Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-2980/2024 10.06.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh PHŞ-yə qarşı iş üzrə (Açar sözlər: işə bərpa, məcburi iş buraxmaya görə əmək haqqının ödənilməsi) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, hakimlər X9 (sədrlik edən və məruzəçi), oğlunun katibliyi, İddiaçı, Cavabdeh PHŞ-nin nümayəndəsi X8 iştirakları ilə, İddiaçı Cavabdehnə qarşı “işə bərpa və məcburi iş buraxmaya görə əmək haqqının ödənilməsi” tələbinə dair mülki iş üzrə Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(001)-950/2024 nömrəli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti üzrə işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları, iş üzrə məhkəmə icraatı
1. Cavabdeh ilə İddiaçı arasında bağlanmış xx.xx.2021-ci il tarixli müddətli əmək müqaviləsinə əsasən işçi 1 ay sınaq müddəti olmaqla 3 ay müddətinə (xx.xx.2021-ci il tarixindən işə başlamaqla) X3 İnzibati heyətində mütəxəssis (kadr işləri üzrə) vəzifəsinə müvəqqəti təyin edilmişdir.
2. Cavabdehn xx.xx.2023 nömrəli, 3-17-4/3-2-1980/2023 nömrəli əmri ilə əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin İİ hissəsinin “b” bəndinə əsasən xx.xx.2023-cü il tarixində xitam verilmişdir.
a) Birinci instansiya məhkəməsində icraat
3. İddiaçı Cavabdehnə qarşı işə bərpa və məcburi iş buraxmaya görə əmək haqqının ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh Mərdəkan X4 mütəxəssis vəzifəsinə bərpa olunması, cavabdehdən xx.xx.2023-cü il tarixdən işə bərpa olunan günədək 1.600 manat aylıq əmək haqqı, ona edilmiş əlavə və mükafatlar hesabı ilə məcburi işburaxma müddəti üçün əmək tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
4. İddiaçı daha sonra iddia tələbinin həcminin artırılması barədə ərizə ilə məhkəməyə müraciət edərək, cavabdeh ilə onun arasında bağlanmış 3-17-4/3-2- 1980/2023 saylı, xx.xx.2023-cü il tarixli əmrin ləğv edilməsi, onun cavabdeh Dövlət Tibbi- Sosial Ekspertiza və X6 X10 X4 mütəxəssis vəzifəsinə bərpa olunması, cavabdehdən xx.xx.2023-cü il tarixdən işə bərpa olunan günədək 1.600 manat aylıq əmək haqqı hesabı ilə məcburi iş buraxma müddəti üçün əmək haqqının tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
5. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, tərəflər arasında Agentliyin X3 İnzibati Heyətinə mütəxəssis vəzifəsinə qəbul edilməyi xx.xx.2021-ci il tarixdən etibarən xx.xx.2022-ci il tarixədək 1 il 6 ay 1 gün müddətinə müddətli əmək müqaviləsi bağlanılmışdır və o, inzibati heyətə mütəxəssis vəzifəsinə qəbul edilmişdir. Aralarında bağlanmış müqaviləyə dəfələrlə dəyişikliklər edilmişdir. Sonuncu dəfə xx.xx.2023-cü il tarixli dəyişikliyə əsasən əmək haqqının məbləği xx.xx.2023-cü il tarixdən etibarən 1.600 manat müəyyən edilmişdir. Son zamanlar Agentlikdə işçilər ilə imzalanan müqavilələrin müddətinin bitməsini əsas gətirərək əmək müqavilələrinə xitam verilir. Belə ki, rəhbərlik tərəfindən müvafiq sənədlərin hazırlanması üçün ona müraciət edildikdə tərəfindən sərt reaksiya verilmişdir və işin icrasından imtina etmişdir. Rəhbərlik ilə aralarında yaranmış fikir ayrılığından dolayı cavabdeh ona qarşı qərəzli münasibət üzündən müəssisə rəhbəri səlahiyyətindən sui-istifadə edərək hüquq pozuntusuna yol vermişdir. Belə ki, xx.xx.2023cü il tarixdə iddiaçının birbaşa rəhbəri ilə daxili telefon ilə əlaqə saxlayaraq əmək müqaviləsinin müddətinin bitdiyini əsas gətirərək əmək müqaviləsinə xitam verildiyini bildirmişdir. Məsələ ilə bağlı araşdırma apardığında məlum olmuşdur ki, cavabdeh ilə bağladığı müqaviləyə xx.xx.2023-cü il tarixdə Əmək Məcəlləsinin 68-ci maddəsinin İİ hissəsinin “b” bəndi ilə xitam verilmiş, lakin bugünədək əmrin surəti ona təqdim edilməmişdir. Göründüyü kimi, əmək müqaviləsi xx.xx.2021-xx.xx.2022-ci il tarixləri, yəni 1 il 6 ay 1 gün müddətinə bağlanmışdır. Belə ki, xx.xx.2022-ci il tarixdə tərəflər əmək müqaviləsinə xitam vermədiyi üçün əmək müqaviləsi ilkin müddət üçün uzadılmış hesab edilməlidir. Lakin cavabdeh qanunvericiliyi pozaraq əmək müqaviləsinin 1 il tamamında, yəni müddəti bitməmiş əmək müqaviləsinin müddətinin bitməsi səbəbi ilə əmək müqaviləsinə xitam vermişdir. Halbuki, cavabdeh ilə iddiaçı arasında imzalanan əmək müqaviləsinin müddəti xx.xx.2024-cü il tarixdə bitmiş olacaqdır.
6. Cavabdehin nümayəndəsi məhkəmə iclasında verdiyi izahatında bildirmişdir ki, o, iddianı qəbul etmir. Bütün qanunauyğun tələblər yerinə yetirilmiş, qanun pozuntusuna yol verilməmişdir. İddiaçı ilə müqavilə xx.xx.2021-ci il tsarixdə bağlanmış, işə çıxma tarixi xx.xx.2021-ci il tarixi olmaqla 1 ay sınaq müddəti ilə 3 aylıq bağlanmışdır. Hər dəfə müqavilə 3 aylıq uzadılmışdır. Nəticədə sonuncu müqavilə xx.xx.2023-cü il tarixdə bitmiş, iddiaçı öncədən xəbərdar olunmaqla, Azərbaycan Respublikası Əmək Məcəlləsi 68-ci maddəsinin 2 “B” bəndinə əsasən əmək müqaviləsinə xitam verilmişdir.
7. Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(001)- 950/2024 nömrəli qətnaməsi ilə (hakim E.M.Mustafayev) iddia təmin edilmiş, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi- Sosial Ekspertiza və X2 Aynur Hikmət qızı barəsində qəbul edilmiş “əmək müqaviləsinə xitam verilməsi haqqında” 3-17- 4/3-2-1980/2023 saylı, xx.xx.2023-cü il tarixli əmrinin ləğv edilməsi, İddiaçı cavabdeh Dövlət Tibbi-Sosial Ekspertiza və X1 Reabillitasiya X4 mütəxəssis vəzifəsinə bərpa olunması, cavabdehdən xx.xx.2023-cü il tarixdən işə bərpa olunan günədək 1.600 manat aylıq əmək haqqı hesabı ilə məcburi iş buraxma müddəti üçün əmək haqqının tutularaq İddiaçı ödənilməsi qət edilmişdir.
8. Məhkəmə qeyd etmişdir ki, iddiaçı Agentliyin X3 İnzibati Heyətində mütəxəssis vəzifəsinə qəbul edilmiş, işə xx.xx.2021-ci il tarixdən başlanılmış, əmək müqaviləsinin müddətinin 1 ayı sınaq müddəti olmaqla 3 ay müddətinə bağlanmışdır, əmək haqqı üzrə aylıq vəzifə maaşı ştat cədvəli üzrə təyin edilmişdir. (xx.xx.2021-ci il tarixli müqavilə). Həmin müqavilə üzrə əmək münasibətləri davam edərək, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin mərkəzləşdirilmiş elektron informasiya sisteminə əmək müqaviləsində dəyişiklik edilməsi ilə bağlı əmək müqaviləsi bildirişi xx.xx.2023-cü ildə daxil edilərək, orta aylıq əmək haqqı 800 manat, xx.xx.2023-cü il tarixdə daxil edilmiş məlumatlarda isə orta aylıq əmək haqqının məbləği 1600 manat qeyd olunmuşdur. Hər iki bildirişdə müqavilənin müddətinin qurtardığı tarix xx.xx.2022-ci il göstərilmişdir.
9. Göründüyü kimi, müqavilənin müddətinin qurtardığı tarix xx.xx.2022-ci il göstərilsə də ən azından xx.xx.2023-cü il və xx.xx.2023-cü il tarixlərində əmək müqaviləsinə dəyişikliklər edilmişdir. İddiaçı ilə bağlanmış əmək müqaviləsinin məzmunundan, X15 nizamnaməsində göstərilən fəaliyyət istiqamətindən görünür ki, iddiaçının tutduğu vəzifə daimi xarakterə malik olmuşdur və işin bu halı cavabdeh tərəfindən mübahisələndirilmir.
10. Cavabdeh tərəfin “müqaviləni hər dəfə 3 ay uzadaraq, nəticədə sonuncu müqavilənin xx.xx.2023-cü il tarixdə bitməsi” ilə bağlı arqumentinə münasibətdə məhkəmə qeyd etmişdir ki, “Əmək müqaviləsi bildirişinin forması və onun elektron informasiya sisteminə daxil edilməsi qaydaları, əmək müqaviləsi bildirişinin qeydiyyata alınması ilə bağlı işəgötürənə və Azərbaycan Respublikasının Vergilər Nazirliyinə göndərilən məlumat forması, habelə qeydiyyata alınmış əmək müqaviləsi bildirişinin məlumatlarını real vaxt rejimində əldə etməklə bağlı Qaydalar”ın 5.1-ci bəndinə əsasən “Əmək müqaviləsində dəyişiklik edilməsi ilə bağlı əmək müqaviləsi bildirişi”ndə məlumatların ilkin və ya əvvəlki dəyişiklikdən sonra sonuncu redaksiyası avtomatik rejimdə göstərilir və dəyişikliklər edilən məlumatlar əvvəlki məlumatların əvəzinə bildirişə daxil edilir.
11. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin mərkəzləşdirilmiş elektron informasiya sistemində olan əmək müqaviləsinə edilmiş dəyişikliklər (xx.xx.2023-cü il və xx.xx.2023-cü il tarixlərdə daxil edilmiş) nəzərə alındıqda əmək müqaviləsi üzrə işə başlama tarixi xx.xx.2021-ci il, müqavilə müddətinin qurtardığı tarix isə xx.xx.2022-ci il olduğuna görə müqavilənin 1 il 6 ay 1 gün müddətinə bağlanması müəyyən olunur.
12. xx.xx.2022-ci il tarixdə tərəflər əmək müqaviləsinə xitam vermədiyi üçün əmək müqaviləsi Azərbaycan Respublikası Əmək Məcəlləsinin 73-cü maddəsinə əsasən əvvəl müəyyən olunmuş müddətə uzadılmış hesab olunur. Lakin cavabdeh əmək qanunvericiliyinin tələblərini pozaraq əmək müqaviləsinin 1 il tamamında, yəni müddəti bitməmiş əmək müqaviləsinin müddətinin bitməsi səbəbi ilə əmək müqaviləsinə xitam vermişdir. Halbuki cavabdeh ilə iddiaçı arasında imzalanan əmək müqaviləsinin müddəti xx.xx.2024-cü il tarixədək olması nəzərə alınmalı idi. Odur ki, 3-17-4/3-2-1980/2023 saylı, xx.xx.2023-cü il tarixli əmr qanunsuz hesab edilməlidir.
13. Əmək münasibətlərində zəif tərəf olan işçinin hüquqlarının daha etibarlı şəkildə qorunması üçün əmək qanunvericiliyində bir sıra təminatlar nəzərdə tutulmuşdur. Bunlardan biri də işçinin adətən daha təşkilatlanmış və geniş imkanlara malik olan işəgötürənin qeyri-mütənasib təsir və ya təzyiqindən qorunması üçün müddətli əmək müqaviləsinin tərəflərin razılığı əsasında bağlanması zamanı hüquq bərabərliyi prinsipinə riayət olunmasıdır.
14. Bu nöqteyi nəzərdən məhkəmə cavabdehin dəlilləri ilə razılaşmayaraq qeyd etmişdir ki, əmək müqaviləsinin hər dəfə 3 ay olmaqla uzadılaraq müqavilənin xx.xx.2023cü il tarixdə bitməli olması ilə bağlı qarşılıqlı razılıq hazırki halda mövcud olmamışdır. Çünki “qarşılıqlı razılıq” deyiləndə hər iki tərəfin razılığı nəzərdə tutulur.
15. İddiaçının əmək müqaviləsinə edilmiş dəyişikliklərdə müqaviləsi üzrə işə başlama tarixi xx.xx.2021-ci il, müqavilə müddətinin qurtardığı tarix isə xx.xx.2022-ci il olduğu halda müqavilənin müddətinin bitmə tarixinin xx.xx.2023-cü il tarixi müəyyən edilməsi işçinin iradəsinə uyğun atılmış addım kimi qiymətləndirilə bilməz. İşçinin bu cür dəyişikliyə getməsi, ağlabatan bir səbəblə izah olunmadıqda, belə razılaşmaların işəgötürənin mülahizəsinə əsasən müəyyən edildiyi daha inandırıcı görünür.
16. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Konstitusiyasının 35-ci maddəsinə, Əmək Məcəlləsinin 42.1, 45, 46, 47, 49.1, 68.1, 70, 73.1, 172, 300.1-ci maddələrinə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il 6 iyun tarixli 183 nömrəli qərarı ilə təsdiq edilmiş “Əmək müqaviləsi bildirişinin forması və onun elektron informasiya sisteminə daxil edilməsi Qqaydaları”nın 2.2, 5.1, 5.2-ci bəndlərinə, Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 80, 81, 88, 106.1-ci maddələrinə istinadla əsaslandırmışdır.
Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları
a) Apellyasiya şikayətinin dəlilləri
17. Cavabdeh qətnamədən apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və iddia tələbinin təmin edilməməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
18. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi mülki işi lazımi qaydada araşdırmamış, maddi hüquq normalarını pozmaqla kobud nöqsanlara yol vermiş və iddiaçının tələblərinə uyğunlaşdırmaqla əsassız və qanunsuz qətnamə qəbul etmişdir. Belə ki, tərəflər arasındakı əmək müqaviləsi 3 ay müddətinə bağlanmış, 9 dəfə isə həmin müqavilənin müddəti daha 3 ay olmaqla uzadılmışdır. Tərəflər arasındakı son bir ildə (xx.xx.2022-xx.xx.2023) baş verən müqavilə müddətinin hər dəfə 3 ay bir ildə (xx.xx.2022-xx.xx.2023) baş verən müqavilə müddətinin hər dəfə 3 ay olmaqla uzadılması barədə ƏMAS-da məlumat yoxdur. Bu hala səbəb Agentlikdə işçilərlə adətən 3 ay olmaqla müddətli əmək müqaviləsi bağlanır və hamısının 3 ay olmaqla uzadılması barədə əmək müqaviləsinə dəyişiklik edilməsi bildirişinin ƏMAS-a yerləşdirilməsi fiziki cəhətdən qeyri-mümkündür. Bundan əlavə, qanunvericilik bu hala qiymət vermişdir: belə ki, AR Əmək Məcəlləsinin73.1-ci maddəsinə əsasən, müddətli əmək müqaviləsinin müddəti qurtardıqda xitam verilir. Bu Məcəllənin 45-ci maddəsinin beşinci hissəsi nəzərə alınmaqla, müddətli əmək müqaviləsində göstərilən müddət qurtardıqda əmək münasibətləri davam etdirilərsə və müddət bitdikdən sonrakı bir həftə ərzində tərəflərdən heç biri müqaviləyə xitam verilməsini tələb etmirsə, həmin əmək müqaviləsi əvvəl müəyyən olunmuş müddətə uzadılmış hesab olunur. İddiaçı təklif olunmuş şərtlərlə (3 aylıq əmək müqaviləsi bağlanmasını) müqavilə bağlamaya da bilərdi. Həmin qurumda işləyən işçilər sərbəst şəkildə müqavilənin müddətli və ya müddətsiz olmasını seçə bilirlər. Agentlikdə çalışan hər hansı əməkdaş məcburi şəkildə müddətli əmək müqaviləsi bağlamağa məcbur edilmir. İşə qəbul olunmaq üçün işçilər qarşısında yalnız müddətli əmək müqaviləsi bağlanılması şərti qoyulmur və hər hansı hüquq bərabərliyinin pozulmasından söhbət gedə bilməz.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
19. İddiaçı apellyasiya şikayətinə qarşı etiraz verərək apellyasiya şikayətinin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Etiraz iddia ərizəsinin məzmununa uyğun əsaslandırılmış və həmçinin qeyd edilmişdir ki, cavabdeh birinci instansiya məhkəməsinə kağız daşıyıcı formasında 3 ay müddətinə imzalanan əmək müqaviləsi təqdim etmişdir, lakin iddiaçı 3 ay müddətində hec bir müqaviləyə imza çəkməmiş, imza təqdim olunan daşıyıcının yalnız son səhifəsindədir. İddiaçı uzun illərdir ki, kadrlar şöbəsinin müdiri vəzifəsində çalışırdı və əmək müqavilələri işlərində dərindən biliyə sahibdir, kağız daşıyıcıda imzalar hər vərəqdə soyadla bərəbər imzalanmalıdır. Cavabdehin təqdim etdiyi kağız daşıyıcıda yalnız son səhifədə imzasının olması yalnız daşıyıcının son səhifəni təsdiq etdiyi anlamına gəlir və bildirdiyi kimi, xx.xx.2021-ci il tarixdə müqavilə 3 ay deyil, 1 il 6 ay 1 gün müddətinə imzalanmışdır. Cavabdeh onu nəzərə ala bilməmişdir ki, tərəflər istəsə də EMAS sistemində müqaviləyə müdaxilə etmək mümkün deyil. Cavabdeh tərəfindən təqdim olunmuş kağız daşıyıcı heç bir alt sistemde qeyd olunmayıb və imzalananda nüsxəsi belə mənə təqdim edilməmişdir, təqdim olunma təhvil təslim sənədinin olmaması buna sübütdur.
c) Məhkəmə icraatı iştirakçılarının izahatları
20. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdehn nümayəndəsi apelyasiya şikayətinin məzmununa uyğun izahat verərək şikayətin təmin edilməsini xahiş etdi. Həmçinin bildirdi ki, iddiaçının təqdim etdiyi 1 il 6 ay 1 günə dair elektron sistemdən çıxarış, elektron qaydada avtomatik 3 ayların toplanılmaqla yazılışıdır. Təmsil etdiyi təşkilat işçilərlə 3 aylıq olmaqla əmək müqavilələri bağlayır. Kompyüter 3 ayları avtomatik olaraq 1 il 6 ay fomasında hesablayır. İddiaçı apellyasiya şikayətinə etirazında müqavilənin əvvəlki səhifələrini də onun tərəfindən imzalanmalı olduğunu qeyd etmişdir. Müqavilə iki nüsxədə tərtib olunur və imzalandıqdan sonra tərəflərə verilir. Müqavilənin əvvəlki səhifələrinin dəyişdirilməsi sənəd saxtalaşdırılmasıdır. Cavabdeh tərəfindən bu cür əməlin törədilməsi yolverilməz haldır və mümkün deyil. Əgər iddiaçı müqavilənin 3 aylıq deyil, 1 il 6 aylıq olduğunu iddia edirsə, imzalanmış, 1 il 6 aylıq müddətdə bağlanmış müqavilə təqdim etsin. İddiaçı kadrlar şöbəsində işləyib və 3 aylıq müqaviləyə qol çəkdiyini bilirdi. Onlarda bütün əməkdaşlarla müqavilələr standart olaraq 3 aylıq müddətə bağlanılır. Bununla bağlı bir neçə müqavilə təqdim edə bilər.
21. Məhkəmə iclasında iştirak edən iddiaçı apellyasiya şikayətinə qarşı etirazın məzmununa uyğun izahat verərək şikayətin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qətnaməsinin qüvvədə saxlanılmasını xahiş etdi. İddiaçı həmçinin bildirdi ki, cavabdehin nümayəndəsinin təqdim etdiyi çıxarış əmək müqaviləsi bildirişidir. Lakin sistemdə 3 aylıq müqavilə yoxdur. Müqavilə kağız daşıyıcıda olduğu üçün hər səhifəsində onun imzası olmalıdır. Ona müddətli və ya müddətsiz əmək müqaviləsinin bağlanılması ilə bağlı hər hansı seçim verilməmişdir.
Tətbiq edilən hüquq
22. Azərbaycan Respublikası Əmək Məcəlləsi: Maddə 3.5. Əmək müqaviləsi (kontraktı) – işəgötürənlə işçi arasında fərdi qaydada bağlanan əmək münasibətlərinin əsas şərtlərini, tərəflərin hüquq və vəzifələrini əks etdirən yazılı müqavilədir. Maddə 7.2. Bu Məcəllənin 7-ci maddəsinin 2-1-ci hissəsi ilə müəyyən edilmiş hallar istisna olmaqla, əmək münasibətləri elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilmiş əmək müqaviləsi bildirişinin qeydiyyata alınmasından və bu barədə işəgötürənə elektron qaydada məlumat göndərilməsindən sonra yaranır. Maddə 11.“b”. Bu Məcəllə ilə müəyyən edilmiş qaydada və əsaslarla əmək müqavilələrini ləğv etmək işəgötürənin əsas hüquqlarından biridir. Maddə 42.1. Əmək müqavilələri sərbəst bağlanır. Əmək münasibətləri yaratmayan və ya yaratmaq istəməyən heç kəs əmək müqaviləsi bağlamağa məcbur edilə bilməz. Maddə 44.1. Əmək müqaviləsi yazılı formada bağlanır. Maddə 44.3. Əmək müqaviləsi iki nüsxədən az olmayaraq tərtib olunub tərəflərin imzası (möhürü) ilə təsdiq edilir və onun bir nüsxəsi işçidə, digər nüsxəsi isə işəgötürəndə saxlanılır. Maddə 45.1. Əmək müqaviləsi müddətsiz və ya müddətli bağlanılır. Müddətli əmək müqaviləsi tərəflərin razılaşdığı müddətə bağlanılır. Maddə 45.5. Müddətli əmək müqaviləsi fasiləsiz olaraq 5 ildən artıq müddətə davam edərsə, müddətsiz əmək müqaviləsi hesab edilir. Maddə 47.“f”. Tərəflərin hüquq bərabərliyi prinsipinə əməl edilməklə onların qarşılıqlı razılığı ilə əmək müqaviləsi müəyyən müddətə bağlanıla bilər. Maddə 68.1. Əmək müqaviləsinə yalnız bu Məcəllə ilə müəyyən edilmiş əsaslarla və qaydada xitam verilə bilər. Maddə 68.2.“b”. Əmək müqaviləsinin müddətinin qurtarması əmək müqaviləsinə xitam verilməsinin əsaslarından biridir. Maddə 73.1. Müddətli əmək müqaviləsinin müddəti qurtardıqda xitam verilir. Bu Məcəllənin 45-ci maddəsinin beşinci hissəsi nəzərə alınmaqla, müddətli əmək müqaviləsində göstərilən müddət qurtardıqda əmək münasibətləri davam etdirilərsə və müddət bitdikdən sonrakı bir həftə ərzində tərəflərdən heç biri müqaviləyə xitam verilməsini tələb etmirsə, həmin əmək müqaviləsi əvvəl müəyyən olunmuş müddətə uzadılmış hesab olunur. Maddə 300.1. Əgər, işəgötürən əmək müqaviləsinin bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulmuş ləğv edilməsi əsaslarını pozaraq və ya 71, 76-cı maddələri ilə müəyyən edilmiş qaydaların tələblərinə əməl etmədən, habelə 79-cu maddəsində nəzərdə tutulmuş hallara əhəmiyyət vermədən işçi ilə əmək münasibətlərinə xitam vermişdirsə, əmək mübahisəsini həll edən məhkəmə iddia ərizəsini və işin faktik hallarını araşdıraraq məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə işçinin vəzifəsinə bərpa edilməsi barədə qətnamə və ya bu maddənin ikinci hissəsinə müvafiq olaraq tərəflərin barışıq sazişinin təsdiq edilməsi barədə qərardad çıxarır. Məhkəmə qətnamədə işçiyə iddiası üzrə dəymiş zərərin məbləğinin işəgötürən tərəfindən ödənilməsini də nəzərdə tuta bilər.
23. “Azərbaycan Respublikası Əmək Məcəlləsinin 47-ci maddəsinin “f” bəndinin Azərbaycan Respublikası Konstitusiyasının 25-ci maddəsinin İ hissəsinə və 35ci maddəsinin İ-İV və Vİİİ hissələrinə uyğunluğunun yoxlanılmasına dair“ Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2024-cü il tarixli Qərarı: - Əmək funksiyasının yerinə yetirilməsi şərtlərinə görə işin və ya göstərilən xidmətlərin daimi xarakterə malik olduğu qabaqcadan bəlli olduğu hallarda, müddətli əmək müqaviləsinin bağlanması ümumi qayda olaraq yolverilməzdir. Bu qaydadan istisnalar isə Əmək Məcəlləsinin 47-ci maddəsi ilə müəyyən olunmuşdur. - Məhz qeyd olunanlar baxımından qanunverici işaxtaranların daimi məşğulluğunun, sosial müdafiəsinin təmin edilməsi, əmək bazarında qeyri-sabit vəziyyətin yaranmasının qarşısının alınması məqsədi ilə müddətli əmək müqaviləsinin bağlanmasına imkan verən istisnaların siyahısını Əmək Məcəlləsinin 47-ci maddəsində müəyyən etmişdir. Bununla yanaşı, qanunverici həmin maddənin digər bəndlərində nəzərdə tutulmuş hallar (əsaslar) olmadığı halda da əmək bazarı iştirakçılarının sərbəst iradə ifadələri və hüquq bərabərliyi şəraitində onların qarşılıqlı razılığı ilə müddətli əmək müqaviləsinin bağlanmasını Əmək Məcəlləsinin 47-ci maddəsinin “f” bəndi ilə mümkün hesab etmişdir. - Göstərilənlərə əsasən Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki, tərəflərin hüquq bərabərliyinin real təmin edilməsi şərti ilə Əmək Məcəlləsinin 47-ci maddəsinin “f” bəndi əməyin azadlığı, əmək müqaviləsinin məcburi bağlanılmasının yolverilməzliyinə dair konstitusiya prinsipi ilə hər hansı ziddiyyət yaratmır.
24. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il 6 iyun tarixli 183 nömrəli qərarı ilə təsdiq edilmiş “Əmək müqaviləsi bildirişinin forması və onun elektron informasiya sisteminə daxil edilməsi qaydaları, əmək müqaviləsi bildirişinin qeydiyyata alınması ilə bağlı işəgötürənə və Azərbaycan Respublikasının Vergilər Nazirliyinə göndərilən məlumat forması, habelə qeydiyyata alınmış əmək müqaviləsi bildirişinin məlumatlarını real vaxt rejimində əldə etməklə bağlı Qaydaları”: Bənd 2.1. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin mərkəzləşdirilmiş elektron informasiya sistemində (bundan sonra - elektron informasiya sistemi) əmək müqaviləsinin bağlanılmasının, onda dəyişiklik edilməsinin və ya xitam verilməsinin elektron qaydada qeydiyyata alınması məqsədi ilə işəgötürən tərəfindən mövcud əmək şəraiti şərtləri və məlumatları əsasında əmək müqaviləsi bildirişi elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsilə daxil edilir. Bənd 2.2. Elektron informasiya sistemində əmək müqaviləsi bildirişinin aşağıdakı formaları yerləşdirilir: 2.2.1. əmək müqaviləsinin bağlanılması ilə bağlı əmək müqaviləsi bildirişi; 2.2.2. əmək müqaviləsində dəyişiklik edilməsi ilə bağlı əmək müqaviləsi bildirişi; 2.2.3. əmək müqaviləsinə xitam verilməsi ilə bağlı əmək müqaviləsi bildirişi. Bənd 5.1. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 46-cı maddəsinin 6-cı hissəsinə uyğun olaraq tərəflərin razılığı ilə əmək müqaviləsində dəyişiklik edildikdə, “Əmək müqaviləsində dəyişiklik edilməsi ilə bağlı əmək müqaviləsi bildirişi”ndə məlumatların ilkin və ya əvvəlki dəyişiklikdən sonra sonuncu redaksiyası avtomatik rejimdə göstərilir və dəyişikliklər edilən məlumatlar əvvəlki məlumatların əvəzinə bildirişə daxil edilir. Bənd 5.2. Əmək müqaviləsində göstərilən, lakin “Əmək müqaviləsinin bağlanılması ilə bağlı əmək müqaviləsi bildirişi”nə daxil edilməyən məlumat və şərtlərlə bağlı əmək müqaviləsində dəyişikliklər edildikdə, “Əmək müqaviləsində dəyişiklik edilməsi ilə bağlı əmək müqaviləsi bildirişi”ndə müvafiq sahədə bununla bağlı əvvəlki və dəyişiklik edilən məlumat və şərtlər daxil edilir.
25. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 81. Qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Maddə 384.0.2. Apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Maddə 385.1 Maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi; məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması; birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi; birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslardır.
Apellyasiya baxışının hədləri
26. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
27. Hazırkı işdə iddia təmin olundugundan və apellyasiya şikayətində qətnamə iş üzrə cavabdeh tərəfindən tam mübahisələndirildiyindən, qətnamənin əsaslığı tam yoxlanılır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
28. Məhkəmə kollegiyası proses iştirakçılarını dinləyib, apellyasiya şikayətinin və ona verilmiş etirazın dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilərək iddia tələbi təmin edilməməlidir.
29. Kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən maddi hüquq normalarının tətbiqində səhvə yol verilmiş, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki hallar aydınlaşdırılmamışdır.
30. Əmək qanunverciliyin tələblərinə əsasən əmək müqavilələri sərbəst bağlanır. Əmək münasibətləri yaratmayan və ya yaratmaq istəməyən heç kəs əmək müqaviləsi bağlamağa məcbur edilə bilməz. Bundan əlavə, əmək müqaviləsi iki nüsxədən az olmayaraq tərtib olunaraq yazılı formada bağlanır və tərəflərin imzası (möhürü) ilə təsdiq edilir. Müqavilənin bir nüsxəsi işçidə, digər nüsxəsi isə işəgötürəndə saxlanılır. Əmək müqaviləsi müddətsiz və ya müddətli bağlanılır. Müddətli əmək müqaviləsi tərəflərin razılaşdığı müddətə bağlanılır.
31. İşdə olan iddiaçı tərəfindən təqdim edilmiş əmək müqaviləsindən fərqli olaraq, cavabdeh tərəfindən təqdim edilmiş xx.xx.2021-ci il tarixli müddətli əmək müqaviləsi tərəflərin imzası (möhürü) ilə təsdiq edilmiş, həmin müqaviləyə əsasən iddiaçı 1 ay sınaq müddəti olmaqla 3 ay müddətinə (xx.xx.2021-ci il tarixindən işə başlamaqla) X3 İnzibati heyətində mütəxəssis (kadr işləri üzrə) vəzifəsinə müvəqqəti təyin edilmişdir.
32. Kollegiya hesab edir ki, iddiaçı kadr işləri üzrə mütəxəssis vəzifəsində çalışdığı və özünün bildirdiyinə görə uzun müddət bu sahədə işlədiyinə görə əmək müqavilələri işlərində dərindən biliyə sahib olduğu üçün, onunla bağlanmış əmək müqaviləsinin hansı müddətə bağlanıldığı, müddətli əmək müqaviləsinə xitam verilməsi qaydaları barədə məlumatlı olmaması inandırıcı deyil. Əmək müqaviləsinin iddiaçının iradəsinə zidd olaraq müddətli bağlnaması da iş materialları ilə təsdiq edilmir.
33. Kollegiya həmçinin qeyd edir ki, iddiaçı əmək müqaviləsi kağız daşıyıcıda olduğu üçün hər səhifəsində onun imzasının olmalı olduğunu bildirsə də, əmək qanunvericiliyində belə tələb nəzərdə tutulmamışdır.
34. Cavabdeh tərəfindən təqdim edilmiş Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin mərkəzləşdirilmiş elektron informasiya sistemindən əldə edilmiş “Əmək müqaviləsinin bağlanması ilə bağlı əmək müqaviləsi bildiriş”lərindən isə müəyyən edilir ki, xx.xx.2021-ci il tarixində əmək müqaviləsi hər dəfə 3 ay müddətinə uzadılmaqla sonuncu dəfə xx.xx.2023-cü il tarixində 3 ay müddətinə uzadılmış, müddət bitdikdən sonrakı bir həftə keçməmiş xx.xx.2023-cü il tarixində müddətin qurtarması əsası ilə əmək müqaviləsinə cavabdehin əmri ilə xitam verilmiş, tərəflər arasında əmək münasibətləri fasiləsiz olaraq 5 il artıq müddətə davam etməmişdir.
35. Məhkəmə kollegiyası bu qənaətə gəlir ki, tərəflər arasında əmək müqaviləsi bağlanarkən və müqavilənin müddəti qurtardığına görə ona xitam verilərkən cavabdeh tərəfindən əmək qanunvericiliyinin tələblərinə riayət edilmiş, hər hansı qanun pozuntusuna yol verilməmişdir.
36. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.2, 392, 402.1, 405.1 və 406.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
Qət etdi:
Cavabdehn apellyasiya şikayəti təmin edilsin. Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(001)-950/2024 nömrəli qətnaməsi ləğv edilsin, iş üzrə yeni qətnamə qəbul edilsin. İddiaçı Cavabdehnə qarşı “işə bərpa və məcburi iş buraxmaya görə əmək haqqının ödənilməsi” tələbinə dair iddiası təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına elektron kabinet vasitəsi ilə kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Sədrlik edən: