandırılması. 4. AMEA X25 Kadr potensialı və təhsil şöbəsi İnsan resursları şöbəsi adlandırılması. 5. AMEA X25 Hüquqi təminat şöbəsi Hüquq şöbəsi adlandırılması. 6. AMEA X25 Ümumi şöbəsi Sənədlərlə iş şöbəsi adlandırılması. 7. AMEA X25 Elmi irsin və sənədlərin arxivləşdirilməsi şöbəsi Elmi irs şöbəsi adlandırılması. 8. AMEA X25 Maliyyə şöbəsi ləğv edilməsi. 9.AMEA X25 ləğv edilmiş Maliyyə şöbəsinin bazasında AMEA X25 Maliyyə və mühasibat şöbəsi yaradılması. 10. AMEA X25 yeni yaradılmış Maliyyə və mühasibat şöbəsi formalaşdırılanadək ləğv edilmiş Maliyyə şöbəsi öz funksiyalarının icrasını davam etdirməsi. 11. Əmək qanunvericiliyinə uyğun olaraq, AMEA X25 ləğv edilmiş Maliyyə şöbəsinin işçilərinə ştatların ixtisarı ilə əlaqədar olaraq xəbərdarlıq edilməsi, onların əmək müqavilələrinə bu əsasla xitam verilməsi və digər məsələlərin həlli təmin edilməsi. 12. AMEA X25 yeni strukturu təsdiq edilməsi 13. AMEA-nın elmi müəssisə və təşkilatlarının strukturuna daxil olan kadrlar şöbələri İnsan resursları şöbəsi adlandırılması. 14. AMEA X25 müvafiq struktur bölmələrinə tapşırılsın ki, qərarın icrasından irəli gələn məsələlərin həllini təmin edilməsi. 15. Qərarın icrasına nəzarət AMEA-nın birinci vitseprezidenti vəzifəsini icra edən, akademik-katib, akademik Arif Həşimova həvalə edilməsi qərara alınmışdır; - Azərbaycan Milli Elmlər Akademiyasının Prezidentinin AMEA X25 işçilərinin AMEA X33ı Elmi, texniki və innovativ fəaliyyətin təşkili şöbəsinə keçirilməsi barədə 601 nömrəli, 25 noyabr 2022-ci il tarixli sərəncamından görünür ki, AMEA Rəyasət Heyətinin xx.xx.2022-ci il tarixli 15/1 nömrəli qərarı ilə AMEA X25 yeni strukturu yaradılmışdır. Bu qərarın icrasını təmin etmək, eləcə də mövcud strukturun AMEA-nın yeni strukturuna və işçilərin yeni say həddinə uyğunlaşdırılması zərurəti ilə bağlı işçilərə ştatların ixtisarı ilə əlaqədar əmək qanunvericiliyinə uyğun olaraq xəbərdarlıq edilmişdir. Müvafiq struktur bölməsində işləyən işçilərin yeni strukturda nəzərdə tutulan vəzifələrə keçirilmələri ilə bağlı AMEA X33ı Elmi, texniki və innovativ fəaiiyyətin təşkili şöbəsinin müdiri texnika üzrə fəlsəfə doktoru Hüseyn Hüseynovun xx.xx.2022-ci il tarixli 01-H-1818 nömrəli təqdimatını və işçilərin ərizələrini nəzərə alaraq: 1. Aşağıda adları qeyd olunan işçilər 25 noyabr 2022-ci il tarixindən AMEA X33ı Elmi, texniki və innovativ fəaliyyətin təşkili şöbəsinə göstərilən vəzifələrə keçirilmişdir: 1.1. Fəlsəfə üzrə fəlsəfə doktoru X15 şöbə müdirinin müavini vəzifəsinə; 1.2. Fizika-riyaziyyat üzrə fəlsəfə doktoru Fariz Beykəs oğlu imranov baş mütəxəssis vəzifəsinə; 1.3. Texnika üzrə fəlsəfə doktoru X27 baş mütəxəssis vəzifəsinə: 1.4. X6 baş mütəxəssis vəzifəsinə; 1.5. X18 aparıcı mütəxəssis vəzifəsinə; 1.6. X22 aparıcı mütəxəssis vəzifəsinə; 1.7. X16 aparıcı mütəxəssis vəzifəsinə; 1.8. X17 mütəxəssis vəzifəsinə. AMEA X25 Kadr potensialı və təhsil şöbəsi (Natiq Mehdiyev) və Maliyyə şöbəsi (İlqar Quliyev) sərəncamın icrasından irəli gələn məsələləri həll edilməsi tapşırılmışdır; - Azərbaycan Milli Elmlər X19 Aparatının əmək kitabçalarının qeydiyyat kitabından görünür ki, İddiaçı xx.xx.2022-ci il tarixində əmək kitabçasını götürmüşdür.

5. Bakı Şəhəri Səbail Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(009)-621/2023 nömrəli qətnaməsi ilə (Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 2, 70, 77, 79, 300.1; “Mediasiya haqqında” Qanunun 24.7, 35.1; Mülki Prosessual Məcəllənin 4.6, 14.2, 77.1, 88, 217.4-cü maddələrinə istinad etməklə) iddia tələbi qismən təmin edilmiş, Azərbaycan Milli Elmlər Akademiyasının prezidentinin xx.xx.2022-ci il tarixli 574 nömrəli sərəncamının ləğv edilməsi, İddiaçı AMEA X24 baş mütəxəssis vəzifəsinə bərpa edilməsi, İddiaçı xx.xx.2022-ci il tarixindən qətnamə icra edilən müddətədək iddiaçıya məcburi işburaxma müddəti üçün əmək haqqının ödənilməsi, iddianın qalan hissələrdə təmin edilməməsi qət edilmişdir. Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri:

6. Cavabdeh tərəfindən qətnamədən apellyasiya şikayəti verilərək qətnamənin ləğv edilməsi və iddia tələbinin tamamilə rədd olunması barədə yeni qətnamə qəbul edilməsi xahiş edilmişdir. Apellyasiya şikayətində (Azərbaycan Respublikası Əmək Məcəlləsinin 79; Mülki Prosessual Məcəllənin 8, 9, 88-ci maddələrinə istinad etməklə) qeyd edilmişdir ki, məhkəmənin məqsədi hansı yolla olursa olsun iddiaçının əsassız iddialarını təmin etmək olduğundan, əmək qabiliyyətinin olmaması haqqında vərəqəsinin Baş Səhiyyə Mərkəzinin 4 nömrəli Birləşmiş Şəhər xəstəxanası tərəfindən deyil, "Baş Səhiyyə Mərkəzi” X34 14 nömrəli Birləşmiş Şəhər xəstəxanasının Poliklinikası tərəfindən verilməsinə fikir belə verməmişdir. Azərbaycan Milli Elmlər X19 aparatının inzibati binasının girişində quraşdırılmış turniket qeydlərindən və videokamera görüntülərindən də görünür ki, iddiaçı 2022-ci ilin noyabr ayının 02-dən 04-ə kimi hər gün bütün iş günü işdə olmuşdur. Həmçinin, AMEA X25 İnsan resursları şöbəsinin xx.xx.2023-cü il tarixli 8-1/2-378/2023 nömrəli arayışında da X20 əmək müqaviləsinə xitam verildiyi xx.xx.2022-ci il tarixində və sonrakı günlərdə AMEA-ya əmək qabiliyyətinin olmaması vərəqəsinin (tibbi sənədinin) olması barədə hər hansı bir məlumat vermədiyi və bu haqda heç bir müvafiq sənəd təqdim etmədiyi bildirilir. Cavabdehin məhkəməyə təqdim etdiyi Azərbaycan Milli Elmlər X19 aparatının inzibati binasının girişində turniket aparatının qeydləri məhkəmədə elan olunmuş və binanın girişində quraşdırılmış videokameraların videogörüntülərinə isə proses tərəflərinin iştirakları ilə baxışlar keçirilmiş, iddiaçının 2022-ci ilin noyabr ayının 02-dən 04-ə kimi hər gün bütün iş günü işdə olması tamamilə təsdiq olunmuş, eyni zamanda, qeyd olunan sübutlar mülki iş materiallarına əlavə olunmuşdur. Odur ki, məhkəmənin iddiaçının xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixinədək əmək qabiliyyətini müvəqqəti itirməsi ilə gəldiyi nəticələr xəstəlik tarixinin saxta olması səbəblərindən öz təsdiqini tapmır. İddiaçının iddiasının qismən təmin olunması halı da tamamilə əsassızdır. İddiaçının bütün iddiaları məhkəmə tərəfindən təmin olunmamalı idi. Digər tərəfdən, özünü məhkəməyə ambulator xəstə olmuş şəxs kimi təqdim etmiş iddiaçı xəstəlik vərəqini yalnız məhkəməyə təqdim etmişdir. Bunun səbəblərinin dəqiqləşdirilməsi üçün isə məhkəmə "Baş Səhiyyə Mərkəzi” X34 14 nömrəli Birləşmiş Şəhər xəstəxanasının Poliklinikasından xəstələrin qeydiyyatı kitabını götürüb, məhkəmədə onun baxışını keçirməlidir. Məhkəmə nəzərə almamışdır ki, iddiaçının ambulator xəstə olması kimi qeyd etdiyi tarixlərdə və vaxtlarda iddiaçı bütün iş günü müddətində iş yerində olmuş və təbii ki, həmin tarixlərdə və vaxtlarda onun hansısa həkimin qəbulunda və ya ambulator müalicədə olmasını iddia etmək absurddur. Bu halın daha da dəqiqləşdirilməsi üçün iddiaçının daim istifadəsində olan ***-***-**-** mobil telefonun 2022-ci ilin noyabr ayının 02-dən 04-ə kimi olan dövr üçün mobil telefon operatorundan həmin mobil nömrənin anten-əhatə dairələri haqqındakı məlumatların götürülməsi də kifayət edər.

7. İddiaçı apellyasiya şikayətinə qarşı etiraz verərək apellyasiya şikayətinin təmin olunmaması, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən qüvvədə saxlanması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinə etiraz iddia ərizəsinin məzmununa uyğun əsaslandırılmışdır. Həmçinin qeyd edilmişdir ki, o, 02-05 noyabr 2022-ci il tarixində xəstə olmuş, 06-07 noyabr istirahət günləri, 08 noyabr “Zəfər günü”, 09 noyabr isə “Azərbaycan Dövlət bayrağı günü” bayramı olmuşdur. xx.xx.2022-ci il tarixində işə çıxarkən işdən azad olunması barədə ona şifahi məlumat verilmiş,xx.xx.2022-ci il tarixdə son haqqhesab ödənilmişdir. O, xx.xx.2022-ci il tarixində Bakı 8 saylı Mediasiya Təşkilatına, xx.xx.2023cü il tarixində isə məhkəməyə müraciət etmişdir. Bundan başqa, Baş Səhiyyə Mərkəzinin 14 nömrəli Birləşmiş Şəhər Xəstəxanasının ******* nömrəli tibb vərəqəsinin saxta olubolmamasının araşdırılması ilə bağlı edilmiş cavabdehin nümayəndəsinin müraciəti əsasında Bakı şəhər Xəzər rayon prokurorluğunda araşdırma aparılmış və araşdırmanın nəticələri barədə Xəzər rayon prokurorluğu tərəfindən xx.xx.2023-cü il tarixli cinayət işi başlanılmasının rədd edilməsi haqqında qərar qəbul edilmişdir. Qərarla xəstəlik vərəqəsinin qanuni olması, verilməsi zamanı heç bir hüquq pozuntusuna yol verilmədiyi və Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1993-cü il tarixli 9 saylı qərarı ilə təsdiq olunmuş və hazırda qüvvədə olan “Sosial sığorta haqları ödəyən vətəndaşlara xəstəlik vərəqələrinin verilməsi haqqında Təlimat”a uyğun olduğu müəyyən edilmişdir.

8. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-6247/2023 nömrəli, 18 dekabr 2023-cü il tarixli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(009)-621/2023 nömrəli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmışdır.

9. Cavabdeh kassasiya şikayəti verərək qətnamənin ləğv edilib iddiaçının iddialarının tamamilə rədd edilməsi haqqında yeni qərar qəbul edilməsini xahiş etmişdir.

10. Azərbaycan Respublikası Ali Məhkəməsinin 2(102)-1287/2024 saylı işi üzrə xx.xx.2024-cü il tarixli qərarı ilə cavabdeh Azərbaycan Milli Elmlər Akademiyası tərəfindən verilmiş kassasiya şikayətinin qismən təmin edilməsi, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)- 6247/2023 nömrəli iş üzrə 18 dekabr 2023-cü il tarixli qətnaməsinin ləğv edilməsi, işin yeni apellyasiya baxışına göndərilməsi qərara alınmışdır. Qərarda Azərbaycan Respublikası Mülki Məcəlləsinin 379.1.6; Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndinə, 71.1,79.1, 296, 300.1; Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 407.2, 416.1, 416.2-ci maddələrinə istinadən qeyd edilmişdir ki, iş materiallarından görünür ki, İddiaçı ilə olan əmək müqaviləsinə işəgötürənin 574 nömrəli, xx.xx.2022-ci il tarixli sərəncamı ilə Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndinə əsasən, yəni işçilərin sayı və ya ştatları ixtisar edilməsi əsası ilə xitam verilmiş, bu zaman qanunvericiliyə görə işəgötürənin təşəbbüsü ilə əmək müqaviləsinin ləğv edilməsi barədə əmr verilənədək tətbiq edilməli qaydalara riayət olunmuşdur. Əmək müqaviləsinə xitam verilməsi barədə xx.xx.2022-ci il tarixli sərəncam verilərkən iddiaçı xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixidək əmək qabiliyyətinin olmaması barədə “Bakı Baş Səhiyyə Mərkəzi” X34 14 nömrəli Birləşmiş Şəhər xəstəxanasının Poliklinikası tərəfindən verilmiş xəstəlik vərəqəsini təqdim etmiş, işə baxan məhkəmələr həmin sənədi mötəbər sübut kimi qəbul edərək hesab etmişdir ki, həmin sənədin saxta olmaması məhkəmə araşdırmaları nəticəsində və Xəzər rayon prokurorluğunun xx.xx.2023-cü il tarixli cinayət işi başlanılmasının rədd edilməsi barədə qərarı ilə müəyyən edilmişdir, iddiaçının 04 noyabr 2022-ci il tarixdə iş yerində olması onun müəyyən səbəblərdən (məsələn şəxsi əşya götürmək və s.) iş yerinə gəlməsi onun iş yerində olması və əmək fəaliyyəti ilə məşğul olması kimi qiymətləndirilə bilməz, çünki iddiaçının həmin gün əmək fəaliyyəti məşğul olması barədə cavabdeh tərəf sübutlar təqdim edə bilməmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçının barəsində olan xəstəlik vərəqəsinin faktiki vəziyyəti əks etdirməməsi, xəstəlik vərəqəsində göstərilən tarixlərdə, yəni 2, 3 və 4 noyabr 2022-ci il tarixlərdə iddiaçı əmək qabiliyyətli olmaqla iş saatlarında iş yerində olması, iddiaçının adına olan xəstəlik vərəqəsini faktiki vəziyyəti əks etdirməməsi, saxta olması barədə apellyasiya şikayətində göstərilən və işə baxılan zaman cavabdeh tərəfin irəli sürdüyü dəlillərə apellyasiya məhkəməsi əhəmiyyət verməmiş, bu barədə təqdim olunmuş sübutlara tam və hərtərəfli baxmamış, nəticədə düzgün olmayan qətnamə qəbul etmişdir. İş materiallarına görə işəgötürən Azərbaycan Milli Elmlər X19 aparatının inzibati binasının girişində quraşdırılmış turniket qeydlərində və videokamera görüntülərində iddiaçının 2022-ci ilin noyabr ayının 02-dən 04-ə kimi hər gün iş yerində olması müəyyən edilmiş, iddiaçının özü də bu halı qismən təsdiq etmişdir. AMEA X25 İnsan resursları şöbəsinin xx.xx.2023-cü il tarixli 8-1/2-378/2023 nömrəli arayışında da İddiaçı əmək müqaviləsinə xitam verildiyi xx.xx.2022-ci il tarixdə və sonrakı günlərdə AMEA-ya əmək qabiliyyətsiziyinə dair vərəqənin (tibbi sənədin) olması barədə hər hansı bir məlumat verməmiş və bu haqda heç bir müvafiq sənəd təqdim etməmişdir. İddiaçı əmək müqaviləsinə xitam verildiyi xx.xx.2022-ci il tarixdə əmək qabiliyyətsiziyinə dair tibbi sənəd yalnız hazırkı iddia tələbi ilə müraciət edərkən məhkəməyə təqdim olunmuş, iddia ərizəsinə əlavə edilmişdir. Cavabdeh tərəfin müraciətinə əsasən iddiaçının adına verilmiş xəstəlik vərəqəsi ilə bağlı araşdırma aparılmış, Xəzər rayon prokurorluğunun xx.xx.2023-cü il tarixli qərarı ilə xəstəlik vərəqəsi verilərkən Nazirlər Kabinetinin xx.xx.1993-cü il tarixli 9 saylı qərarı ilə təsdiq olunmuş və hazırda qüvvədə olan “Sosial sığorta haqları ödəyən vətəndaşlara xəstəlik vərəqələrinin verilməsi haqqında Təlimat”ın tələblərinin sahə həkimi tərəfindən pozulmaması, sözügedən xəstəlik vərəqəsinin saxta olmasının müəyyən edilməməsi əsası ilə toplanmış material üzrə cinayət işinin başlanılmasının rədd edilmiş, həmin qərarda həmçinin hazırkı iş üzrə qanuni qüvvəyə minməmiş Səbail Rayon Məhkəməsinin 13 iyun 2023-cü il tarixli qətnaməsinə istinad olunmuşdur. Azərbaycan Milli Elmlər Akademiyasının “Baş Səhiyyə Mərkəzi” X34 14 nömrəli Birləşmiş Şəhər Xəstəxanasının Poliklinikasına qarşı hazırkı iş üzrə iddiaçının adına verilmiş əmək qabiliyyətinin olmaması vərəqəsinin barədə iddia ərizəsi Bakı İnzibati Məhkəməsinin icraatına qəbul edilmişdir. İddiaçı 18 oktyabr 2022-ci il tarixdən Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyinin Dendrologiya İnstitutunda baş mütəxəssis (əlavə), sonradan isə X8 baş mütəxəssis işləmişdir. İşə baxan məhkəmələr onun 04 noyabr 2022-ci il tarixdə əlavə iş yerində əmək fəaliyyəti ilə məşğul olmadığını müəyyən etməmişdir. Göründüyü kimi iddiaçının onunla olan əmək müqaviləsinə xitam verilən zaman iş yerində əmək fəaliyyəti ilə məşğul olmasına əsas verə biləcək hallar vardır. Məhkəmə həmin halları nəzərə almadan, əmək qabiliyyətinin müvəqqəti itirilməsinin yalnız xəstəlik vərəqəsi ilə təsdiq olunmasını əsas gətirərək iddianın təmin olunması barədə nəticəyə gəlsə də, cavabbeh Azərbaycan Milli Elmlər Akademiyasının müraciətinə əsasən prokurorluq orqanlarında aparılmış araşdırmanın, yəni Xəzər rayon prokurorluğunun xx.xx.2023-cü il tarixli qərarı cinayət işinin başlanmasının rədd olunmasına dair qərarın son nəticəsini və Azərbaycan Milli Elmlər Akademiyasının “Baş Səhiyyə Mərkəzi” X34 14 nömrəli Birləşmiş Şəhər Xəstəxanasının Poliklinikasına qarşı hazırkı iş üzrə iddiaçının adına verilmiş əmək qabiliyyətinin olmaması vərəqəsinin etibarsız hesab olunması barədə iddia ərizəsi üzrə Bakı İnzibati Məhkəməsinin qərarını gözləmədən məhkəmənin gəldiyi nəticə əsaslı hesab oluna bilməz. İşin yuxarıda qeyd olunan faktiki hallarını və sadalanan qanunvericilik aktları normalarının tələblərini nəzərə alan məhkəmə kollegiyası hesab edir ki, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının təqdim olunmuş sübutları tam və hərtərəfli araşdırmadan, işin nəticəsi üçün mühüm əhəmiyyət kəsb edən sübutlara lazımi hüquqi qiymət vermədən iş üzrə gəldiyi nəticəsi qanuni və əsaslı sayıla bilməz. Ona görə, də qətnamə ləğv edilməli və iş yeni apellyasiya baxışına göndərilməlidir. İşə yenidən baxan məhkəmə qeyd olunan nöqsanları aradan qaldırmaqla yanaşı işin hərtərəfli, tam və obyektiv tədqiqinə nail olmaq üçün lazım olan bütün tədbirləri görməli, toplanmış sübutlara Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinin tələbləri baxımından düzgün hüquqi qiymət verməlidir. Apellyasiya icraatı zamanı müəyyən edilən hallar

11. Bakı İnzibati Məhkəməsinin 26 aprel 2024-cü il tarixli, 2-1(112)-4211/2024 nömrəli qərardadı ilə iddiaçı Azərbaycan Milli Elmlər Akademiyasının cavabdeh «Bakı Baş Səhiyyə Mərkəzi» publik hüquqi şəxsə qarşı (üçüncü şəxs İddiaçı cəlb edilməklə) “tibb vərəqəsinin hüquqi qüvvəsi olmayan etibarsız sənəd hesab olunması” tələbinə dair iddiası mümkün sayılmamışdır. Bakı Apellyasiya Məhkəməsinin 2-1(103)-3061/2024 saylı işi üzrə xx.xx.2024cü il tarixli qətnaməsi ilə iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş və Bakı İnzibati Məhkəməsinin 26 aprel 2024-cü il tarixli, 2-1(112)-4211/2024 nömrəli qərardadı dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(102)-2939/2024 saylı işi üzrə xx.xx.2024-tarixli qərardadı ilə Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(103)-3061/2024 saylı qərardadından iddiaçı tərəfindən verilmiş şikayət üzrə kassasiya mümkün sayılmamış və şikayətin icraata qəbulundan imtina edilmişdir.

12. İddiaçı məhkəməyə ərizə ilə müraciət etmiş və qeyd etmişdir ki, ilkin iddia ərzəsində işdən azad olunmağı barədə AMEA prezidentinin 04 noyabr 2022-ci il tarixli 574 nömrəli Sərəncamını aşağıda qeyd etdiyi 7 halda qanununsuz hesab edərək ləğv olunmasını xahiş etmişdir.1) Sərəncamın giriş hissəsinin 1-ci cümləsində əsas kımı AMEA Rəyasət Heyətinin 19 avqust 2022-ci il tarixli 15/1 nömrəli qərarına istinad edilmiş və guya (surəti iddia ərizəsinə əlavə olunub) həmin qərarda işlədiyi Aparat rəhbərinin xidmətində baş mütəxəssis vəzifəsi ləğv edilmişdir. Halbuki, həmin qərarda işlədiyi Aparat rəhbərinin xidmətində baş mütəxəssis vəzifəsinin ləğv edilməsi nəzərdə tutulmamışdır. Bundan əlavə, həmin Sərəncamda əsas kimi göstərilən və sonradan saxta tərtib olunmuş xəbərdarlıqda işdən azad olunma günü 31 oktyabr 2022-ci il göstərilmişdir. Eyni zamanda üzvü olduğu X4nunla tələb olunan müvafiq razılığı olmadığı halda, onu 04 noyabr 2022-ci il tarixdə qanunsuz olaraq işdən azad ediblər. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 84-cü maddəsinin 2-ci hissəsinə əsasən bu 3 əsasdan biri kifayətdir ki, Sərəncam Məhkəmə tərəfindən etibarsız hesab edilsin. 2) Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “b" bəndi ilə işçinin əmək müqaviləsinə xitam verilərkən həmin Məcəllənin 80-ci maddəsinin 1-ci hissəsinə əsasən işçinin üzvü olduğu X4baqcadan razılığı olmalıdır. O, fərdi əmək müqaviləsi ilə işləmişdir. Lakin üzv olduğu X2 iştirakı ilə və onun barəsində keçirilən heç bir yığıncağı, müzakirəsi və razılığı olmamışdır. Cavabdehin mövcud olmayan “Azərbaycan Milli Elmlər X13 X5” qərarı kimi məhkəməyə təqdim etdiyi qanunsuz sənədin özündən də göründüyü kimi, həmin sənəd qanunla tələb olunan AMEA-nın bütün işçilərinin üzvü olduğu X9 deyil, yalnız 5 nəfər səlahiyyətsiz şəxs tərəfindən qeyri-peşəkar və sonradan tərtib olunmuş qanunsuz sənəddir və həmin sənəddə onun işdən azad olunmağına razılıq verilməmişdir. Bu hal birinci instansiya məhkəməsinin qətnaməsində də xüsusi olaraq qeyd edilib. 3)Onun işdən azad olunmağı barədə Sərəncamın başlığında Azərbaycan Milli Elmlər Akademiyasının Prezidenti yazıldığı halda, həmin sərəncama qanunsuz olaraq AMEA-nın 1-ci vitse-prezidenti vəzifəsini icra edən akademik-katib Arif Həşimov imza etmişdir. Hansı ki, Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin müvafiq Sərəncamı ilə 25 oktyabr 2022-ci il tarixdən AMEA-nın prezidenti vəzifəsinə akademik İsa Həbibbəyli təsdiq olunmuşdur. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 42-ci maddəsinin 2-ci hissəsinə əsasən əmək müqaviləsinin tərəflərindən biri işəgötürən, digəri isə işçidir. Həmin Məcəllənin 49-cu maddəsinə əsasən əmək müqaviləsinin bağlanılması, ona dəyişiklik edilməsi və ya xitam verilməsi bununla bağlı elektron informasiya sisteminə elektron imza vasitəsi ilə işəgötürən tərəfindən elektron qaydada məlumat göndərildikdən sonra hüquqi qüvvəyə minir. Həmin elektron imza isə qanunla yalnız işəgötürənə, AMEA-nın prezidentinə məxsusdur və digərləri tərəfindən mənimsənilməsi qanunla məsuliyyət yaradır. 4) Azərbaycan Respublikası Əmək Məcəlləsinin 188-ci maddəsinin 2-cı hissəsinə əsasən işəgötürən yalnız intizam tənbeh tədbiri vermək barədə səlahiyyətlərini öz əmri ilə müavinlərin birinə verə bilər. Bu zaman isə işəgötürən öz səlahiyyətlərini başqa vəzifəli şəxsə həvalə edərkən əsaslandırmalı və onun səlahiyyət dairəsi dəqiq müəyyən edilməlidir. AMEA prezidenti iş yerində olduğu halda Azərbaycan Respublikası Əmək Məcəlləsi ilə dəqiq müəyyən edilmiş və birbaşa işə götürənə aid olan əmək müqaviləsinin bağlanılması və ya ləğv edilməsi kimi səlahiyyətlərin akademik katib tərəfindən həyata keçirilməsi kobud qanun pozuntusu hesab olunur. 5) Azərbaycan Respublikası Əmək Məcəlləsinin 77-ci maddəsinin 1-cı hissəsinə əsasən işəgötürən onun əmək müqaviləsini ləğv etməzdən əvvəl həmin məcəllənin 77-ci maddəsinin 1-ci bəndinə əsasən onu rəsmi xəbərdar etməli idi. Lakin ona işəgötürən tərəfindən rəsmi xəbərdarlıq təqdim edilməmişdir. Ona yalnız həmin xəbərdarlığın rəsmiləşdirilməmiş layihəsi təqdim edilib. Adıçəkilən xəbərdarlıqda işəgötürənin imzası, möhürü olmamış, qeydiyyat tarixi və nömrəsi qeyd edilməmişdir. Hətta, tələsik xəbərdarlıqda əmək müqaviləsinə xitam veriləcəyi günü də səhv qeyd ediblər (sonradan 31 oktyabr 2022-cı il yazıblar, lakin qanunsuz sərəncam 04 noyabr 2022-ci il tarixdə verilib). Ona görə, də həmin xəbərdarlıq Azerbaycan Respublikası Prezidentinin 2003-cü il 27 sentyabr tarixli 935 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Dövlət orqanlarında, dövlət mülkiyyətində olan və paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslərdə və büdcə təşkilatlarında kargüzarlığın aparılmasına dair Təlimata əsasən rəsmi sənəd kimi qəbul edilə bilməz və qanunsuzdur. Bundan əlavə, xəbərdarlıq layihəsində qeyd olunan xx.xx.2022-ci il tarixindən sonra ona AMEA prezidentinin 08 07.2022-ci il tarixli 328 nömrəli sərəncamı ilə xx.xx.2022-ci ildən xx.xx.2022-cı ilədək 36 gün əmək məzuniyyəti verilmişdir. Məhz bu səbəbdən həmin Xəbərdarlığın layihəsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 78-ci maddəsinin 1-ci hissəsinə əsasən ona şamil edilmədiyi barədə xx.xx.2022-ci ıl tarixdə xüsusi qeyd etməklə geri qaytarmışdır. 6) Azərbaycan Respublikası Əmək Məcəlləsinin 78-cı maddəsinin 1-ci hissəsinə əsasən işçilərin sayı azaldıqda və ya ştatları ixtisar edildikdə müəyyən vəzifələr üzrə əmək funksiyalarının icrası üçün tələb olunan ixtisas və peşəkarlıq səviyyəsi olan işçilər işdə saxlanılmalıdır. Dövlət orqanlarında 35 ildən artıq peşəkar hüquqşünas kimi məsul vəzifələrdə çalışmışdır. Dövlət qulluğunun müşaviri ixtisas dərəcəsinə malikdir. Dövlət qulluğunda fərqlənməyə görə fəxri fərmanla təltif olunmuşdur. Heç zaman barəsində intizam tənbeh tədbiri olmayıb. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Ədliyyə Akademiyası və Mediasiya Şurası tərəfindən verilmiş Əmək, Ailə, Kommersiya münasibətləri, İstehlakçı hüquqlarının qorunması və Uşaqların hüquqlarının qorunması üzrə müvafiq sertifikatlara layiq görülmüş aktiv Mediatordur. 16 06 2021-ci il tarixdən Mediasıya Şurasının üzvüdür. Pensiya yaşına bir il bir ay qalmış bütün bunlar nəzərə alınmadan işçilərin sayının azaldılması və ya ştatların ləğv edilməsi səbəbi ilə onun qanunsuz işdən azad edilməyi həm qanuna, həm dövlətçiliyə, həm də insanlığa ziddir. 7) Azərbaycan Respublikası Əmək Məcəlləsinin 79-cu maddəsinə əsasən əmək qabiliyyətini müvəqqəti itirən işçilərin əmək müqaviləsinin ləğv edilməsi qadağandır. O, 02 noyabr 2022-ci il tarixdən 05 noyabr 2022-ci il tarixinədək əmək qabiliyyətini müvəqqəti itirməklə bağlı ambulator müalicədə olduğu halda, onu 04 noyabr 2022-ci il tarixindən qanunsuz olaraq işdən azad ediblər. Yuxarıda qeyd olunan bu 7 halın hər biri ayrı-ayrılıqda onun işdən azad olunmağı barədə AMEA prezidentinin 04 noyabr 2022-ci il tarixli 574 nömrəli Sərəncamının qanunsuz hesab edilərək ləğv edilməsi üçün tam və mübahisəsiz əsaslardır. O, 30 dekabr 2022-ci il tarixində Bakı şəhəri Səbail Rayon Məhkəməsinə təqdim etdiyi iddia ərizəsində və sonradan Bakı Apellyasiya Məhkəməsinin və Azərbaycan Respublikasının Ali Məhkəməsinin Mülki Kollegiyalarına təqdim etdiyi bütün etirazlarda və həmin etirazlara əlavə olunmuş izahatlarda yuxarıda qeyd olunan bütün hallara hüquqi qiymət verilməsini tələb etmişdir. Lakin Səbail Rayon Məhkəməsinin mövqeyi ondan ibarət olmuşdur ki, “Azərbaycan Respublikasının Əmək Məcəlləsinin «Əmək müqaviləsinin ləğv olunması qadağan edilən işçilər və hallar» adlanan 79-cu maddəsi imperativ xarakter daşıyır və hətta işəgötürənin bu barədə məlumatlı olmaması onun iddiaçı barədə qəbul etdiyi Azərbaycan Milli Elmlər Akademiyasının Prezidentinin 574 nömrəli xx.xx.2022-ci il tarixli sərəncamının qanuni olmasının təsdiqi kimi qiymətləndirilə bilməz. Məhkəmə, qeyd edilən qanun normasının tələbinin kobud surətdə pozulması ilə iddiaçının əmək müqaviləsinin xitam verilməsinə dair Azərbaycan Milli Elmlər Akademiyasının prezidentinin 574 nömrəli, xx.xx.2022-ci il tarixli sərəncamının qanunsuz sayılması üçün kifayət qədər hüquqi əsas yaratdığından prosessual qənaət prinsipindən irəli gələrək həmin sərəncamın qanunsuzluğuna dair iddiaçının digər dəlillərinin əsaslı olub-olmamasına qiymət verilməsini zəruri saymamışdır”. Apellyasiya şikayətinin təmin edilməməsi və Səbail rayon Məhkəməsinin 2(009)-621/2023 saylı 13 iyun 2023-cü il tarixli Qətnaməsinin dəyişdirilmədən saxlanılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

13. Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Dendrologiya İnstitutunun xx.xx.2024-cü il tarixli məktuba əsasən müəyyən edilir ki, İddiaçı 2022-ci il noyabr ayı zrə 02-05 noyabr tarixlərində işdə olmamış və işçilərin işə davamiyyəti kitabına imza etməmişdir. xx.xx.2022-ci il tarixində onun təqdim etdiyi ******* nömrəli “Əmək qabiliyyətinin olmaması barədə” xəstəlik vərəqəsinə əsasən, onun işdə olmadığı günlər əmək qanunvericiliyinə əsasən üzrlü hesab olunmuşdur.

14. Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Genetik X10 Rzaqulu Musa oğlu xx.xx.2022-ci il tarixindən Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi X8 baş mütəxəssis(hüquqşünas) vəzifəsində işləyir və onunla institut arasında heç bir əmək mübahisəsi yoxdur.

15. Azərbaycan Respublikasının Prokurorluğu Bakı şəhəri Xəzər rayon Prokurorluğu xx.xx.2023-cü il tarixli məktubunda qeyd edilmişdir: - AMEA X33ı xidmətinin sabiq əməkdaşı İddiaçı Əmək qabiliyyətinin olmamasına dair ******* nömrəli vərəqəsinin saxta olub-olmamsı ilə bağlı prokurorluqda aparılmış araşdırma nəticəsində cinayət hadisəsi baş vermədiyi müəyyən olunduğundan Azərbaycan Respublikası CPM-nin 39.1.1 və 212-ci maddələrinə əsasən xx.xx.2023-cü il tarixli qərarıa cinayət işi başlanılması rədd edilmişdir.

16. Azərbaycan Milli Elmlər X13 X5 iclasının 13 nömrəli 29 iyul 2022-ci il tarixli protokol çıxarışından görünür ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndinə (işçilərin sayı və ya ştatları ixtisar edildikdə) əsasən, AMEA X25 ləğv edilmiş struktur vahidlərində işləyən işçilərin (siyahı əlavə olunur) Azərbaycan Respublikasının Əmək məcəlləsinin 78-ci və 79-cu maddəsinə uyğun olaraq onların ixtisar zamanı işdə saxlanmağa üstünlüyü və əmək müqaviləsinə xitam verilməsinin qadağan edildiyi hallar nəzərə alınmaqla əmək müqavilələrinə xitam verilməsinə razılıq verilmişdir. İmza etmişlər: Taleh Hacıyev, Hİkmət Quliyev, Xuraman Əhmədova, Naira Ramazanova, Şəhriyar İsgəndərov.

17. İddiaçı ünvanlanılan 19 sentyabr 2022-ci il tarixli xəbərdarlıqda qeyd edilmişdir : AMEA Rəyasət Heyətinin xx.xx.2022-ci il tarixli 13/1 nömrəli qərarı ilə AMEA X25 strukturunda dəyişiklik edilmişdir. Həmin qərarın 1-ci bəndi ilə hazırda işlədiyiniz AMEA X25 rəhbərinin xidməti ləğv edilmişdir. Bununla əlaqədar olaraq əmək müqavilənizin 31 oktyabr 2022-ci il tarixində Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndinə əsasən ləğv olunacağı barədə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 77-ci maddəsin 1-ci hissəsinin tələblərinə uyğun olaraq, azı 6 (altı) təqvim həftəsi qabaqcadan xəbərdar edilirsiniz. Xəbərdarlıq müddəti ərzində hər iş həftəsində əmək haqqı saxlanılmaqla iş axtarmağa imkan yaradılması məqsədi ilə azı bir iş günü əmək funksiyasının icrasından azad edilmişdir. Xəbərdarlıq müddətində Azərbaycan Respublikası Əmək Məcəlləsinin 77-ci maddəsində nəzərdə tutulmuş təminatlarla təmin edilib və həmin maddənin 4-cü hissəsinə uyğun olaraq, azı altı təqvim həftəsi xəbərdarlıq müddəti əvəzinə orta aylıq əmək haqqının 1,7 misli miqdarında işdənçıxma müavinəti bir dəfəyə ödənməklə müvafiq əsasla əmək müqaviləyə xitam verilə bilər. Bu halda xəbərdarlıq müddəti əvəzinə verilən ödəniş xəbərdarlıq müddətinin ötmüş hissəsinə mütənasib olaraq azaldılacaqdır.

18. Azərbaycan Milli Elmlər Akademiyasının Prezidentinin 574 nömrəli, 04 noyabr 2022-ci il tarixli İddiaçı işdən azad edilməsi haqqında sərəncamından görünür ki, AMEA Rəyasət Heyətinin 19 avqust 2022-ci il tarixli 15/1 nömrəli qərarı ilə AMEA X25 bir sıra struktur vahidləri ləğv edilmişdir. Bununla əlaqədar olaraq AMEA X25 ləğv edilmiş Aparatı rəhbərinin xidmətində baş mütəxəssis vəzifəsini tutmuş İddiaçı Azərbaycan Respublikası Əmək Məcəlləsinin 77-ci maddəsinin 1-ci bəndinə uyğun olaraq xx.xx.2022-ci il tarixində xəbərdarlıq edilmiş və həmin maddənin 2-ci bəndinə uyğun olaraq ona hüquqları izah edilmişdir. Yuxarıda qeyd edilənlərə və Azərbaycan Respublikası Əmək Məcəlləsinin 80-ci maddəsinə uyğun olaraq AMEA X33ı Həmkarlar təşkilatının xx.xx.2022-ci il tarixli 01-H-1481 nömrəli məktubu ilə AMEA X25 ləğv edilmiş struktur vahidlərində işləyən işçilərin Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70ci maddəsinin “b” bəndi ilə işdən azad edilməsinə razılıq verdiyini nəzərə alaraq: 1. AMEA X33ı rəhbərinin xidmətinin baş mütəxəssisi İddiaçı əmək müqaviləsinə 4 noyabr 2022-ci il tarixindən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndinə əsasən xitam verilmişdir. 2. Azerbaycan Respublikası Əmək Məcəlləsinin 77-ci maddəsində nəzərdə tutulmuş təminatlara uyğun olaraq İddiaçı AMEA X24 beş ildən on ilədək əmək stajı nəzərə alınmaqla orta aylıq əməkhaqqının 1,7 misli miqdarında işdənçıxarma müavinəti ödənilmişdir.

3. AMEA X33ı Kadr potensialı və təhsil şöbəsi (Natiq Mehdiyev), Hüquqi təminat şöbəsi (Nümayəndə) və Maliyyə şöbəsi (texnika üzrə fəlsəfə doktoru İlqar Quliyev) sərəncamın icrasından irəli gələn məsələləri həll etsinlər. Əsas: AMEA Rəyasət Heyətinin xx.xx.2022-ci il tarixli 15/1 nömrəli qərarı, AMEA X33ı Həmkarlar təşkilatının xx.xx.2022-ci il tarixli 01-H-1481 nömrəli məktub və İddiaçı verilmiş xəbərdarlıq.

19. Azərbaycan Respublikasının Prezidentinin 28 iyul 2022-ci il tarixli 1769 nömrəli Fərmanının icrası ilə bağlı bir sıra məsələlər haqqında AMEA Rəyasət Heyəti tərəfindən 19 avqust 2022-ci il tarixli 15/1 nömrəli qərarında qeyd edilmişdir : 1. Fərmanın 6.3-cü bəndinin və sərəncamın 4.1-ci bəndinin icrası ilə bağlı Azərbaycan Milli Elmlər Akademiyasının yeni strurkturu və işçilərinin say həddi ilə bağlı Komissiya tərəfindən hazırlanmış təkliflər məqbul hesab edilsin və Azərbaycan Respublikasının Nazirlər Kabinetinə təqdim edilsin. 2.AMEA X25 (bundan sonra - Aparat) mövcud strukturunun AMEA-nın yeni strukturuna və işçilərin yeni say həddinə uyğunlaşdırılması zərurətini nəzərə alaraq, aparatın optimallaşdırılması nəzərdə tutulan Elmi-təşkilat və İşlər idarələri, Təhsil, Beynəlxalq elmi əməkdaşlıq, Kadrlar, Hüquq, İnformasiya, Sənədlərlə iş, Elmi irs şöbələri, AMEA Rəyasət Heyətinin mətbuat katibi vəzifəsi və saxlanılan struktur vahidləri əsasında AMEA X25 yeni strukturu yaradılsın (əlavə olunur). 3. Aparatın yeni yaradılmış struktur bölmələri formalaşdırılanadək mövcud struktur bölmələri funksiyalarının icrasını davam etdirsinlər. 4. Əmək qanunvericiliyinə uyğun olaraq, qərarın 2-ci bəndində adları qeyd olunan aparatın struktur bölmələrinin işçilərinə ştatların ixtisarı ilə əlaqədar olaraq xəbərdarlıq edilməsi, onların əmək müqavilələrinə bu əsasla xitam verilməsi və digər məsələlərin həlli təmin edilsin. 5. AMEA X24 ştatların ixtisarı ilə əlaqədar işdən azad edilmiş İdarəetmənin təkmilləşdirilməsi ilə bağlı həyata keçirilən tədbirlər nəzərə alınaraq, AMEA "xxxx" MMC ləğv edilsin və onun balansında olan bina və tikililər daha səmərəli və təyinatına uyğun istifadə edilmək məqsədilə AMEA Yüksək Texnologiyalar Parkı” MMC-nin balansına verilsin. 7. AMEA-nın bir sıra elmi tədqiqat müəssisələrinin Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyinin tabeliyinə verilməsini nəzərə alaraq, elmi işçilərin sosial müdafiesi sahəsində mərkəzləşmiş tədbirlərin həyata keçirilməsini təmin etmək məqsədilə AMEA-nın yataqxanasının Bakı şəhər İcra Hakimyyətinin balansına verilməsi məqsədəuyğun hesab edilsin və bu istiqamətdə müvafiq tədbirlərin həyata keçirilməsi təmin edilsin. 8. Sərəncamın 4.2-ci bəndinin icrası ilə bağlı Fərmanın 3.1 və 3.2-ci bəndləri, 4 və 5-ci hissələri nəzərə alınmaqla zəruri maliyyə və maddi-texniki təminat məsələlərinin həlii ilə bağlı təklifləri hazırlanaraq Azərbaycan Respublikasının Nazirlər Kabinetinə təqdim edilməsi təmin edilsin. 9. Qərarın icrasına nəzarət AMEA-nın prezidenti vəzifəsini icra edən akademik Arif Həşimova həvalə edilsin.

20. Azərbaycan Milli Elmlər Akademiyasının Prezidentinin Azərbaycan Milli Elmlər X19 aparatında həyata keçirilən islahatlar barədə 577 nömrəli xx.xx.2022-ci il tarixli sərəncamında qeyd edilmişdir ki, Azərbaycan Milli Elmlər X19 aparatında həyata keçirilən islahatlarla əlaqədar AMEA Rəyasət Heyətinin 7 iyul 2022-ci il tarixli 13/1 nomrəlı və 19 avqust 2022-ci İİ tarixli 15/1 nömrəli qərarları ilə yaradılmış yeni şöbə və bölmələrdə xəbərdarlıq edilmiş işçilər barədə verilən sərəncam və əmrlər xx.xx.2022-ci il tarixədək AMEA-nın birinci vitse-prezidenti vəzifəsini icra edən, akademik-katib akademik X28 tərəfindən imzalansın.

21. Məhkəmə iclasında iştirak edən və cavabdehin nümayəndəsi vəkil Nümayəndə apellyasiya şikayətini müdafiə etmiş, iddia tələbinin əsaslı olmadığını qeyd etmiş, iddiaçının Əmək Məcəlləsinin tələblərinə müvafiq olmaqla həmin məcəllənin 70-ci maddəsinin ”b” bəndinə əsasən işdən azad edildiyini, ona bununla bağlı 19 sentyabr 2022-ci il tarixində xəbərdarlıq edildiyini və iddiaçının həmin xəbərdarlığa imza etdiyini, iddiaçının həmin tarixdə ambulator müayinədə olması barədə işəgötürənə məlumat verilmədiyini və həmin tarixdə iddiaçının iş yerində olduğunu bildirmişdir. Qeyd etmişdir ki, iddiaçının işdən azad edilməsi ilə bağlı həmkarlar ittifaqının razılığı olub, iclas barədə iddiaçının məlumatı olub və iclasın protokolundan çıxarış məhkəməyə təqdim edilib, iddiaçının işdən azad edilməsi ilə bağlı sərəncamın isə vitse-prezident tərəfindən imzalanması səlahiyyətini təsdiq edən sərəncam mövcuddur,apellyasiya şikayətinin təmin edilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir.

22. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı apellyasiya şikayətinə etirazı və məhkəməyə təqdim edilmiş ərizəsi ilə eynilik təşkil edən şəkildə izahat vermiş və qeyd etmişdir ki, sərancamın giriş hissəsinin 1-ci cümləsində istinad edilərək qeyd edilən AMEA Rəyasət Heyətinin xx.xx.2022-ci il tarixli 15/1 nömrəli qərarında onun işlədiyi Aparat rəhbərinin xidmətində baş mütəxəssis vəzifəsinin ləğv edilməsi nəzərdə tutulmamışdır, xəbərdarlıqda qeyd olunan xx.xx.2022-ci il tarixindən sonra ona AMEA prezidentinin xx.xx.2022-ci il tarixli 328 nömrəli sərəncamı ilə xx.xx.2022-ci ildən xx.xx.2022-ci ilədək 36 gün əmək məzuniyyəti verilmişdir, adıçəkilən xəbərdarlıqda qeydiyyat tarixi və nömrəsi qeyd edilmədiyi, habelə əmək müqaviləsinə xitam veriləcəyi gün dəqiq göstərilmədiyi üçün həmin sənəd rəsmi sənəd kimi qəbul edilə bilməz. Ona təqdim edilmiş xəbərdarlıq həmin xəbərdarlığın rəsmiləşdirilməmiş layihəsi olub, məhz bu səbəbdən həmin xəbərdarlığın Azərbaycan Respublikası Əmək Məcəlləsinin 78-ci maddəsinin 1-ci hissəsinə əsasən ona şamil edilmədiyi üçün xx.xx.2022-ci il tarixdə xüsusi qeyd etməklə onu geri qaytarmışdır, eyni zamanda əmək müqaviləsinə xitam verildiyi vaxt bülletendə olmağı barədə “Təbib”in hökümət portalına inteqrasiya olmuş elektron informasiya sistemindən əldə olunmuş çıxarış mövcuddur, hansı ki, ona insan müdaxiləsi qeyri-mümkündür. Əmək məcəlləsinin tələblərinə əsasən o, həmin məcəllənin 79-cu maddəsinin təsiri altına düşür, əmək qabiliyyətini müvəqqəti itirən işçilərin əmək müqaviləsinin ləğv edilməsi qadağandır. Əmək qabiliyyətini müvəqqəti itirən statusunda olduğu zaman işə gəlib-getməsini inkar etməsə də, iddiaçı qeyd etmişdir ki, iş yerində olmuşdur və xəstə olduğu barədə kadrlar şöbəsinin müdirinə telefonla məlumat vermişdir, bu da qanunun müvafiq normasının tətbiqindən cavabdehi azad etmir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin "b” bəndi ilə işçinin əmək müqaviləsinə xitam verilərkən həmin Məcəllənin 80-ci maddəsinin 1-ci hissəsinə əsasən işçinin üzvü olduğu Həmkarlar Təşkilatının qabaqcadan razılığı olmalıdır. Lakin onun üzv olduğu Həmkarlar Təşkilatının bu barədə heç bir yığıncağı, müzakirəsi və razılığı olmamışdır. Onun işdən azad olmağı barədə sərəncamın başlığında Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti yazıldığı halda, həmin sərəncama qanunsuz olaraq AMEA-nın 1-ci vitse prezidenti vəzifəsini icra edən akademikkatib Arif Həşimov imza etmişdir. Hansı ki, Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamı ilə xx.xx.2022-ci il tarixdən AMEA-nın prezidenti vəzifəsinə akademik İsa Həbibbəyli təsdiq olunmuşdur. Qeyd edilən əsaslara əsasən, apellyasiya şikayətinin təmin edilməməsini və birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasına dair qərar qəbul edilməsini xahiş etmişdir.

23. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi Vəkil2 öz izahatında bildirmişdir ki, əmək müqaviləsi ləğv edilərkən cavabdeh tərəfindən bir çox qanunvericilik normalarının pozuntusuna yol verilmişdir, digər bütün hallar kənara qoyulsa belə, iddiaçı əmək qabiliyyətini müvəqqəti itirdiyi dövrdə işdən azad edilmişdir. Bu da əmək müqaviləsinə xitam verilməsi barədə əmrin ləğv edilməsi üçün əsasdır. Apellyasiya baxışının hədləri:

24. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2011-ci il tarixli Qərarına və Mülki Prosesual Məcəllənin 372-ci maddəsinə əsasən: məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsi baxımından birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığı onun barəsində açıq (və dolayısı ilə) mübahisə edilən hissədə yoxlanılmalıdır. Hazırki halda Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 418-1-420-ci maddələrinə, Kassasiya instansiya məhkəməsinin qərarının müəyyən etdiyi əsaslarla və hissədə qətnamənin yoxlanılması müəyyən edildiyindən, yalnız bu hədlərdə apellyasiya icraatında araşdırılmanın mümkünlüyü nəzərə alınmalıdır. Tətbiq edilən hüquq və apellyasiya instansiyası məhkəməsinin mövqeyi:

25. Azərbaycan Respublikası Əmək Məcəlləsinin tələblərinə əsasən: 11. (“ə” bəndi). İşəgötürənin həmin Məcəllənin və digər normativ hüquqi aktlarların tələblərinə əməl etməklə əmək şəraitinin şərtlərini dəyişdirmək və ya işçilərin sayını ixtisar etmək, ştatları, struktur bölmələri ləğv etmək hüquqları vardır. 70. Əmək müqaviləsi işəgötürən tərəfindən aşağıdakı əsaslarla ləğv edilə bilər: b) işçilərin sayı və ya ştatları ixtisar edildikdə. 71. 1. İşçilərin sayı azaldılarkən və ya ştatların ixtisarı həyata keçirilərkən, o cümlədən işçinin tutduğu vəzifəyə uyğun gəlmədiyi barədə səlahiyyətli orqan tərəfindən müvafiq qərar qəbul edilərkən işəgötürən bu Məcəllə ilə müəyyən edilmiş tədbirlər görür. 77. 1. İşçilərin sayı azaldıqda və ya ştatları ixtisar olunduqda bu Məcəllənin 70-ci maddəsinin “b” bəndi ilə işəgötürən tərəfindən əmək müqaviləsi ləğv edilməzdən əvvəl işçi işəgötürən tərəfindən həmin işəgötürənlə bağlanmış əmək müqaviləsinə (əmək müqavilələrinə) uyğun olaraq müəyyən olunan əmək stajından asılı olaraq aşağıdakı müddətlərdə rəsmi xəbərdar edilməlidir: bir ilədək əmək stajı olduqda – azı iki təqvim həftəsi; bir ildən beş ilədək əmək stajı olduqda – azı dörd təqvim həftəsi; beş ildən on ilədək əmək stajı olduqda – azı altı təqvim həftəsi; on ildən çox əmək stajı olduqda – azı doqquz təqvim həftəsi. 2. Xəbərdarlıq müddəti ərzində hər iş həftəsində əmək haqqı saxlanılmaqla iş axtarmağa imkan yaradılması məqsədi ilə işçi azı bir iş günü əmək funksiyasının icrasından azad edilir. 3. Əmək müqaviləsi bu Məcəllənin 70-ci maddəsinin “a” və “b” bəndləri ilə ləğv edilərkən işçiyə işəgötürən tərəfindən həmin işəgötürənlə bağlanmış əmək müqaviləsinə (əmək müqavilələrinə) uyğun olaraq müəyyən olunan əmək stajından asılı olaraq aşağıdakı məbləğlərdə işdənçıxarma müavinəti ödənilir: bir ilədək əmək stajı olduqda – orta aylıq əməkhaqqı miqdarında; bir ildən beş ilədək əmək stajı olduqda – orta aylıq əməkhaqqının azı 1,4 misli miqdarında; beş ildən on ilədək əmək stajı olduqda – orta aylıq əməkhaqqının azı 1,7 misli miqdarında; on ildən çox əmək stajı olduqda – orta aylıq əməkhaqqının azı iki misli miqdarında. 4. İşəgötürən işçinin razılığı ilə bu maddənin birinci hissəsi ilə müəyyən edilmiş azı iki təqvim həftəsi xəbərdarlıq müddəti əvəzinə orta aylıq əməkhaqqının 0,5 misli, azı dörd təqvim həftəsi xəbərdarlıq müddəti əvəzinə orta aylıq əməkhaqqının 0,9 misli, azı altı təqvim həftəsi xəbərdarlıq müddəti əvəzinə orta aylıq əməkhaqqının 1,4 misli, azı doqquz təqvim həftəsi xəbərdarlıq müddəti əvəzinə orta aylıq əməkhaqqının 2 misli və bu Məcəllənin 56-cı maddəsinin ikinci hissəsi ilə müəyyən edilmiş xəbərdarlıq müddəti əvəzinə orta aylıq əməkhaqqından az olmamaqla əməkhaqqını bir dəfəyə ödəməklə müvafiq əsasla əmək müqaviləsinə xitam verə bilər. Bu halda xəbərdarlıq müddəti ərzində əmək müqaviləsinə xitam verilmiş işçilərə bu hissənin birinci cümləsində nəzərdə tutulmuş xəbərdarlıq müddəti əvəzinə verilən ödəniş xəbərdarlıq müddətinin ötmüş hissəsinə mütənasib olaraq azaldılır. 78. 1. Müvafiq hallarda işçilərin sayı azaldılarkən və ya ştatların ixtisarı həyata keçirilərkən müəyyən vəzifələr üzrə əmək funksiyasının icrası üçün tələb olunan ixtisasın (peşəsinin) və peşəkarlıq səviyyəsinin daha yüksəyinə malik olan işçilər işdə saxlanılır. İşçinin peşəkarlıq səviyyəsini işəgötürən müəyyən edir. İşəgötürən işçinin peşəkarlıq səviyyəsini müəyyən edərkən onun peşə hazırlığı səviyyəsinin yüksəldilməsini, yeni ixtisasa yiyələnməsini və ixtisasının artırılmasını nəzərə alır. 2. İşəgötürən ixtisasları (peşələri) və ya peşəkarlıq səviyyələri eyni olduqda aşağıdakı şəxslərin işdə saxlanmasına üstünlük verir: şəhid ailəsinin üzvlərinə; müharibə iştirakçılarına; əsgər və zabitlərin arvadına (ərinə); öhdəsində iki və daha çox 16 yaşınadək uşağı olanlara; həmin müəssisədə istehsalat qəzası və ya peşə xəstəliyi nəticəsində əlilliyi olan şəxslərə; məcburi köçkün onlara bərabər tutulan şəxs və qaçqın statusu olan şəxslərə; kollektiv müqavilələrdə və ya əmək müqavilələrində nəzərdə tutulan digər şəxslərə. 79. İşəgötürən tərəfindən hamilə, habelə üç yaşınadək uşağı olan qadınların, üç yaşınadək uşağını təkbaşına böyüdən kişilərin; yeganə qazanc yeri işlədiyi müəssisə olub məktəb yaşına çatmamış uşağını təkbaşına böyüdən işçilərin; əmək qabiliyyətini müvəqqəti itirən işçilərin; işçinin şəkərli diabetlə xəstə olması səbəbinə görə; həmkarlar ittifaqları təşkilatının və ya hər hansı siyasi partiyanın üzvü olması motivinə görə; öhdəsində 18 yaşınadək əlilliyi müəyyən edilmiş və ya orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş ailə üzvü olan işçilərin; məzuniyyətdə, ezamiyyətdə olduğu vaxtda, habelə kollektiv danışıqlarda iştirak etdiyi müddət ərzində işçilərin bu Məcəllənin 70-ci maddəsi ilə müəyyən edilmiş əsaslarla əmək müqaviləsinin ləğv edilməsi qadağandır. 80.1.Bu Məcəllənin 70-ci maddəsinin b) və ç) bəndlərində göstərilən əsaslarla işəgötürən tərəfindən həmkarlar ittifaqının üzvü olan işçinin əmək müqaviləsi müəssisədə fəaliyyət göstərən X4baqcadan razılığı alınmaqla ləğv edilir. 296.2. Bu maddənin birinci hissəsində göstərilən haldan başqa qalan bütün hallarda fərdi əmək mübahisəsinin həll edilməsi üçün işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 təqvim ayı ərzində məhkəməyə müraciət edə bilər. 296.3. Hüququnun pozulmasının aşkar edildiyi gün, işçiyə müvafiq əmrin, (sərəncamın,qərarın),əmək kitabçasının, haqq-hesab sənədlərinin (kitabçasının, vərəqəsinin, çekinin) verildiyi, həmçinin əmək müqaviləsinin bu Məcəllədə nəzərdə tutulmuş şərtlərinin işəgötürən tərəfindən müvafiq qaydada sənədləşdirilmədən bilə-bilə qəsdən pozulduğu gündür. 300 .1. Əgər işəgötürən əmək müqaviləsinin bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulmuş ləğv edilməsi əsaslarını pozaraq və ya 71, 76-cı maddələri ilə müəyyən edilmiş qaydaların tələblərinə əməl etmədən, habelə 79-cu maddəsində nəzərdə tutulmuş hallara əhəmiyyət vermədən işçi ilə əmək münasibətlərinə xitam vermişdirsə, əmək mübahisəsini həll edən məhkəmə iddia ərizəsini və işin faktik hallarını araşdıraraq məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə işçinin vəzifəsinə bərpa edilməsi barədə qətnamə və ya bu maddənin ikinci hissəsinə müvafiq olaraq tərəflərin barışıq sazişinin təsdiq edilməsi barədə qərardad çıxarır.

26. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin tələblərinə əsasən: 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

48. Hər bir fiziki və hüquqi şəxs eyni dərəcədə qanunla müəyyən edilən və qanunla yol verilən mülki prosessual hüquqlar əldə etmək və vəzifələr daşımaq qabiliyyətinə (mülkiprosessual hüquq qabiliyyəti) malikdir. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 81. Qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 106.1. İşdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. 106.2. Digər tərəf sübutları özündə saxlayıb məhkəmənin tələbi ilə təqdim etmədikdə, məhkəmə tərəflərin bildirdiyi məlumatlar əsasında iş üçün əhəmiyyətli olan halları müəyyən olunmuş hesab edə bilər . 218.3. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.

27. İş materiallarında görünür ki, AMEA X25 İnsan resursları şöbəsinin xx.xx.2023-cü il tarixli 8-1/2-378/2023 nömrəli arayışında da İddiaçı əmək müqaviləsinə xitam verildiyi xx.xx.2022-ci il tarixdə və sonrakı günlərdə AMEA-ya əmək qabiliyyətsiziyinə dair vərəqənin (tibbi sənədin) olması barədə hər hansı bir məlumat verməmiş və bu haqda heç bir müvafiq sənəd təqdim etməmişdir, xx.xx.2022-ci il tarixdə əmək qabiliyyətsiziyinə dair tibbi sənəd hazırkı iddia tələbi ilə müraciət edərkən məhkəməyə təqdim olunmuş, iddia ərizəsinə əlavə edilmişdir. Qeyd edilməlidir ki, iddiaçı özü də təsdiq edir ki, İddiaçı ünvanlanan 19 sentyabr 2022-ci il tarixli xəbərdarlıqdan görünür ki, AMEA Rəyasət Heyətinin xx.xx.2022-ci il tarixli 13/1 nömrəli qərarı ilə AMEA X25 strukturunda dəyişiklik edilmişdir. Həmin qərarın 1-ci bəndi ilə AMEA X25 rəhbərinin xidməti ləğv edilmişdir və bununla əlaqədar olaraq əmək müqaviləsinin Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndinə əsasən ləğv olunacağı barədə iddiaçıya xəbərdarlıq edilmişdir. İşçilərin sayı və ya ştatları ixtisar edildikdə əmək müqaviləsi ləğv edilməsi işəgötürənin hüquqdur və qanunvericiliyə görə Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndinə əsasən əmək müqaviləsinin ləğv edilməsi barədə əmr verilənədək tətbiq edilməli qaydalara işəgötürən tərəfindən riyaət olunmuşdur.

28. Qeyd edilməlidir ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin hazırki işi üzrə xx.xx.2024cü il tarixli qərarı ilə yenidən apellyasiya icraatı zamanı araşdırılası məsələlər sırasına dair qeyd edilmişdir ki, 2, 3 və 4 noyabr 2022-ci il tarixlərdə iddiaçı əmək qabiliyyətli olmaqla iş saatlarında iş yerində olması, iddiaçının adına olan xəstəlik vərəqəsini faktiki vəziyyəti əks etdirməməsi, saxta olması barədə apellyasiya şikayətində göstərilən və işə baxılan zaman cavabdeh tərəfin irəli sürdüyü dəlillərə apellyasiya məhkəməsi əhəmiyyət verməmişdir. Digər tərəfdən kassasiya instansiya məhkəməsi iş materiallarına görə özü təsdiq etmişdir ki, işəgötürən Azərbaycan Milli Elmlər X19 aparatının inzibati binasının girişində quraşdırılmış turniket qeydlərində və videokamera görüntülərində iddiaçının 2022-ci ilin noyabr ayının 02dən 04-ə kimi hər gün iş yerində olması müəyyən edilmiş, iddiaçının özü də bu halı qismən təsdiq etmişdir. AMEA X25 İnsan resursları şöbəsinin xx.xx.2023-cü il tarixli 8-1/2-378/2023 nömrəli arayışında da İddiaçı əmək müqaviləsinə xitam verildiyi xx.xx.2022-ci il tarixdə və sonrakı günlərdə AMEA-ya əmək qabiliyyətsiziyinə dair vərəqənin (tibbi sənədin) olması barədə hər hansı bir məlumat verməmiş və bu haqda heç bir müvafiq sənəd təqdim etməmişdir. İddiaçı əmək müqaviləsinə xitam verildiyi xx.xx.2022-ci il tarixdə əmək qabiliyyətsiziyinə dair tibbi sənəd yalnız hazırkı iddia tələbi ilə müraciət edərkən məhkəməyə təqdim olunmuş, iddia ərizəsinə əlavə edilmişdir. Kassasiya instansiyasının göstərişini formalaşdıran əsaslar isə işə baxan məhkəmələrin iddiaçının 04 noyabr 2022-ci il tarixdə əlavə iş yerində əmək fəaliyyəti ilə məşğul olmadığını müəyyən etməməsi, iddiaçının onunla olan əmək müqaviləsinə xitam verilən zaman iş yerində əmək fəaliyyəti ilə məşğul olmasına əsas verə biləcək halların olması və həmin halları nəzərə almadan əmək qabiliyyətinin müvəqqəti itirilməsinin yalnız xəstəlik vərəqəsi ilə təsdiq olunmasının əsas gətirilməsinin yolverilməz olması olmuşdur.

29. Mülki prosessual qanunvericiliyin tələblərinə əsasən, kassasiya instansiyası məhkəməsinin qərarında apellyasiya instansiyası məhkəməsinin aktları ləğv edildikdə apellyasiya instansiyası məhkəməsinin maddi və prosessual hüquq normalarını pozması, yaxud düzgün tətbiq etməməsi barədə kassasiya instansiyası məhkəməsinin dəlilləri, iş yeni məhkəmə baxışına verilirsə, yerinə yetirilməli olan hərəkətlər göstərilməlidir (maddə 419.2.9, 419.2.11). Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 420-ci maddəsinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarına əsasən: Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 420-ci maddəsində təsbit edilmiş kassasiya instansiyası məhkəməsinin göstərişləri bu məcəllənin 416, habelə 407.1.4, 407.2 və 408.1.5-ci maddələrində nəzərdə tutulmuş qanuni hədlər daxilində olduqda və həmin məcəllənin 419.2.9-cu maddəsinin tələbinə uyğun əsaslandırıldıqda, işə yenidən baxan apellyasiya instansiyası məhkəməsi üçün məcburidir.

30. Hazırki işdə kassasiya instansiya məhkəməsinin göstərişlərinin əsası iddiaçının əmək qabiliyyətsizliyinə dəlalət edən həqiqi halların müəyyən edilməsinə yönəlmişdir. Bu yöndə də müəyyən edilmişdir ki, məhz kassasiya məhkəməsi tərəfindən təsdiq edilmiş əmək qabiliyyətsiziyinə dair vərəqənin (tibbi sənədin) olması barədə hər hansı bir məlumat verməyən iddiaçının iş yerinə gələrək başqa fəaliyyətlə məşğul olduğunu sübut etmək vəzifəsi məhz onun özünə aiddir ki, o da bunu sübut etməyə cəhd etməmişdir.

31. Beləliklə, kassasiya instansiya məhkəməsinin göstərişlərinə müvafiq aparılmış araşdırma nəticəsində tibbi vərəqənin saxtalığı və qeydiyyatı barədə mötəbər sübutların mövcudluğu müəyyən edilməsə də, iddiaçı özü əmək qabiliyyətini müvəqqəti itirən statusunda olduğu zaman işə gəlib-getməsini inkar etməmiş, lakin işəgötürəni məlumatlandırmasını qeyd etsə də, bunu sübut edə bilməmişdir. Cavabdeh isə əksinə, bu halları təkzib edən arayışlar təqdim etmişdir. Qeyd edilməlidir ki, əmək qabiliyyətini müvəqqəti itirən işçilərin Əmək Məcəlləsinin 70-ci maddəsi ilə müəyyən edilmiş əsaslarla əmək müqaviləsinin ləğv edilməsinin qadağan edilməsi işəgötürən tərəfindən qəbul edilmiş qərarın qəbul edilməsi dövrünü əhatə edir. İddiaçı barədə əmrin verilməsi proseduru ümumi ixtisarla bağlı qərarın verilməsi zamanından başlamış və iddiaçı bu prosedur barədə məlumatlı olmuşdur. Bununla belə, o, cavabdehi məlumatlandırmamaqla və öz aktiv həyat tərzini davam etdirməklə, əmək qabiliyyətini müvəqqəti itirən şəxs kimi davranmamış, peşəkar hüquqşünas kimi qanunun bu normasının təsiri altında (hüquqdan) sui-istifadəyə şərait yaradan münasibətlərə rəvac vermişdir. Ona görə, işəgötürənin bu dəlillərə müvafiq əmrinin ləğvinə əsaslar müəyyən edilmir. Digər dəlillər isə cavabdehin təqdim etdiyi, yuxarıda əks edilən sübutlarla təkzib edilir və ümumiyyətlə kassasiya instansiya məhkəməsinin göstərişləri həddinə aid deyildir.

32. Azərbaycan Respublikası Konstitusiyasının tələblərinə əsasən: Hüquqlar və azadlıqlar hər kəsin cəmiyyət və başqa şəxslər qarşısında məsuliyyətini və vəzifələrini də əhatə edir. Hüquqlardan sui-istifadəyə yol verilmir. Konstitusiyanın və qanunların pozulması, o cümlədən Konstitusiyada və qanunlarda nəzərdə tutulan hüquqlardan sui-istifadə və ya vəzifələrin yerinə yetirilməməsi qanunla müəyyən edilən məsuliyyətə səbəb olur(Maddə 24- İİİ, 80).

33. Mülki qanunvericiliyin tələblərinə əsasən, mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. Hüquqdan sui-istifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır (Maddə 560.1, 560.2).

34. Əmək qanunvericiliyinin tələblərinə əsasən, istər işçilər, istərsə işəgötürənlər, istərsə də başqa şəxslər bu Məcəllə ilə və əmək qanunvericiliyi sisteminə daxil olan digər normativ hüquqi aktlarla müəyyən olunmuş hüquqları pozmağa, onları hər hansı şərtlə və ya qaydada məhdudlaşdırmağa, habelə bu hüquqlardan sui-istifadə etməyə, əmək müqaviləsi ilə müəyyən edilmiş öhdəlikləri, vəzifə funksiyasını yerinə yetirməməyə görə qanunvericiliklə müəyyən edilmiş qaydada maddi, intizam, inzibati və cinayət məsuliyyəti daşıyırlar. (Maddə 310.)

35. Birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığı mübahisələndirilən və baxılan hissədə tədqiq edən məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 14.2, 76.1, 77.1, 80- 82, 88, 106.2, 217, 220.5, 385-390-cı maddələrinə istinadən hesab edir ki, apellyasiya şikayətinin dəlilləri və müəyyən edilən hallar qətnamənin ləğvi üçün əsasdır, birinci instansiya məhkəməsi tərəfindən qətnamə qəbul edilərkən məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki hallar aydınlaşdırılmamış, qətnamədə göstərilmiş nəticələr işin hallarına tam uyğun gəlməmiş və bununla da yanlış nəticə hasil olunmuşdur. Ona görə, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli və iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə qəbul edilməlidir.

36. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 384, 392, 393 və 402-406-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə t e t d i: Cavabdeh Azərbaycan Milli Elmlər Akademiyasının apellyasiya şikayəti təmin edilsin. Bakı Şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-621/2023 saylı işi üzrə xx.xx.2023-cü il tarixli qətnaməsi ləğv edilsin. İş üzrə yeni qətnamə qəbul edilsin. İddiaçı cavabdeh Azərbaycan Milli Elmlər Akademiyasına qarşı “işə bərpa olunma, itirilmiş əmək haqqının və dəymiş mənəvi ziyanın ödənilməsi” tələbinə dair iddiası rədd edilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən iki ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar