Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-2970/2023 24.05.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Babayev Fuad Fikrət oğlunun sədrliyi ilə, X4 və X1 ibarət tərkibdə, Şirinova Gülyar Elman qızının katibliyi, İddiaçı, Cavabdeh və onun nümayəndəsi və vəkili Vəkil4, müstəqil tələb irəli sürməyən üçüncü şəxs X2 iştirakları ilə, İddiaçı Cavabdeh və üçüncü şəxs X3 qarşı "müqavilənin ləğv edilməsi və sair” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-4826/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: İddiaçı Cavabdeh və üçüncü şəxs X3 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehlə aralarında Bakı şəhəri 11 saylı Notariat ofisində xx.xx.2021-ci il tarixdə bağlanmış ilkin alğı-satqı müqaviləsinin ləğv edilməsi və Bakı şəhəri, Yasamal rayonu, Həsənbəy ünvan 1 ünvanda yerləşən 64 saylı mənzilə cavabdehin istifadə hüquqlarının itirilməsi və mənzilin boşaldılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. (İddia tələblərinin həcmi artırılmışdır.) İddia tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh ilə xx.xx.2022-ci il tarixdə Bakı şəhəri. Yasamal rayonu Həsənbəy ünvan 2 ünvanda yerləşən 64-cii mənzilə dair ilkin alğısatqı müqaviləsi bağlamış, həmin mənzil müqavilə şərtləri daxilində cavabdehə təhvil verilmişdir. İddiaçı əmlakı 117818 manata satmaqla bağlı cavabdehlə razılığa gəlir, alıcı müqavilənin şərtlərinə əsasən ilkin olaraq satıcıya 10000 manat ödəyir və qalan 106818 manatı isə ipoteka ilə yüklü olan mənzilə görə banka ödəməyi öhdəsinə götürür. Lakin, cavabdeh müqavilə şərtlərinə əməl etməmiş, ödənişləri vaxtında ödəməmiş və müqavilə üzrə öhdəliklərini lazımınca yerinə yetirməmişdir, bu səbəbdən də hazırki iddia ilə məhkəməyə müraciət etmişdir. Yasamal Rayon Məhkəməsinin 2(004)-4826/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsi ilə iddia təmin edilmiş, tərəflər arasında Bakı şəhəri 14 saylı Notariat ofisində bağlanmış 3M-1424 reyest nömrəli xx.xx.2021-ci il tarixli ilkin müqavilə ləğv edilmiş, Cavabdeh və azyaşlı X.Bağırzadənin Bakı şəhəri, Yasamal rayonu, Həsənbəy ünvan 1 ünvanında yerləşən 64-cü mənzilə istifadə hüquqlarının itirilməsi, mənzilin boşaldılması və Cavabdeh 30 manat dövlət rüsumu tutularaq iddiaçının xeyrinə ödənilməsi müəyyən edilmişdir. . Qətnamədən Cavabdeh apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini xahiş etmişdir. Apellyasiya baxışı zamanı cavabdeh, onun nümayəndəsi və vəkili Vəkil4 apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini, İddiaçı apellyasiya şikayətinə etiraz edərək rədd edilməsini, 3-cü şəxs İ.Bağırov şikayətə etiraz edərək rədd edilməsini xahiş etdilər. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, qətnamə ləğv edilməli, iddia ərizəsi baxılmamış saxlanılmalıdır. Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə görə isə, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məcəlləyə əsasən iddia ərizəsinə müqavilə ilə və ya həmin kateqoriya mübahisələr üçün qanunda bu nəzərdə tutulmuşsa, cavabdehlə mübahisənin məhkəməyə qədər və ya pretenziya qaydasında nizama salınmasına riayət edilməsini təsdiq edən sənəd əlavə edilir (150.0.6). Müqavilə ilə və ya həmin kateqoriya işlər üçün qanunla nəzərdə tutulmuşsa, iddiaçı cavabdehlə mübahisənin məhkəməyə qədər (pretenziya qaydasında) nizama salınmasına riayət edilməsinə dair sənəd təqdim etmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır (152.1.6). Məhkəməyə müraciət etmiş iddiaçı mübahisənin qabaqcadan məhkəmədən kənar (pretenziya qaydasında) həll edilməsi barəsində müəyyən kateqoriyadan olan işlər üçün qanunla müəyyən edilmiş, yaxud tərəflər arasında müqavilə ilə nəzərdə tutulmuş qaydaya əməl etməmişsə və bu qaydanı tətbiq etmək imkanı itirilməmişsə, məhkəmə ərizəni baxılmamış saxlayır (259.0.1) Mülki işdən görünür ki, İddiaçı Cavabdeh ilə xx.xx.2022-ci il tarixdə Bakı şəhəri, Yasamal rayonu, Həsənbəy ünvan 1 ünvanında yerləşən 3 otaqlı 64 saylı mənzilə dair ilkin alğı-satqı müqaviləsi bağlamış, müqaviləyə görə iddiaçı sözügedən mənzili cavabdehə 117818 manata satmağı, cavabdeh isə ilkin olaraq 10.000 manatı notariusun depozit hesabı vasitəsilə iddiaçıya ödəməyi, qalan məbləği isə ipoteka müqaviləsi üzrə müəyyən edilmiş əsaslarla ipoteka saxlayana ödəməyi öhdəsinə götürür, lakin iddiaçı iddia edir ki, cavabdeh müqavilə üzrə öhdəliyini lazımınca yerinə yetirməmişdir, bu səbəbdən də aralarında xx.xx.2022-ci il tarixdə bağlanmış alğı-satqı müqaviləsinin ləğv edilməsini, istifadə hüququnun itirilməsini və mənzilin boşaldılmasını tələb edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 423.2-ci maddəsinə əsasən müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi tələbini tərəf məhkəməyə yalnız müqaviləni dəyişdirmək və ya ləğv etmək təklifindən digər tərəfin imtinasını aldıqda və ya təklifdə göstərilmiş müddətdə, müddət göstərilmədikdə isə 30 gün müddətində ondan cavab almadıqda irəli sürə bilər. Lakin mülki iş materiallarından göründüyü kimi iddiaçı daşınmaz əmlakla bağlı müqavilənin ləğvi istənildiyindən iddiaçı qanunverciliyə görə cavabdehə mübahisənin məhkəməyə qədər nizama salınması (pretenziya) qaydasına riayət etmədən, daha doğrusu cavabdehin qeydiyyatda olduğu və faktiki yaşadığı ünvana müvafiq pretenziya məktubu göndərmədən hazırki iddia tələbi ilə məhkəməyə müraciət etmiş və birinci instansiya məhkəməsi iddianı icraata götürərək, işə mahiyyəti üzrə baxmışdır. İddiaçının hazırki tələblə bağlı cavabdehə pretenziya məktubu göndərməsi, mübahisənin məhkəməyə qədər nizama salınması (pretenziya) qaydasına riayət etməsini, iş materialları ilə müəyyən etmək olmur, yəni bununla bağlı iş materiallarda hər hansı sübut yoxdur. Mülki işdə olan, iddiaçının Yasamal Rayon Məhkəməsinə və surəti Cavabdeh ünvanlanmış alğı-satqı müqaviləsinin ləğv edilməsi barədə təklifdən görünür ki, həmin təklif iddia ərizəsi məhkəməyə (xx.xx.2022-ci il tarixdə) verildikdən sonra, yəni xx.xx.2023cü il tarixdə birinci instansiya məhkəməsinə təqdim edilmişdir. Kollegiya hesab edir ki, qanunvericiliyin qeyd edilən normalarına görə bu kateqoriya işlərdə pretenziya məktubu məhkəmədə iddia irəli sürülənədək verilməli olduğundan qeyd edilən təklifi pretenziya kimi qəbul etmək qanunverciliyə ziddir. Bundan əlavə kollegiya iddiaçının alğı-satqı müqaviləsinin ləğvi ilə yanaşı, irəli sürdüyü cavabdehin mənzilə istifadə hüququnun itirilməsi, mənzilin boşaldılması tələbinə münasibətdə qeyd edir ki, həmin tələblər məhz tərəflər arasında daşınmaz əmlaka dair bağlanmış alğı-satqı müqaviləsindən ləğvindən irəli gəldiyindən, biri-digərindən asılı olduğundan həmin tələblərə bütövlükdə qiymət verilməlidir. Mülki Prosessual Məcəlləsinin 384.0.5-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnamə və ya qərardadını qismən ləğv edə, qətnamə və ya qərardadı tamamilə, yaxud qismən ləğv edib, bu Məcəllənin 259.0.1-259.0.5-ci və 259.0.8-259.0.12-ci maddələrinə müvafiq olaraq iddianı tamamilə, yaxud qismən baxılmamış saxlaya, qətnamə və ya qərardadı tamamilə, yaxud qismən ləğv edib, bu Məcəllənin 261-ci maddələrinə müvafiq olaraq iş üzrə icraata xitam verə bilər. Ona görə də kollegiyanın qənaətinə görə şikayətin dəlillərindən asılı olmayaraq birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli və iddia baxılmamış saxlanılmalıdır. Kollegiya, həmçinin iddiaçıya izah edir ki, prosessual qanunvericiliyin tələblərinə əməl edərək, ümumi qaydada yeni ərizə ilə məhkəməyə müraciət etmək hüququna malikdir. Göstərilənlərə əsasən və MPM-in 259.0.1, 384.0.5 və 402-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: İddiaçının apellyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-4826/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsi ləğv edilsin. İddia ərizəsi baxılmamış saxlansın. Qərardaddan kassasiya şikayəti verilə bilməz. Sədrlik edən: Fuad Babayev Hakimlər: Günay Axundova Cəmilə Musayeva
Məhkəmə qərarları › İş №2(103)-2970/2023
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-2970/2023
24.05.2023 · Müqavilələrin ləğv edilməsi - Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver