Məhkəmə qərarları › İş №2(103)-2974/2025

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-2974/2025

16.07.2025 · Əmək mübahisələri - İşə bərpa - Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-2974/2025 16.07.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İlkin iddia üzrə ddiaçı İddiaçı cavabdeh «X3 LLC» şirkətinin Azərbaycan Respublikasındakı nümayəndəliyinə qarşı ilkin iddia ərizəsi, ilk iddia üzrə cavabdeh qarşılıqlı iddia üzrə iddiaçı «X3 LLC» şirkətinin Azərbaycan Respublikasındakı nümayəndəliyinin ilk iddia üzrə cavabdeh qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı qarşı qarşılıqlı iddiasına dair iş üzrə QƏTNAMƏ İş № 2(103)-2974/2025 (Açar sözlər: əmrin ləğv edilməsi, işə bərpa və məcburi iş buraxma dövrü üçün ödənilməmiş əmək haqqının ödənilməsi; pul; iddia müddəti) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər Babayev Fuad Fikrət oğlu (məruzəçi), X2 və X1 ibarət tərkibdə, Şirinova Gülyar Elman qızının katibliyi, İlkin iddia üzrə iddiaçının (qarşılıqlı iddia üzrə cavabdehin) nümayəndəsi və vəkili Vəkil3, ilkin iddia üzrə cavabdehin (qarşılıqlı iddia üzrə iddiaçının) nümayəndəsi və vəkili Nümayəndə iştirakları ilə, İlkin iddia üzrə İddiaçı cavabdeh «X3 LLC» şirkətinin Azərbaycan Respublikasındakı nümayəndəliyinə qarşı əmrin ləğv edilməsi, işə bərpa və məcburi iş buraxma dövrü üçün əmək haqqının ödənilməsi tələbinə dair iddia ərizəsi, ilk iddia üzrə cavabdeh qarşılıqlı iddia üzrə iddiaçı «X3 LLC» şirkətinin Azərbaycan Respublikasındakı nümayəndəliyinin ilk iddia üzrə cavabdeh qarşılıqlı iddiası üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(006)-352/2025 saylı qətnaməsindən ilkin iddia üzrə iddiaçı tərəfindən verilmiş apelyasiya şikayətinə 16 iyul 2025-ci il tarixdə Bakı Apelyasiya Məhkəməsinin binasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

1. İlkin iddia üzrə İddiaçı cavabdeh «X3 LLC» şirkətinin Azərbaycan Respublikasındakı nümayəndəliyinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onunla Cavabdeh şirkətinin Azərbaycan Respublikasındakı Nümayəndəliyi arasında bağlanmış əmək müqaviləsinə AR ƏM-nin 68-ci maddəsinin 2-ci hissəsinin “b” bəndi ilə xitam verilməsi barədə 14/20 nömrəli, xx.xx.2024-cü il tarixli əmrin ləğv edilməsi, iş yeri olan Cavabdeh şirkətinin Azərbaycan Respublikasındakı Nümayəndəliyində Satış üzrə Regional Menecer vəzifəsinə bərpa edilməsi, məcburi iş buraxma müddəti üçün işə bərpa olunduğu günədək əmək haqqının hesablanıb Cavabdeh tərəfindən ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

2. İlkin iddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı ilə Cavabdeh şirkətinin Azərbaycan Respublikasındakı Nümayəndəliyi arasında 04 may 2023-cü il tarixli “müddətsiz” əmək müqaviləsi bağlanmışdır. Nümayəndəlik tərəfindən ona ünvanlanmış 23 aprel 2024-cü il tarixli məktubdan məlum olmuşdur ki, 04 may 2023-cü il tarixli əmək müqaviləsinə 01 mart 2024-cü il tarixli əmrlə, 24 yanvar 2024-cü il tarixindən “Əmək müqaviləsinin müddətinin bitməsi” əsası ilə xitam verilmişdir. 04 may 2023-cü il tarixli Müqaviləyə 24 yanvar 2024-cü il tarixindən xitam verilmiş kimi rəsmiləşdirilsə də, hətta 01 mart 2024-cü il tarixindən sonra da əmək fəaliyyəti ilə məşğul olmuş və 04 may 2023-cü il tarixli əmək müqaviləsi ilə müəyyən edilmiş əmək funksiyalarını və vəzifə öhdəliklərini yerinə yetirmişdir. Həmin faktlar, onunla işəgötürən arasında və eləcə də onunla işəgötürənin müştəriləri arasında, tərəfindən vəzifə səlahiyyətlərinə aid işlərin görülməsini göstərən email və WhatsApp yazışmaları ilə təsdiqlənir. Əmək müqaviləsinə xitam verilməsi barədə sənədlər ona rəsmi olaraq təqdim edilmədiyindən cavabdehə 02 aprel 2024-cü il tarixli ərizə ilə müraciət edərək, onun əmək müqaviləsinə xitam verilməsi barədə rəsmi sənədləri (əmri, əmək kitabçasını və son haqqhesab barədə məlumatları) ona rəsmi olaraq təqdim edilməsini xahiş etmişdir. Cavabdeh 23 aprel 2024-cü il tarixli məktubla ərizəsinə cavab olaraq bildirmişdir ki, əmək müqaviləsinə xitam verilməsinə dair rəsmi tələb olunan sənədlərin siyahısı onlara qoşmada təqdim olunur. Bundan sonra, qanunvericilikdə nəzərdə tutulmuş qaydada cavabdehə mediasiya prosesinin tətbiqi barədə təklif göndərdikdən sonra, mediasiya təşkilatına ərizə ilə müraciət etmişdir. Bakı 6 saylı Mediasiya Təşkilatı tərəfindən “İlkin mediasiya sessiyasından sonra prosesin davam etdirə bilməməsi” barədə İŞB/6-00837 nömrəli, xx.xx.2024-cü il tarixli arayış verilmişdir.

3. Cavabdeh şirkətinin Azərbaycan Respublikasındakı Nümayəndəliyi qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək məhkəmədən Şirkət tərəfindən İddiaçı ödənilmiş və təyinatı üzrə istifadə edilməmiş 16,380 AZN məbləğində yaşayış müavinətinin tam məbləğinin İddiaçı tutularaq Şirkətə qaytarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

4. Qarşılıqlı iddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı qismində məhkəməyə müraciət edən İddiaçı ilə "X6 İnternatıonal LLC" Şirkətinin Azərbaycan Respublikasındakı Nümayəndəliyi (bundan sonra "Şirkət”) arasında 04 may 2023-cü il tarixində bağlanmış əmək müqaviləsinə iş icazəsinin müddətinin bitməsi ilə əlaqədar 01 mart 2024-cü il tarixində xitam verilmişdir. Bununla, İddiaçı Nəsimi Rayon Məhkəməsinə təqdim edilmiş iddia ərizəsində qeyd etdikləri iddia tələblərini qəbul etməyərək, aşağıdakıları bildirməyi zəruri hesab edir. İddiaçı Şirkətdə işlədiyi müddətdə, yəni, 2023-cü ilin may ayından 2024cü ilin yanvar ayınadək Şirkət tərəfindən ona Bakı şəhərində mənzil kirayəyə götürməsi üçün ümumilikdə 16,380 AZN (on altı min üç yüz- səksən manat) məbləğində yaşayış müavinəti ödənilmişdir. Sonradan isə məlum olmuşdur ki, İddiaçı müavinəti almasına baxmayaraq onu təyinatı üzrə istifadə etməmiş, heç bir mənzil kirayələməmiş, əksinə, icarə haqqı Şirkət tərəfindən ödənilən mənzildə məskunlaşmışdır. Beləliklə, İddiaçı özbaşına olaraq heç bir xəbərdarlıq etmədən Şirkətin öz işçilərinin qalması üçün icarəyə götürdüyü Bakı şəhəri, Nərimanov prospekti 4, AZ1006 ünvanında yerləşən "X7" binasında yerləşərək bütün müddət ərzində orada yaşamışdır. Bununla bağlı, İddiaçı 14 mart 2024-cü il tarixində: Yaşayış müavinətinin təyinatı üzrə istifadə edilməməsi, Plaza binasındakı otağın İddiaçı tərəfindən özbaşına tutulması tələblərini əhatə edən pretenziya məktubu göndərilmiş və ondan təyinatı üzrə istifadə edilməmiş müavinətin geri qaytarılması və Plaza binasında özbaşına tutduğu mənzili boşaldıb təhvil verməsi tələb edilmişdir.

5. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(006)-352/2025 saylı qətnaməsi ilə (hakim Həbibə Miriyeva) iddia ərizəsi təmin edilməmişdir.

6. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 45.1, 45.4,68.1, 68.2 “b”, 294.1, 296.2, 296.3-cü maddələrinə, Mülki Məcəllənin 372.1, 372.2, 375.2, 377.1, 379.1.6, 379.4-1, 381.1-ci maddəsinə, "Mediasiya" haqqında Azərbaycan Respublikası Qanununun 29.2, 32.1, 32.1.9, 32.4.2, 35.1 və 35.2-ci maddələrinə, Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 88-ci maddələrinə istinadla əsaslandırmışdır.

Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları

a) Apellyasiya şikayətinin dəlilləri

7. Qətnamədən ilkin iddia üzrə iddiaçı apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi və iddianın təmin edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir.

8. Apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, məhkəmə əsassız olaraq iki müxtəlif tarixi (xx.xx.2024-cü il və xx.xx.2024-cü il) iddia müddətinin axımının başlandığı tarix kimi qəbul edib. Lakin məhkəmə nəzərə almır ki, qeyd olunan bütün bu tarixlər formal xarakter daşıyır. Həmin tarixlər iddia müddətinin başlanması kimi qəbul edilə bilməz. İddiaçı faktiki olaraq, iş funksiyasını yerinə yetirirdi. Belə ki, iddia ərizəsində qeyd olunduğu kimi, iddiaçı hətta 01 mart 2024-cü il tarixindən sonra da əmək fəaliyyəti ilə məşğul olmuş və 04 may 2023-cü il tarixli əmək müqaviləsi ilə müəyyən edilmiş əmək funksiyalarını və vəzifə öhdəliklərini yerinə yetirmişdir. Həmin faktlar, onunla işəgötürən arasında və eləcə də onunla işəgötürənin müştəriləri arasında, iddiaçı tərəfindən vəzifə səlahiyyətlərinə aid işlərin görülməsini göstərən email və WhatsApp yazışmaları ilə də təsdiqlənir. Məhkəmə yanlış olaraq hazırkı tələb ilə bağlı qanunla nəzərdə tutulmuş 1 ay iddia müddətində iddiaçı tərəfindən müəyyən hərəkətləri etmədiyini və iddia ərizəsinin verilmə müddətinin ötürüldüyü qənaətinə gəlir. Belə ki, məhkəmə nəzərə almır ki, işçilərin əmək kitabçası Azərbaycan Respublikası Nazirlər Kabinetinin “İşçilərin əmək kitabçasının forması və onun tərtibi qaydalarının təsdiq edilməsi” barədə 186 nömrəli Qərara əsasən, işdən çıxdığı gün verilməlidir, işdə olmadığı hallarda isə poçt vasitəsi ilə ona bildiriş göndərilməlidir. Əmək Məcəlləsinin 296-cı maddəsinin 3-cü hissəsinə əsasən, hüququnun pozulmasının aşkar edildiyi gün kimi, işəgötürənin səlahiyyəti bəlli olmayan hər hansı işçisi tərəfindən “WhatsApp” və ya digər yollarla işçiyə məlumatın verilməsi nəzərdə tutulmur. WhatsApp və ya istənilən digər üsullarla işçiyə kimsə tərəfdən qeyri-rəsmi olaraq işdən çıxması anlamına gətirə bilən məlumatların ötürülməsi anı, işçinin işdən çıxmasına dair rəsmi məlumat alması tarixi kimi qəbul edilə bilməz. Belə məlumatlar işçidə yalnız şübhələr yarada bilər. Xronoloji ardıcıllığa nəzər yetirilsə, bəlli olacaq ki, iddiaçının əmək müqaviləsinə xx.xx.2024-cü il tarixdə xitam verilməsi ilə bağlı xx.xx.2024-cü il tarixdə əmr verilmişdir. Əmək müqaviləsinə xitam verilməsi ilə əlaqədar iddiaçıya şifahi və “WhatsApp” vasitəsi ilə qeyri-rəsmi məlumat verildiyindən və bu, iddiaçıda şübhə doğurduğuna görə, iddiaçı cavabdehə xx.xx.2024-cü il tarixdə rəsmi məktubla müraciət edərək onunla bağlanmış əmək müqaviləsinə xitam verilməsi barədə rəsmi sənədləri (əmri, əmək kitabçasını və son haqq-hesab barədə məlumatları) ona rəsmi olaraq təqdim edilməsini xahiş etmişdir. Əmək müqaviləsinə xitam verilib-verilmədiyi barədə cavab almayacağını zənn edən iddiaçı, cavabdehə xx.xx.2024-cü il tarixdə mediasiya prosesinin tətbiqi ilə bağlı təklif göndərmişdir və cavabdeh xx.xx.2024-cü il tarixdə bu cavabı almışdır. Cavabdeh mediasiya prosesinin tətbiqi barədə təklifə münasibət bildirməsə də, 23 aprel 2024-cü il tarixli məktubla iddiaçının ərizəsinə cavab olaraq bildirmişdir ki, rəsmi qaydada əmək müqaviləsinə xitam verilməsi barədə məlumatı və tələb olunan sənədlərin siyahısını (əmək müqaviləsinə xitam verilməsi barədə əmr, əmək kitabçası və son haqq hesab barədə məlumat) qoşmada 24 aprel 2024-cü il tarixdə təqdim olunmuşdur. Bundan sonra 29 aprel 2024-cü il tarixdə mediasiya sessiyası üçün ərizə ilə mediasiya təşkilatına müraciət olunmuşdur (baxmayaraq ki, məhkəmə ərizənin göndərdiyi tarix deyil, səhv olaraq mediasiya təşkilatına ərizənin çatdırıldığı vaxtı 30 aprel 2024-cü il tarixi əsas götürür). Bakı 6 saylı Mediasiya təşkilatı tərəfindən “İlkin mediasiya sessiyasından sonra prosesin davam etdirə bilməməsi” barədə MŞB/6-00837 nömrəli, xx.xx.2024-cü il tarixli Arayış verilmişdir. Sonra iddiaçı xx.xx.2024-cü il tarixdə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Göründüyü kimi, iddiaçı artıq xx.xx.2024-cü il tarixdə mediasiya prosesinin tətbiqi ilə bağlı cavabdehə təklif göndərəndə iddia müddətinni axımı dayandırılmalıdır. Belə ki, iddiaçı öz hərəkətləri ilə artıq iddianın verilməsi ilə bağlı ilkin addımlar atmışdır. Mediasiya təşkilatı tərəfindən müvafiq arayış xx.xx.2024-cü il tarixdə verildikdən sonra, müddət bərpa olunmuşdur, hazırkı halda iddia müddəti iddiaçının onunla bağlanan əmək müqaviləsinin pozulduğunu bildikdə (sənədlər rəsmi qaydada təqdim ediləndə) müddət başlanmışdır. Belə ki, iddiaçı tərəfindən rəsmi məlumat verilənə kimi, artıq mediasiya prosesinin tətbiqi ilə bağlı iddiaçı tərəfindən təklif cavabdehə göndərilmişdir. Bu da o deməkdir ki, arayış iddiaçıya təqdim ediləndən bir ay keçmədən, iddiaçı iddia müddəti çərçivəsində iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Bununla da, birinci instansiya məhkəməsi qeyd olunan maddi hüquq normalarının tələblərini pozmuşdur.

b) Apelyasiya şikayətinə qarşı etirazın dəlilləri

9. Cavabdeh tərəfindən apellyasiya şikayətinə etiraz və əlavə mülahizələr daxil olmuşdur.

c) Proses iştirakçılarının izahatı

10. Apellyasiya baxışı zamanı iclasında iştirak edən ilkin iddia üzrə iddiaçının (qarşılıqlı iddia üzrə cavabdehin) nümayəndəsi və vəkili Vəkil3 apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək, onun təmin edilməsini xahiş etmişdir.

11. Apellyasiya baxışı zamanı (və öncəki məhkəmə iclasında) iştirak edən ilkin iddia üzrə cavabdehin (qarşılıqlı iddia üzrə iddiaçının) nümayəndəsi və vəkili Nümayəndə apellyasiya şikayətini qəbul etməmiş, iddia müddətinin ötürülməsi səbəbindən onun təmin edilməməsini xahiş etmişdir.

12. İlkin iddia üzrə iddiaçının (qarşılıqlı iddia üzrə cavabdehin) nümayəndəsi və vəkili Vəkil1 məhkəməyə ərizə ünvanlayaraq iclasın xx.xx.2025-ci ildən sonrakı tarixə salınmasını xahiş etmişdir. Məhkəmə kollegiyası işə işdəki sübutlarla baxılmasının mümkünlüyü, o cümlədən iddiaçının digər bir vəkillə də təmsil olunduğunu nəzərə alaraq iclasın onun iştirakı olmadan keçirilməsini məqsədəuyğun hesab etmişdir.

Tətbiq edilən hüquq

Azərbaycan Respublikası Əmək Məcəlləsi

13. Maddə 10. Əmək müqaviləsi ilə müəyyən edilmiş əmək funksiyasını vicdanla yerinə yetirmək, əmək intizamına və müəssisədaxili intizam qaydalarına əməl etmək, əmək qanunvericiliyinin tələblərinə işçinin əsas vəzifələri hesab olunur.

14. Maddə 68.1. Əmək müqaviləsinə yalnız bu Məcəllə ilə müəyyən edilmiş əsaslarla və qaydada xitam verilə bilər.

15. Maddə 70, “ç” bəndi. İşçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənini 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda əmək müqaviləsi işəgötürən tərəfmdən həmin əsasla ləğv edilə bilər.

16. Maddə 71.2. Bu Məcəllənin 70-ci maddəsinin «ç» bəndində nəzərdə tutulan əsasla əmək müqaviləsinin ləğv edilməsinə bu şərtlə yol verilir ki, işçi qəsdən və ya səhlənkarlıqla, etinasızlıqla əmək funksiyasını, vəzifə borcunu (öhdəliklərini) yerinə yetirmədiyinə görə müvafiq iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahəngi pozulmuş olsun və ya mülkiyyətçinin, işəgötürənin, habelə əmək kollektivinin (onun ayrı-ayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəymiş olsun.

17. Maddə 296.2. Bu maddənin birinci hissəsində göstərilən haldan başqa qalan bütün hallarda fərdi əmək mübahisəsinin həll edilməsi üçün işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 təqvim ayı ərzində məhkəməyə müraciət edə bilər.

18. Maddə 296.3. Hüququnun pozulmasının aşkar edildiyi gün - işçiyə müvafiq əmrin, (sərəncamın, qərarın), əmək kitabçasının, haqq-hesab sənədlərinin (kitabçasının, vərəqəsinin, çekinin) verildiyi, həmçinin əmək müqaviləsinin bu Məcəllədə nəzərdə tutulmuş şərtlərinin işəgötürən tərəfindən müvafiq qaydada sənədləşdirilmədən bilə-bilə qəsdən pozulduğu gündür.

19. Maddə 296.6. Bu maddədə göstərilən müddətlər üzrlü səbəblərdən – iddiaçının xəstələnməsi, ezamiyyətdə, yaşayış yerindən kənarda məzuniyyətdə olması, yaxın qohumunun ölməsi və digər obyektiv hallarla bağlı səbəblərdən ötürülərsə, fərdi əmək mübahisəsinə baxan orqan buraxılmış müddəti bərpa edərək mübahisəyə mahiyyəti üzrə baxa bilər.

“Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanunu (mediasiyanın keçirildiyi tarixdə qüvvədə olan redaksiyası)

20. Maddə 3.2. Kommersiya, ailə və əmək münasibətlərindən irəli gələn mübahisələr üzrə bu Qanunun 28-ci və 29-cu maddələrinə uyğun olaraq məhkəməyə müraciət etməmişdən əvvəl ilkin mediasiya sessiyasında iştirak tələb olunur.

21. Maddə 35.1. Mediasiya prosesinin tətbiqi tərəflər arasında mübahisə üzrə qanunla nəzərdə tutulan iddia müddətinin axımının dayandırılmasına səbəb olur.

22. Maddə 21.5. Mediasiya prosesi bu Qanunun 21.6-cı maddəsində nəzərdə tutulmuş təklifin göndərildiyi andan, belə təklif olmadıqda isə bu Qanunun 28-ci və 29-cu maddələrinə nəzərdə tutulmuş hallarda tərəflərin ilkin mediasiya sessiyasında iştirak etdiyi, digər hallarda isə bu Qanunun 22-ci maddəsində nəzərdə tutulmuş “mediasiya prosesinin tətbiqi barədə müqavilə” bağlandığı andan başlanmış sayılır.

23. Maddə 35.2. Mediasiya prosesi nəticəsində tərəflər arasında barışıq sazişi imzalanmazsa, mübahisə üzrə iddia müddətinin axımı bu Qanunun 32.4.2-ci maddəsində nəzərdə tutulan tarixdən bərpa olunmuş hesab olunur.

24. Maddə 32.1 və 32.4.2. Mediasiya prosesinə “Mediasiya sessiyasında iştirak edilməməsi” ilə bağlı arayış tərəflərə təqdim edildiyi gündən xitam verilir.

Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi

25. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

26. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.

27. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.

28. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Apellyasiya baxışının hədləri

29. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

30. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.

31. Hazırki iş üzrə həm ilkin, həm də qarşılıqlı iddia tələbi rədd edildiyindən və qətnamədən yalnız ilkin iddia üzrə iddiaçı apelyasiya şikayəti verdiyindən, apellyasiya baxışının hədlərini birinci instansiya məhkəməsinin qətnaməsinin qanuniliyinin və əsaslılığının ilkin iddia üzrə mübahisələndirilən hissədə yoxlanılması təşkil edir.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

32. Məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apelyasiya şikayəti təmin edilmədən, birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır.

33. Məhkəmə kollegiyası iş üzrə sübutlara, müəyyən edilmiş hallara qiymət verərək, iddianı rədd edən birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır.

34. Kollegiya hesab edir ki, ilk növbədə apellyasiya şikayətinin iddia müddətinin keçməməsi ilə bağlı dəlili müzakirə olunmalı, bununla bağlı gəlinəcək nəticəyə uyğun olaraq digər dəlillərə bu kontekstdə qiymət verilməlidir. Bunun üçün ilkin olaraq iddia müddətinin, həqiqətən, keçib-keçməməsi müəyyən olunmalı, bundan sonra iddiaçının bu barədə üzrlü səbəblərinin olub-olmaması aydınlaşdırılmalıdır.

35. Belə ki, Əmək Məcələsinin 296.6-cı maddəsinin tələblərinə əsasən bu maddədə göstərilən müddətlər üzrlü səbəblərdən – iddiaçının xəstələnməsi, ezamiyyətdə, yaşayış yerindən kənarda məzuniyyətdə olması, yaxın qohumunun ölməsi və digər obyektiv hallarla bağlı səbəblərdən ötürülərsə, fərdi əmək mübahisəsinə baxan orqan buraxılmış müddəti bərpa edərək mübahisəyə mahiyyəti üzrə baxa bilər.

36. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 296-cı maddəsinin 2-ci hissəsinə əsasən, bu maddənin birinci hissəsində göstərilən haldan başqa qalan bütün hallarda fərdi əmək mübahisəsinin həll edilməsi üçün işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 təqvim ayı ərzində məhkəməyə müraciət edə bilər.

37. Əmək Məcəlləsinin 296.3-cü maddəsinə əsasən hüququn pozulmasının aşkar edildiyi gün, işçiyə müvafiq əmrin, (sərəncamın, qərarın), əmək kitabçasının, haqq-hesab sənədlərinin (kitabçasının, vərəqəsinin, çekinin) verildiyi, həmçinin əmək müqaviləsinin bu Məcəllədə nəzərdə tutulmuş şərtlərinin işəgötürən tərəfindən müvafiq qaydada sənədləşdirilmədən bilə-bilə qəsdən pozulduğu gündür.

38. İş materiallarında olan İddiaçı Cavabdeh şirkətinin Azərbaycan Respublikasındakı Nümayəndəliyində xx.xx.2023-cü il tarixdən satış üzrə Regional Menecer (Karotaj şöbəsi) vəzifəsinə işə götürülmüş, əmək müqaviləsi müddətsiz bağlanmışdır. İddiaçıya Dövlət Miqrasiya Xidməti tərəfindən verilmiş iş icazəsinin qüvvədə olma müddəti 24 yanvar 2024- cü il tarixdə bitmişdir. Nümayəndəliyin xx.xx.2024-cü il tarixli 14/20 saylı əmri ilə İddiaçı iş icazəsinin müddəti 24 yanvar 2024-cü il tarixində bitdiyinə görə, onun əmək müqaviləsinə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin «b» bəndinə əsasən 24 yanvar 2024-cü il tarixində xitam verilmişdir. Həmçinin iş materiallarından görünür ki, iddiaçıya elə həmin tarixdə, yəni xx.xx.2024-cü il tarixdə son haqq-hesab olaraq 47,177.44 manat ödənilmişdir.

39. Məhkəmə ilk növbədə iddiaçının hüququnun pozulduğunu nə zaman aşkar etməsini müəyyənləşdirməlidir. Belə ki, Əmək Məcəlləsinin 296.3-cü maddəsinə əsasən hüququn pozulmasının aşkar edildiyi gün, işçiyə müvafiq əmrin, (sərəncamın, qərarın), əmək kitabçasının, haqq-hesab sənədlərinin (kitabçasının, vərəqəsinin, çekinin) verildiyi, həmçinin əmək müqaviləsinin bu Məcəllədə nəzərdə tutulmuş şərtlərinin işəgötürən tərəfindən müvafiq qaydada sənədləşdirilmədən bilə-bilə qəsdən pozulduğu gündür.

40. Kollegiya ilk növbədə ilkin iddia üzrə iddiaçının sözügedən maddənin tələblərinə əsasən əmri, əmək kitabçasını və son haqq-hesab barədə məlumatların xx.xx.2024-cü il tarixli məktuba qoşma olaraq alması halında iddia müddətinin başlanmasının mümkünlüyünə dair apelyasiya şikayətinin dəlilləri ilə razılaşmayaraq qeyd edir ki, normanın məzmunundan da göründüyü kimi işçinin hüququnun pozulduğunu, yəni indiki halda onunla bağlanılan əmək müqaviləsinə məhz Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi ilə xitam verilməsini bilməsi üçün heç də adı çəkilən sənədlərin hamısının eyni vaxtda təqdim edilməsi şərtləndirilməmiş, onlardan birinin olması yetərli hesab olunmuşdur. Çünki həmin sənədlərin hər biri özlüyündə işçinin müvafiq hüquqi və faktiki vəziyyətini əks etdirməklə ona bu hüquqların pozulmasını aşkar etmək üçün kifayət qədər əsas təşkil edir.

39. Hazırki işin materiallarındakı hesabdan çıxarışdan da göründüyü kimi işçiyə onunla bağlanılan əmək müqaviləsinin xitam verilməsi nəzərdə tutulan tarixdə, yəni xx.xx.2024-cü il tarixdə son haqq-hesab məbləği köçürülmüşdür. İlkin iddia üzrə iddiaçı həmin məbləğin son haqq-hesab olaraq köçürülməsini bilmədiyini, mütəmadi aldığı bonuslardan biri olduğunu düşündüyünü qeyd etsə də, tədqiq olunmuş sübutlardan görünür ki, 2023-cü ilin may ayından 2024-cü ilin yanvar ayınadək olan iddiaçının əməkhaqqı kartına köçürülən məbləğlər ortalama olaraq 10.000-12.000 civarlarında olmuş, yalnız ilk dəfə işə qəbul olunarkən 39064.40 manat təşkil etmiş və bunun da səbəbi şirkətin Rusiya Federasiyasından Bakı ofisinə köçürülməsi ilə əlaqədar müvafiq müavinətin ödənilməsi olmuşdur. Bundan əlavə xx.xx.2024-c il tarixli köçürmənin ödəniş tapşırığında da ödənişin təyinatının məhz “son haqq-hesab” kimi qeyd edilməsi də iddiaçının bu ödənişin səbəbini bilməməsi ilə bağlı arqumentlərini əsassız hesab etməyə dəlalət edir.

40. Bundan əlavə iş materiallarından görünür ki, işəgötürən tərəfindən İddiaçı 14 mart 2024-cü il tarixində yaşayış müavinətinin təyinatı üzrə istifadə edilməməsi, barədə pretenziya ünvanlanmış, iddiaçı həmin pretenziyanı xx.xx.2024-cü il tarixdə almış, pretenziyanı aldıqdan sonra həmin tarixdə işəgötürənə əməkhaqqı cədvəlinin əldə olunması barədə mail və xx.xx.2024-cü il tarixli məktub ünvanlayaraq Nümayəndəliyin onunla bağlanmış əmək müqaviləsinə xitam verilməsi barədə məlumat almasını bildirmiş və xitam verilmə barədə rəsmi sənədləri işəgötürəndən tələb etmişdir. Göründüyü kimi iddiaçı xx.xx.2024-cü il tarixdə hesbabına köçürülən pulun təyinatından xəbərsiz olduğunu bildirsə belə, ən azından xx.xx.2024-cü il tarixdə əmək münasibətlərinə xitam verilməsindən məlumatlı olmuşdur.

41. Daha sonra iş materiallarına əsasən müəyyən olunur ki, iddiaçı qarşı tərəfə xx.xx.2024-cü il tarixli (poçta təqdim edilən xx.xx.2024-cü il) mediasiya prosesinin tətbiqi barədə təkliflə müraciət etmiş və bununla da “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununun 21.6 və 35.1-ci maddələrinə əsasən məhkəməyə müraciət etmək üçün müəyyən olunmuş iddia müddətinin axımı mediasiya barədə arayış alınacağı vaxtadək dayandırılır. Həmin tarixlərə əsasən müəyyən olunur ki, iddiaçının yuxarıda qeyd edildiyi kimi realda xx.xx.2024, ən geci xx.xx.2024-cü il tarixdə hüququnun pozulduğunu aşkar etmiş, mediasiya prosesinin tətbiqi barədə təklifi isə xx.xx.2024-cü il tarixdə göndərmişdir. Kollegiya həmçinin o halı da qeyd edir ki, apellyator hüququnun pozulduğu anla bağlı cavabdeh tərəfindən sənədlərin xx.xx.2024cü il tarixdə təqdim edilməsini əsas gətirsə də, artıq xx.xx.2023-cü il tarixdə vəkillə əmək mübahisəsi üzrə işə bərpa tələbi ilə bağlı hüquqlarının müdafiəsi ilə bağlı müqavilə bağlamış, xx.xx.2024-cü ildə də məhz həmin tələblə mediasiya prosesinin tətbiqi barədə təklifllə müraciət etmişdir. Həmçinin iddiaçı həmin müddət ərzində işə çıxmamış və bu hal onda nəsə sual doğurmamışdır. Bütün bunlar isə o deməkdir ki, iddiaçının hüquqlarının pozulduğunu xx.xx.2024-cü ildə aşkar etməsi mümkünsüzdür.

42. İş materiallarından görünür ki, mediasiya prosesinin nəticəsinə dair arayış xx.xx.2024-cü il tarixdə alınmış və həmin tarixdən etibarən iddiaçının müddət axımı yenidən davam etmişdir. Bu isə o deməkdir ki, iddiaçının hüquqlarının pozuntusunu aşkar etdiyi real vaxt olan xx.xx.2024-cü il tarixdən hesablandıqda artıq mediasiya təklifi göndərilərkən müddət ötürülmüş, ən yaxşı halda xx.xx.2024-cü il tarixdən hesablandıqdan isə məhkəməyə müraciət etmək üçün 6 günü qalmışdır (xx.xx.2024 – xx.xx.2024 aralığında 24 gün keçmiş, xx.xx.2024-cü ildə axım dayanmış, xx.xx.2024-cü ildə axım davam etmişdir.

43. Lakin xx.xx.2024-cü ildə arayışın alınmasına baxmayaraq məhkəməyə yalnız xx.xx.2024-cü il tarixdə müraciət edilmişdir. İddiaçı iddia ərizəsinin xx.xx.2024-cü ildə poçta təqdim edildiyini bildirsə də, qeyd edilən hal həqiqi olsa belə, ən geci xx.xx.2024-cü ildə məhkəməyə müraciət edilməli idi və artıq xx.xx.2024-cü il tarixdə də qanunla müəyyən edilən 1 aylıq müddət ötürülmüşdü.

44. Bu da o deməkdir ki, istər iddia müddətini başlanması, istərsə də məhkəməyə müraciət edilmə ilə bağlı iddiaçının arqumentləri əsaslı hesab olunsa idi belə, yuxarıda qeyd edilənlər onun iddiasının müddətin ötürülməsi və eyni zamanda cavabdeh tərəfindən də bu barədə ərizənin məhkəməyə təqdim edilməsi səbəbindən rədd olunmasına əsas verir.

45. Həmin müddətin ötürülməsinə dair üzrlü səbəblərin olub-olmamasına münasibətdə isə kollegiya aşağıdakıları qeyd edir.

46. Yuxarıda qeyd edildiyi kimi Əmək Məcəlləsinin 296.6-cı maddəsinin tələblərinə əsasən bu maddədə göstərilən müddətlər üzrlü səbəblərdən – iddiaçının xəstələnməsi, ezamiyyətdə, yaşayış yerindən kənarda məzuniyyətdə olması, yaxın qohumunun ölməsi və digər obyektiv hallarla bağlı səbəblərdən ötürülərsə, fərdi əmək mübahisəsinə baxan orqan buraxılmış müddəti bərpa edərək mübahisəyə mahiyyəti üzrə baxa bilər. Lakin hazırki iş materiallarında iddiaçı tərəfindən belə bir üzrlü halın mövcudluğuna dair hər hansı sübut təqdim edilməmiş, beləliklə, iddia müddətinin tətbiqini istisna edən hal aşkar olunmamışdır.

47. Ümumiyyətlə qeyd olunmalıdır ki, iddia müddətləri mübahisələrin həlli baxımından mühüm əhəmiyyət daşıyan institutlarından biridir. Konstitusiya Məhkəməsinin Plenumu bir çox qərarlarında bu institutun əhəmiyyətinə toxunaraq qeyd etmişdir ki, mülki işin qanuna uyğun həlli baxımından qanunvericiliyin iddia müddətlərinə dair müddəalarının düzgün tətbiqi mühüm əhəmiyyətə malikdir. İddia müddəti hüquq münasibətləri iştirakçılarını intizamlandırır, onları öz hüquqlarını müdafiə etməyə məcbur edir, müqavilə və maliyyə intizamının nizamlanmasına kömək edir, mülki hüquq münasibətlərində qeyrimüəyyənliyin, qeyri-sabitliyin aradan qaldırılmasına xidmət göstərir, tərəflərlərin üzərindən çox vaxt ötmüş, mötəbərliyinin yoxlanılması çətin və ya qeyri-mümkün olan sübutlara istinad etməsini aradan qaldıraraq, ədalət mühakiməsi orqanlarına mübahisələri obyektiv əsaslarla həll etmək imkanı yaradır.

48. Avropa İnsan Hüquqları Məhkəməsi “Miraqall Eskolano və digərləri İspaniyaya qarşı” iş üzrə 25 yanvar 2000-ci il tarixli qərarında belə nəticəyə gəlmişdir ki, atılmalı olan formal addımları və şikayətlərin verilməsi üçün riayət edilməli olan müddət məhdudiyyətlərini tənzimləyən qaydalar ədalət mühakiməsinin lazımi qaydada həyata keçirilməsinin və xüsusi ilə hüquqi müəyyənlik prinsipi ilə uyğunluğunun təmin edilməsi məqsədini daşıyır. Məhkəmə mübahisəsi üzrə tərəflər bu qaydaların tətbiq edilməsini nəzərə almalıdırlar.

49. Kollegiya qeyd edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa, hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur.

50. Beləliklə, kollegiya qeyd edir ki, hazırki iş üzrə iddiaçı hüququnun müdafiəsi ilə bağlı qanunvericiliklə ona verilmiş 1 aylıq müddəti ötürmüş, bu ötürmənin üzrlü səbəblərdən irəli gəldiyini təsdiq edən hər hansı əsaslı sübutu məhkəməyə təqdim edə bilməmişdir. Odur ki, apelyasiya şikayəti təmin edilmədən, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

51. Məhkəmə kollegiyası onu da vurğulamağı zəruri hesab edir ki, Mülki Prosessual Məcəllənin 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.

52. Qətnamənin qanuniliyi dedikdə, onun mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılması başa düşülür.

53. Qətnamənin əsaslılığı dedikdə isə qətnamənin iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun olması başa düşülür. Qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn nəticəsi onda şərh olunsun, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun.

54. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası

Qət etdi:

Apelyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(006)-352/2025 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Sədrlik edən: Fuad Babayev Hakimlər: Cəmilə Musayeva Fərrux Qasımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar