Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-2976/2023 26.04.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Ərizəçi (Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” Püblik hüquqi şəxsinin 1 saylı Bakı şəhər Ərazi İdarəsi maraqlı şəxs qismində cəlb edilməklə) ərizəsinə dair mülki iş üzrə (Açar sözlər: hüquqi əhəmiyyətli faktın müəyyən olunması) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, hakim X15 qızının sədrliyi və məruzəsi ilə, hakimlər Məmmədov Məmməd Allahverdi oğlundan və X17 oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Alıyeva Gülər Neymət qızının katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi (Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” Püblik hüquqi şəxsinin 1 saylı Bakı şəhər Ərazi İdarəsi maraqlı şəxs qismində cəlb edilməklə) “hüquqi əhəmiyyətli faktın təsdiq edilməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)- 724/2023 saylı 15 fevral 2023-cü il tarixli qətnaməsindən maraqlı şəxs tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları
1. A3 № ******* nömrəli doğum haqqında şəhadətnaməyə əsasən, Ərizəçi 11 oktyabr 1961-ci il tarixdə doğulmuş və ata qrafasında X7 qeyd edilmişdir. O, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evində yaşayır. Həmin evə dair Azərbaycan SSR Kommunal Təsərrüfatı Nazirliyinin X2 Bürosu tərəfindən 09.1971-ci il tarixdə tərtib edilmiş "Şəxsi mülkiyyət hüququ ilə evlərin texniki inventarizasiya və qiymətləndirilməsinə aid" pasportda və ev sahibliyinin kartoçkasında evin sahibinin adı “Hüseynov Qurban” (Гусейнов Гурбан) kimi qeyd olunmuşdur.
2. Bakı şəhəri 19 saylı Notariat Ofisi tərəfindən Ərizəçi ünvanlanmış xx.xx.2022-ci il tarixli 198 saylı məktubdan görünür ki, xx.xx.2020-ci ildə vəfat etmiş X1 adına, onun övladları X10 və Ərizəçi müraciəti əsasında vərəsəlik işi açılmışdır. Miras əmlaka vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsi məqsədilə mərhum X1 adına daşınmaz əmlakın olub-olmadığı barədə məlumat, habelə olduğu halda daşınmaz əmlakın dövlət reyestrindən çıxarış, texniki pasport və ya plan ölçü verilməsi xahiş edilmişdir.
Birinci instansiya məhkəməsində icraat
3. Ərizəçi Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” Püblik hüquqi şəxsinin 1 saylı Bakı şəhər Ərazi İdarəsini maraqlı şəxs qismində cəlb etməklə “hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi” tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, şəxsi mülkiyyət hüququ ilə evlərin texniki inventarizasiya və qiymətləndirilməsinə aid pasportda mülkiyyətçi kimi qeyd olunan X8 ilə X1 eyni şəxs olması faktının təsdiq edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
4. Ərizə onunla əsaslandırılmışdır ki, atası X7 12 noyabr 2020-ci il tarixdə vəfat etmişdir. ünvan 1 ünvanında yerləşən mənzil atası X1 adına rəsmiləşdirilmişdir. Sözügedən mənzilin mərhum atasının xüsusi mülkiyyətinə verilməsinə dair texniki pasport mövcuddur. Lakin sözügedən texniki pasportda mülkiyyət sahibi olaraq mərhum atasının adı səhvən “Hüseynov Qurban” olaraq qeyd edilmişdir. Bakı şəhəri 42 saylı Notariat Ofisi tərəfindən verilmiş məktubla miras əmlaka vərəsəlik hüququ tanınmışdır. Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinə müraciət etdi və sözügedən daşınmaz əmlak üzərində vərəsəlik hüququ təsdiq olunaraq ona çıxarış verilməsini xahiş etdi. Lakin ona sözügedən pasportda atasının adının səhv qeyd olunduğu, bununla düzəliş edilməli olduğu bildirərək ona çıxarış verməkdən imtina olundu və məhkəməyə müraciət hüququ izah olundu. Qeyd edir ki, texniki pasportda yanlışlığa yol verilib, mərhum atasının adı Hüseynov Qurban qeyd edilmişdir. Mülkiyyətçi kimi qeyd olunan Hüseynov Qurban ilə X7 eyni şəxsdir. Sözügedən mənzil uzun illər atasının mülkiyyətində olmuşdur, onun qanuni istifadəsində idi. Hal-hazırda isə onun istifadəsindədir.
5. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-724/2023 saylı 15 fevral 2023-cü il tarixli qətnaməsi ilə ərizənin təmin edilməsi qət edilmişdir.
6. Məhkəmə mövqeyini onunla əsaslandırmışdır ki, qanunverici iş üzrə sübutetmə yükünü tərəflər arasında bölüşdürmüşdür. Baxılan iş materiallarının məcmusu ərizənin əsaslılığını təsdiq etmişdir. Belə olduğu halda, məhkəmə hesab edir ki, ərizə əsaslı və qanuni olub təmin edilməlidir.
7. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 305.1.1, 307.1, 307.2.5 və 308-ci maddələrinə istinadla əsaslandırmışdır.
Apellyasiya şikayətinin dəlilləri
8. Maraqlı şəxs apellyasiya şikayəti verərək, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-724/2023 saylı 15 fevral 2023-cü il tarixli qətnaməsinin ləğv olunmasını və ərizənin rədd olunmasını xahiş etmişdir.
9. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, aparılan araşdırmalar zamanı məlum olmuşdur ki, şəxsi mülkiyyət hüququ ilə evlərin texniki inventarizasiya və qiymətləndirilməsinə aid 1977-ci il tarixli, M.C.Məmmədzadə küç. ev 117A ünvanına dair X6 məxsus pasport İdarənin arxiv əsaslarında aşkar edilməmişdir. İdarənin arxivində Hüseynov Qurban(ata adı qeyd olunmayıb) adına 1971-ci il tarixli, 3-cü Yasamal (C.Məmmədzadə küç.) 117 ünvanına aid pasport mövcuddur. Məhkəmə qətnamənin əsaslandırıcı hissəsində göstərmişdir ki, şəxsi mülkiyyət hüququ ilə evlərin texniki inventarizasiya və qiymətləndirilməsinə aid 1977-ci il tarixli pasportda mülkiyyətçi kimi qeyd olunan X8 ilə X1 eyni şəxs olması faktı müəyyən edilməlidir. Lakin, məhkəmə həmin pasportun həqiqiliyini araşdırmamışdır. Belə ki, pasportun arxivdə mövcud olub-olmaması ilə bağlı sorğu göndərməmişdir.
Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
10. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
Məhkəmə icraatı iştirakçılarının izahatları
11. Məhkəmə kollegiyasının iclasında iştirak edən Ərizəçi apellyasiya şikayətini əsassız hesab etdiyini qeyd etmiş, həmçinin ərizə təqdim edərək bildirmişdir ki, birinci instansiya məhkəməsinə müraciət edərkən əsl xahişi (niyyəti) 3-cü ünvan 4 ünvanına dair 1971-ci ildə tərtib olunmuş Hüseynov Qurbani adına olan şəxsi mülkiyyət hüququ ilə evlərin texniki inventarizasiya və qiymətləndirilməsinə aid pasportun atası X3 məxsus olması faktının təsdiq edilməsi barədə qətnamə çıxarılması olmuşdur.
12. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmış maraqlı şəxs məhkəmə iclasında təmsil edilməmiş və məhkəmə iclasında üzrlü səbəblərdən iştirak edə bilməyəcəyi barədə mötəbər sübutlar təqdim etməmişdir. Məhkəmə kollegiyası işə cavabdeh tərəfin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
Apellyasiya baxışının hədləri
13. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
14. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.
15. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır.
16. Məhkəmə kollegiyası qeyd edir ki, maraqlı şəxs tərəfindən verilmiş apellyasiya şikayətində qətnamənin ləğv edilməsi və ərizənin təmin olunmaması xahiş olunur. Bu səbəbdən kollegiya hesab edir ki, apellyasiya baxışının predmetini qətnamənin bütövlükdə yoxlanılması təşkil edir.
Tətbiq edilən hüquq
Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin:
17.4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. 18.14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
19. 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
20. 77.3-cü maddəsinə əsasən, işdə olan sübutlar əsasında işə baxmaq mümkün olmadıqda, məhkəmə zəruri əlavə sübutlar təqdim etməyi tərəflərə təklif edə bilər.
21. 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. 22.305.1.1-ci, 307.2.5-ci, 308-ci və 311-ci maddələrinə görə məhkəmə xüsusi icraat qaydasında həmçinin hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlərə baxır. Fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktlar hüquqi əhəmiyyətli faktlardır və şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddə göstərilən adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktı hüquqi əhəmiyyəti olan faktlardan biridir. Məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydə alınma üçün əsasdır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
23. Məhkəmə kollegiyası iş materiallarını və apellyasiya şikayətinin dəlillərini müzakirə edərək hesab edir ki, apelyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli, ərizə yenidən təmin edilməlidir. Belə ki, birinci instansiya məhkəməsi tərəfindən işin faktiki halları düzgün araşdırılmamış, mübahisəyə maddi hüquq norması düzgün tətbiq edilməmişdir.
24. Məhkəmə, məhkəmə iclasında tədqiq edilmiş, aşağıda göstərilən sübutlara görə hesab edir ki, baxılan mülki iş üzrə hüquq haqqında mübahisə yoxdur və ərizəçinin yaxın qohumu olan atasının sənəddə göstərilən adı və soyadı onun şəxsiyyətini təsdiq edən sənəddə göstərilən adı və soyadı ilə düz gəlmədiyindən, hüquq müəyyənedici sənədin həmin şəxsə məxsus olması faktının müəyyən edilməsi zərurəti yaranmışdır. Belə ki, ərizəçinin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi və xitam verilməsi həmin faktının müəyyən edilməsindən birbaşa asılıdır.
25. Azərbaycan SSR Kommunal Təsərrüfatı Nazirliyi tərəfindən Bakı şəhəri, Oktyabr (ünvan 5 ünvanında yerləşən fərdi yaşayış evinə dair verilmiş 09.1971-ci il tarixli Şəxsi mülkiyyət hüququ ilə evlərin texniki inventarizasiya və qiymətləndirilməsinə aid pasportun surətindən görünür ki, sözügedən ev Hüseynov (Гусейнов) Qurbanın (Курбан) sahibliyindədir.
26. Azərbaycan SSR Şamaxı rayonu VVAQ şöbəsi tərəfindən 25.008.1965-ci il tarixdə verilmiş АЗ seriyalı ******* nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Ərizəçi xx.xx.1961-ci ildə Şamaxı rayonunda anadan olmuş, atası X7, anası X4r.
27. Yasamal rayon qeydiyyat şöbəsi tərəfindən xx.xx.2013-cü il tarixdə verilmiş, AZ-İ saylı, 626344 nömrəli ölüm haqqında şəhadətnamənin təsdiq edilmiş surətindən görünür ki, X9 xx.xx.2013-cü ildə ölmüş və bu barədə ölüm haqqında akt qeydləri kitabında xx.xx.2013-cü il tarixdə 752 nömrə ilə qeyd edilmişdir. Ölümün səbəbi qara ciyər sirrozu kimi müəyyən edilmişdir.
28. Azərbaycan Respublikası Vətəndaşının AZE seryialı, 0******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Ərizəçi xx.xx.1961-cü il tarixində Şamaxı rayonunda anadan olmuşdur.
29. AZ-İİ seriyalı 069801 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X7 12 yanvar 2020-ci il tarixdə ölmüşdür, bu barədə akt qeydləri kitabında 161 nömrə ilə qeyd aparılmışdır.
30. İşin məhkəmə tərəfindən müəyyən edilmiş hallarından göründüyü kimi, məhkəməyə təqdim edilmiş çoxsaylı sənədlərdə ərizəçinin atasının adının “Hüseynov Qurbani” kimi qeyd edildiyi halda, 1971-ci il tarixli Şəxsi mülkiyyət hüququ ilə evlərin texniki inventarizasiya və qiymətləndirilməsinə aid pasportda “Hüseynov Qurban” kimi qeyd edilmişdir. Bu səbəbdən Ərizəçi X1 vərəsəsi kimi bir sıra sənədləşmə işlərində çətinlik çəkmişdir.
31. Qətnamədən narazı qalan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 1 saylı Bakı şəhər Ərazi İdarəsi verdiyi apellyasiya şikayətində qeyd etmişdir ki, şəxsi mülkiyyət hüququ ilə evlərin texniki inventarizasiya və qiymətləndirilməsinə aid 1977-ci il tarixli, M.C.Məmmədzadə küç. ev 117A ünvanına dair X6 məxsus pasport İdarənin arxivində aşkar edilməmişdir. İdarənin arxivində Hüseynov Qurban (ata adı qeyd olunmayıb) adına 1971-ci il tarixli, 3-cü Yasamal (C.Məmmədzadə küç.) 117 ünvanına aid pasport mövcuddur.
32. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, baxılan mülki iş üzrə hüquq haqqında mübahisə yoxdur və ərizəçinin mərhum atasının adı ilə (Hüseynov Qurbani) 1971-ci il tarixli Şəxsi mülkiyyət hüququ ilə evlərin texniki inventarizasiya və qiymətləndirilməsinə aid pasportda göstərilmiş “Hüseynov Qurban” adı düz gəlmədiyindən, ərizəçi isə “Hüseynov Qurbani” ilə “Hüseynov Qurban”ın eyni şəxs olmasına dair faktı təsdiq edən sənədi başqa qaydada ala bilmədiyindən ərizə təmin edilməli, Azərbaycan SSR Kommunal Təsərrüfatı Nazirliyi tərəfindən Hüseynov Qurbanın adına tərtib edilmiş ünvan 6 ünvanında yerləşən fərdi yaşayış evinə dair 1977-ci il tarixli deyil, 1971-ci il tarixli Şəxsi mülkiyyət hüququ ilə evlərin texniki inventarizasiya və qiymətləndirilməsinə aid pasportun ərizəçinin atası X5 məxsus olması faktı müəyyən edilməlidir.
33. MPM-nin 384.0.2-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər.
34. Apellyasiya şikayəti təmin edilmədiyindən, apellyasiya şikayətinin verilməsi üçün iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu, MPM-nin 119.1-ci maddəsinin tələbinə görə onun özünə aid edilməlidir.
35. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
QƏT ETDİ:
Apellyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-724/2023 saylı 15 fevral 2023-cü il tarixli qətnaməsi ləğv edilsin. İş üzrə yeni qətnamə qəbul edilsin. 3-cü ünvan 4 ünvanına dair Azərbaycan SSR Kommunal Təsərrüfatı Nazirliyinin X2 Bürosu tərəfindən 1971-ci il tarixdə Qurban Hüseynovun adına tərtib edilmiş "Şəxsi mülkiyyət hüququ ilə evlərin texniki inventarizasiya və qiymətləndirilməsinə aid" pasportun xx.xx.2020-ci il tarixdə vəfat etmiş X5 məxsus olması faktı təsdiq edilsin. Qətnamədən təqdim olunduğu gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Sədrlik edən: Cəmilə Musayeva Hakimlər: Məmməd Məmmədov Məhəmməd Rüstəmli